[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elmlər doktoru şöbə müdirini məhkəməyə verdi, həbsini istəyir - AMEA-da yeni qalmaqal

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, işə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək.

Xatirə Quliyevanı məhkəməyə verənin kimliyi barədə açıq mənbələrdə məlumat yoxdur. Bəlli olan odur ki, həmin şəxs şöbə müdirinin Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunaraq cəzalandırılmasını istəyir. Bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Baş verənlərin detallarını öyrənmək üçün Qaynarinfo Xatirə Quliyeva ilə əlaqə saxlayıb. O, bildirib ki, həbsini tələb edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmlər doktoru, dosent Aydın Əlizadədir. "Bu adam dövlətə qarşı çıxır. Mən onu 5 ildən çoxdur işdən çıxarmışam. Çünki Aydın Əlizadə AMEA-da işləməyə layiq deyil. O, xalqı aşağılayır, dövlətin əleyhinə çıxır. Mən də onun iddialarını cavablandırmışam. Məni məhkəməyə verib. İnstititun direktoru İlham Məmmədzadə də onun qarşısını ala bilmir. Çəkinir ondan. AMEA-nın prezidenti İsa Həbibbəylinin məsələyə münasibəti "qadını niyə məhkəməyə verib?" şəklində olub", deyə Xatirə Quliyevə bildirib.

Onun sözlərinə görə, Aydın Əlizadənin məhkəməyə üz tutmasının əsas səbəblərindən biri professor ola bilməməsidir.

Qaynarinfo Aydın Əlizadə ilə də əlaqə saxlayıb. O, Xatirə Quliyevanın xüsusi ittiham qaydasında məhkəməyə verdiyini təsdiqləyib. "O mənə böhtan atıb, bu baxımdan məhkəməyə müraciət etmişəm", deyə elmlər doktoru vurğulayıb.

Aydın Əlizadə Xatirə Quliyevanın digər ittihamlarını da böhtan adlandırıb. "Hamısı böhtan və cəfəngiyyatdır. Mən necə dövlətə qarşı çıxa bilərəm? Əlavə heç nə demək istəmirəm. Çünki məhkəmə gedir. Məhkəmənin qərarını gözləyirəm. Bu barədə mediaya da məlumat veriləcək", deyə o bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Tanınmış iş adamı və oğlu TTKF ilə 152 minlik müqavilə bağladı - TƏFƏRRÜAT

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri tanınmış iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətov Azay olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Təhsil Tələbə Krediti Fondu Möhnətov Aqil Azay oğlu ilə 96 min manatlıq, Möhnətov Azay Xasay oğlu ilə isə 56 min manatlıq icarə müqaviləsi imzalayıb.
Təhsil Tələbə Krediti Fondu satınalmanı bir mənbədən satın alma metodu ilə həyata keçirib. Fondun icarə müqaviləsi bağladığı şəxslər vergi ödəyicisi deyillər.
Məlumat üçün bildirək ki, Azay Möhnətov “AF Holdinq” şirkətlər qrupunun prezidentidir.
Holdinqin rəsmi səhifəsində qeyd olunur ki, 1989-cu ildə təsis olunan “AF General Trading” şirkəti ixrac-idxal əməliyyatları ilə məşğul olub. Bildirilir ki, holdinqin baş ofisi Bakıda yerləşir, Frankfurt və Londonda da filialları var.
Aşağıda adları qeyd olunan şirkətlər də “AF Holdinq”ə daxildir:
- “Everton”
- “Uğur-97”
- “AFSAN Plastik”
- “AF Business House”
- “AF City”
- “AF Mall”
- “AF Com Plaza”
- “AF Com Center”
- “Aqua Park Baku”
- “Aqua Park Shikhov”
- “AF Hotel Aqua Park”
Bundan başqa, “AF-Holdinq”in rəsmi veb-səhifəsində yer alan məlumatda göstərilir ki, 2000-ci ildə “AF Bank” təsis edilib. Sonradan bu bank Rusiyanın VTB bankına satılıb.
Bakı-Sumqayıt yolunun kənarında yerləşən “EuroHome” inşaat materialları bazarının da əvvəllər Azay Möhnətova məxsus olduğu bildilirdi. 2019-cu idə bazarda baş verən güclü yanğın zamanı Holdinqin rəsmi saytında “AF Euro Home”un şirkətlər qrupuna daxil olduğu qeyd olunub. Daha sonra “EuroHome”un adı şirkətlər qrupunun rəsmi saytından çıxarılıb.
Azay Möhnətov ilə bağlı diqqət çəkən məqmlardan biri də odur ki, “EuroHome” da yanğının baş verməsindən qısa müddət əvvəl Rusiyanın “Vedomosti” qəzeti yazıb ki, “AF-Holdinq”in rəhbəri Azay və İlyas Möhnətovlar Moskvada “Safmar” şirkətinə məxsus 21,7 hektar torpaq sahəsini və 111 min kvadratmetrlik ofis-anbar kompleksini satın alıb. İddia olunub ki, “Safmar” şirkəti qeyd olunan ərazinin səhmlərini özündə cəmləşdirən “Rusinkom” şirkətini əvvəlcə 2,6 milyard rubla (40 milyon dollar) satmağı planlaşdırıb. Lakin, sonradan yekun qiymət onların istədiyindən də yüksək olub. Aktivin neçəyə satıldığı açıqlanmayıb. “Vedomosti” qəzeti yazıb ki, iki mənbə aktivlərin Azərbaycanın “AF Holdnq” şirkətlər qrupuna satıldığını açıqlayıb və bu məlumt bu günə kimi təkzib olunmayıb.
Məlumat üçün bildirək ki, “Safmar” şirkətinin Baş direktoru milliyətçə erməni olan Avet Mirakyandır. Şirkətlər qrupunun sahibi isə Dövlət Neft Şirkətinin (SOCAR) əsas ortaqlarından biri olan “RussNeft” şirkətinin sahibi inquş əsilli milyarder Mixail Qutseriyevdir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xətai rayonunda KİRVƏLƏRİN iş birliyi, yaxud milyonlar səltənəti… – İcra başçısı Rafiq Quliyevin kirvəsi, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyevin ortaq biznesi…


Paytaxt Bakının rayonları içərisində qanunsuz tikinti biznesinə, yaşıllıqların məhv edilməsinə və digər neqativ hallara görə, Xətai rayonu ön sıralarda gedir. Bu neçə illərdir ki, beləcə davam edir. 2019-cu ildə Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndə sakinlər arasında müəyyən ümid var idi ki, bəlkə vəziyyət müsbətə doğru dəyişər.

Amma son 3-4 ildə Xətai sakinləri tam əksini müşahidə etdilər. Özünü Qarabağ veteranı kimi qələmə verən Rafiq Quliyev icra başçısı təyin olunandan sonra rayon ərazisi az qala kənd rayonlarını xatırlatdı. Hətta parklarda qoyun sürüləri görünməyə başladı. Qanunsuz tikintilər isə Rafiq Quliyevin vaxtında daha da çoxaldı.
Qısa məlumat üçün qeyd edək ki, Quluyev Rafiq Çəpərxan oğlu 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olub. Məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışmışdır.
Bu məqamda bir sual: 1993-1999-cu illərdə tələbə olan, yəni heç bir ali təhsili olmayan Rafiq Quliyev 1997-ci ildə Xətai RİH-də necə müfəttiş işləyə bilərdi..?
Növbəti yazımızda, bu və ya digər sualların cavablarını, Rafiq Quliyevin qapı-qapı düşüb özü kimi xoşagəlməz hərəkətlər edən dostlarının haqqında, Ərəblərlə iş birliyində olan, qardaşı müxalifətə yol göstərərək Neft Akademiyasında kursda qalan vəzifə sahiblərindən bəhs ediləcək yazı dərc edəcəyik. Bizi izləyin.(Gündəlik Bakı)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ekologiya naziri və Xəzər rayon icra başçısından prezidentə sayğısızlıq: Mərdəkanda “Yaşıl soyqırım”ı kim icra edir? – VİDEO

Bakıda müxtəlif məkanlarda ağacların kütləvi kəsilməsi adi hal alıb. Bu ekoloji cinayətə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin susqunluğuna bu dəfə Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahov da şərik çıxıb. Belə ki, Xəzər rayonu Mərdəkan qəsəbəsi, Almaz İldırım küçəsində ağac qətliamı həyata keçirilir. Bununla bağlı cumhuriyyet.az olaraq sizə ərazidəki ağacların bir müddət əvvəlki və indiki halını təqdim edirik. Göründüyü kimi çoxillik ağaclar odun kimi doğranıb və yaşıllıq məhv edilib.

Bu ərazidə hansı layihənin həyata keçiriləcəyini cumhuriyyet.az olaraq müəyyənləşdirə bilmədik. Amma fakt budur ki, Polis Akademiyasının düz qulağının dibində, Prezidentin “Yaşıl dünya naminə həmrəylik ili elan etdiyi zamanda çoxillik ağaclar odun kimi məhv edilir. Maraqlıdır ki, ərazi həm də tarixi əhəmiyyət kəsb edir. Burda Bakı neft milyonçularından birinin XIX əsrə aid mülkü yerləşir. Bu imarətlə birgə ərazi 10-12 hektarı əhatə edir və məlumata görə özəlləşdirilib. Baş verənlərə göz yuman icra başçısı və ekologiya nazirinə isə Prezidentin sözlərin xatırladırıq.

/bakuinform.agency
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir? - BU NƏDİ BELƏ?!

Satınalmalarda qanun, qadağa bilməyən, vergi tanımayan Yusifzadə Nərmin kimdir?
Azərbaycanın dövlət satınalmaları bazarında bir MMC girib. Təsəvvür edin, ilk addımlarını belə qanunsuzluqla atıb. Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən yumşaq inventarların satınalınması üzrə keçirilmiş 33 405.4 manat dəyərində kotirovka sorğusunun qalibi olub. Hələ 2022-ci ildə.

Qeyd edək ki, 12 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən keçirilən kotirovka sorğusu müsabiqəsinin başlanma tarixi 27.09.2022-ci ilə, zərflərin açılış tarixi isə 14.11.2022-ci il tarixə müəyyən edilib. “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 13.10.2022-ci-ci il tarixində, yəni müsabiqənin başlanılmasından 16 gün sonra dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.10.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SURAXANI RAYONU, HÖVSAN ŞTQ, MUĞAN, ev 7, GİRİŞ 72, MƏRTƏBƏ 1, m. 4, qanuni təmsilçisi kimi isə Yusifzadə Nərmin Tahir qızı qeyd olunub.

Dövlət qeydiyyatına alındıqdan cəmi bir gün sonra Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən keçirilmiş dəftərxana və təsərrüfat mallarının satın alınması keçirilmiş açıq tenderin qalibi olub və 100.000 manat məbləğində dövlət sifarişi alıb.

Hələ dövlət qeydiyyatına alınmamışdan Lerik rayon İşıqlandırma İdarəsi tərəfindən 10.11.2022-ci il tarixdə başlanmış elektrik avadanlıqlarının satın alınması kotirovkanın da qalibi olub.

MMC daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə 11.996 manat dəyərində gül və əklillər alıb.

Dövlət qeydiyyatına alındıqdan bir ay sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğuna 4.157 manat məbləğində mətbəx ləvazimatları alıb.

Sonra Neftçala rayon İcra Hakimiyyətinə 8.760 manat dəyərində sair xərclər üzrə bayram tədbirlərinin keçirilməsini təşkil edib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan bir ay sonra 5 müxtəlif lot üzrə ayrı ayrı dövlət qurumlarının keçirdiyi açıq tender və kotirovkaların qalibi olub. Beləcə 14.11.2022-ci ildən 26.12.2023-cü ilə qədər, yəni bir il bir ay ərzində 45 satınalma prosedurunun iştirakçısı olub.

MMC Hacıqabul rayon Mərkəzi Rayon Xəstəxanasına 20.452,94 manat məbləğində dəftərxana və təsərrüfat malları, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanasına 19.995,1 avtomobillər üçün ehtiyat hissələri, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutuna 39.200 manat məbləğində kimyəvi maddələr, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 11.351,6 manat məbləğində abadlıq, təmizlik və yaşıllıqlara qulluq işlərinin həyata keçirilməsi məqsədi ilə çiçəklər, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 9.006,4 manat məbləğində işçilər üçün geyim və avadanlıqlar, 201 nömrəli hərbi hissə üçün 182.453,75 manat dəyərində vacib olan ləvazimat və detallar, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsinə 95.119,8 manat məbləğində istehsalat nəqliyyatı vasitələri alıb.

Göründüyü kimi satınalmaların içində demək olar bütün xidmət növləri var. MMC -nin qanunun tələb etdiyi kimi müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə heç bir məlumat yoxdu. Amma daha maraqlı məlumatlar var.

Dövlət Vergi Xidmətinin rəsmi portalında olan məlumatlara görə “NUR GENERAL SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.10.2023-cü il tarixdən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən riskli vergi ödəyicilərin siyahısına daxil edilib. MMC-nin hazırkı günə 31 174.23 manat vergi borcu var.

Daha təəccüblüsü isə şirkətin riskli vergi ödəyicilərin siyahısına daxil edilməsindən, 16.10.2023-cü il tarixdən sonra MMC müxtəlif dövlət qurumlarının keçirdiyi 20 satınalma prosedurunun iştirakçısı olub. Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə dəftərxana mallarının satınalınması üzrə 110.129,4 manat 17.10.2023-cü il tarixdə, Yardımlı rayon Mərkəzi Rayon Xəstəxanası ilə avtomobillər üçün ehtiyat hissələrinin satınalması üzrə 19.995,1 manat məbləğində 16.10.2023-cü il tarixdə, Abşeron rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsi ilə 9.006,47 və 11.351,6 manat mələğində 03.11.2023-cü il tarixdə, Gəncə şəhər İcra Hakimiyyətinin Tabeliyində “Park-Xiyaban” İstismar və Mühafizə İdarəsi ilə 95.119,8 manat məbləğində 16.11.2023-cü il tarixdə, 29.972 manat məbləğində 07.12.2023-cü il tarixdə, Kürdəmir rayon Mərkəzi Rayon Xəstəxanası ilə 18.679,87 manat məbləğində 13.12.2023-cü il tarixdə, Salyan rayon İcra Hakimiyyəti ilə 6.274,06 manat məbləğində 30.12.2023-cü il tarixdə, Lerik rayon Yaşillaşdirma İdarəsi ilə 20.596,9 manat məbləğində 08.01.2024-cü il tarixdə ümumi olaraq 9 satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. “NUR GENERAL SUPPLIER” MMC ilə satınalma müqaviləsi bağlayan bu qədər dövlət müəssisəsi bunu görməyibmi? Axı satınalmalar haqqında qanun vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olması, Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olması kimi halları yolverilməz hesab edir.

Bəs necə olur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “NUR GENERAL SUPPLIER” MMC-nin riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan 2319022459902700 nömrəli qərarı bu qədər dövlət müəssisəsi görməzdən gəlib?

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir MMC-nin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla tenderin qalibi olması yol verilən qanun pozuntuları ilə bərabər açıq-aydın görsənir. Hansıki, bir xanımın qanuni təmsilçisi olduğu şirkətdir. Barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Kimdir Yusifzadə Nərmin Tahir qızı? Bir il əvvəl yaratdığı bir MMC ilə dövlət müəssisələrinə həm yumşaq inventarlar, dəftərxana və təsərrüfat malları, elektrik avadanlıqları, avtomobillər üçün ehtiyat hissələri, sürtgü yağları alır, həm də yaşıllaşdırma və abadlaşdırma xidmətləri göstərir? Həm də heç bir qanun, qadağa bilmədən, vergi tanımadan?

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 "Kristal Abşeron"da yaşayanların evini su basdı - Şok GÖRÜNTÜLƏR

“Kristal Abşeron”dakı mənzillərin keyfiyyətsiz olması ilə bağlı daha bir fakt ortaya çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Sumqayıt şəhəri, 10-cu mikrorayonda “Kristal Abşeron” yaşayış kompleksində çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur.
Belə ki, tikinti zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzillərə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb.
Qeyd olunur ki, binadakı bir neçə mənzilə baxış keçirilib, hamısında eyni mənzərə ilə qarşılaşılıb.

Xatırladaq ki, bir müddət əvvəl "Kristal Abşeron" tikinti şirkətinin inşa etdiyi binanın əyildiyi barədə xəbər vermişdik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıya qar, rayonlara yağış yağır - Video


Hazırda Bakıda və Abşeron yarımadasında qar yağır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında da yağıntılı hava şəraiti davam edir.

Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
AQTA 21 min vergi borcu olan general-leytenantın qeydiyyatını ləğv etdi - DETALLAR

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun (VÖEN – 1800264142) 21 noyabr 2018-ci il tarixli 1811210017 nömrəli qida təhlükəsizliyi qeydiyyatını ləğv edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat AQTA-nın 2023-cü ilin dekabr ayı üçün açıqlanan hesabatında yer alıb.

Məlumat üçün bildirək ki, AQTA-nın 3 aprel 2021-ci il tarixində açıqladığı məlumatda göstərilir ki, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 2405 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay işığı” kafesində, 22 sentyabr 2021-ci il tarixində açıqladığı məlumatda isə Bakı şəhəri, Nizami rayonu, M. Əliyev küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Mayıl Seminar oğluna məxsus “Ay İşığı” şadlıq evində kobud qanun pozuntuları aşkar olunub.

Hazırda (08 yanvar 2024-cü il tarixinə) dövlət büdcəsinə 20 min 974 manat 569 qəpik vergi borcu olan fərdi sahibkar Şahverdiyev Mayıl Seminar oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini olan general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu ilə eyni şəxs olduğu bildirilir.

Qeyd edək ki, Şahverdiyev Mayıl Seminar oğlu 25 sentyabr 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin səfərbərlik hazırlığı və səfərbərlik üzrə müavini – Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin rəisi təyin olunub. 27 dekabr 2021-ci il tarixindən general-leytenanat rütbəsi daşıyır. Şahverdiyev Mayıl Seminar oğlu 15 dekabr 2020-ci il tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onu da bildirək ki, Mayıl Şahverdiyev daha əvvəl Göygöl rayonunun hərbi komissarı vəzifəsində işləyib. 2020-ci ildə mətbuatda yayılan məlumatda bildirilib ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26 ünvanında yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar və 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlayıblar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda "MilliÖn"ün vəzifəli şəxsi qaynına bir rayonun pullarını oğurlatdırıb - İLGİNC

Bakının Sabunçu rayonunda "PashaPay" MMC-yə məxsus "MilliÖn" terminallarından külli miqdarda oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı terminallardan oğurluğu "MilliÖn"-ün sözügedən rayon üzrə texniki direktoru Müseyib İsgəndərzadənin qaynı tərəfindən törədildiyi məlum olub.

Uzun axtarışlardan sonra hadisəni törədən Murad Səfərov (ad-soyad şərti) Dənizkənarı Milli Park ərazisində narkotik maddələrin istifadəsində şübhəli bilinərək saxlanılıb. Tutulduqdan sonra onun axtarışda olduğu müəyyənləşib.

Məhkəmədə ifadəsində Murad hadisəni Müseyib İsgəndərzadənin və onun sinif yoldaşı Yusif Məmmədlinin iştirakı ilə törətdiyini etiraf edib. Təqsirləndirilən şəxs bildirib ki, bacısı əri sözügedən şirkətdə 3 ildir texnik işləyir və Sabunçu rayonu üzrə "MilliÖn" terminallarının təmiri ilə məşğul olub. Sözügedən terminalların açarları da onda imiş.

Murad kürəkəninin oğurluqla bağlı təklif verdiyini, əvvəlcə onunla razılaşmadığını və sonradan bu razılığa "hə" dediyini bildirib. Nəticədə cinayəti həyata keçirib. O, Müseyibə "MilliÖn" aparatlarının açarını verməyi təklif edib. Məqsədi pulları Yusiflə birlikdə oğurlamaq olub. Müseyib buna razı olmasa da, sonradan razılaşıb və aparatın açarını 27 fevral 2022-ci ildə ona verib. Müseyib həmçinin ona deyib ki, açarla aparatın kassa hissəsini açandan sonra açar hissəsini kəlbətinlə əysin ki, aparatın açarla deyil, sındırılmaqla açılması görüntüsü yaransın.

Bundan sonra Murad kürəkənindən aldığı "MilliÖn" yazısı olan yapışdırıcı kağızı köynəyinə yapışdıraraq, Sabunçuda müxtəlif ticarət mərkəzlərində quraşdırılan terminallardan kasetlə birlikdə 30 min manatdan çox pul oğurlayıb. Həmin pulları öz aralarında bölüblər.

Cinayətin üstü açıldıqdan sonra digər şəxslərdən fərqli olaraq təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarından uzun müddət gizlənə bilib. Sonra Murad Dənizkənarı Milli Park ərazisində saxlanılıb və üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilib.

Məhkəmənin hökmü ilə Murad Səfərova üzərində qəti olaraq 2 il 1 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub. Cinayətdə adı hallanan digər şəxslərlə bağlı hər hansı bir məlumat yoxdur.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hacı Mazan tərəfindən aparılan qazıntı işləri zamanı çayın mühafizə zolağı zədələnib" - NAZİRİN NƏZƏRİNƏ...

Hüquq müdafiəçisi Azad İbrahimli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətin bir surətini də gundemxeber.az-ın e-mail poçtuna göndərib.

Masallıda baş verən qorxunc hadisələrlə bağlı hüquq müdafiəçisinin apardığı araşdırma yazısını olduğu kimi çoxsaylı oxucularımızın diqqətinə çatdırırıq:
"Mənim üçün çox maraqlıdır: Görəsən səlahiyyətli şəxslər cənub bölgəsində yaranmış təhlükəli vəziyyət barədə Prezident İlham Əliyevə məlumat veribmi? Əlbətdə ki, yox, verməzlər. Bilirsiz niyə? Çünki onlar üçün maraqlı olan öz gəlirləridir. Həmin səlahiyyətli şəxslər üçün vətən, dövlət və milləti önəmli deyil. Mən bunu açıq şəkildə deməkdən çəkinmirəm.
Regionlarda baş verənlər barədə yazmaq istəyirəm. Bəzi vəzifəli şəxslər Masallı rayonunda iş adamları ilə əlbir olub bütövlükdə dövlət üçün təhlükə mənbəyinə çevriliblər. Necə? İndi onu izah etməyə çalışacam.
Mən müstəqil hüquq müdafiəçisisiyəm. Ara-sıra rayonlara səfər edirəm. Bu dəfəki səfərim ölkənin cənub bölgəsinə, konkret olaraq Masallı rayonuna oldu. Burada gördüklərim məni sözün həqiqi mənasında dəhşətə gətirdi. Və özümə borc bilirəm ki, gördüklərimi Sizin də diqqətinizə çatdırım.
Rayonun mərkəzindən İsti su istirahət mərkəzi istiqamətində hərəkətdəydim ki, qarşıdan bir neçə yük maşınının yüklü vəziyyətdə mənimlə üzbəüz gəldi. Bu mənim diqqətimi çəkdiyindən maşını yolun kənarına çəkib saxladım. Dayandığım yerdə bir saatdan çox müşahidə apardım. Bu bir saat ərzində təxminən 30 yük maşını dolu vəziyyətdə rayonun mərkəzinə tərəf gedirdi. Elə oldu ki, yaxınlıqdan keçən bir sakinlə söhbətləşdik. Ona "bu yük maşınları kimindir və nə işlə məşğul olurlar" sualını vermişdim ki, adam ürəyini boşaltdı.
Həmin şəxsin sözlərindən məlum oldu ki, yük maşınları Masallı rayonundan olan tanınmış iş adamı Hacı Mazana (Ramazan Zeynalova) məxsusdur. O, Viləş Çayının ətrafında qazıntı işləri aparır. Hər gün həmin çaydan ən azı 100 maşın iri daş çıxararaq, özünə məxsus zavoda aparır. Mənimlə danışan şəxs deyir ki, bu barədə dəfələrlə aidiyyəti dövlət orqanlarına məlumat verilib. Gəl ki, heç kim bu işin qarşısını ala bilməyib.
Mənim həmsöhbət olduğum şəxs deyir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə ilə qohumluq əlaqələrini Hacı Mazanı toxunulmaz edib. Hacı Mazan insanlara açıq şəkildə deyir ki, oğlum Bayram Zeynalov polis polkovniki, Ağsuda mero rəisidir. Buna görə heç kim mənə söz deyə bilməz. Təsəvvür edirsiz? Belə baxanda düz də deyir. Heç kim ona "gözün üstə qaşın var" deyə bilmir. Adam oğlunun vəzifəsi ilə insanları hədələyir. Hacı Mazan bir yük maşını ilə qumu 200 manata satır. O, əldə etdiyi gəliri təkbaşına yemir. Qazancın müəyyən qədərini Masallı rayonunun səlahiyyətli şəxslərinə verir. Xüsusilə bildirim ki, Hacı Mazan qazıntı işləri ilə bağlı Viləş Çay Su Anbarı İstismar İdarəsinin rəhbəri Rusif Kərimovun da payını çatdırır.
Bu arada onu da qeyd edim ki, Hacı Mazanın arxasında dayananlardan biri də deputat Məşhur Məmmədovdur. Millət vəkili də iş adamının qanunsuz işləri barədə şikayətlərin qarşısını alır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da belə hallara qarşı çıxa bilmir. Deyilənlərə görə Hacı Mazan onları da oğlu Bayram Zeynalovun Muxtar Babayevlə ailəvi dost olması ilə hədələyir. Deyim ki, nazir Muxtar Babayevlə mero rəisi Bayram Zeynalovun dost olması barədə mətbuatda da məlumat verilib.
Hacı Mazanın Viləş Çayının ətrafında apardığı qazıntı işlərinin təhlükəli tərəfləri barədə qısaca yazım. Həmin çay təxminən 46.000 kubmetr su tutumuna malikdir. Hazırda orada 32.000 kubmetrdən biraz çox su olar. Bunun da səbəbi çayın vaxtı-vaxtında təmizlənməməsidir. Halbuki mütəxəssislər deyir ki, suvarma mövsümü başa çatandan sonra, yəni bu aylarda çayın qapıları açılmalı, su tamamilə buraxılmalıdır. Ancaq illərdir bu işlər görülmür. Çünki idarə müdiri Rusif Kərimov həmin çayda balıq saxlayır. Mənimlə söhbətləşən və müəyyən səbəblərdən adının çəkilməsini istəməyən şəxsin sözlərinə görə Rusif Kərimov rayon ictimaiyyəti arasında belə bir söz deyib ki, güya çaydakı balıqlar Su Ehtiyyatları Agentliyinin sədri Zaur Mikayılovundur.
Balıqdan daha təhlükəli olan əsas məsələ barədə də də bir neçə kəlmə yazım. Hacı Mazan tərəfindən aparılan qazıntı işləri zamanı çayın mühafizə zolağı zədələnib. Əgər su sızması olarsa insanların həyatını xilas etmək olacaqmı? Mən hələlik mövzunu burdaca ykunlaşdırşram. İnanıram ki, vəziyyətin ciddiliyi aidiyyəti dövlət orqanlarını da narahat edəcək. Böyük bir rayonun sakinləri üçün mümkün təhlükə aradan qaldırılacaq və təbiətə ziyan vuranlar barəsində ciddi tədbirlər görüləcək."
GundemXeber.Az redaksiyası olaraq, yazıda adları keçən şəxslərin mövqeyini dinləməyə hazırıq.

GundemXeber.Az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO