[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kiminsə polisə ləkə vurmasına imkan verməyəcəyəm - Dövlət başçısı


Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur.

Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət” – dövlət başçısı qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident: “Xarici şirkətin heç kimdən icazə almadan ikinci tullantı gölü qurması ciddi araşdırılmalıdır”


“Gədəbəy hadisəsinin təbii səbəbi var idi. Xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyub, iş yerləri yaradıb. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər”.

Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

“Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib? Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, bununla bağlı prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO-dan İrana ÇAĞIRIŞ


"İranın Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsini dəstəkləməsi Avro-Atlantik təhlükəsizliyə təsir edir".

Bu barədə Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdiyi Kommunikedə bildirilib.

"Biz İranı Rusiyaya hərbi dəstəyini, xüsusən də kritik infrastruktura hücum etmək üçün istifadə edilən və mülki əhali arasında geniş tələfatlara səbəb olan pilotsuz uçuş aparatlarının (PUA) verilməsini dayandırmağa çağırırıq. Biz İranın Müttəfiqlər ərazisindəki pis niyyətli fəaliyyətindən ciddi narahatlığımızı ifadə edirik. Biz həmçinin İranı sabitliyi pozan hərəkətlərdən, həmçinin açıq sularda gəmilərin ələ keçirilməsindən çəkinməyə və regional sabitliyin və sülhün təmin edilməsində konstruktiv rol oynamağa çağırırıq", Kommunikedə bildirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DSX-nin əsgəri silahdan açılan atəşdən ölüb

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident müşavirədə məmurları danladı - “Bir həftə vaxt verirəm”

“Bu hadisənin təbii səbəbi var idi. O da ondan ibarətdir ki, xarici şirkət buraya pul qazanmağa gəlib. Biz etiraz eləmirik, investisiya qoyubdur, iş yerləri yaradıbdır. Əlbəttə, onlar gəlib burada xeyriyyəçiliklə məşğul olmurlar ki, pul qazanmağa gəliblər. Amma bu o demək deyil ki, bizim təbiətimiz məhv olsun. O demək deyil ki, insanların örüş, otlaq sahələri zəbt edilsin. O demək deyil ki, heç kimdən icazə almadan ikinci tullantı gölü qursun. Kim onlara icazə verib?”

Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri barədə danışarkən deyib.

“Görünür, ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sövdələşiblər, ya da ki, onu özbaşına ediblər, ona görə ciddi araşdırılmalıdır. Prokurorluğa, digər aidiyyəti qurumlara bütün göstərişlər verilmişdir. Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nə üçün bu məsələyə diqqət yetirməyib, biganə qalıb və mən tapşırıq verəndən sonra gediblər, gəliblər, nəticə haqqında heç bir məlumat yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallı RPŞ-nin rəis müavini Elşən Talıbovun tabeçiliyində olan qohumları... - RPŞ-də Elşən Talıbovun 3 əmisi oğlu vəzifə tutur...


2021-ci ildə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini təyin olunub. Elşən Talıbov daha əvvəl Masallı RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi olub. Onun əvvəllər işlədiyi və tutduğu vəzifələrlə heç bir işimiz yoxdur. Hal-hazırda Elşən Talıbovun Masallı şəhərində hörmətli nazirimizin etimadını necə doğrultmasından bəhs edəcəyik..? Konstitusiyamızda göstərilir ki, qohumların bir yerdə işləməsi qanuna ziddir.
Masallı o qədər həssas bölgədir ki, bu bölgədə həmişə Hüquq Mühafizə Orqanlarının işlək fəaliyyəti vacib sayılır. İnsaf naminə qeyd etmək lazımdır ki, Masallı şəhərində polis şöbəsinin rəisi başda olmaqla asayişin qorunması ən yüksək səviyyədədir. Hansısa bir şəxsin yarıtmaz fəaliyyətinin və ya işində olan nöqsanlara görə bütün şöbə məsuliyyət daşımalı deyildir. Biz bir mətbu orqan olaraq, görülən müsbət işlərə kölgə salan şəxslərin fəaliyyətini işıqlandırmaqla, öz üzərimizə düşən məsuliyyətli vəzifənin öhdəsindən gəlirik. Bizə göndərilmiş məlumatda Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbovun öz vəzifə səlahiyyətlərindən istifadə edərək bir sıra qanunsuzluqlara yol verildiyi bildirilir.
Düzü, daxil olan məlumatlar onu deməyə əsas verir ki, Masallıda polisin nəzarət etməli olduğu bir çox məsələlər ürək açan deyil. Narkomanların gündən-günə artması, sələmçilərin qara camaatı sözün əsl mənasında yükləməsi, küçə ticarətinin genişlənməsi əsas verir ki, deyilənlərə inanaq. Amma media üzərindən də apardığımız araşdırma zamanı bildik ki, rayon məktəblərində keçirilən tədbirlərin çoxunda rəis müavini Elşən Talıbov narkomaniyaya, dini radikalizmə, erkən nikahlara, əxlaqsızlığa qarşı pafoslu çıxışlar edir, gənc nəsilə öyüd-nəsihət verməyə çalışır. Çox bəyənilən məsələdir.
Buradan üzümüzü tuturuq rəis müavini Elşən Talıbova və soruşuruq: Cənab rəis müavini, məktəblərdə maarifləndirici çıxışlar edirsən, çox gözəl biz sizi alqışlayırıq, amma rəis müavini işlədiyin RPŞ-nin və ASAN Xidmətin binası ilə üzbəüz GÖYƏRÇİN kafesində baş verənlərdən xəbərin yoxdur..? Necə ola bilər ki, Masallının düz girişində, hamınızın gözü qarşısında GÖYƏRÇİN kafesində baş verənlərdən bizim xəbərimiz olur, ordan-ora siz onu görmürsünüz?
Biz Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova, Masallı rayon Polis Şöbəsinin rəisi Azay Ağayevə, Masallı rayonunda fəaliyyət göstərən iş adamlarına, Millət vəkillərinə, Hacılara, bütün ziyalılara, jurnalistlərə müraciət edərək bildiririk ki, Masallı rayonunda baş verən və qarşısı alına biləcək bütün problemləri önləmək lazımdır. İlk öncə, meşə zolağını qeyri-qanuni zəbt edərək 15-ə yaxın "bisetka" yerləşdirən, adı Qırmızı Kitaba düşən, ağacları kəsərək rəqs meydançası yaradan şəxsləri cinayət məsuliyyətinə cəlb etmək lazımdır. Əxlaqsızlıq kafesi kimi fəaliyyət göstərən GÖYƏRÇİN kafesini yerli dibli bağlatdırmaq lazımdır. Bir məsələni də xatırladım ki, bu baş verənlərin hər birindən Elşən Talıbovun xəbəri var.
Əlbəttə, xəbəri var. Və o bilir ki, adı kafe, ictimai-iaşə obyekti olan Göyərçin kafesi neçə vaxtdlr ki, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bunu az qala bütün Masallı camaatı bilir.
Hörmətli Elşən Talıbov bəlkə, Masallının girişində rayondakı vəzifəli şəxslərin, polisin, prokurorun, məhkəmə hakimlərinin, icra hakimiyyəti nümayəndələrinin gözü qarşısında baş verən olaylardan heç xəbəriniz yoxdur..? Yaxud Göyərçin kafesinin yanında, ASAN Xidmətlə üz-üzə yenicə tikilmiş, hələ adı olmayan obyektin sənə məxsus olduğunu da inkar edəcəksən..?
Həmin qeyd etdiyimiz ərazilərdə yaşlı ağacların, Qırmızı Kitaba düşən ağacların qırılmasından, dəqiq desək 50-yə yaxın ağacın məhv edilməsindən və yerində 15-ə yaxın bisetka, mətbəx, tualet, ayrıca kabinet, rəqs meydançasının tikilməsindən də xəbəriniz yoxdur..? Hansı ki, bu obyektlərin heç birinin rəsmi sənədi yoxdur. Bu yenicə tikilən obyektin bütövlükdə Elşən Talıbova məxsusluğu hamıya məlumdur. Hətta Masallı camaatı deyir ki, Elşən Talıbov meşələri də zəbt edib. Talıbovlar təkcə meşələri deyil e, vəzifələri də zəbt ediblər. Belə ki, Elşən Talıbov özü Masallı Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinidir, əmisi oğlu Zaur Talıbov Masallı Rayon Polis Şöbəsində Təhqiqatın rəisidir, başqa bir qohumu İxtiyar Talıbov isə Masallı Rayon Polis Şöbəsində rəisin Şəxsi Heyət üzrə köməkçisidir. Görəsən, Masallıda başqa bir layiqli kadr yoxdur ki, vəzifələrə ancaq Elşən Talıbovla birbaşa eyni soyadı daşıyan qohum-əqrəbası doldurulub? Bunun özü korrupsiyaya yol açan haldır və qanuna ziddir.
Biz yazının girişində əbəs yerə yazmadıq ki, Elşən Talıbov məktəblərdə keçirilən tədbirlərdə narkomaniyanın əsrin bəlası olmağından, yetkinlik yaşına çatmayan qızların pis yola cəlb edilməsindən, hətta dini radikalizmdən danışır.
Əziz oxucular nəzərinizə çatdıraq ki, Elşən Talıbov rayonda olan falabaxanlarla, dua yazanlarla o qədər sıx münasibətdədir ki, az qalır ki, onların öncə görmələrindən istifadə etsin. Masallıda küçə alverçiləri, yol qırağında vedrədə pomidor qoyub satanlar, sələmçilər hamısı Elşən Talıbovu yaxından tanıyırlar. Rayon ərazisində narkomaniya getdikcə güclənir. Narkotacirlərin rayon ərazisində olması yaxşı hal deyildir.
Bir məsələni də qeyd edək ki, "Araz" və "Rahat" marketlərə girən bəzi əməkdaşlar yenicə aldıqları 211-lə başlayan nömrələrini tanışlıq üçün qadınlara, qızlara verirlər. Araşdırılsa ki, 211-lə kim yenicə nömrə alıb, hər şey aydın şəkildə bilinəcək. Hələ biz bağça müdirəsinin kimin adamı olmasını başqa bir yazının mövzusu olduğu üçün, qabartmırıq.
Sözün qısası, Masallı Rayon Polis Şöbəsinin rəis müavini Elşən Talıbovun əməllərinə hüquqi qiymət verilməsi üçün hörmətli nazirimiz Vilayət Eyvazovdan xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz məsələlər obyektiv və ciddi araşdırılsın. Unutmayaq ki, Masallı həssas bölgələrimizdən biridir.
P.S. Biz Masallı Rayon Polis Şöbəsinin fəaliyyətini alqışlayaraq orada olan bəzi şəxslərin haqqında sadəcə olaraq cənab Nazirimiz Vilayət Eyvazovu məlumatlandırdıq.
gundelik baki
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Özümüzü qorumaq üçün daha güclü olmalıyıq” - Prezident

“Dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir. Biz demək olar ki, bunu hər gün görürük. Böyük dövlətlər, hansılar ki, beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürüblər, birinci onlar bu hüququ pozurlar və sonra da onu əsaslandırırlar”.


Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.


Bütün böyük ölkələrin beynəlxalq hüquq normalarını pozduğunu qeyd edən dövlət başçısı deyib: “Ona görə, əlbəttə ki, biz, ilk növbədə, özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz dayanmadan bu istiqamətdə çox ciddi addımlar atmışdıq və mən bunu artıq bildirmişəm, bir də demək istəyirəm, bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır”.


Prezident İlham Əliyev vurğulayıb ki, iki istiqamət üzrə - hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Süleymanov BDU-nin hansı fakültəsini bitirib..? - İşi iş bilənə tapşırmaq lazımdır..?


Tarixçi Kənd Təsərrüfatı Nazirliyinin Elm şöbəsində necə işləyə bilər..?
Biz bir media olaraq dəfələrlə bəyan etmişik ki, gənclərin irəli çəkilməsini, yüksək vəzifələrə təyin olunmasını dəstəkləyirik. Ancaq nəzərə almaq lazımdır ki, dövlət idarəçiliyi savadla bərabər peşəkarlıq, təcrübə tələb edir. Yaxın keçmişimizdə, yəni sovet dövründə bir kadr komsomolda, partiyada uzun təcrübə keçəndən sonra vəzifəyə təyin edilirdi.
Digər vacib məsələ isə yüksək vəzifəyə təyin olunan kadrın ixtisas məsələsidir. Axı, idman müəllimi prokuror ola bilmədiyi kimi aqronom da pedoqoq ola bilməz. Tarix müəllimini baytar təyin etmək, yaxud ədəbiyyat müəllimini ekoloq təyin etmək absurd məsələdir.
Bir neçə gün öncə araşdırma zamanı deputatlarımızdan birinin avtobioqrafiyasına nəzər salası olduq. Xanım deputat Saratov Dövlət Universitetinin tarix fakültəsini bitirb və bitirən ildə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində işə düzəlib, sonra İdman Naziliyində məsləhətçi, daha sonra deputat seçilib. Axı, tarix müəllimi Torpaq şöbəsində necə inspektor işləyə bilər, yaxud İdman Nazirliyində necə məsləhət verə bilər..?
Dahi şairimiz Məhəmməd Hüseyn Şəhriyar yazırdı: Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar. Volterin əlindən qələmini al, Ona kamança ver, de: "Bir hava çal." Kim bilir, bəlkə də alar, çalardı. Fəqət bəşəriyyət onsuz qalardı.
Bəli, hər bir kadr bacardığı yerdə faydalıdır. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gənc kadrların yüksək vəzifəyə təyinatında ixtisas, peşə, təcrübə mütləq nəzərə alınmalıdır. Bir neçə gün öncə gənc kadrlarımızdan birinin yüksək mükafat alması diqqətimizi cəlb etdi və qeyri-ixtiyari onun barəsində xırda bir araşdırma aparmalı olduq. Söhbət “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən İlham Süleymanovdan gedir.
Birincisi, bu cavan, 35 yaşlı insan nə yatdı ki, nə yuxu görə... İlham Süleymanov nə vaxt dövlətə qulluq elədi və hansı sahələrdə..?
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 10 iyul 1986-cı ildə anadan olub. 2004-cü ildə 15 nömrəli məktəbi biirib. 2004-2008-ci illərdə BDU-da təhsil alıb. Vəssəlam. Bu adamın ixtisası nədir..? Necə yəni 2004-2008-ci illərdə BDU-da təhsil alıb..? Bu adam tarix müəllimidir, kitabxanaçıdır, hüquq təhsili alıb, yoxsa şərqşünasdır..?
İkincisi, bu adam vətən qarşısında öz borcunu yerinə yetiribmi, hərbi qulluqda olubmu..? Araşdırma zamanı bəlli oldu ki, İlham Süleymanov 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində çalışıb. Yaxşı bu adam 2008-ci ildə BDU-nu bitirib, bəs 4 il harada olub, hansı sahədə çalışıb..?
Sonra bəlli olur ki, İlham Süleymanov 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyində çalışır. İlham Süleymanov hazırda Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və Insan Resursları şöbəsinin müdir müavinidir.
Fikir verdinizmi ELM...TƏHSİL şöbəsi... Kənd Təsərrüfatı Nazirliyində fizika, riyaziyyat, yaxud filologiya elmindən söhbət getmir ee...heyvandarlıq...bitkiçilik...baramaçılıq...elmindən söhbət gedə bilər. BDU-da belə bir fakültə varmı, cənablar..? Bu adam əgər Aqrar Akademiyasını bitirmiş olsaydı... başa düşərdik. Bəli, belə düşünürük ki, işi iş bilənə tapşırmaq lazımdır....
gundelik baki
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mövqelərimiz atəşə tutuldu, hərbçimiz yaralandı

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.


Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.


Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ceyhun Həsənovun istefaya göndərilməsinin gizlinləri - İLGİNC



Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi. Bununla bağlı dünən Prezident İlham Əliyev Sərəncam imzaladı.


Əslində, həbsxanalarda hökm sürən və dövlətin bu sferada imicini zədələyən mənfi hadisələr fonunda bu sərəncam labüd və gözlənilən idi. Ceyhun Həsənovun işdən azad edilməsi həm də dövlət təhlükəsizliyi baxımından gərəkli idi. Çünki Həsənovun iş fəsliyyəti sayəsində dövlətin imicinə, təhlükəsizliyinə vurulan zərbə ilə yanaşı, həbsxanalar İranın narkotik ticarəti "oylağı"na çevrilib.


Gəlin, əvvəlcə Ceyhun Həsənovun tərcümeyi-halına qısa nəzər salaq.


Xatırladaq ki, Ceyhun Həsənov hazırda Müdafiə Sənayesi naziri vəzifəsini daşıyan Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xdimətinə (DTX) təyinat aldıqdan sonra, Penitensiar Xidmətin rəisi postunda onu əvəzləmişdi. O, bu təyinata qədər Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.


Üstəlik, mətbuat Ceyhun Həsənovun prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla qohum və ona yaxın şəxs olduğunu iddia edir…


Ceyhun Həsənovun Penitensiar Xidmətin rəisi vəzifəsinə gəlməsi ilə İranın ölkəmizə qarşı istər dini müstəvidə, istər də narkotikin qara bazarı sferasında apardığı “müharibə” həbsxanalara da yol tapdı. Belə ki, Mədət Quliyevin zamanında həndəvərinə quş uça bilməyən cəzaçəkmə müəssisələri yeni rəisini gəlişindən qısa müddət sonra şıdırğı narkotik alverinin getdiyi narkobiznes müəssisələrinə çevrildi. Doğrudur, Penitensiar Xidmət arada bir “narkomaniya epidemiyası”na yoluxmuş məhbusların ailə üzvlərinin içəri sızdığırdığı narkotikləri gündəmə gətirirdi. Amma bütün bunlarla yanaşı, həbsə düşən bariqaların həbsxana divarlarını xarici mühitdən hansısa əsrərəngiz yollarla aşıb məhbəsə gətirdikləri narkotik maddələrin dövriyyəsini təşkil etməsinə göz yuman, hələ bu bəs deyilmiş kimi, İranın ölkəmizdəki narkotik biznesinin vüsət almasında xüsusi rolu olan narkotacirlərini mahiyyəti bəlli olmayan səbəblərdən öz yuvalarına yola salan bir quruma çevrilmişdi. Əlbəttə, bu baş verənlərdə C.Həsənovun xüsusi canfəşanlığı olmadan keçinmək mümkün deyildi.


Dediymiz kimi, Ceyhun Həsənovun həbsxanada meydana gətirdiyi “narkobiznes xarüqələri” yalnız narkotik dövriyyəsi qurmaqla bitmir. Sabiq rəis nəinki cavabdeh olduğu sferanı "narkotik oylağı"na çevriməklə kifayətlənmir, o, ilham qaynağı naməlum olan mərhəmətlə 200 nəfərə qədər İranlı narkotacirin ölkəsinə qaytarılması qərarını da vermişdi. İstər şəxsən, istər də himayədarlarının sifarişi ilə. Yəni onun bu qərarı verməsində bağlı olduğu yüksək ranqlı şəxsin istəyi, hansısa “sehrli əl”in müdaxiləsi, yoxsa başqa səbəbin olması qaranlıq qaldı. Halbuki bu iranlı narkotacirlərin səyləri ilə ölkəmizdə işlək narkobiznes şəbəkəsinin ta İrandan idarə edildiyi sirr deyil. Bu işlərin nəticəsində narkotiklə yox, istənilən digər səbəblərlə həbsə düşənlər də narkotik maddələrlə məhbəsda tanış olur, İran narkomafiyasının yeminə çevrilir və beləliklə, cəza müddətini başa vurub azadlığa çıxdıqda İran narkoticarətinin ölkəmizdəki emissarlarının, narkotik alverçilərinin əlaltılarına dönürlər. Hansı ki, bu gedişlə maksimumu 5 ildən sonra narkotiklə yolu kəsişməmiş, sağlam gənc əsl tapıntı olacaq.


Sözsüz ki, 44 günlük müharibədən sonra "uduzan İran" (Ermənistan formal məğlub idi, əsl uduzan İran idi) savaş düsturunu dəyişdi və bizə qarşı “narkotik savaşı” başlatdı. Məsələyə bu nəzər-nöqtəsindən baxsaq, düşünə bilərik ki, həbsxanada narkotik biznesini "düz-qoş" etməkdə ittham olunan Ceyhun Həsənov həm də İranın bizə qarşı narkotik müharibəsinin bir “halqasıdır”. Məlumdur ki, azadlığa buraxılan 200 iranlı narkotacir ölkəsinə geri qayıdandan sonra özlərinin yerinə Azərbaycanın “qara siyahı”sında olmayan yeni narkotacorlər göndərəcək və bu prosesi kənardan da olsa, çox məharətlə idarə edəcəklər. Çünki onlarda bu sahənin mütəxəssisləri bitib-tükənmir. Bəs, Ceyhun Həsənovun bu ehtimalı qiymətləndirməyə qabiliyyəti çatmırdı? Çatırdısa, deməli, bu, qəsdən, bilərəkdən edilirdi. Elə isə Ceyhun Həsənovun azadlıqda gəzməsi hansı ədalətə sığır?


Bundan başqa, "yerli-milli" narkotik alverçilərinin - bariqaların bu cinayət suçundan həbs olunmasından sonra hansısa "piştaxtaaltı" yollarla azadlığa çıxması ölkə gündəminə gəlməli və gündəmə damğa vurmalı mövzudur. Şühbəsiz ki, bu prosesdə də Penitensiar Xidmətin "xoşməramlı xeyirxahlığı" olmadan keçiməyiblər. Çünki Penitensiar Xidmətin islah olunmada "zirvələr fəth etdiyi" təqdimatı olmadan, islah olunanlar, özünü yaxşı, nümunəvi məhbus kimi aparanlar siyahısına düşmədən əfv olunanlar cərgəsinə keçmək mümkün deyil. Və burada da hansısa qaranlıq mətləblərin razılaşdırılması (məsələn, həmin isyahıya düşmək üçün müəyyən məbləğ, tapşırılma və s.) olmadan belə, təfərrüatların yoluna qoyulması mümkünsüzdür. Əlbəttə, həbsxanananı narkobiznes arealına çevirməyi dövlət maraqlarından üstün tutan məmur üçün narkotacirləri qazanc mənbəyinə çevirmək problem deyil. Üstəlik, bu davranış 44 günlük müharibədən sonra narkomaniyaya qarşı mübarizəni Qarabağın azadlığından sonra 2-ci mühüm məqsəd kimi qarşısına qoyan dövlətə və dövlət başçısına açıq-aşkar xəyanətdir. Bu xəyanətkarların əməlləri isə dövləti, dövlət maraqlarını, milli maraqları, başda İran olmaqla, düşmən qüvvələrin ayağının altına atmaqdan başqa bir şey deyil. Dövlətə, onun gələcəyinə, perspektivinə bu miqyasda saymazyana münasibət sərgiləmək cəzasız qalmamalıdır. Yəni bu münasibəti sərgiləyənlər sadəcə vəzifədən azad olunmaqla canlarını qurtarmamalıdırlar.
Dövlət başçısının digər sərəncamıyla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib. Yuxarıda yazılanalara əlavə olaraq qeyd edək ki, görəvi vəzifə səlahiyyətindən istifadə edərək Penitensiar Xidməti İran narkoticarəti bataqlığına batıran Ceyhun Həsənovdan təhvil alan Mirsaleh Seyidovun fəaliyyət yolu elə də hamar olmayacaq. Yeni rəis içəridəki durumu düzəltməklə yanaşı, sələfinin “ciçəkləndirdiyi” narkobiznesi gizləndiyi künc-bucaqları açığa çıxarıb məhv etməlidir. Dövlət başçısının göstərdiyi etimadı əldə edilmiş uğurlu fəaliyyətlə doğrultmaq ona etibar edilmiş vəzifəni yerinə yetirməklə mümkündür. Bu baxımdan Mirsaleh Seyidovun öhdəsinə önəmli iş düşür.


Burada bir haşiyə çıxaraq qeyd edək ki, narkotacirlərin külli miqdarda narkotiklə tutulmasının ardınca onların məhkəmələr tərəfindən azadlığa buraxılması da baş verir. Ay ərzində mediada narkotik alverçilərinin iş başında tutulması ilə bağlı yüzlərlə məlumat dərc olunur. Bu narkotacirlərin aqibətinin layiq olduğu kimi nəticələnməməsində məhkəmələrin xüsusi rolu var. Məsələn, 7 iyul tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Vaqif Abbasovun cinayət işi üzrə məhkəmə prosesinin başa çatması və hökmə əsasən, onun barəsində ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmünün çıxarılması və məhkəmə zalından azadlığa buraxılması faktı açıqlanıb. Maraqlıdır, bir “bariqa”nın barəsində verilən ittiham məhkəmə dövründə öz təsdiqini tapmırsa, bəs, polis onları iş üstündə necə yaxalayıb? Deməli, ya polis öz işində yartımazlıq göstərir, kimlərisə gözümçıxdıya salır, ya da məhkəmə hansısa qaranlıq mənafelər səbəbindən həmin narkotacirlərin tutulub-buraxılmasında maraqlıdır. //hurriyyet.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO