[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
 Beton mikseri çaya aşdı
Parisdə bu şəhər üçün spesifik olmayan qəza baş verib.

Zamantv.az-ın xəbərinə görə, körpünün üzərində manevr edən betonqarışdıran avtomobil Sena çayına düşüb.

Xilasedicilər 2 nəfəri sudan çıxara biliblər. Onlar xəstəxanaya yerləşdirilib. Avtomobili çıxarılması isə 5 saat vaxt aparıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Almaniya Ukraynaya silah yolladı
Almaniyadan Ukraynaya 1500 “Strela” raketi, 100 MG3 pulemyotu və 8 milyon tapança gülləsi gətirilib.

Zamantv.az-ın xəbərinə görə, bu barədə DPA agentliyi Ukraynadakı mənbəyə istinadla məlumat yayıb.

Bundan başqa, Ukraynaya 350 min quru ərzaq payı və 50 nəqliyyat vasitəsi göndərilib.
Bir müddət əvvəl Almaniya vaxtilə ADR-in ordusunun inventarında olan 500 ədəd “Strela” raketini Ukraynaya vermişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Makron rublla ödənişə qarşı çıxdı
Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

Zamantv.az-ın xəbərinə görə, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

“Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir” – deyə Makron qeyd edib.
Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sevgilisi Van Damın bacısını oxlovla döydü
Məşhur aktyor Jan-Klod Van Damın bacısı Veronika van Varenberq sosial şəbəkədə Frederiklə tanış olduqdan sonra həyatı dəyişib.

Zamantv.az-ın Belga agentliyinə istinadla xəbərinə görə, bir müddət hər şey yaxşı getsə də, Veronika hiss edib ki, Frederiki yalnız pul və Jan-Klodun məşhurluğu maraqlandırır. Buna görə də münasibətlərə son qoymaq qərarına gəlib. Təbii ki, Frederik bununla razılaşmayıb.

2017-ci il martın 17-də Frederik əşyalarını götürmək üçün Veronika gilə gəlib. Mübahisə zamanı Frederik aktyorun bacısını oxlovla döyüb. Zərbənin gücündən oxlov sınıb, qadının üz-gözü qana bulaşıb. Frederik qadını həkimə gətirib.
Polisə ifadəsində yıxıldığını bildirən qadın evə gəldikdə 30 000 avronun yoxa çıxdığını görüb. Lakin qadın o vaxt sevgilisindən şikayət etməyib, bir il sonra məhkəməyə müraciət edib.

Ötən gün keçirilən hazırlıq iclasında Frederik iştirak etməyib. Onu 6 ilədək həbs gözləyir. Məhkəmə hökmünü aprelin 28-də elan edəcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu ölkədə koronavirusa yoluxmalar kəskin artdı - SƏBƏB
Böyük Britaniyada yeni növ koronavirusa yoluxma sayında sıçrayışla artım qeydə alınıb.

Zamantv.az-ın Britaniyanın Milli Statistika Bürosuna istinadla məlumatına görə, həftə ərzində 4,3 milyon yoluxma qeydə alınıb. Halbuki, ilin ilk həftəsində yoluxma göstəricisi daha aşağı olub.

Ölkədə hər 16 nəfərdən birinin koronavirus yoluxduğu bildirilir. Sürətli yayılma Omikron ştamı ilə izah edilir. Bununla belə, ağırlaşma göstəricisi çox aşağıdır.
Ekspertlər məhdudiyyətlərin çox tez aradan qaldırılmasının da yoluxmaya təsir etdiyi qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatı da Britaniyanı məhdudiyyət tədbirlərini kəskin şəkildə ləğv etdiyi üçün tənqid edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bayden AÇIQLADI: ABŞ əsgərləri Ukraynada olacaq
ABŞ prezidenti Co Bayden Polşaya səfəri zamanı ABŞ əsgərlərinin Ukraynaya gedəcəyini bildirib.

Zamantv.az xarici mediaya istinadla bildirir ki, aşağıdakı videoda dövlət başçısının ABŞ-ın 82-ci Hava Desant Diviziyasının hərbi qulluqçuları ilə necə danışdığını görə bilərsiniz. Bayden Ukraynadakı vəziyyətdən danışıb və əsgərlərə qəribə bir ifadə ilə müraciət edib. Deyib ki, ora çatanda özünüz görəcəksiniz.

Prezidentin sözlərinin birbaşa təfsiri o deməkdir ki, ABŞ qoşunları Ukraynaya göndəriləcək. Bununla belə, Bayden tez-tez ağzından söz qaçırır və bunu nəzərə almaq lazımdır.
ABŞ rəhbərinin bəyanatı ilə bağlı Ağ Evdən hələlik rəsmi açıqlama daxil olmayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jirinovskinin ölüm xəbəri senatora baha başa gəldi: Dumadakı vəzifəsini itirə bilər
“Telegram” kanalında Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin ölümü ilə bağlı məlumat dərc edən rusiyalı senator Aleksandr Pronyuşkin postu silib və abunəçilərindən üzr istəyib.

Aleksandr Pronyuşkin etiraf edib ki, o, öz səhifəsində Vladimir Jirinovski haqqında yoxlanılmamış məlumatlar dərc edib.

Senator həmçinin bildirib ki, məlumatın səhifəsində yayılmasında əli olanların hamısı məsuliyyətə cəlb olunacaq.

Yeri gəlmişkən qeyd edək ki, Federasiya Şurasında Vladimir vilayətinin qubernatorunu təmsil edən Aleksandr Pronyuşkin vaxtından əvvəl istefa verə bilər. Belə ki, LDPR Ali Şurası növbəti iclasında Pronyuşkinin məsələsini müzakirə edəcək.

Üstəlik Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də A.Pronyuşkinə vəzifəsini tərk etməyi məsləhət bilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Parisdə prezidentliyə namizədə butulka atılıb
Fransada prezidentliyinə namizəd Erik Zemmurun paytaxt Parisin şimalında narkomanların tez-tez toplaşdığı Porte-de-lya-Villet parkına səfəri zamanı ona içərisində su olan butulka atılıb.

Erik Zemmur CNews telekanalının “Morandini” adlı canlı proqramında olub. Proqram canlı yayımlanır və prezidentliyə namizədlərin Fransaya səfərlərini izləyir.

Belə ki, Zemmur izdihamın arasında olarkən ətrafdakı sakinlərdən biri ilə söhbət edib. Bu zaman ona tərəf hansısa əşya atılıb. Zemmur baş verənlərə “Görürsən, bura Parisdir, bu gün Fransa belədir” deyib.

Proqramın aparıcısının daha sonra dediyi kimi, bu, içərisində su olan butulka olub. Parisin polis prefekturasından bildirilib ki, Zemmura butulka atan şəxs saxlanılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xarkovda insanların humanitar yardım üçün toplaşdığı yerə raketin düşmə anı
Ukraynanın Xarkov vilayətində insanların toplaşdığı əraziyə raket düşməsinin görüntüləri yayılıb. Bildirilir ki, sakinlər humanitar yardım növbəsində olublar.

Hadisə nəticəsində altı nəfər həlak olub, 15 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə martın 24-də baş verib, ancaq kadrlar bu gün yayılıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rusiya Ukrayna müharibəsindəki itkilərini AÇIQLADI
Ukraynada xüsusi əməliyyat zamanı 1351 rusiyalı hərbçi həlak olub.

Bu barədə RF Müdafiə Nazirliyi məlumat yayıb.

“Təəssüf ki, xüsusi hərbi əməliyyat zamanı döyüş yoldaşlarımız arasında itkilər var. Bu günə kimi 1351 hərbçi həlak olub, 3825 nəfəri yaralanıb”, - deyə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini general-polkovnik Sergey Rudskoy bildirib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib.

Mənbə: TASS

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO