[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Mingəçevir şəhəri, Gəncə şosesində aztəminatlı ailələr üçün inşa edilmiş binaların qazlaşdırılması ilə bağlı yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, həmçinin “Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Mingəçevir 1 xətt” ölçü qovşağı üzərində quraşdırılmış kollektordan qidalanan orta təzyiqli qaz xəttindən və “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 28.12.2023-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Mingəçevir şəhərinin bir hissəsinin, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I,II,III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ərdoğan administrasiyası Netanyahunun açıqlamasına cavab verib

Netanyahunun Ərdoğan “bizə dərs deyə biləcək sonuncu şəxsdir” sözlərinə Türkiyənin prezident administrasiyasından cavab gəlib.

Türkiyə prezident administrasiyası baş nazir Benyamin Netanyahunu “soyqırım haqqında hər şeyi deyə bilən və əxlaqdan danışa bilən sonuncu şəxs” adlandırıb.
Türkiyə prezidenti çərşənbə günü Netanyahunu bir daha Adolf Hitlerlə müqayisə edərək tənqid edib. Öz növbəsində Netanyahu deyib ki, “kürdlərin soyqırımını həyata keçirən və onun rejiminə qarşı çıxan həbs olunan jurnalistlərin sayına görə rekorda sahib olan Ərdoğan bizə əxlaqı öyrədə bilən sonuncu şəxsdir”.
"İsrailin baş naziri Netanyahu soyqırımla bağlı demək istədiyi sonuncu şəxsdir. O, mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətləri özünümüdafiə kimi dünyaya satmaq sənətinə yiyələnib. Dünya onun qarşısını ala bilməsə belə, tarix onu müharibə cinayətkarı kimi qınayacaq .. Əxlaqdan danışa biləcək sonuncu şəxs İsrailin baş naziri Netanyahudur”, - deyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl dəfələrlə İsrailin baş naziri Benyamin Netanyahunu “cəllad” və “qatil” adlandırıb və onun siyasi karyerasını uzatmaq və İsraildə ona qarşı açılan məhkəmədən yayınmaq üçün Qəzza zolağında soyqırım törətdiyini bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qazaxın icra başçısı “qara maskalı” təlaşında – Babaşovu nə gözləyir?

Qazaxın icra başçısı Rəcəb Babaşov 7 ildir ki, rayonu bərbad günə salıb. Tribunainfo.az yazır ki, onun vəzifəsindən azad edilməsinə hazırlıq gedir. Çünki Qazaxda idarəetmə ölkə rəhbərliyini qane etmir. Rəcəb Babaşovun yerinə kimin təyin olunacağı barədə seçim edilir, yalnız o dəqiqdir ki, hazırkı başçı postunda çox işləməyəcək. Babaşov isə ciddi şəkildə narahatdır. Məlumatlar var ki, birinci müavini Məmməd Aliyevlə arasında qarşıdurma yaranıb. Belə ki, müavinin gah oğluna 120 min dollarlıq “Land Cruiser” alması, gah bələdiyyə sədri olan bacısı oğluna Rayon Mərkəzi Xəstəxanasında ikinci vəzifə verdirməsi başçısını hövsələdən çıxarıb. Bu da tərəflər arasında gərginliyə səbəb olub. Əslində isə Babaşov vəzifəsini itirəcəyi təşvişinə görə hirsini Alıyevi danlamaqla çıxıb. Onun oğlu Elşən Babaşov müharibədən əvvəl şəhərdə 10-LL-077 dövlət nömrəsi ilə fırlanırdı. Müharibədən sonra isə bu yaxınlarda özünə yeni “zerkalnı” və qiyməti 100-200 min manat olan 77-LL-077 nömrəsi alıb. 10-LL-077 nömrəsini bəyənmədi, çünki “zerkalnı” sayılmır, ona görə 77-LL-077 aldı ki, hamı baxıb “paxıllıq” etsin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Yeni məlumatlar araşdırıb təqdim edəcəyik.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdamda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

01.01.2023 – 26.12.2023 tarixləri arasında Ağdam rayonunun müxtəlif dövlət qurumları tərəfindən keçirilən tenderlərin ümumi həcmi 2 984 156 manat olmuşdur.
FED.az xəbər verir ki, keçirilən tenderləri sayca ən çox udan şirkət "Oskar-Ar" MMC şirkətidir. "Oskar-Ar" MMC Ağdam rayonu üzrə 5 tenderin qalibi seçilib. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi 696 401 manat təşkil edir.

Qeyd edək ki, "Oskar-Ar" MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Ziya Musazadə Vaqif oğludur. Hüquqi ünvanı Az1800, Şirvan Şəhəri, 20 Yanvar, ev 2/7 ünvanında yerləşir.

2-ci sıranı 4 tenderi udmaqla "Luxoil Company" MMC şirkəti tutur. Şirkətin qalib olduğu tenderlərin ümumi həcmi isə 456 446 manatdır.

"Qarabağ Təmir-Tikinti" MMC şirkəti Ağdam keçirilən tenderlərdən üçünü udaraq 3-cü sırada qərarlaşıb. Şirkətin qalib olduğu tenderlərin dəyəri isə 98 227 manat oolmuşdur.

Digər şirkətlər Ağdam rayonu üzrə 2 və daha az tenderin qalibi olub. Daha detallı, qaliblər, məbləğlər, satınalma predmeti, satınalan qurum və tenderlərin tarixləri barəsində məlumat aşağıda təqdim etdiyimiz cədvəldə öz əksini tapmışdır :


Satınalan təşkilatın adı

Satınalma predmeti

Qalib Şirkət

Məbləğ

Tarix

1

Ağdam Rayonu İHB-nın Xindiristan Ərazi Nümayəndəliyi

Ağdam rayon Xındırıstan kəndi ərazisində abadlıq və yaşıllaşdırma işləri

"Oskar-Ar" MMC

145 600 AZN

06.11.2023 13:09

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon Qaradağlı kəndi ərazisində fərdi yaşayış evinin tikintisi

"Oskar-Ar" MMC

58 991 AZN

09.08.2023 12:21

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində fərdi yaşayış evinin təmiri və şəhid muzeyinin tikintisi işləri

"Oskar-Ar" MMC

47 690 AZN

03.07.2023 17:55

4

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində Abadlıq işləri

"Oskar-Ar" MMC

149 579 AZN

03.07.2023 17:15

5

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində abadlaşdırma (yaşıllaşdırma) xidmətlərinin ödənilməsi işləri

"Oskar-Ar" MMC

294 541 AZN

05.06.2023 10:53

YEKUN : 696 401
1

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu ərazisində 2- ci mərhələ yolların əsaslı təmiri

"Luxoil Company" MMC

27 299 AZN

17.08.2023 10:39

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam Rayon İcra Hakimiyyəti inzibati binasının cari təmiri işləri

"Luxoil Company" MMC

20 000 AZN

03.07.2023 17:55

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu Quzanlı qəsəbəsi daş evlər adlanan ərazidə yaşayış evlərinin təmiri

"Luxoil Company" MMC

166 456 AZN

11.04.2023 18:17

4

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon ərazisində yolların əsaslı təmiri

"Luxoil Company" MMC

242 691 AZN

10.04.2023 18:36

YEKUN : 456 446
1

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayonu Quzanlı qəsəbəsi ərazisində küçə işıqlanması üçün mal-materialların alınması və təmiri

"Qarabağ Təmir-Tikinti" MMC

28 893 AZN

04.12.2023 14:54

2

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində abadlaşdırma ( yaşıllaşdırma) xidmətlərinin ödənilməsi

"Qarabağ Təmir-Tikinti" MMC

14 995 AZN

06.11.2023 16:46

3

Ağdam Rayon İHB-nın Quzanli Ərazi Nümayəndəliyi

Ağdam rayon Quzanlı qəsəbəsi ərazisində küçə işıqlarının təmiri

"Qarabağ Təmir-Tikinti" MMC

54 339 AZN

12.04.2023 16:58

YEKUN : 98 227

1

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

“Hidrotexniki Qurğular, İstismar Yolları, Boru Kəmərləri və Kanalların Cari Təmiri Üçün Mal-Materialların” Satın Alınması

"Art-Proje" MMC

24 607 AZN

19.07.2023 10:46

2

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Subartezian quyularının cari təmiri üçün ehtiyat hissələrinin satın alınması

"Art-Proje" MMC

282 944 AZN

09.06.2023 17:55

YEKUN : 307 551
1

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Nasos aqreqatlarının cari təmiri üçün ehtiyat hissələrinin satınalınması

"Kaskad - Hidro M" MMC

283 116 AZN

01.06.2023 14:47

2

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu İmamqulubəyli kəndi ərazisində abadlıq işləri

Sutikinti -Təmir MMC

239 996 AZN

14.12.2023 11:02

3

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon İmamqulubəyli kəndi ərazisində Şəhidlər abidəsinin qurulması işləri

"Ayhan A.Q." MMC

236 494 AZN

05.06.2023 14:53

4

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"Suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin lil və çöküntüdən təmizlənməsi" işlərinin satınalınması

"Ctc Servis" MMC

195 909 AZN

05.10.2023 11:07

5

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"Suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin lil və çöküntüdən təmizlənməsi" işlərinin satınalınması

"Aztikintiservis" MMC

114 528 AZN

04.08.2023 18:08

6

"Ağdam Rayon Mərkəzi Xəstəxanasi" PHŞ

Sürtkü materiallarının, nəqliyyat vasitələrinin əsaslı və cari təmir işlərinin satınalınması

"Gülay 2012" MMC

99 455 AZN

03.10.2023 15:48

7

"Ağdam Rayon Mərkəzi Xəstəxanasi" PHŞ

Mətbəə məhsullarının, dəftərxana və təsərrüfat mallarının satınalınması

"Azimut Təchizat" MMC

69 606 AZN

28.07.2023 14:34

8

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Nəqliyyat vasitələri və mexanizmlər üçün ehtiyat hissələrinin satınalınması

"Avto Texnika Detaling" MMC

55 908 AZN

25.06.2023 14:44

9

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təmir işləri

"Yuzar İnşaat" MMC

46 752 AZN

26.04.2023 10:08

10

Ağdam Rayon İcra Hakimiyyəti

Ağdam rayonu Qaradağlı kəndi ərazisində qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin sökülüb yenidən tikilməsi

"Ağdam Layihə Tikinti" MMC

38 999 AZN

24.05.2023 16:53

11

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

"1 ədəd Ergi ərazisində yerləşən 10/01 reper nömrəli subartezian quyusunun əsaslı təmiri (Yeni kalonun qazılması,eletrik təsərrüfatının təmiri,su sayğacının quraşdırılması,abadlıq işlərinin görülməsi və layihə-smeta sənədinin hazırlanması) ” işlərinin satınalınması

"İqbal-R" MMC

32 107 AZN

15.11.2023 10:34

12

Azərbaycan Meliorasiya və Su Təsərrüfati ASC-nin Ağdam Mexaniki Suvarma İdarəsi

Sürtgü materialların satınalınması

"Technoil" MMC

12 661 AZN

05.07.2023 16:41

YEKUN : 1 425 531

CƏMİ : 2 984 156
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndidəki oyunu idarə etmiş hakim: “Həyatımın ən vacib matçı idi”

“Bu, həyatımın ən vacib matçı idi”.

Bunu Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib.

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib:

“Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi. İnsanlar da “şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirirdilər. Döyüşçü kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik”.

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Təhsilimizin "sistem"i donub, problemi görməzdən gəlir - Şagirdlər təhsil "ocaq"larında "istilik" axtarır...

Təhsil sektorunda o qədər problemlər var, yazmaqla bitməz. Keyfiyyət çox aşağıdır, şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlarda yalnız geri getdiyimizi görürük. Müəllimlərin nəzərəçarpan hissəsi peşəsini lazımi səviyyədə bilmir. Bölgələrdə təhsil ocaqlarının vəziyyəti ürəkaçan deyil. Qış gələndən isə məktəblərin isidilməsi problemi ön plana çıxıb.
Bizimyol.info xəbər verir ki, bir-birinin ardınca müxtəlif təhsil müəssisələrinin qızdırılmaması ilə bağlı məlumatlar gəlir. Lənkəranda 9 saylı məktəbdəki duruma görə valideynlər dilə gəlib. Onlar uşaqların dərsdə soyuqdan dayana bilmədiklərini deyir. Mingəçevirdə müəllim sinifdə şagirdlərin gödəkçədə əyləşdiyini göstərən video çəkib. O, bu şərtlərlə dərs keçməyin mümkünsüzlüyünü göstərməyə çalışıb. Bakı Dövlət Universitetinin tələbələri isə soyuqdan donmalarına özünəməxsus şəkildə etiraz edib. Onlar rektor Elçin Babayevə ərizəni birbaşa lövhəyə yazıblar. Burada istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılmasına göstəriş verilməsi xahiş olunur. Dərdini lövhəyə yazmaq ideyasının hüquq fakültəsinin tələbələrinə məxsus olduğu iddia edilir.

Bakı Dövlət Universitetindən məsələyə münasibət bildirilib. Açıqlamada təhsil müəssisəsində istiliklə bağlı hər hansı problemin olmadığı qeyd edilib. Başqa cavabı gözləməyə də dəyməzdi.

Ümumiyyətlə, Azərbaycanda bütün sektorlarda oxşar vəziyyət yaranıb. Heç bir halda tənqid dilə gətirilə bilməz, çatışmazlıqlar ört-basdır edilməlidir, deyilməməlidir. İşçi və ya tələbə heyətindən kimsə problemi açıb-ağartsa, buradan uzaqlaşdırıla bilər.

Əslində, tamam başqa cür olmalıdır. Problemi hamıdan əvvəl müəssisə rəhbərliyi görməlidir. İstilik problemi o qədər davam edib ki, tələbələr bu barədə lövhədə yazmalı olub. Mingəçevirdə işləyən müəllim də bir müddət gözləyəndən sonra məsələni ictimailəşdirmək qərarına gəlib. Yəni problem vaxtında həllini tapa bilər. Bunun üçün çox da böyük iradəyə ehtiyac yoxdur. Sadəcə, işinə məsuliyyətlə yanaşmaq və vəzifəni vicdanla yerinə yetirmək kifayətdir.

Tutaq ki, hər hansı müəllim və ya tələbə problemi ictimaiyyətə çatdırıb. Dünya dağılmır. Problem varsa, həll olunmalıdır. Müəllim və tələbələrin müəssisədə tədrislə normal şərtlər çərçivəsində məşğul olmağa haqqı var. Ola bilməzmi ki, universitetdə istilik problemi yaranmasın, amma kimsə çıxıb lövhəyə bu haqda yazsın. İctimaiyyəti o cür açıqlamalarla aldatmaq heç ağıllı davranış da deyil. Problemi etiraf edib qısa zamanda yoluna qoymaq lazımdır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əmanətçilərə qarşı kobud və laqeyid münasibət - Mərkəzi Bankının sədri Taleh Kazımova MÜRACİƏT(VİDEO))

Bir qrup vətəndaş Əmanətlərin Sığortalanması Fondunda üzləşdikləri problemlərlə vağlı Azərbaycan Respublikası Mərkəzi Bankının Sədri Taleh Kazımova müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

"Hörmətli Taleh müəllim! Biz “NBC Bank” ASC-nin əmanətçiləri yazıb nəzərinizə çatdırırıq ki, Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)-131/2020 nömrəli qərarı ilə “NBC Bank” ASC müflis elan edilmiş və iflas proseduru başlanılmış. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu “NBC Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir. “NBC Bank” ASC-nin əmanətçilər tərəfindən kreditorlar cəmiyyəti yaradılmış, sədr və müavinlər təyin olunmuşdurlar. Bank artıq 3 (üç) ildən artıqdır ki, bağlanıb, həmçinin kreditorlar cəmiyyəti də bu müddət ərzində artıq yaranıb. Lakin ləğvedici qismində çıxış edən Əmanətlərin sığortalanması Fondu kreditor cəmiyyəti ilə heç bir informasiya ilə bölüşmür, əmanətçilərə qarşı çox kobud və laqeyid bir münasibət göstərir. 2020-ci ildən indiyədək biz kreditorlar, əmanətçilər dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişik, istər yazılı, istərsə də şifahi şəkildə, lakin müraciətlərimiz cavabsız qalıb."

Əmanətlərin Sığortalanması Fondu ilə “NBC Bank” ASC-nin təsisçisi (sahibi) Əliyev Nurunun iş birliyinə daxil olmasını iddia edən zərərçəkmişlər qeyd edirlər ki, hər dəfə Fondda əmanətçilər toplantıya yığışanda, Fondun heç bir məsul şəxsi bizim yığıncağa gəlmir, heç bir informasiyanı bizimlə bölüşmürlər:

"Bildiyiniz kimi, biz əmanətçilərin bankda olan pulları bankın balansında olan əsas vəsaitlərin satışı, kredit və sair debitor borcların yığılması hesabına ödənməlidir. Ona görə biz əmanətçilər kreditorlar cəmiyyəti yaradaraq, Əmanətlərin Sığortalanması Fondunda tez tez görüşlər keçirtmək üçün ora üz tuturduq bu üç il ərzində. Məqsədimiz Fondun bu barədə bizə məlumat verməsi, onlarda olan informasiya ilə bölüşməsi idi. Çünki bu bizim qanuni haqqımızdı. Lakin hər dəfə Fondda əmanətçilər toplantıya yığışanda, Fondun heç bir məsul şəxsi bizim yığıncağa gəlmirdi, heç bir informasiya ilə bölüşmürdü. Bizə Fondun Hüquq departamentinin əmakdaşı tərəfindən bütün verdiyimiz suallara yalnız bir cavabı olurdu: “Bu məxfi informasiyadı”. Vəssalam. O boyda Fondun hüquqşunasının verdiyi cavab təsəvvür edin. Əslində Bankın balansında olan bütün əmlakı satılmalı, kreditorlara olan borclar ödənməlidir. Bizdə olan informasiyaya görə isə bankın balansında olan əmlakın satış prosesi aşağıda qeyd etdiyimiz şəkildə baş verir: Əmanətlərin Sığortalanması Fondu ilə “NBC Bank” ASC-nin təsisçisi (sahibi) Əliyev Nuru iş birliyinə daxil olub, Bankın bütün əmlaklarını Əliyev Nuru özü dəyər dəyməzə əldə edib və Fond da buna şərait yaradıb. Eyni zamanda da, bizdə olan informasiyaya görə, Fondun əməkdaşlarına “Nurgun Motors” tərəfindən xeyli miqdarda böyük endirimlər ilə həm şəxsi, həm də korporativ isfidayə üçün avtomobillər təqdim olunmuşdur."

Əmənətçilər məktubda qeyd edirlər ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciətləri Əmanətlərin Sığortalanması Fonduna yönləndirilsə də, fonddan onlara nə yazılı, nə də şifahi heç bir xəbərdarlıq təqdim olunmayıb:

"Həmçinin məlumat olaraq bildiririk ki, biz əmanətçilər toplanaraq, yuxarıda qeyd olunmuş məsələlər barəsində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciətlərimiz olub. Qeyd olunmuş idarələrə edilmiş şikayət müraciətlərin araşdırılması üçün, təkrar olaraq məktublarımız Əmanətlərin Sığortalanması Fonduna yönləndilib. Fonddan isə Bizə nə yazılı, nə də şifahi heç bir cavab təqdim olunmayıb. İndi biz əmanətçilər Sizdən soruşuruq, necə olur ki, hər hansı bir hüquqi və ya fiziki şəxs tərəfindən hökümətin bir manat belə vəsaiti mənimsənəndə və yaxud da büdcəyə borc olanda dərhal həmin şəxslər tərəfindən xüsusi ölçü götürülür və vəsaitlərin ödənməsi tam təmin edilir. Lakin biz əmanətçilərin pulları konkret adı da məlum olan Bank, Fond və onların yüksək vəzifəli şəxsləri tərəfindən yeyilir və bu barədə aidiyyatı qurumlar tərəfindən heç bir tədbir görülmür."

Ümumilikdə 2 000 000 (iki milyon) manat alacaqları olan əmanətçilər Mərkəzi Bankının sədri Taleh Kazımova MÜRACİƏT edərək məsələyə ciddi yanaşaraq problemləri həll etmək üçün onlara yardımçı olmalarını xahiş edirilər:

"Xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz məsələlərə ciddi yanaşıb, araşdırasınız. Biz əmanətçilər Bankda olan pullarımızın nə zaman qaytarılması barədə məlumat bilmək istəyirik. Həmçinin nəzərinizə çatdırırıq ki, əmanətçilərimizin arasında şəhid ailələri, qazilər, müharibə iştirakçiları, əlillər, təqaüdçülər, az təminatlı ailələr və eyni zamanda da hüquqi və fiziki şəxslər var. Ümümilikdə əmanətçilərin bankda qalan toplam əmanət məbləği təxminən 2 000 000 (iki milyon) manat təşkil edir. Əmanətçilərin siyahısı ərizəyə əlavə olunur."

Fiziki şəxs əmanətçilərin siyahısı:

1. Namazova Gülzar Məşədi qızı – 11000 AZN (II qrup əlil, yazıçı və jurnalist, sığortasız fiziki şəxs əmanətçi).
2. Hüseynova Aynur Hüseyn qızı – 1000 AZN (əlaqə 0518771130, FİN: 2GZM3C5, sığortasız fiziki şəxs əmanətçi).
3. Vəliyeva Günel Hüseyn qızı – 5000 AZN (sığortasız fiziki şəxs əmanətçi).
4. Məmmədova Rəna Əlilağa qızı – 14350 AZN (fiziki şəxs əmanətçi).
5. Novruzov Rza Arif oğlu – 75000 AZN (fiziki şəxs əmanətçi).
6. Novruzov Məhməli Məhəmməd oğlu – 50181 AZN (fiziki şəxs əmanətçi).
7. Rəsulova Vahidə Qədir qızı – 48500 AZN (əlaqə 0552935105, AZE 17169737, Fin: 0Y363VG, sıöortasız fiziki şəxs əmanətçi).
8. Məmmədov Rövşən Ənvər oğlu – 20000 AZN (fiziki şəxs əmanətçi).
9. Eynullayev Ramiz Mahir oğlu – 2000 AZN (əlaqə 0503294877 fiziki şəxs əmanətçi).
10. Seyidməmmədov Rəhim Fuad oğlu – 11000 AZN (fiziki şəxs əmanətçi).
11. Bayramlı Fəridə Ənvər qızı – 4000 AZN (fiziki şəxs əmanətçi).
12. Əhmədov İlqar Bəylər oğlu – 115665 AZN (fiziki şəxs əmanətçi).
13. Əhmədov Bəylər Bəybala oğlu – 42370 AZN (fiziki şəxs əmanətçi).
14. Əliyev Ayaz Murad oğlu – 17000 AZN (fiziki şəxs əmanətçi).
15. Babayeva Səlvinaz Xudu qızı – 35000 AZN (fiziki şəxs əmanətçi).
16. Babayev Həsən Qərib oğlu – 12000 AZN (fiziki şəxs əmanətçi).
17. Yaqubova Müşkünaz Xudaverdi qızı – 35000 AZN (fiziki şəxs əmanətçi).
18. Daşdəmirova Kifayət Xudu qızı – 6000 AZN (fiziki şəxs əmanətçi).
19. Seyidov Cəmil Mirəziz oğlu – 16000 AZN (fiziki şəxs əmanətçi).
20. Xıdırov Ələkbər Sarus oğlu – 2500 AZN (fiziki şəxs əmanətçi).
21. Xıdırov Məhəmməd Ələkbər oğlu – 1600 AZN (fiziki şəxs əmanətçi).
22. Nəsrullayev Rəşad Nəsrulla oğlu – 2700 AZN (fiziki şəxs əmanətçi).
23. Abdullayeva Nüşabə Rüstəm qızı – 26000 AZN (AA 5104799, FİN: 1k4BFFS, bank likvidasiya olunduğunu bildikdən sonra mənim depozitimi qəbul ediblər, fiziki şəxs əmanətçi).
24. Məlikov Məlik Cəbrayıl oğlu -60000 AZN (fiziki şəxs əmanətçi).
25. Əbilova Nuriyə Xudu qızı – 22000 AZN (fiziki şəxs əmanətçi).
26. Rüstəmov Ramil Teyyub oğlu - (fiziki şəxs əmanətçi).
27. İsazadə Fidan Nizami oğlu - (fiziki şəxs əmanətçi).
28. İsazadə Cəmil Mirəziz oğlu - (fiziki şəxs əmanətçi).
29. Balayev İlham Əsədulla oğlu - (fiziki şəxs əmanətçi).
30. Əliyev Vüsal Qədir oğlu - (fiziki şəxs əmanətçi).
31. Cəfərov Fikrət Əmir oğlu - (fiziki şəxs əmanətçi).
32. İsgəndərov Ülfət Əlibayram oğlu - (fiziki şəxs əmanətçi).
33. İsmayılov Rəcəb Abasəli oğlu - (fiziki şəxs əmanətçi).
34. İbrahimova Sevda Rafiq qızı - (fiziki şəxs əmanətçi).
35. Hüseynova Samirə Tofiq qızı - (fiziki şəxs əmanətçi).
36. Quliyev Feyzulla Sabbar oğlu - (fiziki şəxs əmanətçi).
37. Qasımov Şamxal Adil oğlu - (fiziki şəxs əmanətçi).
38. Əliyev Elmin Elçin oğlu - (fiziki şəxs əmanətçi).
39. Süleymanova Lyudmila Vasilyevna - (fiziki şəxs əmanətçi).
40. Karpuxina Svetlana Mixaylovna - (fiziki şəxs əmanətçi).


Hüquqi şəxs əmanətçilərin siyahısı:


1. “Fresh Foods Supply” MMC- Abdullayev Əmir – 54000 AZN (Hüsuqi şəxs əmanətçi).
2. Fərdi sahibkar Şahvələdov İlqar Zakir oğlu – VÖEN:7700579632, AZE 17019984, FİN: 4EV9WX0 – 14968,76 AZN (fərdi sahibkar əmanətçi).
3. “CAPİTAL-K” MMC – 42867,41 AZN (Hüquqi şəxs əmanətçi).
4. “AZ-TEX İMPORT” MMC – 115000 AZN (Hüquqi şəxs əmanətçi).
5. “FORSAGE COUCASUS” MMC – 90000 AZN (Hüquqi şəxs əmanətçi).
6. “ALBAN UDİ XRİSTİAN DİNİ İCMASI” – Robert Mobili (Hüquqi şəxs əmanətçi).
7. “ASTİKO-B” MMC – Həsənov Əkrəm Şirvan oğlu (Hüquqi şəxs əmanətçi).
8. “PREMİER” MMC – Məmmədov Kənan Ədalət oğlu (Hüquqi şəxs əmanətçi).
9. “ŞƏMKİR ÇÖRƏK EVİ” MMC – (Hüquqi şəxs əmanətçi).
10. GLOBAL DRİLLİNG SOLUTİONS” MMC – (Hüquqi şəxs əmanətçi).
11. İPOTEKA ZƏMANƏT FONDU – (Hüquqi şəxs əmanətçi).
12. “AZƏRİKARD” MMC – (Hüquqi şəxs əmanətçi).
13. MİLLİ DEPOZİT MƏRKƏZİ – (Hüquqi şəxs əmanətçi).
14. “KOÇSİSTEM AZƏRBAYCAN” MMC – (Hüquqi şəxs əmanətçi).
15. BAKI FOND BİRJASI – (Hüquqi şəxs əmanətçi).
16. Azərbaycan Respublikası KNT tabeliyində Dövlət Toxum Fondu – (Hüquqi şəxs əmanətçi).
17. “ELEKTRİK NN” MMC – Cəfərov Nizami 17700 AZN – (Hüquqi şəxs əmanətçi).

Cavabdeh tərflərin mövqeyini işıqlandırmağa hazırıq!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb - ƏMR

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı "Report"a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - "Sea Breeze” işində prokurora suallar verildi

"Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - "Sea Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb.

3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə "Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar aparılır. İttihama görə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir, təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə, davanın dostu Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib.

Dekabrın 26-da Elnur Məmmədov yenə də prosesə gəlməmişdi. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı elan etdi.

İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə "Sea Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər. Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, sorğudan açıq-aşkar Peyman Vəlizadə və Murad Əhmədli ittihamda göstərilən zaman (23:00 radələri) "Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olmaları görünür. Vəkil hər iki şəxsin hərəkət traektoriyasında olan telefon-anten ötürücülərinin yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Hər iki şəxsin "Sea Breeze”yə gecə saat 4:44 və 4:52-yə gəldikəri sorğudan görünür:

- Sorğuya cavabla işdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür, bu şəxslər "Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının məqsədini izah edib: "Bu sübutu sorğunu verib ona görə alırıq ki, görünsün ki, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, guya, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik.

Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində başlayıbsa, o halda Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora çatardılar. "Bizim Cəbiş müəllim” filmində olduğu kimi, "Çəkilin, Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi. Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə qalmış gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğurdan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir.

Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə "Sea Breeze”də olmayıblar.

Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, "Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz.

Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda "Sea Breeze”də olmayıblar: "Onlar davadan 4 saat sonra "Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.

Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir.
Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını çatdırdı. Elnur Məmmədovun nümayəndəsinin mövqeyi fərqli olmadı.
Vəkil Abbas Kərimbəyli isə dövlət ittihamçısına etiraz etdi: "Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğudan cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz? Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq deyil, camaat 7 aydır "içəri”dədir, ortada videolar da var. Prokuror vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib gətirib burada oturulmasını tələb etmək əvəzinə... onun "podelniki” Cavad da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən, bütün videolara düşən sən, "içəri”də yatan biz”.

Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət ərizəsi yazacaq: "Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnr barəsində qərar var. Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur, olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşqlar "içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!
Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın, dövlət ittihamçısına söz verin. Prokurorun işin uzadılmasında məqsədi nədir? Cavan uşaqlar "içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün mövqe deyil. Xahiş edirəm ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır.

Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin "Sea Breeze”də olmadığını deyib.

Məhəmməd Həsənzadə hakimdən söz istədi: "Möhtərəm hakim, Elnur özü burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.

Dövlət ittihamçısı müdaxilə edir:
-Elnur Məmmədov elə söz deməyib.

Məhəmməd Həsənzadə:
-Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik, dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə yanaşmadır?

Dövlət ittihamçısı:
-O zərərçəkəndir.

Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Niyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?
Dövlət ittihamçısı:

-Elnurun barəsində cinayət işi ayrılıb.

Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda yekunlaşdırılsın. Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda lombarddan yoxa çıxan qızıllar: Qalmaqal böyüyür - TƏFƏRRÜAT

Bakının “Nizami” metrostansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardla bağlı qalmaqal böyüyür.

“Cebhe.info” xəbər verir ki, müştərilərə dələduzluq etdiyi iddiası ilə gündəmə gələn lombard rəhbərliyinin son addımı vəziyyəti kəskinləşdirib.

Belə ki, “Lombard Xəyal” kimi tanınan şəxs tərəfindən müştərilərə 29 dekabra qədər vaxt verilmişdi. Onlara həmin tarixə qədər qızıllarının qaytarılacağı vəd olunmuşdu. Lakin görünən odur ki, vədlər yenə də yerinə yetirilməyəcək.

Çünki lombardın yerləşdiyi obyekt artıq icarəyə verilib. Bununla bağlı məlumat lombardın qapısına yapışdırılıb. Xatırladaq ki, müştərilər sözügedən lombarda borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Onlara daha öncə də qızılların 15 gün sonra veriləcəyi deyilsə də, bu, baş tutmamışdı.

Qızıl girovlarını heç bir şəkildə geri ala bilməyən şikayətçilər Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan “Lombard Xəyal” olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.

Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər var. Dələduzluğa məruz qalanlar arasında "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin əməkdaşı da var.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO