[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxıstanda hava limanı etirazçılardan geri alındı

Qazaxıstanın Almatı şəhərində keçirilən xüsusi antirerror əməliyyatı zamanı etirazçılar tərəfindən ələ keçirilən hava limanı azad edilib.

"Zamantv.az" yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Almata şəhərinin icra başçısının müavini Yerjan Babakumarov məlumat verib. O bildirib ki, keçirilən xüsusi əməliyyatlar nəticəsində hava limanı boşaldılıb və adi iş rejiminə keçib.
Verilən məlumata görə, əməliyyatlar zamanı 2 hərbi qulluqçu vəfat edib.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtda 400 cüt ayaqqabı oğurlayan şəxs ƏLƏ KEÇDİ

"Zamantv.az" xəbər verir ki, Sumqayıt şəhərindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manatlıq ayaqqabı oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12 000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Zamantv.az -a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini T.Həşimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılarkən iki büküm narkotik maddə olan heroin aşkar edilib.

T.Həşimov ifadəsində narkotik maddəni rayon sakini olan bir qadından aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə heroin satan L.Ağayeva da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Məclisdə yeni sektor yaradılıb, bir sektor müdiri dəyişib
Milli Məclisdə yeni sektor yaradılıb, bir sektor müdiri dəyişib.

"Zamantv.az" APA-ya istinadən xəbər verir ki, Ruslan Hacıyev Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Deputat köməkçiləri ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu vəzifədə əvvəllər Elşad İsmayılov çalışırdı.

Eyni zamanda Milli Məclisdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoru yaradılıb. Bu sektora Kənan Axundov müdir təyin edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
General oğullarının adını daşıyan holdinq... - “Mercedes” brendi, klinikalar, meqa layihələr, 30-dan çox mağaza SİYAHI

Zamantv.az : - Bir neçə gün əvvəl şəhid Füzuli Rzayevin anası Tovuz rayonu Hunanlar kəndində yaşayan Rzayeva Gülbahar Məcid qızının müraciətini dərc etmişdik.

G.Rzayeva deyir ki, nəvəsi Rzayev İqbal Mehman oğlu günahsız olduğu halda onun haqqında “Ultratek” MMC-nin saxta şikayəti ilə bağlı prokurorluqda cinayət işi açılıb.

Onun sözlərinə görə nəvəsi barəsində açılan cinayət işi üzrə maddi ziyanın olub-olmamasını müəyyən etmək üçün 4 dəfə ekspertiza təyin edilib və alınan bütün rəylərdə nəvəsinin günahsız olduğu göstərilib.

G.Rzayeva bu dəfə nəvəsindən şikayətçi olan “Ultratek” MMC-nin kimə məxsus olması barədə məlumat verib.

Bildirib ki, əvvəlki adı “Ultratek”, indiki adı isə “Texnomart” olan şirkət general Sabir Nağıyevin sahib olduğu “SR Group” Holdinqin tərkibindədir. “SR Group”un adı general Sabir Nağıyevin oğlanları olan Sahil və Rahilin adlarının baş hərfləridir.

Sabir Nağıyev 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin generalı olub.

G.Rzayeva əlavə edir ki, nəvəsi İqbal Rzayev indiki adı “Texnomart” olan, daha əvvəl isə “Ultratek” MMC kimi tanınan şirkətin rəhbərliyinin göstərişi ilə mənimsəmədə ittiham olunur:

“Nəvəm şirkətin Tovuz filialında müdir olub. Onu şirkətin malını mənimsədə günahlandırırlar. Amma işlə bağlı alınmış bütün rəylərə görə hansısa ziyanın olmadığı, nəvəmin günahsız olduğu öz təsdiqini tapıb. Bunu biz yox, ekspert rəyləri sübut edir. Buna baxmayaraq, iş 1 ildən artıqdır ki, yekunlaşmır. Nəvəm İqbal müstəntiq tərəfindən 09.12.2021-ci il tarixdə İstintaq idarəsinə dəvət edilib. Müstəntiq nəvəmə istintaq idarəsinin rəisinin adından, şirkətə vurulmuş ziyanı ödəməyi tələb edib, bu haqda rəsmi xəbərdarlıq etdiyini, ziyanı ödəməyəcəyimiz təqdirdə İqbalın həbs ediləcəyini bildirir. Hətta ziyan mövcud olsaydı belə, onun ödənilməsini həbs hədəsi ilə tələb etmək qanuni deyil”.

Şəhid anası qeyd edib ki, nəvəsi rəsmi sənədlərdə şirkətin Tovuz filialının rəhbəri olsa da, cinayət işində Qazaxdakı mağazanın da rəhbəri kimi göstərilir:

“Dedikləri və tələb etdikləri məbləğ 144 min manatdır. Nəvəm nümunəvi işçi olub və hər rüb yoxlama, hesabat olub. Heç birində nöqsan olmadığı halda bu qədər zərəri necə müəyyən etdilər? Onlar desə ki, ziyan 1 milyondur, 1 milyon da yazılacaq?

İqbal mənə baxır, bütün ailəmizi, qazi oğlumu, onun xərçəng xəstəsi olan həyat yoldaşını, hamımızı dolandırır. Hamımız İqbalın himayəsindəyik.

Ailəmizdə ümumilikdə 2 şəhid var. Oğlum Rzayev Füzuli Ziyadxan oğlu və baldızım oğlu Mədətov Adil Xıdır oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. Digər oğlum İmaməddin Rzayev isə Qarabağ müharibəsi qazisidir. İqbal tək öz ailəsini deyil, məni də dolandıran yeganə şəxsdir. Bu məsələnin ədalətli araşdırılması üçün bütün rəsmi qurumlara müraciət etmişəm”.

Baş Prokurorludan isə məsələ ilə bağlı bildirilib ki, “Ultratek” MMC-nin baş ofisindən Tovuz rayon prokurorluğuna şirkətin Tovuz rayonunda yerləşən filialında baş vermiş mənimsə faktları ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılaraq 22 dekabr 2020-ci il tarixində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Cinayət işi üzrə məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq və digər zəruri ekspertizalar təyin edilmiş, qeyd edilən filialın müdiri işləyən İqbal Rzayev və digər şəxslər şahid qismində dindirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, “SR Group” Holdinq 2001-ci ildə “Autostar Kaukasus GmbH” olaraq Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru kimi fəaliyyətə başlayıb. Holdinqə daxil olan “Ultratek” MMC 2005-ci ildən “Arçelik” brendinin rəsmi nümayəndəsi kimi xidmət göstərib.

Holdinqə Bakıda fəaliyyət göstərən bir neçə “Sağlam diş” klinikaları, ölkə üzrə 30-dan çox “Texnomart” mağazaları da daxildir.
Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru olmaqla yanaşı holdinq “Şkoda”, “Changan” kimi brendləri Azərbaycanda təmsil edir.

Holdinqə daxil olan “SR Chemicals” isə məişət kimyası sahəsində məhsulların satışını həyata keçirir.

Tikinti sahəsində isə holdinqin həyata keçirdiyi ən böyük iki layihə “Teras Park” və “Əhmədli Park”dır.
Musavat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Araz” supermarketdə araşdırma başladıldı, nəticə isə...

Zamantv.az - Yeni ildə "Business İnsight” şirkətinin apardığı monitorinqlərdən belə məlum olmuşdu ki, “Araz” supermarketlər şəbəkəsi bir neçə şəbəkə ilə müqayisədə Yeni il ərəfəsində ən ucuz market seçilib. Məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırma başladılmışdı.

Bununla bağlı Axar.az-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva bildirib ki, rəsmi olaraq araşdırılmanın başlanılması, gedişatı və ya nəticələri ilə bağlı “Araz” supermarketlər şəbəkəsində hər hansı məlumat yoxdur.

“Sözügedən araşdırma ilə bağlı qeyd etmək istərdik ki, “Business İnsight” müstəqil və peşəkar araşdırma şirkətidir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti səlahiyyətləri daxilində istənilən sözügedən məsələ üzrə, həmçinin istənilən zaman araşdırma apara bilər”, - menecer bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rumıniyanın “Evrovision 2022” təmsçilçiliyinə real namizədin prodüsseri azərbaycanlıdır

Bu il Rumıniyanı “Eurovision-2022” mahnı müsabiqəsində təmsil etmək üçün real namizəd sayılan müğənni Seyaya azərbaycanlı prodüserlik edəcək.

"Zamantv.az" Oxu.Az-a istinadən
xəbər verir ki, rumıniyalı müğənninin prodüseri tanınmış azərbaycanlı prodüser, hazırda Ukraynada yaşayan İdris Cəfərovdur.

İ.Cəfərov bildirib ki, müğənni “Save me” (“Məni qoru”) mahnısı ilə çıxış edir:

“Seya mahnısı ilə kifayət qədər populyarlıq qazanıb və Rumıniyanı təmsil edəcək real namizəddir. Azərbaycanda baxış sayına görə rekord vuran “Chokolata” mahnısı ilə populyar olan Seya daima Xocalı soyqırımına ədalət çağırışı ilə də Avropada diqqət çəkib. Avropada kifayət qədər tanınan sənətçi 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ictimai fəallığı ilə Azərbaycana aktiv dəstəyilə də tanınıb”.

Qeyd edək ki, “Eurovision-2022” mahnı müsabiqəsi bu il İtaliyada keçiriləcək.

Xatırladaq ki, 2014-cü ildən Ukraynada yaşayan İdris Cəfərov Azərbaycanda bir çox telelayihələrin müəllifi olub, tanınmış musiqiçilərlə çalışıb. O, hazırda Şərqi Avropa ölkələrinin bir sıra musiqiçiləri ilə birgə layihələr həyata keçirir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Zakir Həsənov nədən Polad Həşimovun QAPISINI DÖYMƏYİB Kİ... - Xəncərinin qaşı düşəcəkdi?

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid general mayoru Polad Həşimovun anası Səmayə Həşimova oğlunun ölümü ilə bağlı bir sıra iddialar səsləndirib. O bildirib ki, P.Həşimovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev öldürtdürərək onun yerinə vəzifəyə gəlib. S.Həşimova, həmçinin, il yarımda Müdafiə naziri Zakir Həsənovun bir dəfə də olsa, onun qapısını açmadığını və bunda birbaşa onun günahkar olduğunu söyləyib.

Müharibə dönəmindən sonra müəyyən məkrli qüvvələrin dəfələrlə şanlı ordumuzun nüfuzunu gözdən salmaq üçün atdığı təxribat xarakterli addımların şahidi olmuşuq. Maraqlıdır, anamız Səmayə xanımın məlum çıxışının məqsədli şəkildə hazırlanması və yayılmasını da təxribatların tərkib hissəsi kimi qiymətləndirmək olarmı?

Məlum iddiaların yolverilməz olduğunu deyən əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli Sherg.az“a bildirirb ki, Polad Həşimovun şəhid olması ilə bağlı konkret faktlar var:

“Səmayə xanım övlad itirmiş yaşlı anadır. O bizim hamımızın anasıdır. Onu başa düşmək əvəzinə dediyi sözləri bu şəkildə yaymaq təbii ki, təxribatçı qüvvələrin işidir”.

Hərbi ekspert 44 günlük müharibədə qazandığımız zəfərin əhəmiyyətini bizim hələ də Azərbaycan ictimaiyyətinə çatdıra bilmədiyimizi vurğulayıb və bunun səbəblərini göstərib:

“Peşəkarların cəhbə bölgəsinə gedə bilməməsi Müdafiə Nazirliyinin günahıdır. İkinci Qarabağ savaşından yazılanlara diqqət edin. Hanı bu ordunun 44 günlük müharibəsinin bütöv tarixi? Həmin ərazilərə gedən jurnalistlərin qələmə aldığı faktlar hanı? Yalandan orda-burda danışmaqla deyil. Ortada heç bir şey yoxdur. Gedənlər də gedib orda tankla şəkil çəkdirib gəlib. Bir sanballı yazı ortaya qoyan olmadı”.

İ.Rüstəmli mövcud durumun bir növ informasiya boşluğundan qaynaqlandığını və informasiya siyasətinin düzgün qurulmamasının bizi buralara qədər gətirib çıxardığını diqqətə çatdırıb:

“Bildiyimiz elə faktlar var ki, onları ictimaiyyət bilmir. Sadə insanları məlumatlandırmaq lazımdır. Bunu etməyi bacarmasaq, bu parazit şəxslər belə işlərinə davam edəcəklər. Görün, onlar şəhid Polad Həşimovun ruhunu necə incitdilər. Yaranmış boşluqdan istifadə edib öz iyrənc əməllərinə davam etdilər. Bu işdə də bizim anamız Səmayə Həşimovanın nitqindən istifadə etdilər. Qəhrəman ananın bu cür danışması parazit qüvvələrin başlıca amalı olub. Xüsusi hazırlanmış proqram əsasında müqəddəs anadan söz almaq elə onlara yaraşar”.

Hərbi ekspert sözügedən iddiada adı hallanan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevdən də söz açıb:

“K.Vəliyevin nə marağı var idi ki, Polad Həşimovu aradan götürsün?! Belə söhbətləri etmək ayıbdır. Bir-birimizə çamur atmağı yığışdırmalıyıq. Əlbəttə, övlad itirmiş bir ana ürəyi yanıb, əsəbiləşib bunu deyə bilər. Amma biz bilirik axı K.Vəliyev böyük bir ordu zabiti, general, böyük bir şəxsiyyətdir. Mən onunla birgə xidmətdə olmuşam. Onun nə qədər kübar, ziyalı bir insan olduğunu bilirəm. Sevinirəm ki, onlarla, yüzlərlə Azərbaycan zabitini məhv edən Nəcməddin Sadıqovdan sonra bizim belə bir Baş Qərargah rəisimiz var. K.Vəliyev peşəkar döyüş texnikasını, strategiyasını bilən hərbi kadrdır. Belə bir vaxtda onun adını bu cür söhbətlərdə çəkmək ümumiyyətlə olmaz”.

İ.Rüstəmli sonda ölkəmizin möhtəşəm zəfərə imza atmasından sonra burda baş verən bu kimi halların bizə qətiyyən yaraşmadığını deyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AYIBDIR VALLAH: Bakıda təhsil ocağında RƏZALƏT... - Təhsil haqqını ödəyə bilməyənlər "İFŞA OLUNUR"..
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil haqqının bir hissəsini ödəməyən tələbələrin adları yazılaraq divara yapışdırılıb.

"Zamantv.az" axar.az-a istinadən xəbər verir ki, ADMİU rəhbərliyinin tələbələrə qarşı bu cür qeyri-etik davranışı sosial şəbəkələrdə rezonans yaradıb.

İstifadəçilər məsələni bu formada yaymaqla, rəhbərliyin tələbələri universitetdə alçaltdığını deyiblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı-Qazax yolunda QƏZA: Ər-arvad xəsarət aldı
Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Zamantv.az"ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dağ Kəsəmən kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdü Camal Hüseynov və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Tamara Dərziyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO