[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bakıda dəhşətli cinayət: Kişi ona baxmaqdan imtina edən qadını qətlə yetirib - CİNAYƏT İŞİ

Bakının Xəzər rayonunda 1967-ci il təvəllüdlü Mahmud həyat yoldaşı Şəlaləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mahmudun arvadı Şəlalə ilə 11 fevral 2023-cü ildə saat 7 radələrində mübahisəsi yaranıb. O, arvadından su gətirməsini istədikdə belə cavab alıb: “Dur rədd ol, get suyu özün iç, mən sənə su gətirə bilmərəm! Sən bu buyruqlarınla artıq məni bezdirmisən, ölmürsən ki, canım səndən qurtarsın. Bir də mənə iş buyursan, səni bıçaqlayacağam!”

Bu sözlərdən qəzəblənən Mahmud arvadına kəsici-deşici alətlə 29 zərbə vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

İstintaq orqanı tərəfindən Mahmudun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahmud ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ali təhsillidir, həm də II qrup əlildir: “Əvvəllər Azərbaycan Dövlət Yer Quruluşu Layihə İnstitutunda texnik, böyük texnik və mühəndis kimi fəaliyyət göstərmişəm. Daha sonra mətbuatda jurnalist olaraq çalışmışam.

Son zamanlar səhhətimlə əlaqədar işləməmişəm. Hadisəyə qədər Xəzər rayonunda arvadım Şəlalə və qızım Aydanla birlikdə yaşamışam. Şəlalə gözəllik salonunu işlədib. Əvvəllər Şəlalə ilə münasibətlərimiz yaxşı olub. 30 ilə yaxındır böyrək, ürək və digər xəstləliklərdən əziyyət çəkirəm”.

Təqsirləndirilən şəxs deyib ki, 2023-cü ilin fevralında ürəyinə stent qoyulub və bundan sonra səhhətindəki problemlər kəskinləşməyə başlayıb:

“Həmin ərəfədə arvadım Şəlalənin mənə diqqət və qayğısı azalmışdı. Dəfələrlə psixi və nevroloji xəstəliyimlə bağlı müalicə almışam. Hadisədən bir qədər əvvəl psixi və nevroloji xəstəliyimin təzahürləri yenidən baş qaldırdığından Şəlalə ilə birlikdə psixiatr qəbulunda oldum. Həyat yoldaşım mənə əvvəllər çox yaxşı qulluq etsə də, ürəyimə stent qoyulandan sonra münasibətlərimiz pisləşdi. Şəlalədən təzyiqimi ölçməsini, dərman içmək üçün su gətirməsini xahiş edəndə isə xahişlərimi yerinə yetirmirdi. Deyirdi ki, mən də yaşlı adamam, öz işlərini, özün gör.

Son zamanlar Şəlalə məni “şərəfsiz”, “ləyaqətsiz” adlandıraraq təhqir etməyə başlamışdı. Bütün bunlar səbrimi tükəndirsə də, Şəlaləni mülayim şəkildə sakitləşdirməyə çalışırdım. Səhhətimin yaxşı olmadığı üçün özümə qulluq edə bilmədiyimi, ondan kömək gözlədiyimi başa salmağa cəhd edirdim.

Lakin o, dinləmək istəmir, mənə qulluq etməkdən yorulduğunu bildirirdi. Mənə qarşı təhqiramiz və ləyaqəti alçaldan ifadələr işlədir, mənimlə yad adam kimi rəftar edirdi. Dəfələrlə xəstə olduğumu desəm də, sözlərimə məhəl qoymurdu. Məni təhqir etməməsini, şəxsiyyətimi alçaltmamasını xahiş etsəm də, bəzən mənə əl-qol atır, məni daha da qıcıqlandırırdı. Bəzən mübahisə zamanı polis çağıracağını və məni dəlixanaya saldıracağını deyirdi.

Bununla belə, özümü təmkinli aparır və Şəlaləni sakitləşdirməyə çalışırdım. Hətta qızlarım da bizim mübahisə etdiyimizi, küsülü olduğumuzu görürdülər. Onlar bizə mehriban olmağı, münasibətlərimiz alınmırsa, boşanmağımızı məsləhət görürdülər.
Mənim həyat yoldaşımdan boşanmaq niyyətim olmayıb. Şəlalə isə lazım olarsa, məndən boşanacağını bildirirdi. Qohum-əqrəbanın yanında isə mənimlə fərqli davranır, aramızda olan münasibəti hiss etdirməməyə çalışırdı. Ailə daxilində ikilikdə qaldıqda mənə qarşı çox aqressiv davranırdı.

Şəlalənin qəribə davranışları məni çaşbaş salırdı. Əvvəllər onun təhqirlərinə və pis rəftarına dözsəm də, son zamanlar səbrimin tükəndiyini hiss edir, nə edəcəyimi bilmirdim”.

Təqsirləndirilən şəxs deyib ki, fevralın 11-də səhər saatlarında hamı evdəymiş, qızı Aydan xalası qızı ilə Şahdağa tura getməyə hazırlaşırmış: “Saat 6 radələrində Aydan evdən getdi. Həmin vaxt mən və arvadım oyaq idik. Təxminən 2 saat sonra dərman içmək üçün Şəlalədən su gətirməsini xahiş etdim. Dedi ki, get cəhənnəm ol, özün özünə su gətir, məni narahat etmə, səni bıçaqlayaram.

Şəlalənin elə deməsi mənə çox ağır təsir etdi. Özümü heç vaxt o vəziyyətə salmamışam. Bu sözlərdən əsəbi halda durdum və mətbəxə keçərək su içdim. Sonra Şəlalənin az əvvəl mənə dediyi sözlər yadıma düşdü. Özümü ələ almağa çalışsam da, Şəlalənin işlətdiyi təhqiramiz ifadələr mənə rahatlıq vermədi”.

Mahmud qeyd edib ki, bu vaxt mətbəxdəki dəmir çapacaq gözünə sataşıb: “Çapacağı götürüb otağa qayıtdım. Şəlalə qulağında qulaqcıq, mobil telefona baxaraq yatağında uzanmışdı. Onu görəndə daha da qəzəbləndim və nə etdiyimi bir anda dərk etmədim.

Şəlaləyə yaxınlaşaraq heç nə demədən əlimdəki çapacaqla onun boyun nahiyəsinə güclü zərbə endirdim. Zərbədən baş boyundan kəsildi və güclü qan axmağa başladı. Qəzəb və hiddət içərisində nə etdiyimi bilmədən Şəlaləyə qeyri-ixtiyari çapacaqla zərbələ endirməkdə davam etdim.

Şəlalənin bədəninin hansı nahiyyələrinə zərbələr endirdiyimi və zərbələrin sayını xatırlamıram. Bir qədər sonra qəzəbim soyumağa başladı. Sanki yuxudan oyandım. Bədənim gərginlikdən azad olunmuş kimi boşaldı, çökmüş vəziyyətdə aşağı oturdum. Çapacaq əlimdən aşağıya doğru sallanan vəziyyətdəydi. Şəlalə tam hərəkətsiz halda yerdə uzanıqlı qalmışdı, boynundan, qollarından qan axırdı. Səsi və nəfəsi olmadığını gördüm, artıq öldüyünü yəqin etdim.

Daha sonra gedərək əl-üzümü yudüm. Qardaşıma, qızıma və daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Əməlimdən peşmanam”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mahmud 12 il müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elxan Əsədov da vəzifəsindən azad edildi


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini işdən çıxarılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elxan Xəlil oğlu Əsədov sözügedən vəzifəsindən azad edilib.

Qeyd edək ki, 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olan Elxan Əsədov uzun illər FHN-də çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sosial şəbəkədən istifadə psixi sağlamlığa necə təsir edir?

Sosial şəbəkə istifadəsini gündə otuz dəqiqə azaltmaq psixi sağlamlığı yaxşılaşdırır.

Bu, Almaniyada aparılan araşdırma nəticəsində məlum olub.

Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial şəbəkədən istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb. Araşdırma “Davranış və İnformasiya Texnologiyaları” jurnalında da dərc olunub.

Qeyd olunur ki, tədqiqatda 166 iştirakçı iki qrupa bölünüb. Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stres səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğular keçirilib. Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirib, ikinci qrup isə bir həftə ərzində gündəlik sosial media istifadəsini otuz dəqiqə azaldıb. Nəticədə ikinci qrupdakı insanlarda ruhi cəhətdən daha yaxşı hiss etdikləri və işlərinə daha çox diqqət yetirərək bundan daha çox məmnun olduqları aşkara çıxıb.

Araşdırmanın müəlliflərindən olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia bildirib ki, beynimiz daim diqqəti yayındıran amillərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial şəbəkəni yoxlamaq üçün işini yarımçıq qoyan insanlar daha çətin anlar yaşayırlar.(Modern)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Süpürgəçi həmkarını boğub öldürdü

Leninqrad vilayətində qətl törədən qadın təslim olub.

Hadisə dekabrın 21-nə keçən gecə Sankt-Peterburqun Kuzneçnoye kəndinin Yubileynaya küçəsində baş verib.

Polis əməkdaşları orada yaşayan 56 yaşlı kişinin meyitini mənzilin döşəməsində aşkar ediblər. Müəyyən edilib ki, 36 yaşlı qadın sərxoş vəziyyətdə mübahisə zəminində dostunu döyərək boğub. Məlum olub ki, şübhəli şəxs xadimə işləyir və əvvəllər bir neçə dəfə məhkum olunub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.//Lent.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş bölmə rəisi Naxçıvan Baş Gömrük İdarəsinən narazıdır – Nə baş verib?

Gömrük polkovnik-leytenantı Süsənbər Ağamalıyeva Naxçıvan Baş Gömrük İdarəsini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, Süsənbər Ağöamalıyevanın məhkəməyə müraciət etməsi işdən çıxarılması ilə bağlıdır.

O, Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsi Gömrük Mühafizə Xidməti İnzibati İdarəetməninin təşkili Bölməsinin rəisi vəzifəsində işləyib. 2021-ci ildə isə tutduğu vəzifədən azad edilib.Həmin vaxt qurumun rəhbəri Səhət Həbibəyli olub.

Naxçıvan MR Dövlət Gömrük Komitəsi 2022-ci ildə ləğv edilib. Onun bazasında Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə isə Vüqar Əliyev təyin edilib.

Süsənbər Ağamalıyevanın işdən çıxarılması ilə bağlı mediada yayılan müraciətində qeyd edilir ki, Səhət Həbibəylinin qərarı qanunsuzdur.

Keçmiş bölmə rəisinin sözlərinə görə, onu işdən çıxarmaq üçün tibbi komissiya təşkil edilib. Komissiya isə səhhətinin gömrükdə işləmək üçün yetərsiz olduğuna qərar verib.

Süsənbər Ağamalıyeva qərarla bağlı məhkəməyə müraciət edib. İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini Süsənbər Ağamalıyeva verib. Dekabrın 26-na iş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilib. İclas hakim Sənan Qarayevin sədrliyi ilə keçiriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məşhur şirkətin vergi borcu yarım milyonu ötdü, rəhbəri məhkəməyə verildi

“Cəlilabad Şərab-2” ASC-nin İdarə Heyətinin sədri Məmmədəli Qocayev məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edib.

Buna səbəb isə ASC-nin yığılan vergi borcunun ödənilməməsi göstərilir. Şirkətin vergi borcu hazırda 550 min manatı ötüb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
Məhkəmə işi hakim Günay Namazovanın sədrliyi ilə araşdırılacaq. Əgər məhkəmə DVX-nin iddiasını təmin etsə, M.Qocayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, “Cəlilabad Şərab-2” ASC Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşir. 1999-cu ildə yaradılan şirkətin 352 786 manat nizamnamə kapitalı var. 50 nəfər ətrafında işçiyə sahibdir. M.Qocayev isə bu ilin may ayından şirkətə rəhbərlik edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kəmaləddin Heydərovun bacanağının şirkəti “Azərişığ”ı məhkəməyə verdi

“Azsığorta” ASC “Azərişıq” ASC-ni məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq.

Kənan Hüseynov iş üzrə hakim təyin edilib. İşin mahiyyəti barədə isə açıq mənbələrdə məlumat yoxdur.

Bütün növ saytların yığılması - EMBLEM.AZ
saytlarin yigilmasi
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

“Azsığorta” ASC-nin qeyri-rəsmi sahibi isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov isə Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda “AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kreml qorxur və qorxudur: - “Rusiya dağılacaq”


Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına müsahibəsi zamanı Qərbin Rusiyanı hissələrə bölmək, özünə tabe etdirmək və resurslarından istifadə etməklə onu məhv etmək istəyində olduğunu deyib. Bildirib ki, Qərbin son illərdə yürütdüyü siyasət bu məqsədə xidmət edir.

“Ən yaxşısı Rusiyanı ABŞ-ın məşhur siyasətçisi Bjezinskinin təklif etdiyi kimi, beş yerə bölmək, bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etməkdir. Ancaq sonradan mənə bu anlayış gəldi ki, hər şeyin ayrı-ayrılıqda müstəqil çəkisi, müstəqil səsi olmayacaq və milli maraqları vahid Rusiya dövləti kimi müdafiə etməyəcək. Və ilkin yanaşma kifayət qədər sadəlövh idi. Əgər 2000-ci ilə qayıtmaq fürsəti olsaydı, o, özünü Qərbə qarşı çox sadəlövh və inandırıcı olmaqdan çəkindirərdi”, – deyə Putin söyləyib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə tam şiddəti ilə davam edir. Milyonlarla insan bu müharibənin qurbanı olub ki, onların arasında yüzminlərlə rus hərbçisi də var. Bu xüsusda Rusiya ilə Qərb arasında münasibətlər kəskin mərhələyə qədəm qoyub. Rusiyaya qarşı çovektorlu sanksiyalar tətbiq edən Qərb Ukraynanı silahlandırır, bütün mənalarda şimal qonşumuzu zəfilətməyə çalışır.

Bəzi ekspertlər Ukraynanın Qərbin dəstəyi ilə Rusiyanı məğlub edəcəyini, nəticədə Rusiyanın parçalanacağını düşünsələr də, əks qənaətdə olanlar, bu müharibədən Moskvanın qalib çıxacağını iddia edənlər də var.

Qərb doğrudanmı Rusiyanı parçalamaq niyyətindədir və Putinin də söylədiyi kimi, hissələrə bölə biləcəkmi?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında xatırladıb ki, tarixdə imperiyaların parçalanması halları olub: “Lakin Rusiyanın bunun qarşısını almaq üçün şansları var. Əgər şimal qonşumuz parçalanma təhlükəsindən yayınmaq istəyirsə, ilk növbədə sərt idarəetmə modelindən imtina etməlidir. Muxtariyyətlərə müəyyən səlahiyyətlər verməlidir. Bunları etməsə, təbii ki, Rusiya da digər imperiyalar kimi parçalana bilər”.

“Beynəlxalq münasibətlər sistemi kifayət qədər gərgindir və Rusiya anti-Qərb blokunun önündə gedən ölkələrdəndir. Belə olduğu təqdirdə Qərbin ona qarşı təzyiqləri də təbiidir. İki cinah döyüşür və tərəflərdən biri digərinə qalib gəlməyə çalışır. Putinin Rusiyanın beş yerə bölünəcəyi ilə bağlı açıqlaması da Kremldə mövcud olan narahatlıqdan qaynaqlanır. Hesab edirəm ki, daxildə islahatlar yolu ilə bundan yayına bilərlər”, - deyə deputat vurğulayıb.

Mollazadə Rusiya-Ukrayna müharibəsinin yekunlaşacağı tarixlə bağlı konkret fikir bildirməyə tələsmir: “Rusiya Ukraynaya qarşı işğalçılıq siyasəti yürüdür. Ukrayna da ərazi bütövlüyünü və suverenliyini qorumağa çalışır. Moskva diqtə ritorikasından əl çəkə bilmir və Ukraynanın da onun dediyi ilə oturub-durmasını, diktəsi ilə hərəkət etməsini istəyir. Onlar isə bunu qəbul etmirlər. Müharibə də məhz buna görə davam edir. Heç bir tərəf qəti üstünlük qazanmadığına görə müharibə bir müddət davam edəcək. Danışıqlar masası üçün tərəflərin müəyyən üstünlükləri olmalıdır”.

Putinin açıqlamasını AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, hazırda geopolitik durum “soyuq müharibə” dövründən daha təhlükəlidir: “Rusiyanın dağılması ilə əlaqədar müzakirələr uzun müddətdir davam edir. Hətta bununla bağlı öncəgörmələr də var. Rusiyanın başında elə bir şəxs dayanıb ki, faktiki olaraq nəhəng ölkəsini dağıdır. Bunun başqa adı yoxdur. Ukraynanı xaraba qoyublar. Yüzminlərlə rus hərbçisi ölüb. Bütün dünyanı Rusiya ilə düşmən edib. Ancaq imperalist maraqlarından əl çəkə bilmir. Putin ölkəsinin separatizm kartından istifadə etməkdə israrlı olduğuna dəfələrlə eyham vurub. Bu gün də ənənəvi siyasətini davam etdirir”.

“Təbii ki, bu yolun sonu yoxdur. Bu müharibələr, dağıdıcı cəhdlər yekunda Rusiyanın özünün dağılmasına gətirib çıxaracaq. İki ilə yaxındır ki, Kreml Ukraynada təcavüzkar siyasətini davam etdirir. Qərb də Ukraynaya lazımi səviyyədə dəstək vermir. Buna baxmayaraq, yenə də üstünlük qazana bilmir. Müəyyən inzibati resurslar hesabına daxildə böhranın, sosial-iqtisadi fəlakətin qarşısını alırlar. Lakin bu, sonsuza qədər belə davam edə bilməz”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Əlizadə əmindir ki, Rusiyanı qarşıda ağır günlər gözləyir: “Bunu Kremldə də bilirlər. Putin narahatdır və buna görə də dünyanı hədələyir. Ukraynaya təcavüzdən qabaq Qərbdən təhlükəsizliyinə təcili təminat istəyirdi. Ala bildimi? Təbii ki, yox. Kimdir bu təminatı verən? Rusiya ölkələrin müstəqil, suveren yaşamalarına imkan vermək istəmir. İstəyir ki, hər şey onun nəzarətində olsun. SSRİ rəhbərliyi də bu siyasəti yürüdürdü. Nəticə nə oldu? İmperiya dağıldı. Rusiya da dağılacaq”.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ev almayan tərcüməçi AYB-ni “topa tutdu”: - “Çingiz və Anar məni...”


"Azərbaycan Yazıçılar Birliyinin (AYB) ev bölgüsünə etiraz etməklə özümə düşmən qazandım".

Bunu "Cebhe.info"-ya açıqlamasında tanınmış tərcüməçi, şair-publisist Sevil Gültən deyib.

O bildirib ki, bu ölkədə sözün düzünü deyən hər kəsə düşmən olurlar:

"Normal halda, ya Çingiz müəllim, ya da Anar müəllim məni dinləməliydi, haqlı olub-olmadığımı özümə bildirməliydi. AYB-nin ev bölgüsünə etirazdan sonra Anar müəllim bir müsahibəsində ehtiyacı olan AYB üzvlərinə, yazıçılara maddi yardım edəcəyini açıqlamışdı.

Mənə məlumat verildi ki, o pulu artıq bölüşdürüblər, həmin an bilmədim ki, kimə yazam. Rəşad Məcid “Facebook”-da mənim dostluğumda yoxdur, qızım Gültənin dostluğunda vardı.

Yazdım ki, ay Rəşad müəllim, maddi yardım ən çox ehtiyacı olanlara ediləcəkdi, məndən çox ehtiyac olan kim vardı? Mən bilirəm ki, hamının buna ehtiyacı var, amma sözügedən maddi yardım həm də mənim haqqım idi. Heç olmasa, o pulu kaş mənə təklif edəydilər, heç, bəlkə də, mən götürməyəcəkdim.

Rəşad müəllimə bildirdim ki, əgər o maddi yardım mənim haqqım deyilsə, Anar müəllimlə birgə ehtiyac sözünün mənasını öyrənsinlər. Rəşad müəllim yazmışdı ki, mən həmişə Sevil Gültənə əlimdən gələni etməyə çalışmışam, mən də cavab olaraq yazdım ki, yaxşı çalışmırsan.

Eşitdiyimə görə, həmin maddi yardımı da tərcüməçi Nicat adlı birinə ediblər, yerdə qalan məbləği isə 3-4 qadın arasında bölüşdürüblər".

Sevil Gültən qeyd edib ki, yeni kirayə evə köçüb, amma hələ də rahatlıq tapa bilmir:

"Kirayəyə “od qiymətinə” pul ödəyirəm. Düşünürəm ki, mənəviyyat adamları mənim bu dediklərimə reaksiya verməlidir. Maraqlıdır, AYB-nin üzvlərinə, rəhbərlərinə mənəviyyat adamı demək olarmı? Mən artıq deməyə söz tapa bilmirəm..."

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən 21 nəfərə ev verilməsi narazlıqlara səbəb olmuşdu. Ev bölgüsünə etiraz edənlərdən biri də tərcüməçi Sevil Gültən idi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İşə yararsızamsa, əliliyimi versinlər, yox işləyə bilərəmsə, onda məni işlə təmin etsinlər" - GİLEY

Ağdam rayonu, Quzanlı qəsəbə sakini Cəfərov Şükür Bakir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğunu deyən şikayətçinin sözlərinə görə, dövlət tərəfindən ona nə əlillik dərəcəsi verilir, nə də sənədinə "sağlam" yazılır ki, gedib təhsili ilə bağlı bir işdə çalışsın:

“Mən, Cəfərov Şükür Bakir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hal-hazırda ali təhsilli ehtiyatda olan zabitəm. Şuşa döyüşlərinin iştirakçısı olmuşam. Döyüş vaxtı yaralandığım üçün ordu sıralarından istefaya buraxıldım. Artıq müharibənin üzərindən 3 il keçməyinə baxmayaraq, dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm, yenə də əlilliyimi təsdiq etmirlər.

Dəfələrlə Dövlət Məşğulluq Agentliyinə, Ağdam İcra Hakimiyyətinə, Müdafiə Nazirliyinə və Prezident Administrasiyasına iş üçün müraciət etmişəm, lakin heç bir köməklik göstərilmir. Məşğulluq İdarəsindən mənə fəhlə işi təklif olunur. Təhsilsiz də fəhlə işləsin, təhsilli də?! Ali savadlı, döyüş görmüş zabit dövlət qurumlarından iş istəyir, lakin köməklik göstərilmir. İşə yararsızamsa, əliliyimi versinlər, yox işləyə bilərəmsə, onda məni işlə təmin etsinlər.
Xahiş edirəm, mənə kömək edin, heç kəsdən pul, var-dövlət istəmirəm, sadəcə iş istəyirəm".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO