[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərin suallarına xoşagəlməz cavablar verən MƏMURLAR - ARAŞDIRMA


Jurnalistlərin müsahiblərinə ünvanladığı suallar heç də həmişə normal qarşılanmır. Bəzən suallar cavabsız qalır, bəzənsə müsahibi özündən çıxarır. Belə hallarda jurnalistin tənqid və ya təhqir edildiyi, hətta hücuma məruz qaldığı belə olur.

Ölkəmizdə də bir sıra məmurların jurnalistlərin sualları qarşısında verdiyi cavablar bu gün də xoşagəlməz hal kimi xatırlanır.

Bizim.Media jurnalistlərə verdiyi sərt cavablarla xatırlanan məmurları araşdırıb.

Abid Şərifov

Baş nazirin sabiq müavini Abid Şərifov 7 il öncə, 2015-ci ildə yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırarkən maraqlı dialoq yaşanıb. Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb.

Sonda jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

Əli İnsanov

Haqq-Ədalət Partiyasının sədri Əli İnsanovla Səhiyyə naziri işlədiyi vaxtlarda “ANS” telekanalının jurnalisti Afət Fərmanqızı arasında xoşagəlməz hal yaşanıb. Jurnalistin sualına “Rədd olun burdan, çəkil o tərəfə. Nə lazımdırsa, hamısını demisiniz” cavabını verən Ə. İnsanov binadan uzaqlaşıb.

Tağı Əhmədov

Tağı Əhmədov “Bakı Metropoliteni” QSC-yə rəhbərlik etdiyi zaman baş verən nasazlıq səbəbindən qatarların hərəkəti dayanıb. Hadisə yerinə gələn jurnalistlərin sualları qarşısında isə Tağı Əhmədov kobud cavablar verib. Belə ki, əhatəsində olan T.Əhmədov onların üstünə qışqırıb "ə bir-bir, borcum yoxdu sənə, sən burdan tısıldayırsan, bu burdan” deməklə KİV əməkdaşlarını təhqir edib.

Bundan əlavə, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının “Gülüstan” sarayında təşkil etdiyi tədbirdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov media nümayəndələrini növbəti dəfə təhqir edib. Belə ki, bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə Metropoliten rəisini özündən çıxarıb. Səsinin tonunu artıran Tağı Əhmədov “nədir, “popuqay”sız, hər məni görəndə bu sualı verirsiniz. İşiniz, gücünüz, yoxdur? Səviyyənizi, yerinizi bilin” deyə jurnalistlərə sərt formada narazılığını bildirib.

Sahib Ələkbərov

“MTN işi”ndə təqsirləndirilən polkovniklərdən biri, Sahib Ələkbərov bu ilin iyununda məhkəmə qarşısında jurnalistin ona sual ünvanlamasına mane olub. Daha sonra isə, jurnalistə “tərbiyəsiz, ağzına gələni yazırsan” sözlərini deyərək, məhkəmə binasına daxil olub.

Bizim.Media
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağcabədidə NƏ BAŞ VERİR? - Sahibkar dərdini KİMƏ DESİN?


Bir neçə gün bundan öncə gundemxeber.az saytında Ağcabədi rayonu, “Haramı düzü” adı ilə tanınan ərazidə fəaliyyət göstərən “Yaşar-84” MMC kəndli fermer təsərrüfatının sahibi, hüquqi şəxs Bəxşeyiş Xasay oğlu Səfiyevin üz-üzə qaldığı bir çox problemlərin mahiyyətini ictimailəşdirib, ölkə ictimaiyyətini baş verən qanunsuzluqlarla bağlı məlumatlandırmışdıq. Yəni, yazıb qeyd etmişdik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxşeyiş Səfiyev 1995-ci ildən indiyə kimi rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid 50 ha torpaq sahəsində həm əkinçiliklə, həm qoyunçuluq təsərrüfatı ilə məşğul olub. O, dövlət fond torpağına aid olan və icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahələrində suvarma işlərini 3 (üç) ədəd trosfarmatordan istifadə etməklə həyata keçirsə də, bir müddət bundan öncə Ağcabədi RİH-nin başçısı cənab Rafil Hüseynovun verdiyi tapşırıqlar əsasında, RİH-nin və “Azərişıq” ASC-nin əməkdaşları polisin təsir imkanlarından istifadə edirlər və onlar trosfarmatorları ərazidən söküb aparırlar. Belə bir səbəbdən də, Bəxşeyiş Səfiyev payız mövsümü ilə əlaqədar əkin sahələrində suvarma işlərini həyata keçirə bilmir və gəmiricilər taxıl sahələrini yarasız hala salırlar. Ərazidən trosfarmatorlar götürlərkən müəyyən qarşıdurmalar da baş verir və polis əməkdaşları həm Xasay Səfiyevi, həm də onun yaşlı həyat yoldaşını itələyib yıxırlar. Söz yox ki, bu yöndə atılan addımların kökündə 2019-cu ildən Ağcabədi rayonuna rəhbərlik edən Rafil Hüseynovun verdiyi tapşırıqlar əsas rol oynayır. Yəni, guya ki, Bəxşeyiş Səfiyevin rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatı “Azərşəkər” MMC-nin Ağcabədi təsərrüfatına məxsus 18 ha əraziyə daxil olub deyə, ortaya belə bir əsassız bəhanə atılır.

Qeyd edək ki, Bəxşeyiş Səfiyevin gundemxeber.az saytına etdiyi müraciət əsasında yazıb onu da qeyd etmişdik ki, əgər bu cür qeyri-qanuni addmlarla bağlı tapşırıq verən İcra Başçısıdırsa, hərtərəfli aranı qarışdıran, vətəndaşların dövlət orqanlarından narazı düşmələrinə şərait yaradan, bir sözlə əsas baiskarlardan biri Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov adlı şəxs olur. Müraciət müəllifinin iddiasına görə, icra başçısı Rafil Hüseynov bu gün də Muxtar Bağırovun məsləhəti ilə oturub durur və bu şəxslər zaman-zaman elə bir saxtakarlıqlara qol qoyurlar ki, baş verənləri görüb-eşidən hər kəs, sanki öz özlüyündə şaxsey-vaxsey deməli olur. Məsələn, Bəxşeyiş Səfiyev qeyd edir ki, “1995-ci ildə Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 72 saylı qərarı ilə fermer təsərrüfatı yaratdım və mənə 30 ha torpaq sahəsini müddətsiz verdilər.

2003-cü ildə sənədlərim dəyişdirildi və istifadə etdiyim torpaq sahəsi 50 ha oldu ki, bu da rəsmi qaydada sənədləşdirildi. 2011-ci ildən bugünə kimi dəfələrlə icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı RİH-nə müraciətlər etmişəm. Yüz dəfə sənədlərimi onlara təqdim etmişəm, xeyri olmayıb. İstifadə etdiyim torpaq sahəsi ilə bağlı qərar 1995-ci ildə verilsə də, istifadəmdə olan torpaq sahəsinə aid şəhadətnamə isə 2003-cü ildə verilib. Buna baxmayaraq, RİH tərəfindən 2005-ci ildə qeyri-qanunu olaraq, yəni heç bir məhkəmə qərarı olmadan, mənə verilmiş şəhadətnamə ləğv edilmədən, şəhadətnaməmin üstündən başqa bir şəxsə 20 ha torpaq sahəsinin guya ki, başqa bir şəxsə aid olması ilə bağlı şəhadətnamə verirlər. Qeyd olunan torpaq sahəsinə aid başqa bir şəxsə şəhadətnamə versələr də, bu gün də həmin sahə istifadəmizdədir.

Onlar məni indiyə kimi hüquq-mühafizə orqanlarına veriblər, yoxlama zamanı sənədlərimin qaydasında olduğu bəlli olub. Xeyli müddət bundan öncə RİH-də çalışan vəzifə sahibləri bir şirkəti aldadırlar və onlar istifadə etdiyimiz torpaq sahəsinin içindəki tikilini, üç artezianı və torpaq sahəsinin müəyyən hissəsini şirkət əməkdaşlarına göstərirlər. Az sonra Mehdiyev Şöhrət Əsəd oğlu adlı şəxsin adına sənədləşmə işləri həyata keçirilir və onlar belə bir fırıldaq əməllərinə qol qoyaraq həmin şirkətdən külli miqdarda pul əldə edirlər”.

Məsələnin diqqəti cəlb edən tərəfi odur ki, qeyd olunan faktlarla bağlı gundemxeber.az saytında məqalə yayımlandıqdan sonra, Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov redaksiyamızla əlaqə saxladı və o, problemlərlə bağlı fikirlərini belə bir formada ifadə etdi. Odur ki, bu şəxsin söylədiklərini hər kəsin diqqətinə çatdırırıq. Muxtar Bağırov telefon danışığı zamanı bildirdi ki, “Əvvəla bilmədiyiniz şeyi çox səhf edib yazırsınız, qarşı tərəfin mövqeyini öyrənmədən. 1995-ci ildə Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə Bəxşeyiş Səfiyevə 30 ha torpaq sahəsi verilir, sonra sənədləri dəyişdirilib olub 50 ha. Axırıncı dəfə 2003-cü ildə beş il müddətinə ona 50 ha torpaq sahəsinəsərəncam verilib. 2003-cü ilin aprelində sənədlər dəyişdirilib və 20 ha sahə onun razılığı ilə həmkəndlisi Mehdiyev Şöhrət Ərşad oğluna verilib. Müqavilənin vaxtı 2011-ci ildə bitib. 2011-ci ildən indiyə kimi onun müraciəti varmı ki, mən harasa müraciət etmişəm ki, müqaviləm uzadılsın, amma uzadılmayıb. Ona verilən torpaq dövlətin torpağıdır. Heyvandarlığın inkişafı üçün verilən torpağı o, qeyri-qanuni ağdamlılarla əlbir olub, alver edib, taxıl əkib, soğan əkilib. Bəxşeyşin orada torpağı yoxdur.

Transformator “Paşa Holdin”qə icarəyə verildiyindən və müasir suvarma sistemləri qurulduğundan, orada olan artezianlar götürülüb. Təsərrüfatın ərazisidir, müasir yağış yağdırıcı qurğular yaradılır. Əgər Bəxşeyiş sənədini göstərib desə ki, bu mənim sənədli-sübutlu torpağımdır, al bunu oxuyun, onda dərc etməyə haqqınız var. Mən 28 noyabrdan məzuniyyətdə olduğumdan, sizin məktublara cavab veriləcək. Reallıqda o torpaq Bəxşeyiş Səfiyevin pay torpağıdırsa, ya ona ömürlük verilmiş olardısa, onun deməyə haqqı olardı. O, dövlət fonduna aid torpaq sahəsidir, təyinatı qış otlağıdır. Bəxşeyiş Səfiyevin bu il 20-dən artıq müraciəti olub, hər biri cavablandırılıb. O torpaq ona icarəyə verilə bilməz. Onun barəsində rayon polis şöbəsinə, prokurorluğa, əmlak məsələləri dövlət xidmətinin rəis müavini Elçin Usubova barəsində məlumat göndərilib. O, adamın müraciət etməsinə heç bir hüquqi əsas yoxdur. Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz.

Prezidentin Özbəkistan səfərindən sonra 3 (üç) min hektara yaxın sahə var, orada müasir suvarma var, bütün şəbəkələr təmin olunub ona. Yeni təsərrüfat yaradılacaq, oradan bütün icarədarlar çıxarılacaq. Dövlət torpağı 67 nəfərin dolanışığı üçün deyil, dövlət torpağında orada geniş təsərrüfat yaradılacaq. Odur ki, belələrinin dəyirmanına su tökməyə ehtiyac yoxdur”.

Bəli, Ağcabədi RİH Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdir müavini Muxtar Bağırov danışdıqlarına, ifadə etdiyi belə bir fikirlərinə diqqət yetirdikdə bəlli olur ki, bu şəxs “qaş düzəltdiyi yerdə, sanki göz çıxartmaqla” məşğul olur. Yəni, Muxtar Bağırovun danışıq ritorikasından bəlli olur ki, bu şəxs yazılanların hər birinin səhv olması və yersiz yazılması qənaətindədir. O halda sual oluna bilər ki, əgər Muxtar Bağırovun özünün dediyinə görə, bu şəxs 28 noyabrdan məzuniyyətdədirsə, ona belə bir ritorika ilə danışmağa hansı qanun ixtiyar verir? RİH-nin rəsmisi qeyd edir ki, “20 ha sahə Bəxşeyiş Səfiyevin razılığı ilə onun həmkəndlisi Mehdiyev Şöhrət Ərşad oğluna verilib”. Bəxşeyiş Səfiyev isə “Mənim bu məsələ ilə bağlı heç bir razılığım olmayıb” deyir. O halda müdir müavini Muxtar Bağırovun bu cür açıqlamasına nə ad vermək olar? Bu şəxs onu da bildirir ki, “Bəxşeyiş Səfiyevlə bağlanmış müqavilənin vaxtı 2011-ci ildə bitib”. Sual oluna bilər ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bəxşeyiş Səfiyevlə RİH arasında sonuncu dəfə 2003-cü ildə icarə müqaviləsi bağlanıbsa və müqavilənin müddəti 2011-ci ildə başa çatdıbsa, nə üçün bu şəxsin istifadə etdiyi torpaq sahələri ötən illər ərzində ondan geri alınmır?

Digər tərəfdən, indiyə kimi bu şəxs icarə müqaviləsi sənədinin uzadılması ilə bağlı dəfələrlə RİH Aparatına müraciətlər edib. Sual oluna bilər ki, Bəxşeyiş Səfiyevə verilmiş torpaq sahələri heyvandarlığın inkişafı üçün verilibsə və bu şəxs həmin sahələrdən qeyri-qanuni olaraq kənd təsərrüfatı məqsədilə istifadə edibsə, nə üçün RİH öz səlahiyyəti çərçivəsində indiyə kimi bu şəxslə bağlı lazımi tədbirlərini görməyib?
Müdir müavini Muxtar Bağırov onu da bildirir ki, “Transformatorlar “PAŞA Holding”ə icarəyə verilmiş və orada müasir suvarma sistemləri qurulmuşdur”. Bu fikirin özündə də böyük şübhələr var. Çünki, heç cür inandırıcı deyil ki, “PAŞA Holding” kimi böyük bir şirkət, hansısa kiçik bir sahibkarın indiyə kimi istifadə etdiyi və kifayət qədər köhnəlmiş transformatorları icarəyə götürsün? Əslində bu şəxs “PAŞA Holding”in adından sperkulyasiya etsə də, ərazi “Azərşəkər” MMC tərəfindən ələ keçirilir. Muxtar Bağırov açıqladığı fikirlərin birində də qeyd edir ki, “Bəxşeyiş Səfiyevin 2011-ci ildən indiyə kimi müraciəti varmı ki, “müqaviləm uzadılsın deyə müraciət etmişəm” amma uzadılmayıb” desə də, bu şəxs sonrakı fikirlərində isə “Bəxşeyiş Səfiyevin təkcə bu il 20-dən artıq müraciəti olub, hər biri də cavablandırılıb” deməsi, bir daha onu sübut edir ki, RİH-nin rəsmisi başdan-ayağa yalan danışır. Muxtar Bağırovun “Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz” deməsi, məhz onu söyləməyə əsas verir ki, bu şəxsin düşüncəsinə görə vətəndaşın üz-üzə qaldığı problemi media qurumlarında ictimailəşdirmək olmaz. Əgər, hansısa media nümayəndəsi vətəndaşa aid problemi ictimailəşdirirsə, demək Muxtar Bağırovun qənaətinə görə həmin şəxs jurnalist deyil. Yəni, bu şəxsin yanaşmasından belə qənaətə gəlmək olar. Müdir müavini Muxtar Bağırovun “Belələrinin dəyirmanına su tökməyə ehtiyac yoxdur” açıqlaması da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olur.

Unutmaq olmaz ki, 20 iyul 2017-ci il tarixdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması tədbirində iştirak edərkən qeyd etmişdi ki, “Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar təmin olunur, o cümlədən söz azadlığı və siz jurnalistlər bunu yaxşı bilirsiniz. Azərbaycanda minlərlə mətbuat orqanı var ki, qeydiyyatdan keçib sərbəst fəaliyyət göstərir. Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”. Bəli, bu ölkə rəhbərinin Azərbaycan jurnalistikasına verdiyi dəyərdir, ortaya qoyduğu yanaşmasıdır. O halda sual olunur ki, Muxtar Bağırovun “Siz də belələrinin dalınca düşürsünüzsə, demək siz jurnalist işləmirsiniz” açıqlaması, görəsən hansı məqsədə, hansı niyyətə hesablanmış addımdır? Qarşı tərəfin mövqeyini bir daha dinləyə bilərik.
Bəxşeyiş Səfiyevin rəhbərlik etdiyi “Yaşar-84” MMC kəndli fermer təsərrüfatına aid olan sənədləri yazıya əlavə edirik.
Gundemxeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Laçın-Şuşa yolunda tutulan NOBATIN DAHA BİR HƏDƏFİ... - Ekspert danışır


"Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyaları dinc xarakterlidir və heç bir gərginlik ehtiva etmir". DİA.AZ bildirir ki, bu sözləri "Şərq"ə siyasi şərhçi Turan Rzayev deyib. Ekspert bildirib ki, azərbaycanlıların etiraz aksiyaları keçirməsinə başlıca səbəb sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yarıtmaz fəaliyyətidir: "Məsələ ondadır ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal altında olduğu dövrdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ölkəmizə qarşı ekoloji terror törədilib, bir çox faydalı qazıntı yataqları qanunsuz şəkildə istismar edilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə uzun illər qanunsuz istismar və talan edilən yataqların bir çoxunda ekoloji vəziyyət nəzarət altına alınıb. Lakin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində olan Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında qeyri-qanuni istismar davam etməkdədir. Rəsmi Bakı mövcud vəziyyətə etiraz olaraq 3 dekabr tarixində əməkdaşlarını monitorinq üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə göndərdi. Tərəflər arasında müzakirələr 3 saat davam etsə də, nəticə əldə edilmədi. Dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycanın monitorinq heyəti Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirdi. Görüşdə əldə olunmuş razılığa uyğun olaraq, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu iki əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə baxmayaraq, bu səfərə maneə törədildi".
T.Rzayev bəyan edib ki, rəsmi Bakı nə torpaqlarımızın istismarına, nə də Rusiya sülhməramlılarının bu qanunsuz əmələ göz yummasına icazə verəcək: "Bunun üçün Azərbaycan tərəfi iki ciddi addım atdı. Birincisi, 10 dekabr tarixində faydalı qazıntıların qanunsuz istismar olunduğu əraziyə Azərbaycan nümayəndələrinin səfər etmək cəhdinə maneə törədilməsinə etiraz olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota təqdim etdi. İkincisi, Laçın-Şuşa yolunun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları etiraz aksiyaları təşkil etdi. Bu, rəsmi Bakının son yumşaq xəbərdarlığıdır. İlin sonlarınadək erməni silahlılarının terror təxribatları və qanunsuz fəaliyyət sonlanmasa, rəsmi Bakı daha ciddi addımlar ata bilər. Söhbət “Qisas” əməliyyatı və ya bu ilin mart ayında təşkil edilən Fərrux əməliyyatına bənzər növbəti prosesin icrasından gedir. Mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə 2023-cü ildə də bənzər formada hərbi əməliyyatların keçirilməsi mümkündür".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vasif Talıbovun kadrları NARAHATDIR - ONU SATMAĞA HAZIRDIRLAR...


Məlum olduğu kimi artıq Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gətirildiyi haqda informasiyalar yayılıb. DİA.AZ bildirir ki, bu xəbərlər bir neçə qaynaq tərəfindən paylaşılıb. Naxçıvan üzrə ixtisaslaşmış jurnalist ünvanını haqq etmiş həmkarımız Heydər Oğuz da bu olayı aşağıdakı kimi təqdim edib:

"Bu gün (dünən) axşam Naxçıvandan Bakıya uçan sərnişinlər sürprizlə qarşılaşıblar. Birdən stüardessaların qapısı aralanıb və içəridən cənab "xan" həzrətləri çıxaraq I salona daxil olub. Heç kimin üzünə baxmadan, başını aşağı salaraq ilk sırada oturub. Onun da yanında cangüdənə bənzəyən birisi əyləşib".

Onu da qeyd edək ki, vasif Talıbovun Bakıya gə(tiri)lməsi artıq onun yenilməsi kimi xarakterizə olunur və sosial şəbəkəlrdə bu barədə müzakirələr açılmaqdadır. DİA.AZ Naxçıvan sakinlərindən birinin Talbıovdan Bakıda soruşulmalı olan sualları sıralamasını təqdim edir:

"Bakıda ondan soruşsunlar.
1.Naxçıvan sakinləri sizə nə etmişdi ki,olara bu qədər zülm verildi?
2.Naxçıvanı, niyə o qədər insan tərk edib,illərdir öz yurdlarından didərgin düşüb?
3.Nəyin qisasını alırdılar bu insanlardan?
4.Saysız,hesabsız insanların həyatları məhv edildi. Niyə?"

Təbii ki, vasif Talıbovdan bu sualların cavabı istəniləcək. Əlavə və daha ciddi suallar da var.

Bu arada DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, dünənə qədər Naxçıvan Xanının adamı kimi tanınan yüzlərlə şəxs bu gün könüllü olaraq Talıbpva qarşı İFADƏ VERMƏYƏ hazır olduqlarını bildirməyə başlayıb. İşlrə maraqlı məcrada inkişaf edir...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Babayevin hesabatlarında BU FAKTLAR YOXDUR - Əlillər real mənzərəni İZAH EDİR


Kəmalə Sultan 6 yaşında ikən yol qəzası keçirib və hazırda əlil arabası ilə hərəkət edə bilir. İndi onun 33 yaşı var.

Kəmalə deyir ki, ixtisasca filoloq olsa da, iş tapmaqda həmişə çətinlik çəkib. İşi çətinləşdirən həm də əlillərin rahat hərəkəti üçün infrastrukturun olmamasıdır:

“Karantindən əvvəl, 3-cü kursda oxuyanda işləmək üçün bir tədris mərkəzinə müraciət etdim. Bu kurs məktəbə hazırlıq kursu idi. Məndən imtahan da götürdülər və qəbul oldum. Ancaq mərkəzin binasında əlillərin sərbəst hərəkəti üçün infrastruktur olmadığına görə, orada işləyə bilmədim. Daha sonra bu yöndə başqa işlərə və həmin iş yerlərindəki infrastruktura baxırdım. Harda sərbəst hərəkət üçün yetərli şərait yaradılmışdısa, orada məndən təcrübə istəyirdilər. Daha sonra başa düşdüm ki, bu iş alınmayacaq. Bundan başqa, məktəblərə baxdım. Gördüm ki, burada nəyinki əlliliyi olan müəllimlər üçün, heç şagirdlər üçün də lazımi infrastruktur yoxdur” – deyə o əlavə edib.

Kəmalə Sultan deyir ki, iş yerlərində əlillər üçün nəzərdə tutulan kvotalar artırılsa, iş tapmaq da asan olar.

"Qarabağ əlilləri və veteranları" cəmiyyəti İctimai birliyinin və " Autizm " İctimai birliyinin idarə heyyətinin uzvü. Qarabağ müharibəsi əlili və Əlil uşağ valideyni, ikinci qrup əlil Əhməd Rəhmanov deyir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində yoxlanış apara bilmir. Onlar bunu belə əsaslandırırlar ki, prezidentin qərarı var və gedib yerlərdə yoxlanış aparmaq olmaz:

“Hansısa bir əlliliyi olan şəxs gəlir bir müssəsisəyə işə düzəlməyə, müəssisə rəhbərliyi də düşünür ki, mən bunu işə götürsəm, burada onun üçün iş şəraiti yaratmalıyam. Bu da ona maraqlı olmadığına görə, əlili başından edir ki, mən sənə iş vermirəm. Belə olan vəziyyətdə hara müraciət etmək olar- Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Müfəttişlik də yerindən çıxa bilmir. Əgər əlili işlə təmin etmək istəyiriksə, biz bu qanuni mexanizmi işə salmalıyıq” – Ə. Rəhmanov deyir.

Əhməd Rəhmanov vuğulayır ki, əyani yoxlanışlar olmadığı üçün hansısa müraciətlərlə bağlı nəticə də olmur.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi ilə görüşdə də bu məsələni qaldırdığını deyir:

“Mən Sahil Babayevin müavini Anar Əliyevin qəbulunda olmuşam. Bir neçə əlillə birlikdə bu sadaladığım məsələləri orada da qaldırmışıq. Dedim ki, sizin Dövlət Əmək Müfəttişliyi Xidməti niyə gedib yoxlamalar aparmır, müəssisələri cərimələmir. Dedi ki, biz onu edə bilmərik, etsək, müəssisə müflisləşər, adamlar işsiz qalar. Dedim, onda qatili tutmayaq, buraxaq ki, tutsaq, evdə anası-bacısı ac qalacaq? Bütün bu məsələlərdə dövlətin nəzarəti olmalıdır”.

ƏƏSMN-in nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi soruğumuza cavab olaraq bildirib ki, onlar həm peşə hazırlığı kursları, həm də digər məşğulluq tədbirlərini icra edərkən əlilliyi olan şəxslərə üstünlük verirlər.

Cavabda qeyd olunub ki, Dövlət Məşğulluq Agentliyi 2022-ci ilin 9 ayı ərzində əlilliyi olan 3355 nəfəri peşə hazırlığına cəlb edib. Cari dövr ərzində onlardan 35 nəfəri kvota üzrə işlə təmin edilib.

“2022-ci ilin 11 ayı ərzində 176 işəgötürən üzrə həssas kateqoriyadan 984 nəfərə, onlardan 503 əlilliyi olan şəxs olmaqla kvota iş yeri təyin edilib. Həmin təyinata əsasən 137 işəgötürən üzrə 413 əlilliyi olan şəxs işlə təmin edilib. Agentlik olaraq sosial tərəfdaşlarımızla birgə bu kateqoriyadan olan vətəndaşların cəmiyyətə adaptasiyası, onların peşə hazırlığı, məşğulluqlarının təmini, əmək bazarının aparıcı qüvvələrinə çevrilməsi istiqamətində hər zaman diqqət göstərilib. Bu istiqamətdə fəaliyyət davam etdirilməkdədir” – deyə cavabda qeyd olunub.

Prezident İlham Əliyevin 2012-ci ildə təsdiqlədiyi “Gələcəyə Baxış – 2020” İnkişaf Konsepsiyasında dövlətin üzərinə götürdüyü öhdəliklər arasında qeyd olunurdu ki, əlil şəxslərin cəmiyyətdən təcrid olunmasının qarşısının alınması və sosial infrastrukturdan maneəsiz istifadəsi üçün müvafiq layihələr hazırlanacaq və həyata keçiriləcək. Bundan başqa, həmin şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi, onlar üçün məşğulluq imkanlarının artırılması məqsədi ilə sosial və peşə reabilitasiya müəssisələrinin sayı artırılacaq.

Sosial Müdafiə Nazirliyinin sözçüsü Fazil Talıbov AbzasMedia-ya açıqlamasında bildirib ki, nazirliyin müəssisələrdə monitorinq aparmaq səlahiyyəti olsa da, cərimə etmək səlahiyyəti yoxdur. Biz müxtəlif vaxtlarda monitorinqlər edib, əlaqədar dövlət qurumlarına tövsiyyələr veririk. //AbzasMedia//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aksiya iştirakçıları sülhməramlıların qarşısında “Sarı Gəlin”i oxudular - VİDEO


Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

Aksiya iştirakçıları sülhməramlıların qarşısında Azərbaycan xalq mahnısı olan “Sarı gəlin”i ifa ediblər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Dövlət universitetlərində pullu təhsil niyə ləğv olunmur? - HƏQİQƏTƏN DƏ...


Ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində bir neçə ildir ki, dövlət sifarişli ixtisaslarla yanaşı ödənişli əsaslarla qəbul aparılır.

Dövlət ali təhsil müəssisələrində bu prosesə başladığında onunla əsaslandırıldı ki, ali təhsil ocağının maddi-texniki bazası möhkəmləndiriləcək. Bu gün ödənişli ali təhsil ocaqlarının da sayı kifayət qədərdir.

Ancaq dövlət ali təhsil müəssisələrinin ödənişli olması bimənalı qarşılanmır. Hazırda bir sıra xarici ölkələrdə dövlət universitetlərində ödənişli təhsilin olmadığı deyilir. Türkiyədə ümumilikdə 209 universitet-131 dövlət universiteti, 78 vəqf universiteti var. Həmin dövlət universitetlərinin bəzilərində ödəniş olsa belə, çox cüzi miqdarda olduğu deyilir.Ölkəmizdə isə bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.

Dövlət sifarişli ali təhsil müəssisələrində vətəndaşların ödənişli ali təhsil alması nə dərəcədə doğrudur və tamamilə ləğv edilə bilərmi?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2022-ci ildə bakalavr pilləsinə 51 min plan yeri ayrılıb, plan yerlərinin 51 faizi dövlət sifarişi, yəni pulsuz olub:

“Müqayisə üçün desək, 2018-ci ildə ali təhsil müəssisələrinin qəbul plan yerinin 31 faizi pulsuz idisə, hazırda 51 faizə qalxıb. Yəni ali təhsil müəssisələrinə qəbul olan tələbənin hər 2 nəfərdən biri pulsuz təhsil alır. Azərbaycanda pulsuz ali təhsil almaqla bağlı yanaşma digər ölkələrdən daha yaxşıdır.

Bu gün bizim ali təhsil müəssisələrimizə qəbul olmaq istəyən şəxslərin yüksək bal toplayanlarına dövlət pulsuz təhsil verir. Məsələn, I ixtisas qrupunda 19 min plan yerinin 15 mini pulsuzdur. Orada demək olar ki, pulluya qəbul olan olmur.

Yaxud IV ixtisas, yəni tibb ixtisasında 90 fazi pulsuzdur. Dövlət universitetlərinə yüksək balla necə ola bilər ki, eyni ixtisaslı mütəxəssis, məsələn, BDU-nun Tarix fakültəsinə pulsuz qəbul olur, eyni zamanda 200 balla Sumqayıt Dövlət Universitetində də pulsuz oxusun? Bu, doğru deyil. Azərbaycanda ödənişsiz ali təhsilə yanaşma tamamilə fərqli və müsbətdir. Ən yüksək bal toplayanlar dövlət sifarişli istədiyi universitetə gedib pulsuz oxuya bilir.

Məsələn, bir valideyn araşdırır ki, İqtisad Universitetində Kompüter mühəndisliyi, yaxud İnformatika təhlükəsizliyi ixtisası yaxşı deyil, ancaq Xəzər Universitetində yaxşıdır. O zaman həmin tələbə yüksək bal toplayıbsa, dövlət deyir ki, istədiyin yerdə get pulsuz təhsil al. Yəni, istər dövlət, istərsə də özəl olsun. Azərbaycanda ödənişsiz təhsilə yanaşma dünyada ən yaxşı nümunədir.

Məsələn, I ixtisas qrupunda 200 balla pulsuz da, ödənişli də oxuyanlar var. Biz buna yanaşmanı biliyin obyektiv qiymətləndirməsi istiqamətində etmişik. Məsələn, BDU-nun 24, ADİU-nun 18, ADPU-nun isə 18 min tələbəsi var və 3 universitet birlikdə 60 mindən çox tələbə edir.

Hamısı pulsuz olsa, dövlət kifayət qədər ədalətli olmayacaq. Yəni az balla da kimsə gedib orada oxuyacaq. Ancaq yüksək balla kimsə gedib özəldə pullu oxuyacaq. Azərbaycanda yanaşma tamamilə ədalətli və əlçatandır ki, kim yüksək biliyə malikdirsə, onlar ödənişsiz təhsili istədiyi ali təhsil müəssisəsində alırlar. Türkiyədə də belə deyil. Müəyyən plan yeri ayrılır və yüksək balla ora qəbul olurlar, digərləri ödənişli əsaslarla oxuyurlar.

Ölkədə 51 ali təhsil müəssisəsi var. 187 min ali təhsil müəssisələrinin bakalavr pilləsində, 60 min orta ixtisas təhsili müəssisəsində təhsil alanlar var. Hazırda ölkədə 130 min ödənişli əsaslarla təhsil alır. Sadəcə bizdə pullu təhsilin illik ödənişi yüksəkdir. Ancaq bir universitet tamamilə pulsuz olsun, bu ədalətli deyil. Kimsə dövlət universitetində 200 balla pulsuz oxusun, digəri 250 balla özəl universitetdə pullu oxusun, bu ədalətli deyil. İxisas qrupları üzrə ən yüksək bal toplayanlar pulsuz oxuyurlar”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirdi ki, dövlət sifarişli yerlərinin sayı hər il artırılır:

“Artıq ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişli təhsil alanların sayı 50 faizə çatıb. Bu gün nəinki dövlət təhsil müəssisələrində, özəl təhsil ocaqlarında da pulsuz təhsil alanlar var. Dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsilin bərqərar olması dövlət büdcəsinin bu istiqamətdə mühüm pay ayırmasından asılıdır.

Hazırkı vəziyyətdə bunu etmək o qədər real deyil. Çünki dövlət Qarabağda quruculuq işlərinə başlayıb. Hər il onsuzda dövlət büdcəsindən təhsil sahəsinə müəyən qədər vəsait ayrılır. Bununla yanaşı həmin yerlədə məktəblərin, kolleclərin tikintisi əlavə xərclər tələb edir.

Bir neçə ildən sonra dövlət sifarişli qəbulu 50 faiz deyil, 65-70 faiz həddinə çatdıra bilərik. Dövlət başçısı tərəfindən tapşırıq əsasında hər il müəyyən qədər dövlət sifarişli yerlərin sayı artırılır. Ancaq qonşu Türkiyəni nəzərdə tuturuqsa, orada dövlət təhsil müəssisələrində ödənişli təhsil alanlar var. Avropa ölkələrində də eyni situasiyadır. Burada qəbul imtahanlarının şərtlərində belə bir proses formalaşdırmaq olar ki, dövlət sifarişli təhsil almaq istəyən şəxslərin sayı artsın.

Yəni müəyyən bir limit qoymaq olar ki, baryeri aşanlar dövlət təhsil müəssisəsində təhsil ala bilər. İkinci təhsil almaq istəyənlər, yaxud digərləri ödənişli əsaslarla təhsil ala bilər. Bu qarşıdakı dövrdə tənzimlənən prosesdir. Hazırkı dövrdə dövlət yalnız o addımı ata bilər ki, müəyyən qədər təhsil haqqlarında özəl və yaxud dövlət universitetlərinə tapşırıq verilə bilər və əhalinin maddi durumu, yaşayış səviyyəsini nəzərə alaraq illik təhsil haqları artırılmasın. Bütün universitetlərdə dövlət sifarişli təhsil alan tələbələrin olması real səslənmir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir Mayis Əliyev öz bacanağını yıxıb onun yerinə keçib - İLGİNC İDDİALAR...


Naxçıvandan redaksiyamıza göndərilən məktubların ardı-arası kəsilmir. Məktubların birində bizim Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini niyə diqqətdən kənarda saxladığımızın səbəbi soruşulur və bu dövlət orqanında baş verən qanunsuzluqlardan bəhs olunur.

DİA.AZ Ovqat.com-a istinadla məktubu olduğu kimi dərc edir:

“Salam, Heydər bəy. Naxçıvanda hər yerdən yazırsınız. Amma nədənsə, Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyini unudubsunuz. Halbuki Naxçıvan quldarlığında ən ağır vəziyyətdə yaşayan biz ekoloqlarıq. Çünki bu məmləkətdə bizə ekoloq kimi yox, kölə kimi baxırlar.

Bu gün sizə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində illərdir baş verən qanunsuzluqlar, özbaşınalıqlar, işçilərə olunan hörmətsizliklər, qeyri qanuni iş rejimi, Nazirliyin qul kimi işlədilən əməkdaşları "dövlət qulluqçuları" və naziri Mayis Əliyev haqqında məlumat verəcəyəm.

İlk öncə nəzərinizə çatdırım ki, Mayis Əliyev Hafiz Yaqubovun (iməcilik Hafizin) bacanağıdır. 2018-ci ildə nazir olmaq üçün “iməcilik” Hafizi sataraq bacanağının yerinə gəlmiş və onun törətdiyi qanunsuzluqların qat-qat artığını etmişdir. Hər nə isə, keçək əsas məsələyə:

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarına nazirlik yaranan ilk gündən qul kimi münasibət bəslənilir, bütün hüquqları pozulur, söz deməyə, öz haqqlarını müdafiə etməyə imkan verilmir. Halbuki bütün həftə ərzində dövlət qulluqçuları səhərdən axşama (bəzən gec saatlara kimi) hər altınc,ı gün bəzən də bazar günü demədən iməciliklərə cəlb olunurlar. Ərazilərə göndərilir, istirahət hüquqları sui-istismar edilir, qış aylarında, soyuq qarlı havalarda axşam 6-dan gec saatlara, səhər 6-dan axşama kimi Naxçıvanın kəskin soyuğunda rayonlara, dağlara göndərilirlər. Əvəzində isə onlara maşın və ya benzin heç nə verilmir (talonlar, ezamiyyətlər mənimsənilir). Getmək istəməyənlərə isə töhmət verilir, işdən çıxarılmaqla təhdid edilir, bəzən də səbrləri tükənərək özləri ərizələrini yazıb gedirlər. Yay aylarında isə 9-dan 6-ya, daha sonra isə gecədən səhərə suvarma üçün göndərilirlər və onlara “necə suvarırsan suvar, amma suvarmadan gəlmə” deyilir. Haqlarını tələb etdiklərində isə mükafatları, maaşları kəsilir, töhmət alır, təhqir, şantaj olunurlar ki, bizim iş rejimimiz budur, işləmək istəyirsən işlə, işləmirsən rədd ol çıx get, hara da istəyirsən şikayət edirsən, et.

Halbuki bu nazirliyin işçiləri illərdir bütün günü yay, qış, külək, yağış demədən köhnə, işlək vəziyyətdə olmayan paz avtobusuna yığılaraq bütün günü ərazilərə ağac əkməyə, ot biçməyə, suvarmaya, dağlara toxum səpməyə göndərilirlər, çox çətin iş rejimində (qul rejimində) işlədilir və əvəzində isə təhqir edilirlər.
İndi isə Naxçıvanın ekoloji quldarı, “iməciliklər kralı” nazir Mayis Əliyev haqqında danışaq. Deməli "nazir" idarələrdə vakant yerlərə öz adamlarını yerləşdirib onlardan hər ay kartlardan maaşlarını çəkib böyük hissəsini tələb edir (bu insanlar heç zaman işə getmir, sadəcə sənəddə adları göstərilir və hər ay aldıqları maaşdan nazirə haqq çatdırırlar). Benzin talonlarını pula çevirərək mənimsəyir, rayon işçilərindən hər ay maaşlarının yarısı və mükafatlarının isə hamısı yığılır. Ekologiya naziri olmasına baxmayaraq meşələri də məhv edib qurudub, kirayə verib qanunsuz otarır, qurumuş odunları satır, meşələrdə də meşəbəyilərin adı gedir hər ay kartdan pulları çəkilib nazirə çatdırılır. Naxçıvanda meşə deyə anlayış qalmayıb, sadəcə hər il yaşıllıqlar salınır, onlar da hər il qurudulub yenidən əkilir və ona da artıqlaması ilə pullar yazılıb mənimsənilir, tingliklərdəki tinglər də satılaraq mənimsənilir. İşçilərin qanuni məzuniyyətə belə çıxmasına imkan verilmir (ya işə gəl, ya da ərizəni yaz çıx rədd ol get deyilir.)

Dövlət işçilərinə qarşı bu qədər haqsızlıq, ədalətsizlik olar mı?!

Bu qədər hörmətsizlik edilməsi nə dərəcə doğrudur?!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Lənkəran “xanı” köməkçisini qurban verir? – ŞOK


Lənkəran rayonu ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Doğrudur, sakinlər arasında heç də yeni deyil, amma yayımlayacağımız xəbər oxucularımızı şoka salacaq.
Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov rayon sakinlərinə zülm etməklə, bir növ əhalini dövlətdən narazı salmağa çalışır. İllərdir icra başçısı kürsünü zəbt edən və rayonda tender maxinasiyaları ilə iz buraxan şəxs dövlət qurumları tərəfindən məharətlə sığortalanır. Maraqlıdır, rayon rəhbəri hansı metotdan istifadə edir ki, rahat şəkildə bütcəni talayır.
GundemXeber.Az-ın apardığı araşdırmalardan məlum olub ki, T. Qaraşovun qara işlərini məhz şəxsi köməkçisi Elnur Hüseynov icra edir. Xatırladaq ki, bir mütddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar Elgün Abdullayev və Lənkəran Şəhər Rayonlararası Psixiatriya xəstəxanasının şöbə müdiri Nəsrəddin Nuriyev vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxaladı.
Elgün Abdullayevə Cinayət Məcəllənin 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri, Nəsrəddin Nuriyevə isə 311.1 (rüşvət alma) və 313-cü maddələri (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə yaşının çox olmasını nəzərə almaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qismində əsas, vəzifədən kənarlaşdırma qismində əlavə qətimkan tədbiri seçildi.
Əfsüslər olsun ki, belə bir cinayət işindən rayon icra başçısı
kənar qaldı. Məlumat üçün bildiririk ki, rayonda yüksək səviyyəli korrupsiya halları bir başa icra başçısı səviyyəsində razılaşdırılır. Adından da bəllidir ki, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tabeçilik baxımından kimə və kimlərə tabedir. Mənbəmiz iddia edir ki, Başçının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Vüqar Adil oğlu Məmmədov da müəyyən neqativ olayların iştirakçısı olub. Araşdırmalarımız davam edir.
GündemXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvan sakinlərinin Talıbovdan kütləvi şikayətləri toplanır - İLGİNC


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun ətrafında aparılan antikorrupsiya əməliyyatları muxtar respubikadakı bəzi qanunsuz qadağaların da aradan qaldırılmasına səbəb olub.

Gununsesi.info-nun Naxçıvandakı mənbələrdən aldığı xəbərə görə, Talıbovlar tərəfindən bağlanan bir sıra ictimai-iaşə obyektlərinin fəaliyyəti bərpa olunub.

“Artıq insanlar istədikləri saatda istədikləri məkanda istirahət edə bilirlər” deyən mənbəmiz Bakıdan gəlmiş hüquq-mühafizə orqanlarının sadə vətəndaşlardan şikayətlər topladığını da deyib.

Şikayətlərdə ən çox qanunsuz həbslərin yer tutduğunu deyən mənbəmiz əlavə edir ki, elə vətəndaş olub ki, özü məhkəməyə çıxarılmadan belə barəsində azadlıqdan məhrumetmə hökmü çıxarılıb: “Sadəcə, pandemiyanı əsas gətiriblər və ittiham aktını hakimlər təsdiq edib. Bu insanlar ümid edir ki, nəhayət, haqq yerini tapacaq”.

Gununsesi.info

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO