[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR


Xatırlayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR DİN-in sabiq polis zabitlərindən birinin redaksiyamıza ünvanladığı məktubunu dərc etmişdik. Müəllif məktubunda bizi Azərbaycan Polis Akademiyasının məzunlarını çox idalizə etməkdə günahlandırmış və həmin polislər arasında qanunvericiliyə deyil, canü-dildən “xan” həzrətlərinə işləyənlərin də olduğunu bildirmişdi. Bundan əlavə, həmin polislərin bəziləri barədə müfəssəl bilgi verən qaynağımız dünən redaksiyamıza haqqında söhbət açdığı asayiş keşikçilərinin şəkillərini də göndərib.

[b]İctimai maraq doğurduğunu nəzərə alıb sözügedən şəkilləri DİA.AZ oxucularının diqqətinə çatdırırıq.
[/b
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

1. Nurlan Əliyev. Polis Akademiyasını bitirib. Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin Sabiq rəisi Asim Hüseynovun yaxın kadrı idi. Akademiyanı bitirdikdən sonra Babək Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Babək RPİ-də xidmət etdiyi dövrdə öz rəislərinin qanuni və qanunsuz göstərişlərini qeyd-şərtsiz icra edib. Naxçıvansayağı xidmətləri nəzərə alınıb “xan” həzrətlərinə özü kimi polis yetişdirmək üçün Nurlan Əliyev bu il Naxçıvan Polis Məktəbinə müəllim təyin olunub.
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

2. Əli Qasımlı. Polis Akademiyasını bitirərək Naxçıvan DİN-ə təyinat alıb. Naxçıvan DİN-də ixtisas təcrübəsində olarkən, sosial şəbəkələrdə Naxçıvan rəhbərliyini təhqir edən bir şəxsi aşkar etdiyi üçün xüsusi rəğbət qazanıb. Məhz buna görə də dərhal İnsan Alverinə Qarşı Mübarizə Bölməsinə mühüm vəzifəyə gətirilib. Cinayət Axtarışı İdarəsinin rəisi Qasım Həsənov ilə əlbir olub zaman-zaman saytımıza qarşı təşkil edilmiş söyüş kampaniyasının başında durub. Məktubda onun bu “müqəddəs” fəaliyyəti barədə bildirilirdi: “Əli Qasımlının təşkilatçılığı ilə bəzi polis əməkdaşları sizin yazılarınızın altından təhqirlər yazırdı. “SEDMOY”-da xidmət etdiyi dövrdə də, sosial şəbəkələrdə Naxçıvan muxalifətçilərinin və həmçinin etiraza meyilli şəxslərin neytrallaşdırılmasını həyata keçirib”. Onun ən yadda qalan “xidməti” isə 44-günlük vətən müharibəsinin son günündə Sədərək rayonu istiqamətində Rusiyaya məxsus hərbi vertalyot vurulduqdan sonra sosial şəbəkələrdə Vasif Talıbovun adına yaradılmış saxta profildə paylaşılan bir statusun əsl müəllifini aşkarlamaq olub. Qeyd olunur ki, həmin paylaşımda "Biz vurmamışıq, helikopter donqili idi, özü düşüb" yazılıbmış. Həmin statusun əsl müəllifi olan Naxçıvan şəhər sakinini aşkar edilərək, həbs olunub. Həbsin əsas səbəbkarı Əli Qasımlıdır.
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

3. Zeynal Babayev. Polis akademiyasını bitirdikdən sonra Naxçıvanda müxtəlif əməliyyat qurumlarında çalışıb. Naxçıvan rəhbərliyinə sədəqatli kadrlardandır. Həmçinin Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yaxın qohumudur. Məhz bu sadəqətinə görə o, 2021-ci ildə növbədənkənar kapitan rütbəsinə layiq görülüb. İddialara görə, Naxçıvan Ali Məclisinə gedən şikayətçilərin zərərsizləşdirilməsində xüsusi xidmətlər göstərdiyi üçün bir müddət əvvəl Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi müavini vəzifəsinə təyin edilib. //Ovqat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Rusiya arasında yeni protokol təsdiq edildi - FƏRMAN


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilsin.

Bu fərmanın 1-ci hissəsində göstərilən protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin 3 medal verdiyi qazinin evi - FOTOFAKT


“Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı daxmadır bura. Daxma Astara rayon Səlivə kəndindədir. İşdi-şayət, birdən Astara icra hakimiyyəti, deputatlar getsə
rahat tapsınlar deyə yazdım”.

Xalqxeber.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə paylaşıb.

Qazimizin yaşadığı daxmanın fotolarını qeydlərinə əlavə edən jurnalist daha sonra yazır:

Məlik Məlikov Prezident döyüş şüsaətlərinə görə 3 medalla təltif edilib. Amma medalla qarın doymur. Bu adama ev verin, iş verin, qayğısını çəkin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar Xidmətə kimi rəhbər gətirirlər? - bu posta 4 namizəd var


Təxminən 5 aydır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. İstiqlal.az-a daxil olan məlumata görə, sözügedən qurumun rəisi vəzifəsinə təyinatın yubanması iddialıların çoxluğu ilə bağlıdır.

Məlumatda bildirilir ki, hazırda bu posta 4 namizəd var: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

Məlumatda bildirilir ki, hazırda iddialılar arasında ciddi rəqabət var. Bu rəqabətin nəticəsidir ki, iddialıların hər biri barədə mediada neqativ faktlar dərc olunur. Bu isə onların hər birinin şansını minimuma endirir.

Mədət Quliyevin Penitensiar Xidmətdən getməsindən sonra həbsxanalarda ölüm hallarının artması, korrupsiya və rüşvətin tüğyan etməsi iddialılardan xüsusilə ikisinin - Hüseynağa Əlixanovla Nizaməddin Cəlilovun rəis olmaq şanslarını heçə endirib. Malik Ələkbərovun isə fəaliyyətilə bağlı araşdırma aparıldığı barədə iddialar var. Bildirilir ki, həbsxanalardakı ərzaq dükanları onun nəzarətindədir. Araşdırmalar da məhz bu dükanlarla bağlı aparılır.

Mirsaleh Seyidova gəlincə, onun həbsxana rəisi olduğu vaxtlarda qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar dərc edilib. Məlumatda bildirilir ki, bu 4 şəxslə bağlı ciddi tərəddüdlər olsa da hələlik başqa namizəd yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarif Şurası benzin və dizellə bağlı qərarını AÇIQLADI


Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Bu barədə Tarif (qiymət) Şurasından bildirilib.

Məlumat üçün bildirək ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilib. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olub.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunmuşdur. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.

İclasda həmçinin, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.

Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilmişdir.

Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcəkdir.

İclasda həmçinin, “Azərenerji” ASC-nin Şuraya müraciətinə baxılmış və istehsal olunan elektrik enerjisinin hansı hissəsinin tarifinin tənzimlənmədiyi məsələsinə aydınlıq gətirilməsi və dəqiqləşdirilməsi məqsədilə Şuranın 2021-ci il 16 oktyabr tarixli qərarında redaktə xarakterli dəyişiklik edilmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılmışdır. Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilmişdir.

Tələbə qəbulu, neft məhsullarının təchizatı və ovçuluq bileti ilə bağlı qərarlar istisna olmaqla digər qərarlar 1 avqust 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilmişdir.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İyirmi il talanan-yağmalanan Elmi Bərpa Mərkəz - Korrupsiyanın Zərifə  Məlikova  "fenomen"i



Prezident İlham Əliyevin hökumətdə apardığı idarəetmə və kadr islahatları dövlət qurumlarının optimal fəaliyyətinə, büdcə vəsaətlərinin səmərəli xərclənməsinə ciddi təkan verməkdədir. Dövlət başçısının təşəbbüsü, iradəsi ilə aparılan islahatlar eyni zamanda dövlət qurumlarının fəaliyyətinin şəffaflığını təmin etməklə yanaşı, həm də vətəndaş cəmiyyətində dövlətə olan etibarlılığı, inamı daha da artırır.

Azərbaycanda struktur və kadr islahatları aparılan sahələrdən biri də Mədəniyyət nazirliyidir.Azərbaycanda struktur və kadr islahatları aparılan sahələrdən biri də Mədəniyyət nazirliyidir.

Anar Kərimovun Mədəniyyət naziri təyin edilməsindən bir il yarım vat keçməsinə baxmayaraq, Mədəniyyət nazirliyinin fəaliyyətində ciddi dönüş yaranıb. Müasir dünyagörüşlü, dünya mədəniyyət sahəsində baş verənlərdən xəbərdar olan, savadlı, vətənpərvər kadrların rəhbər vəzifələrə təyin edilməsi, nazirliyin tabeliyindəki müəssisələrin fəaliyyətininin müasir tələblərə uyğunlaşdırılması illərdir ölü sahəyə çevrilmiş Mədəniyyət nazirliyində ciddi dinamika yaradıb.Lakin nazirlikdə aparılan struktur, kadr dəyişikliklərindən yan keçən, Mədəniyyət nazirliyini bütünlüklə korrupsiya yuvasına çevirmiş Əbülfəs Qarayevin dönəmində olduğu kimi, hələ də "köhnə havada" olan müəssisə rəhbərləri də var.

AzFakt.com xəbər verir ki, fəaliyyəti qaranlıq olan, rüşvət və korrupsiya içində boğulan təşkilatlardan biri də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzidir.

İyirmi ildən artıqdır ki, bu Mərkəzə rəhbərlik edən Zərifə Məlikovanın buranı özəl obyekt kimi işlətdiyi deyilir.Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çoxsaylı "ölü canlar"ın olduğu deyilir.

İşə gəlməyən, daha doğrusu adları işdə gedən bu şəxslər əsasən texniki işçilərdir.

Bununla yanaşı, Mərkəzin "Elmi Tədqiqat", "Rəngkarlıq", "Qrafika", "Tətbiqi İncəsənət" şöbələrində də "ölü canlar"ın olduğu məlumatlar sırasında yer alır.

Elmi Bərpa Mərkəzində baş verən büdcə talama əməliyyatı əlbəttə ki, tək bununla bitmir. Mərkəzin keçirdiyi sərgilər, konfranslar və treninqlərdə də pullar silindiyi deyilir.Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində silinən hər bir manatın Mərkəzin direktoru Zərifə Məlikovanın diqqəti altında aparıldığı deyilir.

Məlumatda iyirmi ildən artıq Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru olan Zərifə Məlikovanın çoxsaylı daşınmaz əmlaklara sahib olması da yer alır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Başçısı dəyişən Masallıda QƏRİBƏ OLAYLAR BAŞ VERİR... - Prezidentə müraciət olundu


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,
Nüsxəsi: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə,
Nüsxəsi: Baş Prokuror cənab Kamran Əliyevə,
Masallı rayon bir qrup Qəriblər kənd sakini tərəfindən
Müraciət

Hörmətli Cənab Prezident və dövlət rəsmiləri!

2015 və 2019-cu illər ərzində Masallı rayon Qəriblər kəndinin sabiq bələdiyyə sədri Müşviq Ağayev kəndimizin köhnə qəbirstanlığını, "Kurqan" təpələrini və əkinə yararlı torpaqları qazdıraraq ayrı-ayrı şirkətlərə satmışdır. Qazıntı zamanı tarixi abidələri məhv etməklə yanaşı çoxlu sayda oradan qızıl zinət və əntiq əşyaları tapmışdır. Masallı rayonunun bəzi məmurları bundan xəbərdar olduğu üçün Müşviq Ağayev əldə etdiyi qızıl zinət əşyalarını onlarla bölüşmüşdür. O gündən bu günədək Müşviq Ağayevi müdafiə edən məmurlar məcburi qaydada onun bütün törətdiyi cinayətləri müdafiə edərək ört- basdır edirlər.
Biz kənd sakinləri 7 ildir ki, Müşviq Ağayevin cinayətlərini ifşa edib bütün dövlət qurumlarına çatdırmışıq, lakin buna baxmayaraq, Müşviq Ağayevin toxunulmazlığı davam edir. Bizi ölümlə hədələyir "bu ölkədə kimsə mənə heç bir şey edə bilməz,"- deyərək bizləri təhqir edir.

Cənab Prezident! əsrin cinayətini törədən, tarixi abidələrimizi məhv edən qəbirstanlıqda ölənlərimizin qəbirlərini tarixdən silən Müşviq Ağayevin barəsində cinayət işinin başlanması üçün aidiyyatı hüquq mühafizə orqanlarına göstəriş vermənizi sizdən xahiş edirik.

25 iyul 2022-ci il.

Cenub.az xəbər saytında da sözügedən məsələ ilə bağlı şikayət verilib və sayt rəhbəri olan Zahir Əmənovun dediyinə görə, biz, qarşı tərəfin fikrini öyrənmək üçün Qəriblər bələdiyyəsinin sabiq sədri Müşfiq Ağayevlə də görüşdük. O bildirdi ki, yazılanların hamısı şər və böhtandır. Bilirəm ki, bunları kim yazdırır. Hazırda bütün yazılanlar hüquq-mühafizə orqanlarında araşdırılır. Elə mən də istəyirəm ki, onların böhtanları mətbuatda yer alsın. Sonra bu şəxsləri məhkəməyə vermək üçün əlimdə əsaslar olsun. Mən, Qəriblərdə bir çoxlarının bəd əməllərin aşkarladığım, necə deyərlər, bəzilərinin havasına oynamadığı üçün belə edirlər. Qaldı ki, stadionla bağlı işin Ali Məhkəmədə udulmasına, bu da sirr deyil ki, onlar hansı yollarla buna nail olublar. Bu ayın ortalarında ölkənin Baş Prokuroru Masallıya gələcək. Onun qəbulunda olub hər şeyi Baş Prokurora çatdıracağam. Mənim heç bir əyri işim yoxdur. Xalq məni yaxşı tanıyır. Nə etmişəmsə, öz kəndim üçün, imkansızlar üçün etmişəm.

P.S. Bizi izləməkdə davam edin Müşviq Ağayevin digər saxta işləri və törətdiyi cinayətlər barədə sizə məlumat verəcəyik.

Qarşı tərəfi dinləməyə hazırıq... //Hazırladı: Zahir Əmənov. Cenub.az//

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Green Park”da nələr baş verir ?- Farizin sahib olduğu “Green Park” restoranında bir yerin qiyməti 250 manatdır...


“Sahil” metrostansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli binanın şəriki Fariz kimdir..?

Fariz “Sahil İncisi” binasındakı 3-4 otaqlı mənzili 1 milyona satır...

Haqqında bəhs edəcəyimiz mövzuya giriş olaraq qeyd edək ki, metropoliten kimi strateji obyektlərin ətrafında mühafizə zolağı deyilən bir sahə olur.
Mühafizə zolağında irihəcmli obyektlərin tikiliməsi, quraşdırılması təhlükəsizlik cəhətdən yolverilməzdir. Söhbət hər gün milyondan artıq insanın istifadə etdiyi metropolitendən gedir.
Təəssüf ki, Bakı şəhərində bu qızıl qaydaya nəinki əməl edilmir, hətta bu qaydalar pozulur.
Bunu sübut etməyə xüsusi ehtiyac yoxdur.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən “Sahil İncisi” çoxmərtəbəli yaşayış binasını hər gün hamımız görürük.
Yaxud “Xətai” metrostansiyasının mühafizə zolağında tikilən 23 mərtəbəli biznes binası...
Və ya Nəriman Nərimanov metrostansiyasının mühafizə zolağında inşa edilən binalar...
Bu siyahını uzatmaq da mümkündür.
Apardığımız araşdırma zamanı maraqlı rəqəmlə rastlaşdıq.
Belə ki, Sahil metro stansiyasının üstündə tikilən çoxmərtəbəli binadakı 3-4 otaqlı mənzillərin qiyməti 750-800 min, bəzən 1 MİLYON civarındadır.
Görəsən bu mənzilləri almağa hansı müəllimin, hansı həkimin, hansı mühəndisin imkanı çatar. Əlbəttə, bu binadakı mənzillərin sahiblərinin hamısı dövlət məmurlarıdır. Hətta araşdırma zamanı bu binada 5 mənzili ( yəni 5 milyonu ...) olan məmurlara da rast gəldik.
İndi özünüz təsəvvür edin ki, Prezidentimiz demişkən, harınlamış məmur balkonda dayanıb dənizə baxacaq deyə, yüz minlərlə, milyonlarla metro sərnişinlərinin talehi sual altında qalmalıdır.
Görəsən, sabah iraq olsun hansısa fəlakətli hal baş versə, Metropolitenin keçmiş rəisi, hazırda İnşaat və Memarlıq Universitettinin kafedra müdiri olan Tağı Əhmədov və onun şərikləri olan Fariz və Natiq “troykası” bu məsuliyyətdən yaxalarını necə qurtaracaqlar ?
Yeri gəlmişkən, Fariz adlı biznesmenin əməlləri təkcə “Sahil İncisi” çoxmərtəbəli bina ilə yekunlaşmır.
Gündəlik-Bakıya daxil olan məlumata görə, Binə Ticarət Mərkəzinə çatmamış solda olan möhtəşəm “Green Park” restoranı da Farizə məxsusdur.
Təsəvvür edirsiniz, Fariz öz restoranına keçid üçün magistralın üstündən öz şəxsi pulu ilə körpü tikdirib.
Hələ bu harasıdır..?
Farizin dəyəri yüz minlər olan yaxtası da var.
Biz də “Onun arabası var...” mahnısına qulaq asırıq.
Bəli, imkanlı şəxslər öz övladlarına Farizin “Green Park” restoranında toy edirlər. Toyda bir nəfərin xərci isə 250 manatdır, yəni ölkəmizdəki minimal əmək haqqından az qala 2 dəfə çox.
Bəli, bu acı reallıqdır. Ki, yeni doğulan uşağa uşaq pulu verməyə imkan yoxdur, amma Fariz, Tağı, Natiq kimilər dəyəri milyonlarla ölçülən mənzillərdə yaşayır. Təkcə yaşamırlar ee, həm də cəmiyyətə və ölkəyə təhlükə yaradırlar. Yadınıza düşürsə Sahil metrosunun yaxınlığında bina yananda, jurnalistə burcutma deyən Tağı müəllim, "Sahil İncisi" kimi tanınan, Sahil metrosunun üzərində olan binadakı mənzilinin balkonundan yanğını seyr edirdi. Məhz o mənzildir ki, kirvələri həmin mənzili metronun üzərində olduğu üçün Tağı müəllimə pay veriblər. Bu haqda növbəti yazıda. gundelik-baku.com

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Asif Ağayev 1 milyon manatı görün necə silib… - ŞOK FAKTLAR


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalar zamanı Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin və ayrı-ayrı vəzifəli şəxslərin əməllərində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını külli miqdarda təkrarən talama və vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə ağır zərər vurmaqla törədilməsi cinayətlərinin tərkib əlamətlərini işarə edən kifayət qədər dəlillərin olmasını nəzərə alaraq, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün materiallar Baş İdarənin İstintaq idarəsinə göndərilmişdir. Araşdırılan faktlar arasında Realmedia.az saytında indiyədək təqdim olunmuş materiallar – dövlət büdcəsindən rayonun abadlığına ayrılmış pul vəsaitlərinin təyinatı üzrə istifadədən yayındırılaraq mənimsənilməsi, yeyinti halları da xüsusi çəki təşkil edir.
Bu mövzuda qələmə aldığımız faktlar sırasında 2019-cu ildə Beyləqan rayon rəhbərliyinin sərəncamına verilən 1,0 (bir) milyon manatın aqibətini bir daha xatırlatmağa zərurət yaradan hadisə baş verib. Belə ki, o vaxt həmin vəsaitdən yalnız 280,0 min manatın təyinatı üzrə istifadə edildiyini yazmışdıq. Ancaq indi redaksiyamıza daxil olan kollektiv müraciətin müəllifləri olan Qədimzadə Elnur Famil oğlu və qeyriləri bildirirlər ki, gerçəkdə Rayon İcra Hakimiyyətinin təyinatdan yayındırdığı məbləğ daha çoxdur, real xərclər isə 40,0 min manat həmən olar.
Qeyd edək ki, Qədimzadənin tikinti işləri ilə məşğul olan fəhlə briqadası rayon rəhbərliyi tərəfindən rayonun abadlıq-quruculuq işlərinə qeyri-leqal cəlb olunubmuş. Onlarla əmək müqavilələri bağlanmayıb, əmək haqlarından sosial sığorta ödənişləri, dövlətə vergi tutulmayıb. Ən acınacaqlısı və 30 nəfərlik zəhmətkeşlər heyətini şikayətçi düşürməyə vadar edən hal isə budur ki, onlara vəd olunmuş zəhmət haqqının əhəmiyyətli bir hissəsi hələ də onlara verilməyib.
Bildirilir ki, o vaxt yerinə yetirilməli olan abadlıq işləri çərçivəsində hasarların mozaik daşlarla üzlənməsində, Beyləqan Mücrəddin Parkına döşənmiş tametlərin yeniləri ilə əvəzlənməsində xeyli yeyinti olub. Belə ki, köhnə tametlər heç də kağız üzərində yazıldığı kimi sökülməyib, çıxarılıb daşınmayıb, yeniləri düzülməzdən əvvəl yerinə şeben və beton vurulmayıb. Sadəcə köhnələrin üstündən asept vurularaq yeniləri döşənib. Qeyd olunan sökülmə, daşınma, betontökmə işləri isə ayrı-ayrı xərc maddələri kimi göstərilib. Tamet lövhələrin kavadratı 8 manata alındığı halda 17-18 manata yazılıb. Usta pulu isə hər kvadrata 4 manat təşkil edib ki, onun da kvadratını daha yüksək yazıblar.
Eynilə Mücirəddin Beyləqani Patrkındakı fəvvarənin təmirinə de-fakto 20,0 min manat xərcləndoyi halda, sənədləşmədə 60,0-80,0 min manat əks etdirilib. Xatırladılır ki, rayon rəhbərliyi 1,0 milyon manat vəsaiti silmək üçün xərc maddələrinin çoxunu “ixtira” etməli olub və hətta buna nail olmaq üçün sabiq icra başçıları Vaqif Abdullayevin, İrşad əliyevin hakimiyyəti illərində səkilərə qoyulmuş tamet döşəmə işlərini, parkların kənarına qoyulmuş tumbaları, aqlay işlərini yenidən “canlandıraraq”, “forma-2” sənədlərinə salıb.
Vədlərə inanaraq, bir il pulsuz işlədildiklərini deyən fəhlələr təkcə özlərinə münasibətdə üzləşdikləri hüquqpozmaları deyil, şahid olduqları başqa qanunsuzluqlar barədə də istintaqa ifadə verməyə hazır olduqlarını bildirmişlər.
RealMedia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vağzalda siqaret satan Əbülfəz necə “gömrüyün qara kassası” oldu..? - Ermənilərlə qohum olan birisi “Broker”i necə yaratdı..?


Əbülfəzin başı kompüterdir, yoxsa Manuçarın..?

İlk öncə onu qeyd edək ki, “broker” sözünün mənasını bəlkə də oxucuların çoxu bimir.
Məlumat üçün bildirək ki, broker hüquqi xidmət deməkdir.
Belə ki, yüzlərlə, minlərlə iş adamı, biznesmen, sahibkar qanunları, vergi məcəlləsini, gömrük qaydalarını, rüsumları əzbər bilə bilməz. Deməli, iş adamlarının çoxu sadə dildə desək, sənədləşmə üçün "broker" kantoruna müraciət edir ki, sənədləri qaydaya salsınlar. Yəni "broker" xidməti buna görədir, daha sadə dildə desək "broker" hüquq kantorudur. Coker yox aaa Əbülfəz bəy, "broker". Hərçənd ki, sən və sənin dostların cokerə, pokerə çox meyllidirlər. Bu mövzuda sonra söhbət açacağıq.
Azərbaycanda isə "broker" deyəndə əsl rüşvət və korrupsiya nəzərdə tutulur.
Əsas mövzuya keçməzdən öncə Azərbaycanın “broker kralı” sayılan Əbülfəzin keçmişinə qısa bir nəzər salaq.
Əbülfəz vaxtilə Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazasında işləyib. Bəli, həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı işləyirmiş. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Sonra guya Əbülfəz boşandı. Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayırlar. Hətta Rena Ovanesyan 2 oğul anasıdır. Və kağız üzərində guya Əbülfəz subaydır.
Sonralar Əbülfəz İranlı Əhədpurla tanış olaraq onun gətirdiyi siqaretləri vağzalda satmaqla məşğul olub. Yooox, Əbülfəz bəy deyəsən Manuçarı yaddan çıxarır. Manuçara burada söz verib, gedib Əhədpurun aksiz markasız siqaretlərini satanda öz etibarını itirmişdir. Hal-hazırda Əbülfəzin ölkəyə gətirdiyi aksiz markası olmayan siqaretləri araşdırmaq lazımdır. Bu da başqa bir yazının mövzusudur.
Bəziləri qeyri-rəsmi söhbətlərdə deyir ki, guya Əbülfəzin başı kompüterdir-filan.
Biz Gündəlik-Bakı olaraq tam məsuliyyətlə qeyd edirik ki, Əbülfəzin başı heç ...-da deyil. Və broker ideyasını, onun realizə olunmasını Manuçarla, İranlı Əhədpur qurub Əbülfəzə verib.
Beləliklə neçə illərdir ki, Azərbaycanda bir “Broker Əbülfəz” kabusu dolaşır.
Təsəvvür edirsiniz, bu adamın 3000 nəfərdən artıq broker ordusu var və bunlar maaşdan əlavə hər ay 2000-5000 manat arasında “paket” alırlar. İndi səbrli oğul lazımdır ki, bu 3 min nəfərin hər ay aldığı, pulları hesablasın və vursun 10 illərə. Ortaya yəqin ki, milyardlar çıxacaq.
Nə isə, son 10-15 ildə neçə-neçə “əjdahalar”ın başı getdi, amma Əbülfəz Məlikova söz deyən olmadı. Niyə..?
Yeri gəlmişkən, ermənilər Əbülfəzə “Bizim monopoliya naziri olan yeznəmiz” deyirlər.
Bəli, Əbülfəz Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən erməni şirkətlərinin keyfiyyətsiz məhsullarını Azərbaycana daşımaqla məşğuldur.
İndi isə Əbülfəzə məxsus “Trans Broker” MMC-nin mexanizminə nəzər salaq.
Deməli, Dövlət Gömrük Komitəsinin gəlib-gedən şefləri öz adlarının rüşvət və korrupsiyada hallanmaması üçün “Broker”i qabağa veriblər.
Təsəvvür edirsinizmi, Əbülfəzin neçə-neçə saxta şirkətləri var, hətta 3 minlik broker ordusunun adına açılan saxta şirkətləri gözünüzün önünə gətirin.
Azərbaycana hər hansı bir məhsul gətirmək istəyən iş adamı, biznesmen həmin məhsulu öz adına deyil, mütləq Əbülfəzin saxta şirkətlərinin adına gətirməlidir.
Təsəvvür edirsiniz, Əbülfəz invoys dəyəri 100 min dollar olan məhsulu 10 min dollar kimi sənədləşdirir.
İndi Azərbaycanın dövlət büdcəsinə vurulan ziyanın neçə milyon yox ee, neçə milyardlar olduğunu hesablayın.
Və bu gün Azərbaycandakı məhsulların real bazar qiymətindən dəfələrlə baha olmasının səbəbini heç harda axtarmayın. Bütün bunların baiskarı Əbülfəzdir. Belə yerdə deyiblər ki, Allah baiskarın evini yıxsın. Biz də deyirik ki, Allah Əbülfəzin imperiyasını dağıtsın.
Təsəvvür edirsiniz, DGK-nin vəzifəli şəxslərindən biri deyir ki, “Trans Broker” olan yerdə biz gömrük işçiləri heç kimik…
Cənab Prezident İlham Əliyev neçə ildir tələb edir ki, inhisarçılğa son qoyun. Amma ermənilərin “monopoliya naziri olan yeznələri” Əbülfəz dövlət başçısının tələblərini də nəzərə almır.
Vaxtilə Gündəlik-Bakı olaraq yazmışdıq ki, Gürcüstandan Azərbaycana gətirilən hər qoyuna (40 dollar), hər danaya ( 100 dollar ) görə, Əbülfəzin kantoru pul alırdı.
Yaxud Ukraynadan ölkəmizə gətirilən hər baş heyvana görə, Əbülfəzə konkret məbləğdə pul verilirdi.
Əbülfəzin şəxsi biznesinin sərhədləri Avropaya, ərəb ölkələrinə qədər gedir.
Bir müddət əvvəl Əbülfəzə məxsus restoranlar şəbəkəsi də aşkarlanıb.
KİV-də gedən xəbərlərdən bəlli olur ki, “PAPA JOHN’S” restoranlar şəbəkəsinin Azərbaycandakı lisenziyası Əbülfəzin oğlu Murada məxsusdur.
Bəli, bu cavan oğlan “PAPA JOHN’S" brendi altında 8 restoran açıb.
Ümumiyyətlə, Əbülfəzin bir müddət əvvəl Mərdəkan qəsəbəsində bütün bahalı torpaqları alması barədə mediada məlumat yayıldı.
Məlikovun həmin ərazidə qiyməti baha olan dəbdəbəli villalar və ticarət obyektləri inşa edib satdığı bildirilir.
Ümumiyyətlə, Əbülfəzin korrupsiya mexanizmi heç bir ölçüyə-əndazəyə sığmır.
Ötən yazımızda qeyd etdiyimiz kimi Əbülfəzin Azərbaycan dövlətinə vurduğu ziyan, Hitler Almaniyasının SSRİ-yə vurduğu ziyandan dəfələrlə çoxdur.
Bir məsələni xüsusi olaraq qeyd etmək istəyirik.
Yuxarıda qeyd etdik ki, Əbülfəzin yaratdığı yüzlərlə saxta şirkətlərin bu gün vergiyə olan borcu təxminən milyardla ölçülür. Bunu dövlət orqanları görmür..? Bunu müəyyən etmək nə çətin məsələdir..?
Bəs niyə etmirsiniz, cənablar..?
Bəs, Əbülfəzin hər ay Bakıya gətirdiyi erməni gözəlçələrini də görmürsünüz..?
Əbülfəzin Azərbaycan dövlətindən oğurladığı milyardları, çirkli pulları ABŞ-da kim “yuyub-təmizləyir”..?
Əbülfəzin müxalifətdəki dostları kimlərdir, onu bəzi radikal müxalifətə bağlayan nədir..?
Əbülfəzin köməkçisi Anar Allahverdiyevin iki, üç, dörd təkərli motosiklet kolleksiyasının və dörd dənə sıfırlı (0000) nömrələri Bentley markalı maşınları, Qaqarin körpüsünün yanındakı hündürmərtəbəli binaları və Şamanlarla münasibəti haqqında yazı dərc edəcəyik. Bizi izləyin.
Bu barədə araşdırmalarımız davam edir. (gundelik-baku.com)



XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO