[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Tağıyev polkovnik-leytenant rütbəsi aldı


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyevin rütbəsi artırılıb.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ona polkovnik-leytenant rütbəsi verilib.

BDYPİ-dən məlumat təsdiqlənib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milyonçu iş adamının “TikToker” oğlu jurnalistləri aşağıladı: Zavod sizin kimi qələmini satanlara işləsin? – VİDEO

Belə bir misal var, bir əlin verdiyini digər əl bilməməldir, insan istənilən sahənin adamı ola bilər, istənilən sahədə çalışa bilər, amma nəzərə almaq lazımdır ki, hər bir sahənin və yaxudda hər bir insanın kasıb da varlı da ola bilər.

10 millyondan artıq ölkədə keç kim heç də ideal ola bilməz, hansıs sosial durumu normal olmayan şəxs səndən hansısa köməkliyi istəyirsə, bu o demək deyil ki, sən bunu çıxıb reklam etməlisən, bunu etmək ən azından tərbiyəsizlik və ailə tərbiyyəsi görməyib qırmızı xəttləri keçmək deməkdir.

Təxminən bir neçə gün bundan öncə iş adamı, “Kristal CF” MMC direktoru, Nizami rayon NZS adlanan ərazidə millyonlarla dəyəri olan dəbdəbəli villası ilə dəfələrlə gündəmə gələn kolbasa və sosiska sexinin rəhbəri yerli Kütləvi İnformasıya Vastələrinin iddiasına görə “Qızıl Buta” şadlıq sarayı, “Jiquli” pivə zavodu, “Qəbələ” kafesi və s. kimi obyektlərin sahibi Fəxrəddin Fərhadovun “TikToker” oğlu Əlizamin Fərhadovun TikTok hesabında jurnalistlərlə bağlı belə bir çıxışına rast gəldik.

Atasının millyonlarına güvənən “papanın gül balası” onun atasına zəng edən bəzi qəzet jurnalistlərindən gileylənərək onları aşağlamağa başlayır.

Papanın gül balası bildirir ki, ölkədə kifayət qədər tanınmış jurnalistlərlə dostluq edir, onların heç biri ona zəng edib ondan 50-100 manat pul istəməyiblər, nə də ona gəlib atasının zavodundan kolbasa götürək kimi ifadə işlətmirlər, amma dediyinə görə qəzet jurnalistləri onu boğaza yığıb, onu yığıb atasının nömrəsin istəyirlər, səbəbin soruşanda deyirlər gələk bizə kolbasa ver, deyirəm xanım siz nə danışırsız, o zman gərək zavod oturub sizin kimi qələmini satanlara işləsin, verməyəndə isə şantaja keçirlər.

Daha sonra iş adamının TikToker oğlu sözü gedən jurnalistin nömrəsinin bir qismində paylaşaraq jurnalisti aşağlayıb.

Hörmətli millyonlara sahib olan iş adamı Fəxrəddin Fərhadov, biz sizin iş faliyyətniz və necə bir insan olduğnuz haqqda hələ ki, bir söz deyə bilmərik, amma sizin oğlunuzun etikadan kənar danışığından hiss olnur ki, ona kifayət qədər vaxt ayrıb insanlara danışıq və davranış istqamətində nələrisə başa sala bilməmisiz, hiss olunur bahalı villada oturub taxta qapıda yaşayanları acız və kasıb görür, ola bilər bahalı maşındada oturub ucuz maşınları dumanlı görə bilər, peşəsindən kimliyindən aslı olmayaraq sosial durumu ağır olan şəxs sizi imkanlı bilib kiçik bir köməklik istəyirsə bu nəvaxtdan anormal və oğlunuzun dediyi kimi qələmin satmaq olub?

Sizin oğlunuz Tiktok hesabında jurnalistlər haqqında paylaşdığı 3 dəqiqəyə yaxın videoda görün nə qədər qeyri etik ifadələr işlədib? Hələ bu azmış kimi ondan kömək istəyən şəxsin xanım olmasına da əhmiyyət verməyib, ən aşağlayıcı terminlərdən istfadə edir, bu istiqamətdə yazimızı çox uzun etmirik, inanırıq ki, bu yazıdan sonra müsbətə doğru hər hansısa nəticə əldə olunacaq.

“Azərbaycan Reallığı” sözü gedən video təqdim edir:

Yazıda adı çəkilən şəxslərin də mövqeyin tanıyırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ən çox müavini olan nazirlər onlardır -SİYAHI

Azərbaycanda ən çox müavini olan nazirlər Zakir Həsənov, Kəmaləddin Heydərov və Mikayıl Cabbarovdur. Adıçəkilən nazirlərin 7 müavini var. Ən azı müavini olan isə Samir Şərifovdur. Maliyyə nazirinin cəmi 1 müavini var.

Metbuat.az nazirliklərin rəsmi saytına istinadən nazirlərin müavinlərinin siyahısını təqdim edir:

Müdafiə naziri Zakir Həsənovun 7 müavini var. Birinci müavin Baş Qərargah rəisi Kərim Vəliyev, müavin, Maddi - Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanov, Quru Qoşunların komandanı Ənvər Əfəndiyev, Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov, Hərbi Texniki-Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov. Qeyd edək ki, nazirin müavini olan şəxsi heyət baş idarəsinin rəisi vəzifəsi hazırda boşdur.

Əmək və əhalisinin sosial müdafiəsi naziri Sahil Babayev

Sahil Babayevin 4 müavini var. Anar Əliyev, Vüsal Nəsirli, Anar Kərimov, Hidayət Abdullayev.

Xarici işlər naziri Ceyhun Bayramov

XİN rəhbərinin 5 müavini var. Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Xələf Xələfov, Fariz Rzayev, Elnur Məmmədov.

Səhiyyə naziri Teymur Musayev

Teymur Musayevin hazırda 3 müavini var. Onlar İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalovdur.

Elm və təhsil naziri Emin Əmrullayev

Emin Əmrullayevin müavinləri isə Firudin Qurbanov, İdris İsayev və Həsən Həsənlidir.

Daxili işlər naziri Vilayət Eyvazov

DİN rəhbərinin 5 müavini var. Birinci müavin polis general-leytenantı Əzimov Seyfulla, müavin polis general-mayoru Kərimov Oqtay, müavini polis general-leytenantı Əliyev İsmət, Daxili Qоşunların Kоmandanı general-leytenant Məmmədоv Şahin və Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov

Kəmaləddin Heydərovun 7 müavini var. Birinci müavini general-leytenant Rəfail Mirzəyev, müavin, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general leytenant Etibar Mirzəyev, general leytenant Ragim Lətifov, müavin Orucəli Hacıyev, general-mayor Teymur Mehdiyev və Tapdıq Əmiraslanov.

İqtisadiyyat naziri Mikayıl Cabbarov

İqtisadiyyat naziri 7 müavinlə - Birinci müavin Elnur Əliyev, müavin Sahib Ələkbərov, Sevinc Həsənova, Sahib Məmmədov, Rövnəq Abdullayev və Səməd Bəşirli ilə fəaliyyət göstərir.



Ədliyyə naziri Fikrət Məmmədovun 5 müavini - Toğrul Musayev, Vilayət Zahirov, Azər Cəfərov, Eldar Nuriyev, Ceyhun Həsənov var.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev

Muxtar Babayevə 3 müavin təyin olunub. Onlar Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyevadır.

Gənclər və idman naziri Fərid Qayıbovun 3 müavini var. İndira Hacıyeva, Mariana Vasileva, Fərhad Hacıyev.

Mədəniyyət naziri Adil Kərimlinin hazırda 3 müavini var. Səadət Yusifova, Fərid Cəfərov və Murad Hüseynov.

Maliyyə naziri Samir Şərifovun cəmi 1 müavini var. O da Azər Bayramovdur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 3 müavini var. İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə 4 müavin təyin edilib. Onlar Rəhman Hümmətov, Samir Məmmədov, Cavid Qurbanov və Fərid Əhmədovdur.

Energetika naziri Pərviz Şahbazovun müavinləri Samir Vəliyev, Elnor Sultanov, Kamal Abbasovdur.

Müdafiə sənayesi naziri Mədət Quliyevə 3 müavin təyin edilib. Onlar Mehman Baxışov, Yəhya Musayev, Vüqar Mustafayevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluqdan “Medera”dakı ölümlə bağlı AÇIQLAMA


“Medera Hospital”ın plastik cərrahı Günel Bayramlının klinikanın Aygün Abbasova adlı əməkdaşını əməliyyat etməsi və xəstənin əməliyyatdan sonra vəfatı haqqında məlumat yaymışdıq.
Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Əbdülsəməd Əzizli Axar.az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma davam edir.

“Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Hazırda tibbi ekspertizanın cavabı gözlənilir. Nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - o deyib.

Qeyd edək ki, Aygün Abbasovanın bədənşəkilləndirmə əməliyyatı keçirdikdən sonra dünyasını dəyişdiyi barədə məlumat yayılıb. O, 5 iyunda dünyasını dəyişib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“QaçqınKom”dan 800 minlik TENDER: - Qalib şirkət haqqında qalmaqallı DETALLAR


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mayın 18-də elan etdiyi “Elektrotexniki avadanlıqların satınalınması” tenderinin nəticələri və qalibi açıqlanıb.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 800 min 286 manat olan müsabiqənin qalibi “Nurtek Elektrik” MMC (VÖEN - 2901810561) elan olunub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müsabiqəsinin şərtlərinə əsasən, şirkət Dövlət Komitəsi üçün 36 dəst su üçün nəzərdə tutulmuş paslanmaz dalma elektrik nasosunun satınalınmasını və sifarişçiyə çatdırılmasını təmin edəcək.

MMC həmçinin 22 ədəd və gücü 100-40 kVt-a qədər olan transformatorların satın alınmasını, sifarişçiyə və Azərbaycanın müxtəlif rayonlarına çatdırılmasını həyata keçirəcək.

Qeyd edək ki, “Nurtek Elektrik” MMC 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Ancaq şirkətin nə vaxt yarandığı hüquqi ünvanı və rəhbərliyi haqqında heç bir məlumat yoxdur. Yalnız çoxmilyonlu tenderlərdə iştirakı və əldə etdiyi vəsaitlər barədə bir neçə məlumat əldə edə bildik. Bunlardan bir neçəsini diqqətinizə çatdırırıq.

Belə ki, 2019-2021-ci illərdə Sumqayıt ŞİH-nə bağlı Sumqayıt Küçə İşıpqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin ümumi dəyəri 3 milyon 082 min 346 manat olan 10 satınalma müsabiqəsində iştirak edərək, böyük məbləğlərə sahib olub.

Sumqayıt Küçə İşıqları Təsərrüfat Hesablı Xidmət Sahəsinin rəisi Əhməd Məmmədovdur. O, Sumqayıtın keçmiş icra başçısı Təvəkkül Məmmədovun yaxın qohumudur.

Şirkət 2022-ci ilin may ayının 14-də isə Minatəmizləmə Agentliyinin “Geyim formalarının satın alınması” üzrə tenderin qalibi olub və tərəflər arasında 242 832 manatlıq satınalma müqaviləsi imzalanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçu Tibb Mərkəzi direktorsuz qalıb... - Yeni təyinat var... amma...

Səhər saatlarında redaksiyamıza daxil olan məlumatda bildirilirdi ki, Sabunçu Tibb Mərkəzinə direktor təyin olundu. Hətta direktorun adının da kimliyi açıqlanmışdı. Nurəngiz Bəşirovanın Sabunçu Tibb Mərkəzində ilk iş gününün olacağı məlumatda əksini tapmışdır.
Bir neçə saat öncə, bildirildi ki, Nurəngiz Bəşirova orada işləyəcəyi müddətdə bəzi şəxslər tərəfindən təzyiqlərə məruz qalacağını hiss edərək, vəzifədən imtina edib.
Bu saatlarda redaksiyamıza daxil olan məlumatda bildirilldi ki, əvvəllər Sabunçu Tibb Mərkəzində direktor müavini, sonradan isə direktorun səlahiyyətlərini icra edən Cahangir Həsənov TƏBİB-ə çağırılıb və müqaviləsinin uzadılması təklif olunub. Cahangir Həsənovun isə bu təklifi qəbul edib etmədiyini telefon vasitəsilə soruşmaq istəsək də, cəhdlərimiz baş tutmadı. Düşünürük ki, böyük Tibb müəssisəsinin direktorsuz qalması normal qəbul olunmur.
Sabahnews.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çovdarovun 30 milyonluq əmlakının taleyi necə olacaq? - TƏFƏRRÜAT


Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmə çəkişməsi davam edir.

DİA.AZ bildirir ki, Gununsesi.info-nun əldə etdiyi xəbərə görə, Çovdarovun 30 milyon manatlıq əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırma aparılacaq.

Çoxdandır müzakirə mövzusu olan əmlaklarla bağlı bu dəfə hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti qərar verəcək.

İlk iclas iyulun 7-nə təyin edilib.

Xatırladaq ki, Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib.

Dövlət başçısının sərəncamı ilə A.Çovdarov general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib.

2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov azadlığa buraxılıb.

2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi onun 30 milyon manatlıq əmlakının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Lakin bir müddət sonra Ali Məhkəmə həmin qərarı ləğv edib, işi yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA “Yeganə”nin təşkilati hüquqi formasını niyə gizlədib? - Külli miqdarda vergi borcu...


Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) "Yeganə Palace” şadlıq sarayının təşkilati hüquqi formasını gizlədib.

Millitv.az Qaynarinfo-ya istinadla xəbər verir ki, AQTA şadlıq sarayını fiziki şəxs kimi təqdim edib. Halbuki "Yeganə Palace” şadlıq sarayı hüquqi şəxsdir və Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərir.

Araşdırmalarımız zamanı məlum olub ki, "Yeganə Palace” MMC 8 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur.

Maraqlıdır ki, "Yeganə Palace” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınsa da, 2000-ci ildən fəaliyyət göstərir. Hazırda MMC-nin 93 468.97 AZN vergi borcu var.

AQTA iyunun 25-də "Yeganə Palace” şadlıq sarayında yoxlamalar aparılması və sözügedən obyektdə normativ hüquqi aktların pozulması faktlarının aşkarlanması ilə bağlı məlumat yayıb.

Həmin məlumatda "Yegan Palace” şadlıq sarayının fiziki şəxs Təmkin Əliyevə məxsus olduğu göstərilib.

Təmkin Əliyev isə Qaynarinfo-ya açıqlamasında bu məlumatın əsassız olduğunu bildirib. "Yeganə Palace” şadlıq sarayının sahibi mən deyiləm. Bu məlumat əssassızdır” deyə o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"BakuBus"ın Müşahidə Şurasının sədri dəyişdirilib - SƏRƏNCAM

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Müşahidə Şurasının tərkibindən çıxarılıb, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Müşahidə Şurasının tərkibinə əlavə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Magistraturaya ixtisas seçiminin vaxtı AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Bu nömrədə həmçinin “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub.

Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Jurnalın elektron versiyasını (pdf formatında) 5 iyul 2023-cü il tarixindən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Qeyd edək ki, ixtisaslaşma seçimi iyulun 6-dan 13-dək DİM-in internet saytında aparılacaq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO