[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda daha iki məktəb COVID-ə görə BAĞLANDI - YENİLƏNİB
Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən Rəşid Baxışov adına 218 nömrəli orta məktəb distant təhsilə keçir.
Zamantv.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsində müəllim və şagirdlər arasında COVID-19-a kütləvi yoluxma qeydə alınıb. Bununla bağlı məktəbdə tədris sabahdan etibarən bir həftə müddətinə distant formada davam etdiriləcək.

Bildirilib ki, 218 nömrəli məktəbdə 9 müəllim, 7 şagird və 5 texniki işçidə koronavirusa yoluxma qeydə alınıb.
Qeyd edək ki, hazırda məktəbdə 159 müəllim çalışır, 4000-ə yaxın şagird kontingenti var.

saat 10:25

Bakıdakı 66 nömrəli "Tərəqqi liseyi" distant təhsilə keçib.

Lent.az-ın əldə etdiyi məlumata görə, müəllimlər və şagirdlər arasında kütləvi yoluxma səbəbindən məktəb bağlanıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin verdiyi qərara əsasən, məktəblərdə karantin müddəti 1 həftəyə endirilib.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı - VİDEO
Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Rahim Şəfəqqətovu saxlayaraq Polis Bölməsinə gətirib.

Daxili İşlər Nazirliyindən Zamantv.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı 3 ədəd parton aşkar edilib. Saxlanılan şəxs ifadəsində yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində odlu silah-sursat gizlətdiyini qeyd edəndən sonra həmin ünvana da baxış keçirilib. Oradan isə Rahim Şəfəqqətova məxsus 1 ədəd atəşə yararlı “AK-74” markalı avtomat silah, 1 ədəd daraq və 2 ədəd parton aşkar olunaraq götürülüb. Rahim Şəfəqqətov odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

9-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rahim Şəfəqqətov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı - VİDEO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məktəblilər arasında KÜTLƏVİ DAVA: Polis araşdırmalara başladı
Bakıda məktəblilər arasında kütləvi dava olub.

Zamanv.az-ın məlumatına görə, bununla bağlı video sosial şəbəkələrdə yayılıb.

İddialara görə, dava edənlər Bakı şəhərində yerləşən 116 saylı orta məktəbin şagirdləridir.
Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb.

Həmin videonu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Tərtər işi" üzrə 300-ə yaxın zərərçəkən dindirilib - RƏSMİ
"Tərtər işi"ndə zərərçəkənlərin sayı artıb.

Zamantv.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluqdan bildirilib.

Qeyd olunub ki, indiyə kimi "Tərtər işi" ilə bağlı 296 nəfər dindirilib. Onlardan 178 nəfərin işgəncələrə məruz qalması müəyyən edilib.
Hazırda bu iş üzrə istintaq işləri davam etdirilir.

Qeyd edək ki, Baş Prokurorluğun bir müddət əvvəl yaydığı məlumata əsasən, bu iş üzrə aparılan cinayət işinin istintaqı zamanı 281 zərərçəkən olduğu bildirilmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda məktəbli öldü - SƏBƏB
Mingəçevirdə 7-ci sinif şagirdi vəfat edib.

Zamantv.az xəbər verir ki, İbadova Şövkət Ceyhun qızının başında olan şiş səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, azyaşlı Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbində təhsil alırdı.
Azərbaycanda məktəbli öldü - SƏBƏB
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Koronavirusla bağlı dünyada SON VƏZİYYƏT
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 414,019,118 nəfərə çatıb.

Zamantv.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 5,845,058 xəstə ölüb, 336,108,093nəfər sağalıb.

Xatırladaq ki, Azərbaycanda indiyədək ümumilikdə 747 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 690 059 nəfər müalicə olunaraq sağalıb, 9077 nəfər vəfat edib, aktiv xəstə sayı 48 782 nəfərdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
88 min manat mənimsəyən direktorun yerinə TƏYİNAT
11 nömrəli İnteqrasiya təlimli internat məktəbinə yeni direktor təyin olunub.

"Zamantv.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Yeganə Məmmədəliyeva təyinat alıb. Qeyd edək ki, Y.Məmmədəliyeva bu təyinatadək 4 nömrəli Respublika xüsusi internat məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Gülnarə Abdullayeva barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Mcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılmışdı. Hazırda istintaq davam edir.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdlaşdıraraq mənimsəyib, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, G.Abdullayevanın otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərin adına olan 4 ədəd plastik kart, işçilərə pul vəsaiti verməsi ilə bağlı qeydlərin aparıldığı dəftərçəsi aşkar olunaraq götürülüb.

Xatırladaq ki, Gülnarə Abdullayeva ötən ilin oktyabr ayında vəzifəsindən azad olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda yeni dövlət şirkəti yaradılır
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-kommunal təsərrüfatı departamentinin İnzibati binaların istismarı idarəsi kommersiya qurumuna çevrilir.

Zamantv.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, idarə adını və təşkilati-hüquqi formasını dəyişərək eyni adlı MMC-yə çevrildiyini elan edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya rəsmisindən “atəş açmağa hazırıq” MESAJI
Rusiya hərbi rəsmisi ölkəsinin onun ərazi sularına qanunsuz daxil olan xarici gəmi və sualtı qayıqlara atəş açmağa hazır olduğunu bildirib.

"Zamantv.az" xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə danışan Rusiya hərbi rəsmisi bəyan edib.

Onun sözlərinə görə, Rusiya onun ərazi sularına daxil olan xarici gəmilərə və sualtı qayıqlara atəş açmağa hazırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan Gürcüstana yardım təklif etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə "Zamantv.az"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın ehtiyac duyulduğu təqdirdə hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO