913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA

16:58 12.02.2022 230
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
“GÖHƏR” Mənzil-Tikinti Kooperativinin (MTK) “Kommunal xidmətlər göstərilməsinə” dair müqavilə bağlamaqdan imtina etdiyi üçün vətəndaşın mülkiyyətində olan mənzilin elektrik enerjisini qeyri-qanuni olaraq dayandırdığı iddia edilir. Zamantv.az xəbər verir ki, bu barədə Yeniavaz.com-a ictimai vəkil Samir Zeynalov məlumat verib.

Samir Zeynalov bildirib ki, MTK tərəfindən tikilib təhvil verilən bina(lar)ın sakinlərinə elektrik sayğacları dəyərindən dəfələrlə artıq məbləğə - 3 000 manata satılıb.

Samir Zeynalov MTK-nın 913 min manat vergi borcu olduğu və barəsində hələ də Dövlət Vergi Xidməti tərəfindən qanunamüvafiq tədbir görülmədiyini də sözlərinə əlavə edib.
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
İddialarla bağlı “GÖHƏR” MTK-nın nümayəndəsi olduğu bildirilən Eldar Rzayev Yeniavaz.com-a bildirib ki, koorperativ 1 yanvar 2020-ci ildə fəaliyyətini dayandırıb: "Vergi borcları ilə əlaqədar məhkəmə prosesləri keçirilib və nəzərdə tutulan bütün cərimələr (həmçinin vergi borcları) ödənilib".

Eldar Rzayev Samir Zeynalovun sakinlərə elektrik sayğaclarının dəyərindən dəfələrlə artıq məbləğə satılması iddiasını da təkzib edib: “Heç elə bir şey yoxdur. Mənə aid olmayan şeylər yazır. Bu iddiaları qaldıran şəxsi Prokurorluğa vermişəm. Bununla bağlı birinci gün ifadə verəcəm. Əsassız iddialar səsləndirir. Mən heç bir məsuliyyət daşımıram, iki ildir bu işdən uzağam. Bu indi düşüb ortalığa şantaj edir, pul istəyir – bilmirəm nə istəyir”.

Məlumat üçün qeyd edək ki, Eldar Rzayev “GÖHƏR” MTK-nın vergi borcunun ödənildiyini desə də, Dövlət Vergilər Xidmətinin reyester məlumatlarında MTK-nın 11.02.2022-ci il tarixinə 913 min 38 manat 31 qəpik vergi borcunun olduğu göstərilir.
Bundan başqa, koorperativin fəaliyyətinin 01.01.2020-ci il tarixindən dayandırıldığı qeyd olunsa da, Dövlət Vergilər Xidməti “GÖHƏR” MTK ilə bağlı reyester məlumatlarında sonuncu dəyişikliyi 10.09.2020-ci il tarixində edib.
913 min vergi borcu olan MTK sakinlərin işığını kəsib? - AÇIQLAMA
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO