[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilərdən Nikola müraciət: Ərazi iddialarından əl çək! - İLGİNC GƏLİŞMƏ
Məşhur jurnalistlər, iqtisadçı alimlər və ekspertlərin də daxil olduğu 70 erməni vətəndaşı ölkənin Baş naziri Nikol Paşinyandan Azərbaycana qarşı ərazi iddialarını unutmağı tələb edib.

Zamantv.az axar.az-a istinadla xəbər verir ki, onlar bu tələbi Paşinyana ünvanladıqları açıq məktubda bildiriblər.

“Hesab edirik ki, Ermənistanda müharibə partiyalarının zamanı geridə qalıb. Qarabağ məsələsinə aid spekulyasiyalarda özünə haqq qazandırmaq istəyən çevrilişçilərin istifadə müddəti bitib. Onlar vətəndaş müharibəsini qızışdıraraq hakimiyyəti ələ keçirmək cəhdindən başqa heç nə istəmir. Tamamilə aydındır ki, qondarma “millətin xilasediciləri”ndən heç biri nə Azərbaycanla, nə də Türkiyə ilə müharibə etmək niyyətindədir. Bu günlərdə "erməni intiqamı"nın yeganə hədəfi daxili "türkdür". Biz və bizim kimi düşünən minlərlə vətəndaşın adından Ermənistan Respublikasının legitim hakimiyyətindən öz vədini yerinə yetirməyi və Qarabağ münaqişəsini sülhlə həll etməyi tələb edirik.

Heç bir "amma" olmadan sülh istəyirik!" - müraciətdə qeyd olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İş tapa bilmir, pensiya da ala bilmir, nə ilə yaşamalıdır?" - Azərbaycan reallığı
Zamantv.az : - “Azərbaycanda ictimai rəy indiki pensiya yaşı həddini qəbul etmir. Hesab edirəm ki, bu da düzgündür”. Bu barədə Milli Məclisin deputatı Fəzail Ağamalı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O, qeyd edib ki, ölkədə uzunömürlülük yaşı o qədər də yuxarı deyil. Deputatın sözlərinə görə, insanlar 60 yaşdan sonra müxtəlif səbəblərdən xəstəliklə yaşayır.
“Kişilərin pensiyaya çıxması üçün yaş həddini 60, qadınlar üçün 50 etsək, daha optimal olar” - deyə deputat bildirib. Azərbaycanda isə, pensiya yaşı hər il 6 ay artdığına görə dəyişir.

Qeyd edək ki, Azərbaycanda 1 iyul 2021-30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022-30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq. “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
İqtisadçı Günay Həsənova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq pensiya ala bilər. Bu pensiya təminatına imkan vermədikdə isə, azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

“Yəni bura 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər aid deyil” - deyən iqtisadçl hesab edir ki, həqiqətən Azərbaycan vətəndaşı pensiya alacaq yaşa çatacaq qədər uzunömürlü deyil. Yəni Fəzail Ağamalınında dediyi kimi, insanlar 60 yaşından sonra müxtəlif xəstəliklərlə yaşamağa başlayır. Bəzən əmək qabiliyyətini də itirirlər. Bu gün kişilər üçün pensiya yaşının 65 olması bir çox vətəndaşı pensiya almaqdan məhrum edir.

“Bəzən mənə pensiya yaşı ilə bağlı qadınlar müraciət edir. Bilirsiniz ki, 35 yaşından sonra iş tapmaq çətinləşir. 55-60 yaşında qadınlar isə ümumiyyətlə iş tapa bilmir. Bu yaşda qadınlar iş üçün müraciət edəndə, onlara “yaşa görə” işə qəbul edə bilmədiklərini deyirlər. Pensiya üçün müraciət etdikdə isə, pensiya yaşının çatmadığını deyirlər. Bu zaman belə bir sual ortaya çıxır. Qadın 50 yaşından sonra iş tapa bilmir, pensiya da ala bilmirsə, nə ilə yaşamalıdır, nə ilə dolanmalıdır? Yaxşı olar ki, deputatlar bu məsələ üzərində bir qədər araşdırma aparsınlar” - deyə iqtisadçı bildirib.

Deputat Əli Mənsimli isə kişilər üçün pensiya yaşının 63, qadınlar üçün isə 60 olmasını təklif edir. Həqiqətən də ölkədə pensiya yaşının hər il 6 ay artması pensiyaçıların gözünü yolda qoyub. Bu gün 60 yaşlı Azərbaycan kişisi pensiya nə zaman alacağını hesablaya bilmirsə və bu pensiyanı ala biləcəyinə ümidi belə yoxdursa, o zaman hansı islahatlardan danışa bilərki ki? Deputatın pensiya yaşı ilə bağlı təklifi əslində təqdirə layiqdir. Qanun qəbul edənlər - deputatlar bu məsələ üzərində işləsə, bəlkə xalqa bu məsələnin həllində fayda vermiş olarlar..
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cıdır düzünə Heydər Əliyevin imzasını çəkdilər
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.

"Zamantv.az" xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa nöqtələrində təşkil olunub.

Fləşmob iştirakçılarının iştirakı ilə Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

Fləşmobun videoçarxında ulu öndərin Şuşa ilə bağlı fikirləri də səsləndirilib.

"Şuşanın inkişafı ulu öndərin adı ilə sıx bağlıdır. Beləki, Vaqifin məqbərəsinin inşası, Şuşa şəhərinin qoruq elan edilməsi və bir çox talehyüklü məsələlər əbədiyaşar liderimizin adı ilə əlaqəlidir", - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin paylaşımında bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əhməd İsmayılov jurnalistə hücum edilməsindən DANIŞDI
"Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir".

"Zamantv.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb:

"O, bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aprel döyüşlərinin iştirakçısı itkin düşüb
Masallı rayon sakini 5 gündür evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Famil Quliyev evdən çıxan zaman üzərində pul olmayıb:

“Aprel döyüşlərinin iştirakçısıdır. Beş gündür evdən çıxıb, qayıtmayıb. Ən son onu Bakı şəhərində görüblər, amma biz bilmirik ki, oğlum pulu olmadan ora necə gedib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza bildirilib ki, həmin şəxsin yaşadığı ünvanı tərk edərək geri dönməməsi barədə Masallı Rayon Polis Şöbəsinə müraciət olunub:

“Hazırda onun tapılması istiqamətində müvafiq zəruri tədbirlər davam etdirilir”.

Qeyd edək ki, F.Quliyevin psixoloji problemləri var.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yeniyetmələr mağazanı yardılar - ANBAAN
Bakıda yerli mağazaların birində oğurluq hadisəsi baş verib.

Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.

Məlumata görə, mağazanın qapısını 16 yaşlı şəxs alətlə açıb. Ardınca 12 yaşlı şəxs mağazaya daxil olaraq 400 AZN götürüb.

Görüntülər təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər - FOTO
Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı və şərəfli ömrünün 25 ilini həsr etdiyi bu orqanlarda milliləşmə prosesinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

DTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər - FOTODTX əməkdaşları ulu öndərin məzarını ziyarət ediblər - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş işçi anbardan 60 minlik oğurluq etdi
Bakıda mağazanın anbarı qarət olunub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Z.Bünyadov prospektində yerləşən mağazalardan birinin anbarından 60 min manat dəyərində elektrik məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən mağazanın keçmiş işçisi Mahmud Qarayev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü verildi - SİYAHIAzərbaycan bir sıra mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilib.

Zamantv.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Kyazım Ənvər oğlu

Balayev Məmmədəli Bəşir oğlu

İmanova Gülbacı Əliəkbər qızı

Qarayev Fərəc Qara oğlu

Novruzova Nubar Qulu qızı

Sadıqov Faiq Əbülfəz oğlu

Verdiyev Fikrət Süleyman oğlu.

***

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verilib:

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Abutalıbov Şirzad Əsəd oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağakişiyev Rauf Fikrət oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Allahverdiyev Ceyhun Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Arsentyeva Olqa Anatolyevna

Atakişiyeva Mətanət Ağazair qızı

Babayev Allahverən Hacı oğlu

Babayev Əbülfət Məmməd oğlu

Babayeva İnarə Əhməd qızı

Babayeva Töhfə Ağaəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Bağırova Sənubər Yusufovna

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bayramov Təyyar Allahverdi oğlu

Bədəlova Solmaz Əligözəl qızı

Bəşirov Xanlar Əyyub oğlu

Cəbrayılov Elşən Şahin oğlu

Cəfərov Samir Qadir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyvazova Ayan Fuad qızı

Eyyubov Musa Eyyub oğlu

Əfəndi Elçin Fərahim oğlu

Əfəndiyeva Xəlilova İlahə Əhsan qızı

Əflaki Ədilə Osman qızı

Əhmədli Bəhruz Vaqif oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Əhmədov İlyas Əhməd oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əlili Hüseyn Azad oğlu

Əliyev Ələkbər Həsən oğlu

Əliyev Əliyar Əlişan oğlu

Əliyev İqbal Adil oğlu

Əliyev Sərvər Bəhlul oğlu

Əliyev Vaqif Səfər oğlu

Əliyeva İlahə Yavər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Ülkər Sabir qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmrahov Rövşən Əbdürəhman oğlu

Əsgərov Əli Rəhim oğlu

Əzizov Əzizağa Ağayar oğlu

Fətullayeva Aygün Bəhruz qızı

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Siddiqə Zakir qızı

Heybətov Anar Mithət oğlu

Həbibov Nicat Əli oğlu

Həsənquliyev Kazım Feyruz oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Elnur Bəhrəmxan oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova İlahə Həsən qızı

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xəlilzadə Rüfət Eldar oğlu

İbişov Tahir Fidayə oğlu

İbrahimli Qabil Mahmud oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Şəhla İbrahim qızı

İmranova İnna Aleksandrovna

İsmayılov Qurban İbrahim oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Elnur Umbay oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Nərgiz Faiq qızı

Qasımov Məmmədsafa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qasımova Sevinc Vahid qızı

Qəhrəmanov Abbas Əhməd oğlu

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Elxan Əli Bala oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyeva Səbinə Kasumovna

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanova Pərvanə Yaqub qızı

Makarova Nina Aleksandrovna

Mehrəliyev Vüsal Akif oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədli Şamil Kamil oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Sabir Novruz oğlu

Məmmədova Günel Əzizağa qızı

Məsimov Qurban Abdulla oğlu

Mirişli Nazim Ramiz oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sucəddin Qiyas oğlu

Mirzəzadə Nicat Qərib oğlu

Musabəyli Nuridə Musa qızı

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayev Vüsal Sədaqət oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəzərov İlham İslam oğlu

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkram Nicad oğlu

Ramazanova Nigar Azər qızı

Rəhimov Səxavət Şərif oğlu

Rəhimova Rəna Hacıyevna

Rəhmanov Rəhman Tofiq oğlu

Rəsulov İsrafil Fərhad oğlu

Rüstəmov Elşən Mərdan oğlu

Rüstəmov Mahir Eldar oğlu

Rüstəmov Rüstəm Qərib oğlu

Rzayeva Elvira Nuca qızı

Rzayeva Vəfa Əliseyran qızı

Rzayev-Sarabski İsfar Aydın oğlu

Sadıqov Anar Babalı oğlu

Salamova Gülcahan Əhməd qızı

Salmanov Nicat Fərhad oğlu

Seyidov Aqib İbrahim oğlu

Seyidova Ceyla Uran qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Süleymanova Elmira Süleyman qızı

Şirinov Asif Əhməd oğlu

Şirinov Aslan Adil oğlu

Yahyayev Taleh Saleh oğlu

Zeynalov Azər Zeynalabdın oğlu

Zeynalov Yaqub Oktay oğlu

Zeynalova Zülfiyyə Əsgər qızı

Zülfüqarova Əminə Cahangir qızı.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatalada daha bir FACİƏ: körpə doğuş zamanı öldüZaqatalada doğuş zamanı uşaq ölüb.

Zamantv.az-ın məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

Rayonun Aşağı Tala kənd sakini N.M. (ad şərtidir) doğuşla əlaqədar xəstəxanaya müraciət edib.
Normal doğuş keçirilməsinə baxmayaraq uşaq ölüb.

İlkin məlumata görə, uşağın ciyərləri açılmayıb.

Bildirilir ki, ana hamiləlik dövründə koronavirusa yoluxubmuş.

Qeyd edək ki, hadisə baş verən gün həmin xəstəxanada ana doğuşdan sonra ölüb.

TƏBİB-dən verilən məlumata görə, Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 36 həftəlik oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və Təcili Tibbi Yardım avtomobili ilə bağırsaq keçməzliyi şübhəsi ilə Bakıya gətirilib.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya üçün laboratoriyaya göndərilib.

Ailəsi xəstəliyin əvvəlcədən mövcudluğu barədə məlumatlı olduğunu bildirib. Xəstə ailəsi tərəfindən yazılı iltizamnamə ilə evə buraxılıb.

Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınan xəstə yolda dünyasını dəyişib.

Uşağın vəziyyəti isə stabildir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO