[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 Zəngilan rayon sakini Bakıda bıçaqlandı
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Zamantv.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Zəngilan rayon Ördəkli kənd sakini 1976-cı il təvəllüdlü Əsgərov Teyyub Yediyar oğlu Bakıxanov qəsəbəsi E.Xəlilov küçəsində tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu tarixdə telefon və internet İŞLƏMƏYƏCƏK - RƏSMİ
Fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq.

Zamantv.az xəbər verir ki, bu barədə "Bakı Telefon Rabitəsi" MMC (Baktelekom) məlumat yayıb.

Fasiləni əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.

Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək.

Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanlı xanəndə VƏFAT ETDİ - FOTO
Azərbaycanın muğam ifaçısı Əhməd Cəbrayılov vəfat edib.
Zamantv.az xəbər verir ki, bu barədə mərhumun dostları sosial şəbəkə hesablarında məlumat veriblər.

Qeyd edək ki, Əhməd Cəbrayılov ilk musiqi təhsilini Ağdamda Şahmalı Kürdoğlundan alıb. O, Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanıb. Daha sonra Moskvaya köçüb və orada yaşayıb.
Azərbaycanlı xanəndə VƏFAT ETDİ - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təqaüdçü pulsuzluqdan evdə donub öldü: Dəfn xərcini ovcunda saxlamışdı...
Bir il əvvəl insult keçirərək Viktor adlı əlil təqaüdçü evində donub ölüb.

Zamantv.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərində baş verib.

Qonşuların dediyinə görə, o, 8 min rubl pensiya alırmış:
“8 min rubl nəinki kömür və ya odunla isinməyə, hətta yeməyə belə çatmırdı. Onu daim biz qonşular yedizdirirdik”.

Qeyd edək ki, mərhum qoca ötən ildə də evində donub. Lakin qonşuların vaxtında müdaxiləsi onun sağ qalmasına səbəb olub.

“Evi o qədər soyuq idi ki, əlləri, ayaqları işləmirdi, dərhal xəstəxanaya apardıq. Zavallı Viktorun barmaqları amputasiya olundu. Yalnız bundan sonra sosial xidmətlər ona kömür gətirdi. Amma bu bir dəfə oldu, sonradan kömür verilmədi”, qonşular vurğulayıb.

Təqaüdçünün donmuş cəsədinə baxış keçirilən zaman onun əlində beşminlik əskinas olduğu müəyyən edilib. Bina sakinlərinin dediyinə görə, o, bu əskinası, heç olmasa, insan kimi basdırılması üçün saxlayıbmış.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yaşayış binası yandı: 1 nəfər tüstüdən zəhərlənib
Bakıda yaşayış binasında yanğın olub.

Zamantv.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hüseynin məzarını ziyarət etməmişəm, yalançı fanatları var" - REPER
Reper Elşad Xose bir neçə il öncə vəfat edən həmkarı Hüseyn Dəryanın məzarını ziyarət etməyib.

Zamantv.az xəbər verir ki, bu barədə reperin özü açıqlama yayıb:

"Bilmirəm Hüseyn Dərya harda dəfn edilib. Yolunu tanımıram. Neçə dəfə onun məzarını ziyarət etmək istəmişəm, alınmayıb. Dado Allah şahididir. Neçə dəfə də Hüseyn Dəryanın həyat yoldaşı ilə danışmışam, planlaşdırmışıq, amma alınmayıb. Hüseynin oğlu Cahangirlə münasibətimiz yaxşıdır. Çox yaxşı uşaqdır. İnşallah bu yaxınlarda gedib məzarını ziyarət edərik. Hüseyn Dəryanın yalançı fanatları var. 12 yaşında. Bəzən nələrsə yazırlar, girib baxırsanki... Elə böyük-böyük danışmaqdansa, iki dənə gül alın, məzarın ziyarət edin".
Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər
Suriyada Rusiya və İranın dəstəklədiyi Bəşər Əsəd rejiminin sıralarında yer alan erməni əsgərlərin görüntüləri yayılıb. Zamantv.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Mepa Nyus” nəşri məlumat yayıb.

Sosial mediada rusiyayönlü hesablar tərəfindən yayılan görüntülərin Suriyada döyüşən Ermənistan ordusunun əsgərləri olduğu bildirilib.

Fotoların Suriyada harada çəkildiyi məlum olmasa da, bölgədəki yaşayış məntəqələrinin dağıdıldığı diqqət çəkib.

Erməni əsgərlərin Türkiyəyə qarşı savaşmaq üçün bölgəyə gəldiyi iddia olunub.
Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər Türkiyəyə qarşı savaşmaq üçün gələn erməni əsgərlər
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tamamən unudulmuş Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü? - İLGİNC GƏLİŞMƏ
Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin şikayəti üzrə qərar çıxarıb. Bu barədə Avropa Məhkəməsinin rəsmi saytı məlumat yayıb.

Strasburq Məhkəməsinin hökmünə əsasən, Azərbaycan məhkəmələri istintaq zamanı Hacıyevin həbsdə saxlanmasının zəruriliyini əsaslandıra bilməyiblər.

Avropa İnsan Hüquqları Məhkəməsi Hacıyevin Avropa Konvensiyasının 5-ci (azadlıq hüququnun pozulması) və 3-cü (qanunsuz həbs) maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasını tanıyıb.

Strasburq məhkəməsi Cahangir Hacıyevə 3500 avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb.

Cahangir Hacıyevlə bağlı yaranmış bu durum hökumət üçün gözlənilən idimi? İndi deyilə bilər ki, Avropa Məhkəməsi bir korrupsioneri, dövlətin pulunu talan etmiş bir iqtisadi cinayətkarı müdafiə edib. Hökumət məsələnin bu yerindən yapışıb, AİHM-i tənqid edə bilər. Bəs tezislərə hüquqşünaslar nə deyir?

Cahangirlə bağlı AİHM-nin çıxardığı qərar onun azadlığa çıxmasına kömək edəcəkmi? Xatırladaq ki, indiyədək xeyli tanınan məhbusla bağlı Avropa Məhkəməsinin “qeyd-şərtsiz azadlığa buraxılsın” qərarı olub. Fəqət bu qərar sonra da həmin dustaq azından 5-6 il türmədə cəza çəkib.

Tamamən unudulmuş, medianın yadına düşməyən Cahangir Hacıyevlə bağlı Avropa Məhkəməsinin bu qərarı təsadüfdürmü?

Zamantv.az -ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a bildirib ki, Azərbaycan məhkəmə-hüquq sistemin əsas problemi cinayətkarlara qarşı qanunlardan kənar cəza tətbiq etmək yolunu tutub: “Beynəlxalq Banka Cahangir Hacıyev rəhbərlik etdiyi dövrdə oradakı qanunsuzluqlar haqda mətbuat illərlə yazıb. Onun sərəncamında olan şirkətlərin xırda payçılarına gəlirdən faizlərini verməmək üçün min oyun açırdılar. Qanunsuz kredit verilməsi adi hal idi. Qanunu pozmaqla kredit verdikəri məbləğlər isə astronomik idi. Bunu Cahangir Hacıyev həbs edənlər də, məhkum edənlər də bilirdi. Lakin Cahangir Hacıyevin həbsindən sonra ona qarşı görülən tədbirlər adekvat olmayıb. Bizim hüquq-mühafizə orqanlarımız qanuni, hüquqi cəhətdən korrekt qərar vermək imkanları olduğu halda belə, daha çox qanunların tələblərinə riayət etmədən tapşırılan işi icra edir. Son nəticədə isə Cahangir Hacıyev kimiləri qanunsuzluqlara yol verdikləri halda belə, məhkəmədə qanunsuzluqlar təsbit edilsə belə, Avropa Məhkəməsində əleyhimizə qərar verilməsi qaçılmaz oldu. Hüquq-mühafizə orqanlarında savadlı, öz işini bilən kadrlar az deyil, amma bu kadrların sayı da yetərli deyil. Qarşılarında hüquqsuz Azərbaycan vətəndaşı görməyə alışıblar. Bu gün Azərbaycan məhkəmə-hüquq sistemində olan vəzifəlilərə münasibətdə cəzasızlıq mühiti hökm sürür. Hakim bilir ki, ona tapşırılan hökmü verəcəyi təqdirdə cəzasız qalacaq. Belə tapşırıqları icra edənlər arxayındır ki, qanunu kənara qoyub nə istəsə edə bilər. Belə də edirlər. Azərbaycan məhkəmələrinin əksəriyyəti müstəqil deyil. Məhkəmələr nəinki cinayətkarla, günahı olmayan vətəndaşlarla belə qanuna uyğun davranmağı əksər hallarda bacarmır. Cahangir Hacıyev həbs edilərkən, sonradan məhkəmə qarşısına çıxarılarkən ona qarşı onun əməlinə adekvat davranış qaydası sərgilənməli idi. Əvəzində ona qarşı uyğun olmayan addımlar atılıb, həkim xidmətindən tutmuş məktublarına, şikayətlərinə adekvat reaksiya verilməyib. Nəticədə Azərbaycan haqlı olduğu halda Avropa Məhkəməsində belə qərar almalı olur. Cahangir Hacıyevi məhkum edənlər isə yenə də kənarda qalıb ölkəni cərimələtdirməkdə, imicini zədələməkdə davam edirlər”.

Hüquqşünas məhkəmə-hüquq sistemində səriştəsizliyin hər addımda nəzərə çarpdığını bildirib: “Məhkəmələrdə dəfələrlə görmüşük ki, müttəhim günahkardır. Amma ona qarşı atılan addımlar, görülən tədbirlər onu haqlı çıxarır. Bu, səriştəsizlikdən, savadsızlıqdan, arxayınçılıqdan irəli gəlir. Bizim məhkəmə sistemi formal tələbləri belə saya salmır və son nəticədə Cahangir Hacıyev kimi bank sistemində min oyundan çıxanlar Azərbaycanı cərimələtdirə, özünü haqlı göstərə bilir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Ramiz Mehdiyevin açıqlaması bizim milli birliyimizə ünvanlanmış təsir vasitəsidir" - deputat
"Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev ətrafında vəziyyətin gərginləşməsi, elm adamlarının, ictimai-siyasi xadimlərin Akademiyada Ramiz Mehdiyev tərəfindən həyata keçirilən "islahat"lara qarşı çıxması və qurumun, ümumiyyətlə, elm ocağı kimi idarə edilməməsi hər birimizi düşündürür. AMEA-nın rəsmi saytında yerləşdirilən açıqlama Azərbaycan dövlətçiliyinə birbaşa zərbə vurmaq niyyəti daşıyır. Bu açıqlamadan sonra Ramiz Mehdiyev təkcə Akademiyanın rəhbərliyindən deyil, ümumilikdə ölkə gündəmindən getməlidir". Zamantv.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Ramiz Mehdiyev dövlətçilik və milli birliyik əleyhinə olan açıqlaması ilə ölkənin ictimai-siyasi sabitliyinə çox ciddi təsir göstərməyə çalışıb: “Son zamanlar ölkədə inkişaf etməkdə olan siyasi konfiqurasiya mühitinə zərbə vurmaq və bununla da milli birliyimizi zədələmək cəhdi onun açıqlamasında açıq-aydın hiss edilir. Həmin yazıda bəzi partiyaların "cib" və "avtobus" müxalifəti adlandırması təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o partiyaları bu cür adlandıran Azərbaycana qənim kəsilmiş qüvvələr, radikallar - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Şura, Vətəndaş və İnkişaf Partiyası və Müsavat Partiyası kimi dövlətimizin milli birliyinə zərbə vurmaq niyyətində olanlar, Azərbaycanın böyük qələbəsini həzm edə bilməyənlərdir. Bu, onların xaricdən aldıqları tapşırıqlar əsasında həyata keçirdikləri qarayaxma kampaniyasının tərkib hissəsidir. Əsas odur ki, "avtobus" müxalifəti adlandırılan həmin partiyalar 44 günlük Vətən Müharibəsində milli birlik nümayiş etdirərək Ali Baş Komandanın yanında olduğunu qeyd ediblər. Bu gün də ölkədə müsbət tendensiya yaranıb, ciddi siyasi dialoq mühiti formalaşıb. Bu, ölkəmizin inkişafı və tərəqqisinə xidmət edən amildir".

C.Osmanov, həmçinin qeyd edib ki, Azərbaycanda parlament seçkilərinin saxta yolla keçirildiyini iddia etmək və Milli Məclisdə təmsil olunan deputatları trol və yaxud saxta deputat adlandırmaq da dövlətçiliyə vurulan zərbədir: "Radikallar, gözü Azərbaycanı götürməyən qüvvələr, o cümlədən ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən bəzi beynəlxalq təşkilatlar Azərbaycanı nüfuzdan salmaq niyyətindədirlər. Hesab edirəm ki, Ramiz Mehdiyevin açıqlaması bizim milli birliyimizə ünvanlanmış təsir vasitəsidir. Ramiz Mehdiyev həmin açıqlaması ilə bəzi radikallara, anti-milli qüvvələrə stimul verib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Daha bir deputat Ramiz Mehdiyevə MÜRACİƏT ÜNVANLADI - ÇIXIŞ YOLU İSTEFADIR...
Millət vəkili, YAP-ın parlamentdə deputat heyətinin koordinatoru Hikmət Babaoğlu AMEA-da baş verən olaylar haqqında öz fikirlərini qələmə alıb. Zamantv.az olaraq musavat.com -a göndərilən həmin yazını olduğu kimi təqdim edirik.

Azərbaycan Milli Elmlər Akademiyası həmişə ciddi elm məbədi olub. Ancaq etiraf etməliyik ki , təkcə elm yox həm də mənəviyyat məbədi olub. Çünki elm və mənəviyyat bir arada olmasa həqiqi elmdən və onun inkişafından danışmaq olmaz .Biz Zahid Xəlilov , Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev ,Kərim Mahmudov və digər akademiklərimizi təkcə elm xadimi kimi yox, həm də yüksək mənəvi keyfiyyətlərə sahib böyük şəxsiyyətlər kimi tanımışıq .Çox təssüf ki , AMEA –nın bu nəcib ənənlərinə axır vaxtlar kölgə düşməkdədir .Bu isə elmi-mənəvi mühitimiz üçün ciddi faciəvi nəticələrə gətirib çıxara bilər .Ona görə də Akademiyada baş verən neqativ hallar və bu halların AMEA-nın divarlarından aşaraq ümumi ictimai gündəmi zəbt etməsi ,elə akademiyanın özünün əməkdaşları tərəfindən akademik mühitin dözülməz həddə çatdırıldığının , elm məbədinin intriqa yuvasına çevirildiyinin etiraf edilməsi Akademiyaya rəhbərlik edən Ramiz Mehdiyevin istefa verməsini zəruri edir. Çünki heç vaxt AMEA –da belə hadisələr baş verməyib . Əgər indi baş verirsə deməli akdemiya idarə olunmur , ya da qəsədən idarə edilmir .Üstəlik bu günlərədə onu tənqid edənlərə AMEA-nın prezidenti Ramiz Mehdiyevin verdiyi qeyri-adekvat cavab əslində AMEA-da baş verənlərin göründüyündən daha problematik və daha dərin olduğunun sübutu kimi səslənir. Hər şeydən öncə müxtəlif tənqidlərə və istefa çağırışlarına verilən cavab akademiyada son illərdə görülən işlərin ictimai hesabatı kimi tərtib edilməklə tənqidi arqumentləri sıradan çıxarmağa yönəlmiş olmalı idi.Ancaq cavabda Azərbaycan dövlətçiliyinin əsaslarını hədəfə alan, hüquqi- siyasi sistemimizin legitimliyinə şübhə yaradan ittihamlar yer alır. Ölkəmizdə həyata keçirilən dərin demokratik islahatlar nəticəsində yeni konfiqurasiya əsasında formalaşan parlamentdə təmsil olunan müxaifət partiyaları , "avtobus yaxud cib müxalifəti" adlandırılır.

Deputatların bir qisminə "seçicilər tətəfindən qovulan ,rüsvay edilmiş ,saxta deputatlar" yarlığı asılır. Belə olan halda inanan bilmirsən ki , Azərbaycanda hakimiyyət bölgüsünün üç əsas qollarından biri olan Azərbaycan Respublikası Milli Məclisinin legitimlyini şübhə altına alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir. Çünki adətən Milli Məclisə qarşı bu cür ittihamlar səsləndirənlər akademikin ifadə etdiyi kimi sosial şəbəkə "trollar"ı olur. Belə olanda bəzi radikal qruplaşmaların Azərbaycanın milli məsələlərdə konstruktiv mövqe nümayiş etdirməyi bacaran , xalqdan səs alaraq parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifətə "cib, yaxud avtobus müxalifti" deməsi , indi isə akademikin onlara istinad etməsi maraqlı bir şübhə yaradır. Görəsən "cib, yaxud avtobus müxalifəti" terminləri bumeranq terminlərdirmi? Yəni vaxtilə radikallara ötürüb indi də özlərimi istinad edirlər? Akademik Ramiz Mehdiyevin cavabında iknici ciddi ittiham ilk baxışda müxalifət liderlərinə yönəlmiş kimi görünsə də, ancaq dərin qatlardakı hədəf yenə də Azərbaycan cəmiyyəti və hakimiyyətidir. Akademik öz cavabında cəmiyyətimizi rusdillilər və qeyri-rusdillilərə bölməklə ictimai ziddiyət yaratmağa istiqamətlənmiş neqativ tezis səsləndirimiş olur. Əvvəlcə , azərbaycandilliləri rusdillilərə hədəf göstərərək deyir, - "...o ki, qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir". Eyni zamanda təhsil sistemimizin bazası olan azərbaycandilli təhsil sahəsini aşağılayaraq sual edir - "...bu gün biz bir sualın cavabını tapmalıyıq – görəsən azərbaycandilli məktəblər, onların perspektivi vətəndaşlarımız üçün hansı səbəbdən cəlbedici görünmür?"

Doğrusu, mən mətbuatla daima ünsiyyətdə olan və onu ardıcıl izləyən adam kimi heç vaxt rast gəlməmişəm ki, kimsə Azərbaycanda rus dilində təhsil alan azərbaycanlılarımızı satqın adlandırsın. Belə olan halda, Ramiz Mehdiyevin AMEA-nın problemləri ilə bağlı olan məsələlərə ictimai-siyasi rəng verərək, onu mürəkkəbləşdirmək cəhdlərini başa düşmək olmur. AMEA-nın prezidenti vəzifəsi ona tabe olan institut rəhbərlərinə, yaxud əməkdaşlarına akademiyanın rəsmi səhifəsindən cavab vermək mərtəbəsi deyil. Əgər bir rəhbər tabeçiliyində olanlarla media vasitəsilə danışır və hesablaşırsa, deməli, bu müəssisə artıq qeyri –fünksionaldır və idarə olunmur. Bunu isə bütün Azərbaycan ictimaiyyəti görür. Belə olan halda ən yaxşı çıxış yolu doğurdan da istefa verməkdir .

Hikmət Babaoğlu, Milli Məclisin deputatı

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO