[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər
Suriyada Rusiya və İranın dəstəklədiyi Bəşər Əsəd rejiminin sıralarında yer alan erməni əsgərlərin görüntüləri yayılıb. Zamantv.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Mepa Nyus” nəşri məlumat yayıb.

Sosial mediada rusiyayönlü hesablar tərəfindən yayılan görüntülərin Suriyada döyüşən Ermənistan ordusunun əsgərləri olduğu bildirilib.

Fotoların Suriyada harada çəkildiyi məlum olmasa da, bölgədəki yaşayış məntəqələrinin dağıdıldığı diqqət çəkib.

Erməni əsgərlərin Türkiyəyə qarşı savaşmaq üçün bölgəyə gəldiyi iddia olunub.
Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamamən unudulmuş Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü? - İLGİNC GƏLİŞMƏ
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Cahangir Hacıyevlə bağlı yaranmış bu durum hökumət üçün gözlənilən idimi? İndi deyilə bilər ki, Avropa Məhkəməsi bir korrupsioneri, dövlətin pulunu talan etmiş bir iqtisadi cinayətkarı müdafiə edib. Hökumət məsələnin bu yerindən yapışıb, AİHM-i tənqid edə bilər. Bəs tezislərə hüquqşünaslar nə deyir?

Cahangirlə bağlı AİHM-nin çıxardığı qərar onun azadlığa çıxmasına kömək edəcəkmi? Xatırladaq ki, indiyədək xeyli tanınan məhbusla bağlı Avropa Məhkəməsinin “qeyd-şərtsiz azadlığa buraxılsın” qərarı olub. Fəqət bu qərar sonra da həmin dustaq azından 5-6 il türmədə cəza çəkib.

Tamamən unudulmuş, medianın yadına düşməyən Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü?

Zamantv.az -ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, Azərbaycan məhkəmə-hüquq sistemin əsas problemi cinayətkarlara qarşı qanunlardan kənar cəza tətbiq etmək yolunu tutub: “Beynəlxalq Banka Cahangir Hacıyev rəhbərlik etdiyi dövrdə oradakı qanunsuzluqlar haqda mətbuat illərlə yazıb. Onun sərəncamında olan şirkətlərin xırda payçılarına gəlirdən faizlərini verməmək üçün min oyun açırdılar. Qanunsuz kredit verilməsi adi hal idi. Qanunu pozmaqla kredit verdikəri məbləğlər isə astronomik idi. Bunu Cahangir Hacıyev həbs edənlər də, məhkum edənlər də bilirdi. Lakin Cahangir Hacıyevin həbsindən sonra ona qarşı görülən tədbirlər adekvat olmayıb. Bizim hüquq-mühafizə orqanlarımız qanuni, hüquqi cəhətdən korrekt qərar vermək imkanları olduğu halda belə, daha çox qanunların tələblərinə riayət etmədən tapşırılan işi icra edir. Son nəticədə isə Cahangir Hacıyev kimiləri qanunsuzluqlara yol verdikləri halda belə, məhkəmədə qanunsuzluqlar təsbit edilsə belə, Avropa Məhkəməsində əleyhimizə qərar verilməsi qaçılmaz oldu. Hüquq-mühafizə orqanlarında savadlı, öz işini bilən kadrlar az deyil, amma bu kadrların sayı da yetərli deyil. Qarşılarında hüquqsuz Azərbaycan vətəndaşı görməyə alışıblar. Bu gün Azərbaycan məhkəmə-hüquq sistemində olan vəzifəlilərə münasibətdə cəzasızlıq mühiti hökm sürür. Hakim bilir ki, ona tapşırılan hökmü verəcəyi təqdirdə cəzasız qalacaq. Belə tapşırıqları icra edənlər arxayındır ki, qanunu kənara qoyub nə istəsə edə bilər. Belə də edirlər. Azərbaycan məhkəmələrinin əksəriyyəti müstəqil deyil. Məhkəmələr nəinki cinayətkarla, günahı olmayan vətəndaşlarla belə qanuna uyğun davranmağı əksər hallarda bacarmır. Cahangir Hacıyev həbs edilərkən, sonradan məhkəmə qarşısına çıxarılarkən ona qarşı onun əməlinə adekvat davranış qaydası sərgilənməli idi. Əvəzində ona qarşı uyğun olmayan addımlar atılıb, həkim xidmətindən tutmuş məktublarına, şikayətlərinə adekvat reaksiya verilməyib. Nəticədə Azərbaycan haqlı olduğu halda Avropa Məhkəməsində belə qərar almalı olur. Cahangir Hacıyevi məhkum edənlər isə yenə də kənarda qalıb ölkəni cərimələtdirməkdə, imicini zədələməkdə davam edirlər”.

Hüquqşünas məhkəmə-hüquq sistemində səriştəsizliyin hər addımda nəzərə çarpdığını bildirib: “Məhkəmələrdə dəfələrlə görmüşük ki, müttəhim günahkardır. Amma ona qarşı atılan addımlar, görülən tədbirlər onu haqlı çıxarır. Bu, səriştəsizlikdən, savadsızlıqdan, arxayınçılıqdan irəli gəlir. Bizim məhkəmə sistemi formal tələbləri belə saya salmır və son nəticədə Cahangir Hacıyev kimi bank sistemində min oyundan çıxanlar Azərbaycanı cərimələtdirə, özünü haqlı göstərə bilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ramiz Mehdiyevin açıqlaması bizim milli birliyimizə ünvanlanmış təsir vasitəsidir" - deputat
"Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında vəziyyətin gərginləşməsi, elm adamlarının, ictimai-siyasi xadimlərin Akademiyada Ramiz Mehdiyev tərəfindən həyata keçirilən "islahat"lara qarşı çıxması və qurumun, ümumiyyətlə, elm ocağı kimi idarə edilməməsi hər birimizi düşündürür. AMEA-nın rəsmi saytında yerləşdirilən açıqlama Azərbaycan dövlətçiliyinə birbaşa zərbə vurmaq niyyəti daşıyır. Bu açıqlamadan sonra Ramiz Mehdiyev təkcə Akademiyanın rəhbərliyindən deyil, ümumilikdə ölkə gündəmindən getməlidir". Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Ramiz Mehdiyev dövlətçilik və milli birliyik əleyhinə olan açıqlaması ilə ölkənin ictimai-siyasi sabitliyinə çox ciddi təsir göstərməyə çalışıb: “Son zamanlar ölkədə inkişaf etməkdə olan siyasi konfiqurasiya mühitinə zərbə vurmaq və bununla da milli birliyimizi zədələmək cəhdi onun açıqlamasında açıq-aydın hiss edilir. Həmin yazıda bəzi partiyaların "cib" və "avtobus" müxalifəti adlandırması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o partiyaları bu cür adlandıran Azərbaycana qənim kəsilmiş qüvvələr, radikallar - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası kimi dövlətimizin milli birliyinə zərbə vurmaq niyyətində olanlar, Azərbaycanın böyük qələbəsini həzm edə bilməyənlərdir. Bu, onların xaricdən aldıqları tapşırıqlar əsasında həyata keçirdikləri qarayaxma kampaniyasının tərkib hissəsidir. Əsas odur ki, "avtobus" müxalifəti adlandırılan həmin partiyalar 44 günlük Vətən Müharibəsində milli birlik nümayiş etdirərək Ali Baş Komandanın yanında olduğunu qeyd ediblər. Bu gün də ölkədə müsbət tendensiya yaranıb, ciddi siyasi dialoq mühiti formalaşıb. Bu, ölkəmizin inkişafı və tərəqqisinə xidmət edən amildir".

C.Osmanov, həmçinin qeyd edib ki, Azərbaycanda parlament seçkilərinin saxta yolla keçirildiyini iddia etmək və Milli Məclisdə təmsil olunan deputatları trol və yaxud saxta deputat adlandırmaq da dövlətçiliyə vurulan zərbədir: "Radikallar, gözü Azərbaycanı götürməyən qüvvələr, o cümlədən ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən bəzi beynəlxalq təşkilatlar Azərbaycanı nüfuzdan salmaq niyyətindədirlər. Hesab edirəm ki, Ramiz Mehdiyevin açıqlaması bizim milli birliyimizə ünvanlanmış təsir vasitəsidir. Ramiz Mehdiyev həmin açıqlaması ilə bəzi radikallara, anti-milli qüvvələrə stimul verib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir deputat Ramiz Mehdiyevə MÜRACİƏT ÜNVANLADI - ÇIXIŞ YOLU İSTEFADIR...
Millət vəkili, YAP-ın parlamentdə deputat heyətinin koordinatoru Hikmət Babaoğlu AMEA-da baş verən olaylar haqqında öz fikirlərini qələmə alıb. Zamantv.az olaraq musavat.com -a göndərilən həmin yazını olduğu kimi təqdim edirik.

Azərbaycan Milli Elmlər Akademiyası həmişə ciddi elm məbədi olub. Ancaq etiraf etməliyik ki , təkcə elm yox həm də mənəviyyat məbədi olub. Çünki elm və mənəviyyat bir arada olmasa həqiqi elmdən və onun inkişafından danışmaq olmaz .Biz Zahid Xəlilov , Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev ,Kərim Mahmudov və digər akademiklərimizi təkcə elm xadimi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə sahib böyük şəxsiyyətlər kimi tanımışıq .Çox təssüf ki , AMEA –nın bu nəcib ənənlərinə axır vaxtlar kölgə düşməkdədir .Bu isə elmi-mənəvi mühitimiz üçün ciddi faciəvi nəticələrə gətirib çıxara bilər .Ona görə də Akademiyada baş verən neqativ hallar və bu halların AMEA-nın divarlarından aşaraq ümumi ictimai gündəmi zəbt etməsi ,elə akademiyanın özünün əməkdaşları tərəfindən akademik mühitin dözülməz həddə çatdırıldığının , elm məbədinin intriqa yuvasına çevirildiyinin etiraf edilməsi Akademiyaya rəhbərlik edən Ramiz Mehdiyevin istefa verməsini zəruri edir. Çünki heç vaxt AMEA –da belə hadisələr baş verməyib . Əgər indi baş verirsə deməli akdemiya idarə olunmur , ya da qəsədən idarə edilmir .Üstəlik bu günlərədə onu tənqid edənlərə AMEA-nın prezidenti Ramiz Mehdiyevin verdiyi qeyri-adekvat cavab əslində AMEA-da baş verənlərin göründüyündən daha problematik və daha dərin olduğunun sübutu kimi səslənir. Hər şeydən öncə müxtəlif tənqidlərə və istefa çağırışlarına verilən cavab akademiyada son illərdə görülən işlərin ictimai hesabatı kimi tərtib edilməklə tənqidi arqumentləri sıradan çıxarmağa yönəlmiş olmalı idi.Ancaq cavabda Azərbaycan dövlətçiliyinin əsaslarını hədəfə alan, hüquqi- siyasi sistemimizin legitimliyinə şübhə yaradan ittihamlar yer alır. Ölkəmizdə həyata keçirilən dərin demokratik islahatlar nəticəsində yeni konfiqurasiya əsasında formalaşan parlamentdə təmsil olunan müxaifət partiyaları , "avtobus yaxud cib müxalifəti" adlandırılır.

Deputatların bir qisminə "seçicilər tətəfindən qovulan ,rüsvay edilmiş ,saxta deputatlar" yarlığı asılır. Belə olan halda inanan bilmirsən ki , Azərbaycanda hakimiyyət bölgüsünün üç əsas qollarından biri olan Azərbaycan Respublikası Milli Məclisinin legitimlyini şübhə altına alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Çünki adətən Milli Məclisə qarşı bu cür ittihamlar səsləndirənlər akademikin ifadə etdiyi kimi sosial şəbəkə "trollar"ı olur. Belə olanda bəzi radikal qruplaşmaların Azərbaycanın milli məsələlərdə konstruktiv mövqe nümayiş etdirməyi bacaran , xalqdan səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifətə "cib, yaxud avtobus müxalifti" deməsi , indi isə akademikin onlara istinad etməsi maraqlı bir şübhə yaradır. Görəsən "cib, yaxud avtobus müxalifəti" terminləri bumeranq terminlərdirmi? Yəni vaxtilə radikallara ötürüb indi də özlərimi istinad edirlər? Akademik Ramiz Mehdiyevin cavabında iknici ciddi ittiham ilk baxışda müxalifət liderlərinə yönəlmiş kimi görünsə də, ancaq dərin qatlardakı hədəf yenə də Azərbaycan cəmiyyəti və hakimiyyətidir. Akademik öz cavabında cəmiyyətimizi rusdillilər və qeyri-rusdillilərə bölməklə ictimai ziddiyət yaratmağa istiqamətlənmiş neqativ tezis səsləndirimiş olur. Əvvəlcə , azərbaycandilliləri rusdillilərə hədəf göstərərək deyir, - "...o ki, qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir". Eyni zamanda təhsil sistemimizin bazası olan azərbaycandilli təhsil sahəsini aşağılayaraq sual edir - "...bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?"

Doğrusu, mən mətbuatla daima ünsiyyətdə olan və onu ardıcıl izləyən adam kimi heç vaxt rast gəlməmişəm ki, kimsə Azərbaycanda rus dilində təhsil alan azərbaycanlılarımızı satqın adlandırsın. Belə olan halda, Ramiz Mehdiyevin AMEA-nın problemləri ilə bağlı olan məsələlərə ictimai-siyasi rəng verərək, onu mürəkkəbləşdirmək cəhdlərini başa düşmək olmur. AMEA-nın prezidenti vəzifəsi ona tabe olan institut rəhbərlərinə, yaxud əməkdaşlarına akademiyanın rəsmi səhifəsindən cavab vermək mərtəbəsi deyil. Əgər bir rəhbər tabeçiliyində olanlarla media vasitəsilə danışır və hesablaşırsa, deməli, bu müəssisə artıq qeyri –fünksionaldır və idarə olunmur. Bunu isə bütün Azərbaycan ictimaiyyəti görür. Belə olan halda ən yaxşı çıxış yolu doğurdan da istefa verməkdir .

Hikmət Babaoğlu, Milli Məclisin deputatı
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sosial şəbəkədə min oyundan çıxanlar: - Bizmi günahkarıq, onlarmı?..
Cəmiyyətimiz çox əliaçıqdır. Və klaviatura qəhrəmanlığını çox sevir. Boş-boş çənə döyməyi, klaviatura üzərində müharibəyə girməyi, döyüşməyi, söyüşməyi, qələbə çalmağı sevənlər kifayət qədərdir sıralarımızda. Onlayn mübahisələr, onlayn qazanclar, onlayn qələbələr çoxunun marağındadır. Evimizdən, hətta yatağımızdan çıxmadan əlimizdə telefon Şuşaya da “gedib çıxa bilirik”, kimisə linç edib “öldürə də” bilirik. Yəni cəmiyyətimizin belə “qəhrəman” nümayəndələri çoxdur.
Bir neçə gün öncə “Tiktok” sosial şəbəkəsinə bir saatımı sərf edib, canlı yayımlara və səhifələrə baxdım. Açığı bu səhifələrdə kimin necə pul qazandığı ilə bağlı bir yazı hazırlamaq istəyirdim. Canlı yayımda ayaqlarını açıb göstərənlər, kameranı üzünə deyil, sinəsinə yönləndirib danışanlar, fərqli üslubda təbliğat aparan cinsi azlıqlar, makiyaj dərsi keçənlər, yemək bişirməyi öyrədənlər bir kənara, diqqətimi daha çox sosial şəbəkə istifadəçinin duyğuları ilə oynamağı peşəkar şəkildə bacaranlar çəkdi.

Deməli, hardasa bir rusdilli istifadəçi bir oyun təşkil edir. Deyir ki, "görək Ermənistan, Rusiya, yoxsa Azərbaycan qalib gələcək?" Bizim qəhrəmanlar da Azərbaycanın qalib gəlməsi üçün pullarından keçirlər. Halbuki, pullarından keçənlərin əlinə silah versən, birinci elə özümüzünküləri vurarlar. Niyə tanımadığın insanın təşkil etdiyi bir canlı yayıma pul xərcləyirsən ki? Bəlkə elə o oyunu təşkil edən düşmən tərəfdəndir və sən ona qazandırırsan? Bizim sosial şəbəkə istifadəçiləri çox safdır, ya özlərini çox "ağıllı" sanırlar, ya da düşünmək və sorğulamaq üçün doğru orqandan istifadə etmirlər. Kiminsə yatmasına, kiminsə makiyaj etməsinə, yeməsinə, içməsinə, geyiminə, hansı restorana getməsinə baxmaq insana nə qazandıra bilər ki?

Bir də bu şəbəkədə öz fəaliyyətini reklam edən pullu xidmət göstərən qadın və kişi eskortlar var. Silikon dodaq, süni qaş-kiprik, süni dırnaqlar, qaynaq saçlar, əməliyyatdan çıxmış bədənlər... Qiymətlər o qədər baha da deyil. Amma evləri, yaşayış tərzləri, yedikləri yeməklər, geyindikləri geyimlər, sürdükləri avtomobillər erkən yaşda nikaha girmiş və kasıb şəraitdə yaşayan bəzi qızların diqqətini çəkə bilər. Və o da “məndə niyə yoxdur” deyib, bu insanların məşğul olduqları işin pis və yaxşı olduğunu düşünmədən meyl edə bilər.

Sosial şəbəkələri həyatımızdan çıxarmaq və yaxud qız-qadınları telefonlardan məhrum etmək mümkün deyil. Maarifləndirmə aparmaq lazımdır, şərtdir. Bu gün insanlar başa düşməlidir ki, baxdığın və ya gördüyün hər şey əslində göründüyü kimi deyil, sənin görmək istədiyin kimidir. Bunun əks tərəfinin nə olduğunu bilmirsən. Medalyonun iki üzü var deyirlər. Sən bir üzünü görə bilirsən. Əks tərəfdə olan digər üzünü görmürsən. Yəni bu gün özünü ilahiləşdirib, beyinlərinizə girən qadınların əsl həyatını bilmirsiniz. Bu gün özünü qəhrəman kimi təqdim edənlərin iç üzünü bilmirsiniz, bu gün reklam edilən yeməklərin belə orjinal olduğunu bilmirsiniz. Odur ki, unutmayın, hər şey göründüyü kimi deyil. Bunu özünüzə təlqin edin. Sosial şəbəkələrə, kiminsə oyunlarına və ya canlı yayımlarına pul xərcləməyin. Əgər əyləncə məqsədi ilə baxacaqsınızsa, baxın. O həyatları yaşamaq arzusu ilə alışıb yanmayın. Bəlkə həyatına qibtə etdiyiniz insan hər gün sizin həyatınızı yaşamaq üçün Allaha dua edir. Bunu ki, bilmirsiniz?!
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
“GÖHƏR” Mənzil-Tikinti Kooperativinin (MTK) “Kommunal xidmətlər göstərilməsinə” dair müqavilə bağlamaqdan imtina etdiyi üçün vətəndaşın mülkiyyətində olan mənzilin elektrik enerjisini qeyri-qanuni olaraq dayandırdığı iddia edilir. Zamantv.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a ictimai vəkil Samir Zeynalov məlumat verib.

Samir Zeynalov bildirib ki, MTK tərəfindən tikilib təhvil verilən bina(lar)ın sakinlərinə elektrik sayğacları dəyərindən dəfələrlə artıq məbləğə - 3 000 manata satılıb.

Samir Zeynalov MTK-nın 913 min manat vergi borcu olduğu və barəsində hələ də Dövlət Vergi Xidməti tərəfindən qanunamüvafiq tədbir görülmədiyini də sözlərinə əlavə edib.
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
İddialarla bağlı “GÖHƏR” MTK-nın nümayəndəsi olduğu bildirilən Eldar Rzayev Yeniavaz.com-a bildirib ki, koorperativ 1 yanvar 2020-ci ildə fəaliyyətini dayandırıb: "Vergi borcları ilə əlaqədar məhkəmə prosesləri keçirilib və nəzərdə tutulan bütün cərimələr (həmçinin vergi borcları) ödənilib".

Eldar Rzayev Samir Zeynalovun sakinlərə elektrik sayğaclarının dəyərindən dəfələrlə artıq məbləğə satılması iddiasını da təkzib edib: “Heç elə bir şey yoxdur. Mənə aid olmayan şeylər yazır. Bu iddiaları qaldıran şəxsi Prokurorluğa vermişəm. Bununla bağlı birinci gün ifadə verəcəm. Əsassız iddialar səsləndirir. Mən heç bir məsuliyyət daşımıram, iki ildir bu işdən uzağam. Bu indi düşüb ortalığa şantaj edir, pul istəyir – bilmirəm nə istəyir”.

Məlumat üçün qeyd edək ki, Eldar Rzayev “GÖHƏR” MTK-nın vergi borcunun ödənildiyini desə də, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında MTK-nın 11.02.2022-ci il tarixinə 913 min 38 manat 31 qəpik vergi borcunun olduğu göstərilir.
Bundan başqa, koorperativin fəaliyyətinin 01.01.2020-ci il tarixindən dayandırıldığı qeyd olunsa da, Dövlət Vergilər Xidməti “GÖHƏR” MTK ilə bağlı reyester məlumatlarında sonuncu dəyişikliyi 10.09.2020-ci il tarixində edib.
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
BU NƏDİ BELƏ: Qarabağda yeni “prezident seçkisi” şousu hazırlanır - SUSACAĞIQMI?
Separatçı tör-töküntülərin Azərbaycana qarşı hoqqaları bitmir. Erməni nəşri “Qraparak” yazıb ki, “artsax”da qondarma “konstitusiya islahatları”nın ardınca növbədənkənar “prezident seçkiləri” keçiriləcək. Bu, gələn ilə nəzərdə tutulur. Separatçıların hazırkı başçısı Araik Arutyunyan deyib ki, o, həmin “seçkilərə” qatılmayacaq.

Beləcə, Rusiya sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazimizdə tam cəzasızlıq hökm sürür. Separatçı-quldurlar tərk-silah edilməmək bir yana, üstəlik, növbəti seçki tamaşası hazırlayırlar.

Bəs Azərbaycan dövlətinin buna qarşı ön tədbiri nə olmalıdır? Yoxsa bizi qıcıqlandıran belə şeylərə reaksiya verməməli, 2025-ci ili və ya Böyük Qayıdışın reallaşmasını gözləməliyik?

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Azərbaycan qətiyyən gözləməli deyil, çünki gözlədikcə, daha təhlükəli məqamlar ortaya çıxacaq: “Bir sıra dövlətlər orada ermənilərin siyasi mövcudluğunun qalmasında maraqlıdır, çünki bu amildən öz məqsədləri üçün istifadə etməyi düşünürlər. Bu mənada ilk növbədə Rusiyanın adı çəkilməlidir. Rusiya bu cür çirkin oyunlarından əl bəkməlidir. Ya bizimlə real müttəfiqlik etməli, ya da kənara çəkilməlidirlər. ABŞ, Fransa və digər Qərb dövlətlərinin də öz maraqları var. Orada separatçı ünsürlərini saxlamaqla həm Azərbaycana və Türkiyəyə qarşı alət əldə edirlər, həm də Ermənistanın regionda zəifləməsinin qarşısını almağa çalışırlar. Yaranmış situasiyada Azərbaycan sərt mövqe qoymalı, birinci növbədə Rusiyadan bu ”seçki" oyunlarına son qoyulmasını tələb etməlidir. Əks halda, Azərbaycan ləngimədən həmin ərazilərə hərbi qüvvələrini yeritməli, antiterror əməliyyatına başlamalı, öz ərazilərində qanuni haqlarını bərpa etməlidir".

Politoloq Anar Əliyev isə bildirdi ki, Ermənistan və onun havadarları Azərbaycanla ikili oyun oynayırlar: “Separatçıları fəallaşması və hətta ”seçkiyə" hazırlaşmaları bundan qaynaqlanır. Azərbaycan daxilində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət zonasına aid olan ərazilərdə separatçı qüvvələrə, müxtəlif dairələrdən, havadarlarından verilən sifarişlər əsasında və eyni zamanda Azərbaycanın Qarabağ zonasında fəaliyyət göstərən Rusiya sülhməramlı qüvvələrinin öz fəaliyyətlərinə məsuliyyətsiz yanaşmasının nəticəsi olaraq həmin ərazilərdə separatçı qüvvələr tərəfindən təxribatlar davam etməkdədir. Separatçı qüvvələr bölgədə mümkün təxribatları davam etdirməyə çalışırlar. Xüsusilə, nəzərə alsaq ki, fevralın 20-də Xankəndindəki qondarma erməni “parlamenti”ndə ərazilərin işğaldan azad edilməsi haqqında “qanun”un müzakirəyə çıxarılıb qəbul edilməsi planlaşdırılır. Qonadarma rejimin “xarici işlər naziri” bəyanat verərək keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti “sərhədləri”nin bərpa olunması ilə bağlı əməli addımların atılacağını və bu istiqamətdə hazırlıqların görüldüyünü bildirib. Eyni zamanda Ermənistanın “Qraparak” nəşri məlumat yayıb ki, Qarabağda “Konstitusiya islahatları” həyata keçiriləcək və gələn il növbədənkənar “prezident seçkiləri”nin keçirilməsinə hazırlıq görülür.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Cənubi Qafqazda sülhün möhkəmliyinin təmin olunması, birgə yaşayış istiqamətində addımların atılması, Ermənistan və Azərbaycan cəmiyyətləri arasında qarşılıqlı inam, etimad mühitinin formalaşdırılması istiqamətində addımlarına Ermənistandan adekvat cavab yoxdur. Ermənistan tərəfi üzdə Azərbaycanla görüşə, barışa razı olduqlarını göstərsələr də əslində mümkün vasitələrdən, xüsusilə də Qarabağdakı erməni separatçı qüvvələrin imkanlarından istifadə etməklə Azərbaycanla münasibətlərin tənzimlənməsinə mümkün problemlər yaratmaq, yeni reallıqlar formalaşdırmağa çalışır. Hesab edirəm ki, bu proseslərin Rusiya sülhməramlı qüvvələrinin gözü qarşısında baş verməsi onların öz fəaliyyət çərçivələrini dərk etməmələri və ya mövcud vəziyyətdən istifadə edərək Azərbaycan daxilində separatizmin dəstəklənməsinə imkan yaratmaqla bağlıdır".

Politoloq qeyd etdi ki, beynəlxalq hüquqla da aqressora və separatçıya dəstək verilməsi beynəlxalq hüququn ümumqəbul edilmiş prinsiplərinin açıq şəkildə pozulmasıdır: “Məsələn, beynəlxalq hüququn münaqişələrlə bağlı prinsiplərində dövlətlərə və xalqlara qarşı silahlı birləşmələrdən istifadə edilməməsi, təcavüzkar əməllərə yol verilməməsi, dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquq və azadlıqlarının qorunması, pozulmaması, millətlərin hüquqlarının bərabərliyi prinsipinin qorunması və beynəlxalq hüquqdan irəli gələn bu öhdəliklərin yerinə yetirilməsi tələbləri Rusiya sülhməramlı qüvvələri tərəfindən ciddi şəkildə pozulur. Rusiya sülhməramlı qüvvələrinin bu davranışları eyni zamanda 10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndindən irəli gələn tələbin də ciddi şəkildə pozulmasıdır. 4-cü bəndin ikinci hissəsinin yerinə yetirilməməsi həm də bu sənədə imza atan, münaqişənin tənzimlənməsində orbitr rolunda çıxış edən dövlətin lideri Vladimir Putinin imzasına hörmətsizlikdir. Baş verən hallar, Azərbaycanın daxilində separatçılara dəstək verilməsi, sülhməramlı qüvvələrin sülhyaratma missiyasına zidd olaraq gözləri qarşısında separatçı hərəkətlərin davam etdirilməsi sülhməramı missiya ilə bağlı beynəlxalq konvensiyalar, eyni zamanda BMT Nizamnaməsinin 6-cı fəsli ilə də ziddiyyət təşkil edir. Bütün bunlar onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində sülhyaratma və sülhün təmin olunması missiyasından başqa hər bir işlə məşğuldurlar”.

Ekspertin sözlərinə görə, baş verınlərlə bağlı Azərbaycan bir sıra zəruri addımlar atmalıdır. Azərbaycan dövlətinin bir neçə istiqamətdə qabaqlayıcı tədbirləri olmalıdır: “Azərbaycanın Ağdam bölgəsində fəaliyyət göstərən monitorinq mərkəzində fəaliyyətini davam etdirən Türkiyə qüvvələrinin fəaliyyəti ilə bağlı Azərbaycan-Rusiya və Azərbaycan-Türkiyə arasında ikitərəfli sülhməramlı missiya ilə bağlı iktirəfli müqavilələr imzalanmalıdır. Bu müqavilələrdə sülhməramlı missiyanın fəaliyyət çərçivələri, eyni zamanda fəaliyyət əraziləri dəqiqliklə göstərilməlidir. Azərbaycan çox sərt şəkildə bəyan etməlidir ki, separatçı qüvvələrin fəaliyyətinin, o cümlədə hansısa ”seçki" şousunun qarşısının alınması üçün ən sərt addımlar atacaq. Azərbaycan bunu əyani şəkildə göstərmək üçün qısa müddətli sərt antiterror əməliyyatları hazırlamalı və həyata keçirməlidir. Rusiya dövlətinə və hakimiyyətinə Azərbaycan dövləti və xalqı adından separatçı ermənilərin dəstəklənməsi, onların təxribat xarakterli addımlarına göz yumulacağı halda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin gündəliyə gətirilmə hüququnun Azərbaycan dövlətinin müstəsna hüquqi olduğu olduğu xatırladılmalıdır".
“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
3 məktəbli qıza seksual hərəkətlər edən taksi sürücüsü tutuldu - TƏFƏRRÜAT
Bakıda 3 məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən taksi sürücüsü saxlanılıb. Zamantv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsində yaşayan 3 ailə qızlarını məktəbə aparıb-gətirməsi üçün taksi sürücüsü ilə anlaşıblar.

Bir müddət öncə hər üç qızın valideynləri polisə müraciət edərək bildiriblər ki, 54 yaşlı həmin şəxs 2021-ci il fevral ayından etibarən onların 8, 9 və 12 yaşlı qızlarına qarşı mütəmadi olaraq seksual xarakterli hərəkətlər edib.

Araşdırma zamanı şikayətdə qeyd edilən əməlin törədildiyinə şübhə yarandığı üçün Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə ittiham edilən şəxs artıq saxlanılıb.

İstintaq davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Neftin qiyməti manatın məzənnəsinə ciddi dəstəkdir” - Elman Rüstəmov
“Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”. Zamantv.az xəbər verir ki, bunu “Report”a eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.

“Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq,” – deyə E.Rüstəmov bildirib.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb. Dünya bazarında dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.

"Brent" markalı neftin qiyməti isə son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb. Londonun ICE birjasına istinadən, dünən axşam fyuçers müqaviləsinin dəyəri 4 % artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edib.

"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şuşa Bəyannaməsinin davamı olacaqmı? - GƏLİŞMƏ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının başqanı professor Hasan Mandal açıqlama verib. Rəsmi məlumata görə, R.T.Ərdoğan Bakıda “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının açılışında iştirak edəcək. Festival mayın 26-dan 29-dək keçiriləcək. Bundan başqa, səfər çərçivəsində iki ölkə rəhbərliyi arasında görüş olacaq.

Qardaş ölkə liderinin ölkəmizə hər səfəri - xüsusilə də 44 günlük müharibədən sonra - böyük hadisəyə çevrilir, düşmən çevrələrin yuxusunu qaçırır, dərhal gündəm olur. Bu dəfə də heç şübhəsiz, belə olacaq. İstisna deyil ki, səfər çərçivəsində Bakı və Ankara sarsılmaz müttəfiqlər kimi bir daha saat əqrəblərini tutuşduracaq.

Ona da şübhə yox ki, Ərdoğanın müharibədən sonra ölkəmizə sayca üçüncü səfəri də düşmənləri bərk məyus edəcək sensasion anlaşmalarla, olaylarla yadda qalacaq. Məsələn, gündəmdə Türkiyənin ölkəmizdə hərbi bazasının qurulması məsələsi ola bilərmi? Ötən ilin 15 iyununda iki qardaş ölkənin liderləri Şuşada, Qars Müqaviləsinin məntiqi davamı olan və daha böyük tarixi əhəmiyyət kəsb edən Müttəfiqlik münasibətləri haqqında Bəyannaməni imzaladılar. Fevralın ilk günlərində həm Azərbaycan, həm də Türkiyə parlamentləri sənədi təsdiqlədilər. Ancaq istisna deyil ki, Bəyannamənin davamı olacaq, bu anlaşmadan irəli gələn yeni sənədlər, razılaşmalar əldə olunacaq. Həmçinin Şuşada Türkiyənin Baş Konsulluğunun açılacağı barədə məlumatlar da intensivləşib. Xatırladaq ki, ötən ilin 15 iyununda, Şuşada, Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransı zamanı cənab Rəcəb Tayyib Ərdoğan “ən qısa zamanda Şuşada baş konsulluq açılacaq”, demişdi. Bu mənada səfərdən böyük gözləntilər var.

Bəs, ekspertlərin gözləntiləri nədir, qarşıdakı səfərdə hansı anlaşmalar olacaq və ya olaylar baş verəcək?

QAT sədri Akif Nağı hesab edir ki, indiki şəraitdə təkcə Azərbaycanın vəziyyəti deyil, bütövlükdə Cənubi Qafqaz regionunun taleyi Türkiyə-Azərbaycan müttəfiqliyindən asılıdır: “Rusiya təsir imkanlarını sürətlə itirir, iqtisadi-maliyyə gücü yox dərəcəsindədir, hərbi təhdidlə isə uzun müddət nəyəsə nail olmaq mümkün deyil. Rusiya regiondan çıxacaq, yaxın bir neçə ildə bu, baş verəcək. Qərb həm məsafə, həm də strateji maraqlar baxımından çox uzaqdadır. ABŞ kimi böyük dövlət də artıq onlardan uzaqlarda yerləşən Yaxın Şərqdə belə, planlarını tam yerinə yetirə bilmir. Digər tərəfdən, Ukrayna hələlik heç nəyə nail ola bilmir. Bütün bunlar Qafqaz regionu ilə bağlı yeni proseslərin gedəcəyəni və artıq getdiyini göstərir”.

A.Nağı ilk növbədə Türkiyə amilinin qabarıq rolundan bəhs etdi: “Belə işlərdə mahir olan erməni rəhbərləri təsadüfən demirlər ki, onların əsas vəzifələrindən biri ”Türkiyə ilə münasibətləri normallaşdırmaqdır". Ona görə də Türkiyə-Azərbaycan yaxınlaşması, tam isti münasibətlərin yaranması zamanın tələbidir. Türkiyə prezidenti hörmətli Ərdoğanın hər səfəri təbii ki, bu müttəfiqliyi daha da dərinləşdirəcək. Hərbi bazanın yaradılması ola bilər ki, hələ ertələnsin. Çünki ortada NATO faktoru var. Türkiyə bu məsələni NATO-nun daxili qanunlarına uyğunlaşdırmalıdır. Bunun yaxın vaxtlarda baş verəcəyi inandırıcı deyil".

Konsulluğun rəsmi qaydada açılmasına gəldikdə, A.Nağı bildirdi ki, artıq bunun üçün vaxt yetişib: “Böyük ehtimalla, növbəti səfərdə bu, baş verəcək. Bu səfərdən bizim gözləntimiz və istəyimiz Qarabağda Türkiyə hərbi qüvvələrinin sayının artırılması, proseslərə qardaş ölkənin təsir imkanlarının güclənməsi, Xankəndi də daxil bütün ərazilərimizdə Türkiyənin əsgəri mövcudluğunun təmin edilməsidir”. DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfəri bir qayda olaraq, hər iki ölkə, region və bütövlükdə Türk Dünyası üçün önəmli sənədlərin imzalanması, razılışmaların əldə olunması ilə yadda qalır: “Bu baxımdan, qardaş ölkənin dövlət başçısının may ayında həyata keçirilməsi nəzərdə tutulan səfəri zamanı da ilk növbədə Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərini daha da gücləndirə biləcək yeni sənədlərin imzalanması mümkündür. Əslində, iki qardaş ölkə arasında imzalanmış və hər iki ölkənin parlamentlərində ratifikasiya olunmuş Şuşa Bəyannaməsinin mətninə diqqət yetirsək, yeni anlaşmalara zəmin yaradan məqamları görə bilərik. Məsələn, Bəyannamədə qeyd olunur ki, ”...müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər". Təkcə bu məqam müttəfiqlik münasibətlərinin, xüsusilə də bu münasibətlərin hüquqi mexanizmlərinin dəqiqləşdirilməsini zəriri edir ki, bu da ən müxtəlif sahələrdə yeni razılaşmaların imzalanması deməkdir. Digər tərəfdən, Şuşa Bəyannaməsində, konkret müddəa göstərilməsə də, BMT Nizamnaməsinə və onun üzv dövlətlərə kollektiv müdafiə hüququ verən hissəsinə istinad edilir və qeyd olunur ki, “tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək, birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq”.

E.Mirzəbəyli hesab edir ki, Bəyannamədə yer alan bu məqam, mahiyyət etibarilə Azərbaycan-Türkiyə hərbi-siyasi ittifaqının təməl hüquqi sütununu təşkil edir və bu və digər müddəalardan çıxış edilərək, iki dövlətin qarşılıqlı hərbi, siyasi, mədəni, sosial inteqrasiya prosesinin sürətləndirilməsi üçün müvafiq qərarlar qəbul ediləcək: “Bəyannamənin hər iki ölkənin patlamentlərində ratifikasiya olunması da, Azərbaycan və Türkiyənin qanunvericilik bazasının sənəddə yer alan müddəalarının həyata keçirilməsinə imkan yaradacaq mexaniznlərlə zənginləşdirilməsinə xidmət edir. Bəyannamədən irəli gələn yeni razılaşmalar, yaxud mövcud olanların genişləndirilməsi aşağıdakı istiqamətlərdə həyata keçirilə bilər: -iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsi, birgə təhsil və təlimlərin keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması; - dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsi; - qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi; - kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi; - milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı, Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması; - enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlığın genişləndirilməsi; - Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi; - media sahəsində strateji əməkdaşlığın inkişafı; - parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi; - müştərək dəyərlərin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsi, tarixi və mədəni irslərinin qorunması; - Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılması, türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirilməsi və sair”.

Ümumilikdə, siyasi şərhçinin qarşıdakı səfərdən böyük gözləntiləri var: “Göründüyü kimi, Azərbaycan-Türkiyə strateji münasibətlərinin yol xəritəsi olan Şuşa Bəyannaməsində yer alan istiqamətlər o qədər genişdir ki, onların hər biri qarşıslıqlı səfərlərin gündəmini təşkil edə bilər. Bu sırada Şuşada konsulluğun açılması, yaxud subyektiv qənaətimə görə, Türkiyənin Qarabağ və Şərqi Zəngəzir iqtisadi rayonları üzrə müvafiq nümayəndəliyinin açıqlması da mümkündür”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiya olunduqdan sonra həmin sənədin bəndlərinin konkret reallaşdırılması istiqamətində çalışmalar başlamalıdır: “Sənəd fevralın 1-də Milli Məclisdə ratifikasiya olunduğu gün müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfərini təsadüfi saymıram. Bəyanatın ”tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər" bəndinə uyğun olaraq Azərbaycan ordusunun daha da modermləşdirilməsi istiqamətində çalışmalar genişlənib. Bir başqa bənd belədir: “Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcək və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək”. Bu istiqamətdə də koordinasiyanın güclənidirilməsinə ehtiyac var. Nəhayət, Şuşada Türkiyənin konsulluq binasının tikintisinə başlamağın zamanıdır".

Ekspertlərimizin açıqlamalarından da görünür ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan olunan “Şuşa ili”ndə baş tutacaq səfər zamanı vacib anlaşmalar əldə ediləcək. Növbəti dəfə dost və qardaşlar sevinəcək, düşmən üzüləcək...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO