Rusiya silahlı qüvvələrinin komandanlığı Ukraynaya qarşı silahlı təcavüzün başlamasından bəri yüksək rütbəli zabitlər arasından bir neçə hərbi rəhbərini itirib.
Zamantv.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın məlumatında deyilir: “1-ci Tank Ordusunun komandanı general-leytenant Sergey Kisel vəzifəsindən uzaqlaşdırılıb.
6-cı Ümumqoşun Ordusunun komandanı general-leytenant Vladislav Yerşov vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.
35-ci Ümumqoşun Ordusunun komandanının müavini, qərargah rəisi general-mayor Sergey Nirkov ağır yaralanıb.
36-cı Ümumqoşun Ordu komandanının müavini, qərargah rəisi general-mayor Andrey Seritski ağır yaralanıb.
41-ci Ümumqoşun Ordusu komandanının müavini general-leytenant Andrey Suxovetski öldürülüb.
49-cu Ümumqoşun Ordusunun komandanı general-leytenant Yakov Ryazantsev həlak olub”.
Zamantv.az