[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Baku Tobacco” oyunu: siqaret markaları bu cür bahalaşır - İLGİNC FAKTLAR


Artıq uzun müddətdir ki, Azərbaycanda bəzi siqaret markaları yoxa çıxıb.

DİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bir müddət öncə bunun səbəbi kimi Azərbaycanda siqaret istehsalı və idxalını monopoliyaya alan “Baku International Tobacco” Ukraynada başlayan müharibəni göstərirdi.

Belə ki, Azərbaycanın tütünlə bağlı əsas xammal idxal etdiyi ölkələrdən birinin də Ukrayna olduğu bildirilirdi. Müharibə isə bu idxal zəncirində qırılmalar başlatdı.

Monopolist şirkət ən qısa müddətdə digər ölkələr. o cümlədən Türkiyədən idxalı bərpa etməklə, siqaret markalarındakı qıtlığı aradan qaldıracağını elan etdi. Bir müddətdən sonra doğrudan da marketlərdə yoxa çıxan bəzi siqaret məhsulları görünməyə başladı. Ancaq qiymətlərdə rəsmi olaraq artım da elan edildi.
Qiymət artımı bütün siqaretlərə təsir etdi və hər bir marka təxminən 10-20 qəpik bahalaşdı. Buna baxmayaraq, yenidən bəzi növ siqaretlər yenidən tapılmır.
Hazırda Azərbaycanda rəsmən siqaret defisiti yaşanır: “Sobranie” (nazik, hər 3 forması), “Vinston” (nazik), “LD” (kompakt) siqaretləri “əl altından” satılan məhsullara çevrilib və əlbəttə ki, qiymətləri də fərqlidir. Xüsusilə “Sobranie” siqaretindən dəlallar məharətlə istifadə edirlər: marketlərdə yoxa çıxan və pərakəndə satışı 4,1 manata olan bu siqaretlər səyyar köşklərdə 5 manatdan təklif edilir.
Tələb olunan məhsulun istehsalının bu cür azaldılaraq defisitə çevrilməsi “Baku International Tobacco” şirkətinin yalnız yanlış siyasəti deyil, həm də bu şirkətin monopol statusundan istifadə edərək, istehlakçılara qarşı qeyri-adekvat və heç bir sivil bazar münasibətlərinə sığmayan davranışıdır.
Şirkət 5 ay müddətində tütün idxalını alternativ mənbələrdən tam təmin etməməklə əslində yararsız bir beynəlxalq əlaqəyə sahib olduğunu göstərir. Digər tərəfdən isə bu, şirkətin sözügedən məhsulları düşünərək defisitləşdirməklə, az istehsal ilə süni bahalıq yaratmaq və dəllallara şans verməsi kimi qəbul edilə bilər.
Şirkətin bəzi strukturlarının bu şəraitdən istifadə edərək, yüksək məbləğdə, rəsmiləşməyən vəsaitləri dəllallarla əlbir olaraq qazandığı ehtimalı da yüksəkdir. Əks halda hansısa bir markanın bu müddət ərzində defisit olması və şirkətin də indiyə qədər bu məsələlərlə bağlı heç bir açıqlama verməməsinin ayrı izahı yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə dövlətin FOND TORPAĞI BELƏ XARABA QOYULUR - BU NƏDİ BELƏ?


DİA.AZ xəbər verir ki, Dünyanınsəsi.Az saytına Gədəbəy rayonun Qoşabulaq kənd sakini xanım Ülkər Məmmədova tərəfindən şikayət ərizəsi göndərilib.

Şikayətçi qeyd edir ki, Qoşabulaq kəndi ərazisində yerləşən meşə massivində hər kəsin Şahzadə bulağı kimi tanıdığı ərazi Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinə aiddir.
Gədəbəydə dövlətin FOND TORPAĞI BELƏ XARABA QOYULUR - BU NƏDİ BELƏ?

Sözügedən meşə massivində sabiq polis rəisi Cahangir Hüseynov tərəfindən bir neçə kotejlər tikilib.Həmin kotejlər C.Hüseynov tərəfindən “Rembo” ləqəbli bir şəxsə həvvalə edilib.Bu Rembo da kotejləri əxlaqsız yuvasına çevirib.
Gədəbəyli xanım saytımıza yazmış olduğu ərizədə onu da qeyd edir ki, nə özümüz o meşəyə gedə bilirik nə də ki, qohum-əqrabamız.Bu meşə massivinə yay mövsümü gələndə bütün Gəncəbasar əhalisi gəlib burda istirahət edirlər.
Sabiq polis rəisinin “Rembo”su ümumi istifadə də olan ayaq yolu və bulaqdan əhalinin istifadəsinə icazə vermir.
Rembo deyir ki, “Bu meşədə mənəm, Bağdadda kor xəlifə”. Kənd sakinləri meşə fondu üzərində “cəlladlıq” edən bu şəxsin özbaşınalığından dəfələrlə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət edilsədə heç bir rəsmi tədbir görülmədiyini də bildirirlər. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına isə dövlət nəzarət edir.Qanunvericiliyin yuxarıda qeyd etdiyimiz tələbləri niyə Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Məhəmməd Tağıyev tərəfindən pozulub?
Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzi üzərinə düşən öhdəlikləri pozaraq C.Hüseynovla separat danışığa gedərək meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyəti maddi maraqlara qurban verib.
Belə olmsaydı tabeliliyində olan rayonların meşələrinin dağıdılmasına, meşə zolağına mal qoyun sürülərinin lövbər salmasına, hətta kotejlərin tikilməsinə şərait yaratmazdı. Sabiq polis rəisi isə meşə massivində ağacları kəsib yerində betonla hündürlüyü 2 metrdən cox olmaqla ağır konustruksiyadan kotejlər inşa edə bilməzdi.
Meşələrin məhvinə yönələn nöqsanların başında isə adıçəkilən mərkəzin “dağıdıcı” rəhbəri Məhəmməd Tağıyevin özü durur.Çünki meşə xəlvət olanda tülkü də bəy olur.
Şikayətçi xanım eləcə də kənd sakinləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru M.Tağıyevdən tələb edirlər ki, C.Hüseynovla bağlanmış olan yeni müqavilə ləğv edilsin və ərazidə tikilən kotejlər isə sökülsün.
Gədəbəydə sözügedən əxlaqsız kotejl yubalarını təqdim edirik:

Redaksiya olarq inanırıq ki, DİN-nin i eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi Qoşabulaq kənd sakini Məmmədova Ülkər Kazım qızının səsləndirdiyi şikayəti araşdırıb meşə fondu ərazisndə əxlaqsız yuvası kimi fəaliyyət göstərən kotejlərin fəaliyyətini dayandırılmasına göstəriş verəcəkdir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev büdcədən pul ayırdı


Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Göygölün təzə başçısı sərxoş işçisini NİYƏ CƏZALANDIRMADI? - VİDEO


Bir neçə gün öncə Göygöl rayon Balçılı kənd icra nümayəndəsi Abuzərov Altay sərxoş olaraq 10 EG 770 dövlət qeydiyyatında olan avtomobilə kənd təsərrüfatı aləti olan yaba ilə hüçum edib.

DİA.AZ hurriyyet.az-a istinadla xəbər verir ki, icra nümayəndəsi maşına çoxsaylı zərbələr endirərək, yararsız hala salmışdır.

Bununla bağlı Göygöl İcra Hakimiyyətinə, Göygöl rayon Prokurorluğuna, Daxili İşlər Nazirliyinə rəsmi sorğu göndərsək də, indiyədək Göygöl rayon Balçılı kənd icra nümayəndəsi əlində yaba ilə gəzir, belə desək, sanki “yabalamağa” yeni adam və ya maşın axtarır. Buna nə ad vermək olar?
Hurriyyet.az-ın təqdim etdiyi video-lentdən də aydın görünür ki, bu şəxs işlədiyi icra orqanının nüfuzuna ləkədən başqa bir şey deyil. Cəmiyyətə ziyan vuran belə bir şəxsin dövlət qulluğunda, icra orqanında saxlanılması yoverilməzdir.

Göygöl rayon İcra Hakimiyyətinin Balçılı kənd nümayəndəsi Abuzərov Altay haqqında cəza tədbiri niyə görülmür? O, xuliqanlıq əməlləri törətməyinə baxmayaraq hələ də Balçılı kənd nümayəndəsi vəzifəsində işləyir.

Göygöl rayonuna yeni təyin olunmuş başçısı Elvin Paşayevin mövqeyini dinləməyə çalışsaq da, İcra Hakimiyyətində zəngimizə cavab verən tapılmadı.
Mövzuya qaydacağıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə sistemimiz o zaman düzələcək ki... - `Balıq başdan iylənər` məsəli...


Azərbaycan səhiyyəsində daha bir rəzalət!
Özü də bu dəfəki rəzalət birbaşa sözügedən sahənin elmi biliklərinin, sirlərinin öyrədildiyi Azərbaycan Dövlət Tibb Universitetinin özündə baş verib.
Baş verib deyərkən, bizə göndərilən bir videomaterialı nəzərdə tuturuq. Amma, ümumiyyətlə bu nə birinci deyil, deyəsən nə də axırıncı.

Belə ki, "DogruXeber.az" redaksiyasına ATU-nin Onkoloji klinikasında lentə alınmış görüntülər daxil olub. Görüntülərdə sözügedən şöbənin hələ qapıdan içəri girən kimi, qeydiyyat şöbəsində xəstələrdən və xəstə yaxınlarından pul tələb olunduğu açıq -aşkar görünür. İndi qapıdan girən kimi hərədə 5 manat tələb edən dövlət müəssisəsinin daxilində nələr baş verir təsəvvür edin. Bəlkə də çoxlarınız, nəinki təsəvvür etmək, bunu canlı yaşamış şahidlərsiniz.

Əlqərəz...

Açığı, müəssisəsinin tabe olduğu qurumun, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin məsələyə münasibəti görüntülərdən daha maraqlı oldu.

Təsəvvür edin, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Fərid bəylə telefon əlaqəsi saxlayıb məsələ barəsində məlumat verdik və münasibət bildirmələrini istədik. Fərid bəy bununla bağlı ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Yəni, aidiyyatı qurum məsələdən yayındı. El dili ilə desək, "yaxasını kənara çəkdi". Bundan sonra ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə telefon əlaqəsi saxladıq. Günel xanım məsələni araşdırıb, sonra bizimlə əlaqə saxlayacağını bildirdi. Aradan qısa zaman keçdikdən sonra Günel xanım təkrar bizimlə əlaqə saxladı və bildirdi ki, "sözügedən tibb müəssisəsinin baş həkimi Leyla xanıma yaxınlaşın, məsələdən xəbəri var. O özü gərəkən açıqlamaları verəcək ". Ertəsi gün əməkdaşlarımız baş həkim Leyla xanımla görüşmək üçün müəssisədə oldular.

Yeri gəlmişkən, onu da əlavə ki, müəssisə rəhbərlərinin də bir "müqəddəs" ifadəsi var: -"İş olan yerdə nöqsan olur". "Nöqsan" dedikləri də barəsində çoxsaylı şikayətlərin olduğu korrupsiya və özbaşınalıqlardır.

Odur ki, Leyla xanımın da mövzuya münasibəti bundan fərqli olmadı
Məsələni dinlədikdən sonra Leyla xanım məsələdən xəbərdar olduğunu bildirib və bu məsələnin həllinin (ört-basdır etməyimizin) qeyri-rəsmi yollarını soruşub. Əməkdaşlarımız bu kimi " həll yolları"nın bizə aidiyyatı olmadığını qəti şəkildə bildirdikdən sonra, baş həkim "dilucu" mövqe bildirib.
- "Məsələdən xəbərdarıq. Aradan qaldırılması üçün müəssisədə qeyri-qanuni pul alan şəxslər barəsində tədbirlər görüləcəkdir."

Qeyd: Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı redaksiyamıza daxil olmuş videogörüntülər və məlumatlar "DogruXeber.az" tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da göndərilib.

Biz görülən tədbirlər barəsində redaksiyamızın da məlumatlandırılmasını müraciətimiz zamanı xahiş etmişdik. Daha hansı tədbirlərin görüldüyünü, ümumiyyətlə görülüb -görulmədiyini deyə bilmərik. Açığı, redaksiyamıza bu barədə məlumat verilməlidiyinə görə, hər hansı tədbirin görüldüyünü düşünmürük də. Elə məhz bu cür laqeydliyin, ya da bu kimi məsələlər ört-basdır edildiyinin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsində, eləcə də onlar kimi laqeydlik göstərən digər dövlət qurumlarında heç nə düzəlmir. Əksinə, problemlər günü-gündən daha da artır.

Səhiyyə Nazirliyinin bu cür problemlərə laqeyd yanaşmalarından da belə başa düşdük ki, səhiyyəmiz belə gəlib, belə də gedəcək.

İstər səhiyyə, istər təhsil sahəsində yenilikləri yalnız alınan rüşvət məbləğinin artmasında görürük ki, bu da qiymət artımı ilə əlaqədardır. Hər halda rüşvət alan həkimlər və məktəb direktorları belə deyir.

Məsələn, xəstə, yaxud xəstə yaxını dövlət xəstəxanasında həkimə 5 (beş) manat uzadanda, həkim "5 manat nədir, mənə verirsən? Sən 5 manatla dolana bilirsən hər şeyin od qiymətinə olduğu bu dövrdə" deyə, irad bildirir.

Amma, qınamaq da olmur. Atalar yaxşı deyib, "Balıq başdan iylənər".

Baxın !

Xəstə övladının müalicəsinə köməklik göstərilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın Səhiyyə Nazirliyinə göstəriş verdiyi halda Səhiyyə Nazirliyinin səlahiyyətli əməkdaşlarından biri olan Aynurə Zeynalova ataya deyib, - "Dövlət sənin uşağını müalicə etməyə borclu deyil".

Bu hal ataların başqa bir məsəlini xatırlatdı. Deyir, - "Ağanın malı gedir, nökərin canı çıxır". İndi, dövlət büdcəsinin pulundan sənə nə, ay Aynurə xanım.

Özü də çox maraqlıdır, bu xanım hansı ixtiyarla dövlət adından danışır?

Yeri gəlmişkən, bildiririk ki, övladı ağır xəstə olan və müalicəsi üçün külli miqdarda vəsait lazım olan çarəsiz ata, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun, Vənənd kənd sakini Hüseynov Nihal Məmmədbağır oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Müraciəti əsasında agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" verlişində oldu və yaşadığı problemləri danışdı.

Nihal Hüseynovun bildirdiyinə görə iki yaşlı oğlu Uğur Hüseynov anadangəlmə xəstədir. Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda Türkiyənin Ankara şəhərində dünyaca məşhur xəstəxanalardan birində əməliyyat olunmasını gözləyir. İlik köçürülməlidir və bu əməliyyatın həyata keçirilməsi üçün 150.000 dollar pul tələb olunur.

Əslində bu barədə uzun yazıb, vaxtınız almaq istəmirik. Aşağıdakı linkdə Nihal Hüseynov özü hər şeyi ətraflı danışıb zatən.

Nihal Hüseynovun hər dəqiqəsi ölümə doğru yaxınlaşan, həkimlərin əməliyyat olunmazsa, həyatını itirməsinə sayılı günlər qaldığını dedikləri iki yaşlı körpəsi üçün bir neçə müddətdir nə çətinliklər yaşadığı və hazırda da yaşamağa davam etdiyini yəqin valideyin olan hər biriniz təsəvvür edirsiniz?!

Allah heç bir valideyinə övlad acısı yaşatmasın.
Amin.

Dəyərli oxucularımız, söhbət bir candan, canlıdan, üstəlik də körpə candan gedirsə ürəyində insanlıq, mərhəmət hissi olan heç kim buna biganə, etinasız yanaşa bilmir. Əksinə hər kəs əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Necə ki, Nihal Hüseynovun adını çəkdiyi "tik-toker"lər də bacardıqlarını etdilər və digər vətəndaşlarla əlbir olub topladıqları yüksək məbləğlə ailəyə xeyli dəstək oldular.

Kaş ki, həmin şəxslərdə olan mərhəmət hissləri Nihal Hüseynovun kömək üçün müraciət etdiyi səlahiyyətli şəxslərdə olsaydı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbuluna düşmək sən demə müşkül məsələ imiş. Odur ki, Nihal Hüseynovu dinləyən səlahiyyətli şəxsin güya kömək məqsədilə irəli sürdüyü təklifi də sözün əsl mənasında gülünc olub. Lap Molla Nəsrəddinin "ağcaqanadı öldürmək üçün, tutub gözünə kül tökmək lazımdır" "məsləhət"i kimi.

Sözə baxın, "Sən həkimi gətir bura, biz burda müalicə etdirək. Ya da sən pulunu topla, axırda 3-5 min çatışmasa, biz o zaman sizə kömək edərik ".

Buna bənzər elin bir sözü var, "get, tapanda gələrsən "

Nihal Hüseynovun redaksiyamıza bildirdiyinə görə, birinci Vitse-prezidentə müraciət edildikdən sonra dərhal Səhiyyə Nazirliyinə kömək etməsi üçün tapşırıqlar verilib.

Amma, Səhiyyə Nazirliyi tərəfindən Türkiyədəki xəstəxanaya bu qədər məbləğ çox olduğunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qədər məbləği ödəmək iqtidarında olmadığı bildirilib. Uğurun səhhəti isə hər gün daha da pisləşməyə doğru gedir və həyati təhlükəsi daha da artır. Türkiyədəki həkimlərin dediyinə görə indi zaman 2 yaşlı körpə, məsum Uğur balanın "əleyhinə işləyir".

Hər gün yeganə övladını itirmək qorxusu ilə hər dəqiqə həyəcanı, ürək çırpıntıları artan bu valideynlər, görünür Səhiyyə Nazirliyinin Aynur Zeynalova kimi səlahiyyətli əməkdaşları üçün hər gün narazı saldıqları minlərlə vətəndaşlardan biridir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Səhiyyə sistemimiz o zaman düzələcək ki... - `Balıq başdan iylənər` məsəli...


Azərbaycan səhiyyəsində daha bir rəzalət!
Özü də bu dəfəki rəzalət birbaşa sözügedən sahənin elmi biliklərinin, sirlərinin öyrədildiyi Azərbaycan Dövlət Tibb Universitetinin özündə baş verib.
Baş verib deyərkən, bizə göndərilən bir videomaterialı nəzərdə tuturuq. Amma, ümumiyyətlə bu nə birinci deyil, deyəsən nə də axırıncı.

Belə ki, "DogruXeber.az" redaksiyasına ATU-nin Onkoloji klinikasında lentə alınmış görüntülər daxil olub. Görüntülərdə sözügedən şöbənin hələ qapıdan içəri girən kimi, qeydiyyat şöbəsində xəstələrdən və xəstə yaxınlarından pul tələb olunduğu açıq -aşkar görünür. İndi qapıdan girən kimi hərədə 5 manat tələb edən dövlət müəssisəsinin daxilində nələr baş verir təsəvvür edin. Bəlkə də çoxlarınız, nəinki təsəvvür etmək, bunu canlı yaşamış şahidlərsiniz.

Əlqərəz...

Açığı, müəssisəsinin tabe olduğu qurumun, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və ATU rəhbərliyinin məsələyə münasibəti görüntülərdən daha maraqlı oldu.

Təsəvvür edin, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Fərid bəylə telefon əlaqəsi saxlayıb məsələ barəsində məlumat verdik və münasibət bildirmələrini istədik. Fərid bəy bununla bağlı ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə əlaqə saxlamalı olduğumuzu bildirdi. Yəni, aidiyyatı qurum məsələdən yayındı. El dili ilə desək, "yaxasını kənara çəkdi". Bundan sonra ATU-nin mətbuat xidmətinin rəhbəri Günel xanım ilə telefon əlaqəsi saxladıq. Günel xanım məsələni araşdırıb, sonra bizimlə əlaqə saxlayacağını bildirdi. Aradan qısa zaman keçdikdən sonra Günel xanım təkrar bizimlə əlaqə saxladı və bildirdi ki, "sözügedən tibb müəssisəsinin baş həkimi Leyla xanıma yaxınlaşın, məsələdən xəbəri var. O özü gərəkən açıqlamaları verəcək ". Ertəsi gün əməkdaşlarımız baş həkim Leyla xanımla görüşmək üçün müəssisədə oldular.

Yeri gəlmişkən, onu da əlavə ki, müəssisə rəhbərlərinin də bir "müqəddəs" ifadəsi var: -"İş olan yerdə nöqsan olur". "Nöqsan" dedikləri də barəsində çoxsaylı şikayətlərin olduğu korrupsiya və özbaşınalıqlardır.

Odur ki, Leyla xanımın da mövzuya münasibəti bundan fərqli olmadı
Məsələni dinlədikdən sonra Leyla xanım məsələdən xəbərdar olduğunu bildirib və bu məsələnin həllinin (ört-basdır etməyimizin) qeyri-rəsmi yollarını soruşub. Əməkdaşlarımız bu kimi " həll yolları"nın bizə aidiyyatı olmadığını qəti şəkildə bildirdikdən sonra, baş həkim "dilucu" mövqe bildirib.
- "Məsələdən xəbərdarıq. Aradan qaldırılması üçün müəssisədə qeyri-qanuni pul alan şəxslər barəsində tədbirlər görüləcəkdir."

Qeyd: Yeri gəlmişkən, sözügedən məsələ ilə bağlı redaksiyamıza daxil olmuş videogörüntülər və məlumatlar "DogruXeber.az" tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna da göndərilib.

Biz görülən tədbirlər barəsində redaksiyamızın da məlumatlandırılmasını müraciətimiz zamanı xahiş etmişdik. Daha hansı tədbirlərin görüldüyünü, ümumiyyətlə görülüb -görulmədiyini deyə bilmərik. Açığı, redaksiyamıza bu barədə məlumat verilməlidiyinə görə, hər hansı tədbirin görüldüyünü düşünmürük də. Elə məhz bu cür laqeydliyin, ya da bu kimi məsələlər ört-basdır edildiyinin nəticəsidir ki, bu gün Azərbaycan səhiyyəsində, eləcə də onlar kimi laqeydlik göstərən digər dövlət qurumlarında heç nə düzəlmir. Əksinə, problemlər günü-gündən daha da artır.

Səhiyyə Nazirliyinin bu cür problemlərə laqeyd yanaşmalarından da belə başa düşdük ki, səhiyyəmiz belə gəlib, belə də gedəcək.

İstər səhiyyə, istər təhsil sahəsində yenilikləri yalnız alınan rüşvət məbləğinin artmasında görürük ki, bu da qiymət artımı ilə əlaqədardır. Hər halda rüşvət alan həkimlər və məktəb direktorları belə deyir.

Məsələn, xəstə, yaxud xəstə yaxını dövlət xəstəxanasında həkimə 5 (beş) manat uzadanda, həkim "5 manat nədir, mənə verirsən? Sən 5 manatla dolana bilirsən hər şeyin od qiymətinə olduğu bu dövrdə" deyə, irad bildirir.

Amma, qınamaq da olmur. Atalar yaxşı deyib, "Balıq başdan iylənər".

Baxın !

Xəstə övladının müalicəsinə köməklik göstərilməsi üçün Birinci vitse-prezident Mehriban Əliyevanın Səhiyyə Nazirliyinə göstəriş verdiyi halda Səhiyyə Nazirliyinin səlahiyyətli əməkdaşlarından biri olan Aynurə Zeynalova ataya deyib, - "Dövlət sənin uşağını müalicə etməyə borclu deyil".

Bu hal ataların başqa bir məsəlini xatırlatdı. Deyir, - "Ağanın malı gedir, nökərin canı çıxır". İndi, dövlət büdcəsinin pulundan sənə nə, ay Aynurə xanım.

Özü də çox maraqlıdır, bu xanım hansı ixtiyarla dövlət adından danışır?

Yeri gəlmişkən, bildiririk ki, övladı ağır xəstə olan və müalicəsi üçün külli miqdarda vəsait lazım olan çarəsiz ata, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun, Vənənd kənd sakini Hüseynov Nihal Məmmədbağır oğlu "DogruXeber.az" informasiya agentliyinə müraciət edib. Müraciəti əsasında agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanan, "Kamalın zamanı" verlişində oldu və yaşadığı problemləri danışdı.

Nihal Hüseynovun bildirdiyinə görə iki yaşlı oğlu Uğur Hüseynov anadangəlmə xəstədir. Azərbaycanda müalicəsi mümkün deyil. Hazırda Türkiyənin Ankara şəhərində dünyaca məşhur xəstəxanalardan birində əməliyyat olunmasını gözləyir. İlik köçürülməlidir və bu əməliyyatın həyata keçirilməsi üçün 150.000 dollar pul tələb olunur.

Əslində bu barədə uzun yazıb, vaxtınız almaq istəmirik. Aşağıdakı linkdə Nihal Hüseynov özü hər şeyi ətraflı danışıb zatən.

Nihal Hüseynovun hər dəqiqəsi ölümə doğru yaxınlaşan, həkimlərin əməliyyat olunmazsa, həyatını itirməsinə sayılı günlər qaldığını dedikləri iki yaşlı körpəsi üçün bir neçə müddətdir nə çətinliklər yaşadığı və hazırda da yaşamağa davam etdiyini yəqin valideyin olan hər biriniz təsəvvür edirsiniz?!

Allah heç bir valideyinə övlad acısı yaşatmasın.
Amin.

Dəyərli oxucularımız, söhbət bir candan, canlıdan, üstəlik də körpə candan gedirsə ürəyində insanlıq, mərhəmət hissi olan heç kim buna biganə, etinasız yanaşa bilmir. Əksinə hər kəs əlindən gəldiyi qədər köməklik göstərməyə çalışır. Necə ki, Nihal Hüseynovun adını çəkdiyi "tik-toker"lər də bacardıqlarını etdilər və digər vətəndaşlarla əlbir olub topladıqları yüksək məbləğlə ailəyə xeyli dəstək oldular.

Kaş ki, həmin şəxslərdə olan mərhəmət hissləri Nihal Hüseynovun kömək üçün müraciət etdiyi səlahiyyətli şəxslərdə olsaydı...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun qəbuluna düşmək sən demə müşkül məsələ imiş. Odur ki, Nihal Hüseynovu dinləyən səlahiyyətli şəxsin güya kömək məqsədilə irəli sürdüyü təklifi də sözün əsl mənasında gülünc olub. Lap Molla Nəsrəddinin "ağcaqanadı öldürmək üçün, tutub gözünə kül tökmək lazımdır" "məsləhət"i kimi.

Sözə baxın, "Sən həkimi gətir bura, biz burda müalicə etdirək. Ya da sən pulunu topla, axırda 3-5 min çatışmasa, biz o zaman sizə kömək edərik ".

Buna bənzər elin bir sözü var, "get, tapanda gələrsən "

Nihal Hüseynovun redaksiyamıza bildirdiyinə görə, birinci Vitse-prezidentə müraciət edildikdən sonra dərhal Səhiyyə Nazirliyinə kömək etməsi üçün tapşırıqlar verilib.

Amma, Səhiyyə Nazirliyi tərəfindən Türkiyədəki xəstəxanaya bu qədər məbləğ çox olduğunu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu qədər məbləği ödəmək iqtidarında olmadığı bildirilib. Uğurun səhhəti isə hər gün daha da pisləşməyə doğru gedir və həyati təhlükəsi daha da artır. Türkiyədəki həkimlərin dediyinə görə indi zaman 2 yaşlı körpə, məsum Uğur balanın "əleyhinə işləyir".

Hər gün yeganə övladını itirmək qorxusu ilə hər dəqiqə həyəcanı, ürək çırpıntıları artan bu valideynlər, görünür Səhiyyə Nazirliyinin Aynur Zeynalova kimi səlahiyyətli əməkdaşları üçün hər gün narazı saldıqları minlərlə vətəndaşlardan biridir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Baku City Hospital"da görün, NƏ İŞLƏR ÇEVRİLİR... - GİLEY


Redaksiyamıza Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi 26 A ünvanda yaşayan Cəfərov Vasif Ağamusa oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova və surəti “Təzadlar” qəzetinə ünvanlı müraciət daxil olub. Vasif Cəfərovun dövlət başçısına və digər qrumların rəhbərlərinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli cənab Prezident!

Mən dərdli bir ata kimi Sizə böyük ümidlə müraciət edirəm. Bu müraciətimdə mən Sizin xalqımızın mənafeyi və rifahı üçün apardığınız uğurlu siyasətə və nəhəng işlərə kölgə salan məmurlar barədə məlumat vermək istəyirəm. Beləki mən böyük haqqsızlıqla üz-üzə qalmışam. Gənc qızımı şikəst edən haqsızlıqlar barədə dəfələrlə ölkə məmurlarına və dövlət qurumlarının rəhbərlərinə müraciət ünvanlamışam. Amma bütün bunlara məhəl qoyan tapılmır. Ümidim ancaq Sizədir.

Qısa olaraq bildirim ki, 19.04.2021 tarixində aeropot yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı qızım və nəvəm həyatını itirdi. Hadisə zamanı ağır xəsarət alan digər qızım Cəfərzadə Fidan Vasif qızı isə, 3 saylı şəhər xəstaxanasına yerləşdirildi. Vəziyyətinin ağırlığını nəzərə alaraq, xüsüsi təcili tibbi yardım maşını vasitəsi ilə qızımı “Baku City Hospital”a yerləşdirdik. Xəsdəxanada olduğu müddətdə bu tibb müəssiəsinə 21 min manat civarında pul ödəmişəm. Dəriman vasitələrinin alınmasına isə 12 min manat miqdarında pul xərcləmişəm. Müalicə müddətində Baku City Hospitalın maliyyə bölməsindən aldığım maliyyə hesabatlarında dəfələrlə artıq məbləğin yazıldığının şahidi oldum. Hər dəfə müraciətdən və uzun izahatlardan sonra haqlı olduğum aydın oldu və artıq məbləğlər hesabdan silindi. Ancaq bu hospitalda olan özbaşınalıq bununla bitmədi. Övladım ağır kəllə-beyin travması aldığından nəfəs almanı rahatlaşdırmaq məqsədi ilə planlı traxeostomiya əməliyyatının aparılması qərarına gəlindi. 28.04.2021 tarixində əməliyyat aparıldıqdan sonra, nəfəs vermə təmin edildi. Amma bu müddətdən sonra mənə ətraflı məlumat verilmədi. Yalnız 19.05.2021 tarixində əməliyyat zamanı səhvən qida borusunu zədələdiklərini etiraf etdilər. 19.05.2021 tarixində bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskop edildi. Uzun müddət bu müayinələrin cavablarını gizlədirlər və yalnız məhkəmə qərarı əsasında City hospitaldan məcburi qaydada alındı. Qeyd edim ki, əməliyatda baş vermiş səhv nəticəsində qızımın 19.05.2021-05.06.2021 aralığında əlavə olaraq, reanimasiyada yatması aparılıb. Bu xəstəxanın səhvinə görə əlavə olaraq qızım reanimasiyada yatırdılıb.

Baku City Hospitalın rəhbərliyindən əməliyyatda səhvə yol vermiş cərrahın cəzalandırılmasını və vurduğu ziyana görə qızımın öz hesablarına əməliyyat etdirmələrini tələb etdim. Əvvəlcə Baku City Hospitalın baş həkimi Bayram Qorçiyev əməliyyata kömək edəcəklərini bildirsə də, sonradan telefon zənglərinə cavab verməyərək tələblərimi qulaq ardına vurdu. Qızımın həyatı təhlükəsini nəzərə alaraq, 05.06.2021 tarixində həmin hospitaldan çıxarmaq qərarına gəldim. Bir müddət bu əməliyyatı edə biləcək həkim axtarışı etdim və Bakı Sağlamlıq Mərkəzində qida və nəfəs borularının bərpası əməliyyatını icra etdirdim. 18.06.2021 tarixində Arif Ağayev tərəfindən aparılan qida borusunun bərpa əməliyyatına isə 12 min manat miqdarında ödəniş etmişəm. Bütün bu ittihamlara cavab vermək üçün Baku City Hospitalın rəhbərliyinə 14.06.2021 tarixli rəsmi müraciət ünvanladım. Amma hospital rəhbərliyi Vətandaşların Müraciəti Haqqında Azərbaycan Respublikasının qanunlarını pozaraq rəsmi cavab vermədi. Bütün bunlardan sonra Nərimanov Rayon Prokrorluğuna əməliyyatı icra etmiş həkimə qarşı cinayyət işinin açılması üçün ərizə ilə müraciət etdim. Nərimanov Rayon Prokrorluğuna Baku City Hospitalda baş vermiş özbaşınalıqdan şikayət etmişdim və övladımın qida borusunu səhvən kəsən həkim barəsində cinayyət işinin açılmasını xahiş etmişdim. Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən işin araşdırılması böyük köməkçisi Fəhmin Həsənova həvalə edilmişdi. Nərimanov Rayon Prorkrorluğunun müstəntiqi Fəhmin Həsənovun 01.09.2021 tarixli qərarından Nərimanov Rayon Məhkəməsinə şikayət verdim. Tural Ələkbərovun hakimlik etdiyi məhkəmə iş üzrə yekun qərar verildi. Nəticədə Fəhmin Həsənovun işə düzgün yanaşmadığı və düzgün qərara gəlmədiyi məlum oldu. 16.09.2021 tarixində Nərmanov Məhkəməsinin hakimi Tural Ələkbərovun qərarı ilə iş təkrar araşdırılmaya qaytarıldı. Mütəntiqin işə düzgün yanaşmadığı və səriştəsizlik etdiyi orataya çıxdı.

Nərimanov Rayon Prorkrorluğunun müstəntiqi Fəhmin Həsənov iş üzrə növbəti qərarını 25.10.2021 tarixində verdi. Müstəntiqin növbəti qərarı da eyni aqibətlə üzləşdi. Nərimanov Rayon Məhkəməsinə şikayət verdim. Hakim Hafiz Kamranovun sədirlik etdiyi işdə yekun qərar verildi. İş yenidən istintaqa qaytarıldı.

Növbəti dəfə Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən işin araşdırılması müstəntiq Aytəkin Əhmədovaya həvalə edilib. Aytəkin Əhmədova 04.03.2022 ci il tarixində iş üzrə qərar vermişdi. Həmin qərar 18.05.2022 tarixində rəsmi qaydada mənə təqdim edildi. 20.05.2022 tarixində Aytəkin Əhmədovanın 04.03.2022-ci il tarixli qərarından Nərimanov rayon məhkəməsinə şikayət verdim. Amma çox maraqlı bir hal ilə üzləşdim. Belə ki, məhkəmənin ikinci baxış iclasında Aytəkin xanım Nərimanov rayon prokroru Hidayət Nuribəlibəyovun 25.04.2022-ci il tarixli qərarını təqdim etdi. Bu çox təəcüblü bir hal idi. Əgər 04.03.2022-ci il tarixli qərar 25.04.2022-ci ildə ləğv edilmişdi isə və 28.04.2022-ci il tarixli qərar verilmişdirsə hansı səbəbdən Aytəkin Əhmədova mənə 18.05.2022-ci il tarixində ləğv edilmiş qərarı təqdim edirdi. Digər tərəfdən 04.03.2022-ci il tarixli qərardan 20.05.2022-ci ildə şikayət etdiyim halda hörmətli prokror necə 1 ay öncə ləğv qərar verib. Yəni prokror çox uzaqgörən olub və mənim 20.05.2022-ci ildə şikayət verəcəyimi bilirmiş?. Digər tərəfdən 24.05.2022-ci İldə Hidayət Nuribəlibəyovun qəbulunda olub 04.03.2022-ci il tarixində verilən qərar barədə iradlarımı bildirmişəm. Prokuror isə öz növbəsində Atəkin Əhmədovanı yanına dəvət edərək şikayətimi onunla birilikdə dinlədi. Əgər hörmətli prokrur qərarı ləğv etmişdi isə niyə həmən vaxtı Aytəkin Əhmədov yeni qərarını təqdim etmirdi? Belə qənyətə gəlmək olar ki, hörmətli prokror iddia tərəfinin şikayətindən 1 ay öncə köhnə tarixlə qərar verib Ginnesin Rekordlar kitabına düşmək isdəyib. Bu fakt özü göstərir ki, Nərmanov rayon prokrorluğu vətandaşın hüquqlarının bərpası əvəzinə 1 ildir Bakı City hospitalda olan özbaşınalığı ört-basdır etmək üçün bütün vasitələrə əl atır. Düşünürəm ki, bu iş məntiqi olan sadə vətəndaşa verilsəydi artıq məntiqi sonluğunu tapmışdı. Görün Aytəkin xanım nə qədər tələsibsə rəhbərinin qərarını belə öz qərarına salmağı unudub.

Hörmətli cənab Prezident!

Müraciət zamanı müstəntiqə aşağıdakı faktlar təqdim edilib.

Baku City hospitalın 05.06.2021 tarixli epkirizi.
EGE Hospitalda hospitalın 14.06.2021 tarixli Endoskopiya rəy.
3 saylı Şəhər xəstəxanasının epikrizi.
Baku City Hospitalda 19.05.2021 tarixində aparılan bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın rəyi (Bu rəy Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı əsasında City Hospitaldan Məcburi qaydada alınıb və aytəkin Əhmədovaya təqdim edilib).
Arif Ağakişiyevin xəstə üzərində əməliyyatı zəruri edən səbəblərə dair rəyi alınaraq üçün məhkəmə-tibbi ekspert qrupuna təqdim edilməsi üçün Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı.
Maliyyə pozuntularına dair maddi sübutlar.
Bütün bunlara baxmayaraq, müstəntik işə yenə də düzgün yanaşmayıb və qondarma bir qərar çıxarıb. Qərərın tam qanunsuz və deyərdim sifarişli olduğunu təsdiq edən faktları bir-bir qeyd etmək istərdim:

Qərarda traxeostomiya əməliyyatını icra etmiş həkim Rəşid Əliyevin izahatı yer alıb. İzahatda qeyd edilir ki, güya qızımın qida borusu qəza zamanı zədələnib. Halbu ki, 3 saylı Şəhər xəstəxanasının tərtib etdiyi epikirizdən də açıq aydın görünür ki, bu iftiradır. Yəni həkim yalan ifadə verib. Yalan ifadə vermək qanunverciliyin tələblərinə görə məsuliyyət yaradır. Müstəntiq isə açıq aşkar görünən yalan ifadəni diqqətə almayıb. 15.04.2022-ci il tarixli 150/MEŞ saylı ekspertiza rəyindən də qida borusunun qəzada zədələnmədiyi təsdiqini tapıb. Yəni Rəşid əliyev yalan ifadə verdiyi digər faktlada sübutunu tapır. Bu səbəbdən Rəşid Əliyev yalan ifadə verməyə görə ittiham olunmalıdır. Aytəkin Əhmədova bu faktı görməyib?
Baku City Hospitalın əməkdaşı Könül Şahməmmədova iş üzrə izahat verərək qeyd edib ki, güya 3 Saylı Şəhər xəstəxanasında aparılan əməliyyatlar barsində onlara məlumat verilməyib. Halbuki Şəhər xəstəxanasının təqdim etdiyi epikiriz birbaşa Könül xanımın özünə təqdim edilib.
Könül Şahməmmədova iş üzrə verdiyi izahatda bizə reanimasıya xərcləri üçün 50-70 faiz güzəştlərin edildiyini bildirib. Bununda heç bir hüquqi əsası yoxdur və yalandır. Qızım Baku City hospitalda müalicə olunduğu müddətdə maliyyə hesabatları alınıb. Bu hesabatlar müstəntiqə təqdim edilib və burada heç bir endirimin edilmədiyi faktı göz önündədir. Bir sözlə Könül xanım da istintaqa yalan ifadə verməkdən çəkinməyib.
Müstəntiq Aytəkin Əhmədova qərar verərkən MTE və PA birliyinin 30.08.2021 tarixli 725-Ş-21 saylı ekspert rəyinə istinad edib. Hansı ki, bu rəyin düzgün suallar əsasında alınmadığı və müstəntiq Fəhmin Həsənovun işə düzgün yanaşmadığı Nərmanov Məhkəməsinin hakimi Tural Ələkbərovun verdiyi qərarda öz əksini tapıb.
Müstəntiq Aytəkin Əhmədova qərar verərkən MTE və PA birliyinin 22.10.2021 tarixli 524 saylı ekspert rəyinə istinad edib. Hansı ki, bu təkrar rəyində düzgün suallar əsasında alınmadığı və müstəntiq Fəhmin Həsənovun işə düzgün yanaşmadığı Nərmanov Məhkəməsinin hakimi Hafiz Kamranovunverdiyi qərarda öz əksini tapıb.
6.Qərarda Bakı Sağlamlığ Mərkəzinin həkimi cərrah Arif Ağayevin izahatı yer alıb. Arif Ağayev Baku City hospitalda işləyən həmkarlarını qoruyacaq izahat verib. Əslində bu izahatdan çox həmkərlarını qoruyacaq ekspert rəyidir. İzahatda qeyd edilir ki, nəfəs və qida arasındakı dəliyin yaranması uzun müddət komotoz vəziyyəyin nəticəsidir. Qeyd etmək istəyirəm ki, Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova Arif Ağayevin əməliyyatı zəruri edən səbəblərə dair rəyinin alınması üçün qərardad çıxarmışdı. Arif Ağayev Məhkəmə-Tibb eksperti olmadığını əsas gətirərək bundan imtina edib. Sual yaranır nə yaxşı indi həmkarlarının xeyrinə rəy vermək eşqinə düşüb?

Hörmətli cənab Prezident!

Qeyd edim ki, 11.02.2022-ci il tarixində Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatında olan maddi və mənəvi ziyanın ödənilməsinə dair iş üzrə Baku Sağlamlığ Mərkəzinin həkimi Arif Ağayevin izahatına aşağıdakı şəkildə etiraz bildirmişəm: "Baku Sağlamlığ Mərkəzi tərəfindən təqdim edilmiş rəydə Arif Ağayevin izahatı yer alıb. İzahatda qeyd edilir ki, əməliyyatı zəruri edən səbəblər ailəsinə izah edilmişdir. Qeyd edim ki, bu rəy ekspertiza rəyi verilməsi üçün məhkəmə-tibbi ekspertiza qrupuna təqdim ediləcək. Ailəsinə bildirilib kimi ifadə ekspert qrupuna neçə təqdim ediləcək? Bu sözlər Arif Ağayevin həmkarlarını qorumaqdan başqa bir şey deyil. Arif Ağayev əməliyyatı zəruri edən səbəbin qızımın həyatı təhlükəsinin olduğunu və təcili əməliyyat edilməyəcəyi təqdirdə həyatını itirə biləcəyini deyib. İndi isə Arif Ağayev məhkəmə qərardadını heçə sayaraq izahat verib. Bu həkimin məhkəmə hakimiyyətini tanımamasından və ya məhkəmələrimizdə olan boşluqdan irəli gəlir? Məhkəmə qərarları hər bir şəxs və ya qurum üçün məcburidir. Arif Ağayevin qərardadın tələbini yerinə yetirmməsi hansı qanuna uyğundur? İnanıram ki, Nərimanov Rayon Məhkəməsi verdiyi qərardadın tələblərinin yerinə yetirməsi üçün müvafiq xəstəxanaya və həkimə göstəriş verəcəkdir".

17.02.2022-ci il tarixində Baku Sağlamlığ Mərkəzi tərəfindən aşağıdakı tərkibdə cavab almışam: "Sizin Bakı Sağlamlıq Mərkəzinə daxil olmuş elektron müraciətinizə baxılmışdır. Müraciətinizdə qeyd edilən məsələ hazırda məhkəmə araşdırmasında olduğundan, məsələnin həmin müstəvidə həll edilməsini tövsiyyə edirik. Eyni zamanda bildiririk ki, prosessual qanunvericiliyə əsasən rəy bildirmək səlahiyyəti ekspert və ya mütəxəssis qismində cəlb edilən şəxslərə aiddir. Bu səbəbdən də Bakı Sağlamlıq Mərkəzi tərəfindən həkim Arif Ağayevin yazılı izahatı və xəstənin sağlıq durumunu əks etdirən epikriz artıq məhkəməyə təqdim edilmişdir".

16.06.2021 tarixində Bakı Sağlamlığ Mərkəzinin həkimi cərrah Arif Ağayevə müraciət edik. Arif Ağayev təcili əməliyyat edilməyəcəyi təqdirdə qızımın həyatını itirə biləcəyini qeyd etdi. Dərhal xəstəxanaya yerləşdirərək əməliyyata hazırladı. 18.06.2022 tarixində də əməliyyat icra edildi. Gördüyünüz kimi, özü də izahatında qeyd edib ki, nəfəs borusu daraldığında boğulurdu. Arif Ağayev bugün sözünü danır. Arif Ağayevidə vicdanı ilə baş-başa buraxıram. İnanıram ki, müstəntiqlərimiz yalan ifadə verənlərin qanun qarşısında cavab verməsini təmin edəcəklər.

Arif Ağayev bu patalogiyanın beynəlxaq təsnifata salındığını qeyd edib. 1,5 sm kəsiyin hansı beynəlxaq təsnifatda yazıldığını qeyd etməyib. Həmçinin beynəlxaq təsnifatda bu patologiyanın az qala əlifbaya sıqmayacaq sayda adı var. Qınamıram yəqin Arif həkim 1,5 sm olan kəsiyi beynəlxaq təsnifatda adlandırmağa hərif tapmayıb.
15.04.2022-ci il tarixli 150/MEŞ saylı ekspertiza rəyində qeyd edilib ki, güya qızımda boğulmlar olmayıb. Bu faktda cəfəngiyyatdır. Halbuki Arif Ağayev qızımın təcili əməliyyat edilməyəcəyi təqdirdə bğğularaq həyatını itirə biləcəyini qeyd edib. İndi sözünü danır. Hətta məhkəməni qərardadını heçə sayaraq əməliyatı zəruri edən səbəblərə dair rəyi əvəzinə izahat verir. İzahatda qeyd edir ki, əməliyyatı zəruri edən səbəblər ailəsin izah edib. Bununla Arif Ağayev ekspertlərin də düzgün qərara gəlməsinə əngəl olub.
Təqdim etdiyim faktdan da gördüyünüz kimi Baku City Hospitalda 19.05.2021 tarixində aparılan bronxoskopiya+biopsiya və Ezofaqoqastroduodenoskopiyanın rəyini gizlədirdi. (Bu rəy Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın xüsusi qərardadı əsasında City Hospitaldan Məcburi qaydada alınıb). Qızımın vəziyyətinin ağırlığını nəzərə alaraq, 14.06.2021 tarixli EGE Hospitalda Endoskopiya etdirdim. Nəticədə qida borusunda deşik olduğu ortaya çıxdı. Bayram həkim məni çağıraraq heç yerə şikayət etməməmi xahiş etdi və Vicdanına and içdi ki əməliyata köməklik göstərəcək. Əməliyyatdan sonra telefonlarıma cavab vermədi və Vicdanına and içdiyini unutdu. Məndə onu öz vicdanı ilə baş-başa buraxıb hüquq muhafizə orqanlarına müraciət etdim.
Qeyd edim ki, traxeostomiya əməliyyatı 28.04.2021 tarixində aparılıb. 19.05.2021 tarixində isə qida borusundakı dəliyin olduğu məlum olub. Yəni burda uzun müddətdən sövbət gedə bilməz və bu həkim səhlankarlığının nəticəsidir. Bu faktın ortaya çıxmaması üçün Baku City Hospital 19.05.2021 tarixli analizin nəticələrini gizlədirdi və yalnız məhkəmə qərardadı iləməcburi qaydada ortaya çıxarılıb.
Nərmanov Rayon prokrorluğunun müstəntiqi Aytəkin Əhmədova 28.04.2022-ci il tarixli qərar mənə göndərildiyini deyir. Maraqlı deyilmi şəhər daxilində poçt göndərişi 2 ay müddətinə çatdırılır?
13.Nərmanov Rayon Məhkəməsinin iclas barədə bildirişi poçt vassitəsi ilə 1 həftə müddətinə çatdırıldığı halda qərarın poçtla gəlməsinin 2 ay götürməsi maraqlı deyilmi?

Bütün bu faktlar göstərir ki, Nərimanov rayon prokroru yalnız 24.05.2022 tarixində məni qəbul etdikdən sonra belə bir qərara gəlib. Yalnız qərarə köhnə tarixə qeydiyyat edib.
Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov 25.04.2022-ci il tarixli qərarının nə bir nömrəsi var nə də Mənim Aytəkin xanımın 04.03.2022-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayətimin olub olmamasına dair bir fakt.
Əgər 28.04.2022-ci tarixli qərar var idisə bu halda 24.05.2022-ci il tarixində Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov məni qəbul edərkən Aytəkin Əhmədovaya hansı səbəbdən suallar əsasında ekspertiza rəyi alıb qərara salmadığını irad tuturdu. Bu fakt bir daha sübuta yetirir ki, prokrorluq işini düzgün qurmur və köhnə tarixə qərar verərək özünü vəziyyətdən çıxarmağa cəhd edir.
27.05.2022-ci il tarixli məhkəmə baxışı olub. Əgər Aytəkin xanımın 28.04.2022-ci il tarixli qərarı var idisə hansı səbəbdən məhkəmə iclasında təqdim edilmədi? Yəni prokrorluq köhnə tarixə sənət hazırlamaq üçün növbəti iclasa qədər vaxt götürdü.
Hörmətli cənab Prezident!

Göstərilən faktları nəzərə alaraq aşağıdakıları xahiş edirəm:

Nərmanov Rayon Məhkəməsindən Nərimanov Rayon Prokrorluğunun müstəntiqi Aytəkin Əhmədovanın 28.04.2022 tarixli (390-C-21) qərarı ləğv edilməsi haqqında qərar çıxarmasını xahiş edirəm.
Cərrah Rəşid Əliyevin yalan ifadə vermə faktının arşdırılması üçün tədbir görülsün.
Bərpa əməliyyatını icra etmiş Arif Ağayevin də istintaqa təzadlı ifadə verməsi və məhkəmə qərarına məcburi qaydada əməl edilməsi barədə arşdırılma aparılması üçün göstəriş verilsin.
İşin Nərimanov Rayon Prokrorluğundan alınaraq yuxarı prokrorluq orqanının icraatına verilsin.
Fuad müəllim, rəsmi qaydada Sizin qəbulunuza yazılmağımı təmin etməyinizi xahiş edirəm.
Əsaslandırma:

Maddə 212. Cinayət işinin başlanmasının rədd edilməsi

212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.

Hörmətli Asif müəllim, Sizdən xahiş edirəm, müraciətimi ictimailəşdirərək məsələnin həllində mənə köməklik edəsiniz.

Əvvəlcədən Sizə dərin təşəkkürümü bildirirəm!” //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Siyəzənin başçısı dostunun pullarını necə mənimsədi... - "İiki dəfə görüşmüşük, deyir qaytaracam..."


Goranboy rayon sakini, uzun illər dövlət qulluqçusu kimi vacib vəzifələr tutmuş Firəddin Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlı şikayət ərizəsinin bir surətini də redaksiyamıza göndərib. O, şikayət ərizəsində hazırda Siyəzən rayon İcra Hakimiyyətinin başçısı olan, az əvvəl Goranboyun və Şabranın İH başçısı işləmiş Novruz Novruzovun onun nəvəsini işlə təmin etmək adı ilə 20 min manat pul aldığını, lakin vəd etdiyi işi həll elmədiyini, bu günədək də aldığı pulu qaytarmadığını yazır.

Məsələnin ciddiliyini nəzərə alıb F.Hacıyevlə telefon əlaqəsi saxladıq. O, şikayət ərizəsində yazdığı faktlara başı ilə cavabdeh olduğunu bildirərək əməkdaşlarımızı Goranboya dəvət edib geniş videomüsahibə vermək istədiyini bildirdi.

***

…Goranboyda olarkən məlum oldu ki, adı çəkilən pulun verilməsinin şahidi də var və o, uzun illər polis orqanlarında çalışmış Cəfərov Uğur Əhməd oğludur. O da bu barədə danışmaq istədiyini bildirdi və əməkdaşlarımızın iştirakı ilə hər ikisindən geniş sual-cavablı videomüsahibə götürdük. Təqdim ediləcək.

***

Onu da deyək ki, videomüsahibədə pulun verilməsi ilə bağlı zərərçəkmiş Firəddin Əsgərovun şikayətini bir neçə ay əvvələdək araşdırmalı olmuş Xocalı rayon prokuroru (elə bu şikayəti araşdırmaq əvəzinə «Prokuorluq haqqında» Qanunun tələblərini kobud surətdə pozmuş, bu qanunsuz hərəkətlərə yol verdiyinə görə Daşkəsən rayonuna prokuror təyin edilmiş) Şahin İmanovun da adı çəkilir. KİV olaraq qarşı tərəflərin mövqeyini öyrənməyə çalışdıq. Əvvəlcə Siyəzən RİH-nin elektron poçtuna adı çəkilən şikayəti və videomüsahibənin mətnini göndərdik. RİH başçısı Novruz Novruzovdan xahiş etdik ki, məsələyə dair mövqeyini bildirsin. Qarşı tərəfdən cavab gəlmədi.

Siyəzən RİH-nin rəsmi saytındakı iş telefonlarına ardıcıl olaraq (bütün müavinlərin və şöbə müdirlərinin) zəng etsək də cavab verən olmadı. Məcbur olub başqa kanallarla Novruz Novruzovun, müavini Aqşin Ağayevin, digər müavin Təhminə Bəxtiyarovanın, Balabəy Balabəyovun, Xəqani Bəşirovun… mobil və dəqiq iş telefonlarını öyrəndik. Yalnız Aqşin Ağayev və Xəqani Bəşirovla danışa bildik. Onlara məsələni danışdıq, söz verdilər ki, icra başçısı Novruz Novruzova məlumat veriləcək.

Nəhayət, təxminən on günlük yazışma və zəngləşmələrdən sonra Siyəzən RİH-dən redaksiyanın elektron poçtuna iki cümləlik elektron məktub daxil oldu Siyəzən Rayon İcra Hakimiyyətinin adından (başçının adından yox) yazılmış elektron məktubda vətəndaşın şikayətinin Xocalı rayon Prokurorluğunda araşdırılığı və ətraflı məlumat öyrənmək üçün Xocalı rayon Prokurorluğuna müraciət etməyinizi məsləhət görürlər.

Biz də vaxtilə Xocalı rayon prokuroru işləmiş (atası Ədliyyə Nazirliyində məsul vəzifə tutur) və şikayətçini qəbul edərkən «Başçı mənim dostumdur, ondan nə istəyirsən???» deyə onu təhdid etmiş, Baş Prokurorluğa edilən şikayətlərdən sonra Daşkəsənə prokuror göndərilmiş Şahin İmanovla əlaqə saxlayıb məsələyə bir az da ətraflı aydınlıq gətirməkdəyik…

***

RƏSMİ ARAYIŞ: Novruzov Novruz Nəcəf oğlu, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır. 1954-cü il mayın 2-də Lerik rayonunun Zövnə kəndində anadan olmuşdur. 1971-ci ildə Yardımlı qəsəbə 1 saylı orta məktəbini, 1982-ci ildə Bakı Dövlət Universitetini, 1993-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.
1987-1995-ci illərdə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəssis, Lerik Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları şöbəsinin müdiri işləmişdir. 1995-2002-ci illərdə Lerik Rayon İcra
Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Prezidentin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.
***
Beləliklə, şikayəti yerində araşdırmaq üçün Goranboy rayonuna getməli olduq. Həmin video-müsahibənin mətnini təqdim edirik (müsahibənin videosuna «Tezadlar TV»nin YouTube səhifəsindən izləmək olar):
-Firəddin müəllim, redaksiyamıza göndərdiyiniz şikayətinizin ciddiliyini nəzərə alıb Göranboyda sizinlə görüşmək qərarına gəldik. Buyurun, icra başçısı Novruz Novruzovla bağlı 20 min manatlıq qalmaqal necə yaranıb? Əvvəlcə özünüzü təqdim edin zəhmət olmasa...
- Mən Əsgərov Firəddin Əfət oğlu, 1949-cu ildə anadan olmuşam. Uzun müddət dövlət qulluğunda rəhbər işdə çalışmışam.
-Novruz müəllimlə münasibətiniz əvvəllər necə olub?
-Biz Novruz Novruzovla çox yaxın olmuşuq, uzun illər bir yerdə çalışmışıq.
-Və sonradan aranızda problem yarandı...
-Bəli. Səbəbi bu idi ki, Novruz Novruzov Şabrana, ordan da Siyəzənə başçı getdi. Amma evi Ağcakənddə olduğundan, daim bu tərəflərə gəlirdi. Mən 2019-da, yəni o, Siyəzəndə İcra başçısı işləyərkən nəvəm Dövlət İqtisad Universitetini bitirməyə 6 ay qalmış idi, Novruz Novruzova müraciət etdim ki, olduqca savadlı uşaqdır, istəyirəm nəvəmi işlə təmin edəm. Ali təhsilini başa vurandan
sonra dövlət qulluğunda imtahan verər və s. Dedi ki, heç bir problem olmayacaq, köməklik edəcəm… Həmin vaxt da Goranboy rayon İH başçısının müavini yeri boş idi, hətta Novruz müəllim dedi ki, nəvəni əvvəl 2 aylığa təlimatçı kimi işə götürtdürəcəm, sonra daha məsul sahəyə verilər. Hətta bildirdi ki, sınaq müddətinə təlimatçı işləsin, sonar onu müavin qoyduracam. Bu sözün qarşısında ona minnətdarlığımı bildirdim. Dedim ki, dostuq, mən də ikiqat sizə hörmət edərəm... O,
dedi ki, Goranboya evə gələndə gəl, işi düzəltmək üçün nəsə lazımdır...
-Yəni, “nəsə lazımdır” deyəndə nəyi nəzərdə tuturdu?
-Hörmət eləməyi...
-Nə qədər?
-20 min manat... Mən də razılaşdım. O, Goranboya evinə gələndə, 2019-cu ilin sentyabrında, dedi ki, gəlirəm, Ceyhun müəllimlə (Goranboy RİH başçısının müavini.red.) əlaqə saxla… Evinə gəlirdi.
Orda özünün xüsusi evi vardı... Saat 13:30 radələrində bir yoldaş vardı, indi yanımda əyləşən Cəfərov Uğur Əhməd oğlu onda polis işçisi idi, dedim, gəl Novruz müəllimlə görüşüm var, gedib gələk. Yoldaşlı getdik Novruz müəllimin evinə. Darvazanı döydüm, bir qoca kişi çıxdı,
dedim, Novruz müəllim evdədir? Dedi, bəli. Novruz müəllim gəldi, görüşdük. Evə dəvət etdi, dedim, yox, sağ olun. Düşündüm ki, ailəli evdədir, istirahət eləsinlər. Dedim, pulu gətirmişəm. Gəldim maşına, Uğur Cəfərova dedim, «bardaçok”dan o bükülü pulu ver. Verdi, aparıb
Novruz müəllimə verdim...
-Sonra iş düzəldimi?
-Yox, iş düzəlmədi. 6 ay keçdi. Arada zəng vurub soruşurdum, deyirdi ki, düzələcək. Gördüm ki, bu iş düzəldənə oxşamır, dedim, ya işi düzəldin, ya da pulu qaytarın. Hətta bir dəfə ona mərkəzi poçtdan teleqram vurdum, poçtun müdiri də durur, sağdır, teleqram vurdum ki, son dəfə sizdən xahiş edirəm, bu məsələni bitirək.

-Yəni, pulu qaytar...
-Bəli, burda nə var ki?! Pulu qaytar... Və teleqramı özümə qaytartdı... Qəbul etmədi. Fakt kimi deyirəm ki, həmin teleqram poçtda da durur, surəti də özümdədir. Bu iş alınmadı, bu yaşımda, dost
olduğum, böyük hörmət etdiyim adamdan belə bir münasibət gördüm...
-Son sözü nə oldu, dedi, pulu qaytarmıram?
-Yox, dedi ki, qaytaracam...
-Bunu telefonda deyirdi, yoxsa özünüzlə görüşəndə dedi?
-Yox, görüşəndə... Sonuncu dəfə iki dəfə görüşmüşük, deyir qaytaracam,
amma qaytarmadı.
-Harda deyirdi?
-Siyəzəndə... Artıq Siyəzən İcra bşçısı idi... Novruz müəllimin əvvəldən pulu qaytarmaq fikri vardı, amma kimsə mane oldu... Mən də məcbur olub Prezidentə, DTX-yə, Prezident Aparatına və Baş
Prokurorluğa müraciət etməli oldum... Ordan da cavab gəldi ki, baxılacaq.
-Təxminən nə qədər vaxtdır?
-9 aydır. Nəticə yoxdur. Baş Prokurorluq şikayətimi göndərdi Xocalı rayon Prokurorluğuna. Orda da bizi danışdırdılar. Müstəntiq məni danışdıranda saat olardı 11:30 radələri, prokuror Şahin İmanov gəldi. Hazırda Daşkəsən rayon prokurorudur. Atası da Ədliyyə Nazirliyində işləyir, ədliyyə polkovnikidir. Mən yuxarı orqanlara şikayət verəndən sonra onun yerini Daşkəsənə dəyişməli oldular. Çünki böyük qanunsuzluq etmişdi.
-Prokuror nə etdi ki?
-Deməli, müstəntiq mənim izahatımı alanda prokuror onu çağırdı, getdi prokurorun yanına. Qayıdanda dedi ki, prokuror Şahin İmanov səni çağırır. Dedim, qoy hər ikimiz, yəni Uğur Cəfərovla ikimizin də izahatını alın, sonra prokurorun nə sözü var, desin. Qanun belə tələb edir. Nəhayət, məcbur olub prokurorun kabinetinə girdim. İçəri girəndə o mənə əyləşməyi təklif etmədi. Ayaq üstə dayanmalı oldum. Dedim, yəqin cavandı, etik qaydaları hələ öyrənməyib... Düzü onun bu rəftarını
görəndə özüm üçün nəticə çıxardım. Birbaşa qayıtdı ki, sən nə istəyirsən bu Novruz müəllimdən??? İzahat almadan verilən bu sual məni açmadı. Axı o nə bilir ki, mənim rəsmi tələbim nədir? Dedim, a kişi, sən özünü yığışdır, Dedim, məndən izahat almadan bu nə sualdır verirsən? Dedim, sən mənimlə niyə bu cür davranırsan?
-Nə dedi?
-Dedi, Ceyhun müəllim mənim dostumdur... (Goranboy RİH başçısının müavini.Red.).
-Ceyhun kimdir?
-Novruz Novruzovun pul yığanı. Bütün rayon bilir... Dedim, əgər elədirsə, izahat vermirəm. Gördü ki, vəziyyət o deyən kimi deyil, dedi, yaxşı get izahatını ver. Getdim izahat verməyə. Prrokuror ikinci
dəfə məni yanına çağırdı. Yenə eyni münasibət, eyni tələb. Vəziyyət-münasibət pisləşdi... Məcbur olub dedim, a kişi, sənin dədən-anan varmı? Dedi, var. Dedim, dədən-ananla belə rəftar edirsən?
Sən rayonun prokurorusan, sən məsuliyyətini başa düşürsən? Dedim, sən mənim şikayətimə bax, sonra özün bildiyin cavabı ver, qərarı qəbul et. Yoxsa, Novruz Novruzovdan nə istəyirsən, sualı nə deməkdir??? Sözümü dedim... Mən Baş Prokurorluğa ondan şikayətlər verdim. Başını götürüb,
Daşkəsənə getdi... Mən onun yanından çıxan kimi prokurorun qanunsuz hərəkətlərindən Prezidentə, DTX-yə, Baş Prokurorluğa teleqramlar vurdum. Əgər mən böhtan atıramsa, sübut edin və məni həbs edin. Amma həqiqət və sübutlar ortadadır, şahid var... Şikayətimdə yazdım ki, mənim ərizəmə Xocalı Prokurorluğunda baxılmasın. Yenə də şikayətlərimi göndədirlər ora. Hələ də nəticə yoxdur. Mən uzun illər dövlət vəzifəsində işləmişəm. Prezidentin çıxışlarına da diqqətlə qulaq
asıram, deyir ki, məmurlar xalqın xidmətçisidir. Şəxsən Novruz Novruzovda bunu görmədim.
-Biz KİV olaraq şikayətinizi qanun çərçivəsində araşdıracağıq...
-Bilirsiniz, Prezidentin çıxışlarını eşidəndə, regionlarda aparılan quruculuğu görəndə ürəyimiz açılır, amma bu məmurların belə hərəkətləri ümidimizi üzür. Söhbət o puldan getmir, söhbət mənəviyyatdan, məmurların ləyaqətindən, vəzifə borcundan gedir...
-Dediniz ki, hallalıqla, xoş niyyətlə verdiyiniz 20 min manat pulun Goranboyun keşmiş, hazırda isə Siyəzənin icra başçısı olan Novruz Novruzova verilməsinin şahidi, iştirakçısı Üğur Cəfərovdur. Uğur Cəfərov, siz nə deyə bilərsiniz?
-Cəfərov Uğurlu Təhməz oğlu, Kəlbəcər rayonundan məcburi köçkün. 1993-ci ildən Kəlbəcər işğal olunandan sonra, polis orqanlarında çalışırdım, gəldim Goranboy rayonuna. Hazırda da, burada yaşayıram. Allah Prezidentimizə uzun ömür versin, dövlətimizi qorusun. Amma belə məmurları görəndə məyyus oluruq. Dövlətin siyasətinə ləkə vururlar… Əsgərov Firəddin «Qaçqınkom»un uzun müddət Goranboy rayon şöbəsinin sədri olub. Bütün Kəlbəcər rayonundan olan köçkünlər, eləcə də Goranboyda elə bir adam yoxdur onu tanımasın, hamı da təmiz, xoş niyyətli bir insan kimi həmişə hörmətini saxlayıblar. O, hər bir kəsi öz dili ilə dindirib, kömək edib. Bir gün mənə dedi ki, gəl mənimlə gedək Ağcakəndə, keçmiş Şaumyan rayonuna. Yolda soruşdum ki, xeyirdimi? Dedi ki, nəvəmin işi ilə bağlıdır. Getdik... Ona kimi bilmirdim ki, Novruz Novruzov saxta sənədlərlə burada özünə ev də alıb. Deməli, məcburi köçkünün adına evi sənədləşdirib alıb, sonar Rusiya vətəndaşının adına keçirərək, sonra da özünün işçisi olan, Goranboy sakininin adına sənədləşmə apararaq Gənclər və İdman Nazirliyinin Goranboy rayon şöbəsinin rəisinin adına keçirib, sonra da
özəlləşdirib. Bundan sonra Novruz Novruzov həmin evi mənim qapıbir qonşuma 60 min manata satdı... Beləliklə, Firəddin Əsgərov darvazanı döydü, bir nəfər çıxdı, nəsə danışdı. Dedi, “bardaçok”dakı o pulu ver... Mən də verdim, apardı.
-Bildiniz nə qədər puldur?
-20 min idi... Apardı Novruz Novruzova verdi, qayıdıb gəldi... Sonra da pulun verilməsi ilə bağlı şikayətə mən də şahid kimi imza atmışdım. İş getdi çıxdı Xocalı rayon Prokurorluğuna. Mən polisdə işləmişəm, görmüşəm ki, şikayətlə bağlı zərərçəkənini və ya cinayəti törətməkdə şübhəli olanın izahatı alınandan sonra digər məsələlərə baxılır. Yəni, izahatdan sonra prokuror şikayətçini qəbul edər, yaxud rəis. Amma görməmişəm ki, izahat verilmədən prokuror şikayətçini çağırır ki,
Novruz Novruzovdan nə istəyirsən??? Belə qanun var??? Mənim bir çəpər problemim var idi, məni qəbul etmədi. Xeyir ola, indi başçının işinə görə məni qəbul edir? Məni çağırtdırdı ki, izahat ver. Dedim, ərizədə yazmışam ki, pul ayın neçəsi, saat neçədə, hansı küçədə... Novruz Novruzova verilib, get qanuni araşdırma apar. Mənə deyir ki, Novruz Novruzovu tanıyırsanmı, dedim, o burda 9 il başçı işləyib, niyə tanımıram... Prokuror məndən bu sözü eşidəndə dedi ki, bəs Novruz Novruzovun oğlu Dövlət Təhlükəsizlik Komitəsində işləyir… Mənə dedi ki, sən də dövlət adamısan, mən də, başa düş, Novruz müəllimin də oğlu MTN-də işləyir… Dedim, lap yaxşı. Dedim, cənab prokuror, Göranboyun keçmiş başçısı Nizaməddin Quliyevin bir oğlu Korrupsiya İdarəsində,
digəri MTN-də idi. Gördün necə tutdular. Mənə dedi, sən bizim adamsan, filan-filan… Dedim, söhbət 20 min manatdan gedir, bunu görmüşəm, bunu deyə bilərəm. Onun qanunsuz ələ keçirdiyi ev məsələsindən xəbərim yoxdur. Dedi, onun evi də var orda? Dedim, mənim xəbərim yoxdur…
Firəddin Hacıyev:
-O ev mənim iştirakımla verilib. Komissiyanın sədri «Qaçqınkom»un sədr müavini Elman müəllim olub. Adamın üstündə Allah var, Elman müəllim vermək istəmirdi. Mənə də dedi, dedim, mən mən imza ata bilmərəm. Çətin vaxt idi…
Uğurlu Cəfərov:
-Beləliklə, prokurorla çox çək-çevirdən sonra izahatımı yazdım… Sonra baxıram ki, mənim izahatımı saxtalaşdırıb.
-Necə saxtalaşdırıb?
-Mən latınca pis yazıram, amma krillə rahat oxuyub-yazıram. Mən danışdım, müstəntiq də yazdı. Sonra baxıram ki, ifadəmdə yazıb ki, guya mən Novruz Novruzovu tanımıram və s.
-Bəlkə də o pulun sizin üçün maddi əhəmiyyəti bir o qədər əhəmiyyət daşımır. Amma sizin aldığınız mənəvi zərbəni başa düşürəm. Sonda cənab Prezidentdən istəyiniz nədir?
-Prezidentimizə can sağlığı arzulayıram. Dünya görür ki, Azərbaycan nə işlər görür. Xahişim budur aidiyyəti qurumlara tapşırıq verilsin, Novruz Novruzov mənim 20 min manatımı özümə qaytarsın…
-İnanırıq ki, Novruz Novruzov nüfuzlu şəxsdir, bu video ictimailəşməmiş bu problemi həll edəcək…
-Mən də Sizə və redaksiyanıza minnətdaram ki, xahişimi nəzərə alıb şikayətimi yerində araşdırdınız.
(Bakı-Goranboy-Bakı)

«Təzadlar»ın Araşdırma Qrupu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Azərtikinti` MMC vətəndaşa QAN UDDURUR - NARAZILIQ VAR!


Elşən Əlinur yaşadığı mənzilin Azərtikinti MMC şirkəti tərəfindən qanunsuz olaraq söküldüyünü deyir.

O, gecə işdən qayıdarkən evinin yerində olmadığını, əşyalarının isə çölə atıldığını görüb.

Vətəndaş şirkətdən cavab tələb etdikdə isə qurum məsələni icra hakimiyyətinin üzərinə atıb.

Daha ətraflı süjetdən izləyə bilərsiniz:

Məsələ ilə əlaqədar bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO