[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" SƏRƏNCAM İMZALAYIB
Prezident İlham Əliyev "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" sərəncam imzalayıb. Zamantv.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövrdə Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə ön cəbhədə fədakarlıq göstərmiş mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin əməkdaşları və mülki işçiləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif ediliblər.

Bu sərəncamda göstərilən şəxsləri “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının Baş nazirinə verilib.

Sərəncamla Nazirlər Kabinetinə aşağıdakı tapşırıqlar verilib:

Bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq, Vətən müharibəsi iştirakçılarının siyahısını aşağıdakılar nəzərə alınmaqla müəyyən etsin:

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə “Müharibə veteranı” adının verilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən “Müharibə veteranı” adı verilmiş şəxslərin siyahısı;

əməkdaşları və mülki işçiləri ön cəbhədə fədakarlıq göstərmiş digər mərkəzi, habelə yerli icra hakimiyyəti orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin təqdim etdiyi məlumatlar;

bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“GÖRDÜM Kİ, MEHDİYEVLƏ İŞLƏMƏK MÜMKÜN DEYİL” - Rasim Ağasiyev ittihamları rədd edir
Bir müddət əvvəl AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ramiz Mehdiyevlə bağlı ciddi ittihamların yer aldığı müsahibəsində AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi Rasim Ağasiyevin də adı çəkilirdi.

Orada iddia olunurdu ki, R. Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunur və zamanında Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşərək ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət edib.

Zamantv.az xəbər verir ki, “AzPolitika.info” ilə əlaqə saxlayan Rasim Ağasiyev Elton Məmmədovun onun barəsində səsləndirdiyi fikirlərin yalan və böhtan olduğunu bildirdi: “Elton Məmmədovun mənimlə bağlı dedikləri tamamilə yalandır, Levan adlı şəxsi tanımıram və onunla heç bir əlaqəm olmayıb.”

R.Ağasiyev Ramiz Mehdiyev tərəfindən himayə olunduğuna dair iddiaları da cəfəngiyyat adlandırdı: "Əksinə, Mehdiyevlə işləməyin mümkün olmadığı üçün könüllü olaraq vəzifəmdən getmişəm".

Hələ Mehdiyev AMEA-da prezident olana qədər, 2013-2018-ci illərdə AMEA-nın Hüquq və kadrlar idarəsinin rəisi vəzifəsində işlədiyini deyən R.Ağasiyev doktorluq işinin müdafiəsi üçün həmin vəzifədən ayrılaraq, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda "Əcnəbilərin hüquqları və miqrasiya " şöbə müdiri vəzifəsinə gedib.

Ramiz Mehdiyev AMEA prezidenti olandan sonra onu yenidən əvvəlki vəzifəsinə dəvət etsə də, Ağasiyev orada çox işləyə bilməyib: “6-7 ay işlədim və gördüm ki, bu adamla işləmək mümkün deyil. Onun ambisiyaları tamamilə başqadır. Yenidən əvvəlki işimə qayıtdım. Ancaq Mehdiyev burada da məndən əl çəkmədi.

2021-ci ilin noyabrındaRamiz Mehdiyevin göstərişi və təkidi ilə buradakı vəzifəmdən azad edildim. Bunu mənə Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bildirdi. Həmin ərəfədə məndən başqa 20-yə yaxın əməkdaş işdən azad olundu. Hazırda işsizəm”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FHN gəlib elə şərtlər qoyur ki... – Sahibkarlarla bağlı moratoriuma qarşı
"Məsələyə diferensial qaydada yanaşmaq lazımdır. Sahibkarlıq obyektlərinin yoxlanılmasına qoyulan moratorium həqiqətən də köklü şəkildə fiskal orqanları nöqteyi-nəzərindən böyük müsbət nəticələrə səbəb olub”. Zamantv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov sahibkarlıq subyektlərinin yoxlanılmasına qoyulan qadağanın özünü nə dərəcədə doğrultduğu barədə suala cavabında deyib:

"Ən azından 10 il bundan öncəki fiskal orqanlarla sahibkarlar arasındakı münasibətə diqqət yetirsək, həmin dövrdə əməlli-başlı "soyqırım”ın getdiyini görərdik. Həmin illərdə vergi xidmətləri, gömrük və hüquq mühafizə orqanları sahibkarlara normal fəaliyyət göstərməyə imkan vermirdi. Müxtəlif yollarla müdaxilələr olunurdu, yaxud da bəzi qurumlar yoxlamalar zamanı səlahiyyətlərindən kənara çıxırdı”.

Ekspert bildirir ki, belə yoxlamaların dayandırılması dayanıqlı sahibkarlıq mühitinin genişlənməsinə şərait yaradıb:

"Ancaq sahibkarlıq subyektlərinin yoxlanılmasının dayandırılmasından keçən dövrdə isə artıq sahibkarlar normal nəfəs almağa imkan tapıblar. Belədə, onların fəaliyyətində bu illər ərzində kifayət qədər irəliləyişlər əldə olunub. Eyni zamanda, dayanıqlı sahibkarlıq mühiti artıb”.

Bununla belə, həmsöhbətimiz prosesdə bəzi mürəkkəbliyin olduğunu da deyir:

"Yalnız fiskal orqanlar olmayan digər orqanlar Ədliyyə Nazirliyindən xüsusi məhkəmə qərarı əsasında yoxlamalar keçirə bilir. Məsələn, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və s. Bu da aktualdır. Hər ikisi sahibkarları yoxlamaq mənasında deyil, yardım nöqteyi-nəzərindən araşdırmalıdır. Adicə yanğın sisteminin tətbiqilə bağlı Fövqəladə Hallar Nazirliyi sahibkarlar qarşısında elə şərtlər qoyur ki, onu yerinə yetirmək qətiyyən mümkün deyil. Yəni belə mürəkkəbliklər də mövcuddur.

Ümumiyyətlə, elə dövrdəyik ki, avtomatik idarəetmə sistemi vasitəsilə sahibkarın fəaliyyətini rahatlıqla izləmək mümkündür. Bundan ötrü, müəssisəyə ayaq basıb yoxlamağa ehtiyac yoxdur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ucarın icra başçısının Zərdab İŞLƏKLƏRİ... - Prezidentə müraciət olundu
Vətəndaş Ucar RİH-nin başçısı Mənsur Məmmədovun etdiyi qanunsuzluğa görə, Ölkə Prezidentinə müraciət etdi. Zamantv.az Qanunla.Az-a istinadən xəbər verir ki, Zərdab rayon Məlikli kənd sakini Hüseynov Qəzənfər Dayı oğlu 2005-ci ildə Zərdab rayonunda İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş,hal-hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovdan Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb.

Redaksiyamıza təqdim olunan məktubu sizlərə təqdim edirik:

Azərbaycan Respublikası Prezidenti çox hörmətli cənab İlham Əliyevə…

Çox hörmətli cənab Prezident!

Bu ərizəmlə yazıb Sizdən xahiş edirəm ki, Mənsur Məmmədov 2005-ci ilin sentyabr ayında Zərdab rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən məndən taxıl əkmək üçün 10 (on) ton buğda toxumu alıb. Həmin toxumu məndən Zərdab rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Tofiq Abdullayev və Zərdab rayon torpaq şöbəsinin müdiri cənab Abdul Orucov, Zərdab SSİ-yə məxsus avtomobillə aparmışlar. Həmin buğda toxumunun qiyməti 2000 azn (iki min) edirdi. Mən həmin 2000 azn-i (iki min) dəfələrlə Tofiq Abdullayev və Abdul Orucovdan istəmişəm. Onlar mənə cavab verirdi ki, həmin 2000 azn (iki min) sənə cənab başçı Mənsur müəllim verəcək və ən nəhayət, cənab Mənsur müəllim Göyçay rayonuna başçı təyin edilən zaman mənə 12.12.2007-ci ildə özünün sərəncamı ilə həmin 2000 azn-in (iki min) əvəzinə Gümüşlü adlanan sahədən 85 ha (səksən beş) icarəyə torpaq verdi. Lakin həmin torpaq sahəsi uzun müddət mənə tanıdılmadı. Abdul Orucovla Zərdab rayon torpaq şöbəsində işləyən Mehman İsmayılov məndən əlavə olaraq 1000 azn (min) pul aldılar ki, sənə kadastr verəcəyik və ondan sonra həmin torpaq sahəsi sənə tanıdacağıq. Sən demə bunlar məni aldadırmışlar. Torpaq komitəsi ləğv edildi, əmlak komitəsi gəldi. Mən dəfələrlə aidiyyatı orqanlara məktubla müraciət etdim. Heç bir nəticəsi olmadı. Mən 2017-ci ilin dekabr ayında, 2019-cu ilin aprel, iyul aylarında cənab sədr Kərəm Həsənovun, 2019-cu ilin iyul ayında sədr müavini Rafiq Cəlilovun, sədr müavini F.Şahbazovun qəbulunda ola zamandan sonra həmin başı bəlalı icarə torpaq sahəsi tapılaraq yeri müəyyən edildi. Məlum oldu ki, həmin icarə torpaq sahəsi Zərdab rayonu Alıcanlı kənd ərazisinə bitişikdir və Alıcanlı kənd sakinləri tərəfindən zəbt edilərək evlər tikilmiş, əsaslı və yardımçı binalar inşa edilmişdir. Dəfələrlə Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı cənab Lütvəli Babayevə müraciət etmişəm, lakin o mənə cavab verirdi ki, sənə icarə torpaq sahəsini sabiq başçı Mənsur müəllim verib, get həmin torpaq sahəsini ondan al, bizlik deyil.

Çox hörmətli cənab Prezident!

Odur ki, Sizdən xahiş edirəm ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, Ucar rayon Əmlak İdarəsinin işçisi Mehman İsmayılov mənə çatası 3000 azn-in (üç min) və çəkdiyim digər xərcləri hesablayıb, cəmi 5000 azn-in (beş min) mənə vermələrinə yaxından köməklik göstərəsiniz.

Öncədəm Sizə öz təşəkkürümü bildirirəm.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İctimai iştirakçılıq, yoxsa İCTİMAİ FIRILDAQÇILIQ... - Kimin kimə nəzarət etdiyi bəlli deyil
Xəbər verildiyi kimi, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov həbs olunub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, R.Məmmədov sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək, heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynova və anbardar Sabir İsmayılova qarşı zorakılıq tətbiq edib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə R.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu hadisənin ardınca özünü “Yeni İctimai Nəzarət Şurası”nın sədri kimi təqdim edən Ramil Şükürov da həbs edilib.

Baş verənlər ictimaiyyətdə haqlı suallar doğurur. Azərbaycanda ictimai nəzarət zəif olduğu üçünmü bu cür qurumlar sürətlə çoxalır? Onların qanunsuz fəaliyyətinə maraq yaradan səbəblər nədir? Bu məqamda qeyd edək ki, 2014-cü ilin iyun ayından Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib və bundan sonra dövlət qurumlarında ictimai şuralar təsis edilib. Prezident İlham Əliyev dəfələrlə institusional ictimai nəzarətin vacibliyindən danışaraq dövlət qurumlarına bununla bağlı tapşırıqlar verib.

Bir çox ekspertlər hesab edirlər ki, əksər dövlət qurumları yalnız formallıq xatirinə ictimai şuraları yaradıb və onlardan ciddi nəticələr gözləməyə dəyməz. Son dövrlər Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Nəqliyyat Agentliyi yanında ictimai şuraların fəaliyyətinin kəskin tənqid olunması da bununla əlaqələndirilir. Aiddiyyəti sahələrdə baş verən neqativ halların qarşısının alınmasında, ictimaiyyətə müfəssəl məlumatların verilməsində bu şuraların heç bir fəaliyyətinin olmadığı iddia olunur. Zamantv.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov AYNA-ya açıqlamasında deyib ki, Azərbaycanda ictimai nəzarəti həyata keçirmək üçün ən yüksək səviyyədə siyasi iradə var: “Prezident İlham Əliyev dəfələrlə ictimaiyyətə açıq və şəffaf fəaliyyət göstərməklə bağlı dövlət qurumlarına xəbərdarlıq edib. Son çıxışlarından birində isə institusional ictimai nəzarətin formalaşmasının vacibliyindən bəhs edib. Uzun müddətdir ki, Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilib. Bu qanunun qəbul edilməsi bir daha göstərir ki, dövlətin özü də ictimai nəzarətin ən yüksək səviyyədə təmin edilməsində maraqlıdır. Əksər dövlət qurumlarında ictimai şuralar təsis edilib və onların üzərinə ictimai nəzarəti təmin etməklə bağlı öhdəliklər qoyulub”.

Deputatın sözlərinə görə, ictimai şuraların əksəriyyəti etimadı doğrultmayıb: “Bu, başqa məsələdir ki, dövlətin və dövlət rəhbərinin siyasi iradəsi var, lakin bəzi qurumlar bundan sui-istifadə edir. Cəmiyyətin ictimai şuralardan böyük gözləntiləri var idi. Hər bir sahə üzrə yaradılan bu təsisatların dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verəcəyi, münasibətləri sağlamlaşdıracağı, dialoq mühiti yaradacağı və müxtəlif təkliflərlə çıxış edəcəyi gözlənilirdi. Çox təəssüf ki, bunlar baş verməyib”.

“Biz ictimai şuraların uğurlu fəaliyyətini hələlik müşahidə etmirik. Hesab edirəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var. İctimai şuralar formal yaradılmamalı, öz fəaliyyətləri ilə təmsil olunduğu quruma və sahəyə yeniliklər gətirməlidir”, - deyə həmsöhbətimiz bildirib.

Məmmədov əlavə edib ki, özünü ictimai nəzarət təşkilatları kimi təqdim edən şəxslərin məsuliyyətə cəlb edilməsi vacib addımdır: “İctimai nəzarət o demək deyil ki, bu adla öz şəxsi maraqlarını təmin edə və ya var-dövlət qazanasan. İctimai nəzarət odur ki, cəmiyyətdə baş verən neqativ halları işıqlandıra, ictimai nəzarət mühiti yarada, onların həllinə nail olasan”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə də AYNA-ya söyləyib ki, ölkədə ictimai nəzarətin və sağlam mətbuatın fəaliyyəti vacibdir: “Prezident İlham Əliyev uzun illərdir bununla bağlı bəyanatlar verir. İctimai nəzarətin və sağlam medianın fəaliyyətini təqdir edir. Qeyd edir ki, bu istiqamətdə səylər daha da artırılmalıdır. 2012-ci ildə Azərbaycanın qərb bölgəsinə səfəri zamanı Prezident qeyd etmişdi ki, ölkədə ictimai nəzarət artırılmalıdır. Bundan sonra bəzi işbazlar hərəkətə keçdilər və özlərini ictimai nəzarətçi, bloger, media təmsilçisi kimi təqdim edərək, bu və ya digər sahələrə müdaxilə etməyə başladılar. Əsas məqsədləri isə pul qazanmaq, şəxsi maraqlarını həyata keçirmək idi. Buna aid çoxsaylı misallar göstərmək olar. Çox təəssüf ki, biz bu məsələdə gecikdik. Burada həm dövlət qurumlarının, həm də ictimai fəaliyyətlə məşğul olan QHT-lərin, yəni bizlərin günahı var”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bəzən bu cür işbazların arxasında müəyyən qüvvələr dayanır: “Misal üçün, özünü bolger kimi təqdim edən Ata Abdullayevin daxil ola bilmədiyi obyekt yox idi. Bəzi hallarda dövlət orqanlarının nümayəndələri də onun arxasınca gedir, bu qanunsuz yoxlamalarda iştirakına şərait yaradırdı. Hazırda həbs edilmiş “İctimai nəzarət koalisiyaları” adlı qurumların rəhbərləri də dövlət orqanlarından böyük ərazilər icarəyə götürüblər”.

“Çox təəssüf ki, bu sahədə böyük boşluqlar mövcuddur. Mediada olduğu kimi, qeyri-hökumət təşkilatları sektorunda da qanunvericilik bazası təkmilləşdirilməli, bu sahədə də dərin islahatlar həyata keçirilməlidir. “İctimai iştirakçılıq haqqında” qanun qəbul edilsə də, müvafiq icra strukturlarının çoxunda ictimai şuraların fəaliyyəti qənaətbəxş səviyyədə deyil. Bu, özünü həm də şuralara keçirilən seçkilər zamanı büruzə verir”, - deyə müsahibimiz vurğulayıb.

Qənizadənin fikrincə, ictimai şuralara seçkilərin keçirilməsi qaydaları tənzimlənməlidir: “Bəzi qurumlara seçkilərdə istənilən sayda QHT-lərin iştirakına şərait yaradılacağı deyilsə də, sonradan məlum oldu ki, bəzi QHT-lər müxtəlif adlar altında ictimai birlikləri seçkilərdə iştiraka cəlb edirlər. Nəticədə isə öz qələbələrini təmin edirlər. Elə QHT-lər var ki, eyni anda 3-4 dövlət qurumunda ictimai şuranın üzvüdür. Bu qurumlara o şəxslər seçilməlidir ki, aiddiyəti sahə üzrə anlayışlı olsunlar və ixtisaslaşsınlar”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fərid Zalov “12-ci İmam”la bağlı məhkəmədə uduzdu
Ötən ilin avqust ayında “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin həbsi ilə gündəmə gələn “Şaurma №1” restoranlar şəbəkəsinin brend adının iaşə obyektlərinin sahibi Fərid Zalova məxsus olmadığı üzə çıxıb. Zamantv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı məsələ məhkəmə prosesində aydın olub.

F.Zalovun Aqil Babayevin ailə üzvlərinə və bir neçə media qurumuna qarşı məhkəmə iddiası üzrə keçirilən prosesdə dövlət qurumunun bununla bağlı arayışı təqdim edilib.

Əqli Mülkiyyət Agentliyindən sorğuya cavab olaraq bildirilib ki, “Shaurma №1” əmtəə nişanı İmaməliyev Teymur Əlimuxtar oğluna məxsusdur.

Sahibkar Fərid Zalov isə mediada “Shaurma №1” brendi ilə bağlı iddiaların onun şərəf və ləyaqətinə, restoranlarının isə işgüzar nüfuzuna xələl gətirdiyini bildirmişdi.

Bundan başqa, Nərimanov rayon Məhkəməsinin sorğusuna cavab olaraq Vergi Xidmətindən bildirilib ki, Fərid Zalovun fiziki şəxs kimi təsis etdiyi VÖEN üzrə qeydiyyatdan keçən obyektlərin adı bəzi hallarda “Shaurma N1”, “Shaurma N1-Duet”, “Shaurma N1-Kafe” və ya sadəcə “Kafe” adı ilə qeydiyyatdan keçib.

Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdə isə “Şaurma Kafe” və “Şaurma-Kafe” adı altında paytaxtın Xətai rayonu və Xəzər rayonunda fəaliyyət göstərən və fərqli sahibkara məxsus olan restoranların da olduğu məlum olub.

İddiaya etirazda qeyd edilib ki, dövlət qurumlarının arayışları əsasında təsdiqlənən bu hallar Fərid Zalovun “Shaurma №1” adına rəsmi olaraq iddia etməsi üçün əsası olmadığını göstərir.

Məhkəmə bütün bunları nəzərə alaraq, sahibkar Fərid Zalovun iddiasını rədd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləcəri Lokomotiv Deposunun işçiləri oğurluğa cəhd edib
Zamantv.az- Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyasından oğurluğa cəhd olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zamantv.az -a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 8-də Sumqayıt şəhəri ərazisindəki çeşidləmə stansiyası ərazisindən istismar müddəti başa çatmış 9 ədəd vaqonun xarici və 10 ədəd daxili yayını, 15 ədəd vaqon asılqanını və 3 ədəd avtomobil qoşqusunu S.Berdiyevə məxsus “QAZel” markalı avtomobillə oğurlamağa cəhd göstərən Biləcəri Lokomotiv Deposunun maşinist köməkçisi, Bakı şəhər sakini E.Əmiraslanov, maşinisti, İsmayıllı rayon sakini A.Süleymanov və vaqon tərtibatçısı, Şabran rayon sakini E.Qəniyev saxlanılıblar.

Araşdırma aparılır.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xaçmazda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
2021-ci ildə Xaçmaz rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 245 min 485 manat məbləğində 39 tender keçirilib.

Zamantv.az FED.az-a istinadən xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin özü il ərzində cəmi 1 tender keçirib (26 min 275 manat).

Ən çox tenderləri Xaçmaz Regional Mədəniyyət İdarəsi (15 tender 616 min manatlıq sifariş) və Xaçmaz Rayon Mərkəzi Xəstəxanası (15 tender 490 min manat) keçirib.

Rayonda ən çox tender udan şirkətlərdən biri «Modul Xidmət» MMC-dir – 3 tenderdə 180 min manatlıq sifariş.

«Vest LTD» QSC də 3 tenderdə 185 min manatqı sifariş qazanıb.

Fiziki şəxs Məmmədli Malik Mikayıl oğlu isə rayonda keçirilən 4 tenderi qazanmaqla 55 min manatlıq sifariş ala bilib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanası isə 15 tenderə 489 min 460 manat xərcəyib. Ən böyük tenderi “Kripto LAB” MMC qazanıb (93 min 783 manat).

Zamantv.az 2021-ci ildə Xaçmaz rayonunda keçirilən tenderləri təqdim edir:
Xaçmazda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağciyər Xəstəlikləri İnstitunda nə baş verir? - İDDİA
Son günlər Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan şikayətlər artır.

Şikayətlər isə xəstəxananın öz işçiləri tərəfindən səsləndirilir. Şikayətçilərin sırasına xəstəxananın həkimi Fizuli Əliyev də qatılıb. Həkim səhiyyə ocağında əməliyyat alətlərinin istifadəyə yararsjz vəziyyətdə olduğunu, liftin işləmədiyini, xəstələrin buna görə əziyyət çəkdiklərini deyir. Zamantv.az cebhe.info-ya istinadla xəbər verir ki, artıq bir neçə gündür ki, ard- arda sosial şəbəkələrdə bu bərədə materiallar yayılır, reportajlar çəkilir, yazılar yazılır. Söhbət həqiqən də ciddiyyətdən gedir.

Ağciyər Xəstəlikləri İnstitunda nə baş verir?

Bununla bağlı saytımıza şikayətçi həkim Fizuli Əliyev danışıb. O bildirib ki, İnstitutda baş verən hadisələrin işıqlandırılmasını istəyir:

"Mən xalqıma xidmət edirəm. Çəkilişlərdəki alətləri xlora salıblar, pası əriyib. Həqiqət xanım (baş direktor) müsahibəsində deyir ki, bu belə deyil. Mənim göstərdiyim alətləri xlorlayıblar, sonra qazan qarası aparan "setka" ilə qaşıyıblar ki, pas getsin. Lakin pasın izləri qara ləkə kimi eyni yerdə durur. Süni surətdə başqa hədəflər ortaya atılır ki, əsas hədəfdan qaçılsın. Mən işləməyən lifti çəkirəmsə, bu dəyişilməlidir deməkdir də. Şantaj etmirik ki?! Əməliyyat protokolu jurnalı var. 2000-ci ildən bu günədək hansı əməliyyat olub, göstərsinlər. Göstərə bilməzlər. Yoxdur axı Mən sap istəyirəm, 3 manatdır, alın göstərin ki, Fizuli həkim yalançıdır".

Həkimin sözlərinə görə, o, xəstələrin yarasını, kəsiyini tüpürcəklə yapışdırır: "Xəstəxanada laborator analizlər aparılmır. Xəstənin ciyərindən suyu çəkirəm və bilməliyəm ki, nə qədər zülal itirib. Analiiz yoxdur axı. Zər atmalıyam, fal qurmalıyam, ya necə? Əgər sənin burada elementar laborator təchizatın yoxdursa, niyə İnstitut adı daşıyırsan? Heç məntəqə bu səviyyədə deyil. Videoları ictimailəşdirmişəm deyə süpürgəçiləri üzümə durdurur ki, Fizuli həkim şöbədə söyüş söyür".

Məsələ ilə bağlı İnstututun direktoru Həqiqət Qədirova ilə əlaqə saxalamağa çalışsaq da buna müvəffəq ola bilmədik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO