[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qadın xəstəxanada MÜƏMMALIşəkildə öldü
Bakıda xəstəxanada qadın ölüb.

Zamantv.az-ın məlumatına görə, hadisə Sabunçu Tibb Mərkəzində baş verib. Buraya yerləşdirilən 48 yaşlı Gülməmmədova Nüşabə Qadir qızı həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.

Onun hansı səbəbdən ölməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü - VİDEO
Azərbaycanda qayınatası tərəfindən üzünə “yandırıcı məhlul” tökülərək ağır xəsarətlər yetirildiyi deyilən qadın ölüb.

Telnaz adlı qadın yaşadığı Salyan rayonunun Xələc kəndində dəfn edilib. Bununla bağlı məlumat ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində verilib.

Telnazın vəfatından sonra atası Məhəmməd onun əri və qohumlarının gəlib başsağlığı vermədiyini bildirib.

Mərhumun anası isə Telnazın son nəfəsində ailəsi ilə bağlı danışdığını deyib: “Dedi ay ana, apar məni, evdə ölüm. Sonra dedi ki, ay Qalib, mənim axırıma çıxdın...”.

Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən “kislota” tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.

Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.

Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram” - FOTO
“TikTok”da yazdığı nalayiq ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmədə verdiyi ifadə məlum olub.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 30 yaşlı Natiq Ramazanovu bıçaqlayaraq öldürən 40 yaşlı Ə.Musayev onun atasından üzr istəyib və Natiqin övladlarına baxa biləcəyini deyib.

O, məhkəmədə bildirib ki, hər şey “TikTok”dakı canlı yayımda başlayan mübahisədən sonra baş verib və Natiqi bıçaqlamaq fikri olmayıb:

“Ailəliyəm, 10 yaşlı və 15 yaşlı iki övladım var. Dializ xəstəsi olduğum üçün işləməmişəm. Noyabrın 7-də gecə saat 05:00 radələrində “TikTok” sosial şəbəkəsinə təsadüfi daxil oldum, tanımadığım şəxsin açdığı “canlı”ya baxdım. Canlıya ondan sonra daxil olan və sonradan adının Natiq olduğunu bildiyim şəxs “User” adlı istifadəçi profilindən “özünüzə hörmət edin” deyə ismarış yazdı. Həmin ismarış bütün istifadəçilərə ünvanlanmışdı. Belə ki, onun yazdığı ismarışı “canlı”da olan bütün şəxslər görürdü. Onun belə məzmunda ismarışını gördükdə, həmin ismarışı özümə qarşı təhqir hesab edərək özümə məxsus “Alik” adlı profildən səhərə yaxın saat 5-də girib “camaata hörmət dərsi keçənin burada nə işi var, ikincisi də get hörməti anandan öyrən”, deyə ismarış ünvanladım. Mənim ismarışımı “canlı”da olan bütün şəxslər görürdü. Mənim bu sözlərimdən sonra Natiq mənə ünvanlayaraq nömrəsini qeyd edib “yığ” deyə söyüşlə ismarış yazdı. Natiqin bu söyüşlərindən sonra dərhal qeyd etdiyi nömrəyə zəng etdim”.

Əli Musayev əlavə edib ki, Natiqə zəng edən kimi qarşı tərəf dayanmadan söyüşlər söyməyə başlayıb:

“Natiqə “dayan, söydüyün söyüşlərin altından qalxa bilməyəcəksən, “söyüşlərə görə sənin dilini kəsəcəm, söyürsənsə özümə söy, nə işin var digərləri ilə” deyə bildirdim. Daha sonra Natiq gəlib məni tapacağını, ailəmin qabağında məni cəzalandıracağını söyüş və təhqirlərlə bildirdi. Mən Natiqə üzr istəmədiyi təqdirdə onu bıçaqla vuracağımı dedim. Ondan nəyə görə söyüş söydüyünü soruşduqda Natiq mənə “TikTok”da yazdığım “Get anandan öyrən” sözünə görə məni söydüyünü dedi. Mən isə Natiqi söymədiyimi, Natiqin özünün dözülməz söyüşlər söydüyünü bildirdim. Natiqə dedim ki, əgər bunu söyüş kimi qəbul edirdisə, mənə bildirərdi ki, bu səhv hərəkətdir, mən də bu sözlərə görə ondan üzr istəyərdim. Natiqdən də eyni zamanda, söydüyü söyüşlərə görə üzr istəməsini tələb etdim. Natiq isə söyüş söyməyə davam edərək məndən üzr istəməyəcəyini bildirdi. Natiqə bu sözlərə görə onu cəzalandıracağımı dedim. Natiq isə məni yenə təhqir edərək telefon danışığını dayandırdı. Daha sonra Natiqə mesaj yazaraq dediyi sözlərə görə onu cəzalandıracağımı dedim. O isə söyüşlər yazaraq nömrəmi blok etdi. Həmin gün onunla danışıq başa çatdı”.

“TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram” - FOTO
Təqsirləndirilən şəxs qeyd edib ki, noyabrın 8-də xəstəliyi ilə əlaqədar xəstəxanaya getdiyi üçün Natiqə zəng etməyib:

“9 noyabr 2021-ci il tarixdə saat 16-17 radələrində Natiqə zəng edərək onunla görüşmək istədiyimi, Natiq də hara deyirəmsə oraya gələ biləcəyini bildirdikdə ona Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “Nəbz” klinikasının qarşısında görüşməyi təklif etdim. Natiq bu təkliflə razılaşaraq gəldi və görüşdük. Natiq ilə birlikdə söhbət etmək üçün 145 nömrəli məktəbin yaxınlığına, Nizami rayonu, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətinə gəldik. Yol boyu Natiqə qarşılıqlı üzr istəməyi təklif etsəm də, Natiq məndən üzr istəməyəcəyini bildirdi. Daha sonra binanın həyətində oturaraq söhbət etməyə başladıq. Natiqlə söhbət etməkdə məqsədim onu qarşılıqlı üzr istəməyə razı salmaq və söhbəti bağlamaq idi. Natiqdən üzr istədim, əlavə olaraq qeyd etdim ki, Natiq məndən yaşca kiçikdir, o da üzr istəsin və bu söhbəti bağlayaq. Lakin bunu qəbul etmədi və onun bu şəkildə hərəkət etməsi məni çox əsəbiləşdirdi. Üzərimdə gətirdiyim bıçağı çıxararaq Natiqin sağ budundan bir zərbə vurdum”.

Hadisədən sonra Əli Musayev yaşadığı evə gedib:

“Səs-küyə ətrafda olan şəxslər də hadisə yerinə gəlmişdi. Orada olan şəxslərə polisə təslim olmaq niyyətində olduğumu, Natiqin qan itirməməsi üçün orada olan xatırlamadığı şəxslərdən birinə bel kəməri ilə yarasını sıxmalarını bildirdim. Daha sonra yaşadığım ünvana gedərək yuyundum və paltarımı dəyişdim. Məqsədim oradan Nizami rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gedərək təslim olmaq idi. Lakin, evdən çıxdıqda polis əməkdaşlarını binanın həyətində gördüm və təslim oldum. Səhv etdiyimi başa düşürəm, əməlimdən peşmanam. Natiqin atasından üzr istəyirəm. Mərhumun övladlarını da öz övladlarım kimi qəbul etməyə və əlindən gələn bütün köməklikləri göstərməyə hazıram”.

Mərhum Natiq Ramazanovun hüquqi varisi olan atası isə Əlinin üzrxahlığını qəbul etməyib:

“1991-ci il təvəllüdlü oğlum leytenant rütbəsində olmaqla Vətən müharibəsində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Daha sonra vəfat etdiyi vaxtadək “Cavid2016” şirkətində mühəndis vəzifəsində çalışıb. Sakit təbiətli insan idi, hər kəslə mehriban davranırdı, heç kimlə düşmənçiliyi və ya şəxsi ədavəti olmayıb. 9 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olduğum zaman övladının ölməsi və Nizami rayon ekspertizasına aparılması barədə məlumat gəldi. Həmin yerə gəldim və orada ona məlum oldu ki, həmin gün saat 16:30 radələrində əvvəllər tanımadığım Əli adlı şəxs övladım ilə “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələr ilə əlaqədar aralarında baş vermiş mübahisəyə aydınlıq gətirilməsi üçün, Qara Qarayev prospekti 37 nömrəli binanın həyətində görüşərkən bıçaqla oğlumun sağ budun yuxarı nahiyəsindən vuraraq xəsarət yetirib və nəticədə övladım ölüb. Mən təqsirləndirilən şəxs ilə barışmamışam, ondan şikayətçiyəm, mənə vurulan ziyan ödənilməyib”.

İstintaq zamanı o da məlum olub ki, internetdəki mübahisədən sonra ilk olaraq Natiq Əlini Xırdalana söhbət etməyə çağırıb, lakin Əlinin dostu onu Xırdalana getməyə qoymayıb, daha sonra isə Natiq Əlinin yaşadığı əraziyə gəlib.

Qeyd edək ki, Əli Musayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib və ona doqquz il həbs cəzası verilib.

Öldürülən Natiq Ramazanov aktiv “TikTok” istifadəçisi olub. Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı leytenant rütbəsi alıb. Vətən Müharibəsinə könüllü yollanıb. N.Ramazanov Hadrutun, Füzulinin, Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib.

Həbs edilən Əli Musayevin isə dini təriqət nümayəndəsi olduğu bildirilir.

Qətlə yetirildikdən bir ay sonra Natiq Ramazanovun ikinci övladı anadan olub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynanın 3 təyyarəsi vuruldu
Ukrayna Silahlı Qüvvələrinin üç təyyarəsi Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi tərəfindən vurulub.

Zamantv.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə jurnalistlərə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.

Konaşenkovun sözlərinə görə, təyyarələr Zmeynıy adası ərazisində, həmçinin Ukraynanın Xerson və Dnepropetrovsk vilayətlərində vurulub.
Açıqlamaya əsasən, vurulan təyyarələr “Su-24”, “Su-25” və “Su-27”dir.

Konaşenkov onu da bildirib ki, Rusiya hərbçiləri Ukraynanın 14 pilotsuz uçuş aparatını məhv edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Narkotik çəkən sürücü polisə tabe olmadı - TƏHLÜKƏLİ ANLARSumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama əmrinə tabe olmayan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib. Amma sürücü onlardan qaçmağa çalışıb.

Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib. Sürücü daha sonra Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.
Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.
Narkotik çəkən sürücü polisə tabe olmadı - TƏHLÜKƏLİ ANLARNarkotik çəkən sürücü polisə tabe olmadı - TƏHLÜKƏLİ ANLAR
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə naməlum şəxs qəsdən fabrikdə güclü yanğın törətdi
Şəki rayon sakini intihar edib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xatirə Saatova anası evinə qonaq gedib və orada özünü asıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a faktı təsdiqləyiblər.

Bildirilib ki, hazırda Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyədə naməlum şəxs qəsdən fabrikdə güclü yanğın törətdi
Türkiyənin Konya şəhərində kosmetik məhsullar istehsal edən fabrikdə baş verən güclü yanğın və partlayışın baş vermə anları görüntülənib.

Belə ki, bir nəfərin qəsdən yanğın törətməsi və bundan sonra partlayışın baş verməsi anbaan təhlükəsizlik kamerasına əks olunub.

Partlayış nəticəsində fabrikin bəzi hissələri yan tərəfdə yerləşən fabrikin həyətinə düşüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda zavodda qaz balonu PARTLADI: ölən var
Sumqayıtda zavodun işçisi faciəvi şəkildə ölüb.

Şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 32 yaşlı Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yaşlı kişi yıxılıb öldü
Bakıda yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.

Zamantv.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. 60 yaşlı Bağırov Məhəmməd Qəzənfər oğlu mayın 1-i yıxılıb. O, ağır xəsarətlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Bağırovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO