[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda özünü “seyid” kimi təqdim edən narkokuryer tutuldu: “Heyif oldu əziyyətlərim”
Zamantv.az : - Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbir zamanı narkotik vasitələrin satışı ilə məşğul paytaxt sakini, əvvəllər məhkum olunmuş Xudaverdi Allahverdiyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 65 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı həmin şəxs narkotik vasitələri satmaq məqsədi ilə xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını bildirib.

Qeyd edək ki, Xudaverdi Allahverdiyev narkotik vasitələrin satışını həyata keçirdiyi üçün izini itirmək məqsədi yaşayış ünvanlarını mütəmadi olaraq dəyişirmiş. Sonuncu dəfə Nərimanov rayonunda külli miqdarda heroini satış məqsədi ilə əldə edən zaman polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istintaq zamanı X.Allahverdiyev törətdiyi əməli etiraf edib.

X.Allahverdiyev istintaqa verdiyi ifadəsində hər kəsə özünü “seyid” kimi tanıtdığını bildirib:

“Kimsə inanmaz ki, Xudaverdi Allahverdiyev narkotik sata bilər. Çünki hamıya özümü “seyid” kimi tanıdırdım. Adım və soyadım da bunu təsdiq edirdi ki, mən elə-belə adam deyiləm. Heyif oldu əziyyətlərim. Bitdi artıq. Planlarım var idi. Daha çox qazanmaq istəyirdim. Xuda məni bağışlamadı”.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Xudaverdi Allahverdiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda dava düşdü: Qardaşlar bıçaqlandı
Zamantv.az : - zəbər verir ki, Sumqayıtda dava düşüb, qardaşlar bıçaqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı 1987-ci il təvəllüdlü Tural Əliyevə və onun qardaşı 1985-ci il təvəllüdlü Xəyal Əliyevə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağstafadakı qətlin TƏFƏRRÜATI
Ağstafa rayon prokurorluğu məlumat yayıb.

Ağstafa rayonu, Dağkəsəmən kənd sakini 1984-cü il təvəllüdlü Elvin Abdullayevin yaşadığı evdə öldürülməsi barədə yanvarın 4-ü saat 12 radələrində rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla zərərçəkmişin arvadı 1985-ci il təvəllüdlü Aynur Abdullayevanın yanvarın 3-ü saat 05 radələrində birlikdə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Elvin Abdullayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aynur Abdullayeva təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sərhədçilərimizi gülləyən Elxan Əvəzli BELƏ ƏLƏ KEÇDİ - RƏSMİ AÇIQLAMA
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb.

"Zamantv.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.

Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda dəhşət: - Qadın və bətnindəki körpə öldü
Siyəzən rayonunda dəhşətli hadisə baş verib.

Zamantv .az Oxu.Az-a istionadən xəbər verir ki, hadisə rayon ərazisindəki xəstəxanada qeydə alınıb.

Belə ki, 33 yaşlı Şəbnəm Zeynalova yaşadığı Yenikənd kəndindəki evdən 38 həftəlik hamiləliklə xəstəxanaya çatdırılıb.

Yaranmış ağrılardan Ş.Zeynalova və bətnindəki övladı ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda məmur bağ evində MTN-də işləmiş şəxsi niyə güllələyib öldürdü? - ŞOK FAKTLAR
Zamantv.az Keçən il dekabrın 12-də Xəzər rayonu Mərdəkan qəsəbəsində 1962-ci il təvəllüdlü Azər Cəfərovun kürəkəni, 1985-ci il təvəllüdlü Rəşad Məmmədovu “MÜ 21-12” modelli tüfənglə güllələyərək qətlə yetirməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. DİA.AZ publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində hadisənin təfərrüatları məlum olub.

Bəlli olub ki, qətli törədən A.Cəfərov dövlət qurumlarında bir sıra yüksək vəzifələr tutub, hadisəni törədərkən isə Həmkarlar Konfedrasiyasının Xəzər rayon şöbəsində çalışıb. Naxçıvan şəhərində anadan olmuş, ali təhsilli A.Cəfərovun hadisəni əvvəlcədən planlaşdırmadığı, kürəkəni Rəşadın onun Mərdəkandakı bağ evinə gələrək dava-dalaş salması nəticəsində belə bir hadisənin baş verdiyi məlum olub.

