[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
143 saylı uşaq bağçasında BÖYÜKLƏR BELƏ YEYİR... - İLGİNC İDDİALAR...

Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, hazırda ölkədə 1670 məktəbəqədər təhsil müəssisəsi, yəni körpələr evi, uşaq bağçası var. Bu qədər uşaq bağçasında yüz iyirmi minə yaxın uşaq təlim-tərbiyə prossesinə cəlb olunub. Bu rəqəm ümumi uşaqların yalnız 25% faizini əhatə edir.
Azərbaycanda yalnız Bakı şəhərində 320-ə qədər məktəbəqədər təhsil müəssisəsi, körpələr evi, uşaq bağçası var. Amma regionlarda bu da yoxdur.Hətta, elə bölgələr var ki, 3-4 körpələr evi, uşaq bağçası var, bu da ümumi uşaqların heç 10 faizini təşkil etmir. Nəzərə alsaq ki, bir yaş həddində ölkəmizdə 120-130 min nəfər uşaq var. Deməli vəziyyət yaxşı deyil.
Təəssüflər olsun ki, mövcud uşaq bağçalarına qəbul zamanı neqativ hallar var. Bağça rəhbərliyi qəbul zamanı valideynlərdən pul istəyir, digər tələbləri irəli sürür. Digər tərəfdən uşaq bağçalarında sıxlıq hədsiz dərəcədə çoxdur. Bir otaqda təlim-tərbiyə prosesi üçün 15-17 uşaq cəlb olunmalıdırsa, biz görürük ki, daha çox sayda uşaq var.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhərində uşaq bağçaları ilə bağlı problemlər var, amma ən çox problemlər paytaxtın Nəsimi rayonu ərazisindədir. Nəsimi rayonu uşaq bağçalarında sıxlığa görə, paytaxtda birinci yeri tutur. Ən neqativ hallarda bu rayonda baş verir. Məlumdur ki, rüşvət və korrusiya hallarını aradan qaldırmaq üçün uşaq bağçalarında elektron qəbul qaydalarına üstünlük verilir. Amma Nəsimi rayonu ərazisindəki, Q.Quliyev küç. 8 ünvanda yerləşən 143 saylı uşaq bağçasının müdirəsi Fidan Əziz qızı Tağıyeva bağçanı özəl şirkəti kimi işlədir. Bu xanıma başa salan yoxdur ki, ölkədə elektron qəbula üstünlük verilib, sən isə özündən yeni qaydalar icad edirsən.
Bəli, 143 saylı uşaq bağçasında rüşvət əsas hesab olunur. Bu hələ harasıdır..? Uşaq bağçası kağız üzərində mövcuddur. Bütün personal, müəllimələr, dayələr, xadimələr, mühafizə-zad hamısı kağız üzərindədir. Hətta uşaq bağçasında adı keçən uşaqlar da başğaçaya gəlmir. Amma dövlətin ayırdığı əmək haqqını bağçanının müdirəsi Fidan Tağyeva mənimsəyir. Dövlətin vəsaiti hesabına uşaqlara verilən ərzaq və qida məhsullarının hara getdiyini Fidan Tağıyevadan başqa heç kim bilmir.
Bütün bunlar azmış kimi, Fidan Tağıyeva bütün qohum-əqrəbasını bağçaya doldurub. Hamısı da kağız üzərində dövlətdən maaş alırlar. Demək olar ki, 143 saylı uşaq bağçasının ancaq adı var, bir də müdirəsi Fidan Tağıyeva. Bütün bunlara görə, hesab edirik ki, Elm və Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi 143 saylı uşaq bağçası ilə bağlı ciddi tədbir görməlidirlər. Hətta bağçada uşaqlar olmadığı üçün bu bağça bağlanmalıdır.
Yazıda qeyd etdiyimiz problemlərlə bağlı qarşı tərəfin fikrini öyrənmək üçün 143 saylı uşaq bağçasının 440-99-23 saylı şəhər telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı.
Qarşı tərəfin fikrini dərc etməyə hazırıq.
P.S. Deyirlər bağça bağlanıb, amma deyəsən bu söz olaraq deyilir. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Kiçikbəyovun səfərbərlik sistemindəki BÖYÜK İŞLƏRİ... - Vəziyyəti heç də yaxşı olmayacaq...
Xəbər verildiyi kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. Xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-leytenant Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə yeni xidmət rəisinə böyük ümidlər bəsləndiyini, xüsusilə Zaur Abdullayevin uzun illər xidmətdə kabusa çevrildiyini bildirmişdik.

"Yeni Xidmət rəisi üçün Zaur Abdullayev sınağı” başlıqlı yazımızda Xidmətdə kök atmış general çetesinin dağıdılmasının bütövlükdə səfərbərlik sisteminə müsbət təsir edəcəyini bildirmişdik. Bu baxımdan Z.abdullayevin vəzifıdən alınması təqdirəlayiq haldır. Amma cumhuriyyet.az olaraq onu da bildirək ki, Abdullayev yeganə fiqur deyil. Müəmmalı fəaliyyətinə rəğmən birdən birə general rütbəsinə yüksələn və xidmətin mərkəzi aparatında yüksək vəzifə alan digər bir şəxs Çingiz Kiçibəyovdur.

Onun xidməti fəaliyyəti dövründə yol verdiyi ciddi nöqsanlar, Quba və Sabunçu rayonlarının hərbi çağırışçıları, onların valideynlərinə yaratdığı süni əngəllər bir dosye kimi cildlənə bilər. Hərbi Prokurorluq SHXÇDX-nin bu fiquru ilə bağlı araşdırma aparsa, polkovnik-leytenantın vəziyyəti heç də yaxşı olmayacaq.

Belə ki, cumhuriyyet.az olaraq ölkə mediasında yer alan xəbərlərə istinadən bildirək ki, Səfərbərlik Xidmətinin Şəki rayon şöbəsində ikinci şöbənin rəisi, sonra isə adıçəkilən qurumun Neftçala rayon şöbəsində üçüncü şöbənin rəisi vəzifəsində çalışan Çingiz Kiçibəyov SHXÇDX-nin Quba, Sabunçu və Suraxanı rayon şöbəsində "hərbi bilet bazarı” ilə ad çıxarıb.

Məlumatlara görə Ç.Kiçibəyov hazırda da Xidmətdən bütün rayonlar üzrə möhlət hüququ və yararsızlıq məsələlərini monopoliyaya alıb. Bütün bu faktorlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yeni rəisinin Ç.Kiçibəyovla bağlı lazımi qərar verəcəyini labüdləşdirir. //Cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda görülməmiş OLAY: 100 min manatlıq araq alıb, pulunu vermədi


Bakıda görülməmiş dələduzluq hadisəsi baş verib.

Ağsu rayon sakini Əbilrəhim Ağayev polisə ərizə ilə müraciət edərək Astara rayon sakini Nazir Verdiyevin 2021-ci ilin sentyabrından bu günədək onu aldadıb 100 min manat dəyərində spirtli içki alaraq pulunu vermədiyini bildirib.

Daxil olan şikayət polisi də şoka salıb. Dərhal hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırmalara başlanılıb.lent.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda qohumlar arasında silahlı insident olub, güllələnən var


Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN-də intim videolar çəkən polkovnikə HÖKM OXUNDU


Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü Z. Mirzəyev 1 il 6 ay dövlət orqanlarında vəzifə tutmaq qadağan olunmaqla 3 il 6 ay azadlıqdan məhrum edilib.

Qərara görə, həmçinin Z. Mirzəyevə qarşı zərərçəkmişin mülki iddiası təmin edilib. Z. Mirzəyevdən 4 min manat tutularaq zərərçəkmişə verilməsi təmin edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərildi


Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Ariz Bayramova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Ağstafa rayon məhkəməsinə göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış həkimin oğlu həbs edildi

Lənkəranda bir neçə gün əvvəl ölümlə nəticələnən qəza törətmiş 21 yaşlı Əli Rufullazədə həbs olunub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə ilkin olaraq 4 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Rufullzadə barəsində açılmış cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza təsdiq ediblər.

Qeyd edək ki, 21 yaşlı Əli Rufullazadə məşhur həkim, Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. Onun bir neçə ay öncə “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törətdiyi məlum olub.
Bu dəfə isə Əli Rufullayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin “VAZ-2106” avtomobilinə çarpılması nəticəsində sonuncunun sürücüsü, 37 yaşlı Nahid Turabov hadisə yerindəcə vəfat edib. Onun iki azyaşlı qız övladı olub. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda nazirlik əməkdaşlarına qarşı atəş açılıb: Yaralanan var


Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb.
“Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ömürlük məhkum kamera yoldaşını kibritə görə öldürübmüş - Təfərrüat

29 ildir həbsdə olan və ötən il həbsxanada kamera yoldaşını öldürən Zahidikəhriz Abbasovun cəza müddətinə daha 18 il əlavə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə bir sıra detallar məlum olub. Belə ki, onun həbsdə qətlə yetirdiyi kamera yoldaşı Oleq Abişev də ömürlük məhkum imiş. Qətl isə kibrit çöpü üstündə baş verib.

Hadisə günü Z.Abbasov siqaret çəkmək üçün kibrit tapa bilmədiyinə görə səs-küy salıb, söyüş söyməyə başlayıb. O.Abişev bu barədə ona irad tutub və nəzarətçilərə məlumat verib. Abbasov kamera yoldaşının iradına görə onu cəzalandırmaq qərarına gəlib. Onunla mübahisəyə başlayıb və üzündən bir neçə yumruq zərbəsi vurub. Daha sonra onu yerə yıxıb, otaqdakı stəkanın arxa hissəsi ilə onun başına ard-arda zərbələr vurub. Oleq Abışev həmin gün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilsə də, aldığı xəsarətlərdən ölüb.

Z.Abbasov məhkəmədə ifadə verərkən deyib ki, O.Abişevlə 2018-ci ildən eyni kamerada cəza çəkir və hadisə baş verən günədək münasibətləri normal olub:

“Mən siqaret çəkmirəm, Oleq isə çəkən olduğuna görə siqaret olmayanda əsəbiləşir, söyüş söyürdü. Həbsxananın rəisi gündəlik 10 ədəd siqaret norması təyin etsə də, o, 1 qutu çəkirdi. Hadisə günü Oleq siqaret yandırmaq üçün kibrit tapa bilmədi. Oturduğu yerdə söyüş söyməyə başladı. Mən ondan kimi söydüyünü soruşduqda cavablandırmadı. Məcbur qalıb nəzarətçini çağırdım. Məqsədim onu sakitləşdirmək və kamerada söyüş söyməsinin qarşısını almaq idi. Həm də nəzarətçiyə deyəcəkdim ki, ona kibrit verilsin. Nəzarətçi isə kibrit verməyərək nəfəsliyi örtüb getdi.

Bundan sonra Oleq məni satqınlıq etməkdə, onu “paqonlulara” satmaqda günahlandırdı, ana söyüşü söydü. Bu səbəbdən ona bir neçə yumruq vurdum. Güləş fəndi ilə qaldırıb yerə çırpdım. Başı tualetin pilləkəninə dəyib partladı, qan gəldi. Mən bundan sonra dayansam da, Oleq onun başını partlatdığım üçün otaqdakı stəkanı götürüb üstümə hücum etdi. Onun qolunu burub stəkanı əlindən aldım, baş nahiyəsinə vurdum. Həmin an nəzarətçilər gəlib məni apardılar. Oleq xəstəxanaya gedəndən 1 həftə sonra öldü. Düzgün müalicə aparılsa idi, ölməzdi. Onu öldürmək niyyətim olmayıb, peşmanam”.

Hakimlər Z.Abbasovu Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi (xuliqanlıq niyyəti ilə adam öldürmə) ilə təqsirli bilərək 18 il həbs cəzası verib. Zahidkəhriz Abbasov ömürlük məhkum olduğu üçün bu müddət onun cəza müddətinə fiziki olaraq hər hansı təsir etməsə də, gələcəkdə əfv sərəncamından faydalanmasının qarşısını alacaq.

Qeyd edək ki, Z.Abbasov 20 yaşında Rusiyada qətl törətdiyinə görə ömürlük məhkum edilib. O, 20 ildən sonra Azərbaycana gətirilib, Qobustanda yerləşən qapalı həbsxanaya köçürülüb. Onun qətlə yetirdiyi Oleq Abişev isə anası və qardaşını döyərək öldürməkdə təqsirli bilinərək ömürlük məhkum olunmuşdu.

“Qafqazinfo”

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO