[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ev dustağı keçmiş baş həkim Rauf İsfəndiyarov işə necə çıxır? - HƏQİQƏTƏN DƏ...


Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov işə çıxır.

DİA.AZ bildirir ki, bu barədə Hit.az-a müğənni Dəniz Əsədova bildirib.

Məlumat üçün deyək ki, Rauf İsfəndiyar Dəniz Əsədovanın şikayəti əsasında məsuliyyətə cəlb edilib. Müğənni iddia edir ki, onda olan məlumatlara görə, keçmiş baş həkim istintaq altında olmağına baxmayaraq işə çıxır, xəstə qəbul edir, hətta bəzi vətəndaşlara pensiya düzəldir.

"Bu adam barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Amma o işlədiyi xəstəxanaya gedərək ağ xalatını geyinib xəstə qəbul edir. Bu necə ola bilər axı?”, deyə Dəniz Əsədova bildirib.

Müğənni məsələnin araşdırılacağına ümid edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Vətən uğrunda Şəhid olan şəxs ailəsini millətinə əmanət qoyub..." - ETİRAZ


"Niyə Azəriqaz? Bu hikkənin səbəbi nədir?"

Mia.az xəbər verir k, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.

O bildirib ki, hüquq müdafiəçisidir: "Rəhbərlik etdiyim təşkilat hasilat sənayesində insan hüquqlarını müdafiə edir. Və edəcək də. Həm də yazacaq, məlumatlandıracaq, mövcud problemin həllini tezləşdirmək, diqqəti problemə yönəltmək üçün sosial şəbəkələrdə məlumatları paylaşacaq, məhkəmədə 3-cü tərəf kimi çıxış edəcək və s. Bir az yavaşıyın!".

Komitə sədri bildirib ki, o, Yardımlıdan şəhid ailəsi üzvü olan bir işçinin şikayətini qabardıb və bununla bağlı Azəriqaz İstehsalat Birliyindən sübh çağı saat 06.31-də maraqlı meaj alıb: "Mənə yazıblar ki, "Ölkə prezidentinin SOCAR prezidentinə vermiş olduğu müstəsna səlahiyyət sayəsində bu müraciət təmin edildi". Yəni ki, "zənn etməyin səlahiyyətimiz var idi, amma eləmirdik. Siz yazdığınıza görə elədik"

Qeyd edim ki, bu hikkəli mesaj bir müddət hüquqlarını müdafiə etdiyimiz şəhid ailəsi ilə əlaqadardır. Dünən təsadüfən şəhid ailəsinin şirkət prezidentinə yazdığı (yazdırdıqları) təşəkkür məktubundan anladım ki, şəhid ailəsi yaşadığı ərazidə işlə təmin olunub. Onun yaşadığı ərazidə (anası ağır yataq xəstəsi olduğu üçün) işlə təmin olunmasına çox şadam. Lakin bir də hamıya xatırladıram: minnət qoymayın, təşəkkür tələb etməyin, vətən uğrunda şəhid olan şəxs ailəsini millətinə əmanət qoyub, etibar edib. Onun ailəsini yaşadığı ərazidə işlə təmin etmək sizin həm də mənəvi borcunuz idi".

Xatırladaq ki, söhbət şəhid qardaşı Musayev Rəşad İsmayil oğlundan gedir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İcra başçısı və deputat məhkəməyə polis gücünə gətiriləcək - DETALLAR


Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Millitv,az News24-ə istinadla xəbər verir ki, prosesdə Sabunçu qəsəbə icra nümayəndəsi Vüsal Hüseynov şahid kimi dindirilib.

O bildirib ki, Sabunçu qəsəbəsi, Elşən Mehdiyev küçəsində obyektin tikintisinə şərait yaradıb: "Elşən Mehdiyev küçəsində tikiinti gedirdi. İcra başçısı zəng edib mənə dedi ki, E. Mehdiyev küçəsindəki tikili "Əvəz Zeynallının qohumunundur, onunla işiniz olmasın". Birinci dəfə obyekt tikiləndə qanunsuz tikili olduğundan sökdük. İkinci dəfə yenidən tikilməyə başlandı. İcra başçısı Adil Vəliyev zəng elədi ki, o obyektə dəyməyin. Bir də həmin obyekə yaxın getmədik".

Vəkillərin suallarını cavablandıran Vüsal Hüseynov bildirib ki, o icra başçısının tapşırığını icra edib: "Mən obyektin qanuni və ya qanunsuz tikildiyini bilmirəm. Mənə əsas başçının tapşırığıdır onu yerinə yetirmişəm".

Məhkəmədə məlum olub ki, iş üzrə digər şahidlər- Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və millət vəkili İmamverdi İsmayılov prosesə çağırılsa da, onlar məhkəmə iclasına gəlməyib. Hakim bildirib ki, həmin şəxslər növbəti dəfə prosesə gəlməsə, onların məhkəməyə məcburi gətirilməsi müzakirəyə çıxarılacaq.

Proses sentyabrın 15-də davam etdiriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın şirkəti... PROBLEM YARADIR! - AXI NİYƏ?!


“Kontakt Home” şirkət rəhbərliyi Gəncə də daxil əksər bölgələrdəki əməkdaşlarını Bakıda işləməyə “dəvət edir”. Rəhbərlik bununla bölgə işçilərini mədəni şəkildə ixtisar edir.

Tribunainfo.az xəbər verir ki, mağazalar şəbəkəsinin bir qrup əməkdaşının üzləşdiyi problemi siyasi fəal İlkin Rüstəmzadə işıqlandırıb. O bildirib ki, “Kontakt Home”un bölkə əməkdaşları öz evlərindən 350 kilometr uzaqda işləmək istəmirlər və buna görə işdən çıxmalı olurlar:

“Son aylarda “Kontakt Home”un işçilərə qarşı qəbul etdiyi bir sıra istismarçı qərarlar var. Şirkət əməkdaşları yazır ki, əmək haqqı və bonuslar azaldılıb, raftar pisləşib, həftədə 2 dəfə olan istirahət günü 1 dəfəyə endirilib, yalnız işçilərin etirazından sonra 1 gün yarı qrafiklə iş vermək məcburiyyətində qalıblar; dəyəri 3 qəpik olan plastik stəkanlardan su içməyə belə qadağa qoyulub işçilərə.

“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyini, yuxarıda sadaladığım halları araşdırmağa və işçilərin pozulmuş hüquqlarını bərpa etməyə çağırıram”.

Tribunainfo.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rövşən Rüstəmovla barəsində cinayət işi olanları nə bağlayır? - “Azərbaycan Dəmir Yolları”nda şübhəli tender...


“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Həkim-Sanitar Xidməti Yol Sanitar Müfəttişliyi “Epidbiomed” MMC ilə toplam maliyyə dəyəri 132 913, 79 AZN təşkil edən üç satınalma müqaviləsi imzalayıb.

DİA.AZ Reportyor.info-ya istinadən xəbər verir ki, şikrət qurumun laboratoriya reaktivlərinin, qidalı mühitlərin, sarğı materiallarının, dezinfeksiyaedici maddələrin və ziyanvericilərə qarşı mübarizə vasitələrinin, laboratoriya tədqiqatları, müayinələr üçün preparatlar və dezinfeksiyaedici vəsaitlərin, dərman, sarğı ləvazimatlarının və materiallarının satın alınması ilə bağlı üç kotirovka soruğusunun qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Epidbiomed” MMC 19 noyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 6-da yerləşir.

MMC-nin qanuni təmsilçisi Əliyev Məmməd Əli Sabir oğludur.

Məmməd Əli Əliyevdən əvvəl şirkətin qanuni təmsilçisi Mustafayev Surxay Tahə oğlu olub. 2019-cu ildə onu Məmməd Əli Əliyev əvəzləyib. Bu da səbəbsiz deyil. Çünki 2018-ci ildə “Epidbiomed” MMC-nin təsisçisi Namiq Əliyev və Surxay Mustafayev barəsində cinayət işi başlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2-ci və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatdan aydın olur ki, “Epidbiomed” MMC dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub. Eyni zamanda araşdırmalar zamanı bu şirkətin ölkəyə saxta dərmanlar idxal etdiyi üzə çıxıb.

Namiq Əliyev və digərləri barəsində cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlərində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə aparılıb. Lakin açıq mənbələrdə məhkəmənin nəticəsi barədə heç bir məlumata rast gəlinmir.

Beləliklə, aydın olur ki, “Epidbiomed” MMC ölkəyə saxta dərmanlar idxal edirmiş. Keçmişi qaranlıq olan belə bir şirkət “Azərbaycan Dəmir Yolları” QSC kimi strateji bir qurumun etimadını necə qazanıb bəlli deyil.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, 2022-ci ildən bu vəzifədədir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR? - Mingəçevir MŞX-nin direktoru özbaşına qalıb?

İqtisadiyyat naziri Mikayıl Cabbarovun bu gün "yuxarılarda" böyük etimadının olması danılmaz bir faktdır. Amma deyəsən, bundan sui-istifadə edənlər peyda olub. Hər halda görünəni budur. Və ən maraqlısı da odur ki, ortalıqdakı sui-iztifadəçilər hətta yuxarı vəzifə sahiblərini belə təhdid edirlər.

DİA.AZ-a mötəbər mənbələrdən daxil olan informasiyadan aydın olur ki, hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru postunu tutan Faiq Arif oğlu Abdullayev qeyd etdiyimiz kimi - Mikayıl Cabbarovun ADAMI olduğunu qabardaraq həm öz "işlərini aşırdır", həm də onun qanunsuz əməllərinin qarşısını almağa çalışanlara təzyiqlər edir.
Mikayıl Cabbarovun adından TƏBİB rəhbərliyinə TƏZYİQ OLUNUR? - Mingəçevir MŞX-nin direktoru özbaşına qalıb?

Bu barədə DİA.AZ-a danışan mənbə bildirir ki, Faiq Abdullayev hazırki vəzifəsində yenidir: "Keçən ilin dekabrında təyin olunub bu vəzifəyə. Amma buna rəğmən artıq adı bir neçə dəfə qalmaqalda hallanıb və hətta işini prokurorluq belə araşdırıb. Doğrudur, hələlik bu "problemlərini" yoluna qoya bilib və mümkündür ki, bu zaman da Mikayıl Cabbarovun adından istifadə etsin.

Amma daha dəqiqi odur ki, hal-hazırda aşkar şəkildə TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi rəhbərliyini təhdid edən Faiq Abdullayev onları özünün qanunsuz əməllərinə və özbaşınalıqlarına göz yummağa, edilən şikayətləri ört-basdır etmələrinə vadar edə bilir".

Onu da bildirək ki, redaksiyamıza F.Abdullayevin nəinki məmur, heç normal insan adına yaraşmayan davranışları haqqında da məlumatlar daxil olub. Bu barədə növbəti yazımızda...

P.S. Güman etmirik ki, Faiq Abdullayev sona qədər "Mikayıl Cabbarov" adlı çətirdən istifadə edə bilsin. Çünki dərəbəylik zəmanəsi deyil və Azərbaycan hüquqi dövlətdir...

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət - "Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm"


İşğaldan azad edilən Hadrut qəsəbəsində xidmət edən Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu Prezident İlham Əliyevə müraciət edib.

DİA.AZ “Unikal”a istinadla həmin müraciəti təqdim edir:

Cənab Ali Baş Komandan, inanın ki, məcburiyyət qarşısında qaldığım üçün bu müraciəti edirəm.

4 (dörd) ildən çoxdur böhtan atıldığı üçün başıma gətirilən oyunları bacardığım ən qısa şəkildə, dəyərli vaxtınızı çox almayaraq, sizin diqqətinizə çatdırmaq istəyirəm.

Mən, polkovnik-leytenant Kazımov Ziya Məhəddin oğlu 1984-cü ilin yanvar ayının 26-da Naxçıvan MR Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşam. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qarabağlar kənd Ə. İmanov adına 2 saylı orta məktəbinə daxil olub, 2001-ci ilə qədər həmin məktəbdə təhsil almışam.

2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2005-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə bitirmişəm.

23 iyun 2005-ci ildən 16 iyun 2006-cı il tarixədək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit-ixtisas kursunda “dinləyici” vəzifəsində xidmət etmişəm.

16 iyun 2006-cı ildən 21 avqust 2006-cı ilədək N saylı hərbi hissənin 4-cü dağatıcı taborunda taqım komandiri vəzifəsində xidmət etmişəm.

21 avqust 2006-cı ildən 24 noyabr 2006-cı ilədək Xüsusi Təyinatlı Qüvvələr kursuna qatılaraq oranı müvəffəqiyyətlə bitirmişəm.

31 dekabr 2006-cı ildən 03 dekabr 2011-ci ilədək Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandirinin müavini vəzifəsində xidmət etmişəm.

03 dekabr 2011-ci ildən 29 mart 2014-cü ilədək Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsində xidmət etmişəm.

29 mart 2014-cü ildən 12 iyun 2015-ci ilədək Xüsusi Təyinatlı Qüvvələrdə xüsusi əməliyyat qrup komandiri vəzifəsində xidmət etmişəm.

12 iyun 2015-ci ildən 01 avqust 2016-cı ilədək N saylı hərbi hissənin 3-cü motoatıcı taborunun motoatıcı bölüyünün komandiri vəzifəsində xidmət etmişəm.

01 avqust 2016-cı ildən 07 fevral 2018-ci ilədək N saylı hərbi hissənin snayper bölüyünü yaratmış və bölük komandiri vəzifəsində xidmət etmişəm.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2008-ci il tarixli 058t nömrəli əmri ilə “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 90 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2012-ci il tarixli 0064t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 3-cü dərəcəli medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli 0097t nömrəli əmri ilə “AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 95 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli 0118t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 2-ci dərəcəli medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli 163t nömrəli əmri ilə “AZƏRBAYCAN ORDUSUNUN 100 illiyi YUBİLEY” medalı ilə təltif olunmuşam.

Şəhid ailələrinə və qazilərə göstərdiyim xidmətlərə görə, Azərbaycan QMƏVŞAİB-ni İdarə heyətinin 15 may 2019-cu il tarixli 06 nömrəli qərarına əsasən “FƏDAİ” medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2020-ci il tarixli 097t nömrəli əmri ilə “HƏRBİ XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” 3-CÜ dərəcəli medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi İştirakçısı” medalı ilə təltif olunmuşam.

Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2023-cü il tarixli 0101t nömrəli əmri ilə “QÜSURSÜZ XİDMƏTƏ GÖRƏ” 1-ci dərəcəli medalı ilə təltif olunmuşam.

Vətən müharibəsi zamanı verilən döyüş tapşırıqlarının yerinə yetirilməsi və iştirakım nəzərə alınaraq 30.09.2021-ci il tarixində N saylı hərbi hissə komandiri cənab general-leytenant Mayis Bərxudarov tərəfindən “Şuşa uğrunda”, “Cəbrayıl”, “Xocavənd”, “Füzuli” rayonlarının azad edilməsi, “Cəsur döyüşçü”, “İgidliyə görə” medallarına və “Rəşadət ordeni”nə layiq görülmüşəm. Bununla bağlı müvafiq sənədlər Azərbaycan Respublikasının Müdafiə nazirliyinə göndərilməsi üçün hazırlanmış və N saylı hərbi hissəyə təqdim edilmişdir. Lakin uzun müddət təltif olunacağımı gözləsəm də, mənə atılan bu böhtana və şərlənmələrə görə bu günə qədər “Müharibə iştirakçısı” medalı xaric, heç bir medal və ordenlə təltif edilməmişəm.

Cənab Ali baş Komandan, Sizin irəli əmrinizlə 44 günlük Vətən müharibəsində iştirak etdiyim zaman hərbi hissəmlə Lələ-illah dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolum Cəbrayıl, Hadrut, Füzuli və Şuşayadək uzanıb.

Əks hücum əməliyyatının başlanması ilə hərbi hissə 27.09.2020-ci il tarixində “Lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində olan və ermənilər üçün xüsusi əhəmiyyətli sayılan “qırmızı manqa” adlandırılan düşmən mövqeyini itki vermədən darmadağın edərək azad etmişəm. Hücumu davam etdirərək düşmənin 30 illik cəbhəsini Azərbaycan Ordusunda ilk dəfə mənim rəhbərlik etdiyim bölməm ilə yararaq keçmiş, Cəbrayıla gedən yolun xarabalığa qədər olan hissəsini düşməndən təmizləyərək nəzarətə götürmüşəm. Arazqırağında mühasirəyə düşən 1-ci bölük komandiri baş leytenant Hüseynov Əfşan və iki yaralısına kömək etmək üçün 1 km-ə yaxın minalı ərazini öndə özüm keçərək ayaq izi ilə şəxsi heyyətimi aparmış, yolda Arazqırağından irəliləməli olan, lakin komandiri ağır yaralı olduğu üçün hücumu dayanan N saylı hərbi hissənin bir taborunu düşmənin atəşi altından xilas etmiş, şəhid və tabor komandiri daxil olmaqla yaralılarını təxliyyə etdirmişəm.Həmin taborun sağ qalanlarına başçılıq edərək öz heyyətim ilə birlikdə Arazqırağındakı düşmən mövqelərini darmadağın etmişəm.

29.09.2020-ci il tarixində yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və “Lələ-illah” dağını almağa çalışan düşmənin əks hücumlarını artileriya bölmələrinə verdiyim dəqiq koordinantlar, eləcədə həmin bölmələrin dəqiq atəşləri nəticəsində 40 döyüşçü ilə düşmənə 200-dən artıq itki verdirərək geri çəkilməyə məcbur etmişəm. Düşmənin diversiya qrupu məndən sağ istiqamətdə olan N saylı hərbi hissənin arxasına keçərək diversiya fəaliyyəti həyata keçirtməyə və ya onlardan əsir götürməyə çalışırdı. Düşmənin diversiya qrupunu aşkara çıxarıb məhv etmiş, düşmənin diversiya fəaliyyətini həyata keçirtməsinə və bizlərdən əsir götürməsinə izin verməmişəm.

30.09.2020-ci il tarixində yenidən bütün güc və qüvvə vasitələrdən istifadə edərək itirdiyi mövqeləri və “Lələ-illah” dağını almağa çalışan düşmənin əks hücumlarını itki verdirərək geri oturtmuşam. Düşmənin Cəbrayıl yaxınlığında yerləşən iki qrad batareyasınının yerlərini təyin edib, koordinantlarını artilleriya, aviasiya bölmələrinə, yuxarı qərargaha ötürdükdən sonra yanmalarını təsdiqləyici fakt kimi məhv edilmələrinə nail oldum. Həmçinin Arazqırağı bir düşmən mövqeyini öz gücümüz sayəsində darmadağın edərək azad etdik.

02.10.2020-ci il tarixində kənd Horadiz və Nüzgar kəndi istiqamətində digər hərbi hissələrimizin hərəkətini altı gün ərzində məhdudlaşdıran düşmənin mövqelərini şəhid Milli Qəhrəman polkovnik Şükür Həmidovun sərəncamında üç düşmən mövqeyini və səngərlərini bir günə darmadağın edərək bölmələrimizin dərinliyə irəliləməsinə şərait yaratdıq. Hücum zamanı düşmənin pusqusuna düşən N saylı hərbi hissənin köməyinə bizim hərbi hissənin 2-ci bölüyünü göndərmişdim. Həmin hərbi hissənin bir qrupunu pusqudan xilas edərək, şəhid və yaralılarını təxliyyə etdirərək, düşmənin fikrini öz üzərimə çəkərək Artilleriya və Aviasiyanın atəşlərindən faydalanaraq N saylı hərbi hissənin yerdə qalan qruplarının pusqudan çıxmasına nail oldum. Məlumat üçün bildirirəm ki, Vətən Müharibəsi Qəhrəmanı(ölümündən sonra) adına layiq görülən N saylı hərbi hissənin tabor komandiri polkovnik-leytennant Orxan Əkbərov daxil bir neçə döyüşçüsü şəhid olmuş, bir qisim hərbi qulluqçu isə agır yaralanmışdı. Aldığımız mövqeləri N saylı hərbi hissənin şəxsi heyyətinə təhvil verərək Xüsusi Təyinatlı bölmə ilə hücumu davam etdirdik.

02-03.10.2020-ci il tarixində hərbi hissəm ilə Mehdili, Horoğlu, Şeybey, Quycaq, Daşkəsən, Balyand kəndləri istiqamətində irəliləyərək axtarış, düşməndən təmizləmə, kəşfiyyat fəaliyyətləri icra etmiş və həmin kəndlərin işğaldan azad olunması uğrunda döyüşmüşəm.

04-07.10.2020-ci il tarixlərində şəhid Milli Qəhrəman polkovnik Şükür Həmidovun sərəncamında hərbi hissə ilə birlikdə Cəbrayıl rayonunun isğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm.

08.10.2020-ci il tarixində Daşkəsən yüksəkliyindən Hadrut istiqamətində irəliləyən hərbi hissəmiz ilə birlikdə Balyand, Süleymanlı kəndlərinin isğaldan azad olunması uğrunda döyüşlərdə birbaşa iştirak etmişəm.

09.10.2020-ci il tarixlərində Hadrut istiqamətində irəliləyərək Hadrut yolunun bağlanması tapşırığı ilə Hadrutun işğaldan azad olunması uğrunda döyüşlərdə iştirak etmişəm. Hadrut dağlarında digər hərbi hissələrin Xüsusi Təyinatlıları ilə birgə fəaliyyət göstərən hərbi hissəmiz Qarazıllı kəndinin isğaldan azad olunması uğrunda döyüşüb, azad etdikdən sonra həmin kənddə mövqelənib, Hadruta girən dağ yollarını bağlamışıq. Hərbi hissənin digər qrupları isə Daşkəsən, Süleymanlı, Balyand istiqamətində hərəkət edərək mühüm yüksəklikləri ələ keçirmişdi. Fizulidən Hadrut istiqamətində düşmənin əks hücumunun qarşısını alaraq hücum edən 67 düşmən əsgərini məhv edərək 1 KAMAZ, 1 URAL ve 1 QAZ markalı avtomobillərini qənimət olaraq ələ keçirmişdim. Düşmənin arxasına keçərək Qarakollu, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar, Yuxarı və Aşağı Rafadanlı və digər kəndlərini və o cümlədən Şabandağ və digər yüksəklikləri şəxsən öz hərbi hissəmizlə birgə düşməndən təmizləyərək azad etmişik. Davam edərək Cəbrayıl-Fizuli, Cəbrayıl-Hadrut, Hadrut-Fizuli yolunu tam nəzarətə götürərək düşmənin bu istiqamətlərdə nəqliyyat yollarını bağlayaraq, hərəkətini tamamilə məhdudlaşdırmışıq.

22-26.10.2020-ci il tarixlərində Füzuli rayonunun Kürdlər,Gecəgözlü, Ayıbasan, Seyidəhmədli kəndlərini işğaldan azad olunmasında iştirak etmişəm.

27.10-05.11.2020-ci il tarixlərində şəxsi heyyətimlə birlikdə Xocavənd rayonununTuğ, Meçtağlar kəndindən keçməklə Şuşa istiqamətində, meşə və dağ yollarından hərəkət edərək Çanaxçı, Dəmirçilər kəndinin düşməndən təmizlənməsində iştirak etmişəm.

05-08.11.2020-ci il tarixlərində Siqnax kəndinin sağında, Şuşakənd istiqamətində bir neçə yüksəkliklərin ələ keçirilməsi uğrunda döyüşməklə, düşmənin diqqətini hərbi hissəmlə birlikdə öz üzərimizə çəkərək Xüsusi Təyinatlı Qüvvələrin Şuşaya girmələrinə şərait yaratmışıq. Yüksəkliklərin alınması zamanı düşmən mərmisi nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və qadağan olunmuş fosfor mərmisinin atılması ilə yaranan yanıqlar alaraq döyüşçülərim tərəfindən döyüş sahəsindən çıxarılıb 09 noyabr 2020-ci il hospitala təxliyyə edilmişəm.

Hospitala qəbul edildiyim gün travmalı halda Bakı şəhər prokurorluğunun əməkdaşı tərəfindən Hospitaldan aldadılaraq Hərbi prokurorluğa gətirilmişəm.Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları mənim xəstəliyimdən istifadə edərək qarşıma sənəd qoyaraq dedilər ki, bunu imzala ,səni polis nəzarətində hospitala göndərək . Əslində isə 2017-ci ildə baş verən cinayət işini qabağıma qoyaraq imzalatmaq istəyiblər. Xatırladım ki, kəskin yaddaş itkisi yaşayırdım. Onların nə istədiyini anlamayan mən heç nəyə qol çəkməyəcəyimi , hospitala göndərilməyimi istədim. Edilən təzyiqlərə baxmayaraq imza atmadığımı görən, adı çəkilən şəxslər mənə dedilər ki, biz sənə yaxşılıq edirik, gəl qol çək, əks halda səni” vətən xaini ” kimi ,”döyüşdən qaçmış fərari” kimi göstərəcəyik. Qol çəksən kömək edəcəyik, 3-4 ilə də azadlığa çıxacaqsan. Mən isə döyüşcü və vətənpərvər olduğumu, döyüş yolumu araşdırsanız kim olduğumu ,necə döyüşdüyümü öyrənə biləcəyinizi bildirdim. 2017-ci ildəki hansısa cinayət işində də özümü təqsirkar bilmədiyimi, əksinə onların hansı quruma, hansı dövlətə xidmət etdiklərini bilmədiyimi anlatdım. Elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmranovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparıldım. Bakı Hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirildi. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev mənə guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış etdi. Yaralı döyüşçünü tutan iki polis əməkdaşı xaric, məhkəmədə iştirak edən hər kəsin yalanlarla dolu olduğunu gördüm. Belə ki hərbi prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən 09 noyabr 2020-ci il tarixdə 2017-ci ilin cinayət işinə -3(üç) il bundan öncəki işə görə hospitala yenicə qəbul edilmiş döyüşçünüzə 4 (dörd) aylıq həbs qətimkan tədbiri verildi. Həbsetmənin əvvəli 09 noyabr 2020-ci il tarixdən hesablanmaqla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirildim. Bir müddət sonra həbs qətimkan tədbiri haqqında qərara baxmağım üçün təcridxanadakı otağa çağırıldım. Hakim Rafiq Abbasovun saxtakar olduğunuda orada gördüm. Belə ki məhkəmə protokollarında saxtalaşdırma edərək mənim özümü təqsirkar bildiyimi yazdırmışdı. Göründüyü kimi Azərbaycanın ali orqanı Hərbi məhkəmədə Hərbi prokurorluğun təsiri altında qeyri-obyektiv qərarlar çıxarır.

Həmin vaxt təqsirli olmadığım 2017-ci ilin cinayət işində suçlandırıldım. Xatırladım ki, həmin cinayət işi məhkəmə tərəfindən araşdırılıb və 2017-ci ildə 3 nəfər barəsində hökm çıxarılıb. Həmin 3 nəfərdən biri olan Ənvərli Turanın mesajla yazışmasında şəxsi necə öldürdüyü və öldürən şəxslərin kimlər olduğu yazılıb. Buna baxmayaraq hər il nəsə etməyə çalışılır, bizə yalan ifadələr, yalan şahidlər, təzyiqlər, yalan məktublarla yenidən iş açılır, kiçik balıqla böyük balıq tutulmağa çalışılır. Kiçik balıq tutularaq böyük balıq şantajmı olunur? Bilmirəm. Hərbi prokurorluğun müavini ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları qanunsuz olaraq vəzifə səlahiyyətlərini aşaraq, sifarişlə məni şərləməyə çalışdılar.

12.02.2021-ci il tarixində həyat yoldaşım, Sizə və Birinci Vitse Prezident Mehriban xanıma müraciət etmişdi. Müraciətində mənim Hospitaldan aldadılaraq Hərbi prokurorluğa aparıldığımı, oradan da böhtan atılaraq günahsız saxlanıldığımı bildirmiş və sizlərdən bu işi şəxsi nəzarətinizə götürməyinizi rica etmişdir.

Ailəm Sizə və Birinci Vitse Prezident Mehriban xanıma məktub yazmazdan öncə, dəfələrlə bu məsələni araşdırmaq məqsədi ilə hərbi prokurorluğun məmurları ilə və mənim ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmayıb. Həmin məmurların vəzifə özbaşınalığı, vətəndaş məmur məfhumunu pozaraq uzurpasiya nümayiş etdiriblər. Onlar hərbi prokurorluğun binasında hətta kiçik rütbəli məmurla da görüşməyə cəhd etsələr də buna nail olmayıblar. Mənim tutulduğum gün isə görüşdə onları aldadıb başlarını qatmağa çalışıblar ki, gedin hospitalda olacaq. Mən isə ailəmə heç bir xəbər verə bilmirdim. Kürdəxanı təcridxanasında ailəm ilə görüş və telefon danışıq hüququ hərbi prokurorluq tərəfindən əlimdən alındığı üçün artıq bir neçə ay ailəm məndən xəbərsiz olub. Yalnız özümə qəsd edəcəyimi bildirdikdən sonra ailəmə harada olduğum xəbər verilib. Buna baxmayaraq bundan sonra da ailəm ilə telefon danışığı və görüş üçün şərait yaradılmadı. Vəkilim iki dəfə vəsatət versə də, vəsatətim sizə müraciət olunana qədər təmin olunmadı və təhlükəli dustaq kimi məhkəmə zalında belə övladlarımla görüşməyə şərait yaradılmadı.

Müraciətin nəticəsi olaraq 18.02.2021-ci il tarixində mənim işim nəzarətə götürülmüş, həyat yoldaşım prokurorluğa dəvət olunmuşdu. Hərbi prokururluğun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilmişdi. Burada müavin ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu yoldaşıma bildirmişdir ki, Ziya Kazımovu qorumaq məqsədilə tutmuşuq, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu isə Ziya Kazımovu tutmaqda səbəb kimi” minalanmış ərazilərə salınaraq şəhid ediləcəyini və ya öldürüləcəyini, ehtimal etdiklərinə görə saxladıqlarını» bildirmişlər, bununla da özlərinin günahsız olduqlarını sübut etməyə çalışmışlar. Söz vermişdilər ki, Ziya Kazımovla bağlı məsələ rəhbərliyin nəzarətinə götürülüb və obyektiv araşdırılacaq.

Cənab Prezident və Birinci Vitse Prezidentimizin Azərbaycanda şəhid ailələrinə, qazilərə və vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğısının təzahürü olaraq Vətən Müharibəsinin iştirakçısı, mən mayor Ziya Kazımov 25.02.2021-ci il tarixində ev dustaqlığına buraxıldım.

Ev dustaqlığında olduğum zaman hərbi prokurorluq məndən döyüş yolum və bu iş üzrə izahat götürdü. Bir heyyətlə döyüş yolum incələndi. Dediyim yerlər və faktları vəkilimizlə birlikdə gələn əməkdaşa təqdim etdik. Cəbrayıldan Şuşaya qədər bütün keçdiyim yerlərə baxıldı. Mənim dediklərimin doğru olduğunu həmin əməkdaş öz gözləri ilə gördü və məruzə etdi.

Ev dustaqlığımın vaxtı bitdikdən sonra, mən yenədə səngərə döndüm. Sonrakı xidmət müddətində Hadrutdakı komando hərbi hissəsinin bütün şəxsi heyyətini digər hərbi hissələrdən seçib hərbi hissənin təməlini yaratdım. Həmin şəxsi heyətlə özüm daxil komando kursu keçdim.

Siz açılış edərkən qarşınızda komando taborumla önünüzdə sırada dayanaraq, Sizi qarşılamaq şərəfinə nail oldum.

Hazırda Komando taborunda xidmət edirəm. Baxmayaraq ki, bütün komando briqadalarında olan ən təcrübəli və ixtisaslı zabitəm, hər kəsdən çox kurs keçmişəm, hər kəsdən də çox nailiyyətim var. Bu şər-böhtana görə rütbə, vəzifə, haqqım olan medalları belə ala bilməmişəm.

Hazırda N saylı komando hərbi hissəsində tabor komandiri olaraq xidmətdəyəm. Heç vaxt pula görə xidmət etməmişəm. 22 ildir xidmət edirəm. Ailəm, şərəfim və adımdan başqa heç nəyim yoxdur. Və heç nə mənim Vətənə olan sədaqət və sevgimi öldürə bilməz.

Lakin düzgün bir AZƏRBAYCAN zabiti olaraq xidmət etməyimə imkan verilmir, Cənab Ali Baş Komandan.

2020-ci ildən bəri məruz qaldığım, iştirakçısı olmadığım və günahım olmayan cinayət işinə görə şərlənməyim bir tərəfə, bir başa cinayətin iştirakçısı və təqsirləndirilən şəxs kimi cəmiyyətə təqdim edilirəm.

2021-ci il yenidən Tərtər hadisləri ilə bağlı mən Baş Prokurorluğa çağırıldım. Dedilər ki, bəs yeni istintaq qrupu yaradılıb. İstintaq İdarəsinin rəis müavini birgə istintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Qasım Məmmədov qəbul etdi. Suallardan bəlli oldu ki, Tərtər hadisələrinə cəlb etmək istəyirlər. Mən Tərtərdə ümumiyyətlə xidmət etməmişəm. Heç ezamiyyətə belə göndərilməmişəm.

2017-ci ildə Beyləqanda baş verən hadisənin mənə aidiyyatı olmadığını, haqqımda olan ifadələrin Hərbi prokurorluğun müavini ədliyyə general-mayoru İmranov Şəfahət Aydın oğlu, İstintaq idarəsinin rəisi ədliyyə polkovniki Əhmədov Bəhruz Vidadi oğlu, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalovun göstərişi ilə, İstintaq İdarəsinin mühim işlər üzrə müstəntiqi, ədliyyə mayoru Ceyhun Hüseynovun saxtalaşdırdığını, böhtan atıldığını və bu cinayət işində iştirak etmədiyimi qeyd etmişəm. Bu işə görə Sizə və Mehriban xanıma müraciətimizdən sonra göstərişinizlə haqlı olaraq azadlığa buraxıldığımı dəfələrlə qeyd etsəm də, nəticəsiz qalıb. Ədliyyə müşaviri Qasım Məmmədov Sizin verdiyiniz göstərişə əhəmiyyət verməyərək, məni şahid qismindən çıxardaraq sonradan məhkəməyə təqsirləndirilən şəxs qismində adımı verib.

İlk dovrdə məhkəmənin ədalətli və qərəzsiz keçiriləcəyinə prokurorun 12 il 6 ay cəza istədiyi günə kimi inanırdım. Amma bu gün məhkəmənin ədalətinə ümidim tamamilə kəsilib. Keçirilən məhkəmə prosesi kamera vasitəsilə çəkilsə də, ədliyyə müşaviri Mehrəliyev Vüsal Bəhram oğlu 4 aylıq məhkəməyə, zərərçəkmişlərin, şahidlərin ifadələrinə, 6 vəkilin çıxışlarına baxmadan hərbi prokurorluqda və baş prokurorluqda saxtalaşdırılmış ifadələri oxuyaraq mənə qərəzli olaraq 12 il 6 ay cəza istədi. Düşünürəm ki, mənim bu məhkəmədə iştirak etməyim sadəcə prinsip və sifariş məsələsinə çevirilib. Yəni Hərbi Prokurorluq və Baş prokurorluq məni tutmaqla öz prinsiplərini həyata keçirəcəklərini və dediklərini edəcəklərini göstərirlər. Sizə və Mehriban xanıma müraciətimizdən sonra göstərişinizlə haqlı olaraq azadlığa buraxılmağım nəzərə alınmır.

Bu prosesi nəzarətə götürməyinizə baxmayaraq, Sizi aldadaraq, hərbi prokurorluqdakı ilk saxta halı ilə davam edirlər. Hərbi prokurorluqda 2017-ci ildə olan cinayəti saxta ifadələrlə zəncirvari olaraq elə düzüb-qoşublar ki, boşluq buraxmasınlar.

İş yenilənəndə Baş prokurorluqda yeni yaranan qrupda həmin saxta ifadələri götürdü. Şəxşləri məcbur edərək, təzyiq altında o ifadələr təzədən imzaladaraq məhkəməyə təqdim edildi.

Məhkəmədə iştirak edənlərin əksəriyyəti ifadələrin məcburi təzyiq altında yazıldığını məhkəməyə öz ifadələrində dəfələrlə deyiblər. Lakin məhkəmə zərərçəkmişlərin belə, nə tələblərinə, nə də ifadələrinə baxır, nə də etiraz edir. Bu qədər saxtakarlıqdan sonra bir qalır məhkəmənin hərbi və baş prokurorluğun təzyiqi ilə qərəzli qərarverməsinə. Bütün bu yazdığım məlumatları zərərçəkmişlər, şahidlər və videoçəkilişlərlə sübut edəbilər.

Cənab Ali Baş Komandan, əgər mənim azacıq belə günahım olsa idi inanın ki, Sizə müraciət etməzdim. Mənə kəsilən iş ilə razılaşardım. Mən demirəm ki, günahkaram və mənim bağışlanmağım üçün kömək edin. Mən günahsızam, məhkəmədə mənə şər atılır.

Cənab Prezident! Yuxarıda da qeyd etdiyim kimi mən özümü təqsirkar hesab etmirəm və bunu məhkəmədə sübut edirəm.

Belə ki, Sumqayıt Məhkəmə kompleksində keçirilən 62 zərərəkmiş, 35 şahid və 4 təqsirləndirilən şəxslərin ifadələri ilə günahsız olduğumu məhkəmə istintaqında sübut edərək bəraət verilməsini gözlədim. Amma məhkəmənin istintaqının bitməsi ilə ədliyyə müşaviri Mehrəliyev Vüsal Bəhram oğlu mənə qərəzli olaraq 12 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasını məhkəmədən istədi. Özü də prokuror qeyd edir ki, çox saylı zərərçəkmiş və şahid ifadələri ilə günahım sübuta yetirilir. Toplamda 101 nəfər, zərərçəkmiş,şahid və təqsirləndirilən var. Onlardan yalnız üçü -1 zərərçəkmiş, 1 şahid və 1 təqsirləndirilən şəxs əleyhimə danışıb. Həmin zərərçəkmişin, şahidin və təqsirləndirilən şəxslərin yalan danışdığı digər zərərçəkmişlərin, şahidlərin və təqsirləndirilən şəxslərin ifadəsi ilə, telefon əhatə dairəsi ilə, telefon danışıqları və mesajları ilə sübut edilir. Və bütün bu sadaladıqlarım məhkəmə zalında olan kameralar vasitəsilə çəkilib.

Mən sizə Hərbi və Baş Prokurorluq tərəfindən sifarişli, qərəzli və haqsız yerə barmaqlıqlar arxasına yox, səngərə getməyimə, dəmir yumruğunuzun qalxması ilə onun bir parçası olmağıma köməklik etməyiniz üçün müraciət edirəm. Mənim barəmdə ədalətli hökm verilməsi üçün məhkəməyə göstəriş verməyinizi xahiş edirəm.

Müraciətimin əvvəlində qeyd etdiyim kimi uzun müddət ordumuzun sıralarında qüsursuz xidmətimlə hər zaman qürur duymuşam. 44 günlük Vətən Müharibəsində məhz Sizin rəhbərliyiniz altında həyata keçirilən hərbi əməliyyatlarda iştirakım həyatımın ən şərəfli səhifələridir deyə düşünürəm. Sizin əmrinizlə 53 şəhidimin qanı bahasına qazandığımız Zəfər bayramını, nə ailəm, nə də mən qeyd edə bildim. O anı yaşamaq mənə nəsib olmayıb. Mənə atılan bu böhtanların bu məhkəmə ilə bitəcəyinə inanıram. Sizdən xahiş edirəm ki, mənə bu işdə köməklik göstərəsiniz, haqsız olaraq cəzalandırılmağıma imkan verməyəsiniz. Müraciətimi Ümummilli Lider Heydər Əliyevin bu sözləri ilə tamamlamaqla daxilən buna inandığımı vurğulamaq istəyirəm ki, Siz də mərhum atanız kimi daim ədalətin zəfər çalmasının tərəfdarısınız.

“Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” – Heydər Əliyev

Cənab Prezident, müraciətimin sonunda Vətənimizi parçalanıb məhv olmaq təhlükəsindən qurtaran, müstəqil dövlət olmasını təmin edən Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı olan Sizə, can sağlığı, yeni-yeni uğurlar, qələbələr arzulayıram.

Hörmətlə,
Ziya Məhəddin oğlu Kazımov
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prezidentdən 7 milyonluq SƏRƏNCAM

Prezident İlham Əliyev Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat ayrılıb.

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gömrük Komitəsi hər sahibkara 11 min dollar zərər vurur - Prezidentə faktlar açıqlandı

Prezident İlham Əliyevə müraciət edən bir qrup kənd təsərrüfat məhsulları ixracatçıları Dövlət Gömrük Komitəsindən şikayətləniblər. Onlar dəfələrlə komitə sədri Şahin Bağırova gömrükdəki vəziyyətlə bağlı məlumat versələr də, nəticəsi yoxdur. Anaxeber.info bildirir ki, gömrük məmurlarının ucbatından büdcəyə getməli olan xeyir sanksiyalar altında olan Rusiyanın dövlət büdcəsinə mənfəət qazandırır. Prezidentə müraciət edən sahibkarların sözlərinə görə, fındıq ixracında invoys qiymətini mənasız şəkildə Gömrük Komitəsinin qaldırması hər bir Azərbaycan sahibkarına 11 min dollar artıq ödənməsi ilə başa gəlir. "Bizi Gömrük Komitəsində qiymətləndirmə ilə bağlı qəbul edərkən Vüqar müəllim və Ülvi müəllimin qəbulunda olduq. Bizə "rəhbərlik belə istəyib" cavabını verdilər. Cənab Prezident, bu gün bizim iki fındıq maşınımız Rusiyada qiymətlə bağlı geri qaytarılıb. Niyə biz sahibkarlar hər fındıq maşınına görə Rusiya büdcəsinə 11 min dollar artıq rüsum ödəməliyik?
Cənab Prezident, sizə bir sahibkar olaraq olaraq müraciət edirik, gömrük bizə fındığın qiymətin 4.5 ABŞ dolları dəyərində qiymətləndirdiyi halda, Bakı ərazisindən 2 ABŞ dollarına icazə verilməsinin səbəbi nədir?
Cənab Prezident sizdən xahiş edirik, aidiyyatı qurumlara Gömrük Komitəsindəki bu vəziyyətlə bağlı araşdırma aparılsın .
Sizə məlumat üçün bildiririk ki, belə hal, yəni hər hansı fındıq ixracatçısına 1.5 və yaxud 2 ABŞ dolları yazılmasına icazə verilməsi, bəzilərinə isə 4.5 ABŞ dolları icazə verilməsinin səbəbi olmalıdır. Səbəb nədir ? //Anaxeber.info//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Abşeron-Xızı Regional Təhsil İdarəsinin açıq-aşkar QƏSDİ-QƏRƏZLİLİYİ... - BU DA FAKT!!!


Abşeron - Xızı Regional Təhsil İdarəsi (RTİ) bu günlərdə-ya göndərdiyi yazılı açıqlamada rusdilli uşaq Babaxanov Əlixan Babaxan oğlununun niyə rus bölməsinə qəbul edilməməsini əsaslandırmağa çalışmışdı. Rəsmi izahda qeyd olunurdu ki, guya uşaq qabiliyyət imtahanından kəsilib və rus sektorunda təhsil almaq hüququndan da buna görə məhrum edilib. Əlbəttə ki, verilən cavabın gülünc tərəfi rusdilli uşağın rus dili bölməsinə necə qəbul edilməməsi idi. Başqa bir tərəfdən, Abşeron ərazisindəki məktəblərdə rus bölmələrinə qəbul edilmiş şagirdlər arasında xeyli nümunə tapmaq olar ki, onlar rus dilini primitiv səviyyədə belə bilmirlər. Ancaq nə kəramətdirsə, Abşeron-Xızı RTİ onları qabiliyyətli "görüb" imtahandan keçirib. Lakin Əlixan tam rusdilli, Azərbaycan dilində demək olar bilmədiyi halda uşaq rus sektorunda oxuya bilmir. Hələ bu da ayrı qanun pozuntusudur ki, uşaq təhsil almaq hüququndan məhrum edilib. Bütün bu özbaşınalıqlara və regional təhsil idarəsinin verdiyi rəsmi açıqlamaya cavan olaraq, Babaxanovlar ailəsi Əlixanın rus dilini hansı səviyyədə bildiyini əks etdirən video material yayıblar. Youtube sosial platformasında yerləşdirilən həmin videoda balaca Əlixanla rus dilində sorğu-sual edilir. O da suallara yaşına uyğun olaraq yaxşı cavab verir. Yəni həmin video material da sübut edir ki, Əlixan rusdillidir, qabiliyyət imtahanından keçmək gücü də var, sadəcə Abşeron-Xızı RTİ və onun rəhbəri İlhamə Abdullayeva bu faktı görməzdən gəlir. Hələ bu hadisəyə don geyindirmək üçün rəsmi izah da verməyə cəhd ediblər. Təhsil İdarəsi rəhbərliyi yaxşı olar ki, Abşeron ərazisində imtahanın necə və kimlər tərəfindən götürüldüyünü araşdırsın. Bu təftiş bir çox qanunsuz halları aşkarlayacaq. Eyni zamanda, rus bölmələrində olan uşaqların Əlixandan nədə fərqləndiklərini sübut etsinlər ki, bu vəziyyətlə razılaşmaq olsun. Görünür ki, Abşeron RTİ haqsız bir addım atdığını anlayıb, indi problemi düzəltməyi bilmir. Amma həmin video materiala baxanda əsl reallıqla tanış ola biləcəklər. //anaxeber.info//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO