[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa..."
“Mən 1987-ci ildə “Sən həmişə mənimləsən” televiziya tamaşası ilə sənətə gəlmişəm. Ondan sonra Akademik Milli Dram Teatrına təyinat aldım, 4 il orada çalışdım. Teatrda işlədiyim dövrlərdə, oynadığım tamaşalarda, seriallarda, filmlərimizdə açıq-saçıq səhnələr heç vaxt olmayıb. Çünki Azərbaycan xalqının öz mentaliteti var.

Yetişmə tərzimiz, tərbiyəmiz çox fərqlidir. Baxmayaraq ki, uzun illər Rusların içərisində yaşamışıq, amma hər zaman biz öz adət ən-ənələrimizə, milli ruhumuza sadiq bir xalq olaraq qalmışıq. Bu sənətimizdə də öz əksini tapıb. Çəkilən filmlərə, səhnələşdirilən tamaşalara baxanda görürük ki, rejissorlar buna hər zaman diqqət ediblər. Baxmayaraq ki, uzun illərdir Türkiyədə yaşayıram, amma o mentaliteti hələ də qoruyub saxlayıram. O hər zaman mənim içimdə qalıb”. Zamantv.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət Xadimi, tanınmış aktrisa Məlahət Abbasova bildirib. O daha sonra əlavə edib.

“Əgər bir əsərdə açıq-saçıq, yataq, qucaqlaşma, öpüşmə səhnələri varsa, bunun çəkilməsi, səhnəyə qoyulması vacibdirsə mən bir sənət insanı olaraq buna pis gözlə baxmıram. Çünki geriyə dönüş yoxdur, bu əsərdə belə səhnələrin olması mütləqdir. Lakin həmin səhnələri tamaşaçıya düzgün təqdim etmək lazımdır. Bunun da ağırlığı o filmlərin, tamaşaların rejissorlarının üzərinə düşür. Rejissor o səhnəni o qədər gözəl və estetik şəkildə çəkməlidir, yaxud səhnələşdirməlidir ki, tamaşaçı o səhnəyə baxanda üzü qızarmasın, utanmasın, iyrənməsin. Belə səhnələr pornoqrafik, çirkin göründüyü zaman tamaşaçılarda nifrət hissi oyanır. Bunun üçün rejissorların üzərinə böyük məsuliyyət düşür, onlar bu səhnələrin estetik həllini tapmalıdırlar. Məsələn, mən xatırlayıram, illər əvvəl Elçinin “Qatil” əsərini səhnələşdirirdim. Orada qaçılmaz, vacib bir səhnə var idi. Kişi qadının evinə gəlir və həmin gecə onlar birlikdə olurlar. Mən bu cür səhnələrə diqqət etdiyim üçün bir daha düşündüm ki, bunu necə edə bilərəm ki, sevişmədən tamaşaçı onların sevişdiyini görsün. Səhnədə sevişməyəcəklər, amma tamaşaçı görəcək ki, onlar sevişdi. Daha sonra oğlan qıza bir də təcavüz edir. Həmin səhnələrin heç biri yox idi. Amma mən elə bir rejissor işi ilə onu təqdim etdim ki, tamaşaçı bildi ki, onlar sevişiblər, oğlan da həmin qıza təcavüz edib. Aktrisamız narahat idi həmin səhnədən, həyat yoldaşı da çox qısqanc idi, demişdi ki, elə et ki, həmin səhnə olmasın, yoldaşımla aramızda problem yaranar. Bu gün reytinq, ticari olaraq belə səhnələri səhnələşdirirlər, çəkirlər, soyunurlar, pornoqrafik filmlər çəkirlər. Çox üzülürəm ki, bunun adını sənət qoyurlar. “Sənət üçün soyunduq”, “Sənət bunu tələb edir”, “Sənət üçün öpüşürəm” deyirlər, sənəti çox ucuzlaşdırırlar. Bunların sənətlə heç bir əlaqəsi yoxdur, sadəcə bu işin ticarətini görüb, pornoqrafiya çəkib, sənətin adından istifadə edirlər. Xeyr, mən bu sözlərlə razılaşmıram, sənət bunu tələb etmir, sənət üçün soyunmağa da gərək yoxdur. Bunlar soyunaraq özlərini təmizə çıxaran insanların sözləridir. Mənə görə həmin insanlar heç bir zaman sənətkar deyil. Sənət gözəllikdir, estetikadır. Onu da gözəl bir şəkildə insanlara təqdim etmək lazımdır” deyə aktrisa bildirib.

Məlahət Abbasova ona təklif gələn açıq-saçıq səhnələrdən də danışıb.

““Sən həmişə mənimləsən” televiziya tamaşasından sonra Şahmar Ələkbərov məni kinostudiyaya çəkilən bir filmə dəvət etdi. Həmin filmdə təcavüz səhnəsi var idi. Dedi ki, Məlahət bu obrazı sənin oynamağını istəyirəm. Mən ssenarini oxudum və səhəri gün Şahmar Ələkbərova dedim ki, mən bu obrazda çəkilmək istəmirəm. O da dedi ki, mümkün deyil, o səhnə mütləq olmalıdır. Dedim ki, o zaman mən bu obrazda çəkilməyəcəm, imtina etdim. Daha sonra başqa bir aktrisamız həmin obrazı oynadı. Sonra mən Türkiyəyə gəldim, “Süpər baba”, “Ayrı dünyalar”, “Yalan” və s. seriallarda çəkilməyə başladım, çox gözəl rollarım oldu. Gənc idim, açıq-saçıq səhnələrə də dəvət alırdım, amma mən bunların heç birini qəbul etmədim. Mənim xalqın, ailəmin gözündə bir imicim var, bu imici heç vaxt zədələyə bilməzdim. Çünki bu ailədən gələn tərbiyə ilə bağlı idi. Belə səhnələrə dəvət gələndə mən hər zaman ailəmi, valideynlərimi, qardaşlarımı düşünürdüm, indi də oğlumu düşünürəm. Çünki 26 yaşı var, o artıq yetkin bir insandır. O vaxt ailəmizlə Pirşağıda balaca bir sovxozda yaşayırdıq, istəməzdim ki, ailəm kənd yerində mənə görə utansın, başı aşağı olsun. Onlardan da əlavə bu artıq mənim sənət qanunumdur, hər dəvət aldığım seriala gedəndə soruşuram ki, açıq-saçıq səhnələr varsa mən yoxam. Film direktorlarının bəziləri deyir ki, biz indidən bir söz deyə bilmərik, o zaman da öncədən fikirləşib, mən onlarla iş birliyi qurmuram. Bəlkə bəzilərinə görə geridə qalmış hesab oluna bilərəm, amma mən belə rollar oynamaq istəmirəm. Hər kəsin həyatda bir seçimi var, bu da mənim seçimimdir. Sənətə gəldiyim gündən bu günə qədər yaradıcılığıma, bütün rollarıma diqqət etmişəm. Çox şanslıyam ki, teatrda da mənə belə açıq-saçıq rol təklifi gəlməyib. Çünki teatrdakı roldan imtina etmək asan deyil. Serialları biz seçirik, mən istəyərəmsə oynayaram, istəməsəm oynamaram. Onu da deyim ki, açıq-saçıq rollar heç vaxt məni cəlb etməyib, bu rolların arzusunda olmamışam. Belə rollarda oynayan sənətçilərə də pis baxmıram” deyə məşhur aktrisa bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Adı "halal", özü HARAM: "Səhliyalı” kolbasalarının içindən görün nələr çıxır - ŞOK FAKTLAR
Zamantv.az-nın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, hazırda ölkəmizdə kolbasa məhsulları ilə bağlı ciddi problemlər var. O bildirib ki, keyfiyyətsiz ət məhsulları bəzəkli etiketlərlə, süni dadvericilərlə, süni stabilizatorlarla və s. zənginləşdirilərək satışa çıxarılır.

E.Hüseynov qeyd edib ki, kolbasa məhsullarının tərkibinə bütün hallarda kimyəvi maddələr qatılır: “Məsələn üzərində etiketi olmayan, qırmızı parıldayan kolbasalar var ki, insanları cəlb edir. Bu kolbasa növləri keyfiyyətsiz olmaqla yanaşı, təhlükəlidir. İnsanlar düşünürlər ki, kolbasanın bir kiloqramı ətin qiymətinin yarısına bərabərdir. Ancaq tam əminliklə deyə bilərəm ki, bir kilosu 4 manata yerli, təmiz, murdar olmayan təzə ət var. Bu, qocalmış heyvanların ətidir. Daxili İşləri Nazirliyi (DİN) murdar ətlərin, xüsusilə də at və digər heyvanların kəsilərək Bakıya daşınmasını aşkar edir. Şəffaf fəaliyyət göstərməyən kolbasa sexlərində məhz bu cür heyvanların ətindən istifadə olunması istisna olunmur. Kolbasa məhsullarında halal məsələsi də keyfiyyət kimi ortalıqda qalıb”.

Azərbaycanda kolbasa və digər ət məhsullarının istehsalı ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Yerli məhsullar içərisində xüsusilə də “1000 bərəkət, halal nemət” markasının təqdim etdiyi məhsullarla bağlı şikayətlər son dövrlər daha çoxdur. Belə ki, şikayətlər daha çox “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin məhsullarında antisanitariya ilə bağlıdır. Köhnə xəbərlər unudulduğu vaxtda yeni qalmaqalla da yenidən medianın gündəminə çevrilirlər. Redaksiyamıza şikayət təqdim edən istehlakçının bildirdiyinə görə, mağazadan aldığı bu markaya məxsus kolbasanın içərisindən heyvan dərisinin tüklə qarışıq kiçik bir hissəsi çıxıb. Hətta sosial şəbəkələrdə də “1000 bərəkət, halal nemət”in istehsalı olan kolbasa və sosiska məhsullarının içərisindən həşaratların, milçəyin “peyda” olması faktı paylaşılır. Bu isə onu deməyə əsas verir ki, şirkətin keyfiyyətinə zəmanət verdiyi məhsulları keyfiyyətsiz və anti-sanitar şəkildə istehsal olunaraq istehlakçılara təqdim olunur.

Bazarda rəqabəti uduzur

Bir zamanların keyfiyyətli kolbasa və sosiska məhsulları ilə rəqabətdə ilk yerlərdə qərarlaşan “1000 bərəkət, halal nemət” markası bu gün bu gücünü itirib. Bazar araşdırmalarımızdan, istehlakçıların fikirlərindən də aydın olur ki, hazırda bu marka keyfiyyətsiz məhsullar istehsal edir və rəqabətdə digər şirkətlərə uduzur. Bu gün Türkiyənin bir neçə ət məhsulları şirkəti, Azərbaycanın isə çox sayda kolbasa və sosiska markası “1000 bərəkət, halal nemət”i üstələyib. Həm keyfiyyətinə, həm də halallığına görə “Səhliyalı” hazırda ən aşağılardadır. Bazarda digər şirkətlərə uduzan bu markanın təqdim etdiyi keyfiyyətsiz məhsullar isə bütün göstəricilərinə görə digər markalardan aşağı olsa da, “halal” və “keyfiyyətli” adı altında layiq olduğu dəyərindən çox baha qiymətə müştərilərə təqdim olunur.

“Halal” adı altında satılan haram!

Adında “halal” sözünü daşıyan şirkətin təqdim etdiyi məhsulların halallıq göstəriciləri isə ayrı mövzudur. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür. Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil. Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar. Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub. Ancaq hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxmağı bacarıblar.

Araşdırmamızdan da aydın oldu ki, halallıq təkcə heyvanın başının qibləyə tutulub kəsilməsi deyil. Halallıq həm də o heyvanın ətinin təmiz yerdə saxlanılması, kiflənməməsi, içindən həşəratın çıxmaması və s. deməkdir. Axı bunların əksini etmək alıcını aldatmaq, qazanca haram qatmaqdı. Haram qazancla halal məhsul istehsal etmək olarmı? Məhsulun içindən həşərat çıxacaqsa, heyvanın üzü qibləyə tutulub kəsilməsinin nə mənası var?

İkinci məqam isə budur ki, ildə bir dəfə, ya da altı aydan bir verilən halallıq və ya gigiyenik sertifikat həmin məhsulun ilin bütün günlərində halal və gigiyenik olması mənasını vermir. Axı hər gün sertifikatı verən qurum şirkətin başının üstündə durub heyvanın üzü qibləyə kəsilməsinə, sağlam olmasına nəzarət etmir. Yəni məsələ qalıb şirkətin insafına.

Bəs halallıq üçün şərtlər nədir?

Azərbaycanda istehsal olunan kolbasa məhsullarının halallığı ilə bağlı hər zaman şübhələr olub. Çünki mütəxəssislər tərkibində donuz əti və piyi olmayan bu tip məhsulları uzun müddət saxlamağın mümkün olmadığını deyirlər. Şirkətlər isə əksini.

2012-ci il avqust ayının 1-dən Azərbaycanda halal standartı tətbiq edilir. Halal ətin, halal qidanın necə əldə edilməsi və “halal” termininin necə istifadə olunmasını özündə əks etdirən standartlar Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb.

Standartı qısaca ifadə edək:

Heyvanı kəsən şəxs müsəlman olmalıdır;

Heyvanı üzü qibləyə çevirib kəsmək lazımdır;

Kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır;

Heyvanın əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi yolverilməzdir;

Bu qaydalarla kəsilən heyvanın ətinə təbii ki, donuz əti və piyi qatmaq olmaz;

“Halal” yeyinti məhsullarının öz xüsusiyyətlərinə görə digər yeyinti məhsullarından üstün və ya sağlamlıq üçün daha faydalı olması barədə fikir yaradılmamalıdır. “Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən bu qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapa bilmədik. Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb.

İstehlakçıların hüququ pozulur

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Məhsullarının mənşəyi məlum olmadığı kimi dondurulmuş halda olması istifadə tarixini də şübhə altına qoyur. “Səhliyalı” isə kolbasaları haqqında yalnız müasir avadanlıqlar, ənənəvi resept və ən yaxşı xammaldan istifadə etdiyini deməklə kifayətlənir. Lakin saytlarında xammalın mənbəyi açıq verilmədiyi kimi, məhsulun üzərində də tərkibi barədə kifayət qədər məlumat yoxdur. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə ziddir.

Qanunda göstərilir: “...mallarin (işlərin, xidmətlərin) miqdari, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüququdur...”

Asılılıq və xərçəng

Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.

Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

AZS 731 standartında göstərilib ki, qida əlavələri, dad gücləndiriciləri, mikroorqanizmlərlə bağlı qoyulan tələblərə görə, həmin vasitələr halal mənbələrdən olmalı, istehsal və emal mühiti halal vasitələrlə təmin edilməlidir.

Bu markanın keyfiyyətsizliyini və anti-sanitar şəraitdə hazırlandığını göstərən faktları insanlar yəqin ki, yaxşı xatırlayır.

Fakt: “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib. Firmanın “Sacüstü sosiskaları” məhsulunu alan istehlakçı Feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

Digər bir fakt: İstehlakçı Rəhim İsmayılov bu şirkətə məxsus sosiskanın içərisindən siçan nəcisinin çıxdığını bildirmişdi:“Yaxınlıqdakı mağazadan sosiska aldım. “1000 bərəkət, halal nemət” şirkətinə məxsus idi, sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə gördüm ki, içindən siçan nəcisi çıxdı. Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi, kim cavabdeh olacaqdı? Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdırlar”

Bu kimi halları tez-tez işıqlandırırıq. Ancaq nədənsə, bütün bu hallara görə məsuliyyət daşımalı olan şirkət nəticə çıxarıb keyfiyyəti artırmaq əvəzinə, daha da keyfiyyətsiz məhsulları ilə medianı məşğul edir. Bizim vəzifəmiz bu kimi halları işıqlandırıb insanların doğru seçim etməsində kömək etməkdir. Ancaq təkrarlanan bu cür halları gördükdə bu dəfə də “1000 bərəkət, halal nemət” markasının sahibi “Səhliyalı” şirkətinin keyfiyyətli məhsul istehsal edəcəyinə ümidimizi ifadə etməkdən başqa seçimimiz qalmır. Bütün bu halların qarşısını almaq, eyni zamanda istehlakçılara halal, keyfiyyətli, sanitariya qaydalarına uyğun hazırlanan ət məhsulları təqdim etmək üçün şirkətin neqativ hallardan nəticə çıxaracağına ümid edirik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Həsənov İranın Baş Qərargah rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, iki günlük səfər zamanı Zakir Həsənov İran rəsmiləri ilə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsini müzakirə edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dedi ki, Qaralovla Usubovun hesabları çatmasa, burada çürüyəcəksən” – şok ifadə
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasa jurnalistlər buraxılmır. Aylardır davam edən, açıq keçirdiyi elan olunan məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.

Yanvarın 25-də baş tutan iclas uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, iş üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əfsəl Həsənəliyev məhkəmədən əvvəl sərbəst ifadəsini yazılı şəkildə media mənsublarına təqdim edib.

“Hörmətli hakim, siz, cənab prezidentin iradəsindən kənara çıxacaqsınızsa...”

Prosesdə zərərçəkən qarşılaşdığı dövləti cinayətdən danışmazdan əvvəl prosessual qaydalarla bağlı fikrini bildirib: “Prezident 13 fevral 2014-cü ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Həmin sərəncamın 2.6-cı bəndində deyilir ki, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır. Möhtərəm Prezident bu sərəncamı 7 il əvvəl verərkən məhz bu günləri nəzərə alıb. Mən, prezidentin həmin sərəncamına uyğun olaraq prosesin audio-video yazılışını aparacağam. Bunu özüm üçün edirəm. Məhkəmədən xahiş edirəm ki, Prezidentin sərəncamına əməl etsin. Prezidentin bu sərəncamından sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması üçün bir neçə fərman da verib. Hər birində də məhkəmə proseslərinin məhz audio-video yazılışı ilə bağlı bənd var.

“Bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur”

Hörmətli hakim, siz, cənab prezidentin iradəsindən kənara çıxacaqsınızsa, məsuliyyət məsələsinin həll edilməsini tələb edəcəm. Biləsiz ki, bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur. Bu adamlara qanununun ən sərt üzü göstərilməlidir ki, bir daha Azərbaycanda Eldar Mahmudovlar, Zakir Qaralovlar, Rüstəm Usubovlar, Mövlam Şıxəliyevlər, Yasin Məmmədovlar, Təhsin Ağayevlər ortaya çıxmasınlar. Mən 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Hüquq-mühafizə orqanlarında çalışdığım dövrdə dəfələrlə təltif edilmişəm, xidmətlərim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olmuşam, ailəmin, nəvələrimin rifahı üçün çalışmışam. Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb, iş adamlarına qarşı amansız divan tutur, iş adamlarını girov götürərək ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayarlar. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edərlər. Həmin ilin sentyabrın 3-də yaşadığım evin qarşısında olarkən tanışım Məcid Anqubazov mənə zəng elədi. Dedi ki, Tbilisidə malları var, həmin malları Bakı şəhərinə gətirmək lazımdır. Mən də Cahangir Məmmədovla danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangir Məmmədova rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov birləşərək ondan külli miqdarda rüşvət aldılar, onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun 2 övladı, ailəsi evsiz-eşiksiz, səfil gündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır. Xahiş edirəm ki, Cahangir Məmmədovun özünü öldürmə həddinə çatdırılması epizodu üzrə xüsusi qərardad çıxarıb, araşdırılması üçün Baş Prokurorluğa göndərilsin”.

“Malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik”

Əfsəl Həsənəliyev daha sonra ifadəsində qeyd edib: “Məcid sonrakı zənglərində xahiş etdi ki, Cahangirdən bu iş üçün nə qədər pul alacağını da soruşum. Cahangirlə əlaqə saxlayanda dedi ki, Tbilisi şəhərindədir, Məcidin təklifi ilə bağlı heç bir problem yoxdur. Yükü 2500 manat müqabilində Bakı şəhərinə gətirə bilər. Bundan sonra Məcidlə əlaqə saxladım, mənimlə Gürcüstana getməyi təklif etdi. Mən də razılaşdım. Məni Balakənə, evinə dəvət etdi. Sentyabrın 4-də Balakənə getdim. Gecəni Məcidgildə qaldım. Sentyabrın 5-də Məcidlə “Balakən” kafesinə getdik. Orada Məcid məni Elmanla tanış elədi. Elman Orxan və Sərdarı da çağırdı, onlara dedi ki, gedirsiniz Tbilisi şəhərinə, Arifi taparaq Məcidlə görüşdürüsünüz, sizin daha heç nə ilə işiniz yoxdur. Bundan sonra mənə məxsus “Nissan Altima” markalı avtomobilim ilə Tbilisi şəhərinə getdik. Orada Arif adlı azərbaycanlı ilə görüşdük. Arif bizi Gömrük Terminalının bazasına apardı. Orada olan kordon qutuları göstərdi, dedi ki, bunlar “skoçlar”dır, qalanları isə pirotexniki vasitələrdir. Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələrin Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Buna görə də Məcidi bayıra çıxardım, bu barədə dedim. Məcid isə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir zəng elədi, 3 nəfərlə birlikdə terminala gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Bunun üçün mütləq şəkildə FHN-dən lisenziya alınmalıdır. Bu yerdə bir qədər haşiyə çıxaraq bildirmək istəyirəm ki, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri “Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətirələcəyini xəbər alıblar. Buna uyğun da əməliyyat qurublar. Lakin, mən və mərhum Cahangir Məmmədovun pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik. Orada müştəri tapmağımızdan dolayı bunların əməliyyat planı pozuldu”.
Əfsəl Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və onun mütəşəkkil dəstəsinin üzvləri onların pirotexniki vasitələri Azərbaycan deyil, İrana aparmalarını öyrəniblər: “Əslində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşının onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar. Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir”.

“Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi?”

Əfsəl Həsənəliyev həmin məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib: “Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Mən, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev, Sərdar İsmayılov və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər tam qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq tük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizi adı cinayət yox, ticarət olub. Başda Mövlam Şəxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə 1 yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harada olması sualı açıqdır.

Xahiş edirəm ki, bizdən zorla alınan mallarımızın harada olmasını müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla aparışdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.
“Bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü”

Zərərçəkmişin sözlərinə görə, onlara qarşı cinayət bununla yekunlaşmayıb, bu adamlar cinayətlərini davam etdirirlər: “Bizlərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə qondarma 1041 saylı saxta, uydurma cinayət işi başladılar. Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını dəstənin üzvü Yasin Məmmədova həvalə etdi. Bu qanlı cinayətə Zakir Qaralovla Rüstəm Usubov da əl qoydular. Mən “qanlı cinayət” ifadəsini elə belə işlətmədim. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü. Yasin Məmmədov Məcid Anqubazovu da qanına–qəltan eləmişdi. Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı. Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da bu işə qismində bu məhkəmədə dindirilməsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Bundan başqa Zakir Qaralovla Rüstəm Usubovun barəsində xüsusi qərardad çıxarılmasını və tədbir görülməsi üçün baş prokurora göndərilməsinin təmin edilməsini istəyirəm. Bir daha qeyd edirəm ki, Zakir Qaralovla Rüstəm usubovun qolu olmasaydı, təqdimata qol çəkməsəydilər, 21 sentyabr 2013-cü ildə Səbail rayon Məhkəməsi barəmizdə həbs qərarı seçə bilməzdi”.

“Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər”

Əfsəl Həsənəliyev deyib ki, həbsə alınandan sonra MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev onu dəfələrlə saxlanıldığı təcridxanadan xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsi ilə onun xidməti kabinetinə çağırıb: “Təhsin Ağayev, Yasin Məmmədov və Nadir Mustafayev hər dəfə Mövlam Şıxəliyevin adından həbsdə saxlanılacağımı, ən ciddi həddə azadlıqdan məhrum ediləcəyimi, ağır cəzaya məhkum olunacağımı, istintaq təcridxanmasında və gələcəkdə cəza çəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı deyirdilər. Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. 5 ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimatı Zakir Qaralovla Rüstəm Usubov qol çəkib. Ona görə də pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onların hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, ikin saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Bunu üçün nə etdilər. Yasin Məmmədov Nadir Mustafayevlə vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Bundan sonra Yasin Məmmədov məni Təhsin Ağayevin yanına apardı. Təhsin Ağayevlə birgə Mövlam Şıxəliyevin yanlına getdik. Orada Mövlam Şıxəliyev dedi ki, 7 min manat vermisən, 28 min manatı da həbsdən azad ediləndən sonrakı 10 gün ərzində çatdırmalısan. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar. O zaman Təhsin Ağayev Mövlam Şıxəliyevə barəmdəki ekspertizanın hansı şəkildə həll ediləcəyini soruşdu. Mövlam Şıxəliyev də dedi ki, ekspertiza məsələsini özü həll edəcək. Belə də oldu. Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alındı. Yazdılar ki, təcridxana şəraitində saxlanılmağımı istisna edən ağır xəstəlikdən əziyyət çəkirəm. Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”.

“Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı”

Əfsəl Həsənəliyevin sözlərinə görə, həbsdən azad olunduqdan sonra da ondan əl çəkməyiblər: “Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə 5-10 dəfə zəng etdi, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər ki, həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum, pul aldım. Aprelin 5-də Yasin Məmmədova xidməti otağında 28 min manatı da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurdurları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.
Prosesdə Əfsəl Həsənəliyev prokurorun və digər proses iştitrakçılarının suallarını cavablandırıb.
Dəmir barmaqlıq arxasında əyləşən təqsirləndirilən Mövlam Şıxəliyev səslənən ittihamlara başını aşağı əyməklə heç bir reaksiya verməyib. Lakin Yasin Məmmədov bildirib ki, o, zərərçəkmiş Əfsəl Həsənəliyev dən heç vaxt pul almayıb. Daha sonra prosesdə vaxti ilə Əfsəl Həsənəliyevin vəkili olmuş Xavər Hüseynova ifadə verib. O, Əfsəl Həsənəliyevin ailəsi arasında vasitəçi olmaqla, 7 min manatı Yasin Məmmədova çatdırması ilə bağlı danışıb. Əfsəl Həsənəliyev Xavər Hüseynovanın ifadəsinə etiraz edib. Bundan sonra bir neçə şahid ifadə verib. Bundan sonra proses fevralın 1-ə qədər təxirə salınıb.
Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Buraxılış imtahanlarında keçirilməyən mövzulardan suallar salınmayacaq - Diqqət!
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır. Buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq. Zamantv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Qeyd olunub ki, fənn kurikulumlarına görə 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir.

"Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır vəqiymətləndirilir. Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur.

Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər", - deyə bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb - FOTO
Zamantv.az - DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, Kürdəmir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunun itirməsindən istifadə edərək 500 manat pulunu və 4800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.

Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını məsimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.

Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elton Məmmədovdan Ramiz Mehdiyev haqqında İLGİNC AÇIQLAMALAR - “AMEA-nı ailə biznesinə çevirib”
Zamantv.az Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər strukturunda baş verən gərginlik və çəkişmələr bitmir. AMEA-nın Tarix İnstitutunun rəhbəri Kərim Şükürovun Akademiya prezidenti Ramiz Mehdiyevlə çəkişməsi bir vaxtlar elmi ocaqdan kənarlaşdırılan və 10 aydan çoxdur məhkəmə qalmaqalı ilə üz-üzə qalan AMEA-nın işlər idarəsinin sabiq müdiri, keçmiş nəqliyyat nazir Ziya Məmmədovun qardaşı Elton Məmmədovun məsələsini də gündəmə gətiri

- Elton müəllim, AMEA-da nə baş verir? Elm ocağı niyə gərginlik və çəkişmə ocağına çevrilib?

- İnsanlar xidməti vəzifələrini Əmək Məcəlləsi və Əmək müqaviləsinə uyğun olmayan şəkildə icra edən yerdə dedi-qodu olar. Bu gün AMEA-da 90 faiz əməkdaş sadəcə olaraq Əmək müqaviləsinə deyil, iş vaxtına uyğun gedib-gəlməklə məşğuldur. Heç biri görəcəyi işlə məşğul olmur. AMEA-nın çox ölkələrlə əməkdaşlıq etdiyi müqavilələri var. Dövlət o müqavilələrdən irəli gələn birgə elmi tədqiqatın ortaya qoyulması, çoxsaylı alimlərin tamamlanmamış elmi məsələləri üçün Avropaya kifayət qədər vəsait verir.

O vəsait isə təyinatı üzrə yox, şəxsi adamların maraqlarına sərf olunur. Mən bunları AMEA-da işlər idarəsinin rəhbəri vəzifəsində işlədiyim dövrdə aydınlaşdırmışam və hamısı Hesablama Palatasının öz aktında əksini tapıb. Bu özbaşınalıqların qarşısını almaq istəyən Elton Məmmədov kimi Azərbaycan ziyalısını, elmlər doktoru və professorunu uzaqlaşdırıb, kənara qoymaq nə deməkdir? Özbaşınalıqlar, yeyintilər, yersiz köçürmələr, Yüksək Texnalogiyalar Parkının içərisində ofşor zona kimi dövlət vəsaitinin verilərək oradan silinməsi kimi məsələləri ortaya çıxarıb vicdanlı əməkdaş kimi rəhbərə məruzə etdim ki, bu işlər olub amma olmamaldır.

Adını akademik qoyan Ramiz Mehdiyevin bu gün Rəyasət Heyətinin üzvlərinə, idarə və təşkilat rəhbərlərinə, elmi konsepsiyaya söykənən konkret mövqe ortaya qoya bilməməsi səriştəsiz idarəetmə sistemi deməkdir. Səriştəsizlikdən ortaya çıxan məsələlər isə dedi-qodulara, institut rəhbərlərinin birbaşa narazılığına gətirib çıxaracaq ki, bu da Azərbaycan ictimaiyyətinin bu gün üzləşdiyi faktlardır. Özüm məruz qaldığım üçün bunlar hamısı həqiqəti özündə əks etdirir.

- Dedi-qodu, şəxsi maraqlar deyəndə nəyi nəzərdə tutursuz?

- Ramiz Mehdiyevin ətrafında olan akademiklərdən tutmuş idarə və şöbə rəislərinə kimi hamısı ona diktə etməklə məşğuldur. Kamal Əliyevin rəhbərlik etdiyi Hüquq şöbəsinin fəaliyyəti ancaq çəkişmələrdən, dedi-qodulardan və Akademiyanın qrupundakı yazışmalardan ibarətdir. Ramiz Mehdiyev erməni baldızının oğlunu AMEA-da vəzifəyə qoyub. Gündə işi-peşəsi qəzetdən qayçı ilə dedi-qoduları kəsməkdir.

Üstəlik Rəyasət Heyətində oradan-buradan qovulmuş yaxın adamlarını və qohum-əqrəbalarını oturdub. Bu gün həmin qohum-əqrəba Ramiz Mehdiyevə “pas” ötürür. Çünki o, özü-özünü idarə edə bilmir, öz fikrinin daşıyıcısı və icraçısı deyil. O zamanlar AMEA-da Rasim Ağasiyev var idi. Hansı ki, zamanında Ramiz Mehdiyevin pasport və qeydiyyat şöbəsində işləyən qaynı Levan Qurskaya Yuriyeviçlə birləşib birbaşa ermənilərin Azərbaycan və rus adı ilə Azərbaycandan köçməsinə xidmət ediblər.

AMEA-da elə insanlar var ki, səsini çıxara bilmir. İxtisası üzrə uzun müddət Mərkəzi kitabxanada fəaliyyət göstərən gənc xanımı da həqiqəti dediyi üçün təhvil və təslim aktına imza atmadığı üçün sıxışdırırlar. Hansı ki, özündə dövlətin böyük tarixini və sirrini əks etdirən 1 milyondan çox kitab, eləcə də bütün sənədlər dövlət fondundan yoxa çıxıb.

Ölkənin ideologiyasına kim rəhbərlik edir? Fatma Abdullazadənin nəzarəti və İsa Həbibbəylinin kurasiyası ilə Ramiz Mehdiyev! Ramiz Mehdiyev düşüncə tərzi ilə bu gün oranı idarə edə bilmir.

Tək patent almaq hələ elmin inkişafı demək deyil. AMEA elm ocağı ilə yanaşı həm də böyük təsərrüfatdır. Mən Yüksək Texnologiyalar Parkının ərazisində 800 kvadratmetrlik elmi tədqiqatların sonu olaraq tətbiq sahəsi yaratmışdım.

- AMEA-dan konkret olaraq niyə kənarlaşdırıldınız?

- O vaxtı da Ramiz Mehdiyevin təzyiqi ilə işdən çıxanda ölkə rəhbərinə ərizəmdə yazmışdım ki, AMEA-da olan ziddiyyətlər, qeyri-sağlam mühit, ölkə rəhbərinin siyasətinə zidd addımlar məni burada milli ideologiyaya xidmət etməyə maneçilik törədir. Nə oldu, professor Kərim Şükürov ora müraciət edən kimi Rəyasət Heyəti dərhal müşavirə keçirdi və toplandı. Ərizəsinin tərkib hissəsi araşdırıldı. Amma Elton Məmmədov ərizə ilə müraciət edəndə və tərkibində də məhz səbəbləri göstərdiyi halda heç nə araşdırılmadı. Akademiyada ilk addımı mən atmışam. Rəyasət Heyətində kəskin ziyalı və vətəndaş mövqeyimi ortaya qoydum. Akademiyanın tamamilə başqa bir şeylə məşğul olduğunu, çəkişmələr kənarda qalmasını və İnstitutlarda sağlamlaşma getməsini tələb etdim. Elm milliləşə bilməz. Bu gün AMEA-nın dövlət başçısının müəyyənləşdirdiyi prioritetlərdə və yaxud hansısa sahələrdə əməli, elmi tərkibi yoxdursa, Akademiyanın özünü hansı fəaliyyət növü kimi müəyyənləşdirməsi məlumdur.

- Ramiz Mehdiyevlə məhkəmə işiniz nə yerdədir?

- AMEA-nın maraqlarını məhkəmədə Kamal Əliyev təmsil edir. Hansı ki, bu gün AMEA-nın Hüquq və kadrlar şöbəsinin müdiri, eləcə də keçmiş “Tərtər” hadisələrində Azərbaycan xalqının zabitlərinin və əsgərlərinin başına oyunlar gətirən, ədalətsiz qərarlar qəbul edən Bakı Hərbi məhkəməsinin hakimidir.

Ötən il aprelin 13-də Rəyasət Heyətinin iclasında çıxış edib, ərizəmi təqdim etmişəm. Rəyasət Heyətinin iclasında heç bir akademik və ya üzv işdən getməyimə, yaxud ərizəmdə qeyd olunan fikrə münasibət bildirmədən haqqımda qərar qəbul edib. Aprelin 13-də ərizə yaza-yaza, ayın 12-də Ramiz Mehdiyev məni işdən azad edir. Axı canlı Rəyasət Heyətinin iclasıdır. İclasdan məhkəməyə vəsadət qaldırdım və həmin səsyazısını tədqim etdim. Kamal Əliyev Ramiz Mehdiyevlə məsləhətləşəndən sonra deyir ki, gizli səsyazısıdır. Gizli səsi agentura yazır, heç bir gizli səs yazmamışam.

Kamal Əliyevə mənə təzyiq olunduğunu və məhkəməni yalnış istiqamətə yönəltmə deyə bildirdim. Sonuncu məhkəmədə mənə deyir ki, o, texniki səhvdir. Halbuki bir texniki səhv ucbatından insan məhkumluq həyatı yaşaya bilməz. Beləliklə haqlarıma istinad olunaraq işə bərpa olundum. Dövlətdən məvacib və məzuniyyət haqqı alaraq, aprel ayında 56 gün məzuniyyətdə olmuşam.

İyun ayının 24-də gəlib öz ərizəmlə işdən kənarlaşmalı idim. May ayında Əmək müqaviləmə xitam verilib. Yenə Kamal Əliyevə sual verirəm ki, əgər may ayında işdən çıxmışamsa, dövlət iyunun 24-nə kimi mənə necə maaş verə bilər? Cavab yoxdur... Səbail Rayon Məhkəməsi yenə də dekabr ayında ədalətli qərar verdi və vəzifəmə bərpa olunmalı idim.

Son 7 gün ərzində yenidən məni Apelyasiya Məhkəməsinə veriblər. İndi fevralın 15-də apelyasiya məhkəməsidir. Nə oldu, Hüquq şöbəsinin müdiri Kamal Əliyev mənlə bağlı, AMEA-nın vitse-prezidenti İsa Həbibəyli də “Hörümçək” məsələsini texniki səhv kimi dəyərləndirir.

Texniki səvdirsə, bu sahədən çıx, səhv etməyənlər qoy gəlib idarə etsin. Bir insanın texniki səhvindən bütün elm ictimaiyyəti əziyyət çəkir. Elə bir şey olarmı? Akademik bir yerdə işləməlidir. İsa Həbibəyli həm millət vəkili, həm Ədəbiyyat İnstitutunun direktoru, həm də AMEA-nın vitse-prezidenti kimi maaş alır.

Bu qədər şeymi olar? Dəfələrlə bu məsələni qaldırdım. Hesablama Palatası büdcə sərfiyyatını yoxlayanda iradlar tutur. Mən pis adam oldum. Halbuki dövlət vəsaitini qəpiyinə kimi qorumuşam ki, təyinatı üzrə getsin. Akademik bir yerdə işləməlidir ki, elmə yönəlsin.

Bir deputat digər bir yerdə inzibati vəzifə daşıya bilər? Bunları deyəndə niyə sağlam qəbul etmirlər?

- Apelyasiya Məhkəməsində qərar sizin xeyrinizə çıxarılmasa, hansı addımları atacaqsız?

- Vətəndaş hüququ olaraq təbii ki, növbəti məhkəmə prosesinə müraciət edəcəyəm və tam prosedur qaydalarına uyğun olaraq Ali Məhkəməyə və Konstitusiya məhkəməsinə, sonra isə Avropa məhkəməsinə çıxacağam. Burada tək Azərbaycan professorunun hüququ pozulmur, ictimaiyyəti yalnış istiqamətə aparan proseslər gedir. Ölkə rəhbərinin siyasətinə zidd addımlar atılır. Bu gün AMEA-da baş verən proseslər Azərbaycan milləti ilə bağlıdır. Biz bu yad əllərdən və bədnam fikirlərdən qurduğumuz demokratik cəmiyyəti xilas etməliyik.

Ölkə rəhbərinin siyasətinə dəstək verməliyik. Nə qədər ki, Akademiyada Ramiz Mehdiyevin kürəkəninin qardaşı Fikrət Əliyev (mənim yerimdə olduğuna görə demirəm, səmimiyyətimə inanın) işlər idarəsinin müdiri vəzifəsini icra edir, onun da yaxın dostu cinayətkar Kamal Əliyevdirsə, AMEA-da çəkişmələr bitməyəcək.

Tərtər hadisələrinin araşdırması gedir və inşallah Kamal Əliyev də öz çəzasını alacaq. Onların birbaşa Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə gətirib çatdırdığı xəbərlər, onun da qızına, arvadına deməyi ailə münaqişəsidir. Ramiz Mehdiyevin şəxsən özünə də demişəm ki, bizi buradan uzaqlaşdırmaqla, qətiyyətiniz ailə biznesi qurmaqdır.

Latın qrafikasına keçidlə bağlı 10 milyona yaxın dövlət vəsaitinin heç bir alqı-satqı olmadan silinməsi ölkə rəhbərinə, müqqəddəs pula xəyanət deyilsə, nədir? Dövlət təşkilatından alınan maşınları şəxsi ailəsinin istismarına vermək, bir yox, iki yox, üç yox, bunlar nə deməkdir? Guya mən kiminsə qardaşına görə siyasi repressiyaya məruz qalmışam. Ölkədə siyasi repressiya var?

Haqq-ədalət yerini tapmalıdır. Hər ailədə və kollektivdə söz-söhbətin olması mümkündür. Amma yaxşı rəhbər çağırıb o sahədə olan problemi birbaşa özünə deyir və tapşırıq verir ki, həmin sahəni istiqamətləndirsin. Daha belə münaqişəyə çevirmir. Ramiz Mehdiyevə və ya kiminsə şəxsinə ziddiyətim yoxdur.

Mən ədalətsizliyə, haqsızlığa və qüruruma qarşı mübarizə aparıram. Ölkənin sıravi vətəndaşından tutmuş generalına kimi heç kim vətəndaşın qüruru ilə oynaya bilməz.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Maraqlıdır ki, Təhsil Nazirliyi özünü məsul hesab etmir... - AXI NİYƏ?!
Ümumi təhsil müəssisələrinin 4-cü siniflər üçün “Rus dili” dərsliyində 1990-cı il 20 Yanvar faciəsi təhrif edilib. Dərslik mətnində qeyd edilib ki, Bakıda həmin qanlı gecə şəhid olmuş dinc sakinlər, guya Sovet ordusu ilə AXC silahlı dəstələri ararsında baş vermiş atışmada həlak olublar. Mətn sosial mediada tənqid olunduqdan sonra “Şərq-Qərb” nəşriyyatı bildirdi ki, mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub: “Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib”. Zamnatv.az-ın məlumatına görə, Təhsil Nazirliyindən AYNA-nın sorğusuna cavab olaraq bildirilib ki, dərsliklərdə qüsurlara görə məsuliyyəti nəşriyyat və müəlliflər daşıyır: “Dərslikdə hansısa qüsur aşkarlanarsa, həmin dərsliyin elektron versiyasında nəşriyyat düzəliş edərək yenidən müvafiq sayta yerləşdirir. Həmin dərsliklərin təkmilləşdirilmə vaxtı çatdıqda düzgün versiya çap olunaraq ümumi təhsil müəssisələrinə təqdim edilir”.

Müəlliflərin səhvlərə görə hansısa formada cəzalandırılmasına qaldıqda isə nazirlikdən qeyd olunub ki, müəlliflərlə nazirliyin müqaviləsi olmadığından bu proses nəşriyyat tərəfindən tənzimlənir: “Hər bir sinif və fənn üzrə dərsliklərin qüsurları cədvəllərə toplanır və sonda nəşriyyatlara təqdim edilir. Həmin düzəlişlərin aparılmasına nəzarət edilir”.

Bəs öhdəliyin nəşriyyat və müəlliflərdə olmasını bildirmək Təhsil Nazirliyini məsuliyyətdən azad edirmi? Nazirlik belə ciddi qüsurların olmaması üçün hansı zəruri addımlar atmalıdır? AYNA bu suallara cavab tapmağa çalışıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı söyləyib ki, nazirlik dərslik məsələsində sərt olmalıdır: “Tarix dərsliklərindəki nöqsanlar barədə Milli Məclisin plenar iclaslarında, Elm və təhsil komitəsinin toplantılarında bir neçə dəfə danışmışam. Mediaya müsahibələr vermişəm. Ona görə də xırdalıqlara diqqət yetirməyə lüzum görmürəm”.

“Dərslik yazan şəxs və ya şəxslər ilk növbədə, dövlətin dərslik siyasətinin məqsədlərini, vəzifələrini dərindən bilməlidirlər. Bunları bilməyənləri dərslik yazmaq işinə yaxın buraxmaq olmaz. Dərslik yazmaq iddiasında olanlar dərsliklərin yazılmasına verilən standartları bilməlidirlər. Hər bir alim dərslik yaza bilməz. Dərslik layihələri əvvəlcə mütəxəssislərin, sonra geniş formada müzakirədən keçirilməlidir. Nazirlik dərslik məsələsində sərt olmalıdır. Bir-iki müəllifə görə bütün millətin övladlarına, təhsil sistemimizə zərbə dəyməməlidir”, - deyə deputat vurğulayıb.

Əməkdar elm xadimi Şahlar Əsgərov dərsliklərdə qüsurlara görə nəşriyyat və müəllif kimi Təhsil Nazirliyinin də məsuliyyət daşıdığını deyib: “Nəşriyyatın səhvini qəbul etməsi yaxşıdır. Lakin hesab edirəm, burada müəyyən mənada Təhsil Nazirliyi də məsuliyyət daşıyır. Çünki təhsil sahəsində bütün siyasət istər-istəməz nazirliyə aiddir. Dərslik də təhsilin məzmununu təşkil etdiyinə görə, əlbəttə ki, nazirlik də məsuliyyət daşıyır”.

“Mən təəssüf edirəm ki, bu səhvi nəşriyyat, nazirlik özü yox, üçüncü tərəf, yəni cəmiyyət aşkarlayıb. Burada işin ağır tərəfi məsul şəxslərin öz işini məsuliyyətsiz görməsidir. Nazirlik deyəndə ki, məsuliyyəti müəllif daşıyır, o zaman mən bilmirəm, biz müəllifə neynəyəcəyik ki? Əgər o, hansısa formada cəzalandırılmırsa, deməli, növbəti səhv üçün şərait yaratmış olurlar. Burada ciddi cəzalar olmalıdır. Həmin müəlliflərin hüquqları əllərindən alınmalı, onlara tenderdə və s. güzəşt edilməməlidir”, - deyə mütəxəssis qeyd edib.

Əsgərovun sözlərinə görə, dərslik müəllifləri peşəkar şəxslər olmalıdır: “Hər kəs, hər qələm tutan adam dərslik yaza bilməz. Dərsliyi Azərbaycanın “qaymaq” alimləri yazmalıdırlar. Həmin müəlliflər həm mövzünü, həm fəlsəfəni bilməlidirlər. Həmin fənlə əlaqəli digər fənlərə də müəyyən qədər bələd olmalıdırlar. Məsələn, tarix fənninin müəllifi müəyyən qədər coğrafiyanı da bilməlidir. Bazara pomidor çıxarmırıq - cəmiyyətə dərslik çıxarırıq. Tarixi bilməyən adam vətənpərvər ola bilməz. Tarix dərsliyində buraxılan səhvlər bizim gənclərin vətənpərvərliyini azaldır. Tarixdə elə nümunələr var ki, gənclər onlarla fəxr etməlidirlər. Məsələn, Şuşanın işğaldan azad edilməsi - bu zəfər dərsliklərdə öz əksini layiqincə tapmalıdır”.

“Əgər nazirlik belə güman edirsə ki, bu, onun işi deyil, o zaman mən də hesab edirəm ki, biz Azərbaycan ziyalıları da Prezidentə müraciət yazmalıyıq. Söhbət millətin tarixindən gedir. Tarix dəqiq olmalıdır. Tarix kitabı elə yazılmalıdır ki, oxuyan gənc qürur hissi keçirsin. Bu gün bizim tarix dərsliklərini oxuyan gənc qürur hissi keçirirmi? Tarixi faktlara yanaşma çox ciddi olmalıdır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da hesab edir ki, təhsildə dövlət siyasətini həyata keçirən ali icraedici orqan kimi Təhsil Nazirliyi heç bir halda məsuliyyətdən yayına bilməz: “Nazirliyin öz yaxasını kənara çəkməsi düzgün deyil. Səhvin nəşriyyat tərəfindən olmasını hamı başa düşür. Amma təhsildə dövlət siyasətini həyata keçirən ali icraedici orqan Təhsil Nazirliyidir və o, Nazirlər Kabineti qarşısında bu məsələnin nizama salınması ilə bağlı məsələ qaldıra bilər. Digər problemlərlə bağlı məsələ qaldırıldıqdan sonra müsbət irəliləyişləri müşahidə etdik. İndi bu məsələni də bu cür qoymaq olmaz. Bu, siyasi bir məsələdir. İndiki vaxtda rus dilində belə kobud səhvə yol vermək heç bir məntiqə sığmır. Bu, kiçik qüsur deyil. Mən bilirəm ki, nazirlikdə bu məsələ ilə məşğuldurlar və tez bir zamanda da öz həllini tapacaq”.

Dərsliklərin kimlər tərəfindən hazırlanmalı olduğuna toxunan müsahibimiz bildirib ki, dərslik yalnız elmi-nəzəri materialın yazılması deyil: “Dərsliyin pedoqoji, metodiki, psixoloji və s. tələbləri var. Buna görə də onlar sırf mütəxəssislər tərfindən hazırlanmalıdır. Hesab edirəm ki, dərslik məsələsini Təhsil Nazirliyi tamamilə öz əlinə almalıdır. Bu, günümüzün əsas, vacib məsələsidir”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva o fikirdədir ki, sözügedən səhvə görə əsas məsuliyyəti müəllif daşısa da, nazirlik bu barədə araşdırma aparmalı və günahkarlar layiqli cəzasını almalıdırlar: “1990-cı il 20 Yanvar Azərbaycan xalqının müstəmləkəyə qarşı ayağa qalxdığı, suveren dövlətin qurulması yolunda apardığı mübarizə kimi Azərbaycan tarixinə həkk olunub. Bu gün qazandığımız zəfərdə xalqımızın 20 Yanvarda göstərdiyi qəhrəmanlığın böyük rolu olub. Bunu da gələcək nəsillərə doğru-dürüst çatdırmalıyıq. Təbii ki, dərsliklərdə də öz əksini tapmalıdır. Dərsliklərin hazırlanması da peşəkarlara həvalə olunmalıdır”.

“Sözügedən məsələ ilə bağlı da ən böyük məsuliyyəti müəlliflər daşıyır. Əminəm ki, Təhsil Nazirliyi bu məsələni araşdıracaq, müəlliflərdən ətraflı izahat tələb edəcək. Bu işdə günahı olan hər kəs öz layiqli cəzasını almalıdır. Gələcəkdə bu və buna bənzər məsələlərin təkrarlanmaması üçün də Təhsil Nazirliyi dərslikləri ekspertizadan keçirməli, müsbət rəydən sonra nəşrinə icazə verməlidir”, - deyə deputat diqqətə çatdırıb.

Təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin dərsliklərlə bağlı problemlərin öhdəsindən gələ bilmədiyi qənaətindədir: “Təhsil Nazirliyi bu məsələyə görə birbaşa məsuliyyət daşıyır. Dərsliklərimizdə belə səhvlərin olması birinci dəfə deyil. Bu dəfə şəhidlərimizə, Xalq Hərəkatına qarşı həqarətin olması onu göstərir ki, Təhsil Nazirliyində dərsliklərin monitorinq qrupları formal xarakter daşıyır. Nəticədə də belə səhvləri ancaq ictimaiyyət üzə çıxarır”.

“Düşünürəm ki, Təhsil Nazirliyi buna “yetər” deməli, dərsliklərin monitorinq qruplarını peşəkar müəllimlərdən təşkil etməlidir. Sözügedən hal da olduqca üzücüdür və bu məsələyə görə nazirlik birbaşa məsuliyyət daşıyır. Mən düşünürdüm ki, belə bir zamanda Təhsil Nazirliyinin hansısa rəsmi nümayəndəsi xalqdan, şəhid ailələrindən, təhsilalanlardan üzr istəyəcək. Görünən odur ki, bu olmadı. Gətirilən arqument də elektron versiyada dəyişiklik edilməsi oldu. Dövlətin bu qədər vəsaiti xərclənir, kitab çap olunur. Bu səhvi kitabda dəyişə bilməyəcəklər axı”, - deyə ekspert fikrini tamamlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kupça” amnistiyası:500 min sənədsiz evin sahibi bunu gözləyir - AKTUAL
Azərbaycanda sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq.

“Sənədsiz evlərin sənədləşdirilməsi prosesinə nə zamandan başlanılması nəzərdə tutulur?” sualına cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı müvafiq qanunvericilik aktı qəbul edildikdə prosesə başlanacaq. Qeyd edək ki, uzun illərdir ki, sənədsiz evlərlə bağlı problem həll edilməmiş qalır. Ölkə başçısı tərəfindən bu istiqamətdə tapşırıq verilməsinə baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, minlərlə vətəndaş hələ də çıxarış əldə edə bilməyib. Bəs yeni qanunvericilik aktı bu istiqamədə problemi həll edəcəkmi və həmin sənədləşmə prosesi daşınmaz əmlak bazarında bahalaşmaya gətirib çıxaracaqmı? Zamantv.az-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirib ki, evlərin sənədləşdirilməsi ilə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur:

“Ölkə başçısı da bir neçə il bundan öncə sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı öz tapşırığını vermişdi. Qanunlarda da müəyyən qədər sadələşdirmələr aparılmışdı. Bakı şəhəri üzrə evlərin sənədləşdirilməsi üçün təftiş aparılmışdı və ölkə başçısına hesabat verilməli idi. Yəqin ki, bu istiqamətdə işlər davam etdirilir və davam etdiriləcək. Ancaq Milli Məclisə müvafiq dəyişikliklə bağlı hələ ki, bir müraciət daxil olmayıb.

Qanunvericilik təşəbbüsü ilə bağlı belə bir layihə təqdim olunmayıb. Əgər təqdim olunarsa, müzakirə edəcəyik və dərhal da Milli Məclis bu istiqamətində dəyişikliklərin edilməsinə səs verəcək. Məqsəd sənədsiz evlərin tez zamanda sənədləşdirilməsidir. Bu çox narahatedici bir məqamdır. Problemin həlli istiqamətində hər bir orqan üzərinə düşən vəzifəni tez bir zamanda icra etməlidir”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələnin illərdir ki, qaldırıldığını deyir:

“Hətta ölkə başçısının bununla bağlı tapşırığı olub. Ancaq hələ ki, bu istiqamətdə ciddi bir addım atılmayıb. Bu gün Bakı və Abşeronda çıxarış verilə bilməyən, 500 mindən çox sənədsiz fərdi həyət evləri var ki, bu da birbaşa dövlət büdcəsini gəlirdən, vətəndaşları isə mülkiyyət hüququndan məhrum edib. Bununla bağlı hansısa bir addımın atılması istiqamətində amnistiya olmalıdır. Bu gün ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisindəki çıxarışsız fərdi həyət evlərinə baxsaq, onların böyük əksəriyyətinə “kupça” verilə bilmir. Zamanında hansısa bir qurum, yerli icra hakimiyyəti, yaxud bələdiyyə tərəfindən tikinti ilə bağlı sərəncam verilib. Həmin sərəncamlara əsasən ərazi bölünərək digər vətəndaşlara etibarnamə yolu ilə satılıb. Əslində bu, qanunazidd bir hərəkətdir. Etibarnamə yalnız bir şəxsin əvəzinə o olmadığı zaman hansısa bir işin görülməsi ilə bağlı verilir. Ancaq böyük həyət evləri, villalar, müəyyən əmlaklar digər vətəndaşlara satılıb.

Məsələn, 2000-ci ildə bir şəxsə sərəncamla 6 sot torpaq verilib və etibarnamə əsasında 2-3 şəxsə satılıb. Həmin evlər də dəfələrlə başqa şəxslərə satılıb. Bu gün həmin evlər özəlləşəndə sərəncam verilmiş şəxsin adına rəsmiləşir. Sərəncam verilmiş şəxs sağdırmı, vəfat edibmi? Yaxud həmin əmlak onun adına özəlləşdisə, o, digər digər şəxslərin xeyrinə alqı-satqıda qərar verəcəkmi? Bunlar hamısı sual altındadır. Bunlar hamısı gələcəkdə baş verəcək böyük bir problemlərin başlanğıdıcıdır”.

Ekspertin sözlərinə görə, hansı əmlakda vətəndaş yaşayırsa, onun sənədinin olub-olmamasından asılı olmayaraq, bələdiyyənin, yerli icra nümayəndəsinin qeydiyyatındadırsa, ünvan alıb və hansısa formada qeydiyyata düşübsə, həmin şəxslərin yaşadıqları mənzillərə çıxarış birbaşa faktiki yaşayan insanlara verilməldiir:

“Əgər köhnə sahiblərə verilərsə, bu, gələcəkdə çox böyük məhkəmə proseslərinə yol açacaq. Çünki zamanında bu problemlərin öhdəsindən gəlinmədiyi və vətəndaşlara aidiyyəti qurumlar tərəfindən verilmiş çıxarışlar, tikintilər özəlləşdirilmədiyinə, 2000-ci ildən bu günə qədər verilmiş sərəncamlar dəfələrlə etibarnamə ilə digər vərəndaşlara satıldığına görə onlar köhnə sakinlərin adına rəsmiləşərsə, həmin ərazilərdə vətəndaş narazılıqlarına gətirib çıxara bilər. İlk növbədə monitorinqlər aparılmalıdır ki, faktiki olaraq hansı ərazidə hansı vətəndaş yaşayır. Bu seçimlər olmalı və daha sonra özəlləşdirmə başlamalıdır”.

Ekspert deyib ki, bu gün ölkə ərazisində, xüsusilə də Bakı, Abşeron, Sumqayıt, Xırdalanda hər bir şəxsin həyətyani sahəsində su, işıq, qaz və həmin şəxslərin adına qeydiyyatdan keçmiş sayğaclar var:

“Bir vətəndaş 10-15 il həmin ünvanda yaşayırsa, sayğaclar onun adına rəsmiləşibsə, demək ki, rəsmi dövlət qurumları bu mənzilin həmin şəxsə məxsus olduğunu qəbul edib və onun adına sayğac verir. “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, bələdiyyə, mənzil istismar idarələri bu mənzilin həmin şəxsə aid olduğunu qəbul edib, onun adına rəsmi arayışlar verirsə, demək bu, artıq əmlak həmin şəxsin mülkiyyətindədir. Sadəcə həmin şəxsin mülkiyyət hüququ tanınmalı və çıxarışların verilməsinə çoxdan başlanılmalı idi ki, bu gün dövlət büdcəsi bu sahədən yararlansın. Hazırda alqı-satqı prosesləri ən çox ucuz fərdi həyət evlərində və onlar da çıxarışları olmayan ərazilərdə aparılır. Gün ərzində həmin ərazilərdə minimum 80-100 alqı-satqı prosesi gedir ki, əgər onların çıxarışı olsaydı, hər kvadratına görə dövlət vergilərdən yararlanardı. Bu gün çıxarış olmadığına görə vətəndaş o vergiyə gedən xərci hər hansı bürokratik yollarla digər şəxslərə verir ki, həmin mənzil digər vətəndaşın adına keçirilsin. Mövcud vəziyyətdə uduzan tərəf dövlətin büdcəsi və vətəndaşdır. Mülkiyyət hüququ tanınmadığına görə vətəndaş öz evinə qeydiyyata düşə bilmir. Rayon qeydiyyatında olan vətəndaşın Bakıda mənzili var, sadəcə çıxarış olmadığına görə qeydiyyata düşə bilmir. Vətəndaş bələdiyyə vergisi verə bilmir.

Bələdiyyələrin çıxarış olmadan hansısa bir əmlakdan vergi yığmaq hüququ yoxdur. Bundan başqa, vətəndaş dükandan kreditlə hansısa bir məişət əşyası almaq istəsə, 10-15 ildir paytaxtda yaşasa da çıxarış ala, qeydiyyata düşə bilmədiyinə görə həmin kreditdən yararlana bilmir. Çünki rayon qeydiyyatındadır. Bu kimi problemlərlə bağlı həm ölkə büdcəsi, həm iqtisadiyyatımız mənfiyə doğru gedir. Beləliklə, əgər Bakıda 500 mindən çox çıxarışsız fərdi həyət evi varsa və hər həyət evində 3 vətəndaşı olduğunu düşünsək, demək paytaxt ərazisində milyondan artıq vətəndaş qeydiyyatsız yaşayır”.

Sənədləşmə reallaşdığı təqdirdə qiymətlərin artmasına gəldikdə isə ekspert deyir ki, həmin ərazilərə çıxarış verilərsə, bu, birbaşa ipoteka predmetinə çevrilə bilər:

“Çünki vətəndaşın mənzilinin çıxarışı varsa, o, həmin mənzili banka girov qoyub kredit əldə edə bilər. Yaxud vətəndaş həmin mənzili ipoteka yolu ilə digər vətəndaşa sata bilər ki, burada da həm banklar yararlanar, həm vətəndaş öz evini rahat şəkildə satar, həm də digər şəxslər ucuz həyət evi ala bilər. Bunun qiymətlərin artmasına təsiri ola bilər. Çünki çıxarışların verilməsi zamanı müəyyən dövlət rüsumları ödəniləcək. Çıxarışların verilməsi mülkiyyət hüququnun tanınması deməkdir ki, bu, birbaşa vətəndaşın ölü kapitaldan diri kapitala keçməsidir. Yəqin ki, qiymət artımı olsa belə, əmlak bazarında canlamla yarada bilər.

Bu gün vətəndaşın əlində 30-35 min pul varsa, onun paytaxt ərazisində həmin qiymətə bina evi alması qeyri-mümkündür. Ancaq çıxarışı olmayan 30-35 min manata həyət evi var ki, vətəndaş onu almağa risk edə bilmir. Bu kimi problemlərin aradan qaldırılması ilk növbədə iqtisadiyyatın ayaqda durmasına, büdcəyə vəsait daxil olmasına səbəb olacaq. İndiyədək ciddi addımlar atılmasa da, böyük gözləntilər ondan ibarətdir ki, hansısa qərar, sərəncam verilsin və bu problemlər aradan qalxsın”.
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Paşinyan İlham Əliyevin Ermənistana qarşı bəyanatlarını əsaslandırdı... - Ermənistan KİV
Ermənistanın baş naziri Azərbaycan Prezidentinin bu ölkəyə qarşı bəyanatlarını əsaslandıraraq şərh edib.

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təhdidlərini Ermənistandan gələn bəyanatların “güzgüdəki əksi” olduğunu izah edib. Baş nazir onlayn mətbuat konfransı zamanı bildirib ki, bu açıqlamalarda müəyyən nüanslar var". Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, bunu "Sputnik-Armeniya" yazıb.

“Gəlin emosional və rasional tərəfləri ayırd edək. Bu yaxınlarda bir analitik qeyd edib ki, Azərbaycanın bəyanatları 1994-cü ildən sonra Ermənistanın bu ölkəyə qarşı bəyanatlarının güzgüdəki əksidir. Xüsusilə, 1994-cü ildən sonra Ermənistandan və Qarabağdan “Qarabağ məsələsi həll olundu”, “Bakı erməni şəhəridir” kimi ifadələr səslənir. İndi Azərbaycan da buna uyğun cavab verir",- deyə Paşinyan bildirib.

Azərbaycanın ərazi bütövlüyünün tanınmasından danışan Paşinyan bir daha qeyd edib ki, hələ 1992-ci ildə İrəvan Azərbaycanın, Bakı isə Ermənistanın ərazi bütövlüyünü tanıyıb.

Xəbərdə xatırladılır ki, bir müddər əvvəl İlham Əliyev bildirib ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa və onu təhdid edirsə, o zaman Bakı üçüncü müharibəyə və “həmin təhlükə mənbələrinin məhvinə” hazırdır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO