[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gədəbəydə MƏMUR ÖZBAŞINALIĞI... - Onlara hər şey olar...
Gədəbəy Kommunal Müəssisələri Kombinatının müdiri Əkbər Kazımov və müavini Kamran Quliyev rayonun Böyük Qaramurad və Arıxdam kəndlərinin pay torpaqlarında özlərinə evlər tikiblər.

"Zamantv.az"ın "Demokratik.Az"a istinadən əldə etdiyi fotolardan aydın olur ki, rayonun təmizlik işlərinə mükəlləf olanlar bilə-bilə ev tikintilərini əkinəyararlı torpaqlar üzərində tikməklə, tikinti məcəlləsindən irəli gələn tələbləri pozublar. Rayonun başbilənləri isə yerli məmur özbaşınalığına qarşı addımlar atmır.

Aylıq maaşları 400-500 manat olan məmurların ev tikintisinə xərclədikləri pulu hansı şəffaf yolla əldə etdiklərinin hesabatı bir yana, maraqlıdır ki, kifayət qədər savadı olan bu adamlar niyə fərdi evlərini həyətyanı torpaq sahəsində deyil, məhz əkin sahəsində tikdiriblər...

İlk şəkildəki ev Böyük Qaramurad kəndində - Əkbər Kazımovun evidir.

Digər yarımçıq tikili isə idarədə özünü "Qəmlo" kimi adlandıran müavinə məxsusdur...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Zamantv.az"a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
16 yaşda qaçırılan qızın bibisi DANIŞDI: - "Ləmanı aldadıblar"
Bir neçə gün bundan öncə Tərtər rayonunun Evoğlu kəndində 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Ağdam rayon sakini Seymur Məmmədovun qaçırdığı barədə qızın ailəsi tərəfindən polisə müraciət daxil olub. Zamantv.az xəbər verir ki, modern.az saytının əməkdaşı hadisənin təfərrüatını öyrənmək üçün qızın bibisi Xanım Əhmədova ilə əlaqə saxlayıb.

Bibinin sözlərinə görə, Ləman geri dönmək istəmir:

“Elə indi Ləmanla əlaqə saxladım. Vəziyyətinin yaxşı olduğunu, öz istəyi ilə qaçdığını dedi. Amma biz razılaşmırıq. Çünki o azyaşlıdı, yaşının pis vaxtıdı.

Ləmanın da istəyi olduğu üçün məcburən oğlana dedim ki, qızı geri qaytar, adət-ənənə ilə həll edək. Amma oğlan yenə razı olmur. Deyir ki, qızı ancaq toya bir gün qalmış ata evinə qaytara bilər. Buna da mənim qardaşım razı deyil”.

Müsahibimiz bildirib ki, oğlan tərəfi qızı aldadıb:

“Sonuncu dəfə Ləmanı anası ilə nənəsi görüb, o da polis şöbəsində. Polis qızın qərar verə biəcək yaşda olduğunu vurğulayıb. Amma qızın heç 18 yaşı yoxdu, 16 yaşın içindədi.

Qardaşım araşdırıb ki, oğlanın 31 yaşı var. 10 il ailəli olub, həm də nikahdankənar. Ləmanın orda axırı yoxdu. O, oğlanla bədbəxt olacaq. Savadlı qız idi, onu alddaıblar.

Oğlan tərəfinin qızı harada saxladığı, hara qaçırdığı barədə heç bir məlumatımız yoxdu”.

Qeyd edək ki, məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən qaçdığı müəyyən edilib. Hazırda Tərtər polisində araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qaxda avtomobillər toqquşub, ölən var
"Zamantv.az" xəbər verir ki, Qax rayonunda avtomobillər toqquşub, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”də olan sərnişinlər - rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda avtomobil 54 yaşlı kişini vurub
Zamantv .az xəbər verir ki, Bakıda avtomobil 54 yaşlı kişini vurub.

Hadisə Binəqədi rayonunda qeydə alınıb.

7-ci mikrorayon ərazisində 1968-ci il təvəllüdlü Hüseynov Eldar Nizami oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bədbəxt hadisə nəticəsində ölən Aysunun FOTOsu
Xəbər verdiyimiz kimi, Göyçayda 11-ci sinif şagirdi bədbəxt hadisənin qurbanı olub.

"Zamantv.az" "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Şıxəmir kəndində 16 yaşlı İsmayılova Aysun Habil qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

Səhhətində narahatlıq yaranan Aysun, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin tibbi yardımdan sonra A.İsmayılova müalicə üçün Respublika Toksikoloji Mərkəzinə gətirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Aysun İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Aysunun fotosunu təqdim edirik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş məhkum qətlə yetirilib
Zamantv.az : - Bakıda keçmiş məhkum qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə yanvarın 7-də saat 17 radələrində Binə qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Cəbrayılovun öldürülməsi barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Z.Kazımovun münaqişə zəminində Z.Cəbrayılovu bıçaqla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda hava limanı etirazçılardan geri alındı

Qazaxıstanın Almatı şəhərində keçirilən xüsusi antirerror əməliyyatı zamanı etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib.

"Zamantv.az" yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Almata şəhərinin icra başçısının müavini Yerjan Babakumarov məlumat verib. O bildirib ki, keçirilən xüsusi əməliyyatlar nəticəsində hava limanı boşaldılıb və adi iş rejiminə keçib.
Verilən məlumata görə, əməliyyatlar zamanı 2 hərbi qulluqçu vəfat edib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda 400 cüt ayaqqabı oğurlayan şəxs ƏLƏ KEÇDİ

"Zamantv.az" xəbər verir ki, Sumqayıt şəhərindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı-Qazax yolunda QƏZA: Ər-arvad xəsarət aldı
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Zamantv.az"ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdü Camal Hüseynov və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Tamara Dərziyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO