[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda bu şəxsləri yeni güzəştlər gözləyir – Yanvarın 1-dən


Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azad edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi və fiziki şəxslərin bu sahə üzrə dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Əliyev-Mişustin görüşü: İpucları “Zəngəzur”a, İran gündəliyinə, Ermənistana təzyiq edilməsinə aparır – TƏHLİL


Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə geniş tərkibdə görüşü olub.

Danışıqlara siyasi-iqtisadi münasibətlər sisteminə yeni konsepsiya ilə yanaşmanın əlamətləri kimi baxa bilərik.

Azərbaycanla Rusiya arasında yaşanan siyasi gərginliyin üstünə su çiləmək üçün Mişustin cəlbedici ideyalarla Bakıya gəlib.

Bir gün öncə isə Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng edib, onlar ikitərəfli münasibətlərin bütün sferalar üzrə xarakterini müzakirə ediblər.

Mişustinin səfəri kodlu ştrixlərlə zəngin deyil, yəni hər hansı subliminal motivləri yoxdur, lakin perspektiv üçün əldə edilə biləcək razılaşmaların gündəliyini göz önündə tutmaq baxımından ipucları verir.

Rusiya Cənubi Qafqazda iki əsas beynəlxalq nəqliyyat dəhlizinin – Şimal-Cənub və Şərq-Qərb – kəsişməsinin yaradılmasına nail olmağa və maksimal iqtisadi faydalarla cibini doldurmağa çalışır.

Zəngəzur dəhlizi layihəsi isə hər iki beynəlxalq marşrutun Cənubi Qafqazdakı damarı olmaq potensialındadır, ona görə də Moskva koridor mövzusunda Azərbaycanın mövqeyini dəstəkləyir.

Rusiya ən çox Şimal-Cənub dəhlizi ilə daşınmalara önəm verir, çünki bu onun strateji maraqlarına daha uyğundur.

Əliyev-Mişustin danışıqlarında hər iki tərəf Şimal-Cənub dəhlizinə vurğu edib ki, bu da həmin marşrutla yükdaşımaların həcminin artmasına şərait yaradan praqmatik ideyalara söykənir.

Bununla belə, ortaya çıxa biləcək əngəllər siyahısında İran da dayanır, Tehran Bakı ilə yaşadığı siyasi gərginliklər səbəbi ilə iqtisadi layihələri də axsatmaq qabiliyyətinə malikdir.

Bu isə Azərbaycanın Şimal-Cənub dəhlizinin həmtəsisçilərindən olan Rusiya, İran və Hindistan arasındakı ticarətdə, bu ticarətin Avropa ilə arteriyasının yaradılmasında orta həlqə kimi faydalanmaq imkanlarını sual altında qoya bilər.

Üstəgəl, Rusiya, Azərbaycan və İran dəmiryolları şəbəkəsinin tam birləşdirilməsi reallaşmayıb, bunun səbəbləri Tehranın Rəşt-Astara dəmiryolunun tikintisini yubatmasıdır. Ona görə də belə bir fikir güclənir ki, Əliyev Mişustinə İranın sərgilədiyi mövqenin həmin arteriyaya vura biləcəyi ziyanlar barədə danışıb və indi Kreml Tehranı yola gətirmək məcburiyyətini hiss edir.

İstənilən halda, Mişustinin səfərindən çıxan nəticə budur ki, Azərbaycanla Rusiya Zəngəzur dəhlizinin açılması üçün iradə nümayiş etdirirlər və bu istiqamətdə İrəvana növbəti təzyiqlərin başlaması qaçılmazdır.

Ermənistan dəhliz barədə nala-mıxa vurduqca Azərbaycan dəhlizin açılması üçün taktiki və strateji həmlələrini gücləndirəcək və bu, hərbi müstəvidə də özünü göstərə bilər.

Rusiya isə sərhəd və dəhliz mövzularında Azərbaycanın mövqeyinin əksəriyyətini dəstəklədiyindən Moskva Bakının İrəvana təzyiqlərinə səssiz qalacaq.

İranın regionda təhlükəsizlik mühitini zədələyən xətti tutması Rusiyanı da narahat edir və bu mənada Bakı-Tehran gərginliyinin sonlanması üçün Kreml dövriyyəyə girməyə çalışır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DTX milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarış aparır


Azərbaycan əsilli, rusiyalı milyarder Fərhad Əhmədovun evində və obyektlərində axtarışlar aparılır.

APA-nın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən milyarderin Göyçayda yerləşən villasında və ona məxsus obyektlərdə axtarışlar keçirilib.

Lakin onun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bədənimdə 18 qəlpə var, əlillik vermirlər" - ETİRAZ

1-ci Qarabağ müharibəsinin iştirakçıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə etiraz ediblər.

Şikayətçilər müharibə dövründə yaralandıqlarını, amma əlillik dərəcələrini ala bilmədiklərini deyirlər.

Şikayətçilər nazirliyin vətəndaşların qəbulu şöbəsində olublar. Cavablar isə onları qane etmir.

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dərman idxalında ƏL DƏYİŞDİ, bu dərmanlar yoxa çıxdı - ARAŞDIRMA


Xeyli müddətdir ki, ürək xəstəliklərinin müalicəsində istifadə olunan “Varfarin” apteklərdən yoxa çıxıb. Preparatın həm apteklərdən, həm də depodan qəhətə çıxması bu dərmandan mütəmadi istifadə edən xəstələrin ciddi narahatlığına səbəb olub. Dediklərinə görə əvəzedicilər sözügedən preparatın bənzər effektini vermir.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli bildirib ki, “Varfarin” son dəfə Azərbaycana bu ilin mart ayında idxal olunub. Ölkəyə 6530 qutu, əlavə olaraq həmin ay daha 1020 qutu “Varfarin” gətirilib. Ondan sonra idxal dayandırılıb.

Maraqlıdır, 8 aydır ölkəyə “Varfarin”nin idxalı niyə dayandırılıb?

“Varfarin” istehsalçı şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmisi Nurlana Qafarova saytımıza açıqlamasında səbəbi belə izah edib:

“”Varfarin” preparatının qeydiyyat vəsiqəsinin sahibi dəyişmişdi. Ölkəyə gələnlər köhnə partiyadan idi. Son aylar bu sənədlərin verilməsində yubanmalar var. Yalnız təsdiq olunmuş sənədləri alandan sonra dərman istehsala gedə bilər. Onu da deyim ki, təsdiq olunmuş sənədləri alandan sonra dərman dərhal istehsala gedə bilməz. Əvvəlcədən hazırlıq prosesi başlamalıdır və buna vaxt lazımdır. Biz özümüz də çox narahatıq və əlimizdən gələni edirdik ki, anbarda olan malları nümayəndəliklər arasında bölüşdürək. Sənədlər dəyişdirilib deyə, yeni sənədlər üzərində istehsal etməliyik. Ona da vaxt lazımdır. Gələn ilə yüz faiz olmalıdır”.

Nurlana Qafarova dərmanın istehsalçı ölkəsinin dəyişmədiyini vurğulayb:

“Hazırda dərmanın istehsalçı ölkəsi Polşadır və şirkət dəyişməyib. Sadəcə olaraq yeni sənədlər alınıb və o istiqamətdə istehsala başlanmalıdır”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənilər Füzulini atəşə TUTDU


Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Xəbərə görə, bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

"Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - MN-dən bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ziya Məmmədovun qulağından tutub bu pulları ÖDƏTDİRMƏK LAZIMDIR... - Dövlət DƏDƏSİNİN MALIDIR?


3-cü mikrorayon dairəsindəki körpüdə yaranmış problem ciddi narahatlıq doğurur. Aidiyyatı qurumlar bildirir ki, bu normal haldır. Yəni, guya yayda belə olur, qışda isə başqa cür. Ancaq fakt budur ki, ortada ciddi təhlükə var və bu aradan qaldırılmalıdır.

Bu sözləri Tribuna.Az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı sözügedən ərazidə yerləşən körpünün vəziyyəti haqqında danışarkən deyib. Ekspert bildirib ki, körpü bu gün ya sabah uçacaq vəziyyətdə deyil, ancaq hərəkət üçün təhlükəlidir:

“Bakı şəhərindəki əksər yollarda problem var. Körpülərin çoxuna yenidən baxış keçirilməli, təmir işləri aparılmalıdır. Bir körpü inşa edilərkən 5-10 illik tikilmir, bu uzun illərə hesablanmış iş olur, adətən də 70-80, hətta 100 il keçdikdən sonra hır hansısa bərpa işinə ehtiyac yaranır, təmir edilir və ya tamamilə sökülərək yenisilə əvəz edilir. Bu körpüdə isə göz görünəcək şəkildə problem hiss olunur. Sökülməsinə ehtiyac yoxdur, əlbəttə. Ancaq baxış keçirilməli, qiymətlkəndirilməlidir. Problem aradan qaldırılmalıdır”.
Ziya Məmmədovun qulağından tutub bu pulları ÖDƏTDİRMƏK LAZIMDIR... - Dövlət DƏDƏSİNİN MALIDIR?

E.Muradlı bildirib ki, keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun dövründə tikilən bütün körpülərdə müəyyən problemlər var:

“Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun dövründə yol infastrukturu ilə bağlı atılan bütün addımlar, görülən bütün işlər bu şəkildə yararsız haldadır. Əslində, o, buna görə qanun qarşısında cavab verməlidir.
Tək problem bu deyil. Bakı Quba yolunun necə bir problem olduğunu hamımız bilirik. Yol kənarlarına çəkilən o dəmir barmaqlıqlar nə qədər problem yaratdı, neçə insanın ölümünə səbəb oldu. Nobel prospektində, Babək prospektində çökmələr baş verir. Respublika əhəmiyyətli yolların əksəriyyəti uzun illərə hesablanmış olsa da, davamsız oldu. Səbəb də Ziya Məmmədovun yol infastrujturuna ayrılmış pulları yollara xərcləmək əvəzinə mənimsəməsidir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
100 yaşlı neftçalalı nənədən “Azəriqaz”a MÜRACİƏT - “Meşələr, ağaclar yazıqdır”


Son zamanlar Azərbaycanın tamamilə qazlaşdırılması istiqamətində işlər aparılsa da, bir çox bölgələrdə bu problem öz həllini tapmayıb. Aktullağını itirməyən bu problem özünü xüsusilə havalar soyuyanda qabarıq şəkildə göstərir. Bununla əlaqədar təbii qazın verilməsi ilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Əsasən də ucqar kəndlərdə bu problem özünü daha qabarıq şəkildə büruzə verir.

Həmin bölgələrdən biri də, Neftçala rayonunun Şirvanlı kəndidir. Bu kənddə hər kəs işığın ümidinə qalıb. İşıq da küləyin. Bir balaca külək əsən kimi ocaqlar odsuz, evlər istisiz qalır. Çünki sözügedən kənd yarandığı gündən mavi yanacağa həsrətdir.

DİA.AZ-ın Bizim.Media-ya istinadən verdiyi məlumata görə, bu kənddə evlər odun sobası ilə qızdırılır. Mətbəxdə isə elektrik cihazı ilə yemək bişirilir. Kənddə illərdir mavi yanacaq olmadığı üçün sakinlər məişətdə ya elektrik enerjisindən ya da odundan istifadə edirlər.

Şirvanlı kəndi 1986-cı ildə salınıb. İlk illərdə bu kənddə 4-5 təsərrüfat mövcud olub. Ailələr az olduğundan yeganə istilik vasitəsi elektrik enerjisi olub. Necə deyərlər, kənd sakinləri həm soyuqda qızınıblar, həm də yemeklərini qızdırıblar. İllər ötdükcə kəndin təsərrüfatı da böyüyüb, ərazisi də. Gedənlər gedib, gələnlər də yurd-yuva salıblar. Hazırda kənddə 70 ailə yaşayır.

Kənd sakini Dürdanə Məmmədova deyir ki, kənddə yeni doğulan körpə də var, 100 yaşına çatmış sakin də:

“Uzun illərdir mavi yanacağa həsrət qalmışıq, illərdir bu məsələ üçün döymədiyimiz idarə qapıları qalmayıb. Dəyışən, yenilənən heç nə yoxdur. Kənd yenə də elektrik enerjisinin və odun sobasının ümidinə qalıb”.

100 yaşlı Səfurə nənə də vəziyyətdən gileylənib:

“Günüm ocaq qalamaqla keçib. Ele ki, qış olardı sabaha qədər sobaya odun qoyub evimizi isidərdik. Elə indi də bələdir. İndiyə kimi yaxşı yadımdadır, o vaxtı ocaq qalamaqdan evimizin tavanı hisin-pasın içində olardı. Mən indi “Azərqaz”a müraciət edirəm: - Övladlarım, indi nə 19-cu əsirdir, nə də 20-ci, Azərbaycanın qazı da var, nefti də. Belə bir vaxtda camaatı qazsız qoymaq günahdır. Meşələrə, ağaclara da yazıqdır. Onsuz da tükənib gedir. İncitməyin, qalan 10-15 kəndi də qazlaşdırın, qoyun camaat ölkəsinin sərvətini hiss eləsin. Mən qoca nənə, alxışı da, qarğışı da yaxşı bilirəm. Elədiyiniz hər cürənə yaxşılıq qayıdacaq özünüzə”.

Sakin Rafiq Babayev deyir ki, neçə illərdir müvafiq qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində heç bir iş görülməyib:

“Bu cür şəraitdə yaşamağa davam edirik. Neftçala rayonu meşəlik ərazidə yerləşmədiyinə görə odun almaq üçün başqa rayonlara üz tuturuq. Xərclərimiz də iki dəfə artıq çıxır”.

Digər sakinlərin sözlərinə görə, kəndimizdən 7-8 km aralıda Seyidlər kəndinə qaz xətti keçir.

“Biz isə elektrik enerjisinin ümidinə qalmışıq. Bir balaca külək əsən kimi işıqlar sönür. Odun yandırırıq o da baha. Kəndin məktəbində də sinif otaqları odun sobası ilə qızdırılır. Bu səbəbdən də həm sinif otaqları, həm də şagirdlərin üst-başı hisin-pasın içində olur”, - deyə sakinlər narazılıqlarını dilə gətiriblər. Hazırda kənd sakinlərinin bir arzusu var: “kəndlərinin mavi yanacaqla təmin olunması”.

Araşdırmamız davam edir. Az qala 98 faiz qazlaşan Azərbaycanda bu cür kəndlərin olma səbəbini birlikdə çözəcəyik.
100 yaşlı neftçalalı nənədən “Azəriqaz”a MÜRACİƏT - “Meşələr, ağaclar yazıqdır”

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Dedilər, qaz çəkmək mümkün deyil, qəzalıdır, bəs biz niyə qəzalı binada yaşayırıq?" - Gəncədən ŞİKAYƏT


Gəncənin Gülüstan qəsəbəsindəki ikimərtəbəli, şəraitsiz yataqxanada 30 ildir məskunlaşmış 70-dən çox kəlbəcərli ailə kömək istəyir.

DİA.AZ xəbər verir ki, bu barədə Meydan TV-nin yaydığı məlumatda bildirilib.

“Səsimizi çıxaran kimi deyirlər, torpağınız alınıb, köçüb gedəcəksiniz. Kəlbəcərə hələ ya qismət, 5-6 ilə köçərik, ya köçmərik, hələ bilmirik. O vaxta qədər soyuq, beton döşəmə, nəmişlik hamımızın axırına çıxar. 30 ildir burda yaşayırıq, gəlsinlər, məmurlar bu evlərdə otursunlar, görək, ayaqlarını 30 dəqiqə soyuq döşəmədə saxlaya bilərlər? Bizi eşidən, dinləyən qurumlardan, prezidentdən xahiş edirik, bir əlac eləsinlər”, - sakinlərdən biri deyib.
Mövsüm Şükürov bu binaya köçüb məskunlaşanda gənc yaşlarında olub. İndi yaşı 60-a yaxınlaşıb. Deyir, bu şəraitsiz yataqxanada həyatı daim qayğılarla dolu keçib:
“Çörəkpulunu da işığa yükləyirik. Soyuqdur, evlərdə oturmaq olmur. Yer də betondur, ayaqlarımız donur. Kiçik otaqlarda böyük ailələr qalır, ailənin yarısı yerdə - beton döşəmədə yatır. Adamlar xəstəlik tapır”.
Nərmin Qəhrəmanova deyir, işığa limit qoyulandan vəziyyətləri daha da çətinləşib:
"Dedilər, qaz çəkmək mümkün deyil, qəzalıdır, bəs biz niyə qəzalı binada yaşayırıq?" - Gəncədən ŞİKAYƏT

“O vaxt yaxşı idi ki, işıqpulu ödəmirdik, elektrik sobası qoşurduq, evləri qızdırırdıq. İndi işığa limit qoyulub, ayda 30 manat işıqpulu verilir, çörəkpulunu da işıqpulunun üstünə qoyub ödəyirik, yenə borclu qalırıq. Məcburuq ki, odun sobası qoyaq. Bağda-bağçada əlimizə düşən quru çör-çöpü gətirib yandırırıq. Hara da gedirik, deyirlər, çörəkpulu veririk, kommunal pulu veririk, yığın, hamısını verin işığa. Çox çətindir burda yaşamaq. 30 ildir canımız çıxır”.
Aynurə Məmmədxanova iddia edir ki, dövlət qurumları bu yataqxananı da, orada yaşayan ailələri də unudub:
“Buranı sel basmışdı. Biz dəfələrlə icra hakimiyyətimizi, deputatımızı, "Qaçqınkom"u çağırdıq, heç kəs bizə sahib çıxmadı. Evlərimiz suyun içində idi. Heç kəsə bir insan kimi lazım deyilik, heç kəsə maraqlı deyil ki, burda insan yaşayır, ya yox. Mənim iki övladım var, ikisi də revmatizmadan əziyyət çəkir. "Qaçqınkom"da Rafiq müəllim var, ona deyirik, deyir, mən neyləyim, hara lazımdı ərizə göndərmişəm. Soyuqdan qırılırıq. Vəziyyətimiz dözülməzdir. Ya normal şəraiti olan yerə köçürsünlər, ya bura qaz çəksinlər”.
Köçkünlər deyir, 5-6 kvadratmetrlik evlərdə səksəkə içində yaşayırlar:
“Gəlib yoxladılar, dedilər, qaz çəkmək mümkün deyil, bina qəzalıdır. Bəs biz niyə qəzalı binada yaşayırıq? Bax, bu suala cavab verən yoxdur”.
Yataqxanada şəhid ailəsi də var. Sakinlər deyir, İkinci Qarabağ Müharibəsində həlak olan İsmayıl Qavilovun iki azyaşlı övladı da əziyyət içərisində yaşayır:
“Balaca oğlu iki dəfə əməliyyat olunub, gələcəyin əsgəridir. O iki bala da bu şəraitsiz otaqda yaşayır. Heç olmasa bu şəhid ailəsi bir şəraitli evə köçürülsün”.
Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildirilib ki, aidiyyəti qurumlar, həmçinin özlərinin nümayəndələri dəfələrlə yataqxanada olublar. İşıq və digər kommunal xidmətlər köçkünlər üçün nəzərdə tutulmuş qanuna uyğun şəkildə həyata keçirilir. Hazırda köçkünlərin başqa yerə köçürülməsi mümkün deyil. Çünki bu proseslər dövlət tərəfindən dayandırılıb.

XƏBƏR LENTİ

18:03

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI… - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

17:10

"Razborka" aparan, sərnişini hədələyən, qazın "belinə oturan" sürücülər... - 91 nömrəli avtobus xəttində nə baş verir?

16:13

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

14:59

Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

12:35

“Laser Beauty Clinic” tam bir QƏSSABXANA kimi işləyir... - daha bir FAKT!

12:04

Nə oldu, Makron? - AKTUAL

10:55

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

09:48

Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

19:39

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

19:11

İlham Əliyev 4 kəndi də qaytardı

16:34

109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

16:06

"Bura bildiyiniz bazardır..." - GİLEY

15:40

Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

14:45

Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

12:56

"Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

12:13

İnternet dələduzları yenə də İŞ BAŞINDA... - ETİRAZ

11:05

Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

10:31

Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

09:48

DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

09:26

Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

20:57

MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

19:08

Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18:41

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

16:32

Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

16:10

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – TƏFƏRRÜAT

15:40

Gömrükdə camaatı rəsmən ƏLƏ SALIRLAR... - FOTOFAKT

15:12

Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

14:21

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

13:46

"Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

12:43

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

12:08

İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

11:24

"Bravo"da vaxtı keçmiş məhsul satılır - GİLEY

10:50

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

10:09

«AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR