“RoyalBank”ın rəhbəri özünə və oğluna bəraət istədi: PROKUROR İSƏ 14 İL...

17:26 31.03.2022 198
“RoyalBank”ın rəhbəri özünə və oğluna bəraət istədi: PROKUROR İSƏ 14 İL...
Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Camın işi üzrə məhkəmə prosesi davam etdirilib.

Zamantv.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Camın vəkili dövlət ittihamçısının çıxışına etiraz edib.

O, müdafiə etdiyi şəxsə prokurorun 14 il həbs cəza istəməsini əsassız hesab edir:
“Biz buna etiraz edirik. Məhkəmədə 101 cildlik cinayət işində kifayət qədər Fuad Camın xeyrinə faktlar olsa da, ittiham tərəfi bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərinin hamısı cinayətdə Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir? Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul veriblər. Məhkəmədən xahiş edirəm, bu hallar nəzərə alınsın. Fuad Cama hökm oxunarkən xahiş edirəm, yüngülləşdirici hallar nəzərə alınsın”.

Vəkilin sözlərinə görə, Fuad Camın cinayət işindəki heç bir sənəddə imzası olmayıb:

"Cinayət Əli Camındırsa, oğul niyə ağır cəzaya məhkum olunmalıdır. Axı onun ittiham edilən sənədlərin heç birində ki, imzası yoxdur. Bu köçürmələri Əli Can edibsə, Fuad Cam niyə cəzalandırılır? İttihama kənd təsərrüfatı kreditləri adı ilə 4 milyon manata yaxın pul mənimsənilməsi var. Bu prosesdə Fuad Canın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb. İttiham aktında da göstərilir ki, bu proses Əli Camın göstərişi ilə köçürülüb və çıxarılıb. Burda Fuadın nə günahı var? Axı bu pulu Fuad köçürməyib. Əl Cam köçürüb də, çıxarıb da. Fuad Camın bu işdə nə günahı var? İttiham aktında yazılıb ki, Fuad bu işdə atası ilə əlbir olub. Bu əlbirlik harada olub? Kim sübut elədi bunu? İstəyirlər ki, Fuad, cavan uşaq türmədə yatsın?
Ona görə də xahiş edirəm Fuad barədə ədalətli qərar verəsiniz”.

Prosesdə Əli Cama son söz verilib.

Ə.Cam bildirib ki, onun prosesdə heç bir günahı yoxdur və bəraət istəyib:

“1991-ci ildən bu vaxta qədər olan xidmətlər bir kənara, biz bankı 2003-dən sonra götürmüşük. 2003-2006-cı illərdə bank əməkdaşları 12 nəfərdən 600 nəfərə çatdırılıb. 2008-ci ildə “RoyalBank”ın kapitalı 10 milyon, 2010-da 22 milyon olub. Bütün dünyada böhran olsa da mən bankın kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdən mülkümü satıb Bakıya gətirmişəm. İstəməsəydim, etməzdim. Xahiş edirəm mən və oğluma bəraət verin".

Prosesdə son söz deyən Fuad Cam da məhkəmədən bəraət istəyib.

Hakimlər müşavirəyə ayrılıb.

Qeyd edək ki, ittihama görə, ləğv edilmiş “RoyalBank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “RoyalBank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Xatırladaq ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulub, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.
Zamantv.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO