[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!


Əslində kifayət qədər ciddi ticarət şəbəkəsi olan "Araz" markettin satdığı məhsulları bizlər də bir alıcı kimi dünənə qədər etimadla istehlak etmişik. Amma dünən DİA.AZ əməkdaşları olaraq öz gözlərimizlə gördüyümüz faktlar bizi bu market barədə ehtiyatlı davranmağa vadar etməkdədir.

Hansını deyək? Vaxtı 2 həftə əvvəl keçmiş kolbasaların cütləşdirilərək "endirim" adı altında xırıd edilməsindənmi danışaq, yoxsa vaxtının keçmsinə bir gün qalmış sarımsaqlı yağda konservləşdirilmiş hamsinin qiymətinin 8.99 manatdan 1 manata qədər endirilməsindənmi söz edək?..

Bəlkə dünənə qədər ən azı 3 manata satışda olan "Qlavprodukt" kimi ciddi markanın məhsulu olan paştetlərin məhz vaxtının keçməsi səbbəbindən 99 qəpiyə müştəriyə təklif olunmasından danışaq...

Nə isə... Bütün bunlara bizlər dünən "Araz" markein "Space" kanalının redaksiyası ilə üz-üzə olan filialında rast gəldik. Elə digər filiallarda da vəziyyət eynidir.

Bütün bunları müştərilər görməyə bilər... Bəs AQTA-nın gözləri niyə KOR OLUB Kİ?

Biz dediklərimizin sübutu olan bəzi fotoları təqdim edirik... Daha geniş materialımız isə irəlidədir...
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!
`Araz` şəbəkəsi: Vaxtı keçən məhsullar BURADA SATILIR... - BU DA FAKT!!!

Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Görək, nə deyəcəklər...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür


Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Prokurorluq orqanlarının yaranmasının 105-ci ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.

Ulu öndər prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranıb. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, hüquq ictimaiyyəti üçün əlamətdar hadisə kimi ruh yüksəkliyi ilə qeyd edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR


Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.

Bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Sabah, oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.

Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.

Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də “milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şokasalan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.

Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm”, - Azərbaycan səfiri qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu şəxslər imtahan verəcək


Oktyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçirir.

DİM-dən bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə DİM-in təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.

İmtahan DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə keçirilir. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu Agentlik tərəfindən aparılıb.

İmtahan saat 10:00-da başlanır. Ərizəçi imtahanın başlanmasından azı 1 saat öncə imtahan binasına gəlməlidir. İmtahan binasına daxil olarkən ərizəçi şəxsiyyətini təsdiqləyən sənədi təqdim etməlidir.

Ərizəçi tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunacaq. İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər oktyabrın 2-4-də saat 14:00-dan 17:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yaza bilərlər.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib


Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salır.

Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınır.

Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.

***

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində Müvəqqəti İdarəetmə Mərkəzi tərəfindən Xankəndi şəhərində müvafiq tibbi xidmətlərin təşkilinə başlanılıb.

Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının məlumat yayıb.

Azərbaycanın səhiyyə qurumlarının məsul şəxslərinin iştirakı ilə ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası Xankəndiyə ezam olunub.

Xankəndidə əhalinin cari tibbi və sanitar-epidemioloji vəziyyəti qiymətləndiriləndən sonra növbəti müvafiq addımların atılması nəzərdə tutulur.

Report
Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib
Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib
Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib
Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində polis polkovniki Səid Pənahi güllələnib.

Bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Polkovnikin spirtli içiklər və siqaret qaçaqmalçıları ilə silahlı atışma zamanı həlak olduğu bildirilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

Uşaqlar bizim gələcəyimizdir deyirik. Və bizim bir millət olaraq gələcəyimiz uşaq bağçalarında, körpələr evində, bir sözlə, məktəbəqədər təhsil müəssisələrində formalaşır. Amma təəssüf ki, adına rüşvət və korrupsiya dediyimiz bəla uşaq bağçalarından da yan keçməyib. Dövlətin körpə balalara ayırdığı ərzaq və qidalar bağça müdirləri tərəfindən satılır, mənimsənilir. Yəni uşaqlar normal qidalanmadığı üçün sağlam böyümürlər. Digər tərəfdən hansı uşaq bağçasına müraciət edirsənsə, “boş yer yoxdur” deyirlər, amma, pulu-rüşvəti görən kimi yer tapılır. Hələ bu harasıdır..? Uşaq bağçalarında onlarla “ölü canlar” olur. Ki, onların da maaşlarını bağça müdirləri mənimsəyir. Ona görə də indi bağça müdirləri ən bahalı avtomobillərdə gəzirlər.
Təsəvvür edirsiniz, uşaq bağçasında neçə nəzarətçi, neçə dayə, tərbiyəçi, aşpaz, bağban və s işçilər olsa da çoxu işdə tapılmır, onların sadəcə adları işdə gedir. Bütün bunlar azmış kimi, uşaq bağçaları və körpələr evində çalışan müəllimələrin, müdirələrin çoxunun ali təhsili, bəzilərinin isə, ümumiyyətlə, orta ixtisas təhsili yoxdur. Belə olan halda məktəbəqədər körpələri məktəblərə necə hazırlamaq olar..? Görün biz körpə balalarımızı kimlərə əmanət edirik..? Bu məqamda məcburuq ki, yenidən Elm və təhsil naziri Emin Əmrullayevin Bakı təhsil işçilərinin sentyabr konfransında dediyi fikirlərə istinad edək: “Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi TƏHSİLİ OLMAYANLARDIR”.
Birincisi, təhsil nazirinə demək lazımdır ki, sən bu gözəl sözləri kimlərə deyirsən, nazirsən, konkret tədbir gör dəə...
Təsəvvür edirsiniz, Finlandiyada və digər ölkələrdə uşaq bağçalarında, körpələr evində çalışanlar magistraturanı, hətta doktoranturanı bitiriblər. Bizdə isə, nəinki ali, heç orta ixtisas təhsili olmayanlar bağçalarda gələcək nəslimizi yetişdirir. Hətta uşaq bağçalarında uşaqları döyürlər...
Sözün qısası, belə uşaq bağçalarından biri də Yasamal rayonu, İnşaatçılar pr.40 ünvanında yerləşir. Bu uşaq bağçasına Sultanova Gülnarə Fəxrəddin qızı rəhbərlik edir. Ümumiyyətlə, bu körpələr evi-uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı dəfələrlə sosial şəbəkələrdə yazıblar, valideynlər şikayət ediblər. Bağçada təhsil alan uşaqların valideynlərindən pul vəsaitlərinin yığılması burada adi hal alıb. Bundan başqa faktiki olaraq işləməyən şəxslərlə bağlı saxta əmək haqqı sənədlərinin tərtib edilməsi də ciddi araşdırılmalıdır.
Bəli, Gülnarə Sultanova uşaq bağçasını özünün şəxsi obyektinə çevirib. Bu azmış kimi Gülnarə Sultanova əlavə 3-4 uşaq bağçasına da “ağbirçəklik” edir...
Bu məqamda Gülnarə Sultanovanın özəl həyatına toxunmadan qeyd etmək istəyirik ki, uşaq bağçaları, körpələr evi həm də TƏLİM-TƏRBİYƏ məkanıdır. Gülnarə Sultanova kimilərin burada çalışması məqsədəuyğun deyil. Yəqin söz sahibi nə demək istədiyimizi başa düşəcək... Gülnarə Sultanova həm də maklerlik edir, uşaq bağçalarının ərazisinin satılıb-alınmasında iştirak edir... Yəni bu adam üçün pul hər şey deməkdir...
Bütün bunlar azmış kimi redaksiyamıza daxil olan bir məlumat xeyli təəccübümüzə səbəb oldu. Bu haqda növbəti yazımızda tam təfərrüatı ilə açıqlama verəcəyik. Bakı Şəhər Baş Təhsil İdarəsi isə öz sözünü hər an deməlidir, söz sizindir. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov rəhbərlik etdiyi qurumda islahatların aparılmasına bir o qədər də həvəs göstərmir. DGK sədri hətta hüquq-mühafizə orqanları tərəfindən saxlanılan gömrükçülərin çalışdıqları idarə və şöbələrdə "təmizləmə əməliyyatı" aparmaqda da maraqlı deyil.

DİA.AZ bildirir ki, bu barədə Yenisabah.az-a DGK-nın məsul əməkdaşlarından biri məlumat verib. Mənbə deyib ki, Şahin Bağırov Komitənin yenilənməsinə, gənc kadrların irəli çəkilməsinə dırnaqarası yaxınlaşır. Onun sözlərinə görə, uzun illərdən bəri DGK-da çalışan və həmişə neqativ fəaliyyəti ilə qurumun imicini zədələyən əməkdaşların böyük əksəriyyəti hələ postunu qoruya bilib.

"Şahin müəllim DGK sədri təyin olunandan sonra Komitədə daxili təhqiqat məsələləri arxa plana keçib. Demək olar ki, heç bir əməkdaşın fəaliyyəti təftiş edilmir. Hətta haqqında yazılı və şifahi şikayətlər olan gömrük müfəttişləri ilə bağlı da tədbir görülməyib. Buna görə də gömrükçülər özlərini cəzasızlıq mühitində hiss edir və istənilən qanunsuz əmələ qol qoymaqdan çəkinmirlər. Hüquq-mühafizə orqanlarının DGK-da tez-tez əməliyyat keçirməsi də ilk növbədə bu amillə bağlıdır", - deyə mənbə bildirib.

DGK əməkdaşı bizimlə söhbət zamanı çalışdığı qurumda mövcud şəraitin yaradılmasını Şahin Bağırovun şəxsi mövqeyi ilə əlaqələndirib. Bildirib ki, indiki sədr 1992-ci ildən gömrük orqanlarında çalışır. Komitədə demək olar ki, hər kəsi şəxsən tanıyır. Əməkdaşların əksəriyyəti ilə vaxtilə eyni idarələrdə, şöbələrdə işləyib. Tez-tez onlarla qeyri-rəsmi mühitdə - xeyir-şər məclislərində, istirahət məkanlarında bir araya gəlir.

Sədrin şəxsi münasibətləri hansısa əməkdaşı cəzalandırmağa, işdən çıxarmağa imkan vermir.

Məlumatlı şəxs maraqlı məqama toxunub. Qeyd edib ki, bu ilin əvvəlində DİM gömrük orqanlarında işə qəbulla bağlı imtahan keçirib. 200-ə yaxın gənc kadr imtahanda uğur qazanaraq müsahibədə iştirak etmək hüququ əldə edib. Şahin Bağırovun rəhbərlik etdiyi komissiya müsahibəyə qatılan 113 nəfərə müsbət rəy verib. Amma bu günə kimi onların heç biri gömrük orqanlarında işlə təmin edilməyib.

"İmtahan və müsahibə mərhələsindən uğurla keçən 113 nəfər indiyə kimi Şahin Bağırovun könlünə insaf düşəcəyi günü gözləyirlər" , - deyə mənbə fikrini tamamlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...

"Taun vaxtı qonaqlıq" məşhur ifadədir. Taun xəstəliyi yayılmış şəhərdə zadəganlar öz kef məclislərini təşkil edirlər. Halbuki şəhər camaatı ölümlə mübarizədə idi. Bunu niyə xatırladıq? Çünki Azərbaycan Ordusunun 19 sentyabrda keçirdiyi antiterror tədbiri zamanı şəhidlərimiz olub, millətin bir gözü separatçıların məhv edilməsinə görə gülürsə, bir gözü də qəhrəman şəhidlərimiz üçün ağlayır və belə vaxtda Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor Gülnaz Dadaşova bu vəzifəyə təyin olunmasının 5 illiyini şadyanalıqla qeyd edib. Buna cəmiyyət, şəhid ailələri nə ad verər bilmirik, amma biz buna arsızlıq deyə bilərik. 19 sentyabrda 23 saat içində vətən üçün şəhidlər verir, cəmi iki gün sonra yoldaş Dadaşova özü üçün bayram keçirir.

Məşhur "Qatarda" teletamaşasındakı "Axı sən kimsən, yoldaş Dadaşov?" sözü bu yerdə yada düşür. Doğurdan da, xanım Dadaşova kimdir və ya kimdən özünü üstün bilir ki, şəhid anaları, şəhid xanımları, şəhid övladları göz yaşında boğulanda direktor olmasının 5 illik yubileyini keçirir? Amma demə, belə insanlar da var imiş: şəhid məzarlarına çələnglər düzüləndə, o da gül çələnglərini kabinetində qəbul edirmiş... Tragikomik hal ondan ibarətdir ki, G.Dadaşova elə bir yüksək vəzifəyə təyin olunmayıb axı, hələ bir bunun 5 illik ildönümünü də qeyd edir?!

Olsa-olsa Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktordur. Di gəl ki yayılan kadrlara baxanda özünü necə xoşbəxt hiss etdiyi görünür. Sanki bu ölkədə yaşamır. Sanki xalqın hazırkı əhval-ruhiyyəsindən bixəbərdir. Maraqlıdır, G.Dadaşova daha böyük vəzifə sahibi olsaydı, görəsən rəhbər təyin olunması tarixini necə keçirərdi? Kim bilir, bəlkə də yolları bağladar, telekanallarda özünü təriflədər, imkanı olsa Bakının tən ortasında heykəlini qoydurardı. Allah bu millətin üzünə baxıb...
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...

Ancaq onun bu davranışı sosial şəbəkələrdə böyük ictimai qınağa səbəb oldu. Əksəriyyət Dadaşovanın 5 illiyi şəhidlərin yeddisi çıxmamış qeyd etməsini pislədilər, utancverici hal saydılar. Hətta ölkə rəhbərliyinə müraciət və çağırışlar edildi ki, sözügedən tibb ocağının həm fəaliyyəti araşdırılsın, həm direktorun əməlləri yoxlanılsın. Dövlət rəhbərliyi məcburi köçkünlərlə doğum günü keçirdiyi halda, şəhid ailələrinə qayğı göstərdiyi halda Dadaşova qanı qurumamış şəhidlərimizin ruhuna hörmətsizlik edərək gül çələngləri qəbul edir, şəkil çəkdirir, sevincək olur.

Belə iddialar da var ki, onun bu cür müştəbehliyinin səbəbi yüksək vəzifəli məmura arxayın olmasıdır. G.Dadaşovanın Prezident Administrasiyasında şöbə müdiri olan məmur tərəfindən himayə edildiyi haqda məlumatlar dolaşır. Yəni məlumatda bildirilir ki Administirasiyanın şöbə müdri şəxsən özü xəbər portallarına zəng edərək tənqidi xəbərləri silinməyini tələb edir. Daha biz nə deyək Vallah ..

Elə ona güvənməsi səbəbindən istədiyi formada addımlar ata bilir. Nə demək olar, dövlət baba da görür, Allah baba da...
Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Ardı var.

GundemXeber.Az

VİDEO BURADA: My Webpage
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Jurnalistlərə qonaqlıq verən tanınmış iş adamı PULUNU ÖDƏMİR - İŞ MƏHKƏMƏLİK OLDU...


Özünü iş adamı kimi cəmiyyətə təqdim etməyə çalışan Müqayis Verdiyev barəsində redaksiyamıza ilginc məlumatlar daxil olub.
Birinci məlumatdan bəlli olur ki, əvvəllər dələduzluqda ittiham olunaraq bir neçə dəfə həbs olunan iş adamı Müqayis Verdiyev sahibkar Oruc Məmmədovu aldadaraq ondan külli miqdarda inşaat materialları alıb və onun pulunu yaxın zamanda verəcəyini deyib. Müqayis Verdiyev Oruc Məmmədova söz verib ki, mən DÖVLƏT ZƏMANƏTİ ilə abadlıq və quruculuq işləri aparıram, dövlət layihələrini həyata keçirirəm və s. Müqayis Verdiyevin sözlərinə inanan Oruc Məmmədov ona inanaraq böyük məbləğdə inşaat materiallarını ona nisyə verib. Amma vəd verildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq Müqayis Verdiyev həmin şəxsin pulunu verməyib. Oruc Məmmədov deyir ki, hər dəfə Müqayis Verdiyev məni aldadaraq yaxın zamanda pulunu verəcəyini vəd edib. Amma.. Əmması odur ki, sonda Müqayis Verdiyevin vədlərinin yalan olduğunu görən Oruc Məmmədov məhkəməyə üz tutub. Belə ki, Oruc Məmmədov özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyevin dələduz əməlləri ilə bağlı Sumqaylt Şəhər Məhkəməsinə müraciət edib. Yəqin ki, yaxın zamanda Sumqayıt Şəhər Məhkəməsi sahibkar Oruc Məmmədovun iddia ərizəsinə baxaraq Müqayis Verdiyevin layiq olduğu cəzanı verəcək. Bu hələ harasıdır..?
Ötən yazımızda qeyd etdiyimiz kimi Müqayis Verdiyev öz ətrafında böyük bir media şəbəkəsi yaradıb. Belə ki, Müqayis Verdiyev hansı məmuru şantaj etmək istəyirsə, özünə yaxın olan jurnalistlərə həmin məmurla bağlı sifarişli, şər-böhtan dolu, şantaj xarakterli yazıların yazılmasını sifariş edir. Və Müqayisin mediası işə düşür, sabah bir çox saytlar həmin məmurla bağlı Müqayis Verdiyevin sifariş etdiyi yazıları tirajlayırlar.
Daxil olan məlumatdan bəlli olur ki, Müqayis Verdiyev özünün muzdlu mediasını, jurnalistləri başına toplayaraq müxtəlif restoranlarda ( Sərin, Kolizey və s...) yeyib-içmək məclisləri təşkil edir, öz mirzələrinə yalan vədlər verir və sonda ortaya şantaj dolu yazılar çıxır. İndi məlum olur ki, Müqayis Verdiyev həmin restoran sahiblərini də aldadıb.
Belə ki, daxil olan informasiyadan bəlli olur ki, Müqayis Verdiyev həmin restoran sahiblərinə də atıb. Yəni bütün qonaqlıqlar NİSYƏ olub. Müqayis Verdiyev restoran sahiblərinə deyib ki, yaxın zamanda külli miqdarda pul alacam və sizin borclarınızı beş qat artıq ödəyəcəm. Amma verdiyi sözə baxmayaraq Müqayis Verdiyev bu günədək restoranlara olan borcunu ödəmir. Belə olduğunu görən restoran sahibləri də Müqayis Verdiyevdən hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.
Daxil olan informasiyadan bəlli olur ki, hətta restoran sahibləri Müqayis Verdiyev və başının dəstəsi olan muzdlu mirzələrin restorandakı VİDEO-larını da hüquq-mühafizə orqanlarına təqdim edəcəklər. VİDEO-larda hansı jurnalistlərin olması da maraqlı mövzudur.
Sözün qısası, əvvəllər dəfələrlə dələduzluqda ittiham olunaraq həbs olunan, indi isə özünü iş adamı kimi tanıdan Müqayis Verdiyevin ifşa olunması yaxın zamanda baş verəcək. //gundelik-baku.com//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO