[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kafedən yıxılaraq ölənin kimliyi məlum oldu -YENİLƏNİB
Xaçmazda kafenin ikinci mərtəbəsindən yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, dünyasını dəyişən şəxs Xaçmazın Köhnə Xaçmaz kənd sakini Əliyev Səhmana Habil oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən "Məkan" adlı kafesində qeydə alınıb. Orta yaşlı kişi kafenin ikinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Meyitin şəxsiyyətini müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Üç uşaq anasından DƏHŞƏTLİ əməl: Özünü binadan atdı
Bakıda intihar hadisəsi baş verib.

Zamantv.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış binasında baş verib.

3 uşaq anası olan qadın özünü 12-ci mərtəbədən ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib
Qadının hansı səbəbdən özünü öldürdüyü hələ ki məlum deyil.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buz ana və bir yaşlı körpəsinin başına düşdü - VİDEO
Rusiyanın Veliki Novqorod şəhərində xoşagəlməz hadisə baş verib.

Zamantv.az-ın məlumatına görə, binanın yanından keçən ana və 1 yaşlı körpəsinin başına buz parçası düşüb.

Yerə yıxılan qadının köməyinə ətrafdakılar gəlib. O, başından və belindən yüngül xəsarət alıb. Körpəyə isə heç nə olmayıb.
Həmin anın görüntülərini təqdim edirik:

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsil Önəmli Sahədir
Zamantv.az Təhsil önəmli sahədir; dovlətin əsas ictimai resursu bu proses vasitəsilə xarakteriza olunur .Yəni ,hansı dövlətdə təhsil ən başlıca həyat amilidir,orada yüksəliş, sivil və beynəlxalq inkişaf pik həddində olur . Çox sevindirici haldır ki ,ümumimilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə təhsil öz milli strukturunu formalaşdırdı və hazırda ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında da Azərbaycan öz təhsil prioritetləri ilə dünyada tanınır.
Təhsilin inkişaf qaynaqları əsasən məktəblərdir ; yəni harada tədris varsa ,orada təhsil vətəndaşın əsas maraq dairəsinə çevrilir .Nəticədə savadlı insanlar yetişir və ölkə bundan faydalanır.
Bu gün çox sevindirici haldır ki ,respublikamızın bütün təhsil ocaqlarında təhsil yüksək səviyyədədir .Belə təhsil ocaqlarından biri də ,Qaradağ rayononun Lökbatan qəsəbəsindəki 288-saylı tam orta məktəbdir .Bu məktəbdə təhsillə yanaşı təlim -tərbiyə də yüksək səviyyədədir .Hər il bu elm ocaqından onlarla şagird ali məktəbə qəbul olur və müəllimlərinin etimadını qəbul olduğu ali məktəblərdə də doğruldur müxtəlif sahələr üzrə mütəxəssis kimi həyata vəsiqə alırlar.Ozəl olaraq bildirim ki , bu məktəbdə müəllim -şagird münasibəti o qədər doğmadır ki ,valideyin -övlad münasibətindən heç də seçilməyən dərəcədədir . Elə bu yerdə Alman pedoqoqu İohan Hervardın " Müəllim bilik və əxlaq verən nüfuzdur" fikirini xatırlamaq yerinə düşər.
Təhsil Önəmli Sahədir
Təhsil Önəmli Sahədir
Təhsil Önəmli Sahədir



AJB -nin üzvü ."Çapar.info " saitinin Baş redaktorun 1-ci muavini.
Xəyalə İbrahimli .
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Qarabağdakı Rusiya sülhməramlıları üçün “separatçılar” anlayışı yoxdur...” - Rus ekspertdən TƏHLÜKƏLİ REALLIQ
Zamantv.az xəbər verir ki, tanınmış hərbi politoloq, G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ekspert şurasının üzvü, istefada olan podpolkovnik Aleksandr Perenjiyev Rusiyanın Azərbaycanın Qarabağ torpaqlarındakı rəsmən sülhməramlı sayılan hərbi kontingentinin son bir il 3 aylıq fəaliyyəti ilə bağlı Moderator.az əməkdaşının suallarını cavablandırıb.

Qeyd edək ki, Aleksandr Perenciyev 44 günlük müzəffər savaşımız və ondan sonrakı dövrdəki çıxışlarında əsasən ölkəmizin mövqelərini müdafiə edən rusiyalı şərhçilərdən biri olub . Hərbi ekspertin bu dəfəki cavabları Azərbaycanın maraqlarına tam uyğun olmasa da, məlumat üçün onları nəzərinizə çatdırırıq:

- Aleksandr Nikolayeviç, Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Qarabağda son bir il 3 aylıq fəaliyyətini necə dəyərləndirirsiniz? Azərbaycan Prezidenti İlham Əliyev ümumilikdə bu kontingentin fəaliyyətindən razıdır. Amma o, öz çıxışlarında tez-tez Azərbaycan xalqını incidən və müəyyən dərəcədə Azərbaycan Respublikasının suverenliyini də təhdid edən bəzi nüanslara da eyham vurur. Məsələn, bu kontingentin ilk komandiri general-leytenant Rüstəm Muradov 2020-ci ilin noyabrında Qarabağda işinə başlayan kimi ilk işi olaraq Xankəndinə gəlib erməni separatçılarının qondarma lideri Arayik Arutyunyanla qucaqlaşaraq görüşüb. Halbuki, həmin Arutyunyan 44 günlük müharibə zamanı Gəncəni ballistik raketlərlə bombalamağı əmr etdiyi üçün Azərbaycan dövləti tərəfindən axtarışa verilmişdir... Yaxud 2021-ci ilin oktyabrında Azərbaycan hərbçilərinin postuna əl qumbarası atan erməni terrorçusu Norayr Mirzoyan sülhməramlılar tərəfindən dərhal Xankəndinə, yəni separatçı rejimə qaytarılıb. Baxmayaraq ki, Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən bu faktla bağlı cinayət işi başlanıb...

-Hesab edirəm ki, Rusiya sülhməramlılarının iştirakı ilə bağlı bütün problemlər 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış Üçtərəfli münasibətlər çərçivəsində həll edilməlidir və edilir. Rusiya sülhməramlıları Rusiya Müdafiə Nazirliyinə və müəyyən mənada Rusiya Xarici İşlər Nazirliyinə, nəhayət, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinə tabedirlər. Ona görə də bütün bu kimi problemlər dövlət rəhbərləri, xarici siyasət və hərbi idarələr vasitəsilə həll edilməlidir. Eyni zamanda, diqqətinizi ona cəlb edirəm ki, sülhməramlılar öz sülhməramlı missiyasının qaydaları çərçivəsində hərəkət edirlər. Ona görə də onlar üçün “separatçılar” anlayışı yoxdur. Bircə anlayış var - yerli sakinlər və yerli rəhbərlik. Məhz bu konsepsiyalar çərçivəsində sülhməramlıların komandanlığının yerli əhali və onların rəhbərliyi ilə qarşılıqlı əlaqəsi həyata keçirilir...

-Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi internet saytında Rusiya sülhməramlı kontingentinə aid bölmədəki xəritə və xəbərlərdə Azərbaycan Respublikasının şəhər və kəndlərinin adları ölkəmizin müasir rəsmi-inzibati xəritələrinə uyğun olaraq adlanmır. Və sanki işğalçı, separatçı ermənilərin xoşuna gəlmək üçün, demək olar ki, hər gün təhrif edilir. Məsələn, Xankəndi əvəzinə "Stepanakert", Ağdərə-"Mardakert", Xocavənd-"Martuni" və s. yazılır, deyilir. Məgər bu, ədalətlidirmi?

-Bilirsiz, qeyd edilən ərazilərdə etnik ermənilər yaşayır. Və həmin yaşayış məntəqələrinin sakinlərinin(mən vurğulayıram: bu, ərazilərin özlərinin deyil, sakinlərinin) statusu tənzimlənməyib. Məhz bu səbəbdən sülhməramlı kontingentin xəritələrində sözügedən yaşayış məntəqələri orada yaşayan yerli sakinlərin özlərinin adlandırdığı kimi adlandırılırlar...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatlar çoxdan pensiyaya çıxıb, sadəcə, Milli Məclisin xəbəri yoxdur - Replika
Bu gün "deputatxana"nın növbəti iclası keçirildi. Təkiflər edildi, müzakirələr aparıldı.
Hər zaman olduğu kimi bu dəfə də təkliflər, müzakirələr eyni deputatlar tərəfindən edilirdi. Bilrisiniz nəyə fikir vermişəm? "Deputatxana"da deputatlar bir neçə qismə bölünüb: Milli Məclisi saymayıb iclalara qatılmayanlar, yatanlar, qulaq asırmış kimi görünüb başqa işlərlə məşğul olanlar, danışanlar, danışmaq istəyib məlumatsız olanlar və bir də “görəsən, mənim burda nə işim var” deyənlər.

Bir də son zamanlar öyrənməyə çalışanlar var ki, onlar da mətbuatı izləyib vətəndaşın hansı problemlərdən əziyyət çəkdiyini öyrənməyə çalışırlar. 27 saylı Sabunçu ikinci seçki dairəsindən “seçilmiş” Salazadə Əliabbas Qalib oğlu... Bilirsiniz bu kimdir? Azərbaycanın Həccə getmək üzrə reytinqdə birinci yer tutmuş sabiq deputatı Qalib Salahzadənin oğlu... Qalib bəyi ziyarətlər kralı da adlandırmaq olar. Nə deyə bilərik, “adamın pulu var, gedir”. Onda işimiz yox.

Söhbət onun oğlu Azərbaycan Milli Məclisində Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və digər 7 ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olan Əliabbas Salahzadədən gedir. Məsələ ondandır ki, Əliabbas bəy seçildikdən bu günə qədər bir dəfə ağzını aça ya da açmaya... "Google" üzərindən axtarışlar zamanı belə, deputat və onun atası haqqında xoş olmayan məlumatlar üzə çıxır. Bu zaman belə bir sual ortaya çıxır: Belə xoş “CV” ilə Əliabbas Salahzadənin Milli Məclisdə nə işi var? Deyərsiniz, yazılanların hamısı düzdür ki? Əzizlərim od olmayan yerdən heç bir zaman bu qədər tüstü çıxmaz...

Və yaxud 28 saylı Sabunçi seçki dairəsindən Eldar Quliyev cənabları. Bu günə kimi ərazisi üzrə hansı vətəndaşının bir işinə yarayıb? Ola bilər yarayıb, ancaq öz yaxınlarına. Ona da inanmıram düzü. Amma Milli Məclisdə oturub ölkə və vətəndaşları üçün hansı əhəmiyyətli bir işə imza atıb? Biz bilmirik, varsa, çıxıb desin, danışsın gördüyü işlərdən. Və yaxud var-dövlətinin də hesabatını verə bilər, qəbul edərik.

46 saylı Şirvan seçki dairəsindən İltizam Yusifov: Zəhmli baxışları olan bu deputatı tanıyırsınızmı? Ümumiyyətlə, Milli Məclisin iclaslaırna nəzərdə salan zaman məndə belə bir fikir formalaşır ki, yaşı 65-i keçmiş deputatlar çoxdan pensiyaya çıxıb, sadəcə, Milli Məclisin bundan xəbəri yoxdur.

Digər ağzına su alıb dayananlar isə qorxur danışmağa. Qorxur ki, ağzını aça və səhv edə. Biz də hazırıq o səhvləri gün üzünə çıxarmağa. Sadəcə, maraqlısı budur ki, danışmağa qorxan adamın Milli Məclisdə nə işi var?

Seçkilər yadıma düşür, əl-ayaq öpürdülər seçilmək üçün. O əl-ayaq öpənlər, digərləri bir kənara, əl-ayaqlarını öpdüklərinizlə maraqlanırsınızmı? Deputatların çoxu jurnalistlərlə birbaşa ünsiyyətdən belə çəkinir. Gərək əvvəlcə əlahəzrətin köməkçisinə yazıb xahiş-minnətlə açıqlama istədiyini deyəsən, ondan sonra bu cənab səndən mövzunu soruşa, xoşuna gəlməsə də, deyə “bəs müəllimin işləri çoxdur”.

Düzü, bu köməkçilərin də çoxu elə deputatalrın özü kimi işləyir. Tərifləmək üçün və ya qadın olduğu üçün demirəm, deputat Hicran Hüseynova suallara da cavab verir, seçicisi ilə də maraqlanır. Ən azından nəsə iş görməyə çalışır. Azərbaycanda qadına iş görmək üçün verilən imkanları nəzərə alsaq, Hicran Hüseynova sözün əsl mənasında bacarıqlı qadındır. Yox, yalnış anlamayın Hicran Hüseynova məni tanımır, bir dəfə də olsun görməyib, nə də xüsusi alacağım-verəcəyim yoxdur. Sadəcə, qadın işini görməyə çalışır.

Xüsusi qeyd edim ki, bu gün parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimlinin “Ölülər”dən gətirdiyi sitatlar sevindirici idi. Deməli, deputatlarımız ədəbiyyatımıza ara-sıra göz atır.

Fəzail İbrahimli Fəzail İbrahimli
Onu da deyim ki, Milli Məclsiin iclaslarını səbrsizliklə gözləyir, açıqlamaları sevə-sevə izləyirəm. Ən azından kimin kim olduğunu görüb sizlərə də çatdırmaq üçün...

Görüşəcəyik!
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Kəlbəcər və Tovuzda yenidən təxribatlar törətdi - Xəbərlərin 13:00 buraxılışı
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.

Ermənilər Kəlbəcər və Tovuzda yenidən təxribatlar törətdi. Hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı.

Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi. Saxlanılan şəxsin onun baldızı oğlu olduğu bildirilir.

3 aylıq körpəni ölümə tərk etdilər. Gəncədə baş verən qandonduran hadisənin təfərrüatı Baku TV-də.

Daha ətraflı BAKU NEWS-un 13:00 buraxılışında:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
82 yaşlı qadın yuxuda qarət edildi
Göygöl rayonunda 82 yaşlı qadın qarət edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girmiş naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ramiz Mehdiyevin köməkçisi barəsində 30 sutka HƏBS QƏRARI - TƏFƏRRÜATLAR
Ramiz Mehdiyevin köməkçisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, E.Əmirov ötən həftə “Bandotdel” tərəfindən saxlanılıb. Onun barəsində çoxsaylı şikayətlər olub.

Şikayətlər əsasən E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlıdır. İddia olunur ki, o, pul ilə işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.

Əldə etdiyimiz daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı da var.

Belə ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarılıb.
Ötən gün AMEA prezidenti Ramiz Mehdiyevin köməkçisi, AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun saxlanılması barədə xəbər vermişdik.

Zamantv.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-a faktı təsdiqləyib.

O bildirib ki, idarəyə Eldar Əmirov barəsində şikayət daxil olub və o, araşdırma məqsədi ilə saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızının oğludur.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO