[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Zamantv.az"a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranlı nazir və nümayəndə heyətinin təyyarəsi Füzuliyə endi
İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin Azərbaycana səfəri başlayıb.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə “Twitter” hesabında yazıb.

“İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayır”, - deyə o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda mağazada baş verən oğurluq kameralara düşdü...
"Zamantv.az" xəbər verir ki, Bakıda mağazadan oğurluq olub.

Bu barədə mağaza rəhbərliyi tərəfindən məlumat verilib. Bildirilib ki, hadisə yanvarın 22-də paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 38A ünvanında yerləşən mağazada baş verib.

Mağazaya müştəri kimi daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək dəyəri 200 manat aralığında olan “Smart” saatı götürərək mağazadan uzaqlaşıb.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məlumat verilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən Oxu.Az-a təsdiq ediblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Oğurluq hadisəsinin anbaan görüntüləri mağazanın təhlükəsizlik kameralarına düşüb.//oxu.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət hər yerdə əlillərin ƏLİNDƏN TUTURMU? - NARAZILIQ VAR!
Azərbaycan 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) "Əlillərin hüquqları haqqında" Konvensiyanın Fakültativ Protokoluna qoşulub. Bundan 10 il sonra isə ölkədə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun qüvvəyə minib. Lakin Azərbaycanda əlilliyi olan şəxslərdən hələ də müxtəlif şikayətlər eşidilir… Əlilliyi olan Elçin Cəlilov AzadlıqRadiosuna bildirib ki, şəhərdə nəinki gəzmək, adi mağazaya, bərbərxanaya getmək problemlidir: "Adi marketə girəndə panduslar (bina yaxud qurğunun daxili və xaricində pilləkən əvəzinə düzəldilən maili müstəvi) olmadığına görə, oranın işçiləri arabanı qaldırıb içəri aparırlar. Həmin an mənə elə gəlir ki, arabadan yıxılacam. Yeraltı keçidlərdə isə panduslar elə quraşdırılıb ki, araba ilə aşağı düşmək istəsəm, mütləq yıxılacam".

Bakı Nəqliyyat Agentliyindən "Turan"a bildirilib ki, son illər şəhər nəqliyyatında əlillərlə bağlı mühüm layihələr icra olunur.

"2021-ci ildə 26 küçə və prospektdə…"
Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun, Bakı Nəqliyyat Agentliyi panduslar inşa edir: "İndiyədək 180 küçə və prospektdə panduslar inşa edilərək şəhər sakinlərinin istifadəsinə verilib. 2021-ci ildə 26 küçə və prospektdə pandus inşa olunub".

Vurğulanıb ki, pandusların mailliyi səkilərə uyğun 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir: "Sosial baxımdan vacib hesab edilən digər bir layihə isə "ideal səki"dir. Bu layihə çərçivəsində səkilərdə hərəkətə maneə yaradan hallar tam olaraq aradan qaldırılır və səki boyunca görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir".

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə agentliyə bildirilib ki, binanın, qurğuların daxilində pandusların mailliyi 1:6, bayırda isə 1:8 olmalıdır: "Əlil arabalarında hərəkət edən əlilliyi olan şəxslərin hərəkət yollarında, həmçinin müalicə müəssisələrinin stasionarlarında pandusların maililiyi 1:10 - 1:12 olmalıdır. Tikilən binaların hamısında buna riayət olunmasına nəzarət olunur".

"Hökumət idarələrinə… gedə bilmirlər"
Amma "KekaMaps – Əngəlsiz Xəritə" təşəbbüsünün müəllifi Məhəmməd Kekalov da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əlilliyi olan şəxslər üçün infrastruktur heç də ürəkaçan deyil: "Bu səbəbdən əlilliyi olan şəxslər hökumət idarələrinə, məktəblərə, xəstəxanalara gedə bilmirlər. Bununla da onların təhsil, səhiyyə hüququ pozulur".

Onun sözlərinə görə, əlillər ictimai nəqliyyatdan istifadə edə bilmirlər, taksi çağırırlar və bu onlar üçün əlavə xərcdir.

Hüquq müdafiəçisi deyir ki, yeraltı keçidlərdə, binalarda panduslar ya yoxdur, ya da standartlara uyğun deyil: "Buna nəzarət etməli olan dövlət orqanları buna məsuliyyətlə yanaşmırlar. Ona görə də qanunlar kağız üzərində qalır".

Hüquqşünas Sübhan Həsənli isə deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən, həmin məsələlərlə bağlı aidiyyəti qurumlar monitorinqlər aparmalıdırlar: "Lakin təəssüf ki, həmin monitorinqlər keçirilmir. Bu, həm Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinə, həm də yerli qanunvericiliyinə ziddir".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda 3 rayonun prokuroru COVID-ə yoluxdu
Azərbaycanda 3 rayonun prokuroru koronavirusa yoluxub.

"Zamantv.az" lent.az-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Elşən Abbasov məlumat verib.

Onun sözlərinə görə, Şirvan şəhər prokuroru Kamal Talıbov, Ağdaş rayon prokuroru Tural İbrahimov və Ağdam rayon hərbi prokuroru Surxay Hüseynovun COVID-19 testləri pozitiv çıxıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tapdıq Abbas Medianın İnkişafı Agentliyini "topa tutdu"-PREZİDENTƏ MÜRACİƏT
Zamantv.az - "Paralel" Media Qrupunun rəhbəri Tapdıq Abbas Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə müraciət edib. Müraciətdə Medianın İnkişafı Agentliyinin fəaliyyəti tənqid olunur və mövcud olan ciddi qanun pozuntularının qarşısının alınmasına çağırış edilir:

Hörmətli cənab Prezident!

Azərbaycan dövlətinin bütün sahələrində, o cümlədən ölkə mediasının müasir beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində atdığınız addımlar, apardığınız dərin islahatlar, həyata keçirdiyiniz struktur və kadr dəyişikliyini yüksək qiymətləndirir, ölkə mediasına göstərdiyiniz diqqət və qayğıya görə, Sizə jurnalist kollektivimizin dərin təşəkkürünü bildirirəm. Azərbaycan dövlətinin siyasi, iqtisadi, hərbi, sosial və digər sahələrində olduğu kimi, ölkə mediasının maddi-texniki və hüquqi bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi durumunu yaxşılaşdırmaq istiqamətində tərəfinizdən görülən fundamental işlər hər bir jurnalist kollektivi kimi, 20 ildən çox rəhbərlik etdiyim və dövlətçiliyimizin keşiyində ləyaqətlə dayanan "Paralel" Media Qrupunun jurnalist kollektivinin də sevincinə səbəb olub.

Hörmətli cənab Prezident!

İşinizin gərgin, vaxtınızı daha vacib dövlət işlərinə sərf etdiyiniz məqamda,​ ölkəmizin media sahəsində baş verən bəzi xoşagəlməz nöqsanlar barədə Sizə məlumat verməyi özümə borc bildim.

Sizə bildirirəm ki, tutduqları vəzifədə ciddi nöqsanlara yol verdiklərinə görə, azad olunmuş sabiq Əli Həsənov - Vüqar Səfərli cütlüyünün səhvlərini təkrar edən bəzi məmurlar Sizin ölkə mediasının inkişafı naminə atdığınız vacib və səmərəli addımları yenə də yanlış istiqamətə yönəltməyə cəhd edirlər. Media ictimaiyyəti isə bu cür yanlış cəhdlərdən çox ciddi narahatdır. Bu nöqsanları ortadan qaldırmaq üçün Sizə müraciət etməyə ehtiyac olduğunu düşündük. Sərəncamla ötən ilin 12 yanvarında KİVDF bazasında yaratdığınız Medianın İnkişafı Agentliyinin fəaliyyətində narazılıq doğuran xeyli mənfi hallar mövcuddur.

Yalnız son 2 ildə mətbuata dövlət yardımı üçün büdcədən ayrılan 8.3 milyon manat pulun qəzet və internet media subyektləri arasında bölgüsündə yol verilən ciddi nöqsanlar, qanun pozuntusu, şəffaflığın təmin olunmaması və hesabatlılığın unudulması mediada çalışan insanlarda təbii etiraz doğurub. Agentliyin fəaliyyətinə kənardan edilən müdaxilələr də aydın hiss olunur. Düşünürük ki, hazırda mövcud olan ciddi qanun pozuntusunun qarşısı vaxtında alınmazsa, gələcəkdə daha ciddi pozuntuların təkrar baş verməyəcəyinə zəmanət yoxdur...

Hörmətli cənab Prezident!

Media rəhbərlərilə birlikdə Sizinlə bir neçə dəfə görüşdə bizə verdiyiniz tapşırıq və tövsiyyələr hər kəsdə ciddi məsuliyyət formalaşdırıb. Hətta görüşlərin birində mənə fəxri ad verməyinizi işə məsuliyyətimi xeyli dərəcədə artırıb. Bütün bunlar üçün Sizə təşəkkür edirəm!

Nəhayət, düşmən tərəfindən işğal olunmuş torpaqlarımızı 2 əsrdə ilk dəfə şanlı Ordumuzun gücü ilə azad etdiyinizə görə Sizə təşəkkür edir, dövlətimizə və xalqımıza şərəflə xidmət etməkdən qürur duyuram!//yenixeber.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elton Məmmədovun oğlu Azərbaycanın tarixi şəxslərini ələ saldı: - "Yenə də yığışmışıq..."
Araşdırmaçı jurnalist Samir Feyruzov sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun növbəti biabırçı hərəkətləri ilə bağlı maraqlı status paylaşıb. Zamantv.az demokrat.az-a istinadən xəbər verir ki, sözügedən statusda Aynar Məmmədovun Azərbaycanın görkəmli və tarixi şəxslərini ələ salması barədə faktlar yer alıb.

Samir Feyruzovun həmin fikirlərini oxuculara təqdim edirik:

"Fotoda üstünə qırmızı işarə qoyduğum şəxs Aynar Məmmədovdur. Keçmiş Nəqliyyat naziri, "asfaltyeyən" Ziya Məmmədovun qardaşı oğludur. Atası Elton Məmmədov da sabiq deputatdır. Deməli, bu cavan oğlan Azərbaycan dahilərinin fotosunda boş qalmış yerə özünü dürtüşdürüb və İnstaqramda yazıb ki, "Yenə də yığışmışıq...".

İndi bu başqa məsələdir ki, Abdulla Şaiq, Cəfər Cabbarlı ayaq üstündədir, amma Aynar əkə oturub. Yazıq Mirzə Cəlil küncə sıxılıb. Bəlkə də ortada oturmağa həya edib. Amma bu gün bir korrupsionerin balasının iştahına baxın... Adam öz aləmində satirik nəsə hazırlamaq istəyib, amma alınmayıb, bu da ayı əti deyil ki...
Hər halda Aynar əkə anlamalıdır ki, o boş qalmış yerdə oturmağa bəlkə də Azərbaycan ədəbiyyatı elə bir nəhəng yetişdirməyib. Lakin qanmaq haqdandır ki, o sırada sən yox ha, heç sənin atanın oturmağa haqqı yoxdur. Uzağı qarşılarındakı masanın tozunu ala bilərdi".

Qeyd edək ki, Aynar Məmmədov mütəmadi olaraq qalmaqallı hərəkətləri və harın həyat tərzi ilə gündəmə gəlir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Toylarla bağlı mart ayından QAYDA dəyişir – Şərtlər AÇIQLANDI
Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limitin artırılması, konkret olaraq 250-300-ə qədər qaldırıla biləcəyi bildirilir. Söyləntilərə görə fevralın 15-dən sonra, konkret olaraq isə mart ayından etibarən rəsmi qərarla toya gələn qonaq sayının artırılacağı gözlənilir.

Sosial şəbəkələrdə müzakirə edilən bu məsələ Azərbaycanda test nəticəsi “müsbət” olan şəxslərin və onların təcrid (karantin) müddətinin 14 gündən 7 günə azaldılması ilə əsas gətirilir.

Həmçinin, Azərbaycanda “Omikron”la bağlı durumun gərgin olmadığı və buster dozun (üçüncü doz) tətbiqinə geniş yer verildiyi də önləmə alınıb.

Məsələ ilə bağlı Nazirlər Kabineti ilə əlaqə yaratmağa çalışsaq, da zənglərimizə cavab verən olmayıb. Zamantv.az xəbər verir ki, Milli Məclisin üzvü Fazil Mustafa Bizim.Media-ya açıqlamasında toylarda qonaq sayının artırılması fikrini dəstəkləyərək, məsələnin reallaşdırılmasını vacib sayıb:

“Bunlar texniki məsələlərdir. Gedişatda qonaq sayı ilə bağlı dəyişiklik etmək mümkündür. Onsuz da sayı müəyyənləşdirmək olmur və artırmaqla da sui-istifadə halları çoxala bilər. Bütövlükdə texniki məsələyə baxmaq olar. Bir az vətəndaşın vəziyyəti yüngülləşsin. Bunlar hamısı sıxıntı verən məsələlərdir və insan həyatına təsir göstərir”.

Deputat hesab edir ki, nəzarət məsələsini gücləndirməklə qonaq sayını artırmaq mümkündür ki, insanlar rahat şəkildə tədbirlərini keçirsinlər.

Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə yalnız 150 nəfərədək icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.

Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq.

COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan
"Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu". Zamantv.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə erməni deputat, parlamentdə müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Sarkisyanın prezident olduğu müddətdə dəfələrlə istefa vermək üçün ciddi səbəbləri olub. İndi bunu niyə etdiyi onlara bəlli deyil. Eyni zamanda, Köçəryan qalmaqallı istefanı Sarkisyanın səhhətindəki durumdan tutmuş ,“digər hallar”a qədər bir sıra mümkün səbəblərlə əlaqələndirib.
Deputat Sarkisyanın Konstitusiyanın ona öz potensialından ölkənin rifahı naminə tam istifadə etmək imkanı verməməsi ilə bağlı deyilənlərlə isə razılaşmayıb.

- Sarkisyan çox gözəl bilirdi ki, konstitusiya islahatları komissiyası yaradılır və bütün bu problemlər məlum komissiyada müvafiq prosedurlar çərçivəsində müzakirə oluna bilər. Mənə elə gəlir ki, komissiyanın yaradılmasını gözləmədən istefanı elan etmək kimi davranışa görə heç bir izahat gözləmək lazım deyil, - Köçəryan deyib.

İqtidarı təmsil edən deputat "Prezidentə hökumət tərəfindən təzyiq olubmu?" sualına ritorik sualla cavab verib. Jurnalistlər bir ölkənin prezidentinə təzyiq olunmasını necə təsəvvür edirlər axı?

Siyasətçi prezidentin istefasının Türkiyə ilə münasibətlərin qurulması və ya keçmiş Qarabağ münaqişəsi, Azərbaycanla sərhədin demarkasiyası və s. gündəmı uyğun məsələlərlə bağlı ola biləcəyi ilə bağlı deyilənlərlə razılaşmayıb. O, bu versiyanı qeyri-mümkün hesab edir. Komissiya rəhbəri ümid edir ki, mətbuatın və cəmiyyətin istefanın konkret səbəblərini Sarkisyanın özündən öyrənmək imkanı olacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Böyük məişət texnikaları niyə birdən-birə 200-300 manat bahalaşıb? - HƏQİQƏTƏN DƏ...
"Qiymətlərin yüksəlməsi vətəndaşlar üçün problemdir. Vətəndaşın alıcılıq qabiliyyəti var, qiymətlər belə sürətlə artarsa, bir müddətdən sonra satışlar olmayacaq, dayanacaq. Bu da iş adamlarına ciddi zərbə olacaq”. Zamantv.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli böyük məişət texnikalarının qiymətində birdən-birə 200-300 manat qiymət artımından danışarkən deyib.

Ekspert bildirib ki, satışların azalması onların gəlirlərinə birbaşa mənfi təsir göstərəcək:

"Çörəyin qiymətinin artmasının psixoloji olaraq qiymət artımına təsir edəcəyi gözlənilən idi. Belə bir ehtimal var idi, amma bunun böyük məişət texnikalarının qiymətinin birdən-birə artması ilə bir başa bağlantısı yoxdur. Ancaq reallıqda dünyada logistikanın bahalaşması və çip böhranının yaşanması var. Dünyada bir çip böhranı da yaşanır, böyük elektrotexnika şirkətləri istehsalında bəzi axsamalar var. Nəticə etibarı ilə də logistikanın və çiplərin qiymətinin qalxması məişət texlikasının qiymətinə təsir etməli idi. Amma bu, dərhal baş verə bilməzdi. Yanvar ayının əvvəlində birdən-birə məişət texnikalarına bu, təsir göstərməməliydi. Burada yəqin ki, ciddi bir araşdırmaya da ehtiyac ola bilər”.

Natiq Cəfərlinin fikirincə, gömrükdə rəsmilləşdirmədə də müəyyən artımlar var:

"Əgər belə artımlar müşahidə olunbsa, onun qiymətlərə təsirsiz ötüşməyəcəyi məlum idi. Çünki əvvəllər böyük partiyaları konteynerlərlə gömrük qeydiyyatından keçirirdilərsə, indi ədəd-ədəd qeydiyyatdan keçirib onlardan rüsumların tutulmasına çalışırlar. Bu da gömrüyün ağardılması adı altında edilir”.

Natiq Cəfərli hesab edir ki, gömrük rüsumlarının bu formada ağardılması istər-istəməz qiymtlərin yüksəlməsinə təsir edir. Amma bu yüksəliş də bir yerə qədərdir”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO