[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Alı Qocayev yaddan çıxıb vəzifədə qalıb... - Samuxlular belə düşünür...


Samuxda kənd təsərrüfatı ilə məşğul olmaq bu gün ən böyük iztiraba bərabərdir. Bu barədə DİA.AZ-a rayondan daxil olan müraciətdə deyilir.

Müraciət müəllifləri yazır: "Samux Azərbaycanın elə bir rayonudur ki, sanki hər kəs buraları unudub. Dövlət də unudub. Əgər belə olmasaydı, Alı Qocayev 10 il ərzində bu rayona rəhbərlik etməzdi. Samuxlular elə düşünür ki, Alı Qocayev yaddan çıxıb icra başçısı vəzifəsində qalıb. Hökumətin yadına düşsəydi, yadında olsaydıŞ Alı Qocayevi çoxdan çıxarardılar..."

Daha sonra KTN-nin yerli idarələrindən giley edən sakinlər bildirir ki, bu gün Samuxda yiyəsiz kəndlilərin əkin-biçini məhv olmaq üzrədir.

Xatırladaq ki, dia.az olaraq az əvvəl də belə bir müraciəti təqdim etmişdik:

Zaur Mikayılovun kadrları BELƏ İŞLƏYİR... - Məmurun əkininə su verilir, yetim-yesirə yox...

Sakinlər DİA.AZ-a bildirir ki, yerli su idarəsinə, icra hakimiyyətinə dəfələrlə müraciət etsələr də, onları eşidən yoxdur: "Ona görə də tək ümidimiz cənab Prezidentdir. Dia.az vasitəsilə ölkə başçısından Samuxa sahib çıxmağı, problemlərimizə diqqət ayırmağı xahiş edirik".

Məsələ ilə əlaqədar dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarqarçayda bir nəfər BATDI


Qarqarçay çayında bir nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın rayonuna komendant təyin olunub - AÇIQLAMA


Laçın rayonunun inzibati ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətini bərpa edib. Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əsədov rayonun kommendantı təyin olunub.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib.

Məlumata görə, rayon ərazisində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən postlar qurulub, gündəlik olaraq xidmət aparılır. Rayona səfər edən qonaqların təhlükəsizliyinin təmin edilməsi yüksək səviyyədə təşkil olunur.

APA

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm” - Qarabağ Qazisi HARAY ÇƏKDİ

44 günlük müharibə iştirakçılarından olan Fəqan Müseyib oğlu İsayev üç aydır ki, bel yırtığı xəstəliyi səbəbindən hərəkət etməkdə çətinlik çəkir. O, 1994-cü ilin noyabrın 9-da Göyçay rayonunun Mırtı kəndində doğulub. Ailədə üç övladdırlar. Hər üçü də evlidir. İki qardaşı və valideynləri ilə birgə köhnə, yarımçıq tikilidə yaşamaq məcburiyyətindədir.

Müharibə iştirakçısı deyir ki, 2020-ci ilin 21 sentyabrından təlimə qatılıb və 31 dekabr tarixinə qədər müharibə iştirakçısı olub. Bel nahiyyəsindən ağır zədəni də elə döyüşdə alıb. Deyir ki, həmin zədə indi səhhətinin qorxulu kabusuna çevrilib.

“Ağdərə, Talış, Suqovuşan istiqamətində döyüşdük. Birinci əməliyyatda Ağdərədə çox itkilər verdik. İkinci əməliyyatda özüm də xəsarət aldım”, – deyən Fəqan İsayevin sözlərinə görə, partlayış nəticəsində yaxınlıqdakı qayalığa çırpılıb:

“Başımdan və belimdən zədə aldım. Zərbədən huşumu itirmişəm. Sanitar köməkçilər ilkin tibbi yardım ediblər, iynə vurublar. Nəticədə özümə gələ bildim. Zədə alsam da, Vətənə olan borcumu ödəməliydim. Çünki onda sağlamlığımı düşünmürdüm, oğullara birgə torpağı almağı düşünürdük. İndi də asqıra, öskürə, yata-dura bilmirəm. Ailə üzvlərimin, bir də əl ağacının köməyi ilə yeriyirəm. Bu, nə vaxta qədər olacaq? Ağrılarım getdikcə kəskinləşir”.

“Son üç aydır ağrılarım o qədər artıb ki, bilmirəm nə edim”

Fəqan İsayev deyir ki, son üç aya qədər müxtəlif işlərdə çalışıb. İndi isə belindəki yırtıq müharibə iştirakçısına hər cür fiziki və psixoloji çətinliklər yaradır. Nə müstəqil hərəkət edə, nə də əvvəlki tək işləyə bilir. Əlindəki ağaca, valideynlərinin köməyinə möhtac durumdadır. Kəskin sinir pozuntusu da əsəblərini tarıma çəkib:

“Belimdə, kürəyimdə şiddətli ağrılarım olur. Ağrı sağ, sol ayaqlarıma, böyrəyimə vurur. Sinirlərimi iflic edib, çevrilə, əyilə bilmirəm. Yatanda belə üzü üstə yatıram, çox vaxt ağrıdan gözümə yuxu getmir. Həmişə işləyən adam olmuşam, indi işə həsrətəm. Özüm özümə əsəbiləşirəm ki, niyə bu vəziyyətə düşdüm?”

“Tikintidə usta yanında çalışmışam, təsərrüfatda, meyvə bağlarında mövsümü fəhlə kimi işləmişəm. Bir az torpağımız var, kiçik qardaşımla birgə orda istixana salmışdım. Əkdiyimiz yaxşı qiymətə getmədi”, – müharibə iştirakçısı deyir.

Fəqan İsayev evlərini göstərir, köhnə, yarımçıq tikilidir. Deyir ki, yağış yağanda evə tökülür:

“Otaqların heç təmiri, divarı, qapısı, pəncərəsi yoxdur. İki otaq müvvəqqəti yaşamaq üçündür”.

“Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm”

Öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasına baş çəkən veteran deyir ki, dərdinə orda əlac tapılmır. Həkim bel nahiyəsində 6 mml ölçüdə yırtıq olduğunu bildirir. Deyir ki, əməliyyat üçün min manatdan yuxarı vəsaiti tapmadığı üçün ucuz müalicə metoduna, türkəçarəyə əl atır:

“Bakıda əməliyyat üçün 1200 manat istədilər. İmkanım olmadı. Borc-xərclə Qubaya getdim. Belimə çəkilən qır bir müddət ağrılarımı azaltsa da, ancaq sağaltmayıb. Həkimin yazdığı aylıq 15 manatlıq resepti belə almaq imkanında deyiləm. İstəyim dövlət xəstəxanalarında ciddi müayinə və müalicə olunmaqdır”.

“Nə ev istəyirəm, nə maşın, müalicə olunmağımı istəyirəm. Səhhətimin əvvəlki kimi olmasını istəyirəm. Rahat yeriyə, iş görə bilim, öz qabarlı əllərimlə halal çörəyimi qazanım”, – Fəqan İsayev deyir.

“Müharibəyə yolladım sağ salamat, qayıdandan düşüb bu vəziyyətə”

Veteranın anası İzahat İsayeva da övladına aidiyyəti qurumlar tərəfindən kömək edilməsini istəyir. Ailə nə sosial yardım, nə pensiya alır. Ailənin yeganə gəliri Fəqan İsayevin adına verilən 80 manatlıq veteran təqaüdüdür: “Bu pul da iki kisə un etmir”.

Ana deyir ki, veteran müharibədə olarkən ailənin borc üzündən təbii qaz xəttini belə kəsiblər. Süpürgə yığıb satmaqla üç ailənin maddi yükünü çəkən valideynlər övladlarının səhhəti ilə bağlı çıxılmaz durumdadır. Hətta atası ağır xəstəliklərdən əziyyət çəksə belə, övladının səhhətini düşünür. Nə qapısı, nə pəncərəsi olan evinin isə əsaslı təmirə ehtiyacı var.

” Qolumdan tutub yeriyir. Deyir “çıxarın məni çölə, hava dəysin, havam çatmır”. Nə vaxta qədər övladım bu vəziyyətdə olacaq? Müharibəyə sağ-salamat yolladım, qayıdandan sonra düşüb bu vəziyyətə. Günü-gündən ağrıları artır. Xahiş edirəm, övladıma kömək edilsin. Günü 5-10 manat fəhləliklə keçirdi, indi də işləmir, dolanışıq yox”, – ana deyir.

“Rüşvət vermirəm, adamım yoxdur deyə ayrı-seçkilik edirlər”

Müharibə iştirakçısının bir müraciəti də özünəməşğulluq proqramı ilə bağlıdır. Ötən ilin oktyabrından Göyçay Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşən Fəqan İsayevin adına müharibə veteranı kimi 21 ədəd qoyun yazılıb. Hətta qurumdan bu ilin fevralında gəlib tövləsində, həyətyanı sahəsində, evində çəkiliş ediblər. Dörd ay müddətində qoyunların veriləcəyi bildirilsə də, ötən altı ay müddətində layihə gerçəkləşməyib.

Təkrar müraciətdə isə Məşğulluq Mərkəzindən bildirilib ki, köhnə çəkiliş ləğv edilib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib yenidən çəkiliş edəcəklər. Müharibə iştirakçısı deyir ki, onunla eyni vaxtda və sonra müraciət edənlər heyvanları təhvil alsalar da, bu gözləmə mövqeyindədir və istəyi yubadılır. Artıq aldanmaqdan yorulduğunu deyən müharibə veteranı ayrı-seçkiliyin səbəbini öyrənmək istəyir:

“Bizim çəkilişi nəyə görə ləğv ediblər? Mən nə qədər gözləyim? Məndən çox sonra gedib müraciət edənlərə verildi. Kənddə şəhid və veteran ailəsinə veriblər. Hətta adi vətəndaşlara təzəlikcə inək, qoyun verdilər. Düzdür, şəhid, qazi deyiləm, ancaq veteranam. Tanıdığım 15-20 ailə var ki, özünün dolanışığı pis deyil, sağlıqlarına qismət, ancaq alıblar. Bilmirəm bəziləri rüşvət verir, ya vermir, adamı var, ya yox, ancaq məndən sonra müraciət edib alıblar. Bu faktdır. Özünün qoyunu, inəyi olanlar da var. Mənim isə heç nəyim yoxdur. Konkret verəcəklər, verməyəcəklər düzünü desinlər. Aldadılmaqdan bezmişəm, mən də bu ölkənin vətəndaşıyam, Vətənin kasıb oğluyam. İmkanlılar istirahət edəndə, biz Vətən üçün vuruşurduq. Niyə ayrı-seçkilik edirlər, rüşvət vermirəm, adamım yoxdur deyə?! “

Dövlət Məşğulluq Agentliyinin Aran Regional Məşğulluq filialının əməkdaşı Nizami Hüseynov Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, Fəqan İsayevin adı 78 bal göstəricisi ilə qeydiyyat sistemindədir. O ki qaldı heyvanların təhvil verilməsində gecikməyə, bildirildi ki, qurumda struktur dəyişikliyi ilə əlaqədar əvvəlki çəkiliş ləğv edilib:

“2-3 ay olar ki, filialda struktur dəyişikliyi oldu deyə Fəqan İsayevin fevraldakı çəkilişi ləğv olunub. Artıq vətəndaşların mənzil şəraitinə baxışını Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Monitorinq Qiymətləndirmə filialı gəlib həyata keçirəcək. O ki qaldı konkret vaxta onu deyə bilmərəm, bu ilə çatmaz. Çünki hazırda 4 mindən çox adam qeydiyyatdadır və bal göstəricisinə görə qeyd etdiyim qurum özü növbəli şəkildə əlaqə saxlayıb yenidən çəkiliş edəcək. Bu üzdən Fəqan İsayevlə əlaqə saxlamaq prosesi gələn ilə qədər davam edə bilər. Bakı ilə əlaqə saxlanılsa, daha yaxşı olar”.

Dövlət Məşğulluq Agentliyinə yönləndirilən sorğuya mətbuat katibi Mais Musayev qısa zamanda cavab veriləcəyini bildirsə də, mövqe öyrənmək mümkün olmadı.

YAŞAT Fondunun mətbuat katibi Elnur Niftəliyev isə Meydan TV-yə deyib ki, Fəqan Müseyib oğlu İsayevin adı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin siyahısında yer almadığından qurumun subyekti hesab olunmur. Zəruri sənədləri olduğu halda o, Fondun dəstək istiqamətlərindən yararlana bilər.

TƏBİB-in mətbuat xidmətinin əməkdaşı Zamira Adilova isə Meydan TV-yə deyib ki, vətəndaşla əlaqə saxlanılıb, səhhəti ilə bağlı lazımı tədbirlərin görüləcəyinə söz verilib:

“Artıq vətəndaşla əlaqə saxlanılıb. Ona tibbi baxımdan hansı köməklik lazımdırsa, təbii ki, TƏBİB olaraq biz onu edə biləcəyik. Müayinə üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub, müəyyən müalicə təyin olunacaq. Əgər ehtiyac yaranarsa, göndərişlə Bakıdakı Neyrocərrahiyyə İnstitutuna da yönləndiriləcək”. *//Meydan TV//
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX Gömrük Komitəsində əməliyyat keçirdi


Dövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

TİA.AZ xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, budəfəki əməliyyatı DTX ilə birlikdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq

Baş İdarəsi keçirib.Bu saatlarda keçirilən əməliyyat Cənub Ərazi Baş Gömrük İdarəsindəki Azterminal Birliyinin SDK Gömrük Postunda keçirilib. Tutulanlar barədə hələlik məlumat yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşlar banka qoymağa pul tapmır - Ekspert danışır


Azərbaycan banklarına qoyulan depozitlər azalıb.

Bir neçə il öncə ölkədəki banklarda depozitlərlə bağlı artım müşahidə edilirdi ki, sonra bəzi bankların bağlanması ilə əhali bu sahədə problemlə üzləşməli oldu. Belə ki, bağlanan banklarda depoziti olan vətəndaşlar digər bankalara yönləndirildi ki, burada da vətəndaşlar bəzi çətinliklərlə qarşılaşdılar.

Ancaq son vaxtlar yenidən banklara qoyulan depozitlərdə azalma müşahidə edilir.

Bu azalmanın səbəbi yenə banklara inamın olmaması, yoxsa vətəndaşların maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır?

Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, banklara qoyduğu depozitlərin azalması daha çox əhalinin maddi vəziyyətinin ağırlaşması ilə bağlıdır:

“Yəni banklarla bağlı indi heç bir dəyişiklik baş verməyib ki, inam azalsın. Maddi vəziyyət dedikdə əsas gəlirlərin azalması deyil, məhz xərclərin çoxalması, qiymət artımıdır. Təbii ki, qiymət artımı vətəndaşların xərclərini çoxaldır və onlar da məcburən əmanətlərini çıxararaq öz xərclərini bağlamağa çalışırlar. Bu proses valyutaya inamın azalması ilə bağlı deyil. Hazırda Azərbaycanda onsuz da xarici valyutada əmanət faizi aşağıdır ki, bu, 1 faiz təşkil edir. Milli valyutada isə 12 faizə qədərdir və ən azı qarşıdakı bir il üçün sabitdir, təşviş yoxdur. Vətəndaşlar son dövrlər depozitlərini milli valyutada saxlayır. Bu baxımdan valyuta ilə bağlı təşviş məsələsi deyil, əsas səbəb məhz xərclərin çoxalmasıdır. İndi bahalaşma imkan vermir və bunu hamı hiss edir. Nəticədə pul yığmaq insanlar üçün problemdir. Bu tendensiya isə getdikdcə artacaq”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, yanğınla mübarizə tədbirlərinə əlavə olaraq FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***16:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı rayonu, Qəriblər kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə-Bank ittifaqı vətəndaşı QURU YURDDA QOYDU... - "Bank dedi ki, borcunuz 100 faiz ödənilib..."


Xalqxeber.az -ın məlumatına görə, Bakı sakini Hüseyn İbrahim oğlu Sadiqov Hurriyyet.az-a müraciət edərək bildirir ki, "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Suraxanı Rayon Məhkəməsindən şikayətçidir. O 2014-cü ildə “Nikoil Bank”dan kredit götürmək üçün evini girov qoyur. Lakin sonradan ödənişi ödəməkdə problemlər yaşayır. 2019-cu ildə ev bankın balansına keçir və onlar evdən çıxarılır. Lakin sonradan işləri qaydasına düşən Hüseyn Sadiqov banka 18000 manat köçürür və ona borcunun tam bağlanıldığı deyilir. O, iki aydan sonra bankla razılaşır, mənzil ona 60380 manat qiymətinə satılır. Ancaq Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişləri, nə də pandemiyanı, nə də müqavilə müddətinin daha 2 il bitməsini və digər sübutlarımı nəzərə almadan mənzilin ev sahibindən alınması barədə qərar qəbul edir.

Çarəsiz vəziyyətdə qalan şəhər sakini ölkə başçısından kömək istəyir: "Yelo Bank" haqqsız yerə mənim evimi əlimdən alıbilər. Mənim kimi bir çox şikayətçilər var. Azərbaycanda artıq hər kəs demək olar ki, "Yelo bank" rehberliyinin fırıldaqçı oyunundan xəbərdardır. Bütün dövlət qurumlarından, Cənab Prezident İlham Əliyevdən "Yelo Bank" (keçmiş “Nikoil Bank”) və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakiminin gördüyü işlərlə tanış olub, mənə köməklik etmələrini xahiş edirəm. 2014-cü ildə evimi “Nikoil Bank”a girov qoyaraq 45000 manat kredit götürdüm. 3 ay ödədikdən sonra ticarətdə problemlər yarandı, gözləmədiyim uğursuzluqla qarşılaşdım və borclarımı ödəyə bilmədim. Nəticədə bank məni məhkəməyə verdi və evim bankın adına keçdi. 2019-cu ildə ev bankın adına keçdi və bizi 2 azyaşlı uşaqla birlikdə evimizdən çıxartdılar. Tək əynimizdəki geyimlərlə... Evdən heç nə götürə bilmədik. Ailəmin hər üzvü ayrı-ayrı qohumlarda qaldı. İki aydan sonra bankla razılaşdım və evimi mənə 60380 manat 10 qəpik qiymətinə satdılar. Korona pandemiyası başladı. İşlər dayandı, vəziyyət yenidən pisləşdi, çarəsizlik yenə məni və ailəmi tutdu. Ancaq aptek və çörək üçün harasa getmək olurdu. Bunun üçün krediti vaxtında ödəyə bilmədim. Pandemiyanın və sərt karantin rejimi bir az yumşaldıqdan sonra yenidən işlərimə döndüm və dərhal banka 18000 manat ödədim. Bu ödədiyim məbləğə qədər də əlimdə olan pulları banka ödəmişəm ki, borcum azalsın. 18000 manat ödədikdən sonra bankdan təmizlik kağızı istədim və mənə "borcunuz tam bağlanıb" dedilər.

Bank dedi ki, borcunuz 100 faiz ödənilib. Təmizlik kağızının verilməsini tələb etdim. Borcun olmaması haqqında arayış almaq üçün məndən 20 manat istədilər. Verilən sənəd məni qane etmədiyinə görə, bank işçisinə müraciət etdim ki, mənə arayış vermisiz ki, kredit borcunuz bağlanılıb. Axı, biraz əvvəl borcum olmadığını demişdilər. Yenə bank yalan-dolanlarıyla məni aldadır. Müqavilənin şərtlərinə əsasən pulumu ödəmişəmsə ev mənim olmalıdır. “Yelo Bank” və Suraxanı Rayon Məhkəməsinin hakimi pandemiyanı, ciddi karantin rejimini nəzərə almayıb. Bir müddət keçdikdən sonra məhkəmədən mənə çağırış gəldi. Məhkəməyə qədər bir dəfə də olsun mənə məhkəmədən kağız gəlməyib. Hakim isə deyir ki, məhkəmələrdə iştirak etməyibsiz, bank sizdən şikayət edir ki, evi boşaltsınlar. Məhkəmə 23.08.2022-ci il tarixdə qərar verib ki, ailə evi tərk etsin. Müqavilənin bitməsinə isə 2 il var. Bu haqqsızlıq deyil, bəs nədi?.. Belə nəticəyə gəlirəm ki, Rəşad adlı “Yelo Bank” işçisi məni aldadır.

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi nə ödənişlərimi, nə pandemiyanı, nə də müqavilə müddətinin bitməsinə 2 il qalmasını və digər sübutlarımı nəzərə alıb. Hakim qərar verib ki, bank haqlıdır və evi boşaltmaq məcburiyyətindəyəm. Ailəm 6 nəfərdən ibarətdir: mən, həyat yoldaşım, oğlum, gəlinim və iki nəvəm. Xahiş edirəm ki, müvafiq qurumlara xəbər verəsiniz, bəlkə kimsə köməklik edə bilər. Əlimdə sənədlərim, çeklərim var. 1-2 çeki evdən köçən vaxt itirmişəm".

Qarşı tərəfi dinləməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğuzda dağlıq ərazidə yanğın başladı


Oğuzda dağlıq ərazidə yanğın başlayıb.

Yanğın rayonun Muxas və Baş Daşağıl kəndləri ərazisində, dağlıq ərazidə baş verib. Yanğının söndürülməsi üçün Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, meşə təsərrüfatı işçiləri əraziyə cəlb olunub.

Hazırda yanğın davam edir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA


Bir müddət əvvəl Bakıda tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verən insidentdən yazmışdıq. Yazıda qeyd olunurdu ki, restoranda A.Fatehlə şəriki Füzuli Alıyev arasında narazılıq yaranıb və dava da bu səbəbdən baş verib.

Narazılığın səbəbinə gəlincə, Aqşin Fatehlə Kamal ləqəbli Füzuli Alıyev ötən ilin payızında şərik restoran açıblar, amma bəlli olmayan səbəbdən aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib. Bu il aprelin 17-də isə A.Fateh təhvil-təslim üçün restorana gedib və tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 5-cı Polis Bölməsinə şikayət ediblər.

Onlar iddia ediblər ki, A.Fateh bir neçə idmançıyla restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız isə zədələnib. Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib. Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.


Bu hadisənin detalları, həm də yazıda adı hallanan Füzuli Alıyev barəsində Bakupost.az-a ilginc məlumatlar daxil olub.

Hazırda həbsdə olan Füzuli Alıyev kimdir və həbsxanaya hansı səbəbdən düşüb? Füzuli Alıyev həbsdə ola-ola şəhərdəki prestijli restoranları necə idarə edir?

Bu suallar ətrafında apardığımız araşdırma zamanı maraqlı detallar üzə çıxdı. Aydın oldu ki, Füzuli Alıyev yalnız Aqşin Fatehlə deyil, digər şərikləri ilə də problemlər yaşayıb, kriminal dillə desək, onlara da “atıb”. Hər halda Füzuli Alıyevin keçmiş şəriklərindən olan Nuru Qurbanov dediklərindən belə anlaşılır:

“Bu işdə adı hallandırılan İlqar Əliyevin Moskvada Füzuli Alıyevlə yaxın münasibəti olub. İlqar Moskvadan gələndən sonra onunla görüşüb. Təklif edib ki, bir restoran işi var, gəl bir yerdə başlayaq. Razılaşıblar və bir yerdə işləməyə başlayıblar. Sonra elə oldu ki, Füzuli Alıyevin “Baku City” restoranında saxta spirtli içkidən ölüm hadisəsi baş verdi və onu həbs etdilər”.

Bu yerdə qısaca olaraq, adı müxtəlif qalmaqallarda hallanan Füzuli Alıyevin həbsi barədə bəzi məlumatları xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, onun həbsi ölkədə böyük səs-küyə səbəb olan cinayət işi ilə bağlı idi. Belə ki, Füzuli Alıyevin Tibilisi prospektində yerləşən “Baku City” restoranında müştərilərə saxta içki verilməsi nəticəsində iki nəfər – Hacıqabul rayonu, Nəvahi kəndi sakini Ü.Qurbanov və Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin böyük müstəntiqi, baş leytenant Sərxan Bayramov dünyasını dəyişiblər. İkincinin dostu isə Cəlal Həmzəyev isə zəhərli içkinin təsirindən tamamilə kor olub.

Onu da qeyd edək ki, zərərçəkənlər Füzuli Alıyevin “Baku City” restoranında “Chivas Regal 12” viskisi qəbul ediblər və məhz bu içki 2 nəfərin ölümü, bir nəfərin isə şikəst olması ilə nəticələnib. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında aparılmış “Chivas Regal 12” nümunəsinin təhlili nəticəsində güclü zəhərli təsir göstərən metil spirtinin tərkibinin icazə verilən normadan (76,6%) dəfələrlə çox olması səbəbindən içkilərin sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib.

Məhz bu səbəbdən Füzuli Alıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1 və 314.2 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. O da maraqlıdır ki, baş vermiş ölüm hadisələri ilə əlaqədar olaraq, “Baku City” restoranın fəaliyyəti dayandırılsa da, bir müddət sonra restoran yenidən oranın işçisi Yetər Əliyevanın adı altında fəaliyyətini davam etdirməyə başlayıb.

İndisə Füzuli Alıyevlə digər şərik arasında baş verənlərə qayıdaq. Nuru Qurbanov deyir ki, Füzuli həbs olunduqdan sonra o, pandemiya ərəfəsində “Everest” restoranına sərmayə qoyub, daha sonra restoranın adını dəyişib “Baku Music Hall” qoyublar:

“Füzuli həbsxanada ikən İlqar Əliyev ora 140-150 min arası xərc qoydu. Restoran isə sənədlərdə mənim adıma gedirdi. Sonra oranı işlətməyə başladıq. Düşünürdüm ki, Füzuli həbsdən çıxandan sonra təmirə qoyduğum pulun yarısını verər. Elə oldu ki, 2021-ci ilin noyabr ayında Aqşin Fateh ora gəldi. Füzulinin qardaşı Kəmaləddin həmin vaxt ora nəzarət edirdi. Bizim xəbərimiz olmadan Kəmaləddin Aqşin Fatehi şərik gətirdi. Başladıq onunla birlikdə işləməyə. Kəmaləddin bizə dedi ki, Aqşin Fateh şou aləmində tanınmış adamdı, ona görə gətirib. İş gedən vaxtlarda hər şeyə Aqşinlə Kəmaləddin nəzarət edirdi. İlqar həmin vaxt Moskvada idi. Bakıya gələndən sonra Aqşinlə tanış oldu”.
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev

Müsahibimiz deyir ki, bundan bir ay sonra onların xəbəri olmadan kassadan pul götürülüb: “Füzuli (ləqəbi “Kamal”dır- red.) həbsxanadan zəng edib pul istəyib. Həbsxananın “nadzor”u gəlib 5 min manat məbləğində pulu götürüb. Kassir də onların öz adamıdır. Bunu bizə xəbər vermədən ediblər. Bundan sonra Aqşin Fatehlə Füzuli Alıyev arasında mübahisə başladı. Bundan sonra İlqar bu işdən uzaqlaşmaq istədi. Beləd də oldu: hər şeyi orada qoyub çıxdıq. İlqar dedi ki, Füzuli həbsxanadan çıxar, onunla görüşüb söhbətimizi edərik. Buna baxmayaraq, Füzuli həbsxanadan göstərişlər verirdi, işçi qrafiki qururdu, işçilərlə əlaqə saxlayırdı. Hətta vəziyyətlə bağlı xadimə ilə də əlaqə saxlayırdı. Bir sözlə, Füzuli Alıyev həbsxanadan restoranın işinə tam nəzarət edirdi. Biz ordan çıxanda obyekt sahibilə mənim aramda olan icarə müqaviləsinə xitam verdik. Aprelin 15-də Füzuli Alıyevin tapşırığı ilə obyekt sahibi və Füzulinin xalası oğlu arasında müqavilə bağlandı”.

Nuru Qurbanovun sözlərinə görə, müqavilə bağlanan günü Füzuli Alıyev işçilərini göndərərək, restoranın qarşısında Aqşin Fatehin adına olan reklamı sökdürüb: “Aqşin də gəlib gördü ki, reklamını sökürlər, ona çox pis təsir etdi. Həmin vaxt arada mübahisə oldu. Daha sonra mediada yazdırdı ki, İlqarın mənə borcu var, orada yeyinti ediblər. 2 milyona yaxın şişirtmə rəqəmdən danışır. Həmin müddətdə Füzulinin qardaşı Kəmaləddin orada hər şeyə, eləcə də pula nəzarət edirdi. Bu yaxınlarda mediada yazıblar ki, guya, pandemiya dövründə dövlət bizə 35 min manat yardım edib. Lakin heç bir yardım olunmayıb. Bunların hamısı cəfəngiyyat, yalan üzərində qurulmuş bir oyundur”.

Müsahibimiz deyir ki, qardaşlar öz oyunlarını şər-böhtanla davam etdirmək istəyirlər.

Nuru Qurbanovun sözlərinə görə, ona və Aqşin Fatehə qədər Füzuli Alıyev digər şəriklərini də başına eyni oyunları açıb: “Sonradan mənə məlum oldu ki, Füzuli Alıyev əvvəllər mafiya klub işlədib. Bir nəfərin təklifi və şərikliyilə “Melodiya” adlı restoran açıblar. Həmin şəxs oraya külli miqdarda vəsait qoyub. Bir neçə ay işlədikdən sonra Füzuli Alıyev həmin şəxsə şər-böhtan atıb, hədə-qorxu gəlib və onu restorandan uzaqlaşdırıb. Daha sonra həmin restoranın adını dəyişərək, “Baku City” qoyub. Eyni ssenari üzrə bizi “Baku Music Hall” restoranından uzaqlaşdırdı. Bezdirdi və İlqar xərclədiyi pulları qoyub çıxmağa məcbur oldu. İlqar burada olmadığı müddətdə Füzuli Alıyevin qardaşı Kəmaləddin Alıyev işçilərin, aşpazların əmək haqlarını belə ödəməyib. Onlar da Əmək Müfəttişliyinə şikayət ediblər. Əmək Müfəttişliyi tərəfindən də 4 min manat cərimə olunmuşuq. Füzuli Alıyev indi həmin pulları ödəməkdən imtina edir”.

Qeyd edək ki, Füzuli Alıyevin hazırda Bakıda iki restoranı var. Onlardan biri Tiblisi prospektindəki “Yaşıl Ada” ( keçmiş Baku City) restoranı, digəri də indiki “Baku Music Hall”dır. Sonradan “Baku Music Hall”ın adı dəyişdirilib və restoran “Məktub” adlandırılıb. Məlumatlara görə, “Yaşıl Ada”ya (Baku City) Füzuli Alıyevin qardaşı Kəmaləddin, Baku Music Hall-a isə Vüsal Rəhimov nəzarət edir.

Onu da qeyd edək ki, uzun müddətdir Füzuli Alıyev həbsxananın hospitalında yatır. Lakin məlumatlara görə, onun səhhətində heç bir problem yoxdur.

Maraqlıdır, iki nəfərin ölümü, bir nəfərin isə gözdən əlil olmasına səbəbkar olan Füzuli Alıyev həbsxanada ola-ola bizneslə necə məşğul olur? Həbsxanada mobil telefon və smartfonlar qadağan olunduğu halda o, hər gün dəfələrlə öz işçilərinə necə zəng edir və səsli mesajlar göndərir? Buna həbsxana nəzarətçiləri, yoxsa Kürdəxanı təcridxanasının rəhbərliyi şərait yaradır?

Suallar çoxdur. Biz də elə bu saysız-hesabsız suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə sorğu ilə müraciət etdik. Lakin təəssüf ki, sorğumuza olduqca qeyri-müəyyən bir cavab aldıq. Bizə göndərilən mətndə yuxarıda sadaladığımız konkret sualların heç birinə cavab tapa bilmədik. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin bakupozt.az-ın sorğusuna verdiyi cavabı olduğu kimi təqdim edirik:
Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA

“Müraciətinizə uyğun olaraq bildirmək istərdik ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsininin 16-cı maddəsinə (Cəzanın icra edildiyi yer barədə məlumat verilməsi) əsasən, cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidir və müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin razılığı ilə onlar barəsində cəzanı icra edən müəssisə və ya orqan onların dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə onlara himayədarlığı öz üzərinə götürmüş beynəlxalq təşkilatlara dərhal məlumat verir. O cümlədən qeyd etmək istərdik ki, həbs edilmiş və azadlıqdan məhrum edilmiş şəxslərin sağlamlığı ilə bağlı məsələlərlə əlaqədar olaraq aidiyyəti üzrə bu işə məsğul olan quruma – Tibb baş idarəsinə müraciıət edilməlidir”.

Cavabdan belə aydın olur ki, məhkumla bağlı yalnız onun yaxınlarına, əcnəbi vətəndaş olduqda isə həmdə onun vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyinə məlumat verilə bilər. Ancaq iş burasındadır ki, Füzuli Alıyevlə bağlı situasiya fərqlidir. Restoran biznesi ilə məşğul olan bu şəxsin cinayət törətdiyi, istehlakçı hüquqlarını kobud şəkildə pozduğu, müştərilərinə saxta içki təklif etdiyi artıq həm AQTA, həm də hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib və o, layiq olduğu cəzanı alıb. Lakin şahidlər təsdiq edir ki, Füzuli Alıyev yenə də Bakıda iki restoranı idarə edir. Onun köhnə əməllərini yenidən təkrarlamayacağına kim qarantiya verir? Kim qarantiya verir ki, Füzuli Alıyev müştərilərinə yenidən saxta, zəhərli içki təklif edib yeni yeni ölümlərə səbəb olmayacaq?

Təəssüf ki, aidiyyəti qurumlar hələlik bu suallara aydınlıq gətirmək istəmirlər. Ancaq biz mövzunu diqqətdə saxlayacağıq. (Bakupost.az)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO