[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq ölüb
Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb.
Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündürmərtəbəli binanın 9-cu mərtəbəsindən yıxılıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bilidirilir.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda ərinin qətlini sifariş verən qadın narazıdır: basdırıb üstündə təndir tikmişdilər
Beyləqan rayonunda həyat yoldaşının qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Sadıqova barəsində olan hökmdən kassasiya şikayəti verib.
Onun şikayəti Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 24-nə təyin edilib.
İttihama əsasən, 2018-ci ilin iyul ayında Quba rayon sakini, 48 yaşlı İldırım Fərhadov itkin düşüb.
Daha sonra məlum olub ki, İlkin Fərhadovu arvadı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tüfənglə qətlə yetirib. Həmin şəxs meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb.
Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov həmin gün Dünyamalılar kəndinin ərazisində tutulub. Ş.Əsədovun evinə baxış zamanı hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan 1 ədəd "İJ-16" markalı tüfəng maddi sübut kimi götürülüb. İlkin Fərhadovun basdırıldığı yer müəyyənləşdirilib, sonradan izi itirmək məqsədilə üzərində təndir tikilmiş ərazi qazılıb və meyit eksqumasiya edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla əlaqədar Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahsuvar Əsədov 19 il və Əzizə Sadıqova isə 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Şirvan Apellyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda metronun üstündə QƏZA - VİDEO
Bakıda qəza baş verib.

Yanvarın 27-də gecə saatlarında paytaxtın Səbail rayonunda "Sahil" metrostansiyasının yaxınlığında qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil "Lada Priora" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Öldü, MEYİTXANADA DİRİLDİ
Rusiyada öldüyü zənn edilən şəxs meyitxanada dirilib.

Zamantv.az -ın Rusiya mətbuatına istinadən məlumatına görə, meyitxanada saxlanılan cəsədlərdən biri anidən hərəkət etməyə başlayıb.

O anlar təhlükəsizlik kameralarında anbaan qeydə alınıb. Videodan görünür ki, ölmüş adam əvvəlcə qolunu oynadır, əli ilə üstündəki örtüyü açır. Daha sonra çətinliklə qalxmağa başlayır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Oğlunun gözü önündə arvadına 30 bıçaq vurdu: - “Yalvarıram, məni öldürmə”
Abşeronda baş verən ailə faciəsinin detalları məlum olub. Zamantv.az xəbər verir ki, lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, 1978-ci il təvəllüdlü Rafiq Hüseynov arvadı Sanara Əyyubovanın 2019-cu ilin noyabrın əvvəllərində tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını görüb, ona xəyanət etməsindən şübhələnib. 2020-ci il oktyabrın 30-u saat 10 radələrində, yaşadıqları evin yataq otağında olduqları vaxt, həyat yoldaşına yaxınlaşaraq, qolunu sındıran oğlu 10 yaşlı Rəhmanı həkimə aparmaq lazım olduğunu deyib. Bu zaman qadın ona kobud cavab qaytarıb. Əsəbiləşərək telefonunda yad kişi nömrəsi olub-olmadığını soruşub. Sanara da onun mütəmadi şübhələri və mübahisələrindən bezdiyini deyib. Rafiq xəyanət şübhələrinin əsaslı olmasını düşünərək, arvadını öldürməyi qərarlaşdırıb. Bu məqsədlə Sanaranın xəbəri olmadan yataq otağından çıxaraq, mətbəxdən bıçaq götürüb. Dəhlizdə olan azyaşlı övladının yanından keçərək yataq otağına qayıdıb. Qapını içəridən açarla bağladıqdan sonra, paltar şkafının qarşısında dayanmış Sanaraya yaxınlaşıb. İlk zərbəni sağ qoluna vurub. Daha sonra müqavimət göstərib, bıçağı əlindən almağa çalışan qadının müxtəlif nahiyələrinə zərbələr endirib. Sanara müvazinətini itirib otağın döşəməsinə yıxılan kimi, niyyətini başa çatdırmaqdan ötrü qəddarlıqla onu bıçaqlamağa davam edib. Qışqırıq səsinə, qapının şüşəsini sındıraraq içəri baxan oğlunun gözləri önündə, ümumilikdə arvadına 30 dəfə zərbə endirib.

İş üzrə dindirilmiş Rafiq Hüseynov bildirib ki, Sanara Əyyubova ilə 2001-ci ildə ailə həyatı qurub. Nikahdan 2 övladları dünyaya gəlib. Onlar 2011-ci ilədək Lerik rayonun Pirasora kəndində yaşayıblar, sonra Bakı şəhərinə köçüblər. Rafiq 2014-cü ildə Abşeron rayonunun Digah qəsəbəsində 2 mərtəbəli ev tikib. Müxtəlif yerlərdə fəhlə kimi çalışaraq, ailəsini dolandırıb. 2019-cu ilin avqust ayında Sanaraya Kərbəla şəhərinə getməyi təklif edib. Amma arvadı getməyib. Arvadı ayın 22-də geri qayıdandan sonra əri ilə soyuq davranmağa başlayıb. Rafiq bundan bir-iki həftə sonra, Sanaranın kiminləsə telefonda yazışdığını görüb. Bu səbəblərlə aralarında yaranan mübahisələrdən sonra arvadı telefonunda Rafiqin mobil nömrəsini bloklayıb. Günlərin bir günü ailəvi Böyükşor parkında olarkən qonşuları Nüsrət Bəkirov da ora gəlib. Rafiqin sözlərinə görə, sanki Sanara Nüsrətlə tək qalmaq üçün bəhanə axtarıb. Arvadından onun nömrəsini blokladığı halda, niyə qonşunun nömrəsini də bloklamadığını soruşub. Bu zaman qadın “yaxşı edirəm” deyib. 2020-ci ilin may ayında Sanara ondan Mehdiabad Polis Bölməsinə şikayət edib, lakin aralarında barışıq olduğu üçün işə xitam verilib.

Rafiq oktyabrın 30-u saat 10 radələrində yataq otağında olanda arvadına intim əlaqədə olmaq istədiyini söyləyib. Amma qadın bundan imtina edib. Rafiq daha sonra Sanaradan telefonunda kişi nömrələrinin olub-olmadığını soruşub. Yoldaşı kişi nömrələrinin olduğunu bildirib. Ər-arvad problemlərinin həll etmək məqsədi ilə onunla söhbət etməyə çalışsa da, Sanara onu polisə verəcəyini və boşanacağını deyib. Bundan əsəbiləşən Rafiq mətbəxə gedib və bıçaq götürərək, otağa qayıdıb. Dəhlizdə dayanan oğlunun yanından keçib, qapını örtüb və içəridən bağlayıb.

Paltar şkafının yanında dayanan Sanaranı bıçaqlayaraq, onu yerə yıxıb. Arvadı “vurma, səndən boşanmayacam” deyərək, ona müqavimət göstərib. Sanara ayağa qalxıb, amma müvazinətini itirərək, çarpayının üzərinə yıxılıb. Rafiq dəqiq neçə zərbə vurduğunu xatırlamır. Hadisə zamanı oğlu qapının şüşə hissəsini sındırıb, vəziyyəti görüb və qorxaraq küçəyə qaçıb. Daha sonra Rafiq də evdən çölə qaçaraq qonşulara arvadını bıçaqladığını və ona kömək lazım olduğunu söyləyib.

Hadisə yerindən uzaqlaşaraq Aslan adlı Mehdiabad Polis Bölməsinin əməkdaşına zəng etsə də, o, telefona cavab verməyib. Saat 11 radələrində bölmənin başqa bir əməkdaşı onunla əlaqə saxlayıb, harada olduğunu soruşanda ona Digah qəsəbəsində, mərkəzi yolun kənarında dayandığını deyib. Orda saxlanılaraq bölməyə gətirilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Müqəddəs Əyyubov ifadəsində göstərib ki, vaxtı ilə bacısı Sanaranın Rafiqlə ailə həyatı qurmasına doğmalarının çoxu razı olmayıb. Müqəddəsin sözlərinə əsasən, 2019-cu ilin sentyabr ayında Rafiq arvadını Kərbəla şəhərinə göndərdikdən sonra, onun qohumları Sanaraya müəyyən təzyiqlər ediblər. Belə ki, qadın ordan qayıdandan sonra Rafiq onu tez-tez döyüb və təhqir edib. Ailələrindəki münaqişənin həll olunması üçün Müəqddəs də öz səylərini göstərərək, hər ikisini tənbeh edib. 2020-ci ilin sentyabr ayında Rafiqin qardaşı Rizvan Hüseynov zəng edərək qardaşı ilə Sanara arasında yenidən münaqişənin kəskinləşdiyini deyib. Buna görə Müqəddəs atası ilə birlikdə Rafiqgilə gedib. Rafiq atasına daha heç bir problem yaratmayacağını söz versə də, Müqəddəs onun səmimiyyətinə inanmayıb.

Oktyabrın 30-da Şamaxı rayonunda olan qardaşı Müqəddin zəng edərək Rafiqin evdə dava saldığını deyərək Müqəddəsə özünü ora çatdırmağını xahiş edib. Təxminən 20 dəqiqə sonra “Koroğlu” metrostansiyası yaxınlığında olarkən qardaşı yenidən zəng edərək, Rafiqin Sanaranı bıçaqladığını və qonşuların onu 3 saylı xəstəxanaya apardıqlarını deyib. Müqəddəs bacısını xəstəxanaya gətirən qadına zəng edəndə, o ağlayaraq Sanaranın öldüyünü bildirib.

Şahid qismində dindirilən yetkinlik yaşına çatmayan 10 yaşlı Rəhman Hüseynzadə ifadəsində göstərib ki, 2018-ci ildən atası anasını əsassız qısqanmağa və münaqişə yaratmağa başlayıb. Bu münaqişələr vaxtı bacısı Nərminlə birlikdə anasının tərəfini saxlayıblar. Onun sözlərinə görə, çünki atası anasını haqsız yerə döyüb. 2019-cu ildə anası bacısının nişanlısı ilə birlikdə Kərbəla ziyarətinə gedib. Ordan qaydandan 2 həftə sonra anası ilə bacısı dini məclisdə olublar. Evə qayıdandan sonra həmin məclisi təşkil edən qadınla çəkdirdiyi şəkli telefonla ona göndərəndə atası “öz şəklini başqa qadına niyə göndərirsən, bəlkə onun əri sənin şəklini gördü” deyə, problem yaradıb. Mətbəxdə anasının qabağına keçib münaqişənin qarşısını almağa çalışanda atası Rəhmanı döyüb.

Hadisə baş verən gün mətbəxin qapısının açıq qalan yerindən atasına baxıb. Rəhman görüb ki, atası mətbəx mebelinin çəngəl-bıçaq qoyulan siyirməsini açıb, nəsə götürüb. Sonra yenidən yataq otağına qayıdıb. Qapı bağlandıqdan dərhal sonra anası qışqırmağa başlayıb. Bunu eşidən Rəhman özünü yataq otağının qapısına vuraraq açmağa çalışıb, amma qapı açılmayıb. Sağ əli ilə zərbə vurub, şüşəni sındırıb. Hadisə zamanı bıçaq atasının sol əlində olub. Anası ona “səndən boşanmayacam, uşaq baxır, öldürmə məni” sözlərini deyib. Uşağın sözlərinə əsasən, atası anasının sinə nahiyəsinə zərbə endirib. Gördüklərindən çox qorxan Rəhman küçəyə qaçıb. Qonşulara xəbər verib, geri qayıdarkən atasının evdən uzaqlaşdığını, anasını isə çarpayının yanında uzanıqlı və qana bulaşmış vəziyyətdə görüb. Anasının telefonu ilə “102” xidmətinə və bacısına zəng edərək məlumat verib. Evə Samirə adlı qonşuları gəlib, anasının yaralarından axan qanı kəsməyə çalışıb. Ona su veriblər. Təcili tibbi yardım briqadası gec gəldiyi üçün anasını Samirənin qardaşının maşını ilə xəstəxanaya yola salıblar. Bir müddətdən sonra anasının meyiti evə gətirilib.

Şahid Nüsrət Bəkirov bildirib ki, qonşusu Rafiq və onun həyat yoldaşı ilə münasibəti yaxşı olub. Hadisədən 1 ay əvvəl Rafiqin xahişi ilə onları özünü “Mercedes” markalı maşını ilə Böyükşor parkına aparıb. Şahidin sözlərinə görə, həmin gəzintidə onunla Sanaranın arasında heç bir yaxınlıq olmayıb. Oktyabrın 30-da işdə olarkən arvadı ona zəng edərək, Rafiqin Sanaranı öldürdüyünü deyib. Şahid qeyd edib ki, Sanara Əyyubova ilə heç bir yaxın münasibəti olmayıb.

Şahid Tamara Nəsirova ifadəsində göstərib ki, qızı ilə Rafiqin 2001-ci ildə ailə həyatı qurmalarına bir valideyn kimi etiraz edib. 2019-cu ilin sentyabr ayında Sanara Kərbəla şəhərindən qayıtdıqdan sonra onların ailəsində söz-söhbət yaranıb. Belə ki, Rafiqin doğmaları ona nəyə görə arvadını yad bir kişi ilə, yəni qızının nişanlısı ilə ziyarətə göndərməsinə görə təzyiq etməyə başlayıblar. 2020-ci il oktyabrın 30-da böyük qızı Tamara Nəsirovaya zəng edərək Rafiqin Sanaranı bıçaqladığını deyib. Evlərinə çatanda qızının meyitini 1-ci mərtəbədə, arxası üstə qoyulmuş vəziyyətdə görüb. T. Nəsirova həmçinin ifadəsində bildirib ki, qızı Sanara dini təhsil aldığından hicablı olub və heç vaxt ərinə xəyanət etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəranda ana və oğul narkotacirlər saxlanılıb
Lənkəranda ana və oğul narkotacirlər saxlanılıb.

Bildirilib ki, Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılıb və dövriyyədən 5 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İbrahim Axundov, Şəhriyar İbadlı və Səidə Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Səidə Əskərovanın oğlu Müqəddəs Adıyevdən əldə etdikləri müəyyən olunub. Polis əməkdaşları tərəfindən saxlanılan M.Adıyevin üzərindən və yaşadığı evdən 5 kiloqram 100 qramdan artıq narkotik vasitə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər – Turac Rzazadə, Zahid Səlimov, Elvin Cəfərov, Bayram Nəsrullayev, Ramin Cəbizadə, Mirxəlil Mirverdiyev, Zeyqəm Rzayev, Fərid Hüseynov, Ruslan Əliyev, Musa Hüseynov və Ümid Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən Turac Rzazadə, Ramin Cəbiyev və Ruslan Əliyevin oğurluq əməllərinin də üstü açılıb. Belə ki, Turac Rzazadənin 2 yaşayış evindən 2040 manat dəyərində məişət əşyalarını, Ruslan Əliyevin 2 evdən 800 manat dəyərində elektrik generatoru, 2 ədəd velosiped və digər əşyaları, Ramin Cəbizadənin isə məzar daşları sexindən 2100 manat dəyərində notbuk, monitor və məzar daşlarının hazırlanmasında istiadə olunan avadanlıqları oğurladığı müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şəkidə DSMF-nin binasını yandırmaq istəyən şəxs saxlanıldı
"Şəkidə Dövlət Sosial Müdafiə Fondunun binasını yandırmaq istəyən şəxs saxlanılıb".

Bu barədə "Zamantv.az"a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib.

O bildirib ki, yanvarın 25-i günorta saatlarında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə naməlum şəxs tərəfindən benzin tökülərək az bir hissəsinin yandırılması ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

"Daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən şəhər sakini, 2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olan ruhi-əsəb xəstəsi Murad Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB
"Zamantv.az" xəbər verir ki, Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a məlumat verilib.

15:06

Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında baş verib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:58

Bakı şəhərində yaşayış binalarından birində yanğın başlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Təbriz və Koroğlu Rəhimov küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Biləsuvarın sabiq icra başçısının məhkəməsinə sədrlik edəcək hakim məlum olub - FOTO
Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin cinayət işinə sədrlik edəcək hakim məlum olub. Zamantv.az-ın APA-ya istinadən xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçiririləcək prosesə hakim Müşfiq Məmmədov sədrlik edəcək.
Biləsuvarın sabiq icra başçısının məhkəməsinə sədrlik edəcək hakim məlum olub - FOTO
Qeyd edək ki, cinayət işi üzrə məhkəmənin hazırlıq və ilkin baxış iclası hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilib. İ.Abdullayev sonradan Şirvan Apelyasiya Məhkəməsinə təyinat alıb.
Xatırladaq ki, ötən ilin sentyabr ayında koronavirusa yoluxan sabiq icra başçısı Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülmüşdü.
Dörd ay təxirə salınmış məhkəmə proseslərinin gələn həftədən davam etdiriləyi gözlənilir.
Sabiq icra başçısı 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Dedi ki, Qaralovla Usubovun hesabları çatmasa, burada çürüyəcəksən” – şok ifadə
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasa jurnalistlər buraxılmır. Aylardır davam edən, açıq keçirdiyi elan olunan məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.

Yanvarın 25-də baş tutan iclas uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış, iş üzrə zərərçəkmiş Əfsəl Həsənəliyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əfsəl Həsənəliyev məhkəmədən əvvəl sərbəst ifadəsini yazılı şəkildə media mənsublarına təqdim edib.

“Hörmətli hakim, siz, cənab prezidentin iradəsindən kənara çıxacaqsınızsa...”

Prosesdə zərərçəkən qarşılaşdığı dövləti cinayətdən danışmazdan əvvəl prosessual qaydalarla bağlı fikrini bildirib: “Prezident 13 fevral 2014-cü ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Həmin sərəncamın 2.6-cı bəndində deyilir ki, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır. Möhtərəm Prezident bu sərəncamı 7 il əvvəl verərkən məhz bu günləri nəzərə alıb. Mən, prezidentin həmin sərəncamına uyğun olaraq prosesin audio-video yazılışını aparacağam. Bunu özüm üçün edirəm. Məhkəmədən xahiş edirəm ki, Prezidentin sərəncamına əməl etsin. Prezidentin bu sərəncamından sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması üçün bir neçə fərman da verib. Hər birində də məhkəmə proseslərinin məhz audio-video yazılışı ilə bağlı bənd var.

“Bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur”

Hörmətli hakim, siz, cənab prezidentin iradəsindən kənara çıxacaqsınızsa, məsuliyyət məsələsinin həll edilməsini tələb edəcəm. Biləsiz ki, bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur. Bu adamlara qanununun ən sərt üzü göstərilməlidir ki, bir daha Azərbaycanda Eldar Mahmudovlar, Zakir Qaralovlar, Rüstəm Usubovlar, Mövlam Şıxəliyevlər, Yasin Məmmədovlar, Təhsin Ağayevlər ortaya çıxmasınlar. Mən 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Hüquq-mühafizə orqanlarında çalışdığım dövrdə dəfələrlə təltif edilmişəm, xidmətlərim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olmuşam, ailəmin, nəvələrimin rifahı üçün çalışmışam. Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb, iş adamlarına qarşı amansız divan tutur, iş adamlarını girov götürərək ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayarlar. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni bir fəaliyyətə görə məni həbs edərlər. Həmin ilin sentyabrın 3-də yaşadığım evin qarşısında olarkən tanışım Məcid Anqubazov mənə zəng elədi. Dedi ki, Tbilisidə malları var, həmin malları Bakı şəhərinə gətirmək lazımdır. Mən də Cahangir Məmmədovla danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangir Məmmədova rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov birləşərək ondan külli miqdarda rüşvət aldılar, onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun 2 övladı, ailəsi evsiz-eşiksiz, səfil gündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır. Xahiş edirəm ki, Cahangir Məmmədovun özünü öldürmə həddinə çatdırılması epizodu üzrə xüsusi qərardad çıxarıb, araşdırılması üçün Baş Prokurorluğa göndərilsin”.

“Malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik”

Əfsəl Həsənəliyev daha sonra ifadəsində qeyd edib: “Məcid sonrakı zənglərində xahiş etdi ki, Cahangirdən bu iş üçün nə qədər pul alacağını da soruşum. Cahangirlə əlaqə saxlayanda dedi ki, Tbilisi şəhərindədir, Məcidin təklifi ilə bağlı heç bir problem yoxdur. Yükü 2500 manat müqabilində Bakı şəhərinə gətirə bilər. Bundan sonra Məcidlə əlaqə saxladım, mənimlə Gürcüstana getməyi təklif etdi. Mən də razılaşdım. Məni Balakənə, evinə dəvət etdi. Sentyabrın 4-də Balakənə getdim. Gecəni Məcidgildə qaldım. Sentyabrın 5-də Məcidlə “Balakən” kafesinə getdik. Orada Məcid məni Elmanla tanış elədi. Elman Orxan və Sərdarı da çağırdı, onlara dedi ki, gedirsiniz Tbilisi şəhərinə, Arifi taparaq Məcidlə görüşdürüsünüz, sizin daha heç nə ilə işiniz yoxdur. Bundan sonra mənə məxsus “Nissan Altima” markalı avtomobilim ilə Tbilisi şəhərinə getdik. Orada Arif adlı azərbaycanlı ilə görüşdük. Arif bizi Gömrük Terminalının bazasına apardı. Orada olan kordon qutuları göstərdi, dedi ki, bunlar “skoçlar”dır, qalanları isə pirotexniki vasitələrdir. Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələrin Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Buna görə də Məcidi bayıra çıxardım, bu barədə dedim. Məcid isə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir zəng elədi, 3 nəfərlə birlikdə terminala gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Bunun üçün mütləq şəkildə FHN-dən lisenziya alınmalıdır. Bu yerdə bir qədər haşiyə çıxaraq bildirmək istəyirəm ki, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri “Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətirələcəyini xəbər alıblar. Buna uyğun da əməliyyat qurublar. Lakin, mən və mərhum Cahangir Məmmədovun pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik. Orada müştəri tapmağımızdan dolayı bunların əməliyyat planı pozuldu”.
Əfsəl Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və onun mütəşəkkil dəstəsinin üzvləri onların pirotexniki vasitələri Azərbaycan deyil, İrana aparmalarını öyrəniblər: “Əslində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşının onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar. Hansı ki, həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir”.

“Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi?”

Əfsəl Həsənəliyev həmin məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib: “Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Mən, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev, Sərdar İsmayılov və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər tam qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq tük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizi adı cinayət yox, ticarət olub. Başda Mövlam Şəxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə 1 yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harada olması sualı açıqdır.

Xahiş edirəm ki, bizdən zorla alınan mallarımızın harada olmasını müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla aparışdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.
“Bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü”

Zərərçəkmişin sözlərinə görə, onlara qarşı cinayət bununla yekunlaşmayıb, bu adamlar cinayətlərini davam etdirirlər: “Bizlərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə qondarma 1041 saylı saxta, uydurma cinayət işi başladılar. Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını dəstənin üzvü Yasin Məmmədova həvalə etdi. Bu qanlı cinayətə Zakir Qaralovla Rüstəm Usubov da əl qoydular. Mən “qanlı cinayət” ifadəsini elə belə işlətmədim. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü. Yasin Məmmədov Məcid Anqubazovu da qanına–qəltan eləmişdi. Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı. Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da bu işə qismində bu məhkəmədə dindirilməsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Bundan başqa Zakir Qaralovla Rüstəm Usubovun barəsində xüsusi qərardad çıxarılmasını və tədbir görülməsi üçün baş prokurora göndərilməsinin təmin edilməsini istəyirəm. Bir daha qeyd edirəm ki, Zakir Qaralovla Rüstəm usubovun qolu olmasaydı, təqdimata qol çəkməsəydilər, 21 sentyabr 2013-cü ildə Səbail rayon Məhkəməsi barəmizdə həbs qərarı seçə bilməzdi”.

“Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər”

Əfsəl Həsənəliyev deyib ki, həbsə alınandan sonra MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev onu dəfələrlə saxlanıldığı təcridxanadan xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsi ilə onun xidməti kabinetinə çağırıb: “Təhsin Ağayev, Yasin Məmmədov və Nadir Mustafayev hər dəfə Mövlam Şıxəliyevin adından həbsdə saxlanılacağımı, ən ciddi həddə azadlıqdan məhrum ediləcəyimi, ağır cəzaya məhkum olunacağımı, istintaq təcridxanmasında və gələcəkdə cəza çəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı deyirdilər. Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. 5 ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimatı Zakir Qaralovla Rüstəm Usubov qol çəkib. Ona görə də pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onların hesabları çatmasa, burada çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, ikin saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Bunu üçün nə etdilər. Yasin Məmmədov Nadir Mustafayevlə vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Bundan sonra Yasin Məmmədov məni Təhsin Ağayevin yanına apardı. Təhsin Ağayevlə birgə Mövlam Şıxəliyevin yanlına getdik. Orada Mövlam Şıxəliyev dedi ki, 7 min manat vermisən, 28 min manatı da həbsdən azad ediləndən sonrakı 10 gün ərzində çatdırmalısan. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar. O zaman Təhsin Ağayev Mövlam Şıxəliyevə barəmdəki ekspertizanın hansı şəkildə həll ediləcəyini soruşdu. Mövlam Şıxəliyev də dedi ki, ekspertiza məsələsini özü həll edəcək. Belə də oldu. Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alındı. Yazdılar ki, təcridxana şəraitində saxlanılmağımı istisna edən ağır xəstəlikdən əziyyət çəkirəm. Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”.

“Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı”

Əfsəl Həsənəliyevin sözlərinə görə, həbsdən azad olunduqdan sonra da ondan əl çəkməyiblər: “Burada özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə 5-10 dəfə zəng etdi, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər ki, həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum, pul aldım. Aprelin 5-də Yasin Məmmədova xidməti otağında 28 min manatı da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurdurları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.
Prosesdə Əfsəl Həsənəliyev prokurorun və digər proses iştitrakçılarının suallarını cavablandırıb.
Dəmir barmaqlıq arxasında əyləşən təqsirləndirilən Mövlam Şıxəliyev səslənən ittihamlara başını aşağı əyməklə heç bir reaksiya verməyib. Lakin Yasin Məmmədov bildirib ki, o, zərərçəkmiş Əfsəl Həsənəliyev dən heç vaxt pul almayıb. Daha sonra prosesdə vaxti ilə Əfsəl Həsənəliyevin vəkili olmuş Xavər Hüseynova ifadə verib. O, Əfsəl Həsənəliyevin ailəsi arasında vasitəçi olmaqla, 7 min manatı Yasin Məmmədova çatdırması ilə bağlı danışıb. Əfsəl Həsənəliyev Xavər Hüseynovanın ifadəsinə etiraz edib. Bundan sonra bir neçə şahid ifadə verib. Bundan sonra proses fevralın 1-ə qədər təxirə salınıb.
Musavat.com

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO