[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Torpaq satan icra başçısı TƏFTİŞ OLUNUR: Asif Əsgərov TƏLAŞDA


Nəsimi rayon İcra Hakimiyyətində yoxlamalar aparıldığı barədə məlumat yayılıb.

İcra Hakimiyyətində aparılan yoxlamaya səbəb rayon ərazilərinin qanunsuz olaraq işbazlara satılmasıdır.

Eyni zamanda bir neçə ildir ki, Nəsimi rayonunun ərazisində aparılan pilot layihələrdə İcra başçısı Asif Əsəgrovun xeyli sayda saxta sərəncamlar tərtib etməsi, əraziləri tikinti şirkətlərinə satmasıdır.

Məlumata görə Asif Əsgərovun qanunsuz əməllərindən Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayətlər də yoxlamalara başlamasında mühüm rol oynayıb.

Qeyd edək ki, bir neçə il öncə sahibkar Məhəməliyev Yusif Məhəmməd oğlu Asif Əsgərovun qanunsuz sərəncamı əsasında Bakı şəhəri, Akademik Mirəli Qaşqay küçəsi 21 ünvanında ümumi sahəsi 984.7 m2 və torpaq sahəsi 0.1007 ha olan xüsusi mülkiyyət hüququ əsasında ona məxsus qeyri-yaşayış sahəsi icazəsiz olaraq yerlə yeksan edildiyindən şikayətçi idi.

Sahibkar Daşınmaz Əmlakın Dövlət Reyestrində tam pay olaraq 10.12.2013-cü il tarixdə 1113128651 nömrəsi ilə qeydiyyata alınan qanuni mülkiyyətinin qanunsuz söküldüyünü, ona 1.5 milyon manata yaxın ziyan dəydiyini deyirdi.

Asif Əsgərov qalmaqallı icra başçılarından sayılır. Dəfələrlə qanunsuz əməlləri ilə şikayətlərlə ölkə gündəminə gələn Asif Əsgərov 2009-2015-ci illərdə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən rayon ərazisində qanunsuz fərdi evlərin, obyektlərin tikintisinə rüşvət qarşılığında icazə verdiyi deyilirdi.

Hətta o zaman Səbail rayonu ərazisində ev tikdirmək istəyən şəhid ailəsinin üzvündən Asif Əsəgrovun 15 min manat tələb etdiyi barədə mediada yazılar dərc edilmişdi.

2009-cu ildən indiyədək Bakının mərkəz rayonlarından olan Səbail və Nəsimi rayonlarına rəhbərlik edən Asif Əsgərovun ölkədə və xaricdə çoxsaylı daşınmaz əmlaklarının olduğu deyilir.Qlobal.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları


1920-ci ildən, 1991-ci ilə qədər Azərbaycan rəsmi Moskvanın tabeçiliyində olan 15 dövlətdən biri olaraq, Sovet Sosialist Respublikasının tərkibində idi.

Təbii ki, o illər bizim üçün heç də başucalıq gətirən xoş xatirələr deyil. Amma, bəzi qaydalar - qanunlar var idi ki, hazırkı Azərbaycan üçün də o qayda-qanunlar lazımdır.

Məsələn, böyüklərimiz deyir o dövrdə hər "müğənniyəm" deyən efirə çıxa bilməzdi. Hər ürəyi istəyən haqqında qəzetdə müsahibə, yaxud məlumat yayımlanmazdı. Qəzetin, televiziyanın - ümumiyyətlə mətbuatın öz qaydaları var idi. "Dəfələrlə ələnirdi və nəhayətində ələkdən keçənlər" efirə çıxırdı, ictimaiyyətə təqdim edilirdi.

Çox təəssüflər olsun ki, indi bu proseslər artıq mövcud deyil. Ürəyi istəyən pulunu verib, efirə çıxır. Biraz artıq pul verəndə də reklam xatirinə 5-10 nəfər də toplayıb, pul verəni təriflətdirirlər, camaatın gözünü boyayırlar, vəssalam...

Mənim saf, sadəlövh xalqım da televiziyada gördükləri hamını əlçatmaz hesab etdikləri kimi, həm də az qala "müqəddəs" hesab edirlər və reklamına aldanırlar.

Məsələn, sponsoru olduğu bəzi verilişlərin aparıcısının dilindən düşməyən ginekoloq - cərrah Elnurə Mustafayeva kimi.

Elnurə Mustafayevanın adını çəkmədən öncə, bəzi aparıcılar onun təqdimatına "sonsuzluğa son" ifadəsi ilə giriş verirlər. Elə bu reklam məqsədli cümlələrin "səmimiyyət"inə inan sadəlövh xalqın, saf nümayəndələrindən biri də Cəlilabad rayon sakini Aynur Abışovadır (ad, soyad şərtidir).

Aynur xanım bildirir ki, mart ayının 28-də sonsuzluq problemi ilə bağlı "Baku Medical Plaza" ilə telefon əlaqəsi saxlayıb, bu problemini deyib. Telefonda ona süni mayalanma təklif olunub, 3700 (üç min yeddi yüz) AZN ödəniş ediləcəyi deyilib. Razılıq aldıqdan sonra "Baku Medical Plaza"ya dəvət edilib.

Ertəsi gün sözügedən klinikaya gedən Aynur xanım bütün müayinələrdən keçdikdən sonra, ondan müayinə üçün 600 (altı yüz) AZN tələb olunub. Xanım həmin tələb olunan məbləği ödəyib. Lakin, bunun üçün ona ödəniş qəbzi təqdim edilməyib.

Sonra xanıma bildirilib ki, "aprelin 4-də əməliyyat olunacaqsınız".

Deyilən vaxtda Aynur xanım Abışova namı məşhur Elnurə Mustafayeva tərəfindən əməliyyat olunub.

Əməliyyatdan sonra klinikada Aynur xanımın yaxınlarından 2700 (iki min yeddi yüz) AZN alınıb, qəbz əvəzinə isə adının qarşısında 2528 (iki min beş yüz iyirmi səkkiz) AZN yazılmış sadə bir A4 vərəq təqdim edilib.

Ardından, əlavə olaraq yenə 2000 (iki min) AZN tələb olunub və yenə də qəbz əvəzinə adının qarşısında bu dəfə verilən məbləğin miqdarı düzgün yazılmış A4 vərəq təqdim edilib.

Vətəndaş iddia edir ki, "klinikada məndən ümumilikdə 6300 (altı min üç yüz) AZN pul alınıb. Lakin, qəbz əvəzinə yalnız o iki A4 vərəq təqdim edilib.

Vəssalam.

Əməliyyatdan cəmi 15 dəqiqə sonra isə Elnurə Mustafayeva xəstəni evə yazıb ki, klinikada saxlamaq üçün boş yer yoxdur. Artıq, inandığı həkimindən də rayona - öz evinə qayıda biləcəyini eşidən Aynur xanım yaxınları ilə birlikdə Cəlilabad rayonuna yollanıb. Lakin, rayona çatanda xanımın halı pisləşib və dərhal yaxın olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Mərkəzi Xəstəxananın həkimləri süni mayalanmadan anlayışsız olduqları üçün nə edəcəklərini bilməyiblər və Elnurə Mustafayevaya zəng ediblər. 2 saat sonra telefona cavab verən Elnurə Mustafayeva Aynur Abışovanın xəstəxanada yatırılmalı və onun təlimatlarına uyğun müalicəsi aparılmalı olduğunu bildirib.

Bir müddət Mərkəzi rayon xəstəxanasında müalicə aldıqdan sonra xəstəxana həkimləri yenidən Elnurə Mustafayeva ilə telefon əlaqəsi saxlayıb, Aynur xanımın səhhətindəki dəyişiklik barəsində məlumat veriblər. Elnurə Mustafayeva pasientin təcili Bakıya gəlməsini istəyib.

Mərkəzi xəstəxanada dediyinə görə 1000 (min) AZN də əlavə xərci çıxan Aynur xanım yaxınları tərəfindən Bakıya gətirilib. Xəstəxananın yaxınlığında yolda yaranmış tıxac səbəbilə xəstəxanaya 4 dəqiqə gecikən xəstəsini gözləməyən Elnurə Mustafayeva günorta saatlarında işdən çıxıb.

Yenidən kor-peşiman Cəlilabad rayon Mərkəzi Xəstəxanasına qaytarılan Aynur Abışovanın halı daha da pisləşib, qanaxma yaranıb və uşaq tələf olub.

O gündən sonra Elnurə Mustafayeva nə onu qəbul edir, nə də telefonlarına cavab verir.

Aynur Abışovanın psixologiyası pozulub və artıq dəli olmaq həddinə çatıb. El arasında o vəziyyəti "havalanıb" deyə ifadə edirlər.

Redaksiyamıza müraciət daxil olduqdan sonra məsələni yerində araşdırmaq və baş verənləri obyektiv olaraq, bir də qarşı tərəfdən dinləmək məqsədilə şəxsən özüm "Baku Medical Plaza"nın Mərkəzi filialına getdim. Qapıdan içəri daxil olan kimi baş həkimin harda əyləşdiyini soruşdum. Lakin, kimdən soruşdumsa, hamı bu suala cavab almaq üçün yalnız kassada əyləşən xanımı gözləməyimizi tövsiyyə etdi. Nəhayət ki, həmin xanım öz işinin başına təşrif buyurdu və verilən suala belə cavab verdi ki, "baş həkim ikinci mərtəbədə əyləşir, amma bu şöbənin ona aidiyyatı yoxdur. Rəhbər Elnurə xanımdır. Onunla da əgər əvvəlcədən qeydiyyata yazılmamısınızsa, görüşə bilməzsiniz".

Soruşuram, "Bura TƏBİB-ə tabedir, yoxsa Səhiyyə Nazirliyinə?"

Deyir, -"Bilmirəm, Elnurə xanım bilir".

Görünür, kassada əyləşən - bizə verilən məlumata görə Elnurə Mustafayevanın qardaşı qızı olduğu deyilən Səbinə adlı bu xanımı mətbuatın suallarına ümumiyyətlə cavab verməməsi üçün "tənbehləyiblər" ki, xanım yalnız, - "Bilmirəm, Elnurə xanım bilir" cavabını verirdi.

Əlqərəz...

Gah "əməliyyatdadır", gah "müayinədədir" deyib, təqribən bir saata yaxın müddət gözlətdikdən sonra mən hövsələdən çıxdım, "görüşməyəcəksə mən niyə bu qədər zaman itirirdim" deyib, aidiyyatı quruma zəng etmək üçün telefonu çıxardım.

Yalnız bu zaman "Buyurun, gəlin, xanım sizi qəbul edir" deyib, məni və mənimlə birlikdə oraya gedən Aynur xanımın səlahiyyətli nümayəndəsi olan qardaşı Fikrət bəyi Elnurə Mustafayevanın otağına dəvət etdilər.

Otağa daxil olub, özümü təqdim etdim və sual verdim:

"Elnurə xanım, məni niyə qəbul etmirsiniz" redaksiyama şikayət daxil olub, məlumatı yayımlamadan əvvəl qarşı tərəf olaraq sizi dinləməyə gəlmişəm. Bu məlumat birtərəfli yayımlansa idi sizə xoş olardımı?".

Elnurə Mustafayeva özündən razı səs tonu ilə - "Siz kimsiniz? Hüquqşünassınız?" sualını verdi

- "Bəli, eyni zamanda jurnalistəm. informasiya portalının rəhbəriyəm" dedim.

- "O zaman sənədinizi göstərin ".

Xidməti vəsiqəmi çıxarıb xanıma təqdim etdim. Vəsiqəyə gözucu nəzər salıb, vəzifə başında səlahiyyət sahibinə xas olmayan, ümumiyyətlə qadın adına yaraşmayan tərzdə stolun üstünə tullayıb, qarşımdan yel kimi ötüb, koridora çıxdı və yüksək səslə danışaraq, əyləşib növbə gözləyən pasientlərin, həmçinin xəstəxana çalışanlarının qarşısında bir "şou" nümayiş etdirdi ki, gəl görəsən...

- "Sən mənə deyirsən mən müdirəm, mənə hörmət etməlisən. Gözüm aydın müdirsən. Mənim üçün fərqi yoxdur heç kimin. Müxbirlər bura gəlir ancaq bizdən pul almağa" və sair sözləri ilə dayanmadan danışıb səs-küy saldı ki, pulunu mənimsəyib, özünü də yarımcan etdiyi Aynur Abışova barəsində sual vermək imkanımız olmasın.

Özü otağa dəvət edib, keçmişik, lakin, çıxıb oradakılar qarşısında şou göstərən Elnurə Mustafayeva "Siz anidən odama daldınız"-deyə bağıraraq, bizi borclu çıxarmağa cəhd edirdi.

Qeyd edim ki, Elnurə Mustafayevanın göstərdiyi şou, otaqdakı davranışları, hətta ən başdan otağa dəvət edilməyimiz, eyni zamanda mənə "bura pul almağa gəlirsiniz" deyə atdığı böhtan və sair hər biri qeydə alınıb və bunu sübut edəcək dəlillərim mövcuddur.

Bu səs-küyə bizə bir xanım yaxınlaşdı. Baş mühasib olduğunu deyən Nigar adlı xanım bizi iş otağına dəvət etdi. Normal şəkildə dinlədi və bildirdi ki, "Gərək siz baş həkimə yaxınlaşardınız"

Ona da bildirdim ki, mən baş həkimin yerini soruşdum, dedilər bu şöbəyə Elnurə xanım rəhbərlik edir, baş həkimə aidiyyatı yoxdur".

"Mən Azərbaycan qızıyam " deyərək, ümumiyyətlə qadına yaraşmayan davranış nümayiş etdirən Elnurə Mustafayevadan fərqli olaraq, baş mühasib Nigar xanım məsələləri normal, mədəni şəkildə dinlədikdən sonra bildirdi ki, - "Baş həkimin müavini Lalə xanım yoldadır. Birazdan çatacaq, mən sizi dinlədim ki, rəhbərliyə olduğu kimi məlumat verim. Siz də istərsəniz Lalə xanımla özünüz də danışın ".

Biraz gözlədikdən sonra Lalə xanım gəldi, onunla da görüşüb, məsələləri diqqətinə çatdırdım. Lalə xanım dinlədikdən sonra, "Tezliklə sizinlə əlaqə saxlanılacaq ", dedi və biz oradan çıxdıq. İki gün sonra "Baku Medical Plaza"nın Mərkəzi filialından zəng edib, direktor Pərviz müəllimin mənimlə üzbəüz danışmaq istədiyini bildirdilər və bunun üçün "Baku Medical Plaza"nın Babək prospektində yerləşən filialına dəvət etdilər.

27.06.2022-ci il tarixində mən Aynur xanımın qardaşı Fikrət bəylə birlikdə Pərviz müəllimlə görüşmək üçün "Baku Medical Plaza"nın Babək filialına getdim. Danışıb, məsələ barəsində ətraflı məlumat verdikdən sonra, xəstə yaxını ilə rahat danışıb, ortaq məxrəcə gəlsinlər deyə, otaqdan çıxdım.

Biraz onlar danışdılar və sonra mən yenidən otağa qayıtdım. Pərviz müəllim səhər əlaqə saxlayacağını dedi və biz oradan çıxdıq.

Fikrət bəyin mənə bildirdiyinə görə o Pərviz müəllimə dəymiş mənəvi ziyanları güzəşt etdiklərini deyib, lakin maddi ziyanın ödənilməsini tələb edib. Pərviz müəllim isə xəstəxananın müəyyən xərclərini çıxdıqdan sonra, yarı məbləği ödəməyi təklif edib. Lakin, zərərçəkmişin yaxını bununla razılaşmayıb və vurulan ziyanın tam şəkildə ödənməsini tələb edib. Onun bu israrından sonra Pərviz müəllim kiminləsə məsləhətləşib səhər əlaqə saxlayacağını bildirib.

Artıq, Pərviz müəllimlə görüşümüzdən az qala bir həftə keçməsinə baxmayaraq, hələ də heç bir xəbər yoxdur.

Sözügedən klinika özünün və həkiminin xəstəyə və xəstə yaxınlarına yaşatdığı bu qədər əziyyətdən, gərginlikdən sonra, vurduğu ziyanın heçolmasa, ən azından maddi tərəfini geri ödəməli olduğu halda, üstəlik də bu cür, pulunu geri verməməklə də stress, gərginlik yaşatması ümumilikdə səhiyyə adına nöqsandır.

Məhz Elnurə Mustafayeva kimi işi reklamına dəyməyən həkimlər və həkiminin nöqsanının arxasında dayanan "Baku Medikal Plaza" kimi tibb müəssisələridir ki, bu gün "Azərbaycan həkimi" adını dəyərdən salıb, xalqın "ağ xalat"a olan hörmət və inamını tamamilə məhv edib.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. (Dogruxeber.az)


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezident bu rayonun icra başçısını işdən çıxardı


Şahin Kərim oğlu Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ziya Məmmədovun DAĞITDIĞI DÖVLƏT BÜDCƏSİ... - Niyə ONA QUSDURULMUR?..


Bu videoda gördüyünüz dağ deyil. Qayalıq ərazi də deyil. Bu, hazırda yenidən qurulan Bakı – Quba yolundan sökülən və tullantıya çevirilən beton qalıqlarıdır.

Gundem.media “Yeni Sabah”a istinadla xatırladır ki, Bakı-Quba beton yolu keçmiş nəqliyyat naziri Ziya Məmmədovun zamanında çəkilib. 2008-ci ildə layihəyə başlananda o vaxtkı nəqliyyat naziri Ziya Məmmədov yola 30 illik zəmanət versə də, onun dayanıqlılığı heç 3 il də çəkmədi...

Rəsmi məlumatlara görə, tikintisinə 2008-ci ildən başlanılan layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu salınıb.

İndi yol tamamilə sökülüb və yenidən qurulur. Milyonlara başa gələn, Ziya Məmmədovun “əl işi” olan beton yol isə kökünə kimi qazılıb. Yoldan çıxarılan iri beton parçalarını uzağa daşımağa ehtiyac olmayıb. Trassın kənarında həmin qalıqlardan dağlar əmələ gəlib. Sanki açıq muzeydir. Bircə qalıb əsərin kimə məxsus olması haqda böyük bir bildiriş yazılsın ki, bilməyənlər də bu möcüzənin müəllifinin kim olduğunu bilsin. Həm də o bilinsin ki, dövlət büdcəsi hesabına dağ yaratmaq dövlət büdcəsinə dağ çəkmək hesabına başa gəlib...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Səkkiz saat bizi kursa cəlb edirlər...” - ETİRAZ


Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı ona göndərilən şikayət məktubundan bəhs edib.

Şikayətçi məktubda bir ay işdə olub və ay sonu dincəlmək üçün evə getdiklərini yazır.

Onun sözlərinə görə, idarə rəhbərliyi onları həmin müddətdə (evdə istirahətdə olduqları müddətdə - red) kursa göndərir.

“Səhər saat 08:30 da başlayan dərs 15:25 də bitir. Səkkiz saat bizi kursa cəlb edir. Bir ay istirahət günümüzü əlimizdən alır və idarə heç bir ödəniş etmir. Şikayətimiz ondan ibarətdir ki, işçinin istirahət saatları əlindən alınır və bunun əvəzində heç bir ödəniş edilmir. 1 ay istirahət günlərimizin elə olur 20 günü kurslarda keçir... Kurs isə uzun müddətlidir - ilin sonuna qədər . Kimin sertifikatı yoxdursa, işə buraxılmayacaq”, - deyə şikayətçi bildirir .

Mirvari Qəhrəmanlı işəgötürənlərin aşağıda qeyd olunanları bilməli və nəzərə almalı olduğunu qeyd edib:

AR ƏM - Maddə 48 .4 - Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir.

Yəni bu sertifikat işə qəbul zamanı tələb edilməlidir, sonradan yox!

İşə qəbuldan sonra işçinin bilik və bacarıqlarının artırılmasına ehtiyac duyularsa, bu, işəgötürənin hesabına və iş vaxtı reallaşdırılır.

Peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq işçinin əsas hüquqlarından biridir (AR ƏM - Maddə 9.1.).

NHMİB sədri işçinin məhkəməyə müraciət edəcəyi halda, öz hüququnu bərpa edə biləcəyini açıqlayıb. //tezadlar.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sahil Babayevə ünvanlı İKİ GİLEY... - Toyuğu bəhanə edib yardım vermirlər


Quba rayonu, Gəray kənd sakini Əzizov Fəxrəddin İspat oğlu ona ünvanlı sosial yardım ala bilməməsindən şikayət edir.

Onun sözlərinə görə, 8 nəfərlik ailəsi çox böyük çətinliklə dolanır:

“İş yerləri yoxdur, sosial yardım almaq üçün müraciət elədik, gəlib yoxlayıb bir bəhanə ilə imtina qərarı verdilər. Prezidentimizin kasıb təbəqə üçün ayırdığı məbləği bizə vermirlər. Müvafiq qurumlara etdiyimiz şikayətlərə baxan yoxdur…”

Gəray kəndinin başqa bir sakini Hacıyev Şahin Sadiq oğlu da ünvanlı sosial yardım ala bilmir. Onun sözlərinə görə, 10 ay əvvəl sosial yardım almaq üçün müraciət eləsə də, müxtəlif bəhanələrlə ona yardım ayrılmayıb:

“Bir dəfə toyuğu, bir dəfə də həyatyanı sahəni bəhanə ediblər. 6 dəfə ərizə dəyişmişəm, aidiyyati qurumlarda xahiş edirəm ki, mənim ailə vəziyyətimi nəzərə alsınlar… //aztoday.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda XANA MÜNTƏZİR polislər yetişdirilir... - BU NƏDİ BELƏ?


Naxçıvan MR Daxili İşlər Nazirliyində xidmət etmiş və adının açıqlanmasını istəməyən keçmiş zabitlərdən biri Ovqat.com-un ünvanına bir məktub göndərib. Məktubda Azərbaycan Polis Akademiyasının “xan”a işləyən bəzi məzunları barədə maraqlı məlumatlar öz əksini tapıb.

DİA.AZ ovqat.com-a istinadla həmin məktubu olduğu kimi dərc edir.

“Salam, Heydər bəy, uzun zamandır ki, sizin yazılarınızı izləyirəm. Bir çox məqamlarda haqlısınız. Lakin haqsız olduğunuz məqamlar da var. Mən uzun müddət Naxçıvan DİN-də müxtəlif struktur qurumlarda çalışmışam və oradakı vəziyyətdən sizdən yaxşı məlumatım var. Zaman-zaman Polis Akademiyasının (PA) məzunlarına qarşı haqsızlıqlar olub. Lakin siz dediyiniz kimi, "Bakının casusları" damğasının vurulması absurddur. Habelə, PA məzunlarından Naxçıvandakı mövcud rejimə canla-başla xidmət edənlər və sizə qarşı zaman-zaman "söyüş" kompaniyaları aparanlar da olub. Onlardan bir neçəsi haqqında məlumat vermək istəyirəm.

1. Mayis Nuriyev. Polis Akademiyasını bitirərək Naxçıvan MR-ə göndərilib. Mayis Nuriyev hər zaman Naxçıvana sadiq kadrlardan olub. Hazırda Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət axtarışı bölməsində xidmət edir. Əvvəllər isə həmin idarənin Narkotiklərlə mübarizə şöbəsində xidmət edib. Xidmət etdiyi dövrdə işinin gərəyi olaraq cibindən böyük məbləğdə pul xərcləyib və bunu dövlət üçün etdiyini vurğulayırdı. Həmçinin Naxçıvan DİN-in müavini Zahid Gözəlovun yaxın kadrlarındadır. Eləcə də, polis əməkdaşları arasında Zahid Gözəlovun təbliğatını aparır.

2. Nurlan Əliyev. Polis Akademiyasını bitirib. Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin Sabiq rəisi Asim Hüseynovun yaxın kadrı idi. Məhz buna görədir ki, akademiyanı bitirdikdən sonra Babək Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Babək RPİ-də xidmət etdiyi dövrdə öz rəislərinin qanuni və qanunsuz göstərişlərini qeyd-şərtsiz icra etmişdir. Məhz buna görədir ki, cari ildə Naxçıvan Polis Məktəbinə müəllim olaraq təyin edilmişdir.

3. Əli Qasımlı. Polis Akademiyasını bitirərək Naxçıvan DİN-ə təyinat alıb. Naxçıvan DİN-də ixtisas təcrübəsində olarkən, sosial şəbəkələrdə Naxçıvan rəhbərliyini təhqir edən bir şəxsi aşkar etdiyi üçün xüsusi rəğbət qazanmışdır. Elə buna görədir ki, İnsan Alverinə Qarşı Mübarizə Bölməsinə təyin edilmişdir. Cinayət Axtarışı İdarəsinin rəisi Qasım Həsənov ilə birgə zaman-zaman sizə qarşı təşkil edilmiş söyüş kompaniyasının başında durmuşdur. Belə ki, Əli Qasımlının təşkilatçılığı ilə bəzi polis əməkdaşları sizin yazılarınızın altından təhqirlər yazırdı. “SEDMOY”-da xidmət etdiyi dövrdə də, sosial şəbəkələrdə Naxçıvan muxalifətçilərinin və həmçinin etiraza meyilli şəxslərin neytrallaşdırılmasını həyata keçirmişdir. 44-günlük vətən müharibəsinin son günündə Sədərək rayonu istiqamətində Rusiyaya məxsus hərbi vertalyot vurulduqdan sonra Vasif Talıbovun adına sosial şəbəkələrdə sayt açıb, "biz vurmamışıq, helikopter donqili idi özü düşüb" yazan Naxçıvan şəhər sakinini aşkar edərək, həbs olunmasının əsas səbəbkarı Əli Qasımlı olmuşdur.

4. Zeynal Babayev. Polis akademiyasını bitirdikdən sonra Naxçıvanda müxtəlif əməliyyat qurumlarında çalışmışdır. Naxçıvan rəhbərliyinə sədəqatli kadrlardandır. Həmçinin Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yaxın qohumudur. Məhz sadəqətinə görə 2021-ci ildə növbədənkənar kapitan rütbəsinə layiq görüldü. Eşitdiyimə görə, Naxçıvan Ali Məclisinə gedən şikayətçilərin zərərsizləşdirilməsində xüsusi xidmətlər göstərdiyinə görə bir müddət əvvəl Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi müavini vəzifəsinə təyin edilmişdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Masallıda NƏ BAŞ VERİR? - İLGİNC İDDİA

Artıq bilənlərə məlumdur ki, ekologiya sahəsində olan yoxlama və kadr məsələləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev öz müavini olan Vüqar Kərimova tapşırıb. O da bu fürsətdən istifadə edərək öz çirkin məqsədlərin həyata keçirtmək üçün qohum-əqraba və dost-tanışların gətirib ekologiya idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Amma maraqlısı odur ki, sözügedən təbiət qatılı bir çox idarələrdən qovulmuş, ekologiya və meşə sahəsinə yad ixtisaslı kadr, ali təhsili olmayan və bir sözlə sözügedən sahədə uzun müddət çalışıb təcrübəsi olmayanları gətirib direktor və yaxud müavini təyin etdirir.

Hardasa ekologiya sahəsində uzun müddət çalışan olsaydı, o zaman hardasa onu başa düşmək olardı kı, bunu təcrübəsi vardır.

Bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin Azerinfo.az xəbər portalına verdiyi məlumata əsasən hazır kı, Mərkəzin direktoru cənab Əlzamin Talıbovun müqaviləsinin müddəti 26 iyul 2022-ci il tarixdə bitdiyi üçün, o, tutduğu vəzifədən gedəcək.
İşçilər əlavə edir ki, belə bir söhbət var ki, artıq Vüqar Kərimov qeyri-meşəçi və heç o sahədən anlayışı olmayan bir nəfər tapıb Masallı Regional Meşə Təsərrüfatında direktor təyin etdirmək istəyir.

Buradan göründüyü kimi Vüqar müəllim bütün Regional Meşə idarələrində öz yaxın adamların ona görə, otuzdurub ki, öz çirkin məqsədlərin həyata keçirmək üçün öz bildiyi kimi idarə etsin.

Qarşı tərəfi dinləməyə hazırıq.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO