[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA


Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.

Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan etdi ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik, bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

Məsələ ilə bağlı bir qədər araşdırma apardıq. İlkin əldə etdiyimiz məlumat o oldu ki, 1 milyon manat vəsaitin nəşriyyatın yaradılması üçün ayrılmasına Maliyyə Nazirliyi etiraz edib. Uzun müddət danışıqlar aparıldıqdan sonra QHT Şurası vəsaitin ayrılmasına nail olub. Sənədlər üzərində həmin vəsaitin konkret hansı şirkətə və ya quruma ayrılması, habelə tender keçirilməsi ilə bağlı ictimaiyyətə heç bir məlumat açıq olmayıb. Çünki “QHT Nəşriyyatı” yeni yaradılmamışdı, sadəcə mövcud olan nəşriyyatın adı dəyişdirilmişdi. Azay Quliyevin ailə dostu Rafiq Hüseynova məxsus “Əbdüloğlu Nəşriyyatı”nın adı dəyişdirilərək “QHT Nəşriyyatı” olub. Beləliklə, dövlət büdcəsindən ayrılmış 1 milyon manata bir neçə dəmir parçası alınaraq, külli miqdarda vəsait sənədlər üzərində silinib.

Əməkdaşlarımızın uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Orada qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.

Azay Quliyevin pafoslu şəkildə “QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.

Sual edirik: Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?

Ümid edirik ki, bu sualların cavablarını aidiyyəti qurumlar araşdırmaqla verəcəklər.

KONKRET.az
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR - Bir milyon manatlıq MAXİNASİYA
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Sabina`nı SATIN ALDI, amma QANUNLARA UYMUR... - NARAZILIQ VAR!


Azərbaycanda parfümeriya şirkətləri hədiyyə kartları sataraq istehlakçıları aldadır.

DİA.AZ xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a açıqlamasında vətəndaşlar məlumat verib.

Leyla Məhərrəmova adlı istehlakçı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2019-cu ildə keçmiş "Sabina" parfumeriya şirkətindən hərəsinin dəyəri 100 manat olan 6 ədəd hədiyyə kartı alıb. Həmin kartlara görə şirkətin Nərimanov filialında yerləşən mağazasına nağd şəkildə 600 manat ödəniş edib. 2022-ci ilin mart ayının 23-də "Sabina" parfumeriya şirkətinin Nərimanovda yeləşən mağazasına gedərək kart vasitəsilə seçdiyi məhsullara ödəniş etmək istəyərkən kassada ona kartların qüvvədə olmadığını bildiriblər.

Ona "qaynar xətt"lə əlaqə saxlamağı tövsiyyə ediblər. Oradan isə "Sabina" parfümeriya şirkətində hüquqi dəyişikliklərin baş verməsi səbəbindən, öhdəlikləri tam yox, qismən aldıqlarını bildiriblər. Vətəndaş bildirir ki, şirkət başqa sahibkar tərəfindən alındıqda qanunla bütün öhdəliklər, debitor və kreditor öhdəliklər yeni yaranmış şirkətə keçməli olsa da, "Sabina" şirkətinin yeni sahibi "Adore" şirkəti bu öhdəlikləri qəbul etmək istəmir. Dia.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Birliyə onlarla belə şikayətlər daxil olub. Onun sözlərinə görə, "hədiyyə kartları vasitəsilə istehlakçılar aldadılır. İllər öncə "İdeal" parfümeriya şəbəkəsi kart hazırlayaraq onu hədiyyə kartı adı ilə satışa çıxarır. Bu Azərbaycan manatının funksiyasını həyata keçirən bir kupondur. Bu infilyasiyaya təkan verir. Həmçinin kartlara yararlıq müddəti qoyulur. Kartı alan istehlakçıya həmin vaxt kartım müddətli olması barədə məlumat verilmədiyindən, kartın istifadə müddəti başa çatan kimi dəyəri olmur. Bu barədə bizə illər öncə müraciətlər daxil olub. "Sabina" parfumeriya şirkətinin rəhbəri vəfat etdikdən sonra "Sabina" və "İdeal" parfümeriya şirkətləri birləşərək "Adore" adı altında fəaliyyət göstərməyə başladı. Bundan sonra artıq "Sabina" parfumeriya şirkətindən də belə şikayətlər daxil olmağa başladı".

E. Hüseynov deyir ki, "Sabina" şirkətini alarkən "Adore" şirkəti əvvəl satılan kartlarla bağlı öhdəliyi qəbul etməyib. Bu isə istehlakçıların aldıqları hədiyyə kartlarının dəyərdən düşməsi deməkdir. Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti belə hallara demək olar ki, əhəmiyyət vermir. İstehlakçıların şikayət məktubuna cavabda onlara məhkəməyə müraciət etməyi tövsiyyə edir. Hökumətin, istehlakçı hüququnun pozulmasına nəzarət edən dövlət qurumunun bu siyasəti səhvdir. Biz buna etiraz edirik. İstehlakçıların hüquqlarının bu formada pozulmasına göz yumulması düzgün deyil. "Sabina" parfumeriya şirkətini alan "Adore" şirkəti öz məsuliyyətini nəzərə alaraq istehlakçıların hüququnu pozmamalıdır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə hədiyyə kartları ilə bağlı ünvanladığımız suallara cavab verəcəklərini bildirdilər.
`Sabina`nı SATIN ALDI, amma QANUNLARA UYMUR... - NARAZILIQ VAR!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Azpetrol" da müştərilərini BELƏ ALDADIR... - 45 litrlik çəlləyə 50 litr NECƏ YERLƏŞİR?


"Mənim Şikayətim Var" sosial qrupundakı paylaşımında "Azpetrol" yanacaq doldurma məntəqələrindən (YDM) giley edən Toğrul Əli adlı istifadəçi qəribə bir faktla üz-üzə qaldığını iddia edir.
"Azpetrol" da müştərilərini BELƏ ALDADIR... - 45 litrlik çəlləyə 50 litr NECƏ YERLƏŞİR?

DİA.AZ olaraq narazı vətəndaşın gileyini təqdim edirik: "Metronun "Koroğlu" stansiyasının yaxınlığındakı "Azpetrol" YDM-də mənim maşınımın (prius) çəlləyinin 45 litr tutmağına və içində də 2-3 litr benzin qalmağına baxmayaraq 48 litr benzin vurdular. Belə çıxır ki, müştərini 10% aldadırlar..."

Qeyd edək ki, anoloji halla başqa bir müştəri də üzləşdiyini bildirir.

Saleh Əlizadə adlı istifadəçi də bildirir ki, onun da maşnının benzin çəlləyinin 45 litr tutumunda olmasına baxmayaraq 50 litr benzin vurublar...
"Azpetrol" da müştərilərini BELƏ ALDADIR... - 45 litrlik çəlləyə 50 litr NECƏ YERLƏŞİR?

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İmişlidə vətəndaşın dili ağzında quruyur... - GİLEY


“Hər həftə 20 manat verib 8 tonluq su çənini doldururuq. Elə böyük ailələr var ki, suyu həftədə iki dəfə almalı olur. Bura kənd yeridir, kəndlinin də çörəyi torpaqdan, heyvandan çıxır. Əkin sahələri, heyvanlarımız su görmürsə, onlar məhv olursa, bəs biz necə yaşayacağıq?” Bunu Meydan TV-yə İmişlinin Xoşçobanlı kənd sakini Samid Nağıyev deyir.

Yay mövsümü gələndə Xoşçobanlıdan keçən və kəndin su tələbatını ödəyən arxın suyu quruyur. Sakinlər həm içməli, həm də təsərrüfatda istifadə olunmalı suyu pulla almalı olurlar.

Samid Nağıyevin sözlərinə görə, hazırda iki aydan çoxdur ki, arxa su gəlmir:

“Kəndimizdən keçən arxa “Qızıl arx” adı da verildi, yenə suyunu görmürük. Qızıl arxın üzərində 24 kənd yerləşir. Yuxarı hissədəki kəndlərə su verilir, ancaq aşağı kəndlərə gələn arxın suyunu kəsirlər”.

Kəndlinin sözlərinə görə, kənddə çoxu susuzluqdan əkin işləri apara bilmir deyə, torpağını atıb, rayon mərkəzinə köçüb.

“Hamı torpağını atıb gedib, bəs nə edək? Kənddə cəmi 50 hektara yaxın əkin sahəsi qalıb. Bir hissəsi bostandır, bir hissəsi pambıq sahəsi… Şəxsən mən 1 illiyə 8 hektar torpaq icarələmişəm, 5 hektarda bostan, 3 hektarda pambıq əkmişəm. Yığıma qədər pambıq azı 3-4 dəfə suvarılmalıdır, ancaq hələ bir dəfə də suvarılmayıb. Bu gün səhər özüm motorla arxın dibindən birtəhər su vurub, az da olsa suvarmağa çalışmışam. Artıq əkin sahəsindən qazanc götürmək, yalnız xərclədiyim pulu çıxarmaq barədə düşünürəm. Ancaq bu gedişlə yəqin ki, bu da olmayacaq və mən yenə mövsümdən zərərlə çıxacam”.

Xoşçobanlıya su maşını qonşu rayonlardan gəlir. Sakinlər aldıqları suyu həm məişətdə işlədirlər, həm də heyvanlara verirlər deyə, tez tükənir. Ailələr ay ərzində suya minimum 100-150 manat arası pul xərcləməli olurlar. Susuzluq çox ailəni yer-yurdundan didərgin salıb.

Kəndin kənarındakı “Çöl sahəsi” sahəsi deyilən yerdəsə illərdir ki, qurulan su qurğusu demək olar ki, fəaliyyətsiz qalıb. Bu qurğu vasitəsilə kəndə işməli su ötürülməlidir. Ancaq qurğu ayda vur-tut iki-üç dəfə işə salınır.

Kəndin icra nümayəndəsi Cahangir Əzizov Xoşçobanlıya iyulun əvvəli təyin edilib. Deyir, gəldiyi ilk gündən kənddəki ən böyük problemin su ilə bağlı olduğunu görüb və porblemin aradan qaldırılması üçün əlindən gələni edir.

İcra nümayəndəsinin sözlərinə görə, Xoşçobanlıya gələn suyun mənbəyi Naxçıvan Su Anbarıdır ki, ordan da su az verilir. Üstəlik, su Xoşçobanlıya çatınca 9 kənddən keçir. Bu da təzyiqin aşağı düşməsinə səbəb olur. Başqa bir səbəb kimi isə rayon ərazisində suyun toplandığı ilkin mənbəyə yaxın kəndlərdə yaşayanların israfçılığını göstərir. Deyir, əksər hallarda kəndlilər motor qoşub sudan israfçılıqla istifadə edirlər deyə, nisbətən uzaq kəndlərə su gedib çatmır:

“Mən özüm sakinlərlə birlikdə dəfələrlə su idarəsində və “platina”da (rayon ərazisində suyun yığıldığı ilk mənbə-anbar) olmuşam. Bu dəqiqə də kənddəyəm, rayonun su idarəsinin texnikaları kanallarda təmizləmə işləri aparır. Elə kanallar var ki, 20 il əvvəl qazılıb, indi təmir edirik, təmizləyirik, düşünürük kiçik bir motor da qoyaq ki, mal-qaranın su tələbatı ödənsin. Kənddə su qurğuları var, onlar da bərpa olunub, su hər gün 1 saat verilirdi, xahiş etmişəm 15 dəqiqə də artırılsın ki, adamlar suyu rahat daşıya bilsinlər”.

İcra nümayəndəsinin sözlərinə görə, kənddə 154 hektarda əkilən pambığın 100 hektarı suvarılıb, hazırda 30 hektar da növbəli qaydada suvarılmaqdadır. O, problemləri yaradan səbəblərdən biri kimi fermerlərin pambığı plansız əkməyində görür:

“Qış aylarından rayonun su idarəsi fermerlərə müraciət edir ki, pambıq əkmək fikrində olanlar əvvəlcə idarəylə məsləhətləşmə aparsın. İdarə sahəyə baxış keçirib görsün, həmin əraziyə su gəlib çatacaq, ya yox… Fermerlərsə çox vaxt müraciət etmədən işə başlayırlar və nəticədə pambıq sahələri susuz qalır. Nəticədə fermer zərərə düşür, həm pambıq əkir, həm də pambıq təhvil verməli olduğu şirkətə borclanır”.

İcra nümayəndəsi avqustda kəndin su təminatının daha da yaxşılaşdırılacağını deyir.

Meydan TV
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zaqatala Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvət ŞOK həddə çatıb - 2-ci hissə İDDİAVİDEO


Xəstəxanalarda korrupsiyalara daha çox mal materialların, dərman vasitələrinin satın alınmasında yol verilir. Odur ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının son illər keçirdiyi satınalmaları diqqətinizə çatdırırıq:
Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən 2020-2021ci illərdə zəruri malların alınmasına ayırdığı vəsaitlər haqqında:
Xəstəxananın Tender Komissiyası tərəfindən Dövlətsatınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatına görə 2020-ci ildə dəftərxana və təsərrüfat xərclərinə 48 723.73 ,
mətbəə xərclərinə 22 881.99 ,
yumşaq inventara 22 591.69 ,
ehtiyat hissələrinin alınması xərclərinə 30 109.66 manat vəsait ayrılıb.
Bu ümumi olara 124 307 manat təşkil edir. Qeyd edək ki, bu müqavilələrin hamısı 2020ci ilin dekabr ayında bağlanılıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanası eyni məqsədlərlə 2021-ci ildə nə qədər vəsait xərcləyib?
Sair torpaq, tikili və avadanlıqlara 15 847.4 ,
mətbəə mallarının alınmasına 19 910.73 , tikili və avadanlıqların cari təmir xərclərinə 46 123.46 ,
maşın və avadanlıqların alınmasına 169 823.24 , yumşaq inventarın alınmasına 24 365 ,
dəftərxana və təsərrüfat xərclərinə 58 764 ,
nəqliyyat vasitələrinin cari təmir xərclərinə 28 991.13 ,
hüquqi yardıma 3600, digər malların (yeməkxana və mətbəx ləvazimatının) alınmasına 18 528 manat vəsait ayrılıb.
Ümumi olaraq 385 952 manat.
Şikayətçi teref.az ünvanladığı mıktubda daha sonra baş verən özbaşınalıq və korrupsiya əməllərindən yazır:
Göründüyü kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanası 2020-ci ilin dekabr ayından 2021-ci ilin dekabr ayına qədər yuxarıda qeyd etdiyimiz malların və xidmətlərin satınalınmasına ümumi olaraq 510 259 azn vəsait xərcləyib. Qeyd edək ki, bu 250 çarpayıdan ibarət bir dövlət xastəxanası üçün böyük vəsaitdir. Bütün bunlara baxmayaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında hazırda elektrik generatoru işləmir. Xəstəxananın direktoru Məcid Əliyev generatorun təmir olunması üçün cərrahlardan pul yığmağı tələb edib. Xəatəxanada yatan heç bir xəstə dərman ləvazimatları ilə təmin edilmir, hamını apteklərə göndərirlər. Hətta bu gün həkimlər də tibb əlcəklərini yaxınlıqdakı aptekdən pulla alırlar. Onda yuxarıda qeyd etdiyimiz yüz minlərlə vəsait hara yoxa çıxdı?
Xəstəxananın direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər. Rayonda səs salıb ki, Qarabağda evlərin tikintisinə Prezidentin tapşırığı ilə pul göndərməlidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevlə, TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun sadalanan faktlara münasibəti necə olacaq bilmirik. Amma, onu deyə bilərik ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb çox işlər çevirənlər var.
Baş həkimin bir çox işlərinin başında Xəstəxananın kadrlar şöbəsinin müdiri Gülnarə Ömərova dayanır. Məlumatlara görə xanım şöbə müdiri ilə TƏBİB-in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovu yqxın, ya da uzaq qohumluq telləri bağlayır. Vüqar Qurbanov hələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şimal-qərb bölgəsi üzrə kuratoru olduğu zamanlardan Gülnarə Ömərovaya geniş səlahiyyətlər vermişdi. O, qardaşının həyat yoldaşını Katexdən gətirib baş tibb bacısı təyin etdirib. Qəribə burasındadır ki, Gülnarə Ömərova bütün bunları açıq şəkildə edir və heç kimdən çəkinmədiyini söyləyərək edir. Xəstəxananın direktoru Məcid Əliyevə gəlincə, O, 2012-2018-ci illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Çalışdığı müddətdə yol verdiyi qanunsuzluqlara görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Belə ki, verilən məlumata görə Şəki RMX-nın baş həkimi olarkən Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib-etməməsi sual altında qalıb. Lakin, bu olanlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın olan şəxslərin vasitəsi ilə nəinki vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi hörmətli, ancaq nisbətən kiçik bir rayon xəstəxanasının direktoru vəzifəsinə də təyinat alıb. Bu gün Zaqataladakı ANA ölümlərinin sayına baxanda açıq-aydın görünür ki, Məcid Əliyev Şəkidəki əməllərinə son qoymayıb. Kimin pulu yoxdursa və təbii doğuşda çətinlik çəkirsə ölməlidir. O, bunu bilərəkdən edir ki, digərlərinə dərs olsun. Zaqatala rayonunun səhiyyə sistemində Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyevin qoyduğu qayda və qanunlar bu sahədə dövlət qanunlarından daha işləkdir. Bu gün Zaqatala rayonunda ağır xəstələrin paytaxta gətirilməsi xəstə yaxınlarına həddindən artıq böyük xərcə başa gəlir. Çünki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ağır xəstələrin Bakıya gətirilməsi üçün müəyyən məbləğdə pul tələb edir. Qeysəriyyə əməliyyatına görə vətəndaşlardan 400-600 manat civarında pul alaraq qanunsuzluq edirlər. Zaqatala RMX-də açılmış kolxoz bazarına son qoyun! VƏSSALAM!
Teref.az olaraq şikayətdə qaldırılan iddilarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vəzifəsi `kəsmək` olan DÖVLƏT QURUMU... - yaxud pensiyaları kəsməyin yüz yolu


Əmək Nazirliyi rəsmilərinin təfsir, tərcümə və izahat gərəkdirən yanıltmac janrlı açıqlamaları davam edir. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov belə bir açıqlama ilə çıxış edib: “Əlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır. Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur”.
Departament müdirinin bu qarmaşıq açıqlamasının təfsiri isə belədir: əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcək.

Təsəvvür edin, 1-ci qrup əlilsiniz və 6 aydan çoxdur ki, Əmək Nazirliyinin qurumları arasında yol ölçüb, haqqınız olan əlillik dərəcəsini almaq istəyirsiniz. Nəhayət, bir möcüzə nəticəsində haqqınız olan əlillik dərəcəsi sizə verilir, ancaq qurumdan deyirlər ki, əlilliyiniz bərpa olunanadək keçən ayların pensiyası sizə verilməyəcək. Ona görə ki, siz həmin müddət Nazirliyin gözündə "ideal" dərəcədə sağlam şəxs olmusunuz.

Əlillik dərəcəsinin, pensiyanın verilməsi üçün canının yarısını səngərdə qoyub, digər yarısı ilə evinə dönə bilmiş qaziyə “100 faiz sağlamlığını itirsəydin, sənə pensiya kəsər, əlillik təyin edərdik” deyən qurumun indi bu cür ucuz açıqlamalar verməsi, heç də nadir hadisə deyil.

Bu qurumda əzəldən qayda belədir: istəyirsən doğram-doğram ol, bədəninin 90 faizi yansın, əgər əlillik dərəcəsi almaq istəyirsənsə, gərək gedib hansısa xəstəxanada, hospitalda yatasan. Ya “yatmalısan”, ya da “ənənəvi” yollarla haqqın olanı almalısan. Bu, nəinki sıravi vətəndaşlar, hətta qazilər üçün də belədir.

Nazirliyin, onun fondlarının sağlamlığı məhdud şəxslərə verəcəyi pensiya, əlillik dərəcəsi ən ucuz bəhanələrlə, ən kiçik “qanun dəyişiklikləri” ilə ləğv edilə bilir. Bu səbəbdən də Əmək Nazirliyinin qarşısı heç zaman boş qalmır, nə vaxt ordan keçsəniz, etiraz edən, haqqını tələb edən neçə-neçə əlil, ahıl, qazi görə bilərsiniz.

Əlilliyi olan şəxslərin hüquqları haqqında qanunun 1-ci fəslinin 3.3-1-ci maddəsində bildirilir: “Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir”.

Nazirlik və onun istinad kimi göstərdiyi qanunda bildirilir ki, əgər 6 ay ərzində əlillik dərəcəsi bərpa olunsa, həmin şəxs ötürülmüş müddət də (yəni 6 ay) daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu zaman isə o şəxslərə həmin altı ayın müavinəti ödənilməlidir.

Ancaq təəssüf ki, ölkənin reallığı qanunda yazılandan çox daha fərqlidir. Altı ay ərzində əlilliyi bərpa olunan şəxslər ümumi əlilliyi bərpa olunan şəxslərə nisbətdə çox daha azdır. İkinci Qarabağ Müharibəsindən artıq iki il ötməsinə baxmayaraq, hələ də əlilliyi verilməmiş yüzlərlə qazimiz var. Hələ beş-on il Nazirlik qarşısında əlillik dərəcəsi tələb edən fiziki məhdudiyyətli vətəndaşlarımızın sayı minləri ötüb.
Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda 12 yaşlı qız 2 ildir MƏKTƏBSİZ qalıb – Təhsil Şöbəsinin müdirindən ABSURD CAVAB



Lənkəran rayonu Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin şagirdi 2 ildir təhsildən yayınır.

Bu barədə Bizim.Media-ya məktəblinin nənəsi, Lənkəran rayon sakini Bəsirə Yusifova müraciət edib.

Onun sözlərinə görə nəvəsi Arzum Hüseynzadə anasının rayon təhsil şöbəsinə və məktəb direktoruna müdaxiləsi səbəbindən tədrisdən kənar qalıb:

“Oğlumla gəlinim ayrılıblar. Ana övladlarını bizə qoyub gedəndə böyüyünün 8, kiçiyinin isə 4 yaşı var idi. Bu günə qədər onların yaşayışı ilə maraqlanmayıb. İki nəvəmə mən və oğlum baxırıq. Analarının yanında qalmaq istəmirlər və getmirlər. Boşanmadan öncə nəvəmin biri anasının yüngül həyat keçirdiyini öz gözləri ilə görmüşdü.

O vaxtdan bu günə atalarını seçib, onun yanında qalmalarına razılıq veriblər. Amma məhkəmə uşaqların ifadələrini və istəyini nəzərə almır”.

Bəsirə Yusifova qeyd edib ki, Lənkəran Rayon Məhkəməsinin hakimi Toğrul Məmmədov uşaqların anada qalması haqda qərar çıxardandan sonra üst instansiyalara müraciət ediblər:

“Apellyasiya Məhkəməsinə şikayət etdik və onlar da eyni qərarı qüvvədə saxladılar. Ana həmin qərarı Lənkəran Şəhər Təhsil Şöbəsinin keçmiş müdiri Ülviyyə Əliyevaya və Liman şəhər V.Həsənov adına 2 nömrəli tam orta məktəbin direktoruna təqdim edərək nəvəm Arzum Yusifzadənin təhsil almasına mane olur. Tələb edib ki, uşağın sənədlərini heç kimə verməyin. O vaxtdan qız məktəbə getmir.

Təsəvvür edin, 5 və 6-cı sinfi oxumadı. İndi 7-ci sinfə keçir, amma hələ də məktəbə gedib-getməyəcəyi sual altındadır. Axı qərardan asılı olmayaraq uşaq təhsildən niyə qalsın ki? Onun təhsil almaq hüququ var. 2 ildir ona məktəb ləvazimatları, geyim filan alıram. Amma uşaq dərsə gedə bilmir”.

Nənənin sözlərinə görə son məhkəmə prosesi ötən ayın 30-da Apellyasiya məhkəməsində keçirilib:

“Məhkəmə Lənkəran Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya ananın yaşayış yerinin yoxlanılmasını tapşırıb. Məhkəmə işi dayanıb. Həmin komissiya isə ananın yaşayış yerini yoxlamır. Fevral ayında Lənkəran Şəhər İcra Hakimiyyətindən bizə zəng gəldi ki, uşağı məktəbə yerləşdirin.

Təhsil Şöbəsinin keçmiş müdiri Ülviyyə Əliyevanın qəbulunda oldum. O, uşağı heç bir məktəbə yerləşdirməyəcəyini dedi. Bildirdi ki, ana qətnamə ilə yaxınlaşıb və təkid edir ki, uşaq məktəbə getsə, direktoru məhkəməyə verəcək. Aidiyyəti qurumların hamısına müraciət etmişəm.

Hamısından cavab gəlir ki, uşaq kimin yanındadırsa, o, məktəbə yerləşdirə bilər. Uşaq da atasını seçib və 2 ildən çoxdur ki, yanımızdadır. İllərdir uşaqları ilə maraqlanmayan anaya dövlət necə uşaq etibar edir, anlamıram”.

Şikayətçi bildirib ki, Lənkəran-Astara Regional Təhsil Şöbə müdiri ilə görüşə bilməyib:

“Bir dəfə qəbula getdim. Dedilər işdə yoxdur. Uşağın bu ildən təhsilə bərpa olunmasını istəyirəm. Bu məsələdə mənə yardımçı olsunlar”, - deyə nənə əlavə edib.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov Bizim.Media-ya açıqlamasında şikayətçinin yeni tədris ili başlayandan sonra onlara müraciət etməli olduğunu bildirib:

“Nənə bizə senytabrın 15-dən sonra müraciət etsin. Şagirdin davamiyyəti yoxlanılsın və məktəbə bərpası ilə bağlı hər hansı məlumat əldə edə bilərik. Belə bir müraciət edilmədiyi üçün dəqiq bir söz demək çətindir. Həm də bütün pedaqoji heyət məzuniyyətdədir. Müraciətdən sonra hər bir detal araşdırılacaq və lazımi tədbirlər görüləcək”.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Pensiyası kəsilən xərçəng xəstəsi DAD DEYİR - “Dərman almağa pulum yoxdur”


Qubanın Buduq kəndində yaşayan Nəsibə Hacıyeva xərçəng xəstəliyindən əziyyət çəkir. Qadın xəstəliklə mübarizə apara bilmir. Çünki keçən ilin oktyabrında əlilliyə görə verilən pensiya dayandırılıb. Nəsibə Hacıyeva 2021-ci ilin payızında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından imtina məktubu alıb. Hacıyevlər ailəsi bundan sonra çox yerə müraciət edib, amma müsbət nəticə əldə olunmayıb.

DİA.AZ bizimyol.info-ya istinadla xəbər verir ki, Nəsibə Hacıyeva 7 il ardıcıl ikinci qrup əlil kimi təqaüd alıb. Buduq kənd sakini bir müddət əvvəl ağır əməliyyat keçirib. Onun başının sağ hissəsindəki bədxassəli şiş götürülüb. Həmin yerdən əməliyyat olunduğu indi də qabarıq görünür. Nəsibə Hacıyeva geridə qalan illər ərzində xərçəng xəstəliyi ilə bacardıqca mübarizə aparıb. İrana da gedib, Azərbaycanın müxtəlif müalicə müəssisələrində yatıb. Qadının həyat yoldaşı Oqtay Hacıyev deyir ki, ailənin gücü tükənib.

“Biz indiyə qədər əlimizdən gələni etmişik. Pensiyasının kəsilməsi belimizi qırır. Açığı, dərman almağa pulumuz yoxdur. Müalicə olunmadığından vəziyyəti pisləşir. Gözümüzün qabağında əriyir, məhv olur. Neçə yerə getmişik, konkret cavab almamışıq. Hiss edirik ki, bilərəkdən get-gələ salırlar. Vaxt isə ziyanımıza işləyir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası nə deyir? İmtina sənədində yazılıb ki, xəstənin əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb. Nəsibə Hacıyeva yenidən müayinə olunmağa hazırdır. Tibbi-Sosial Ekspert Komissiyası isə gözləməyi məsləhət görür. Beləcə, zaman ötür, pulsuz qalan xəstə daha çox əzab çəkir.

Pensiyası kəsilən xərçəng xəstəsi DAD DEYİR - “Dərman almağa pulum yoxdur”

Nəsibə Hacıyeva

Buduqda həyat şərtləri çox ağırdır. Əhalinin böyük hissəsi işsizdir. Pensiyanın kəsilməsi xəstəni ölümlə üz-üzə qoymaq deməkdir. Kəndə ictimai nəqliyyat işləmir. Nəsibə Hacıyeva günün böyük hissəsini yataqda keçirir. Onu qayalıqda yerləşən kənddən Qubaya düşürmək də bir ayrı problemdir. Buna baxmayaraq, ailə hər cür əzaba hazırdır, təkcə təkrar müayinə üçün şərait yaradılsın.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrükdə aşkarlanan FAKTLAR keçmiş sədrin BAŞINI AĞRIDACAQ - HƏBS OLUNA BİLƏR...


Səfər Mehdiyev artıq Dövlət Gömrük Komitəsinin sədri deyil.
Bu məqamda məşhur müdrik misallardan biri yada düşür: Kreslo adamı bəzəyir, yoxsa adam kreslonu..? (Человек красит место или место красит человека? )
Bəli, Səfər Mehdiyevi Dövlət Gömrük Komitəsininn sədri kreslosundan qoparan kimi, uniformasını, general "şafkasını" çıxaran kimi, qoy inciməsin, kəndlərindəki əli çomaqlı kəslərdən heç bir fərqi qalmır.
Bu məqamda Səfər Mehdiyevin ötən il verdiyi bir açıqlama da yada düşür:
Gömrükdə 1 faiz rüşvət olsa, ölkədə inhisarçılığın 1 faizini mənə göstərən olsa, o anda istefa verəcəm. Birincisi, sən istefa vermək gücündə olan deyilsən, ay Səfər müəllim.
Sən elə bilirsən ki, istefa vermək hər kişinin işidir, belə asan məsələdir..?
İkincisi, ay Səfər Mehdiyev, sən gömrük sistemində 1 faiz rüşvətdən, inhisarçılıqdan danışırdın, yekə-yekə açıqlamalar verirdin, bəs bu gün baş verənlərə nə deyirsən..?
Ay evi tikilmiş, ətrafındakı generallar rüşvət və korrupsiya səbəbindən əlli-ayaqlı gedirlər, qolları qandallanır, sən isə hələ də nəyəsə arxayınsan.
Yox, heç nəyə və heç kimə arxayın olma. Sənin də həbsinə sayılı günlər qalıb.
Çünki sən təkcə rüşvət və korrupsiyaya görə deyil, daha çox "çörəyi dizinin üstə" olduğuna görə həbs olunacaqsan.
Bəli, sən onu deyil, o səni bəzəyən kresloya oturan kimi bütün haqqı-salamı unutdun, sənə dəstək olanlara üzünü deyil, arxanı çevirdin.
Belələri haqqında el arasında üzü arxasından betər deyirlər.
Qaynın Zeynal Tarquliyevin iş adamlarını infarkt etməsini, sənə milyonlar qazandırmasını nə tez unutdun, ay Səfər Mehdiyev..?
Bir zamanlar balkonda oturub “Vesna 205”də mügənni, İsrailin ifa etdiyi “Axırdı qayadan damcı-damcı su” segahına ağlamağını nə tez unutdun, ay Səfər Mehdiyev ?
Yeri gəlmişkən, son günlər ölkə mediasında, sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birincisi, Dövlət Gömrük Komitəsində çalışanların əksəriyyətinin eyni kənddən və Səfər Mehdiyevin qohumları olduğu barədədir.
Yəni Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi kimi strateji bir qurumu qohum-əqrəbanın kantoruna çevirmişdi.
Bu gün onların çoxunun qolları qandal üçün darıxır, həbs olunmaları gün məsələsidir.
Səfər Mehdiyevin kəndçilərindən biri yana-yana deyir ki, Səfər Mehdiyev vəzifəyə gəldikdən sonra bütün qohum-əqrəbalarını vəzifəyə doldurdu, sonra hətta qapılarındakı adı Alabaş olan itlərinin davamçısı “BİM” adlı itlərinə də Dövlət Gömrük Komitəsinin keçid məntəqələrində iybilən yoxlayıcı vəzifəsi verdi.
Səfər Mehdiyevin kəndçisi həmin itdən elə ürək yanğısı ilə danışırdı ki, adam az qalırdı ki, dəsmal götürüb ağlasın. Həmin hekayəti danışan şəxs onu da bildirdi ki, Səfər uşaq vaxtı fərasətli uşaq olmayıb, sadəcə onların “meyvə yeşiyi” düzəldən qohumları Səfərə dəstək oldu.
Binəva kəndçi deyir ki, hər şeyi bağışlamaq olar, amma kənddən aparılan Alabaşa, yəni BİM-ə medal verilməsini bağışalamaq olmaz, bunu kənddə eşidib-bilənlər dəhşətə gəlirdilər.
Kəndçisi deyir ki, Səfər indi sinəsinə döyür, genələ-genələ danışır, amma bilmir ki, bildiklərimizin bir hissəsini açıb desək onun tifağı dağılacaq. Mən sizin vasitənizlə onun barəsində cəmiyyətə elə məlumatlar verəcəyəm ki, Səfərin keçəl başındakı az sayda tüklər də dim-dik, biz-biz dayansın.
Səfər başını quma soxan dəvəquşu kimi, arxasından xəbəri yoxdur.
Kəndçisi deyir ki, mən neçə illərdir ki, Səfərin əməlləri barədə qalaq-qalaq yazılar hazırlamışam.
Səfər Mehdiyev hüquq-mühafizə orqanlarında çalışan dostları vasitəsilə mənə hədə-qorxu gələrək məni susdurmağa çalışıb. Amma indi Səfərin dostları ona başqa şey göstərəcəklər. Və indi mənim hər şeyi açıb-danışan vaxtımdır.
Kəndçisinin dediyinə görə, Səfər Mehdiyevin işdən azad olunan sinif yoldaşı Məsum Rəsulov sahibkardan bir milyon dörd yüz min dəyəri olan dərman preparatlarının gömrükdən buraxılması üçün, bir milyon rüşvət istəyib. Bu məsələdən mənim xəbərim var tam genişliyilə. Mövzunun genişliyini və aktualllığını nəzərə alaraq növbəti yazıda Səfər Mehdiyevin əməlləri barədə tam təfərrüatı ilə bəhs edəcəyik.
Bizi izləyin. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mirzəcan Xəlilovdan prezidentə şikayət: Dövlət əmlakını mənimsəyib


Sabirabad Kommunal Müəssisələri Kombinatının rəisi Hüseynxan Məlikov sabiq deputat Mirzəcan Xəlilovla bağlı ölkə prezidenti İlham Əliyevə müaricət ünvanlayıb.

Müraciətdə bildirilir ki, “Kür-Araz” otelinin və şadlıq sarayının sahibi sabiq deputat Mirzəcan Xəlilov və onun oğlu Vüsal Xəlilov Sabirabad Kommunal müəssisələri kombinatının xeyli daşınmaz əmlakını qanunsuz mənimsəyiblər.

Belə ki, Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 45 ünvanda yerləşən “Gülüstan” mehmanxanası 2005-ci ilin iyunun 22-dək Sabirabad Kommunal Müəssisələri Kombinatının balansında olub. Həmin tarixdən 0,34,5 ha torpaq sahəsi olan adı gedən mehmanxana kombinatın bir qrup işçisi tərəfindən özəlləşdirilib və bir müddət sonra isə Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova satılıb. Ancaq Vüsal Xəlilov qeyd olunan ərazi ilə yanaşı, satın aldığı mehmanxanaya aid olmayan, kombinata məxsus balans dəyəri 11196.42 manat olan daşınmaz əmlakın 8 sot torpaq sahəsinin qanunsuz qərarını alıb.
Mirzəcan Xəlilovdan prezidentə şikayət: Dövlət əmlakını mənimsəyib

Kombinatın balansında olan qazanxananı (1173,26 manat), su hövuzunu (5231.88 manat), qülləli su çənini ( 674,62 manat) sökərək və 121 kv.m asfalt sahəsini(4116.66 manat) dağıdaraq “Kür-Araz” şadlıq sarayı inşa etdiriblər. Üstəlik, qazanxananın baca borusunu doğratdırıb şadlıq sarayının tikintisində istifadə ediblər . Kombinatın “Qülləli su çən”i bu gün də onların xidmətindədi.
Mirzəcan Xəlilovdan prezidentə şikayət: Dövlət əmlakını mənimsəyib

Sabirabad Kommunal Müəssisələri Kombinatının rəisi Hüseynxan Məlikovov bildirir ki, bu məsələ ilə bağlı dəfələrlə Mirzəcan Xəlilova və digər aidiyyəti təşkilatlara müraciət etsəm də bu günədək nəticəsiz qalıb.
Mirzəcan Xəlilov deyir ki, mənə heç kim heç nə edə bilməz. Prezident aparatında hamı məni tanıyır.

Hüseynxan Məlikov qeyd edir ki, mən Kommunal Müəssisələri Kombinatının rəisi kimi 01 iyun 2022-ci il tarixdə saat 09.24-dən 11.32-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaş qəbulu mərkəzində oldum və məni 9 və 5 nömrəli otaqlarda qəbul etdilər. Artıq üstündən iki aya yaxın vaxt keçir, buradada şikayətimə baxılmadı, şikayətim yenə də cavabsız qaldı.

Müzəffər Ali baş Komandan kimi Qarabağımızı geri aldınız. Sizə hörmət və məhəbbətimiz hüdudsuzdur. Siz çıxışlarınızda dəfələrlə demisiniz ki, xalqın xidmətçisiyəm. Ancaq Mirzəcan Xəlilov kimilər bizlərə yuxarıdan aşağıya baxır. Yüksək vəzifəli məmurlarda gözgörəsi dövlət əmlakını dağıdan beləsini qanadlarının arasına alır.

Ümüdümüz Sizədir.

Sabirabad Kommunal Müəssisələri
Kombinatının rəisi: Məlikov Hüseynxan

Azfakt.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO