[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSX-nin əsgəri silahdan açılan atəşdən ölüb

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan müraciətlə bağlı araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsini icra edən baş zabiti Savalan Rəsulov və həmin şöbənin zabiti Fərid İsmayılovun digər şəxslərlə qabaqcadan əlbir olub ayrı-ayrı çağırışçıların həqiqi hərbi xidmətə yararsız hesab edilmələrinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Savalan Rəsulov və Fərid İsmayılova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrat rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda bu cinayətlərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda DSX-nin əsgəri özünü güllələyib ÖLDÜRDÜ


Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkiyev Kənan Seymur oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

Daxil olmuş məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Naxçıvan Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX-dən ƏMƏLİYYAT: Azərbaycanda terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı TUTULDU - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. 

DTX-dən verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmisinin 90 min dollarını oğurlayıb özünə ev aldı

Yevlaxda əmisinə məxsus 90 min dolları oğurlayan və yerinə saxta pul qoyan 29 yaşlı Bəxtiyar Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Varvara kəndində yaşadığı evin zirzəmisində gizlədilən pulları gizli talayan gənc Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar Rusiyada biznes fəaliyyəti ilə məşğul olan əmisinin pullarının ata-anası tərəfindən evdə gizlədilməsini öyrənib. O, anasının tez-tez evin zirzəmisinə girib-çıxdığını görərək şübhələnib və orada axtarış aparıb. Bu zaman B.Məmmədov zirzəmidə iki ədəd dondurma qabının içərisində səliqəli şəkildə yığılmış dollarları görüb. O, 2022-ci ilin iyul-noyabr ayları ərzində hissə-hissə 90 min dollar (153 min manat) oğurlayaraq Mingəçevirə gedib və dollarları Azərbaycan manatına çevirərək öz kartına qoyub. Bu müddət ərzində Bəxtiyar oğurladıqları pulun 30 min dollarını qayınanasına verib və qohumlarının köməkliyi ilə ev alıb. Həmçinin Bəxtiyar oğurladıqları pulların yerinə üzərinə “keçərsizdir” yazılmış saxta pulları qoyub.

Ötən ilin sonunda Bəxtiyarın əmisi pullarını istəyərkən 90 min dolların oğurlanması və yerinə etibarsız valyutanın qoyulması məlum olub. Aparılan araşdırmalarla pulların ailənin oğlu tərəfindən oğurlanması müəyyənləşib.

Məhkəmədə zərərçəkən şəxs B.Məmmədovla barışdığını və ondan şikayətçi olmadığını deyib. Həmçinin təqsirləndirilən şəxsin 2 körpə övladının olması qeyd edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Məmmədova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. İstintaq müddətində həbsdə saxlanılan şəxs hökmün elan edilməsindən sonra məhkəmə zalından azadlığa buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda moped yolu keçən piyadanı vurdu

Sumqayıt şəhərində moped yolu keçən piyadanı vurub.

“Report” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Məmmədov Rüfət İlqar oğlunun idarə etdiyi moped piyadaya xəsarətlər yetirib. Yaralı Sumqayıt Şəhər Təcili Yardım xəstəxanasına çatdırılıb.
Hazırda yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmə rüşvət alan hərbi komissar barəsində qərar VERDİ


Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin saxlanılan rəisi Rahim Ağayevlə bağlı məlumat yayıb.

Qurumdan bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi Ağayev Rahim Əlifağa oğlunun qanunsuz əməlləri ifşa olunub.

Əməliyyat-istintaq tədbirləri ilə Rahim Ağayevin həmin vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyətilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Rahim Ağayevin xidməti otağında axtarış aparılmaqla iş üçün əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında Rahim Ağayevə Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin və cinayətə aidiyyəti olan şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Lotu Quli"nin qisasını almaq istəyən "qanuni oğru" SAXLANILDI


Belarusda "qanuni oğru" Aleksandr Kuşnerov saxlanılıb.

Bu barədə Belarus KİV-ləri məlumat yayıb

“Kuşner” ləqəbli “qanuni oğru”nun həbsinin mərhum azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla bağlı olduğu qeyd edilib.

Belə ki, “Kuşner” 2020-ci il avqustun 20-də qətlə yetirilmiş “qanuni oğru” “Lotu Quli”nin qisasını almağa söz veribmiş. O buna görə də muzdlu qatillər tutaraq, “Lotu Quli”nin qətlinin təşkilində iştirak edənlərin qətlini sifariş edib.

Bunun üçün ilkin olaraq onlara 10 min ABŞ dolları verib. İş başa çatdırılandan sonra isə əlavə 300 min ABŞ dolları ödəyəcəyini vəd edibmiş.

Lakin hüquq-mühafizə orqanları buna imkan verməyiblər və “Kuşner” həbs edilib.

Bakıvaxtı.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki rayon hərbi komissarlığında əməliyyat keçirildi - Saxlanılanlar var (YENİLƏNİB)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində əməliyyat keçirilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.

Əlavə məlumat veriləcək.

***

15:53

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.

Əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.

Ətraflı məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluqdan “Medera”dakı ölümlə bağlı AÇIQLAMA


“Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında məlumat yaymışdıq.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli Axar.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma davam edir.

“Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Hazırda tibbi ekspertizanın cavabı gözlənilir. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - o deyib.

Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. O, 5 iyunda dünyasını dəyişib.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO