[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Eldəniz Cəfərov: “Avtobuslarda təyin edilən 30 qəpik gediş haqqı belə çoxdur”


“Bu gün Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatda daşınmasının xidmət səviyyəsi o qədər aşağıdır ki, təyin edilən 30 qəpik belə çoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtobuslarla bir sərnişinin daşınma xərcinin 85 qəpikdən yüksək olması fikrinə aydınlıq gətirərkən deyib. Ekspert saatlarla vətəndaşların dayanacaqlarda avtobus gözlədiyini vurğulayıb:

“Bundan əlavə, ara intervalları çoxdur, belə olan halda daşınmada nəyin müqabilində qiymət qalxır? Uzunluğu 20-30 km olan marşrut xəttinə 6-7 avtobus buraxan özəl daşıyıcılar var. Keyfiyyət səviyyəsinin aşağı olduğu vaxtda necə və hansı xərclərdən danışmaq olar? İnsanlar daşınma xidmətlərindən razı deyil”.

Eldəniz Cəfərov bildirib ki, dövlət ictimai nəqliyyatda qiymətlərin yüksək olmasında maraqlı deyil:

“Dövlət maraqlıdır ki, ictimai nəqliyyat ucuz, cəlbedici olsun, vətəndaşlar ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilsinlər”.

Qeyd edək ki, bəzi sərnişindaşıma şirkətləri hazırda müntəzəm sərnişindaşımada müasir avtobusla bir sərnişinin daşınmasının maya dəyərinin mövcud gediş haqqından xeyli yüksək olduğunu açıqlayıblar:

“Bunu aidiyyəti dövlət qurumları da təsdiq edir. Müasir avtobuslarla bir sərnişinin daşınma xərci 85 qəpikdən yüksəkdir. Həmçinin qeyd edim ki, son aylarda avtobusların ehtiyat hissələri, sürtkü yağları və digər zəruri təchizatların qiyməti 65%-ə qədər artıb”, - deyə sərnişindaşıma şirkətlərindən birinin nümayəndəsi vurğulayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kərəm Mustafayevin “ümumqullar” ordusunda Zakir Həsənovun sözü və qərarları keçmir... - Hələ də “rus yerişi” yeriyən general


“2021-ci ildən bu günə qədər 300-ə yaxın zabit vaxtından əvvəl (35-40) yaşlarda Naxçıvandakı əlahiddə qoşunların sıralarından təxris olunub. “Könüllü” təxris olunanların bu addımı 18-20 ildir Naxçıvandan kənara çıxa bilməmələridir. Halbuki Azərbaycan Müdafiə naziri Zakir Həsənovun 30 yanvar 2017-ci il tarixində imzaladığı qərara əsasən, ordu birliklərində xidmət göstərən zabitlərin xidmət yerləri planlı şəkildə dəyişdirilməlidir.

Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı Əlahiddə ümumqoşun Ordusunda xidmət göstərmiş zabit tərəfindən verilib.

Zabitin iddiasına görə, Azərbaycan ordusunun istənilən hərbi hissəsində xidmət müddəti 6 il nəzərdə tutulur. Bu məntiqlə, 18-20 ilə yaxın Naxçıvan MR-də qulluq edən və Kərəm Mustafayevin qardaşı Nemətin köləsinə çevrilmək məcburiyyətində qalan zabitlər bu müddət ərzində ən azı 3-4 dəfə xidmət yerlərini dəyişməli idilər. Amma görünən budur ki, Mustafayev qardaşları köləlik vərdişlərinə öyrəşdirdikləri bu zabitləri əldən çıxarmaq istəmir, hərbi nizamnaməni pozaraq onların başqa bölgələrimizə getməsinə icazə vermirlər. Sözsüz ki, bu siyasətin bizə məlum olmayan başqa səbəbləri də ola bilər və məhz bu məqamlara işıq tutmaq üçün diqqətimizi Silahlı Qüvvələrimizin Naxçıvandakı hərbi hissələrindəki vəziyyətə yönəltməyə çalışacağıq. Təhlükəsizliklərini nəzərə alıb biz dərdlərini açıqlayan hərbi qulluqçularımızın kimlikləri bacardığımız qədər məxfi saxlayacağıq”.
Kərəm Mustafayevin “ümumqullar” ordusunda Zakir Həsənovun sözü və qərarları keçmir... - Hələ də “rus yerişi” yeriyən general

Mənbəmizdən aldığımız məlumatların analizinin ortaya çıxardığı ciddi məqamlar da var. Araşdırmalarımızın ilkin nəticələrinə görə, vaxtından əvvəl ordu sıralarından təxris olunaraq ehtiyata buraxılan zabitlərin 80 faizi qardaş Türkiyə Respublikasının hərbi sistemi ilə yetişdiriliblər:

“Sovet dönəmində oxumuş, yaşı 65-70 yaşına çatmış “rusbaşlılar” isə hələ də Naxçıvanda yüksək vəzifələrə yerləşdiriliblər. Misal olaraq mayor Natiq Əlisoyu göstərə bilərik. O, ailə vəziyyəti ilə (qardaşı yataq xəstəsidir) əlaqədar digər ordu korpuslarında xidmət etmək üçün müraciət edib, amma bu istəyi yerinə yetirilməyib. Mayor məcbur qalaraq məhkəmə yolu ilə haqqını tələb etməyə çalışıb. Onun müraciəti əsasında 18 dəfə məhkəmə iclası keçirilib, lakin Vasif Talıbovun qorxusundan hakimlər qanunların tələb etdiyi qərarı verə bilməyiblər. Zabit artıq bu məhkəmə çəkişmələrinin sonu gəlməyəcəyini görüb öz arzusu ilə ehtiyata buraxılıb”, -mənbəmiz bildirib.

Kərəm Mustafayevin quldarlıq qaydalarının Azərbaycan Hərbi Nizamnaməsindən üstün tutulduğu Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yaşanan bu inanılmaz hadisə barədə Natiq Əlisoyun öz etiraflarından bu linkdə xəbər tuta bilərsiniz. Zabitin qələmə aldığı Naxçıvan məhkəmələrində hərbçiyə qarşı görün nələr baş verirmiş! Sizcə belə ola bilərmi??? sərlövhəli məqalə də sübut edir ki, hələ də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Kərəm Mustafayevin şəxsi ambisiyaları ilə idarə olunur.

Maraqlıdır ki, Azərbaycan qardaş Türkiyə ilə hərbi-strateji müttəfiqdir və regional ümumi düşmənlərə qarşı birgə mübarizə aparır, hərbi təlimlər keçirir. Naxçıvandakı ordu hissələrimiz isə hələ də sözün bütün mənalarında “rus yerişi” yeriyir. Nədən? Çünki Vasif Talıbov Azərbaycan Ordusunda tətbiq olunan NATO yerişini bəyənməyib. Tək səbəb bumu? Suala araşdırmalarımız nəticəsində cavab tapmağa çalışacağıq.

Ovqat.com
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Əliyev sərəncam imzaladı


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilir:

Abdullayev Kamal Mehdi oğlu

Əbdüləziz bin Osman əl-Tüveycri

Əliyeva Fərəh Şirməmməd qızı

Əliyeva Leyla İlham qızı

Əli-zadə Firəngiz Əli Ağa qızı

Həbibbəyli İsa Əkbər oğlu

Koiçiro Matsuura

Şarovski Aleksandr Yakovleviç

Vəlixanova Nailə Məmmədəli qızı

Zabelin Mixail Yuryeviç.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kürdəmirdə Təhsil İdarəsinin rəhbəri müəllimləri niyə HƏDƏLƏYİB? - məktəbdəki İNSİDENT davam edir


Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində baş verən qalmaqal bitmək bilmir. Valideyn Elşən Abdulovun ibtidai sinif müəllimi Xatirə Əhmədovaya illərdir yaratdığı problem, təzyiq və təhdidlərin ardınca əlbir olduğu Kürdəmir Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, icra hakimiyyətinin nümayəndələri və özünü “jurnalist”kimi qələmə verən Etibar Bəşirovla məktəbə basqını məsələsinə iki aydır aidiyyəti qurumlar tərəfindən laqeydlik hökm sürür.

Nə Elm və Təhsil Nazirliyi, nə Mərkəzi Aran Regional Təhsil İdarəsi məsələnin həlli yollarına çözüm tapıb, nə də baş verən biabırçı olaya səbəbkar olan E..Zülfüqarov adına Şilyan kənd orta məkəbinin direktoru vəzifəsini icra edən Ülkər Quliyevaya rəsmi qaydada xəbərdarlıq olunub.

Məsələ ictimailəşəndən və prokuroluğa qədər gedib çıxandan sonra isə məktəbdə durum daha kritik hal alıb.

Xatirə Əhmədovanın iddiasına görə hələ də məktəbin direktor əvəzi Ülkər Quliyeva və həyat yoldaşı, eks direktor Anar Quiyevin basqılarına məruz qalır. Ülkər Quliyeva məsələni media müstəvisinə çıxardıqları üçün Xatirə Əhmədovanı və digər müəllim yoldaşı Səkinə Hüseynovanı sözün əsl mənasında “gözüm çıxdıya”salıb.

Bütün bunlar azmış kimi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov da hər iki müəllimi qəbuluna çağıraraq, məsələni çözmək əvəzinə onları işdən çıxarmaqla hədələyib.

Bu barədə açıqlamanı Bizim.Media-ya Xatirə Əhmədova və Səkinə Hüseynova verib.

Dediklərinə görə Elçin Kərimov onların şikayət və tələblərini dinləməyib, əksinə işdən çxarılacaqları ilə qorxudub:

“Bilirsiz ki, sözügedən olayla bağlı oktyabrın 22-də Elm və Təhsil Nazirliyinə müraciət etmişdik. Yəqin həmin müraciətlə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri Elçin Kərimov bizi qəbula çağırmışdı. Ilk sözü belə oldu ki, istənilən məktəbin direktorunu və müəllimini işdən atmaq səlahiyyəti var. Çox əsəbi və qərəzli şəkildə danışdı. Ümumiyyətlə bizi dinləmədi. Halbuki ora sevinə-sevinə getmişdik ki, nəhayət məsələmizə baxılacaq. Hər şeyi bir kənara qoyub, məsələni mediada niyə ictimailəşdirmişik deyə sorğuya çəkdi. Açıq təhdid etdi ki, media mənə heç nə edə bilməz və istənilən vaxt bizi işdən ata bilər.

Yanındakı Emil adlı şəxs isə qərəzli şəkildə mediaya çıxmağın cinayət işi olduğunu bildiridi. Bizə olan bu münasibətdən hiss etdik ki, Elçin Kərimov elə qarşı tərəfi müdafiə edir. Çünki bizdən əvvəl Ülkər Quliyeva və həyat yoldaşını qəbul etmişdi. “Gedin, direktorla barışın, başınızı aşağı salın və işinizi görün” deyə bildirdi. Heç nə deyə bilmədik. Sadəcə çıxanda onu dedim ki, “o zaman Ülkər Quliyeva və həyat yoldaşı Anar Quliyevə deyin, məndən əl çəksinlər. Söz atmasınlar və təxribat yaratmasınlar. Yəni Ülkər Quliyeva işləyə bilirsə işləsin, yoxsa həyat yoldaşı orada bizə idarəçilik etməsin”.

Xatirə Əhmədovanın sözlərinə görə Elçin Kərimovun davranışından belə çıxıb ki, guya biz qərəzliyik və direktoru eqomuz götürmür:

“Halbuki həmin məktəbin 16 ilik müəllimiyəm. Üçüncü direktordur ki, dəyişib. Niyə mənim başqa direktorlarla problemim olmayıb? Demək ki, bu adam idarə edə bilmir və valideyni üstümüzə hucuma göndərən də odur. Bir qızım və oğlum var. Qızımı Elşən Abdulovun qorxusundan Bakıya oxumağa göndərmişəm. O, məni qızımla hədələyirdi. Ona görə uzaqlaşdırdım ki, nə olursa, özümə olsun. Deyirlər ki, barış. Qolumdan tutub katibənin otağına sürüyən Göyçay sakinini, başıma bu işləri gətirən direktoru, həyatımı zindana çevirən Elşən Abdulovu necə bağışlayım? Bəs uşaqlarımın gözü qarşısında alçalmağım? Mənə dəyən maddi və mənəvi ziyan, itirdiyim sağlamlığım?”

Xatirə Əhmədovanın iddiası ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsi ilə əlaqə yarada bilmədik.

Qeyd edək ki, məktəbə basqında Xatirə Əhmədovanın sinifdən çıxarılmasından sonra müəllim yoldaşı Səkinə Hüseynova qorxub ağlayan ibtidailərin görüntülərini çəkdiyinə görə məktəbin direktor əvəzi Ülkər Quliyeva tərəfindən töhmət alıb. Səkinə Hüseynova isə töhmətin saxta imzalardan ibarət olduğunu iddia edir.

Elçin Kərimov sadəcə müəllimlərə həmin töhmət məsələsinin araşdırılacağını bildirib. Xatirə Əhmədova onu da əlavə edib ki, məsələ ilə bağlı oktyabrın 18-də Kürdəmir Rayon prokurorluğuna müraciət edib. Rayon prokurorluğundan şikayətnin müraciətinə hər hansı cavab gəlməyib.

Bildirilib ki, iş Kürdəmir Rayon Polis İdarəsinə göndərilib.

Xatırladaq ki, oktyabrın 14-də Kürdəmir rayonu E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbində ibtidai siniflərdən birində qorxulu anların yaşandığını və həmin məqamı əks etdirən videogörüntüləri ictimailəşdirmişdik. Yazıda adı keçən qurum və rəsmilərin mövqeyini dərc etməyə hazırıq.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qubanın icra başçısı görün, nədə İTTİHAM OLUNUR... - "İmkan vermir ki..."


Quba Rayon Mərkəzi Xəstəxanasının PHŞ direktoru Sərvərov Əliyar Ənvər oğlunun qanunsuz hərəkətləri barədə, 2021-ci ilin sentyabr ayında Quba Rayon Prokurorluğuna daxil olan ərizələrə əsasən araşdırmalara başlanılıb.

DİA.AZ azinforum.az-a istinadla xəbər verir ki, bu barədə Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradov məlumat verib:

“Əsaslı faktlar olduğuna görə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması təşkil olunmuşdur. 4 aya qədər davam edən yoxlama nəticəsində rəsmi olaraq 1,6 milyon manatdan yuxarı mənimsəmə faktı ortaya çıxmışdır. Mənimsəmə külli miqdarda olduğuna görə iş, 18 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Lakin, cinayət işinin açılması və ya işin gedişatı barədə mətbuatda və ya Baş Prokurorluğun rəsmi internet səhifəsində heç bir məlumata rast gəlinmir. Məlumat almaq üçün rəsmi və şifahi müraciət olunsa da, cavab almaq mümkün deyil. Əliyar Sərvərovu, Quba RİH nin başçısı Ziyəddin Əliyev və rayonun digər yuxarı dövlət təşkilatlarının vəzifəli şəxsləri tərəfindən müdafiə olunması, bu işin aşkara çıxmasına mane olur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?


"Azərbaycan Reallığı" məlumat verən mənbə bildirir ki, keçmiş Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinin rəisi Cavid Qurbanova yaxınlığı ilə seçilən və onun təmtəraqlı şəkildə 60 illik yubileynin təşkilatçılarından olan Vəsilə Abulova ölkəni tərk edib, səbəbi isə son dövrlər Cavid Qurbanovun vurulan kadrlarının barəsində hüquq-mühafizə orqanlarında araşdırma getdiyi üçün Vəsilə Abulovaya muəyən güclər ölkəni tərk etməyi məsləhət görüb.
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?

Vəsilə Abdulova

"Azərbaycan Reallığı" xəbər verir ki, googlede axtarış verərkən Vəsilə xanım haqqında xeyli qaranlıq məqamlara rast gəlmək olur. O, Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə rəisinin müavini olmaqla yanaşı Voleybol Federasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsində də olub. “Azərreyl” voleybol klubuna da baş mühasib gətirilib, 2016-cı ilə qədər Əhmədlidə kirayədə yaşayan V.Abulova hazırda Bakının mərkəzində, Fəhlə prospektində dəyəri 1 milyondan artıq villası var. Bundan başqa, Mərdəkanda, Nardaranda, Bilgəhdə bağ evləri olduğu iddia olnur.
Cavid Qurbanovun yaxın xanım kadrı ölkəni tərk edib?

Cavid Qurbanov

Saytımıza danışan mənbə onun ölkədən kənardada mülklərin olduğun bildirir. Türkiyədə isə 4 otaqlı evi, Gürcüstanda isə şərikli biznesi olduğu deyilir.

Dəmiryolçu xanımın qarajında “022 Range Rover”, “022 Lexus”, “011 Hyundai”, “BMW 5” və “Pajero Jeep” markalı avtomobil kolleksiyası var. Bütün bu daşınar və daşınmaz sərvəti Vəsilə xanım Cavid Qurbanovun dönəmində əldə etdiyi bildirilir.

"Azərbaycan Reallığı" məsələ ilə bağlı Vəsilə Abulova əlaqə saxlayıb, O hal-hazırda ölkədə olmadığını, xaricdə hansısa beynəlxalq tədbirdə olduğunu qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı Gəncə küçələrində İT OVUNA ÇIXIB... - NARAZILIQ VAR!


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış etməsinə baxmyaraq Gəncənin icra başçısı isə sahibsiz itlərin güllələnməsinə əmr verib.İtlərin bu cür kütləvi şəkildə məhv edilməsi Gəncə heyvansevərlərin ciddi narazlığına səbəb olub.

DİA.AZ bildirir ki, bu haqda Dünyanınsəsi.Az saytının E-mail ünvanına tükürpədici videofaktlar göndərilib.

Bir qurup Gəncə sakinləri redaksiyamıza göndərmiş olduqları şikayətdən belə aydın olur ki, gecə əhalinin istirahət etdiyi vaxt güllə səslərinə oyanıblar.Ərazidə yaşayan sakinlər itlərin səs-küyünə toplaşaraq bu hadisəni törədən şəxsləri saxlayıblar.Nəticədə məlum olub ki, itləri güllələyən Tayota Karolla markalı 77 FB 267 nömrə nişanlı avtomobildə əyləşən Firuddin Sadıqovdur.
Sakinlər qeyd edirlər ki, hətta özlərinə məxsus olan qapı itləri də güllələnib.Həmin amansız ovçunun gecə vaxtı məhv etdiyi yüzlərlə itin meyitləri toplanaraq ərazidəki zibillikdə basdırılıb.
Halbuki bu itlər üçün dərin xəndəklər qazılıb baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə utilizasiya edilməli idi.
Gəncə sakinləri mətbuat vasitəsi ilə Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyi və Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin rəhbərliklərindən bu “qətliyamçı ovçu” barəsində ölçü götürülməsini tələb edirlər.
Redaksiya olaraq inaırıq ki, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ov tüfəngi ilə sahibsiz olduğu güman edilən itləri məhv edən şəxs barəsində qanunamüvafiq formada ölçü götürülməsinə göstəriş verəcəkdir.
Gəncənin heyvansevərləri icra başçısı Niyazi Bayramovu yalançılıqda ittiham edirlər.Belə ki, Niyazi müəllim heyvansevərlərə söz verib ki, şəhərdə sizə sığınacaq yeri verəcəyik.İitləri yığıb aparıb orda yerləşdirərsiniz.Bu günə kimi verilən vədlər isə yerinə yeirilməyib.
Qaldıki it vuran Firuddin Sadıqova ondan da heyvansevərlər aidiyyatı qurumlara çoxsaylı şikayətlər etsələr də bu günə kimi heç bir tədbir görülmədiyini bildirirlər.Gəncə heyvansevərləri bildirirlər ki, itlərin qətliyamı dayandırılmasa Gəncə şəhər icra hakimiyyəti qarşısnda etiraz aksiyası keçirəcəyik.
Səsləndirilən ittihamlarla bağlı qaşı tərəfin də mövqeyini dərc edə bilərik.
İtlərin güllələnməsi videosunu təqdim edirik:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran RİH-də NƏ(LƏR) BAŞ VERİR? - İTTİHAM VAR!


Lənkəran rayonu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Doğrudur, sakinlər arasında heç də yeni deyil, amma yayımlayacağımız xəbər oxucularımızı şoka salacaq.

Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov rayon sakinlərinə zülm etməklə, bir növ əhalini dövlətdən narazı salmağa çalışır. İllərdir icra başçısı kürsünü zəbt edən və rayonda tender maxinasiyaları ilə iz buraxan şəxs dövlət qurumları tərəfindən məharətlə sığortalanır. Maraqlıdır, rayon rəhbəri hansı metotdan istifadə edir ki, rahat şəkildə bütcəni talayır.
GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olub ki, T. Qaraşovun qara işlərini məhz şəxsi köməkçisi Elnur Hüseynov icra edir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxaladı.
Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçildi.
Əfsüslər olsun ki, belə bir cinayət işindən rayon icra başçısı
kənar qaldı. Məlumat üçün bildiririk ki, rayonda yüksək səviyyəli korrupsiya halları bir başa icra başçısı səviyyəsində razılaşdırılır. Adından da bəllidir ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tabeçilik baxımından kimə və kimlərə tabedir. Mənbəmiz iddia edir ki, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Adil oğlu Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Araşdırmalarımız davam edir.

GündemXeber.az

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO