[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin pul vəsaitləri haradadır?.. - HƏQİQƏTƏN DƏ...


Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində 32 il öncə qondarılmış və bu gün dövlətimizin siyasəti, şəhid və qazilərimizin canı-qanı hesabına artıq külləri sovrulan separatçı-terrorçu rejim əsasən İrəvandan göndərilən müəyyən məbləğdə pul vəsaitinə malik olmuşdu.

DİA.AZ-ın xəbərinə görə, Moderator.az-ın araşdırmasından bəlli olur ki, cinayətkar xuntanın 2023-cü il üçün qondarma “büdcə”sinin xərcləri 215 milyard 171,4 milyon dram(təxm. 505 milyon 900 min ABŞ dollar) məbləğində nəzərdə tutulubmuş.

Bəs həmin pul vəsaitlərinin taleyi necə olub?..

Qarabağdakı "nağd pulun dərhal Ermənistan bazarına daxil olmasının hansı nəticələri var? Yaxın gələcəkdə nə gözləmək olar? Mövzu həm də ondan ibarətdir ki, artsax əhalisi arasında müəyyən miqdarda nağda pul da var idi. O zaman artsaxın bank sistemində, o cümlədən Mərkəzi Bankda həmin vəsaitlərin taleyini hələ də müəyyənləşdirmək lazımdır”.

Ermənistanın “İravunk” qəzeti bu suallara Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryandan cavab almağa çalışıb.

Bəhs edilən vəsaitin harada, kimlərin nəzarətində ola biləcəyi haqda heç bir açıqlama verməyən keçmiş sədr Qarabağın dağlıq hissəsindən “mümkün pul axınının Ermənistanın maliyyə sisteminə mümkün təsirlərindən danışıb. Asatryan hesab edir ki, sözügedən pullar ölkədəki maliyyə əməliyyatlarına ciddi təsir etməyəcək. “Lakin təbii ki, bu, dramın müəyyən devalvasiyası prosesi ilə bağlı ola bilər. Üstəlik, dramın daha da ucuzlaşmasına bankların pulu deyil, məcburi köçkün vətəndaşların bazara buraxdığı pullar təsir edə bilər”- deyə mütəxəssis bildirib.

Zəruri şərh:

Əvvəla, Azərbaycan dövlətinin kriminal erməni xuntasının çirkli pullarına ehtiyacı yoxdur. Lakin onların xeyli hissəsi də Azərbaycan torpaqları, sərvətləri hesabına əldə edilib. Və sözsüz ki, dövlətimizin müvafiq qurumları öncədən Qarabağdakı qanunsuz banklarda olan vəsaitlərin xeyli hissəsinin İrəvana ötürülməsinin qarşısını alıb və onlar ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul edərək ərazimizdə qalan erməni vətəndaşların ehtiyacları üçün xərclənəcək...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!


Dövlət Neft Şirkətinin NZS qəsəbəsi ərazisindəki obyektlərinə yanğın təhlükəsi vəd edən
qanunsuz tikililərin qarşısı niyə alınmır?

Xatırlayırsınızsa, iki ay əvvəl paytaxtın Xətai rayonu, NZS qəsəbəsində, “Azpetrol”un yanacaqdoldurma məntəqəsi ilə üzbəüz nahiyədə Nefbazanın üzbəüz hissəsində məişət tullantılarının atılmış olduğu ərazidə dəhşətli yanğın baş vermiş, benzindaşıyan maşınların biri partlamışdı.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğının baş verdiyi əraziyə cəlb olundular. Şükürlər olsun ki, havanın güclü küləkli olması ilə əlaqədar qısa müddətdə böyük bir sahəni əhatə edən yanğına hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənlərinin hamısını partlatmasına və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan vermədi. Hətta Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da baş verən yanğın yerinə getmişdi.

Qeyd edək ki, həmçinin buradan qaz boruları, elektrik xətləri keçir. Yaxınlıqda qanunsuz tikilmiş yaşayış evləri yerləşir. İllərdir, o evlərin plana düşüb söküləcəyini deyirlsə də, əksinə, qanunsuz tikililər günü-gündən artmaqda davam edir. Bu cür bir ərazi yanğından yüksək səviyyədə qorunmalıdır. Hadisə nəticəsində eləcə də ətrafdakı ağaclara xeyli ziyan dəymişdi. Bildirilirdi ki, yanğın zamanı hadisəni lentə alan qəsəbə sakinlərinə polis və SOCAR-ın əməkdaşları çəkiliş etməyə icazə verməyib. Çəkilən videogörüntüləri isə silmək üçün göstəriş verilib.

Amma əlbəttə ki, belə faktları ört-basdır etmək çıxış yolu deyil. Sözsüz ki, Xətai Rayon İcra Hakimiyyətinə, əraziyə nəzarət edən ARDNŞ Neft Kəmərləri İdarəsinə, DİN Neft Emalı Obyektlərinin Mühafizə İdarəsinə bu kimi hadisələrin baş verməməsi üçün mühafizə işini gücləndirmək, bu müstəvidə yer alan nöqsanları qısa müddət ərzində aradan qaldırmaq tapşırığı verildi. Ancaq təəssüflər olsun ki, ərazidə təhlükənin mənbəyi potensial təhlükə mənbəyi olan obyektlərin qanunsuz tikintisinin artması tendensiyasıdır. Yuxarıda adlarını çəkdiyimiz qurumların əməkdaşları nəyinsə müqabilində belə tikintilərə göz yumurlar.

Sakinlərdən bir neçəsi redaksiyamıza müraciət edərək bildiriblər ki, hələ 30-40 il əvvəl orda bağ, meyvə ağacları salıb, əkib — becərirmişlər. Təəssüf ki, indi ortaya çıxmış bir neçə işbaz həmin ağacları məhv edib, ərazini böyük taxtadan hasarla əhatələyiblər. İçində təxminən 100 kv/m sahəyə malik kafe tikiblər. Kafenin sahibi olduğu deyilən İlham adlı şəxs isə məhrəm məclislərdə deyir ki, obyektin tikintisinə icazə almaq üçün 6000 (altı min) manat rüşvət verib. Sakinlər həmçinin xatırlayıblar ki, 2 il bundan əvvəl burada fəaliyyət göstərmiş başqa kafenin həndəvərində neft kəmərini deşib kanistlərlə benzin satırmışlar. İki il əvvəl üstü açılıb, cinayət işi başlanılıb, bəzi şəxslər istintaqa cəlb olunmuşdular.

Əməkdaşımız hasara alınmış ərazidə tikintisi aparılan obyektin görüntüklərini qeydə alıb.

Məlum olub ki, tikinti işləri ağacların qırılması ilə müşayiət olunub. Hasar əvəzi qoyulmuş ağaclar, qoparılmış kol-kos quruyub, istənilən vaxt anidən od tutub alışa, ciddi yanğına səbəb ola bilərlər.
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

Əgər İlham adlı şəxsin dedikləri doğrudursa, belə çıxır ki, verdiyi rüşvətdən yuxarıda adları çəkilən qurumların funksionerlərinə pay düşüb. Həmin sıraya mütləq polis sahə müvəkkilini, 66 saylı Mənzil İstismar Sahəsini, təbii ki, həm də Xətai RİH-nin Mənzil Kommunal Təsərrüfatı Birliyini də əlavə etmək lazımdır. Çəkiliş aparan zaman sakinlər bildirdilər ki, Neft Kəmərləri İdarəsindən Hikmət, Xətai MKTB-nin 66 saylı MKİS- nin rəisi vəziyyətə “nəzarət” edirlər.

Maraqlı odur ki, əməkdaşımızın ərazidə olduğu vaxtda mühafizə polisinin əməkdaşları Socara məxsus olan texnika ilə ərazini təmizlətdirirdi. Sanki, növbəti satılacaq ərazinin «planirovkasını» hazırlayırdı.
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!
Neft Kəmərlərinin Mühafizə Ərazisini KİMLƏR HƏRRACA QOYUB? - BU NƏDİ BELƏ?!

Məsul hesab etdiyimiz şəxslərə zəng vurub məsələ ilə bağlı mövqelərini öyrənməyə çalışdıq. Hərəsi bir yolla danışmaqdan yayındılar. Belə ki, Əli bəy “mən iclasa gedirəm, sonra danışarıq” deyib dəstəyi asdı. Sonra isə zəngimizi götürmədi. Mühəndis Məhərrəm “Mən kiməm ki? Verilən tapşırıqları yerinə yetirirəm” deyib yaxasını qırağa çəkdi. Hikmət bəy “mən gecə növbəsindən çıxmışam, yuxuluyam, danışa bilmirəm” dedi. Xətai RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da votsapla ünvanladığımız suallara aydınlıq gətirməkdən vaz keçdi.

Sakinlərlə söhbət əsnasında biz də müştəri qismində ev tikmək üçün icazəni kimdən almaq lazım olduğunu soruşduqda hər kəs Qafarın söz sahibi olduğunu bildirdilər.

Bununla belə cavabdeh qurum təmsilçilərinin mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamal MKTB Rəfail Mehralıyevin yeznəsinə 387 min manatlıq tender verdi - İLGİNC FAKT

Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhəllədaxili yolların təmir işlərinin satınalınması üzrə 31.08.2023-cü il tarixdə başladığı açıq tender müsabiqəsini tamamlayıb və “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 387.679 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu barədə Təsərrüfatı Birliyinin Tender Komissiyası 03.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PROQRESS İNŞAAT EN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 29.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 1000.00 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, PİVƏ ZAVODU, ev 24/6, qanuni təmsilçisinin isə İslamov Nazim Əli oğlu olduğu göstərilir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 29.11.2021-ci il tarixdə Şirinov Eldar Bəhlul oğlu tərəfindən təsis edilib. Bəs Şirinov Eldar Bəhlul oğlu kimdir?

Açıq internet resursları üzərindən apardığımız araşdırmalarda onun barəsində kifayət qədər geniş məlumatlar çıxdı. Təkzib olunmamaış məlumatlarda Şirinov Eldar Bəhlul oğlunun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevin yeznəsi olduğu bildirilir.

Məlumatlarda həmçinin bildirilir ki, Eldar Şirinovun adına olan bir neçə belə şirkətlər var ki, tyez-tez Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tabeli qurumların keçirdiyi tenderlərin qalibi olurlar. Rəsmi sənədlərə görə, o, “ENS İnşaat” MMC ilə yanaşı, “ENS İnşaat-E”MMC-nin direktorudur. “ENS İnşaat” MMC izolyasiya materialları istehsalçısıdır. ENS hidroizolyasiya materalınin texniki şəsrtlərini bu şirkət hazılayıb və 2004-cü ildə təsdiq olunub.

Dövlət qeydiyyat sənədlərində Eldar Şirinovun “ENS İnşaat-E” MMC-nin təsisçisi olduğunu göstərir. “ENS İnşaat” MMC isə onun ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə (Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11) qeydiyyata alınıb. Eldar Şirinov daha iki şirkətin: “N Qardaşları” MMC (24.09.2004) və Müstəqil “Ramin-F” Çoxsahəli İstehsalat Firmasının (29.09.1997) direktorudur. “Rəşad-Abadlıq” Təmir-Tikinti Müəssisəsi (07.12.1998) bu şirkətlərdən biri ilə eyni ünvanda (Rəsulzadə qəsəbəsi, Baksol, ev 54) yerləşir.

Məlumatlarda həmçinin göstərilir ki, Eldar Şirinovun adına olan şirkətlər Bakı şəhəri İcra Hakimiyyətinin mənzil Kommunal Departamentinin tenderlərində “qalib” çıxıb, on milyonlarla manatlıq işlər götürüb. Rəfail Mehralıyev öz yeznəsinin “ENS İnşaat-E” şirkətinə son bir neçə il ərzində ümumi dəyəri 60 milyon 303 min manat dəyərində 10 müqavilə verib. İnşaat materiallarının alınması, yolların və yaşayış evlərinin təmiri üçün. “Rəşad-Abadlıq” Təmir Tikinti Müəssisəsi” isə Bakının Mənzil-Kommunal Təsərrüfatı Departamentindən, onun 1 saylı və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərindən ümumi dəyəri 12 milyon 748,5 min manat olan 7 müqavilə verilib. Rəsmi olaraq tenderlər. Qeyri-rəsmi isə qohumluq xatirinə.

Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi ötən il də məhəllədaxili yollarda abadlıq işlərinin satınalmasını məhz Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyevə bağlı başqa bir şirkətə vermişdi. Ötən ilki tenderin qalibi “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdu və Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 396.735,62 manat məbləğində satınalma müqaviləsi bağlanılmışdı.

Onu da əlavə etmək istərdik ki, hazırda Yasamal rayon İcra Hakimiyyətinin başçısının aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovdur. Onun Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun adamı olduğu söylənilir. Onun bu vəzifənin başına keçməsində sonra rayon ərazisində şikayətlərin sayı da artıb və bu barədə elektron media resurslarında kifayət qədər geniş məlumatlar tapmaq olar.

Aktualinfo.org
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yevlaxda vətəndaş ÇƏTİN DURUMDA: İcra hakimiyyəti isə... - "Məcburuq ki..."

Mehdiyev Anar Aslan oğlu Yevlax rayon Havarı kənd sakinidir. O, sözügedən ərazidə çirkab sularının axıdılması üçün qurğu sisteminin olmamasından və yolların bərbad vəziyyətdə olmasından gileylənir. Yevlax rayon İcra hakimiyyətinin başçısının nümayəndəsi Xanlar Musayev Toplum TV-yə bildirdi ki, rayon ərazisindəki yollar bərbad vəziyyətdə deyil.

Sadəcə yağış yağanda kənd yolu yağış suyu ilə dolur və Mingəçevir şəhərindən gətirilən eskalatorlarla yollar hamarlanır.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY

Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 40 nömrəli evdə yaşayan İsmayılov Eyvaz Elçin oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmələr onun uşağının ruhi xəstə olan dayısı ilə birgə yaşamasına qərar verib. Bu səbəbdən, o, qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Möhtərəm Prezident!

Mən, İsmayılov Eyvaz Elçin oğlu, diqqətinizə çatdırıram ki, 15 oktyabr 2016-cı ildə keçmiş yoldaşım Qasımova Safura Füzuli qızı ilə rəsmi nikaha daxil olmuşam. Nikahımızdan 17 dekabr 2018-ci il təvəllüdlü İsmayılov Elçin Eyvaz oğlu anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(004)-108/2023 nömrəli qətnaməsi ilə nigahımız ləğv olunmuş, azyaşlı övladımızın ananın yanında saxlanılması, məndən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub Qasımova Safura Füzuli qızına ödənilməsi qət edilib.

Mən övladımızın saxlanılması üçün rəsmi aliment məbləğindən daha çox vəsait xərcləyirəm, lakin ödədiyim vəsait mənim övladımın ehtiyaclarına, xüsusən də müalicəsinə xərclənmir.

Nikahımız ləğv edildikdən sonra keçmiş həyat yoldaşım Qasımova Safura Füzuli qızı övladımızla birgə ata evinə - Ucar rayonunun Qarabörk kəndinə qayıdıb. O, ata-anası və anadangəlmə ruhi xəstə, l-ci qrup əlil olan qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşayır. Övladımız İsmayılov Elçin Eyvaz oğlunun sağlamlığında ciddi problemlər olduğu üçün mütəmadi müalicə almalıdır. Bakı şəhərində yaşayarkən mən övladımızın müalicəsi ilə mütəmadi məşğul olmuşam, anası onu özü ilə Ucar rayonunun Qarabörk kəndinə aparandan sonra mən və oğlum bu imkandan məhrum edilmişik.

Məni narahat edən digər məsələ isə keçmiş hayat yoldaşım Qasımova Safura Füzuli qızının qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşamasıdır. Çünki, bu, başqa ailə üzvləri ilə bərabər həm də övladımızın hayatı üçün tahlükəlidir. Mən dəfələrlə Qasımov Abbas Fizuli oğlunun öz anasına əl qaldıraraq onu vəhşicəsinə, ölümcül döyməsi barədə məlumat almışam, həm də bunun şahidi olmuşam. Ona görə də, Yasamal Rayon Məhkəməsinə oğlum Elçinlə ünsiyyət qurmaq və onun anadan alınaraq mənim himayəmə verilməsinə dair iddia ərizələri ilə müraciətlər etmişəm. Yasamal Rayon Məhkəməsi mülki işləri rəy verilməsi üçün Yasamal Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Mən iddia tələbimdə göstərdiyim xüsusatları sübut edən sənədləri və video-materialların komissiyanın üzvü Elçin müəllimə təhvil verməyim barədə sədr Təravət Muradovaya məlumat vermişəm. Bildirmişəm ki, 35 vərəqdən ibarət sənədi və 120 dəqiqəlik video-materialı Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Elçin müəllimə əlbəəl vermişəm. Lakin bu sübutları təqdim edərkən hiss etdim ki, o insanın məndən təmənnası var, daha sonra bütün hərəkətləri bunu bütünlüklə sübüt etdi.

Məni Qəyyumluq və Himayəçilik Komissiyasının iclasına dəvət edərkən orada Təravət Muradova və Elçin müəllimlə bərabər cəmi 3 nəfər iştirak etmişdir. Lakin rəy Yasamal Rayon Məhkəməsinə göndəriləndə məlum oldu ki, Qəyyumluq və Himayəçilik Komissiyası mənim təqdim etdiyim sübutlara və video-materiallara istinad etməmişdir, nə də onları nəzərə almamışdır. Üstəlik, onları məhkəməyə göndərməyərək gizli saxlamışdır, rəyə heç bir sənəd və heç bir video-material əlavə edilməmişdir. Yasamal Rayon Məhkəməsi Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq ədalətsiz qərar qəbul edib. Bununla da Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyaçilik komissiyası mənim və azyaşlı övladımın hüquqlarını kobud surətdə pozmuş, həm də qəbul etdikləri sübutları gizlətməklə vəzifə cinayəti törətmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mənə qarşı törətdiyi qanunsuzluqlarla əlaqədar mən Azarbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri, hörmətli Zeynal müəllim Nağdəliyevin qabuluna gedərək, şikayət etmişəm. Bundan sonra Yasamal Rayon İcra hakimiyyətinin başçısı, hörmətli Elşad müəllimin qabulunda olaraq, şikayət etmişəm. Bu zaman Təravət Muradova Elşad müəllimə məlumat verdi ki, mənim onlara təqdim etdiyim sənədlər və video-materiallar haqqında cənab Zeynal Nağdəliyeva göndərilən arayışda yazılmışdır. Təravət Muradova faktiki olaraq sənədləri və videomaterialları qəbul etdiklərini etiraf etmişdir.

Cənab Prezident!

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Yasamal Rayon İcra Hakimiyyətində qəbul edilmiş sübutları Yasamal Rayon Məhkəməsindən daxil olmuş mülki işə əlavə etmədiklarinə və gizlətdiklərinə, bununla vəzifə cinayəti törətdiklərinə göra Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyəçilik komissiyasının sədri Təravət Muradovanın və Komissiyanın üzvü Elçin adlı şəxsin barəsində tədbir görülsün. Məhkəmə rəylərinin şəkillərini Sizə təqdim edərək, dediklərimin hər birinin həqiqət olduğunu sübut edirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY
Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY
Yasamal icra hakimiyyətində DÜZ NƏSƏ VAR? - GİLEY
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Oğlum intihar edərsə, “Azəriqaz” rəhbərliyi məsuliyyət daşıyacaq” - Vətəndaş ÇARƏSİZ DURUMDA


Cəlilabad rayonu, M.P.Vaqif küçəsinin sakini Həsənov Umudəli Murtuz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Lənkəran və Cəlilabad rayon qaz istismar idarələri ona qarşı qanun pozuntularına yol verirlər:

“Mən, Həsənov Umudəli Murtuz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, 1991-ci ildə yaşadığım ünvana təbii qaz xətti çəkdirmişdim. Ölkənin vəziyyəti ilə əlaqədar bir müddət qaz təmiantı dayandırılmışdı. 2012-ci ildə qaz xətti yenidən bərpa olundu və köhnə abonentlərin hər biri bu xəttə qoşuldu. Daha doğrusu, bizim evdən başqa bütün ünvanlar qazla təmin olundu. Bizim ev isə qazsız qaldı. Məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsəm də, heç bir rəsmi şəxs bununla maraqlanmadı”.

Şikayətçi deyir ki, Lənkəran və Cəlilabad rayon qaz istismar idarələrinin qanunsuz əməlləri səbəbindən, qaz xəttini şəxsi vəsaiti hesabına çəkdirməli olub: “Bu qurumların özbaşınalığı ucbatından oğlum bankdan pul götürüb, öz hesabına qaz çəkdirdi. Oğlum maşınyuma sexində maşın yuyaraq, çörək pulu qazanır. Bu pulla pensiya almayan ana-atasına və ailəsinə baxır. Evinə baxmayıb, qazandığl pulu bankı ödəsə ailəsi çarəsiz vəziyyətdə qalacaq. Bankı ödənişmək etməsə, cinayət işi açılacaq. Bu qədər haqsızlıq olmaz.

Bu sıxıntılar içində oğlumun intihar edəcəyindən qorxuram. Əgər belə hal baş verərsə, “Azəriqaz”ın Lənkəran Rayon Qaz İstismar İdarəsi və Cəlilabad Qaz İstismar İdarəsinin rəhbərləri məsuliyyət daşıyacaqlar”.

Redaksiyadan: Yazıda adları dərc olunan qurumların cə şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!

Zaman-zaman Lerik rayonunda çaylardan qum-çınqıl qarışığının daşınması səbəbindən sakinlərin narazılığı barədə yuxarı instansiyalara şikayətlər ünvanlanmış və həmin şikayətlər əsasında əlaqədar qurumların nümayəndələri, o cümlədən, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən ərazilərə baxışlar keçirilmiş və araşdırmalar aparılmışdır. Baxışlar zamanı şikayətlərdə göstərilən ərazilərdə fiziki və hüquqi şəxslərə məxsus qum-çınqıl istehsal edən karxana avadanlıqlarının olduğu aşkar edilmişdir. Həmçinin baxışlar zamanı fiziki və hüquqi şəxslər tərəfindən çaylarda qazıntı işləri aparılan müddətlərdə müvafiq qaydaların tələblərinin pozulduğu (firmalar üçün nayrılmış yataq sahəsinin konturlarından kənara çıxmalara yol verilməsi, yataqdan səmərəli istifadə olunmaması, sahələrdə hamarlama işlərinin aparılmaması və s.) müəyyən edilmişdir.. Nəticədə həmin ərazilərdə çay suları axın istiqamətini dəyişdiyindən, bəzi yerlərdə çay sahilinin intensiv yuyulması müşahidə olunmuşdur.

Lerik rayonunda bu kimi qanunsuzluqlara rəvac verən şəxslərdən biri də Milli Məclisin deputatı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovdur. Ona məxsus “Kaspi Star” firmasına Ləkərçayda qazıntı işləri aparılan zaman müvafiq qanunların tələblərinə ciddi əməl edilməsi barədə xəbərdarlıq edilmiş, gələcəkdə belə halların təkrar olunması aşkar edilərsə, ciddi tədbirlərin görüləcəyi nəzərə çatdırılmışdır.

Amma görünən odur ki, Çingiz Məmmədov deputat qardaşına arxayın olaraq Ləkərçayda qazıntı işləri aparmaqda və qanunun tələblərini pozmaqda davam etməkdədir. Bildirilir ki, Çingiz Məmmədovun sahibi olduğu istehsalat vahidləri əsla vicdanlı vergi ödəyiciləri də deyillər.

Sentyabrın 27-si və 30-da Lerik rayonunun Piran kəndində Ləkərçay çayında aparılan qanunsuz qazıntı işlərini əks etdirən görüntüləri video-qeydə almışıq. Foto-qeydə aldığımız bir başqa görüntülər isə Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması hesabına açılmış ərazidə qanunsuz tikinti işlərinin aparıldığını göstərir. Hələlik bünövrə üzərində bir neçə daş hündürlükdə inşa olunmuş tikintinin təyinatı bilinmir. Amma bəllidir ki, tikinti Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin “xeyir-duası” ilə həyata keçirilir. Əks təqdirdə, yəni, müəssisə rəhbərinə “hörmət” etmədən bircə daşı belə ikincinin üstünə qoymaq olmazdı.

Əlbəttə, bütün bu qanunsuzluqlar bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Ceyhun Həsən oğlu Hüseynovun gözləri önündə baş verir. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub və fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib. Ceyhun Həsənov 1 saylı RETSİ-nin sabiq rəisi Şakir Quliyevin atasına rəhmət oxutdurur. Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.

Göründüyü kimi, hər iki şəxs mənfi reputasiyaya malik olsalar da, himayədarları Vüqar Kərimov tərəfindən qorunurlar və yalnız sistem daxilində bir vəzifədən digərinə keçirilirlər. //azerinfo.info//

Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!
Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!
Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Şuşa şəhərində otel-konqres mərkəzinin tikintisi üçün icazə verib.

Yenisoz.az yeniavaz.com-a isttinadla xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi otel-konqres mərkəzinin tikintisinə 4 sentyabr 2023-cü il tarixli Tİ-33/23 saylı sənəd əsasında icazə verir.

Açıqlanan məlumatlarda göstərilir ki, 10 fevral 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-520/2023 saylı, həmçinin 14 mart 2023-cü il tarixində tikinti layihəsinə dair BER-22/082 saylı ekspertiza rəyləri verilib.
Bildirilir ki, tikintisinə icazə verilən otel-konqres mərkəzinin tikinti sahəsi 11 289,63 kv. metr, ümumi sahəsi 28 977,18 kv. metr, mərtəbələrinin sayı isə 4 olacaq.

Lakin, qeyd edək ki, ötən ay Şuşa şəhərində inşasına icazə verilən 4 mərtəbəli otel-konqres mərkəzinin təməli 2 il əvvəl 2021-ci ilin avqust ayının 29-da atılıb. Təxminən 2 il davam edən tikintidən sonra bu ilin may ayının 10-da Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin rəsmi açılışı olub.

Məlumat üçün onu da bildirək ki, Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 4.2-ci maddəsində açıq şəkildə göstərilir ki, tikintiyə icazə verən orqan tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində sənəd və məlumatları Reyestr kitabında qeydə alır.
Göründüyü kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi otel-konqres mərkəzinin tikintisi başa çatdıqdan 3 ay sonra onun tikintisinə icazə verib.
Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO
Komitə Şuşada açılışı olmuş otelin tikintisinə icazə verməyi unudub? - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Kristal Abşeron” vətəndaşa QARŞI


“Kristal Abşeron” vətəndaşı yaşadığı evdən çıxarmaq üçün məhkəməyə müraciət edib.

DİA.AZ bildirir ki, Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, MTK məhkəmədə Habil Məmmədovla bağlı iddia qaldırıb. Prosesdə maraqlı şəxs isə “Azərbaycan Beynəlxalq Bankı”dır.

İşin mahiyyəti tərəflər arasında bağlanmış müqavilələrin ləğv edilməsi, mənzil mübahisələri və mənzildən çıxarılmadır. İşə 10 oktyabr tarixində Sumqayıt Şəhər Məhkəməsində hakim Şəbnəm Həxiyevanın sədrliyi ilə baxılacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Bakı Metropoliteni" Abid Şərifovun şirkətinə 31 milyonluq tender verdi - AXI NİYƏ?


"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) H.Aslanov stansiyasının dalan yollarında korroziyaya uğramış yük daşıyıcı konstruksiyaların bərpası işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 31 677 740,95 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, Avro-Asiya İnşaat Korpoasiyası "Evrascon” ASC 30 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 377 290 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8-də yerləşir. ASC-nin qanuni təmsilçisi İsmiyev Həmzət İsmayıl-Əfədniyeviçdir.

"Evrascon” MMC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Araşdırma materiallarında qeyd olunur ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir. Abid Şərifov isə bu barədə mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirib.

Qeyd edək ki, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini vəzifəsində çalışıb.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO