[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İdmançımızdan Avropa birinciliyində qızıl medal


Moldovanın paytaxtı Kişinyov şəhərində 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa birinciliyində Azərbaycan yığmasının üzvü Hüseyn Heydərov (81 kq) birdən qaldırmada 118 kq nəticə ilə qızıl medal qazanıb.

İdmançımız təkanla qaldırma hərəkətində 139 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə də qızıl medala layiq görülüb. Toplam 257 kq (118+139) nəticə göstərən Heydərov yekun sıralamada da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə GETDİ


Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib.

Bu barədə o özünü öz Telegram kanalında yazıb.

“Türkiyədə gərgin bir günü başa vururuq. Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırıq”, - deyə Ukrayna lideri yazıb.

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski ilə İstanbulda keçiriləcək danışıqların nəticələrini müzakirə etməyə hazırlaşır . “A Haber”in məlumatına görə, Türkiyə və Rusiya başçılarının təkbətək görüşü gözlənilir. Ərdoğanla Putin arasında mümkün danışıqların tarixləri, eləcə də onların dəqiq yeri hələlik məlum deyil. Eyni zamanda, qəzet əlavə edir ki, Türkiyə prezidenti ilə Zelenski arasında danışıqlar təkbətək dialoqla başlayacaq, daha sonra iki ölkənin nümayəndə heyətləri səviyyəsində ünsiyyətə keçiləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmisinin 90 min dollarını oğurlayıb özünə ev aldı

Yevlaxda əmisinə məxsus 90 min dolları oğurlayan və yerinə saxta pul qoyan 29 yaşlı Bəxtiyar Məmmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Varvara kəndində yaşadığı evin zirzəmisində gizlədilən pulları gizli talayan gənc Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Araşdırmalar zamanı məlum olub ki, Bəxtiyar Rusiyada biznes fəaliyyəti ilə məşğul olan əmisinin pullarının ata-anası tərəfindən evdə gizlədilməsini öyrənib. O, anasının tez-tez evin zirzəmisinə girib-çıxdığını görərək şübhələnib və orada axtarış aparıb. Bu zaman B.Məmmədov zirzəmidə iki ədəd dondurma qabının içərisində səliqəli şəkildə yığılmış dollarları görüb. O, 2022-ci ilin iyul-noyabr ayları ərzində hissə-hissə 90 min dollar (153 min manat) oğurlayaraq Mingəçevirə gedib və dollarları Azərbaycan manatına çevirərək öz kartına qoyub. Bu müddət ərzində Bəxtiyar oğurladıqları pulun 30 min dollarını qayınanasına verib və qohumlarının köməkliyi ilə ev alıb. Həmçinin Bəxtiyar oğurladıqları pulların yerinə üzərinə “keçərsizdir” yazılmış saxta pulları qoyub.

Ötən ilin sonunda Bəxtiyarın əmisi pullarını istəyərkən 90 min dolların oğurlanması və yerinə etibarsız valyutanın qoyulması məlum olub. Aparılan araşdırmalarla pulların ailənin oğlu tərəfindən oğurlanması müəyyənləşib.

Məhkəmədə zərərçəkən şəxs B.Məmmədovla barışdığını və ondan şikayətçi olmadığını deyib. Həmçinin təqsirləndirilən şəxsin 2 körpə övladının olması qeyd edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda B.Məmmədova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. İstintaq müddətində həbsdə saxlanılan şəxs hökmün elan edilməsindən sonra məhkəmə zalından azadlığa buraxılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda moped yolu keçən piyadanı vurdu

Sumqayıt şəhərində moped yolu keçən piyadanı vurub.

“Report” xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Məmmədov Rüfət İlqar oğlunun idarə etdiyi moped piyadaya xəsarətlər yetirib. Yaralı Sumqayıt Şəhər Təcili Yardım xəstəxanasına çatdırılıb.
Hazırda yaralının kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevindik Hətəmovun Salyandakı tender kralı və +VİDEO

Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri üzrə Nümayəndiliyi “A+H Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb. Müqavilədə Salyan şəhərnin küçələrinin işıqlandırılması işləri üzrə materialların alınması nəzərdə tutulur. Buna görə qurum şirkətə 45 024.08 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “A+H Təmir Tikinti” MMC 28 oktyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Rəsulzadə küçəsi, ev 27V/1T-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Abasov Vüqar Mehman oğludur.
“A+H Təmir Tikinti” MMC 11 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Şirkətin əlaqə telefonları və saytına da rast gəlinmir.
Dövlət satınalmalarının vahid internet portalına nəzər saldıqda məlum olur ki, şirkət əsasən Salyan Rayon İcra Hakimiyyəti və sözügedən rayondakı qurumların tenderlərinin qalibi olur.
Şirkətin qalibi olduğu tenderlərin şərtlərinə diqqət etdikdə MMC-nin çoxfprofilli olduğu üzə çıxır. Məsələn, Salyan şəhər icra nümayənliyinə işıqlandırma ilə bağlı materiallar satan şirkət ötən il Salyanda kənd yollarının təmir ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə 150 min manatlıq müqavilə imzalayıb.
Yaxud da şirkətin ötən il Salyan Suvarma Sistemləri İdarəsi ilə bağladığı 30 min manatlıq müqavilədən aydın olur ki, şirkət həm də buldozer təmir edir.
Beləliklə, “A+H Təmir Tikinti” MMC inşaat şirkəti olsa da, elektrik materialları, maşın mexanizmləri, nəqliyyat vasitələri üçün ehtiyat hissələri və tikinti materialları da satır.
MMC-nin “çoxprofilli” olması müəyyən şübhələrə yol açır. Ekspertlər bildirir ki, adətən bu tip şirkətlər tender oyunlarında iştirak üçün yaradılır.(reportyor.info) Xatırladaq ki, bundan əvvəl S.Hətəmov qalmaqallı görüntülərlə gündəmə gəlmişdi. Həmin videokadrları diqqətinizə çtdırırıq:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ziyəddin ziyanları: BİR-BİR İFŞA OLUR… – “Hələ bu qədər ziyan vuran icra başçısı olmamışdı”


“Qubanın keçmiş icra başçısı, başıma gətirilən oyunların, üstümə atılan şər-böhtanların müəllifi – Ziyəddin Əliyevin Qubada xeyli adamın adına güzəştli kredit alıb, özlərinə 10-15 min verib, yerdə qalanını mənimsədiyi barədə məlumatlar gəlir”. DİA.AZ bildirir ki, bu iddia ilə əslən sözügedən bölgədən olan tanınmış jurnalist Cəmil Məmmədli çıxış edib.

C.Məmmədli daha sonra yazır:
“Bütün hoqqalarını təqib edən adam kimi, əlimdəki faktlar onu deməyə əsas verir ki, bu adam çox güclü yerdən himayə olunur və mənimsədiyi pulların da guya həmin ünvanlara çatdığını deyir.

Azərbaycan dövlətinə, şimalda Qubaya və ümumilikdə regiona, hələ bu qədər ziyan vuran icra başçısı olmamışdı.

Şəmsəddin Xanbabayev nə etmişdisə, Xaçmaza etmişdi. Bu isə bütün regiona zərbə vurub.

Dolayısıyla mərkəzi hakimiyyətə, dövlətə və dövlətçiliyə sabotaj kimi qiymətləndirilə bilən, mərkəzi hakimiyyətə qarşı yerli sahibkarların və əhalinin narazılıq səviyyəsinin artmasına hesablanmış xüsusi “töhfələr” verib…”

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bir general, 22 polkovnik, 38 polkovnik-leytenant, 14 mayor... - Komisarlıqlar birləşdirilir (SİYAHI)


Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın, Xaçmaz və Cəlilabad şöbələrində də əməliyyat keçirib. Nəticədə Xaçmaz rayon şöbəsinin rəisi, polkovnik-leytinant Ağayev Rahim Əlifağa oğlu, Laçın hərbi komissarlığının müfəttişi Rəşad Rəşidli və Cəlilabad rayon hərbi komissarlığının müfəttişi Ramil Həsənov qanunsuz əməlləri ifşa olunduğuna görə həbs ediliblər.

Qaynarinfo sözügedən məsələnin gündəmdə olmasını nəzərə alaraq, Azərbaycanda hərbi komisarların siyahınısı hazırlayıb.

Məlum olub ki, bir general-mayor, 22 polkovnik, 38 polkovnik-leytenant (biri həbs edilib), 14 mayor Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinə rəhbərlik edir.

Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri birləşdiriləcək və Regional şöbələr yaradılacaq. Bununla da hərbi komisarların sayı kəskin azalacaq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon və şəhər şöbələrinin

Qaynarinfo

TAM SİYAHISI
My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cəlilabad sakinləri icra başçısından şikayətçidir - “BİZƏ QƏSDƏN KOMBAYN VERMİR...”

Cəlilabad rayonu, Soyuqbulaq kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər iddia edirlər ki, icra başçısı qəsdən onlara taxılyığan kombayn vermir:

“Hörmətli redaksiya!

Yazaraq sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırasınız.

Taxılımız əlimizdə qalıb, məhv olur. İcra başçısı da buna göz yumur. 100 hektardan çox taxıl sahəsini, kombayn yoxdur deyə, biçdirə bilmirik.

İcra Hakimiyyəti şikayətimizə cavab vermir. Kənd Təsərrüfata Nazirliyi də məhəl qoymur.

100 hektardan çox ərazi məhv olur, əziyyətimiz boşa gedəcək.

Məsələ ilə bağlı Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti olduğu kimi təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“VNM SERVİS” MMC-ni Meliorasiya və Su Təsərrüfatı ASC-dən kimlər idarə edir?

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı, rayonlarda yerləşən istismar idarələri tərəfindən elan olunmuş bir çox tenderlərin keçirilməsi prosedurunda ciddi qanun pozuntularına yol verilməsi barədə demək olar hər gün yeni məlumatlar yayılır. Sözügedən cəmiyyətə tabeli qurumların keçirdiyi tenderlərdə hər il yeni bir MMC qalib çıxarılır, müəyyən məqsədləri həyata keçirildikdən sonra o şirkətlərdən heç xəbər-ətər qalmır. Bu ilin başlanğıcından isə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələr “VNM SERVİS” MMC ilə işbirliyinə başlayıblar. Səhmdar cəmiyyətin yerli idarələri cari ilin iyuniyul aylarında adıçəkilən MMC ilə 23 satınalma müqaviləsi bağlamışlar.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VNM SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 11.09.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, BİLƏCƏRİ ŞTQ, SUMQAYIT ŞOSSESİ (BİLƏCƏRİ QƏS.), ev 5, MOSKVA PR. qanuni təmsilçisi kimi isə Nağıyev Vüqar Məhəmməd oğlu qeyd olunub.

Açıq mənbələrdə MMC-nin barəsində olan məlumatlar bu qədərdir. Amma gəlin bu MMC-nin son bir ayda qalib olduğu tenderlərə nəzər salaq. Qeyd edək ki, MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə tabelı idarələrdən başqa heç bir tenderin qalibi olmayıb.

Astara Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü yağlarının satın alınması üzrə 24.982,72 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Biləsuvar Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş yağların və sürtkü materiallarının satın alınması üzrə 148.117,14 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi tərəfindən keçirilmiş yağ-sürtkü mallarının satınalınması üzrə 22.466,32 manat məbləğində satınalma müqaviləsi 03.07.2023-cü il tarixdə;

Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın mexanizmlərin ehtiyyat hissələrinin satın alınması üzrə 163.152,7 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

Ağdaş Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə 72.939,86 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

Neftçala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın və mexanizmlər üçün yağ-sürtkü materiallarının satın alınması üzrə 12.504,46 manat məbləğində satınalma müqaviləsi 25.06.2023-cü il tarixdə;

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş avtomaşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satın alınması üzrə 43.573,86 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə;

İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş mexanizmlər və avtomaşınlar üçün sürtkü materiallarının satın alınması üzrə 8.643,5 manat məbləğində satınalma müqaviləsi 24.06.2023-cü il tarixdə;

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən cari təmir işləri üçün tikinti materiallarının və azqiymətli əşyaların satın alınması üzrə 84.716,18 manat məbləğində satınalma müqaviləsi 23.06.2023-cü il tarixdə;

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi tərəfindən torpaq qazan mexanizmlərin ( ekskovator, buldozer ) üçün ehiyat hissələrinin satın alınması üzrə 57.586,01 manat məbləğində satınalma müqaviləsi 23.06.2023-cü il tarixdə;

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən keçirilmiş sürtgü materiallarının satın alınması üzrə 5.723 manat məbləğində satınalma müqaviləsi 22.06.2023-cü il tarixdə;

Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi tərəfindən keçirilmiş torpaq qazan mexanizimlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması üzrə 64.334,28 manat məbləğində satınalma müqaviləsi 20.06.2023-cü il tarixdə;

Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın-mexanizm və avtonəqliyyat vasitələri üçün sürtkü yağlarının satın alınması üzrə 16.334,15 manat məbləğində satınalma müqaviləsi 19.06.2023-cü il tarixdə;

Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü yağlarının satın alınması üzrə 20.515,72 manat məbləğində satınalma müqaviləsi 16.06.2023-cü il tarixdə;

Bəhramtəpə Hidroqovşağı İstismar İdarəsi tərəfindən keçirilmiş 42.415,35 manat məbləğində satınalma müqaviləsi 14.06.2023-cü il tarixdə;

Yevlax Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü materiallarının satın alınması üzrə 29.072,84 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş 2023-cü ildə nəzərdə tutulan “Maşın mexanizmlərə və nəqliyyat vasitələrinə tələb olunan sürtkü yağlarının” satın alınması üzrə 25.417,2 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Bərdə Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş 2023-cü ildə nəzərdə tutulan “Nəqliyyat vasitələri üçün tələb olunan ehtiyat hissələrinin” satın alınması üzrə 8.942,04 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixdə;

Samux Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş sürtgü və yağ materiallarının satın alınması üzrə 12.807,72 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 8.320,42 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Mərkəzi-Muğan Kollektorlarının İstismarı İdarəsi tərəfindən keçirilmiş avtomaşın və mexanizmlər üçün sürtgü yağlarının satınalınması üzrə 44.511,96 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixdə;

Cənubi Muğan Kanalı İstismarı İdarəsi tərəfindən keçirilmiş mexanizmlər və nəqliyyat vasitələri üçün sürtkü yağlarının satınalınması üzrə 7.561,91 manat məbləğində satınalma müqaviləsi 08.06.2023-cü il tarixdə;

İmişli Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilmiş maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması üzrə 120.743,5 manat məbləğində satınalma müqaviləsi 08.06.2023-cü il tarixdə;

Göründüyü kimi, dövlət sifarişlərinin hərəsi bir rayondan verilib. Nizamnamə kapitalı cəmi 10 manat olan, maddi-texniki bazası barədə heç bir məlumat olmayan “VNM SERVİS” MMC-nin bu işləri reallaşdırması bir az şübhələr doğurur. Görəsən MMC eyni anda, ayrı-ayrı rayonlarda maşın mexanizmləri üçün ehtiyyat hissələri ilə, sürtgü yaşları ilə necə təmin edir? Bu sifarişləri həyata keçirmək üçün MMC-nin, maddi-texniki bazası, ixtisaslaşdırılmış işçi qrupu varmı?

Qeyd edək ki, burada şəffalıqdan söhbət belə gedə bilməz. Bu inhisarçılığın bariz nümunəsidi. Bu azad rəqabətin açıq şəkildə pozulmasıdı. Bir MMC-nin ay yarım ərzində 23 açıq tender və kotirovka sorğusunda qalib olması satınalma prosedurlarında saxtakarlıqdan başqa bir şey deyil. Buna da, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti zəmin yaradır. Çox gümün ki, bu işlərin başında Səhmdar Cəmiyyətin sədr müavinlərindən biri, ya Rafiq Aslanov, ya da Zakir Quliyev dayanır. Bu, 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmiş, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsinin başında duran Zaur Mikayılov da ola bilər.

Aktualinfo.org

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...