[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gözəllik yarışmasının qalibi İNTİHAR ETDİ
2019-cu ildə “Miss ABŞ” yarışmasının qalibi seçilən Çesli Krist intihar edib.

Zamantv.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, özünü yaşadığı binadan atıb.

Qadının meyiti evinin yanında tapılıb.

Mərhum intihar məktubunda bütün var-dövlətinin anasına təhvil verilməsini istəyib.

Hadisə ilə bağlı araşdırma aparılır
Gözəllik yarışmasının qalibi İNTİHAR ETDİ
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəhşətli qəzada 5 nəfər öldü
İspaniyanın Valensiya vilayətində baş vermiş qəzada azı 5 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.

Lent.az-ın xəbərinə görə, bu barədə regionun yanğınsöndürmə xidməti məlumat yayıb.

Hadisə gecə saatlarında baş verib. İlkin ehtimala görə qəzaya nəqliyyat vasitəsinin qarşı yola çıxması səbəb olub. Yaralıların vəziyyəti ağırdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Onilliyin rekordçuları – Azərbaycan kubokunda
Azərbaycan kubokunda son 10 ildə ən çox oyun keçirən futbolçular bəlli olub.

Zamantv.az Apasport.az saytına istinadla məlumatına görə, 2012-21-ci illərdə turnirin rekordçusu Denis Silvadır.

Braziliyalı 36 matçda meydana çıxıb. O, Əfran İsmayılovu 1 oyun qabaqlayır.
“Qarabağ”ın və yığmanın kapitanı Maksim Medvedev 34 matçla üçüncüdür. Ümumilikdə isə 8 futbolçu 30 və ya daha çox görüşdə şans qazanıb.

1. Denis Silva - 36
2. Əfran İsmayılov – 35
3. Maksim Medvedev – 34
4. Araz Abdullayev – 33
5. Urfan Abbasov – 32
6-7. Cavid Hüseynov – 31
6-7. Rahid Əmirquliyev – 31
8. Rəhman Hacıyev - 30
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur aktyor koronavirusa yoluxdu
Türkiyəli məşhur aktyor Engin Akyürek koronavirusa yoluxub.
Zamantv.az APA-ya istinadən xəbər verir ki, asktyorun hazırkı serial çəkilişləri dayandırılıb və müalicəsi davam etdirilir.

Qeyd edək ki, aktyor "Sefirin kızı", "Fatmagülün suçu ne?", "Kara, para, aşk" kimi reytinqli seriallarda rol alıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MÖCÜZƏ: Məktəbli qız 22-ci mərtəbədən düşdü, sağ qaldı
Moskvanın Zaqoryevskaya küçəsində məktəbli qız 22-ci mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb, indi həkimlər onun vəziyyətinə nəzarət edirlər.

Zamantv.az Rusiya mediasına istinadla məlumatına görə, hadisə yanvarın 29-da baş verib.

Hadisənin səbəbi açıqlanmır, amma araşdırmalar davam edir.
Digər məlumata görə, qız eyvan vasitəsilə mənzilə keçməyə çalışıb, gücü çatmayan sinif yoldaşının əlindən çıxan qız yerə düşüb.

Son anda yayılan məlumatda isə 22-ci mərtəbədə pəncərədən yıxılan məktəbli qızın sərxoş olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda evdə qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Zamantv.az FHN-nin saytına istinadən bildirir ki, çağırış ünvanına cəlb olunan nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluq Suraxanıdakı ölüm faktı ilə bağlı məlumat yaydı - TƏFƏRRÜAT
Yanvarın 29-u saat 01 radələrində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi bina 012E, mənzil 98 ünvanında 1972-ci il təvəlüdlü İlham Hüseynovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Bundan başqa, həmin binanın qarşısındakı asfalt örtük üzərində 1997-ci il təvəllüdlü Fuad Mayılovun meyiti aşkar edilmişdir.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
İlham Həsənovun meyitinin müayinəsi zamanı onun üzərində deşici-kəsici alətlə törədilməyə xarakterik çoxsaylı xəsarətlər, Fuad Mayılovun meyitinin üzərində isə hündürlükdən yıxılmaya xarakterik çoxsaylı sınıq xəsarətlərinin olması müəyyən edilmişdir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yeniyetmə qız 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır
Gəncədə bədbəxt hadisə baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən 5 mərtəbəli binada qeydə alınıb.

2006-cı il təvəllüdlü E.Rəfiyeva yaşadığı eyvanında paltar asan zaman ehtiyatsızlıqdan yerə yıxılıb. Yeniyetmə qız xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yol qəzasında 6 nəfər yaralandı
Ucarda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Zamantv.az APA -ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Heydər Əliyev prospektində baş verib.

Ucar rayon sakini, 2002-ci il təvəllüdlü Mirabdulla Rüstəmovun idarə etdiyi "VAZ-21099" markalı minik avtomobili ilə rayonun Alpout kənd sakini, 2002-ci il təvəllüdlü Kənan Zeynalovun idarə etdiyi "Opel" markalı maşını toqquşub. Toqquşmadan sonra idarəetmədən çıxan avtomobillər yol kənarında olan 2 piyadanı da vurub. Nəticədə sürücülər – M. Rüstəmov, K. Zeynalov, daha 2 sərnişin və 2 piyada xəsarət alıb.
Xəsarət alanlar – 1999-cu il təvəllüdlü Məqsəd Bəxtiyar oğlu Əsgərov, 2005-ci il təvəllüdlü Kənan Asif oğlu Abuzərov, 2001-ci il təvəllüdlü İbrahim İlqar oğlu İbrahimov, 2001-ci il təvəllüdlü Ramil Baba oğlu Abdurəhmanov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Durumu daha ağır olan R. Abdurəhmanov Göyçay Rayon Xəstəxanasına aparılıb.

Baba Atayevin dediyinə görə ona məxsus "VAZ 21099" markalı minik maşınını nəvəsi M. Rüstəmov qaçırıb.

“Nəvəmin sürücülük vəsiqəsi olmadığına görə avtomobili ona idarə etməyə vermirdim. Xəbərim olmayıb, açarı götürüb, maşını sürmək üçün şəhərə çıxıb və məlum hadisə baş verib”, - B.Atayev deyib.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Narkotikə görə 40 nəfər tutuldu
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunuz dövriyyəsi ilə məşğul olan daha 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bu şəxslərin hər biri barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb.

Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Narkotik vasitələrin Sabunçu rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması və bu şəxslərin daxil olduğu şəbəkənin digər üzvlərinin aşkar olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Narkotikə görə 40 nəfər tutuldu

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO