[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldar Mahmudov niyə Arafda qalıb - sabiq MTN rəhbərinin dalana dirənmiş taleyi...


“Araf” ifadəsi Qurani-Kərim mənşəli ifadədir və bəzən günlük həyatda, siyasi diskussiya və debatlarda, yazı və çıxışlarda da səslənir. “Araf” cənnətlə cəhənnəmin arasında bir yerdir. Yəni nə cənnətdir, nə cəhənnəm.

Bu baxımdan, “filankəs Arafda qalıb” təşbehi bəzən siyasi müstəvilərdə, bəzən hüquqi və cəza müstəvilərində də işlədilir.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun durumu məhz bu ifadə ilə təsvir oluna bilər. Sabiq nazir illərdir nə həbs olunur, nə də nəzarətdən buraxılır. Onun hüquqi statusu da bəlli deyil. Bir sözlə, Mahmudov Arafdadır - cənnət və cəhənnəmin tən ortasında!

Onu günün birində həbs etsələr, bu vəziyyət dəyişir və Mahmudovun cəhənnəm günləri ondan sonra başlayacaq. Ya da ona birbaşa bağlı olan cinayət işləri tamamilə bitir, özü də, yaxın ətrafı da bəraət alır; yaxud da hər hansı yolla üzərlərindəki yuridik təqib dayanır...

Bax, bu zaman Mahmudov və onun dəstəsini əsl cənnət gözləyir. Pulları var, tam azadlıqları da olsa, pandemiyadan sonra açılan dünya turizminə qoşulub, “cənnətə” bilet ala biləcəklər.

Eldar Mahmudovu bunlardan hansı gözləyir? Onun Araf günləri sayılıdırmı, bitirmi? Yoxsa bu proses sonsuza qədər davam edəcək? “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovla bağlı vəziyyətin yaxın vaxtlarda dəyişəcəyini gözləmir: “Eldar Mahmudovu 2015-ci ilin oktyabrında vəzifədən çıxaranda həbs etsəydilər, bu gün o, azadlıqda idi. Belədə onun 10 illik nazirliyi dövründə yığıb topladığı milyardları çətin ki, geri qaytarmaq mümkün olardı. Həbsə alsaydılar, deyəcəkdi ki, ”içəri"də istədiyim kimi “yatıb” çıxacağam. Yəni 15-20 milyon xərcləyib yüngülvari “srok” oturub çıxacaqdı. Həbsdən çıxandan sonra ona kimsə deyə bilməzdi ki, filan məsələ belədir və ya elədir. Rahat şəkildə ölkədən çıxıb gedəcəkdi və milyardlarını xərcləyəcəkdi. İndi isə qeyri-müəyyənlikdədir. Ən yaxın ətrafında daxil olan, birbaşa pulqoparma əməliyyatlarını həyata keçirən kadrı Mövlam Şıxəliyevin və onun əlinin altında olan 3 şöbə rəisi - müstəntiqin cinayət işi gedir. Bakı Hərbi Məhkəməsində keçirilən prosesi izləyənlər görürlər ki, MTN-in İstintaq Baş İdarəsində hansı cinayətlər baş verib. Adamları dəlil-sübutsuz MTN-ə aparıb aylarla saxlayıblar, milyonlarla pullarını, əmlaklarını əllərindən alıblar. Mövlam Şıxəliyev, onun əlinin altında olan şöbə rəisləri bu cinayətləri özbaşına, Eldar Mahmudovun razılığı olmadan edə bilərdilər? Söhbət ondan gedir ki, Eldar Mahmudov MTN-də elə bir mexanizm qurmuşdu ki, onun razılığı olmadan kimsə hər hansı bir addım ata bilməzdi.

Tutub MTN-ə aparılan adamların yaxınlarından külli miqdarda pulları belə kameralar qarşısında alıblar. Məhkəmə zamanı bütün zərərçəkənlər, onların yaxınları ifadə verib deyirlər ki, tələb olunan pulu MTN yaxınlığındakı poliklinikanın yanında təqsirləndirilənə, onun göndərdiyi adama verdik. Həmin adam da, təqsirləndirilən də bir qayda olaraq MTN binasına gedib. MTN-in dörd bir yanı kameradır, hansılara ki, Eldar Mahmudovun da baxmaq imkanı olub. Bundan başqa, binanın həyətində də, içində də hər tərəf gizli-aşkar kameradır. Yəni çanta ilə pulu alan MTN binasına gedirsə, deməli, bundan Eldar Mahmudovun xəbəri olub. Bunu gizlətmək mümkün deyil. Və ya bu gün zərərçəkən statusunda olanlar açıq-aşkar məhkəmədə deyirlər ki, onların qanunsuz həbsindən sonra yaxınlarından külli miqdarda pul alınıb və saxta ekspert rəyləri əsasında, xəstəlik adı ilə azad olunublar. Eldar Mahmudov MTN-in İstintaq Baş İdarəsində illərlə davam edən cinayətlərdən məlumatsız ola bilməz. Ən azı Mövlam Şıxəliyevi çağırıb deməli idi ki, necə olur ki, həbsə aldırdıqların hamısı xəstəlik tapır? Mümkün deyil ki, Eldar Mahmudovun MTN-də 10 il ərzində baş verənlərdən xəbəri olmasın. Orada baş verən cinayətlərə görə 1 nömrəli cavabdeh məhz Eldar Mahmudovdur. Ehtimal etmirəm ki, onun həbsə alınmaması barəsində kifayət qədər ifadə, fakt və sübutların olmaması ilə əlaqədardır. Sırf siyasi iradə ortaya qoyulmalıdır ki, Eldar Mahmudovun taleyi ilə bağlı birmənalı şəkildə qərar verilsin. Belə bir iradə olmayınca, Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik davam edəcək".

Hüquqşünas deyib ki, Eldar Mahmudovun həbsi üçün kifayət qədər əsaslar mövcuddur: “2017-ci ilin noyabrında Eldar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb 2 dəfə dindirdilər. Xəbər yayıldı ki, onu Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə dindiriblər. Bundan əvvəl Baş Prokurorluq Eldar Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, ”qara kassası" olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb etmişdi. Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunmuşdu. Eldar Mahmudovu 5 saat dindirəndən sonra azad etdilər. Sonradan bir də istintaqa çağırıb dindirdilər, yola saldılar. Yəni o zaman həbs qərarı üçün gərəkən göstəriş olmadı".

Xatırladaq ki, 2017-ci ilin iyulunda Bakı Hərbi Məhkəməsində hazırda da təqsirləndirilən şəxs statusunda olan Vüsal Ələkbərovun cinayət işi üzrə hökm çıxararkən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş, bu gün Bakı Hərbi Məhkəməsində mühakimə olunan general Mövlam Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarmışdı.

Hakim Siyavuş Hacıyevin çıxardığı həmin qərar o zaman icra olunması üçün Baş Prokurorluğa göndərilib. Belə görünür ki, qərarın Mövlam Şıxəliyevlə bağlı hissəsi icra edilməsinə “yuxarı”dan razılıq verilib. Mahmudovla bağlı isə belə razılıq olmayıb. Bu o deməkdir ki, Eldar Mahmudovla bağlı belə qərar olmayacaq? Bu sual isə hələlik açıqdır. Mümkündür ki, Mövlam Şıxəliyev və digərlərinin işi üzrə hökm çıxarılarkən bu məsələ yenidən gündəmə gələ bilər. Mahmudovun Araf günləri o zaman bitər.

“Yeni Müsavat”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeni gələn icra başçıları niyə tez YOLDAN ÇIXIR?.. - HƏQİQƏTƏN DƏ...


Ey öküzə, ulağa harınlıqda tay olan!
Ömrü, günü qəflətdə, gecə-gündüz zay olan!
Batıb-çıxan Günəşin gərdişindən xəbərsiz!
Bu lacivərd göylərin hər işindən xəbərsiz!
…Niyə kefli yatırsan? Qəsdindədir bu fələk,
Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk.
Yatanlara yaxşı bax, bu qəfləti tərk elə.
Gör ki, hara gedirsən, axırını dərk elə. (Nizami Gəncəvi, “Sirlər Xəzinəsi”)


Allah şeyx Nizamiyə rəhmət eləsin, misralarını nizamla düzdüyü kimi, elə həyatın gedişatını da nizamla qeydə alıb, özündən sonra bir insan ömrünün “əl kitabı”nı yazıb. Dahi Nizaminin sətirlərində elə bir cümlə, ifadə yoxdur ki, gerçək həyatda öz əksini tapmamış olsun. Əsrlər öncə qələmə alınmış yuxarıdakı iki bəndi Nizami Gəncəvi öz dövrünün harınlamış, gözü burnunun ucunu görməyən insanlarına həsr etsə də, bu gün həmin iki bənd öz aktuallığını zəmanəmizin harın məmurları sayəsində qoruyub saxlaya bilir.

“…Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq” - bu ifadə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. O, bu sözləri Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul edərkən deyib.

Demək olar ki, hər dəfə icra başçıları dəyişilib yerinə yeniləri təyin olunanda, dövlət başçısı onları qarşısında oturdaraq sözün əsl mənasında “ata nəsihəti” edir, özlərindən əvvəlki məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri üçün hansı durumlara düşdüklərini yeni təyin olunan icra başçılarına örnək göstərir və gözəlliklə izah edir ki, həmin əməlləri bir daha heç biri təkrarlamasın. Ancaq həmin öyüd-nəsihətlər, örnəklər, nümunələr sanki elə Prezidentin həmin qəbul otağında qalır, adamlar otağı gəldikləri kimi də tərk edib, öz “şirin” kreslolarına doğru qaçırlar.

Üç il öncə də - 2019-cu ildə ölkə rəhbəri bir neçə rayona yeni icra başçısı təyin etmək üçün bir sıra sərəncamlar imzalamışdı. Həmin sərəncamlardan sonra təyin olunan bu adamlara özlərindən əvvəlki məmurların etdiyi dələduzluqları, cibgirliyi, özbaşınalıqları təkrarlanmaması üçün vəzifələrini layiqli şəkildə icra etmələri ilə bağlı nəsihət tonunda göstəriş verilmişdi. Daha sonra vaxt keçdi, zaman ötdü, ölkə rəhbərinin qəbulunda məsum körpələr kimi qulağını Prezidentə dikib öyüd-nəsihət qəbul edən bu “körpələrin” başçılıq etdikləri rayonlarda zamanla zülm ərşə dirəndi, insanlar əllərindən “dad” dedilər.

Hansı birinin adını çəkəsən? Qaziyə qarşı saymazyanalıq edənimi? Şəhid ailəsini süründürməçiliyə salanınmı?

Söhbət təkcə Qarabağ qazilərindən getmir. Qazi olasa da belə, bi əlilə qarşı “müharibəyə” çıxıb “qurşaqdan aşağı” zərbələr vuran icra başçısı da var. Hələ bu məqsəd üçün hüquq-mühafizə orqanlarından da öz maraqları naminə istifadə edir...

Ofisindən çıxan milyonlarla dollar pulu həyat yoldaşının adına çıxıb "miras qalıb" deyəninmi adını çəkək?.. "Məqsədə aparan yolda hər şey mübahdır" anlayışına sahib bu adamlar üçün bir duracaq, dayanacaq yer, sərhəd də yoxdur. Bəs məqsəd nədir? Məqsəd bəllidir - "Burda mənəm, Bağdadda kor xəlifə". Xalqdan oğurladığı milyonları həyat yoldaşının adına çıxıb, özünü və ailəsini biabır edən, ardınca da 12 il həbs cəzası alan bu adam(lar) üçün qurşaqdan aşağı əməllərə baş vurmaq, insanların namusuna, ləyaqətinə sataşmaq, maaşlarına göz dikmək saqqız çeynəmək qədər asan bir işdir. Ona görə ki, onlar üçün ailə dəyəri anlayışı artıq öz təsirini itirib.

4-cü İslam xəlifəsi olan Əli ibn Əbu Talibin ailə və mənəvi dəyərlər haqqında belə bir gözəl kəlamı var: “Başqasının namusu ilə vaxt keçirmək istəyənin öz namusundan xəbəri olmaz”.

Heç şübhəsiz ki, sadalanan bütün bu cinayətkar əməllərdən əgər sıravi bir ölkə vətəndaşının, o ölkənin mətbuat orqanlarının xəbəri varsa, mütləq ölkə rəhbərliyinin də xəbəri olacaq və bu günlərdə ölkə Prezidenti bir daha öz xəbərdarlığını edərək bütün bunların fərqində olduğunu və bu şəxslərə qarşı növbəti cəza üsullarının tətbiq olunacağını bildirdi.

P.S. Ölkə olaraq bu “dejavü”nü hər il yaşayırıq – öncə xəbərdarlıq olunur, ardınca özlərinə çəki-düzən verə bilməyən məmurlar qəfil DTX-nın “qonağı” olurlar, ardınca da üzrlər, peşmanlıqlar, yalvarışlar…

Nizami demiş, “gör ki, hara gedirsən, axırını dərk elə”, eli qəmə boğma, şad əməllərinlə könüllərini, sevgilərini al. Əks halda, sən saydığını say, gör, fələk nə sayır…

Mətin Şükürlü, Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hərbçimiz Kəlbəcərdə minaya DÜŞDÜ


İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.

Bu barədə MN-dən bildirilib.

O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
2,5 milyon manatlıq dələduzluqda ittiham edilən sabiq məmur oğlu niyə cəzalandırılmır?


2,5 milyon manatlıq dələduzluqda ittiham edilən Xətai RPİ-nin keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin başa çatan məhkəmənin qərarı qarşı tərəfin narazılığına səbəb olub.

İyulun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə E.Həşimli barəsində bəraət hökmü çıxarılıb və məhkəmənin qənaətinə görə, onun zərərçəkmiş qismində tanınan Möhkəm Səmədova qarşı dələduzluq etməsi ittihamı sübuta yetirilməyib.

Məsələylə bağlı, Möhkəm Səmədov mətbuata açıqlamasında bildirib ki, təxminən 2 il əvvəl hadisə barəsində hüquq mühafizə orqanlarına müraciət edib və bu günə kimi məsələ öz həllini tapmayıb. O, Azərbaycan Respublikasının qanunlarına və qanun keşikçilərinin ədalətli yanaşmalarına inandığını qeyd edib:

“Azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı olaraq, hər zaman cənab prezident İlham Əliyevi və onun dövlət siyasətini dəstəkləyirəm. Cənab prezidentin hüquq sahəsindəki uğurlu islahatları ölkəmizin suveren və demokratik olmasını bir daha sübut edir. Bu səbəbdən də mənə dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına əsaslı sübutları (səsyazıları, mesajlar və xüsusilə Elvin Həşimlinin imzasıyla təsdiq olunan yazılı qeydlər) təqdim etməklə müraciət etdim. Mənə dəymiş ziyanın ödənilməsini və prosesə ədalətli yanaşılmasına inanıram. Amma nəticədə 2 ilə yaxın davam edən proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov tərəfindən çıxarılan hökmü ilə başa çatmış hesab olunsa da, mən bu hökmü ədalətsiz hesab edirəm. Qeyd etdiyim kimi, hadisə ilə bağlı kifayət qədər əsaslı sübutlar olduğu halda, məsələyə biganə yanaşılıb. Hətta məhkəmə prosesində prokuror çıxışında Elvin Həşimlinin verilmiş ittihamlarla təqsirli bilinərək, 12 il azadlıqdan məhrum edilməsini tələb edib. Təəssüf ki, bu tələbə məhəl qoymayan hakim heç bir şey olmamış kimi bərat hökmünü çıxarıb”.

M.Səmədov onu da qeyd edib ki, hökmdən narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, E.Həşimli Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, 2,5 milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

O, vaxtilə Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı kimi çalışıb. Daha sonra daxili işlər orqanlarından xaric edilib. E.Həşimli Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğlu, eyni zamanda, Xocalı rayon icra başçısının müavini Vahid Əliyevin kürəkənidir.

Xeberfakt.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR


Xatırlayırsınızsa, bir neçə gün əvvəl Naxçıvan MR DİN-in sabiq polis zabitlərindən birinin redaksiyamıza ünvanladığı məktubunu dərc etmişdik. Müəllif məktubunda bizi Azərbaycan Polis Akademiyasının məzunlarını çox idalizə etməkdə günahlandırmış və həmin polislər arasında qanunvericiliyə deyil, canü-dildən “xan” həzrətlərinə işləyənlərin də olduğunu bildirmişdi. Bundan əlavə, həmin polislərin bəziləri barədə müfəssəl bilgi verən qaynağımız dünən redaksiyamıza haqqında söhbət açdığı asayiş keşikçilərinin şəkillərini də göndərib.

[b]İctimai maraq doğurduğunu nəzərə alıb sözügedən şəkilləri DİA.AZ oxucularının diqqətinə çatdırırıq.
[/b
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

1. Nurlan Əliyev. Polis Akademiyasını bitirib. Naxçıvan DİN-in Narkotiklərlə Mübarizə Şöbəsinin Sabiq rəisi Asim Hüseynovun yaxın kadrı idi. Akademiyanı bitirdikdən sonra Babək Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə baş əməliyyat müvəkkili vəzifəsinə gətirilib. Babək RPİ-də xidmət etdiyi dövrdə öz rəislərinin qanuni və qanunsuz göstərişlərini qeyd-şərtsiz icra edib. Naxçıvansayağı xidmətləri nəzərə alınıb “xan” həzrətlərinə özü kimi polis yetişdirmək üçün Nurlan Əliyev bu il Naxçıvan Polis Məktəbinə müəllim təyin olunub.
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

2. Əli Qasımlı. Polis Akademiyasını bitirərək Naxçıvan DİN-ə təyinat alıb. Naxçıvan DİN-də ixtisas təcrübəsində olarkən, sosial şəbəkələrdə Naxçıvan rəhbərliyini təhqir edən bir şəxsi aşkar etdiyi üçün xüsusi rəğbət qazanıb. Məhz buna görə də dərhal İnsan Alverinə Qarşı Mübarizə Bölməsinə mühüm vəzifəyə gətirilib. Cinayət Axtarışı İdarəsinin rəisi Qasım Həsənov ilə əlbir olub zaman-zaman saytımıza qarşı təşkil edilmiş söyüş kampaniyasının başında durub. Məktubda onun bu “müqəddəs” fəaliyyəti barədə bildirilirdi: “Əli Qasımlının təşkilatçılığı ilə bəzi polis əməkdaşları sizin yazılarınızın altından təhqirlər yazırdı. “SEDMOY”-da xidmət etdiyi dövrdə də, sosial şəbəkələrdə Naxçıvan muxalifətçilərinin və həmçinin etiraza meyilli şəxslərin neytrallaşdırılmasını həyata keçirib”. Onun ən yadda qalan “xidməti” isə 44-günlük vətən müharibəsinin son günündə Sədərək rayonu istiqamətində Rusiyaya məxsus hərbi vertalyot vurulduqdan sonra sosial şəbəkələrdə Vasif Talıbovun adına yaradılmış saxta profildə paylaşılan bir statusun əsl müəllifini aşkarlamaq olub. Qeyd olunur ki, həmin paylaşımda "Biz vurmamışıq, helikopter donqili idi, özü düşüb" yazılıbmış. Həmin statusun əsl müəllifi olan Naxçıvan şəhər sakinini aşkar edilərək, həbs olunub. Həbsin əsas səbəbkarı Əli Qasımlıdır.
Polis Akademiyasını bitirib XANA qulluq edən asayiş keşikçilərindən bəziləri - FOTOLAR

3. Zeynal Babayev. Polis akademiyasını bitirdikdən sonra Naxçıvanda müxtəlif əməliyyat qurumlarında çalışıb. Naxçıvan rəhbərliyinə sədəqatli kadrlardandır. Həmçinin Naxçıvan Gömrük Komitəsinin sədr müavini Səbuhi Novruzovun yaxın qohumudur. Məhz bu sadəqətinə görə o, 2021-ci ildə növbədənkənar kapitan rütbəsinə layiq görülüb. İddialara görə, Naxçıvan Ali Məclisinə gedən şikayətçilərin zərərsizləşdirilməsində xüsusi xidmətlər göstərdiyi üçün bir müddət əvvəl Naxçıvan DİN-in Cinayət Axtarışı İdarəsinin rəisi müavini vəzifəsinə təyin edilib. //Ovqat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycan və Rusiya arasında yeni protokol təsdiq edildi - FƏRMAN


Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"2022-ci il martın 4-də Moskva şəhərində və martın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilsin.

Bu fərmanın 1-ci hissəsində göstərilən protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin".

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentin 3 medal verdiyi qazinin evi - FOTOFAKT


“Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı daxmadır bura. Daxma Astara rayon Səlivə kəndindədir. İşdi-şayət, birdən Astara icra hakimiyyəti, deputatlar getsə
rahat tapsınlar deyə yazdım”.

Xalqxeber.az-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə paylaşıb.

Qazimizin yaşadığı daxmanın fotolarını qeydlərinə əlavə edən jurnalist daha sonra yazır:

Məlik Məlikov Prezident döyüş şüsaətlərinə görə 3 medalla təltif edilib. Amma medalla qarın doymur. Bu adama ev verin, iş verin, qayğısını çəkin.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə müəllimdən direktora İTTİHAMLAR... - “Maaşdan əlavə 1300-1400 qazanıb”


“Müəllimə dərs çatmadığı halda fənn əsassız olaraq vakansiyaya çıxarılır. Buna səbəb isə məktəb direktoruna pul verməməyimizdir”.

DİA.AZ xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Gədəbəy rayonu, Novo-İvanovka kənd tam orta məktəbinin Biologiya-Kimya müəllimi Nurayyə Əzizova müraciət edib.

61 yaşlı müəllim deyib ki, 14 saatlıq dərsləri əllərindən alınaraq vakansiyaya çıxarılır: “Mən 1987-ci ildə ADU-nu Biologiya və Kimya ixtisası üzrə bitirmişəm və həmin ildən də müəllim işləyirəm. Düz 35 ildir bu fənləri tədris edirəm. 2016-cı ildə müəllimlər üçün keçirilən diaqnostik imtahanda iştirak edərək Biologiya fənnindən 42 bal toplamışam. 2-ci ixtisasdan da könüllü iştirak etmək istədikdə isə Rayon Təhsil Şöbəsindən bunun vacib olmadığını mənə bildiriblər. Məktəbdə eyni ixtisasdan 2 müəllimik. Bizim ikimizin cəmi 31 saat dərsimiz var. Bundan əlavə bizə 4 saat "Həyat bilgisi" dərsi verilib.

İyunun 13-də isə məktəbin direktoru Leysan Hüseynov bizim 14 saat- 9 saat Kimya, 5 saat da "Həyat bilgisi" fənni olmaqla dərsimizi vakansiyaya çıxdığını pedaqoji şurada bəyan elədi. Mən ona narazılığımı bildirdim və hörmətli nazirimizin iki qoşa fəndən dərs deyən müəllimlərin bir fənnən imtahan verməsini, digərinin isə vacib olmadığını ona söylədikdə direktor Leysan bu qərarın qüvvədən düşdüyünü mənə dedi. Onu da qeyd edim ki, bu tədris ilində üç sinifdə şagird sayı az olduğuna görə birləşir və biz - 2 müəllimə cəmi 12 saat Biologiya dərsi qalır”.

Nurayyə Əzizova iddia edib ki, adıçəkilən məktəbdə məktəb direktoru tərəfindən haqsızlıq, özbaşınalıq, rüşvətxorluq kimi hallar baş alıb gedir: “Leysan Hüseynov 2021/2022-ci tədris ilində çoxlu sayda dərs saatlarını gizlədib və həmin dərsləri müəllimlərin üzərinə yazaraq pulunu özü alıb. Hər ay da o, öz əmək haqqından əlavə təxminən 1300-1400 manat qazanc əldə edib. Hazırda bu məktəbin ciddi yoxlanılmasına və məktəb direktoru haqqında ölçülər götürülməsinə ehtiyac var”.

İddialarla əlaqədar Gədəbəy rayon Novo-İvanovka kənd tam orta məktəbinin direktoru Leysan Hüseynovla əlaqə saxladıq. Direktor məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nurayyə Əzizovanın şikayətləri əsassızdır: “Onun şikayət etməsinə səbəbi odur ki, müəllimin diplomunda Biologiya və Kimya sözü yazılır, ancaq müəllimlərin diaqnostik qiymətləndirməsində yalnız Biologiyadan keçib. Diplomunda hər iki fənnin adı yazılmış, ali təhsilli iki müəllimimiz var və Regional Təhsil İdarəsi yaranana qədər biz bu fənləri həmin iki müəllimə vermişdik. Ancaq indi müvəqqəti dərs bölgüsü aparılarkən idarədən bizə tapşırılıb ki, diaqnostik qiymətləndirmə balları ilə yazılıb, dərs bölgüsü aparılmalıdır. Biz də dərs bölgüsünü aparan zaman diaqnostik qiymətləndirmələri nəzərə almışıq. Sadəcə Kimya fənnindən diaqnostik qiymətləndirmə olmadığına görə, proqram avtomatik kimya dərsini vakansiyaya çıxarır. Mənə də idarədən tapşırılıb ki, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə əlavə dərs vermə. Yəni səbəb budur”.

Məktəbin direktoru onu da əlavə edib ki, sözügedən müəllimlə 12 ildir birlikdə işləyirlər və bu illər ərzində heç bir problemləri olmayıb: “Çox səmimi, mehriban, qarşılıqlı hörmət əsasında işləmişik. Aramızda heç bir problemimiz olmayıb. Düz bu dərs bölgüsü yaranana qədər… Bundan sonra aramızda belə problemlər başladı. O ki qaldı mənim müəllimlərdən pul almağıma, məktəbdə çalışan heç bir müəllim belə demir. Heç biri məndən şikayətçi də deyil”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Penitensiar Xidmətə kimi rəhbər gətirirlər? - bu posta 4 namizəd var


Təxminən 5 aydır ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi vəzifəsi boşdur. İstiqlal.az-a daxil olan məlumata görə, sözügedən qurumun rəisi vəzifəsinə təyinatın yubanması iddialıların çoxluğu ilə bağlıdır.

Məlumatda bildirilir ki, hazırda bu posta 4 namizəd var: Penitensiar Xidmətin rəis müavini Hüseynağa Əlixanov, digər müavin Nizaməddin Cəlilov, Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət müfəttişliyinin rəisi Malik Ələkbərov və Penitensiar Xidmətin əməliyyat rəisi Mirsaleh Seyidov.

İddialara görə, İsmayıllının keçmiş polis rəisi Nizami Qocayev də bu posta iddialı olub. Və onun bu vəzifəyə təyinatı da demək olar ki, gün məsələsi imiş. Daha doğrusu Nizami Qocayev polis rəisi vəzifəsindən azad edilən gün bu vəzifəyə təyin olunmalı imiş. Lakin bu barədə mediaya məlumat sızdırılması Nizami Qocayev barədə qərarın dəyişməsinə səbəb olub və o, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Gəncə regional şöbəsinə təyinat alıb.

Məlumatda bildirilir ki, hazırda iddialılar arasında ciddi rəqabət var. Bu rəqabətin nəticəsidir ki, iddialıların hər biri barədə mediada neqativ faktlar dərc olunur. Bu isə onların hər birinin şansını minimuma endirir.

Mədət Quliyevin Penitensiar Xidmətdən getməsindən sonra həbsxanalarda ölüm hallarının artması, korrupsiya və rüşvətin tüğyan etməsi iddialılardan xüsusilə ikisinin - Hüseynağa Əlixanovla Nizaməddin Cəlilovun rəis olmaq şanslarını heçə endirib. Malik Ələkbərovun isə fəaliyyətilə bağlı araşdırma aparıldığı barədə iddialar var. Bildirilir ki, həbsxanalardakı ərzaq dükanları onun nəzarətindədir. Araşdırmalar da məhz bu dükanlarla bağlı aparılır.

Mirsaleh Seyidova gəlincə, onun həbsxana rəisi olduğu vaxtlarda qanunsuz əməlləri barədə mediada çoxsaylı faktlar dərc edilib. Məlumatda bildirilir ki, bu 4 şəxslə bağlı ciddi tərəddüdlər olsa da hələlik başqa namizəd yoxdur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tarif Şurası benzin və dizellə bağlı qərarını AÇIQLADI


Tarif (qiymət) Şurasının iyulun 26-da keçirilən növbəti iclasında benzin və dizel üzrə təchizat tariflərinin müəyyən olunmasına dair Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılıb və aparılan tarif dəyişikliyi benzinin və dizelin pərakəndə satış qiymətlərinə təsir göstərməyəcək və həmin məhsulların mövcud pərakəndə satış qiyməti dəyişmir.

Bu barədə Tarif (qiymət) Şurasından bildirilib.

Məlumat üçün bildirək ki, Şuranın indiyədək qüvvədə olan qərarına əsasən, neft məhsulunun topdansatış tarifi (təchizat tarifi də daxil olmaqla) pərakəndə satış yerinədək daşınması ilə bağlı bütün xərclər daxil edilməklə tətbiq edilib. Təchizat tarifi isə özündə həm topdansatış məntəqələri üzrə saxlanılma və nəql xərclərini, həm də pərakəndə satış məntəqələrinə çatdırılma xərclərini birlikdə ehtiva etdiyi üçün subyektlər arasında xidmətin yerinə yetirilmə növündən asılı olaraq mübahisəli halların yaranmasına, maliyyə intizamının pozulmasına səbəb olub.

Məsələ ilə bağlı ötən müddət ərzində müvafiq təhlil işləri aparılmış və bu cür halların aradan qaldırılması məqsədilə benzin və dizel üzrə pərakəndə satış tarifi mövcud 1,0 manat/litr və 0,80 manat/litr səviyyəsində əvvəlki kimi saxlanılmaqla tarif zəncirində dəyişiklik edilərək topdasatış və pərakəndə satış üzrə təchizat tariflərinin ayrılıqda müəyyən olunması məqsədəuyğun hesab olunmuşdur. Belə ki, benzin və dizel üzrə mövcud 18 manat/ton topdansatış təchizat tarifi 20 manat/ton, yanacaqdoldurma məntəqələrinin mövcud 100 manat/ton marjası 108 manat/ton müəyyən edilmiş, həmçinin həmin məhsulların borular vasitəsilə nəqli tarifi 3 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına topdansatış təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarla eyni tarixdən qüvvəyə minəcək.

İclasda həmçinin, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində 5 dəfədən artıq müsahibədə iştirak üzrə ödənişin dövlət qulluğu vəzifələrinin qrupundan asılı olmayaraq bir iştirak üçün 50 manat səviyyəsində müəyyənləşdirilməsinə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının bir mərhələdə, bakalavriat səviyyəsinə isə qəbul imtahanlarının iki mərhələdə keçirilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün yeni test tapşırıqları bazasının işlənməsi, imtahanların təşkili xərclərinin artması kimi məsələlər nəzərə alınmaqla, tələbə qəbulu üzrə yeni xidmətlər üzrə tariflərin müəyyən olunması və bəzi imtahan növləri üzrə isə təsdiq edilmiş tariflərin dəyişdirilməsinə dair Dövlət İmtahan Mərkəzinin müraciətinə baxılıb.

Tarif (qiymət) Şurası üzvlərinin təklifləri əsasında il ərzində 5 dəfədən artıq müsahibədə iştirakla bağlı ödənişin məbləği dövlət qulluğu vəzifələrinin qruplarına uyğun olaraq hər bir mövcud imtahan tarifinin 50 faizi miqdarında (35, 40, 45 və 50 manat) müəyyənləşdirilib. Qərar 26 iyul 2022-ci il tarixindən qüvvəyə minir.

Eyni zamanda, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilmişdir.

Qanunvericiliyə əsasən yuxarıda qeyd olunan qəbul imtahanlarında ilk dəfə iştirak edən abituriyentlər və iştirak sayından asılı olmayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün iştirak haqqı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan Respublikası vətəndaşları üçün tariflərin artırılması ilə əlaqədar yaranan fərqin 2023-2024-cü illər ərzində dövlət büdcəsi hesabına qarşılanması məsələlərinə dair Maliyyə və İqtisadiyyat nazirliklərinin hökumətə təqdim etdiyi təkliflərin razılaşdırıldığını nəzərə alaraq, tələbə qəbulu ilə bağlı qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul ediləcək qərarı ilə eyni tarixdən qüvvəyə minəcəkdir.

İclasda həmçinin, “Azərenerji” ASC-nin Şuraya müraciətinə baxılmış və istehsal olunan elektrik enerjisinin hansı hissəsinin tarifinin tənzimlənmədiyi məsələsinə aydınlıq gətirilməsi və dəqiqləşdirilməsi məqsədilə Şuranın 2021-ci il 16 oktyabr tarixli qərarında redaktə xarakterli dəyişiklik edilmişdir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ovçuluq biletinin verilməsinə görə dövlət rüsumu müəyyən edildiyindən Nazirlər Kabinetinin Qərarı ilə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin) siyahısından ovçuluq biletinin qiyməti çıxarılmışdır. Bu baxımdan, Tarif (qiymət) Şurasının “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2008-ci il 30 iyul tarixli 5 nömrəli və “Ovçuluq biletinin qiymətinin tənzimlənməsi barədə” 2018-ci il 17 may tarixli 3 nömrəli Qərarları ləğv edilmişdir.

Tələbə qəbulu, neft məhsullarının təchizatı və ovçuluq bileti ilə bağlı qərarlar istisna olmaqla digər qərarlar 1 avqust 2022-ci il tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 337 dərman vasitəsinin qiyməti də təsdiq edilmişdir.

Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 13369 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

XƏBƏR LENTİ

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

09:31

Başlıbel faciəsindən 31 il ötür

00:24

İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

23:36

CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

19:13

İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

18:49

"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

18:37

Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

18:26

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

16:48

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

16:19

“Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

15:39

Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

15:02

"Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

14:22

BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...