[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sumqayıtdakı partlayışda yaralanan 4 nəfərdən 3-nün vəziyyəti ağırdır


Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır.

Bu barədə TƏBİB məlumat yayıb.

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib.

1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər.

Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mebel sexində partlayış - Ölənlər var

Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: “Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

***

Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. DİN-in Mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

Hadisə nəticəsində nəticəsində iki nəfərin öldüyü bildirilir.

***

Sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısının qardaşı oğlu hakim qarşısına çıxarılır

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
XƏSTƏXANA YOXSA MORQ!

2023-cü ilin sonunda bir ailə üzvümüzü ağır vəziyyətdə Sabunçudakı 3 saylı xəstəxanaya çatdırdıq.
Bu xəstəxana haqqında çox pis rəylər eşitmişdim.
İndi öz gözlərimlə görüb şahidi oldum.
Burada xəstə sözün əsl mənasında taleyin ümidinə buraxılır.
Tam nəzarətsizlik, özbaşınalıq hökm sürür. Həkim, tibb bacısı və s., hərə öz qayda-qanunu xəstə sahiblərinə sırıyır, pul qopardır.
Qapıdan yuxarı, yuxarıdan qapıya.
XƏSTƏXANA YOXSA MORQ!

Hər addımda belədir. Əsasən də Nəzakət adlı doktorun başbilənlik etdiyi terapiya şöbəsində.
Qohumuma münasibətdə də neqativ halları gördüm.
Yanlış müalicə, qeyri-peşəkar yanaşma xəstəni daha da ağırlaşdırıb komaya saldı.
Məcbur olub "Semaşko" dediyimiz klinikaya apardıq.
Sağ olsun oranın rəhbərliyi, həkimləri. Az da olsa, ümid yaradıblar.
Müalicələri qismən effekt verib. Hərtərəfli qayğı, xidmət göstərirlər.
İkisi də dövlət tibb müəssisəsidir. Amma fərqli vəziyyət görürük.
Sabunçuda da bunu etmək olmazdımı?
Əlbəttə ki olardı. Yəqin özlərinə əziyyət vermək istəmirlər.
Bu xəstəxana müalicə etməkdənsə, xəstələrin həyatına son qoymaqla ad çıxardıb.
Xəstəxananın kandarından içəri ayaq basanda adam dəhşətə gəlir. Sanki Amerika vahimə filmlərinin real qəhrəmanına çevrilirsən.
Xəstəxanada şəfa tapmaqdan çox xəstəlik tapmağa köklənirsən. Hər şey də təbii ki işin təşkilindən qaynaqlanır.
Əlbəttə ki vicdanlı, peşəkar həkimlər, əməkdaşlar da var. Ancaq necə deyərlər, həmişə qurunun oduna yaş da yanır.
Elə bu yaxınlarda bəhs etdiyim Sabunçu xəstəxanasında səhv diaqnoz səbəbindən ölüm hadisəsi baş verib.
Gənc bir oğlana şəkər diaqnozu qoyulub, müalicə yazılıb. Amma qızılca imiş. İynə-dərman gənci komaya salıb, dünyasını dəyişib.
Yəqin bunun günahını da boyunlarından atacaqlar...
Terapiv şöbəsində Nəzakət doktor eləbil tapşırıq yerinə yetirir.
Mənə bu məsələ ilə bağlı
Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun,
TƏBİB-in, Səhiyyə Nazirliyinin,
digər əlaqəli qurumların mövqeyi maraqlıdır. Fikrimcə araşdırmalı çox məqamlar var.
Sima Babayeva
Teref: Xocanın Blogu
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
MN qəzada ölən hərbçilərin adlarını açıqladı - YENİLƏNİB

Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb.

Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb.

Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib.

Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir.

Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar.

***

Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

***

Maşında 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.(Oxu)

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
ADAU-da təhlükəli KADR SİYASƏTİ... - İTTİHAM VAR...

"Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə kadr islahatını düzgün aparır, nə də əməkhaqqı artımı edib.

Zəfər Qurbanov kadr şöbəsinə müdir vəzifəsinə Şəmkir rayonu İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun kadrlar şöbəsinin müdiri işləmiş və adı bir çox qalmaqallarda hallanan Günay Rəfiyevanı gətirməsi çox böyük narazılığa səbəb olsa da, nəzərə alan olmadı.

Elə Zəfər Qurbanov hansı savadın idarəçiliyin sahib olduğu məlum olan, orta təhsilli Bağırov İbrahimi magistr şöbəsinə akademik məsləhətçisi vəzifəsinə götürməsi ilə də GÜL VURMUŞ OLDU...

Hələ 1 ay bundan əvvəl İctimai elmlər və multikulturalizm kafedrasının müdiri - fəlsəfə elmləri namizədi dosent Aqrar Universitetin üzrə Yeni Azərbaycan Partiyasının sədri Azad Bayramov kafedra müdiri vəzifəsində səsvermə ilə keçsə də, Zəfər Qurbanov Elgün Aslanovu kafedra müdiri təyin etdirdi. Nəyin müqabilində? Bunu özzləri daha yaxşı bilir..."

Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - "Sea Breeze” işində prokurora suallar verildi

"Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - "Sea Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb.

3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə "Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar aparılır. İttihama görə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir, təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə, davanın dostu Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib.

Dekabrın 26-da Elnur Məmmədov yenə də prosesə gəlməmişdi. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı elan etdi.

İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə "Sea Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər. Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, sorğudan açıq-aşkar Peyman Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən zaman (23:00 radələri) "Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olmaları görünür. Vəkil hər iki şəxsin hərəkət traektoriyasında olan telefon-anten ötürücülərinin yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Hər iki şəxsin "Sea Breeze”yə gecə saat 4:44 və 4:52-yə gəldikəri sorğudan görünür:

- Sorğuya cavabla işdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür, bu şəxslər "Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının məqsədini izah edib: "Bu sübutu sorğunu verib ona görə alırıq ki, görünsün ki, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, guya, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik.

Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində başlayıbsa, o halda Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora çatardılar. "Bizim Cəbiş müəllim” filmində olduğu kimi, "Çəkilin, Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi. Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə qalmış gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir.

Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə "Sea Breeze”də olmayıblar.

Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, "Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz.

Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda "Sea Breeze”də olmayıblar: "Onlar davadan 4 saat sonra "Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.

Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir.
Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını çatdırdı. Elnur Məmmədovun nümayəndəsinin mövqeyi fərqli olmadı.
Vəkil Abbas Kərimbəyli isə dövlət ittihamçısına etiraz etdi: "Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz? Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq deyil, camaat 7 aydır "içəri”dədir, ortada videolar da var. Prokuror vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib gətirib burada oturulmasını tələb etmək əvəzinə... onun "podelniki” Cavad da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən, bütün videolara düşən sən, "içəri”də yatan biz”.

Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət ərizəsi yazacaq: "Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnr barəsində qərar var. Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur, olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşqlar "içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!
Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın, dövlət ittihamçısına söz verin. Prokurorun işin uzadılmasında məqsədi nədir? Cavan uşaqlar "içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün mövqe deyil. Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır.

Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin "Sea Breeze”də olmadığını deyib.

Məhəmməd Həsənzadə hakimdən söz istədi: "Möhtərəm hakim, Elnur özü burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.

Dövlət ittihamçısı müdaxilə edir:
-Elnur Məmmədov elə söz deməyib.

Məhəmməd Həsənzadə:
-Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik, dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə yanaşmadır?

Dövlət ittihamçısı:
-O zərərçəkəndir.

Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?
Dövlət ittihamçısı:

-Elnurun barəsində cinayət işi ayrılıb.

Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda yekunlaşdırılsın. Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş rektor prorektorun qətli üçün 40 min dollar ödəyibmiş...

“Elm və Təfəkkür Universiteti”nin prorektorunun öldürülməsində təqsirləndirilən şəxslər barədə cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxslər ifşa edilib.

İbtidai istintaq zamanı həmin universitetin rektoru vəzifəsində işləmiş Müşviq Atakişiyevin Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun sifarişi əsasında isə Samir Quliyevin cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlara əsasən rektor vəzifəsində qalmasına və işgüzar nüfuzuna maneə kimi qəbul etdiyi üçün Müşviq Atakişiyevin qisas məqsədilə pul müqabilində zərərçəkmiş şəxs Tariyel Əhmədovun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə 40 min ABŞ dolları müqabilində, habelə gələcəkdə maddi və mənəvi dəstək olmaq şərtilə bu cinayəti sifariş verdiyi həmkəndlisi Samir Quliyevin bir neçə gün zərərçəkmişi izlədikdən sonra Bakı şəhəri, Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində küt əşya ilə bir neçə dəfə onun baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ölümünə səbəb olan xəsarətlər yetirməsi müəyyən edilib.

Müşviq Atakişiyev (sifarişçi) və Dəyanət Quliyev (sifarişçi) Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə adam öldürmədə təşkilatçı), Samir Quliyev (icraçı) isə həmin Məcəllənin 120.2.5-ci (sifarişlə adam öldürmədə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə zəruri tədbirlərin icrası davam etdirilir.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda dəhşətli cinayət: Kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib - CİNAYƏT İŞİ

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Mahmud həyat yoldaşı Şəlaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahmudun arvadı Şəlalə ilə 11 fevral 2023-cü ildə saat 7 radələrində mübahisəsi yaranıb. O, arvadından su gətirməsini istədikdə belə cavab alıb: “Dur rədd ol, get suyu özün iç, mən sənə su gətirə bilmərəm! Sən bu buyruqlarınla artıq məni bezdirmisən, ölmürsən ki, canım səndən qurtarsın. Bir də mənə iş buyursan, səni bıçaqlayacağam!”

Bu sözlərdən qəzəblənən Mahmud arvadına kəsici-deşici alətlə 29 zərbə vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ali təhsillidir, həm də II qrup əlildir: “Əvvəllər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda texnik, böyük texnik və mühəndis kimi fəaliyyət göstərmişəm. Daha sonra mətbuatda jurnalist olaraq çalışmışam.

Son zamanlar səhhətimlə əlaqədar işləməmişəm. Hadisəyə qədər Xəzər rayonunda arvadım Şəlalə və qızım Aydanla birlikdə yaşamışam. Şəlalə gözəllik salonunu işlədib. Əvvəllər Şəlalə ilə münasibətlərimiz yaxşı olub. 30 ilə yaxındır böyrək, ürək və digər xəstləliklərdən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ilin fevralında ürəyinə stent qoyulub və bundan sonra səhhətindəki problemlər kəskinləşməyə başlayıb:

“Həmin ərəfədə arvadım Şəlalənin mənə diqqət və qayğısı azalmışdı. Dəfələrlə psixi və nevroloji xəstəliyimlə bağlı müalicə almışam. Hadisədən bir qədər əvvəl psixi və nevroloji xəstəliyimin təzahürləri yenidən baş qaldırdığından Şəlalə ilə birlikdə psixiatr qəbulunda oldum. Həyat yoldaşım mənə əvvəllər çox yaxşı qulluq etsə də, ürəyimə stent qoyulandan sonra münasibətlərimiz pisləşdi. Şəlalədən təzyiqimi ölçməsini, dərman içmək üçün su gətirməsini xahiş edəndə isə xahişlərimi yerinə yetirmirdi. Deyirdi ki, mən də yaşlı adamam, öz işlərini, özün gör.

Son zamanlar Şəlalə məni “şərəfsiz”, “ləyaqətsiz” adlandıraraq təhqir etməyə başlamışdı. Bütün bunlar səbrimi tükəndirsə də, Şəlaləni mülayim şəkildə sakitləşdirməyə çalışırdım. Səhhətimin yaxşı olmadığı üçün özümə qulluq edə bilmədiyimi, ondan kömək gözlədiyimi başa salmağa cəhd edirdim.

Lakin o, dinləmək istəmir, mənə qulluq etməkdən yorulduğunu bildirirdi. Mənə qarşı təhqiramiz və ləyaqəti alçaldan ifadələr işlədir, mənimlə yad adam kimi rəftar edirdi. Dəfələrlə xəstə olduğumu desəm də, sözlərimə məhəl qoymurdu. Məni təhqir etməməsini, şəxsiyyətimi alçaltmamasını xahiş etsəm də, bəzən mənə əl-qol atır, məni daha da qıcıqlandırırdı. Bəzən mübahisə zamanı polis çağıracağını və məni dəlixanaya saldıracağını deyirdi.

Bununla belə, özümü təmkinli aparır və Şəlaləni sakitləşdirməyə çalışırdım. Hətta qızlarım da bizim mübahisə etdiyimizi, küsülü olduğumuzu görürdülər. Onlar bizə mehriban olmağı, münasibətlərimiz alınmırsa, boşanmağımızı məsləhət görürdülər.
Mənim həyat yoldaşımdan boşanmaq niyyətim olmayıb. Şəlalə isə lazım olarsa, məndən boşanacağını bildirirdi. Qohum-əqrəbanın yanında isə mənimlə fərqli davranır, aramızda olan münasibəti hiss etdirməməyə çalışırdı. Ailə daxilində ikilikdə qaldıqda mənə qarşı çox aqressiv davranırdı.

Şəlalənin qəribə davranışları məni çaşbaş salırdı. Əvvəllər onun təhqirlərinə və pis rəftarına dözsəm də, son zamanlar səbrimin tükəndiyini hiss edir, nə edəcəyimi bilmirdim”.

Təqsirləndirilən şəxs deyib ki, fevralın 11-də səhər saatlarında hamı evdəymiş, qızı Aydan xalası qızı ilə Şahdağa tura getməyə hazırlaşırmış: “Saat 6 radələrində Aydan evdən getdi. Həmin vaxt mən və arvadım oyaq idik. Təxminən 2 saat sonra dərman içmək üçün Şəlalədən su gətirməsini xahiş etdim. Dedi ki, get cəhənnəm ol, özün özünə su gətir, məni narahat etmə, səni bıçaqlayaram.

Şəlalənin elə deməsi mənə çox ağır təsir etdi. Özümü heç vaxt o vəziyyətə salmamışam. Bu sözlərdən əsəbi halda durdum və mətbəxə keçərək su içdim. Sonra Şəlalənin az əvvəl mənə dediyi sözlər yadıma düşdü. Özümü ələ almağa çalışsam da, Şəlalənin işlətdiyi təhqiramiz ifadələr mənə rahatlıq vermədi”.

Mahmud qeyd edib ki, bu vaxt mətbəxdəki dəmir çapacaq gözünə sataşıb: “Çapacağı götürüb otağa qayıtdım. Şəlalə qulağında qulaqcıq, mobil telefona baxaraq yatağında uzanmışdı. Onu görəndə daha da qəzəbləndim və nə etdiyimi bir anda dərk etmədim.

Şəlaləyə yaxınlaşaraq heç nə demədən əlimdəki çapacaqla onun boyun nahiyəsinə güclü zərbə endirdim. Zərbədən baş boyundan kəsildi və güclü qan axmağa başladı. Qəzəb və hiddət içərisində nə etdiyimi bilmədən Şəlaləyə qeyri-ixtiyari çapacaqla zərbələ endirməkdə davam etdim.

Şəlalənin bədəninin hansı nahiyyələrinə zərbələr endirdiyimi və zərbələrin sayını xatırlamıram. Bir qədər sonra qəzəbim soyumağa başladı. Sanki yuxudan oyandım. Bədənim gərginlikdən azad olunmuş kimi boşaldı, çökmüş vəziyyətdə aşağı oturdum. Çapacaq əlimdən aşağıya doğru sallanan vəziyyətdəydi. Şəlalə tam hərəkətsiz halda yerdə uzanıqlı qalmışdı, boynundan, qollarından qan axırdı. Səsi və nəfəsi olmadığını gördüm, artıq öldüyünü yəqin etdim.

Daha sonra gedərək əl-üzümü yudüm. Qardaşıma, qızıma və daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Süpürgəçi həmkarını boğub öldürdü

Leninqrad vilayətində qətl törədən qadın təslim olub.

Hadisə dekabrın 21-nə keçən gecə Sankt-Peterburqun Kuzneçnoye kəndinin Yubileynaya küçəsində baş verib.

Polis əməkdaşları orada yaşayan 56 yaşlı kişinin meyitini mənzilin döşəməsində aşkar ediblər. Müəyyən edilib ki, 36 yaşlı qadın sərxoş vəziyyətdə mübahisə zəminində dostunu döyərək boğub. Məlum olub ki, şübhəli şəxs xadimə işləyir və əvvəllər bir neçə dəfə məhkum olunub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.//Lent.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO