[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Araxamiya Zelenski və Putinin nə vaxt görüşə biləcəyini açıqladı
“Artıq Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüş zərurəti yaranıb”.

Bu sözləri Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

O, qeyd edib ki, sonuncu danışıqlar zamanı Zelenski ilə Putin arasında görüş məsələsi qaldırılıb, lakin həmin vaxt Rusiya nümayəndə heyəti bildirib ki, bunun üçün “daha ​​razılaşdırılmış saziş layihəsinin olması lazımdır”.

“Artıq bir həftə sonra danışıqlar prosesinin iştirakçılarından asılı olan məsələlər üzərində çalışmaq planlaşdırılır. Ümid edək ki, daha sonra ölkələrin prezidentləri görüşəcəklər”, - deyə D.Araxamiya bildirib.

Mənbə: Segodnya.ua
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna ordusundan sarsıdıcı zərbə: Rusiyanın altı generalı... - ADLAR
Rusiya silahlı qüvvələrinin komandanlığı Ukraynaya qarşı silahlı təcavüzün başlamasından bəri yüksək rütbəli zabitlər arasından bir neçə hərbi rəhbərini itirib. Zamantv.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahın məlumatında deyilir: “1-ci Tank Ordusunun komandanı general-leytenant Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb.

6-cı Ümumqoşun Ordusunun komandanı general-leytenant Vladislav Yerşov vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

35-ci Ümumqoşun Ordusunun komandanının müavini, qərargah rəisi general-mayor Sergey Nirkov ağır yaralanıb.

36-cı Ümumqoşun Ordu komandanının müavini, qərargah rəisi general-mayor Andrey Seritski ağır yaralanıb.

41-ci Ümumqoşun Ordusu komandanının müavini general-leytenant Andrey Suxovetski öldürülüb.

49-cu Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev həlak olub”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"İki həftə öncə şəkil şəkdirdiyim bu yerdə indi Azərbaycan ordusu dayanıb..." - A.Xaçikyan
Erməni jurnalist Armen Xaçikyan Xocalı rayonunun Fərrux kəndi yaxınlığında olub, real vəziyyəti öyrənib və Azərbaycan ordusunun əraziyə tam nəzarət etdiyini bildirib. Zamantv.az moderator.az-a istinadla xəbər verir ki, A.Xaçikyanın qeydlərini "Hraparak" nəşri təqdim edib.

"Azərbaycan qüvvələri Karaglux(Daşbaşı-S.L.) yüksəkliyində yerləşir və onlar xeyli güclənib. Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb" -deyə erməni jurnalist yazır.

A.Xaçikyan əlavə edir ki, Fərruxda erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir. O etiraf edir ki, Azərbaycan ordusu nəinki Qarabağ ərazisindəki Fərrux yaylasının bu istiqamətini nəzarətdə saxlamaqda davam edir, həm də Pirlər, Sərdarkənd və Xanabad istiqamətlərində irəliləyir. Eləcə də Daşbaşıdakı mövqeləri möhkəmləndikcə bu kəndlərin birbaşa görünüşünü təmin etməyə çalışır. Bu günə qədər traktorlar artıq yüksəkliyə yol açıblar ki, bu da texnikanın hərəkətini və təchizat prosesini təmin edir...

Erməni yazar həyəcanla bundan sonra Qarabağdakı separatçıları gözləyən digər təhlükələrdən də bəhs edir. A.Xaçikyan bildirir ki, Azərbaycan ordusu Ağdam rayonunun separatçı rejimin nəzarətində qalmış "Nor Seysulan" adlanan Yeni Qaralar kəndi(Sırxavənd inzibati ərazisi) istiqamətində Xaçın körpüsünə doğru irəliləyə bilər. Və bu halda Xankəndi-Ağdərə yolun bağlanaraq "Artsax" iki yerə bölünsə, ciddi təhlükə yaranacaq"...

Sonda A.Xaçikyan iki həftə öncə Daşbaşı yüksəkliyində çəkdirdiyi fotosunu təqdim edərək hazırda həmin yerdə Azərbaycan ordusunun dayandığını etiraf edir...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir” - Britaniya kəşfiyyatı
“Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya artilleriya və raket zərbələri davam edir”. Zamantv.az “Report”a istinadla xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər davam edir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzinə nəzarəti davam etdirir” , - məlumatda vurğulanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynanın azadlığının AZƏRBAYCANA DƏXLİ... - Ekspert danışır
“Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir”. Dia.az politoloq Natiq Mirinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Türkiyədə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilmiş görüş haqda təəssüratlarınız necədir? Həm Kiyev, həm Ankara, həm də Moskvadan görüşlə bağlı müsbəq siqnallar verildi.

- Əvvəllər də demişdik ki, bu müharibənin bitməsində vasitəçilik edən ölkələr arasında ən inandırıcısı Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğandır. Türkiyə yeganə dövlətdir ki, sözün həqiqi mənasında bu müharibənin qarşısını almaq istəyir. Həm Rusiya, həm də Ukrayna Türkiyəyə inanır. Fikir verin ki, Türkiyə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmadı. Hətta buna görə Türkiyəni ittiham edənlər də tapıldı. Əgər Türkiyə sanksiyalara qoşulsaydı, tərəflər arasında bu səviyyədə vasitəçilik edə bilməzdi, ona inanmayacaqdılar. Vasitəçilik etmək üçün tərəflər arasında bərabər məsafə saxlamaq lazımdır. Türkiyənin etdiyi də budur. Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanımaqla, Krım və Donbasın işğalını qəbul etməməklə yanaşı, Rusiya ilə strateji tərəfdaşlıq münsibətlərini də qoruyur.

Hesab edirəm ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilmiş görüş dünyada müharibənin bitəcəyi ilə bağlı ümid yaradıb. Eyni zamanda, görüş yerinin Belarusdan Türkiyəyə dəyişdirilməsi Ukraynanın böyük uğurudur. Çünki perspektivdə sülh müqaviləsi imzalanarsa, Ukraynanın təhlükəsizliyi ilə bağlı qarant ölkələrdən biri məhz Türkiyə olacaq.

- Bəs Türkiyənin vasitəçi olduğu proses müharibənin başa çatması və sülh müqaviləsinin imzalanması ilə sonlana bilərmi?

- Bəzi məqamlar var ki, hələlik bunlara aydınlıq gətirilməyib. Məsələ budur ki, Rusiya lideri hələ də özünün hərbi-siyasi hədəflərinə çata bilməyib. Artıq Rusiya “ildırımsürətli müharibə” planından imtina edərək, B variantına üstünlük verir. Bu o deməkdir ki, Kiyev və digər böyük vilayətlərin işğal edilməsi ehtimalı sıfıra yaxın olduğu üçün Rusiya B planına keçir, bununla da “müharibənin birinci mərhələsi”nin bitdiyini elan edir. Əslində, Rusiya “birinci mərhələ”də hədəflərinə nail ola bilmədi. Yəni Xerson istisna olunmaqla, heç bir böyük şəhəri işğal etməyi bacarmadılar. Ayrıca, perspektivdə paytaxt Kiyevin işğal edilməsi ehtimalının sıfıra bərabər olduğunu nəzərə alaraq, eyni zamanda, daha çox itkilərdən qaçmaq və gələcəkdə “Pirr qələbəsi”ni rus cəmiyyətinə sırımaq üçün Rusiyanın “uğur hekayəsi”nə ehtiyacı var.

- Bəs bu “uğur hekayəsi”ni necə yarada bilərlər?

- Hesab edirəm ki, bu, Donbasda hansısa bir qələbədən ibarət ola bilər. Bilirsiniz ki, Rusiya bir aydan çoxdur davam edən müharibədə Donetsk və Luqanskdakı separatçı rejimlərin inzibati sərhədlərinə çata bilməyib. Ən əsası da, strateji şəhər Mariupolu işğal edə bilmirlər. Mariupolun işğalı Donbasın inzibati sərhədlərinə çatmaq anlamına gələcək. Bu, eyni zamanda, Krımla Ukraynanın işğal edilmiş şərq vilayətləri arasında quru əlaqəsinin yaradılması deməkdir.

Rusiya savaşdan əvvəl də bəyan etmişdi ki, bu, müharibə yox, xüsusi hərbi əməliyyatdır, əsas məqsəd Donbasın inzibati sərhədlərinə çatmaqdan ibarətdir. Çünki Donetsk və Luqansk separatçıları öz müstəqilliklərini elan ediblər, artıq Rusiyaya birləşmək üçün müraciət olunub. Buna görə də, Rusiya çalışacaq ki, bütün Donbas bölgəsini işğal etsin. Bununla da, həmin ərazilərin sonradan Rusiyaya birləşdirilməsinə zəmin hazırlamaq istəyirlər. Rusiya hələlik bu hədəfinə də çata bilmir.

Düşünürəm ki, müharibədəki itkiləri və beynəlxalq sanksiyalar Rusiyanı ciddi şəkildə sarsıtdığı üçün Moskvada bu savaşın perspektivdə ölkə üçün hansı nəticələri verəcəyini görmürlər. Amma İstanbulda keçirilən son görüş göstərdi ki, Rusiya nümayəndə heyəti bu müharibədə uduzduqlarını anlamağa başlayıb. Artıq bu müharibədə dönüş nöqtəsi yaratmaq Rusiya üçün mümkünsüzdür. Buna görə də Rusiyanın “Pirr qələbəsi”nə ehtiyacı var. Bu baxımdan, B planı – Donbasın inzibati sərhədlərinə çatmaq variantı baş tutarsa, düşünürəm ki, müharibənin bitməsinə zəmin yaranacaq.

- Bəs Ukrayna bu işğalla barışacaqmı?

- Zənn etmirəm. Krım və Donbas Ukrayna üçün həyati məsələlərdir. Qənaətimə görə, Kiyev güzəştə getməyəcək. Sadəcə olaraq, Ukrayna Rusiya ilə sülh müqaviləsi imzalamaq üçün beynəlxalq zəmanət istəyir. Yəni burada Finlandiya və ya İsveç modeli həyata keçirilə bilər. Ukrayna modelini isə bunlardan fərqləndirən məqamlar var. Bu modelə görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla, 11 qarant ölkə hərbi müdaxilə olacağı təqdirdə, dərhal Ukraynaya hərbi yardım etməlidir.

Artıq Avropa da özünün gələcək təhlükəsizliyi ilə bağlı hərəkətə keçib. Bu hərəkətlilikdə də avanqard ölkə məhz Ukraynadır. Hesab edirəm ki, Ukrayna modeli həyata keçsə, bu həm də Avropanın yeni təhlükəsizlik sisteminin qurulması anlamına gələcək. Qənaətimə görə, müharibənin bitməsi və sülh müqaviləsinin imzalanması üçün çox ciddi zəmin var. Bu zəmini də Türkiyə yaradıb. Bu baxımdan, yaxın gələcəkdə Türkiyədə Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür. Çünki sülh müqaviləsinin mətni hər iki dövlət tərəfindən işlənib və hüquqi cəhətdən hazırlanıb. İndi bu sənədlərin razılaşdırılması və imzalanması üçün iki ölkənin liderinin iradəsinə ehtiyac var.

Hiss olunur ki, artıq müharibənin sonuna yaxınlaşırlar. Rusiya rəhbərliyi reallığı qəbul etsə, müharibəyə son qoymaq mümkün olacaq. Müharibənin sülhlə bitməsində qardaş Türkiyənin əvəzolunmaz rolu olacaq ki, bu da Ankaranın bölgədəki rolu və nüfuzunu daha da artıracaq. Bu, Azərbaycanın mövqeyini də gücləndirəcək.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri də diqqət çəkdi. Bu səfər çərçivəsində iki ölkə arasında hərbi saziş imzalandı, Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyəti müzakirə olundu. Necə düşünürsünüz: Rusiyanın Ukraynada atdığı addımlar türk dövlətlərini sıx inteqrasiya məsələsində bir daha düşündürəcəkmi və Ərdoğandan bu yöndə fəal addımlar gözləmək olarmı?

- Türkiyənin dərhal hərəkətə keçməsi, yaranmış boşluğu doldurmaqdan ibarətdir. Çünki Ukraynaya hərbi müdaxilə Rusiyanın “hərb maşını”nı darmadağın etdi, yəni rus ordusunun təqdim edildiyi qədər güclü olmadığını üzə çıxardı. Eyni zamanda, Ukraynaya təcavüzdən sonra heç kimin Rusiyanın “təhlükəsizlik çətiri” altında özünü təhlükəsizlikdə hiss etmədiyi məsələsini gündəmə gətirdi. Bu baxımdan, Türkiyə də digər türk ölkələri ilə hərbi-siyasi inteqrasiyanı gücləndirmək istəyir. Söhbət həm də iqtisadi inteqrasiyadan gedəcək.

Hər halda Orta Asiyanın türk ölkələri reallıqları anladılar, onlar başa düşdülər ki, Rusiyanın “təhlükəsizlik çətiri” altında təhlükədədirlər. Hesab edirəm ki, Rusiyanın atdığı addım onun orbitində mərkəzdənqaçmanı sürətləndirəcək. Bu da Türkiyəni hərəkətə gətirir, bunun da nəticələrini görəcəyik.

- Bəs Ukrayna prosesi fonunda Türkiyə-Azərbaycan münasibətlərini nə gözləyir, əlaqələrin daha da dərinləşdirilməsi yönündə nə kimi gəlişmələr ola bilər?

- Bu prosesdən güclü çıxan tərəf Türkiyədir. Növbəti dəfə Türkiyənin geosiyasətinin nə qədər doğru olduğu bir daha bütün dünyaya bəyan oldu. Halbuki bura qədər NATO üzvü olan Avropa Birliyi dövlətləri və digər regional ölkələr Türkiyənin addımlarını tənqid edirdilər. Amma Türkiyə göstərdi ki, tərəflər arasında məsafə saxlamaqla müharibənin başa çatmasına nə boyda zəmin yaratdı. Bu, Türkiyənin region və dünyada mövqelərinin güclənməsi deməkdir.

Düşünürəm ki, Türkiyənin Ukrayna-Rusiya prosesindən daha da güclənərək çıxması Qarabağla qalan məsələlərin Azərbaycanın lehinə həll olunmasına da ideal zəmin yaradacaq. Baş verənlər iki qardaş ölkənin bir-birinə daha da yaxınlaşmasına şərait yaratmaqla bərabər, qlobal miqyasda Türkiyə və Azərbaycanın nə qədər strateji əhəmiyyətə malik olduğunu göstərdi. Bu da qlobal gücləri Türkiyə və Azərbaycanla daha yaxından işləməyə sövq edir. Baş verənlər bundan sonra Türkiyənin siyasətinin NATO və digər qlobal səviyyələrdə dəstəklənməsi zərurətini yaradıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Kansleri Rusiyanı imperializmdə günahlandırdı
Almaniya Kansleri Olaf Şolts Rusiyanı Ukraynanı ələ keçirməyə çalışmaqda ittiham edib.

Partiya iclasında çıxışı zamanı o, müharibənin başlanmasına əsas səbəb olaraq Kremlin “imperialist baxış”larını göstərib.

“Rusiya “ifrat imperialist baxış”ları rəhbər tutaraq Ukraynaya hücum edib. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bu ölkənin ərazilərini tutmağa yönəlib”, - deyə O.Şolts bildirib.

Mənbə: Deutsche Welle
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mariupolda bombalanan, 300 insanın öldüyü dram teatrına səmadan baxış
Sosial şəbəkələrdə Rusiya qırıcıları tərəfindən hava hücumuna məruz qalan və 300-ə yaxın insanın həlak olduğu Mariupol Dram Teatrının səmadan görüntüsü paylaşılıb. Kadrlar drondan çəkilib.

Videoda bir zamanlar insanların sığınacağı kimi istifadə olunan binanın yanında iri hərflərlə “Uşaqlar” yazıldığı da görünür.
Xatırladaq ki, faciəvi hadisə martın 16-da baş vermişdi. Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bombardman zamanı binanın zirzəmisində 1300-dən çox adamın qaldığını bildirmişdi.

Drondan çəkilmiş kadrlarda həmçinin Rusiya ordusunun əməliyyatları nəticəsində acınacaqlı vəziyyətə düşmüş Ukraynanın liman şəhərinin başqa binaları da əks olunub.

Mövzu ilə əlaqədar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Ukraynadakı növbəti itkilərini açıqlayıb.

Bu barədə qurumun “Facebook” hesabında məlumat dərc olunub.

Qeyd edilir ki, Rusiyanın Ukraynaya hücumunun 34-cü günündə Müdafiə Qüvvələri Qrupu şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində müdafiə əməliyyatlarını davam etdirir.

Rusiyaya məxsus 12 tankını, 10 piyada döyüş maşınını və 3 zirehli avtomobilini məhv edilib. Rusiya ordusu canlı qüvvədə də itki verib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün ərzində Rusiyaya məxsus 17 hava hədəfini - 8 təyyarə, 3 helikopter, 4 müxtəlif tipli dron və 2 qanadlı raketi vurub. Hərbi Hava Qüvvələrinin aviasiyası düşmənin canlı qüvvəsinin və texnikasının yığıldığı yerlərə raket zərbələri endirib.

Bildirilib ki, indiyədək 17 200 rusiyalı hərbçi zərərsizləşdirilib.

Bundan başqa, Rusiyaya məxsus 597 tank, 1 710 zirehli döyüş maşını, 303 artilleriya sistemi, 96 reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 71 PUA, 1 178 nəqliyyat vasitəsi, 73 ədəd yanacaq çəni, 7 ədəd gəmi/kater, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İstanbul danışıqları: Moskva və Kiyev hansı qərarlar verəcək? – TƏHLİL
Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqlar üçün Türkiyənin İstanbul şəhərinə gəliblər, onlar Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə danışıqlar aparırlar.

Bu, Türkiyənin ikinci belə praktiki səyidir, bundan əvvəl də, Rusiya və Ukrayna XİN başçıları Antalyada bir araya gəlmişdilər, hərçənd ki, tərəflərin tezisləri bir-biri ilə daban-dabana ziddiyyət təşkil edirdi.

İstanbul görüşündə diqqət edəcəyimiz məqam ilklə bağlıdır: Söhbət ilk dəfə bir prezidentin vasitəsilə tərəflərin masaya əyləşməsidir.

Ərdoğan danışıq başlamamışdan qabaq çıxış edərək nümayəndə heyətlərinə səsləndi, atəşkəsin vacib olduğunu vurğuladı. Bu, nümayəndə heyətləri ilə yanaşı Rusiya və Ukrayna liderlərinə də ünvanlanan bir çağırışdır.

Danışıqlardan dərhal sonra nəticənin hasil olmasını gözləmək əbəsdir, çünki növbəti prosedur tərəflərin təklifləri öz prezidentlərinə təqdim etməsindən ibarət olacaq.

Rusiya Ukraynada işğal etdiyi ərazilərlə öz xeyrinə riyaziyyatdakı iti bucaq formasında bir üstünlük qazandırıb, amma Ukrayna ordusu da ciddi müqavimət göstərərək Rusiyanı ağır itkilərə məruz qoyur.

Hazırkı danışıqlar təcavüzün yaratdığı bu xəritə əsasında reallaşır, ona görə də, Ukraynanın Rusiyadan təhlükəsizlik zəmanəti alması dalana dirənir. Həm də ona görə ki, Rusiyanın təhlükəsizliyə dair anlayışı fərqlidir və hər an təhlükəyə çevrilmək potensialına malikdir.

Hiss olunur ki, Rusiya Ukraynanın dənizə çıxışını qapamaq istəyir, amma Odessada heç bir irəliləyiş əldə edə bilmir, yalnız Azovdan Ukraynanın əlini çəkə bilib.

Dəniz amili vacibdir, ona görə də Ukrayna dənizlərlə (Qara dəniz və Azov dənizi) əlaqədar da bağlı qapılar arxasında şərtlərini qoya bilər, Moskva isə o şərtləri asanlıqla həzmə verən addımlara getməz.

İstanbul danışıqlarından sonra tezislər prezidentlərə - Vladimir Putin və Volodimir Zelenskiyə çatana qədər və növbəti qərarlar verilənədək Ukraynada döyüşlər davam edəcək. Çünki tərəflər maksimum üstünlüklərlə danışıqların yeni raunduna hazırlaşır.

Hələlik isə görünür ki, Rusiya əvvəlki maksimalist tələblərini bir qədər yumşaldıb, Ukraynanın xeyrinə redaktələr etmək məcburiyyətində qalıb, bununla belə döyüş meydanındakı əməliyyatların nəticələri də həlledici rol oynayacaq.

Buna görə də, Rusiyanın Kiyevə yeni hücum planı masadadır, lakin dəqiqləşdirmə aparılır, risklər dəyərləndirilir.

Aqşin Kərimov

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO