[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əsgər silahdan açılmış atəş nəticəsində ÖLDÜ


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Məlumata görə, fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DİN bugünkü atışma ilə bağlı yeni məlumat yaydı


Daxili İşlər Nazirliyi bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb:

“Əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır.

Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır.
Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sirkin yanında 2 nəfəri güllələyən şəxs tutuldu


Bu gün Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində (Bakı Dövlət Sirkinin yaxınlığı) 2 nəfəri güllələyən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən bir nəfər şəxs saxlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəsarət alıb. Onlar Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda atışma - 3 nəfər güllələndi


Bakıda atışma olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.

Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub: "Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıdakı atışma ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda idmançıları daşıyan avtobus yük maşını ilə toqquşdu - YARALILAR VAR


Muğanlı-İsmayıllı yolunda Mingəçevir Futbol Klubunun oyunçuları qəzaya düşüb.

"Unikal"ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Muğanlı-İsmayıllı yolunun Ağsunun Sanqalan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İdmançıları daşıyan sərnişin avtobusu "Mack" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 3 nəfər xəsarət alıb. Yaralılar Şamaxı və İsmayıllı rayon mərkəzi xəstəxanalarına aparılıb. Onların futbolçu olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nərimanov rayonunda ŞOK: Uşaq bağçası adı altında yaşayış binası tikilir - Burası AZƏRBAYCANDIR!


Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu yerli KİV-ə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb.
“Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik zonada yerləşdiyi üçün bu cür qərarların verilməsi normal haldır. Həmçinin, binaların tikintisi zamanı elə mexanizm qurulmalıdır ki, Yaponiyada olduğu kimi dağıdıcı zəlzələlərə dözümlü olsun. Bütün bu kimi məsələlərə ciddi nəzarət olunmalıdır”, — deyə Vahid Əhmədov bildirib.
Deputat onu da vurğulayıb ki, artıq Bakının Baş planı təsdiq olunmalıdır: “Bu, ona görə lazımdır ki, kim harada gəldi bina tikməsin. Bir neçə il bundan əvvəl Prezident İlham Əliyev bununla bağlı göstəriş vermişdi. Hətta o zaman mövzu ilə bağlı təqdimat da oldu. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təcili şəkildə Baş planı təsdiq etməlidir. Burada yalnız ev tikintisindən deyil, park və küçə layihələrinin hazırlanmasından söhbət gedir. Azərbaycanda binaların zəlzələyə dözümlü olması ilə bağlı nəzarət mexanizminə Fövqaladə Hallar Nazirliyinin (FHN) xüsusi idarələri baxır. Bu işlə məşğul olanlar kifayət qədər təcrübəli insanlardır. Binaların tikintisində mexanizmi elə qurmaq lazımdır ki, heç kim lahiyədən kənara çıxmasın. Aldığım məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər aparıılır”.
Qeyd edək ki, Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb.

Vahid Əhmədov və onun kimi insanpərvər millət vəkilləri danışmaqda olsunlar, Bakıda hündürmərtəbəli binalar tikilməkdədir. Paytaxtın Nəsimi rayonunda, Moskva küçəsində könhə uşaq bağçasının yerində yeni bağçanın layihəsi adı ilə tikilmiş, yaxın ətrafdakı yaşıl ağacların kəsilməsi ilə müşayiət olunan hündürmərtəbəli binanın tikintisində əməyin təhlükəsizliyi qaydaları, əmək qanunvericiliyinin tələbləri pozulur, işə qeyri-leqal işçi qüvvəsi cəlb olunur.
Redaksiya olaraq, öz növbəmizdə aidiyyəti orqanların diqqətini bu məsələyə cəlb etməyə çalışacağıq.
Deryaz.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yaşıllığı kim necə gəldi MƏHV EDİR... - Bu "Bulaq"ın suyu tərs axır...


Deməli, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev cənabları keçirdiyi müşavirələrin birində ağacların qırılmasına, yaşıllıqların məhv edilməsinə çox kəskin və sərt münasibət bildirmişdir: “Bakıda bir ağacı əkib-böyütmək, bir övladı böyütməyə bərabərdir. Vaxtilə Bakıda ağaclar yox idi. Rus yazıçısı Maksim Qorkinin sözlərini yada salın, Bakıda 2-3 ağac gördüm. Bakıxanov, Badamdart qəsəbələrində, Xalqlar dostluğu parkında nə boyda əziyyətin hesabına yaşıllıqlar saldıq, becərdik. Bunu xalq üçün, millət üçün, Bakının iqlimi üçün edirdik. O ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..”
Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və…. Həmin obyektləri dağıtmaq, uçurtmaq lazımdır… Uçurdulub, dağıdılmalı obyektlərdən biri də Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan 19 ünvanda yerləşən “Bulaq” restoranı, Bulaq Palace-dir. Niyə və nə üçün..?
Onu qeyd edək ki, restoranın sahibi əslən Ağcabədidən olan Quliyev Eldar Müseyib oğludur. Sahəsi 9503 kvadratmetr olan torpaq sahəsi natamam sənədlər əsasında Biləcəri bələdiyyəsi tərəfindən 15 avqust 2005-ci il tarixli müqaviləyə əsasən park və ictimai iaşə məqsədləri üçün "Bulaq" restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun istifadəsinə verilib.
Mediada yayılan rəsmi xəbərlərdən o da bəlli olur ki, 2017-ci ildə "Bulaq" restoranı ərazisində ağacların məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Həmin ünvandakı yaşıllıq sahəsinə keçirilən baxış zamanı restoranın həyətində 20-44 sm diametrliyində 67 ədəd Eldar şamının köküstə qurumuş vəziyyətdə olduğu və 2 ədəd ağacın isə kəsilmiş kötükləri aşkar olunub. Nəticədə təbiətə 57 min 360 manat məbləğində ziyan vurulması müəyyən edilib. Ağacların quruma səbəblərini müəyyənləşdirmək məqsədilə ağacların dibindən torpaq nümunələri götürülərkən torpaq səviyyəsindən 5 sm dərinlikdə ağacların dib kötüyünün həlqəvi olaraq 5-6 sm enində kəsici alətlə boy artımının dayandırılması dərəcəsinədək ciddi zədələndiyi, kötüklərinin yandırıldığı, həmçinin ağacların dibinə məqsədli şəkildə kristallaşdırılmış NaCl-natrium xlorid duzu tökülərək məhv edildiyi müəyyən olunub.
Həmin faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3 (qanunsuz ağac kəsmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq zamanı “Bulaq” restoranının sahibi Quliyev Eldar Müseyib oğlunun gələcəkdə yenidənqurma işləri aparmaqla iaşə obyektinin gəlirliliyini artırmaq, əlavə köşklər tikmək, mövcud olan sahəni genişləndirmək və bununla da ərazidəki yaşıllıqların qəsdən məhv etməsi müəyyən olunub. Və Eldar Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 57 min manat cərimə olunub. Bəs sonra nə olub..? Sanki qurbağa gölünə daş düşüb. Və bu barədə ölkə mediasında bircə cümlə də yoxdur.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Quliyev bir neçə aydan sonra azadlığa çıxıb və köhnə əməllərini davam etdirməyə başlayıb.
Birincisi, bizim məlumatımıza görə, həmin ərazidə 67 ədəd deyil, yüzlərlə şam ağacı məhv edilib. Bəs nə üçün Eldar Quliyev 57 min cərimə və 3-4 aylıq həbslə canını qurtara bilib..?
Hətta məlumata görə, “KLİÇKASI” bizə bəlli olan Eldar Quliyev Ekologiya nazirliyinin əməkdaşlarını söyərək ərazidən qovub. Bütün bunların qarşılığında Eldar Quliyev nə layiq olduğu cəzanı alıb, nə də qanunsuz obyekt sökülməyib. Bəs, Ulu Öndərin tələbləri necə oldu, cənablar..? Gəlin, görək, bu odda yanmaz, suda batmaz, “bessmertniy Kaşey” Eldar Quliyev kimdir, nəçidir..? Bu adam hansı maliyyə imkanları ilə buna nail ola bilir..?
Məlumat üçün onu qeyd edək ki, Eldar Quliyev əvvəllər dostu Fikrətlə “zapçast” alveri ilə məşğul olub, Sonra nəsə baş verib və Eldar Quliyev Hindarxında nəsə gizli xəzinə tapıb, az vaxtda milyonçuya çevrilib. Nə xəzinəsi olduğu barədə növbəti yazıda. Beləcə böyük, həm də çirkli pullara sahib olan Eldar Quliyev Biləcəridə böyük restoran və PALACE sahibi olub. Və 100-dən artıq ağac kəsməsinə baxmayaraq məsələni Hindarxının hesabına həll edib. Bu adam o qədər həddini aşıb ki, hətta 2020-ci ildə ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına baxmayaraq restoranı açıq şəkildə işlədirmiş, heç hüquq-mühafizə orqanlarını da saymırmış, deyirmiş pullarını verəcəm. Bəli, 80-cı illərdə Şuşada Topxana meşəsində ermənilər bir armud ağacını kəsdiyi üçün yüz minlərlə insan ayağa qalxaraq etiraz edirdi. Amma günün günorta vaxtı, hökümətin gözü qarşısında Eldar Quliyev yüzdən artıq şam ağacını kəsir, ona söz deyən olmur. Bir də ağacların dibinə natrium-xlor tökən adam insanları da zəhərləyə bilər.
Ümid edirik ki, məsələ yaxın zamanda yenidən və daha obyektiv araşdırılacaq, Ulu Öndərin buyurduğu kimi Eldar Quliyev qanun qarşısında cavab verəcək və “Bulaq” restoranı söküləcək. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DİN və Baş Prokurorluq silahlı insidentlə bağlı MƏLUMAT YAYDI


Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Prokurorluq və polis əməkdaşları tərəfindən kriminalist və ekspertlərin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb və iş üzrə əhəmiyyət kəsb edən sübutlar götürülüb.

Hadisənin hipermarketdə yerləşən qeyd olunan banka məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman zərərçəkmişlərə silahlı hücum edilməsi nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən olunub.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlk əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hipermarketə silahlı basqının anbaan görüntüsü - Video


Bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketdə baş vermiş silahlı basqının görüntüləri yayılıb.

Görüntülərdən hadisənin 2 nəfər tərəfindən törədilməsi məlum olur. Belə ki, hipermarketin giriş hissəsindəki bankomatda inkassatorun pulları çıxardığı vaxt bir nəfərin tapança ilə daxil olaraq atəş açdğı görünür. Bu zaman inkassatorun mühafizəçisi silahlı müqavimət göstərməyə çalışır və baş nahiyəsindən güllə yarası alaraq yıxılır. Həmin zaman hipermarketin daxili hissəsindən digər silahlı şəxs bir neçə dəfə atəş açaraq pulların olduğu kisəni götürərək digər şəxslə birgə oradan uzaqlaşır.

Hadisəni törədən şəxsin yaxınlıqda park edilmiş avtomobillə uzaqlaşdığı iddia olunur.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda supermarketdə ATIŞMA - Ölən və yaralanan var


Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən "Bravo" supermarketdə silahlı insident baş verib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.

Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.

İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Baş Prokurorluqdan isə bildirilib ki, Xətai rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər. Qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...