Bildirilib ki, qayınatası tərəfindən qətlə yetirilən R.Məmmədov da bir sıra vəzifələr tutub. O, 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyində əməliyyat müvəkkili kimi çalışıb və daha sonra xəstəliyi ilə əlaqədar işdən çıxıb. Atasına məxsus zavodda direktor müavini vəzifəsində çalışan Rəşadın ailəsində son vaxtlar ciddi problemlər yaranıb və onun həyat yoldaşı övladları ilə birlikdə atası evinə gedib. Bundan sonra R.Məmmədov özünə məxsus “Lexus” markalı avtomobillə Mərdəkana gedib və məlum qətl hadisəsi baş verib. Hadsədən sonra onun avtomobilindən tapança və dəyənək aşkar edilərək götürülüb.

İstintaq materiallarından o da məlum olub ki, R.Məmmədov daha əvvəl də qayınatasının evinə gələrək dava-dalaş salıb, hətta bağ evinin qarşısında tapança ilə havaya bir neçə dəfə atəş açıb.

Məhkəmədə ifadə verən A.Cəfərov olayı belə nəql edib: “Qızım 12 il əvvəl Rəşadla nigaha girərək ailə qurub, onların iki qız övladı olub. Toydan qısa müddət keçmiş bildik ki, Rəşadın pis vərdişləri var. Belə ki, Rəşad narkotik vasitələr qəbul edir, spirtli içkilərin aludəçisidir, qızıma qarşı kobud davranırdı. Bu məsələ ilə bağlı Rəşada müalicə olunması üçün həm onun valideynləri, həm də öz tərəfimdən səylər göstərilib, pul verilib, lakin nəticəsi olmayıb. Demək olar ki, qızım Rəşadla evləndiyi vaxtdan onun pis vərdişlərinə görə əziyyət çəkib, amma ailəsini qoruyub saxlamaqdan ötrü neqativ hərəkətlərinə dözüb. Hətta təxminən 2010-cu ildə qızım boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdi, lakin ağsaqqalların tövsiyyəsi və səyi nəticəsində qızım onunla barışdı, onlar yenə birgə yaşadılar. Həmin vaxt Rəşadın valideynləri ilə yenə qərara gəldik ki, onu müalicə etdirək. Lakin Rəşad müalicəni yarımçıq qoydu, müalicədən yayındı. Sonuncu dəfə 2020-ci ilin oktyabr-noyabr aylarında Rəşadın narkotik maddələrdən istifadə etməsi, spirtli içki aludəçisi olması və bütün bunların nəticəsində evdə dözülməz şərait yaratdığına görə qızım boşanmaq üçün yenidən məhkəməyə müraciət etdi, həmin vaxtdan övladları ilə birlikdə köçüb mənim şəhərdə olan mənzilimdə yaşadılar. Qızım bizdə qaldığı vaxtlarda həftədə 2-3 dəfə Rəşadın öz uşaqlarını görməsi üçün şərait yaradılıb. Nə qızım, nə yoldaşım, nə də mən heç vaxt Rəşadın övladlarını görməsinə problem yaratmamışıq. 12 dekabr 2020-ci il tarixdə səhər saatlarında Rəşad öz mobil nömrəsindən mənə zəng edib aqressiv şəkildə harada olmağımı soruşdu. Mən isə Rəşada Mərdəkanda bağ evində olduğumu dedi. Rəşad bağa çatanda ona darvazanın ağzında olduğumu dedim, o, evdən həyət qapısının düyməsini basdı və qapı açıldıqdan sonra Rəşad həyətə daxil oldu. Rəşadın həyətdə söyüş söyməsindən, qışqırıb səs-küy salmasından ehtiyat edib onu evə dəvət etdim, masa arxasında əyləşib söhbət etdik, ona uşaqları ilə görüşmək üçün heç kəsin mane yaratmadığını başa salmağa çalışdım, heç kəsin ona qarşı pis hərəkət etmədiyini izah etməyə çalışdım. Hətta Rəşada dedim ki, vaxt keçər yenə barışarlar, yenə ailələləri bir-birinə qovuşar. Lakin Rəşad mənim danışıqlarıma əhəmiyyət vermədi, aqressiv formada məni alçaltmağa çalışdı, əxlaqsız sözlər, mənə qarşı yaşıma uyğun olmayan ifadələr işlətdi. Əsəbini cilovlayaraq ona cavab vermədim, Allahdan səbr diləyib, lənət şeytana deyə-deyə özümü toxtamağa, ələ almağa çalışdım. Bundan sonra Rəşad ayağa qalxıb evdən həyətə çıxdı, geri dönərək yenidən daha ağır söyüşlər söydü. Artıq buna dözmədim, elə bil ki, havalanaraq çönüb evə girərək girişdə olan ov tüfəngini çıxarıb bayıra çıxdım və bundan sonra nə baş verdiyini xatırlamıram. O zaman ayıldım ki, bağban kürəyimdən tutaraq silkələyir . Bu zaman gördüm ki, yerə çöküb oturmuşam, əlindəki tüfəng yerə düşüb, Rəşad isə aralıda torpaqda uzanıqlı vəziyyətdədir. Bağbana təcili tibbi yardıma zəng etməsini dedim, özüm isə polisə zəng etdim. Rəşadı vurmağıma səbəb məni və övladlarımı öldürməsi barədə hədəsinin real olması və ən axmaq söyüşlərlə məni,arvadını, övladlarımı, atamın qəbrini belə söyüb təhqir etməsi olub. Mən Ovçular cəmiyyətinin üzvüyəm, 4 tüfəngim var. 3 tüfəng şəhərdəki mənzilimdə seyfdə, bir tüfəng isə hadisə baş verdiyi bağ evində idi. Belə ki, həmin bağda çox vaxt tək qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərindən bu tüfəngi bağda saxlayırdım. Həmçinin qeyd etmək istəyirəm ki, Rəşadın tapançası var idi, həmin tapança ilə Rəşad bir dəfə bu bağda qızımı və oğlumu qorxutmaq üçün bağda olduğu zaman havaya atəş açıb. Həmin vaxt mən xaricdə olmuşam. Həmçinin bilirdim ki, Rəşad həmin odlu silahı daima üzərində gəzdirir, hətta bir neçə dəfə həmin tapançanı görmüşəm. Bu səbəbdən Rəşadın övladlarımı və məni öldürəcəyi ilə hədəsini həqiqi kimi qəbul etmişəm. Yaxınlarımı qorumaq üçün və ağır təhqirlər səbəbindən bir anlıq üzərimə nəzarətimi itirərək bu hadisəni törətmişəm. Təbii ki, hadisənin bu cür baş verməsinə görə peşmanam. Məhkəmənin nəzərinə çatdırıram ki, onkoloji xəstəyəm, bu xəstəliklə bağlı Türkiyədə dəfələrlə müayinə olunmuşam və müalicə almışam”.

Məhkəmədə qətlə yetirilmiş 35 yaşlı Rəşad Məmmədovun yaxınları hadisənin baş verməsinə A.Cəfərovun həyat yoldaşının səbəb olduğunu, onun qızını öyrətdiyini və son vaxtlar Rəşadım övladlarını görməyə əngəl yaratdığını deyiblər. Mərhumun qardaşı ifadəsində Rəşadın həyat yoldaşını çox sevdiyini, ailəsinə yaxşı baxdığını, evdə cüzi söz-söhbətlərin ola biləcəyini deyib: “2008-ci ildə qardaşım Azərin qızı ilə ailə həyatı qurub. Rəşadla yioldaşı mehriban olublar, Rəşad onu demək olar ki, dünyanın bir çox ölkələrinə gəzməyə aparıb, birgə nigahdan olan iki qızını da Rəşad həddindən artıq çox istəyirdi. Onların ailələrində ola bilsin ki, cüzi söz-söhbətlər olub, lakin mərhum atam Rəşadın qayınatası Azərləbirlikdə müdaxilə edib yoluna qoyurdu. Təqsirləndirilən şəxsi də yaxşı bir insan kimi tanımışam, Azərin heç vaxt qardaşı Rəşadın ailə işlərinə qarışmadığını bilirəm Lakin hamı bilirdi ki, Azərin arvadı Rəşadgilin ailə işlərinə daima müdaxilə edib, Rəşaddan şəhərin mərkəzində ailəsi üçün yeni mənzil almasını tələb edirdi, tələbi yerinə yetirilmədikdə isə qızından boşanmağı tələb edirdi. Hər dəfə gəlin anasının təhriki ilə evdən küsüb getdiyi vaxtdan sonra barışıq əldə edildikdə qardaşım ona bahalı qızıl-zinyət əşyaları alıb verirdi. Sonuncu dəfə də yoldaşı qardaşımdan küsüb valideynlərinin evinə getdikdən sonra onun anası Rəşadın uşaqları ilə görüşməsinə əngəl yaratdı. Rəşad bundan bərk əsəbləşərək 12.12.2020-ci il tarixdə Mərdəkan qəsəbəsində öz bağından 150-200 metr aralı olan qayınatası Azərin bağına getdi ki, onun öz uşaqları ilə görüşməsinə olan maneələri aradan qaldırsın. Cinayət işinin materiallarından və məhkəmə iclasında verilən ifadələrdən bilirəm ki, Rəşadla təqsirləndirilən şəxs bağda mübahisə edib. Rəşad ola bilsin ki, əsəbi olduğundan Azərin ünvanına və onun atasının ünvanına söyüş edib. Azər də tüfənglə 3 güllə ilə atəş açaraq Rəşadı öldürüb. Bəyəm, söyüşə görə adam öz nəvələrinin atasını öldürərmi? İş materiallarından bilirəm ki, Rəşad Azərin bağına özünə məxsus «Lexus» markalı maşınla gəlib, həmin maşından axtarış zamanı bir ədəd dəyənək və bir ədəd tapança aşkar edilib. Lakin tapançanın darağında güllələr olmayıb”.

R.Məmmədovun digər yaxınları da oxşar məzmunda ifadələr verib. Həmçinin məhkəmə prosesində digər sənəd və sübutlar, ekspertiza rəyləri araşdırılıb. Ekspertiza A.Cəfərovun hadisə vaxtı fiziki affekt vəziyyətində olmaması qənaətinə gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasının ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dəyəri 13 min manatdan çox olan qızıl zinət əşyalarını oğurlayan şəxs Qusarda saxlanıldı
Zamantv.az Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan DİA.AZ-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törətməklə zərərçəkmişə ümumilikdə 13275 manat ziyan vurmaqda şübhəli bilinən rayon sakini Zaur Əlipoladov saxlanılıb. Həmin şəxsin həmyerlisinə məxsus mənzilə gizlin daxil olaraq qızıl zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda həbsxanada daha bir ÖLÜM
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Zamantv.az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb.

Orada müalicə alan məhkum Telman Osmanov ölüb. Onun xəstəlikdən öldüyü bildirilir.

Məhkumun ölümünün dəqiq səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Araşdırılma aparılır.

Qeyd edək ki, bu, son 2 ayda qeydə alınan 9-cu məhkum ölümüdür.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 19 yaşlı qız anası və bacısını atasından xilas etdi
Bakıda ana və iki azyaşlı qızı öz evlərində illərlə zorakılığa, təcavüzə, işgəncəyə məruz qalıb. Qızlardan 2002-ci il təvəllüdlü olanı öz doğma atası tərəfindən illərlə zorlanıb. Qızın anası və yaşca kiçik olan bacısı son illər bundan xəbər tutsa da hər biri qorxudan susub. Susduqca onlar da eyni zorakılığa məruz qalıb. Qızlar 45 yaşlı ataları, qadın isə əri tərəfindən təhdid edilib, döyülüb, amansız rəftara məruz qalıb...

Zamantv.az Musavat.com-a istinadla xəbər verir ki, bütün bu faciə, ana və qızlarının yaşadığı əzab ötən ilin sonlarında 2002-ci il təvəllüdlü qızın verdiyi qəti qərardan sonra bitib.

İllərlə öz atası tərəfindən zorlanan qız yaşca ondan kiçik olan bacısının da eyni aqibəti yaşamaması üçün Feysbuk sosial şəbəkəsində “Hüquqşünaslar” qrupuna müraciət edib. Onun üçüncü bir şəxsin adından yazdığı müraciətə xanım vəkillərdən biri cavab verib. Xanım vəkillə əlaqə quran qız başına gələnləri danışıb. Bundan sonra vəkil və qız prokurorluğa müraciət edib.

Nəticədə illərdir öz qızlarına, arvadına olmazın iyrəncliyi edən şəxs həbs edilib.

Araşdırmalar zamanı isə işin daha dəhşətli məqamları üzə çıxıb. Müəyyən edilib ki, 2002-ci il təvəllüdlü qız 6 yaşından etibarən atası tərəfindən cinsi zorakılığa məruz qalıb, zorlanıb. Hətta atası onu anasının gözləri qarşısında da zorlayıb. Anasını da onun gözləri qarşısında...

Əxlaqısz ata iyrənc hərəkətlərini bununla da yekunlaşdırmayıb və 2007-ci il təvəllüdlü qızına qarşı da seksual xarakterli hərəkətlər edib. Ana və qızları bu barədə dəfələrlə öz aralarında danışsalar da cəsarət edib polisə şikayət etməyiblər. Çünki illərlə müxtəlif formada işgəncələrə məruz qalıblar...

Araşdırmalar zamanı müəyyən edilib ki, 1975-ci il təvəllüdlü şəxs qızları və arvadını şillə, yumruq, təpik vurmaqla, saçlarını yolmaqla, çimdikləməklə, yaşadıqları evin küncündə dəqiqələrlə tək ayaq üstə saxlamaqla güclü fiziki ağrı və psixi iztirablar, işgəncələr verib.

Özünün daha da qəddar, amansız obrazını yaratmaq üçün daim üzərində olan bıçağı qəsdən nümayiş etdirib onları psixi iztirab formasında öldürəcəyi ilə hədələyib. Hətta evin divarına mıx vuraraq sarı rəngli elektrik naqili asıb. İstəkləri yerinə yetirilməyəcəyi təqdirdə onları asacağını bildirib.

Araşdırmalar zamanı üzə çıxan daha bir dəhşətli fakt isə 2002-ci il təvəllüdlü qızın baş verən zorakılığın nəticəsi olaraq 18 yaşında itihara cəhd etməsidir. Belə ki, o, evdə olan bir ovuc dərmanı içərək intihara cəhd edib. Xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olub. Amma o zaman qızın intihara cəhdini imtahan ərəfəsinin stresi kimi qələmə veriblər. Bu zaman da özünü ata adlandıran şəxs qızına və həyat yoldaşına tənbeh edib ki, bu barədə polisə heç bir məlumat verilməsin.

Amma vicdansız şəxs öz iyrənc hərəkətlərinə yenə də davam edib və intihara cəhd edən qızını yenidən zorlamağa başlayıb.

Bütün bu hərəkətləri sübutlarla, vortsap yazışmaları ilə ortaya qoyulan şəxs utanmadan peşman olduğunu deyib. Üzləşdirmə zamanı qızından üzr də istəyib. Amma 2002-ci il təvəlldülü qız atasından şikayətçi olduğunu, ona ən ağır cəzanın verilməsini tələb edib.

Qeyd etdiyimiz kimi hadisələrin üstü 2002-ci il təvəllüdlü qızın cəsarətini toplaması ilə açılıb. Ona bu cəsarəti verən isə ondan 5 yaş kiçik olan bacısının taleyi olub. Belə ki, 2002-ci il təvəllüdlü qız 2007-ci il təvəllüdlü bacısının eyni həyatı yaşamasını istməyib.

Bu qəti qərarı isə atasının ona yazdığı sonuncu iyrənc mesajdan sonra verib. Belə ki, özünü ata adlandıran şəxs 2002-ci il təvəllüdlü qızına mesaj yazaraq deyib ki, yuxuda onunla və bacısı ilə birlikdə intim əlaqədə olduğunu görüb. Bu mesajı alan 2002-ci il təvəlüldlü qız anasına məlumat verib ki, artıq bütün bunlara son verməyin vaxtıdır. Bu dəfə anası da qızını dəstəkləyib. Hadisələrin davamı yuxarıda qeyd etdiyimiz kimi baş verib.

2002-ci il təvəllüdlü qız həm özünü, həm də ana və bacısını bataqlıqdan xilas edib.

Bütün bu iyrənc hərəkətləri edən 1975-ci il təvəllüdlü şəxsə qarşı Cinayət Məcəlləsinin intihar həddinə çatdırma, əzab vermə, 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə, zorlama maddələrinin bir neçə ağır bəndləri ilə ittihamlar irəli sürülüb. Məhkəmənin hökmü ilə həmin şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Bu dəhşətli hadisə hansısa bir ssenari əsasında qurulmayıb. Bu, cəmiyyətimizin içində baş verən, gözdən uzaqda qalan, səsi boğulan bir ailənin faciəsidir. Ana və qızı uzun illər bu işgəncələrə dözüb. Ana övladlarını itirməyin qorxusundan, övladlar isə ölüm qorxusundan susublar.

Cəmiyyətdə ətrafımızda baş verən hadisələrə laqeyd yanaşma halları çoxdur. Düşünmürəm ki, bu ailənin vəziyyətindən xəbəri olmayan bir nəfər yaxın qohum, tanış olmasın. O niyə susub? Ən azından anonim şəkildə bu məsələni ictimailəşdirə bilməzdimi...

Bu yazını oxuyanlar arasında bəlkə də bu cür faciələrin qurbanı olmuş, hazırda da qurbanı olan şəxslər var. Və ya belə qurbanları tanıyanlar var. Nə qurbanlar, nə də bundan xəbərdar olanlar susmamalıdır.

2002-ci il təvəlüldlü qız intihar cəhddində ölə bilərdi. O ölsəydi, bu hadisələrin üstü açılmayacaqdı. Həmin qız sussaydı, yenə də ailə olaraq bataqlığın içərisində idilər.

Bir nəfərin susmaması üç nəfəri xilas etdi. Düşünün ki, baş verən cinayət hadisəsini gördükdə sussanız, nəticədə məhv olan insan həyatlarının hekayəsini eşidəcək, oxuyacaqsınız...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sabunçuda 15 yaşlı gənc dəm qazından zəhərlənib
Bakıda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 2006-cı il təvəllüdlü Zeynalzadə Mehdi Mehman oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO