[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]

Müştərisi `Bolt Food`a OD PÜSKÜRDÜ... - "Pulu insan kimi qazanın da..."

" `Bolt Food` hər gün səbrimi sıxıram, amma ağın çıxardırsınız..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günay Tapdıqova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Neçənci dəfədir sifariş edirəm... 15 dəqiqəlik yolu düz 40 dəqiqə gözləyirəm... Yemək buz kimi gəlib çatır.

Axırda xidmət "0" olanda kuryer günahlandırılır.

Ay bala, kuryerlə danışıram, deyir ki, yoldan başqa sifariş də götürürəm... Bəs mən göbələyəm? Buz kimi yeyəcəyəmsə neynirəm ki sürətli çadırılmanı?

Təzə çıxıb bu da: Yolüstü 15 dəqiqədən bir sifariş götürmək?

Hər şeyi də yükəyirsiniz kuryerin üstünə. O yazığa da heç nə demək olmur. Pulu insan kimi qazanın da... nə olar ki..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Elə o yolla gedirik, zülm də olsa, keçib, əyilə-əyilə gəlirik..." - NARAZILIQ VAR...



Sabunçu qəsəbəsi, Qambay Vəzirov küçəsinin sakinləri illərdir, dəmir yolunun kənarında yaşayırlar. Onları saatdabir keçən sürət qatarlarından sadəcə nazik bir çəpər ayırır.

“Yol çəkirdilər, gedib yolda nümayəndələrə şikayətimizi bildirdik ki, axı bizim bu ev, dəmir yoluna bitişikdir. Bizə yardım edin, kömək edin, belə yaşayış olmur. Səhər saat 7-də o qatar bir fit verib gedir ki, mətbəxdə qablar şaqqıldayır”, – Məleykə Qasımova belə deyir.

Buranın yolları dar, evləri iç-içədir. Uşaqlar adətən dəmir yolunu ayıran çəpərin ətrafında oynayır, böyüklər isə elə gediş-gəliş üçün bu yoldan istifadə edirlər. Ceyran Nəbiyeva danışır ki, bu gün-sabah söküləcək deyə-deyə, ömrünün 35 ilini burda keçirib:

“Bir sağa, bir sola bir addım yolumuz var. Elə o yolla gedirik, zülm də olsa, keçib, əyilə-əyilə gəlirik. Biz xəstə adamıq, maşın gəlmir qapıya. 100 metr ayaqla gedirik ki, maşın yoluna çıxaq, maşın gəlsin. Bir şey alıb gətirəndə evə çatdıra bilmirik. Təcili yardım gələndə gedib qabağına çıxmalıyıq ki, gəlib xəstəyə baxsın. Meyiti dar yerdən zorla çıxarıb, basdırmağa aparırlar”.

“Qabaq binada yanğın oldu, bina yandı, qadın içərisində kül oldu, çıxara bilmədilər. Yəni, yanğınsöndürənin girməyinə yol yoxdur ki, gəlib, girsin, yanğını söndürsün, xilas etsin. Edə bilmədi ki, evin içərisində yandı, öldü”, – Nahidə Məmmədova söyləyir.

Sakinlər deyir, ata-babalarının da yaşadığı bu binaların bir əsrdən çox yaşı var. Amma artıq qəzalı vəziyyətdədir, sökülməlidir.

“Hara gedək? Köhnə evlərdir. Gəlin bir baxın, görün, mən harda oluram. Suyun üstündə oluram ey mən. Neçə dəfə gəlib, baxıblar. Nə olsun? Hara gedim, imkanım yoxdur mənim. Ona görə də, salmışam başımı aşağı, yaşayıram”.

“MİS-ə ərizə ilə müraciət etmişik. Bakı Şəhər İcra Hakimiyyətinə, Dəmiryolu İdarəsinə, Cavid Qurbanov yoldaşa da… Orada, ümumiyyətlə, bizi qəbul etmədilər. Bizə lazım olan odur ki, aidiyyatı qurumlar gəlsin, yaşayış tərzimizə baxsın, özləri qiymətləndirsin. Bina yıxılır, sökülür. Sabah biz qaldıq binanın altında, sığortalanmışıq? Kimsə cavablandıracaq? Yox”,- Məleykə Qasımova şikayətlənir.

Sakinlərin şikayətlərilə əlaqədar rəsmi qurumlara müraciət olunub. Azərbaycan Dəmir Yolları QSC Meydan TV-nin sorğusunu 2 həftə ərzində cavabsız qoyub. 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin mühəndisi Daşqın Abdullayev isə bildirib ki, sözügedən binalar istismar müddətini bitirib:

“Binaların qəzalı vəziyyətdə olması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub. Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirildikdən sonra, lazım gələrsə, həmin binalar mərhələli şəkildə söküləcək”.

Sakinlər isə həmişəki kimi gözləyirlər. Ümid edirlər ki, səsləri eşidiləcək və evləri söküləcək. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar+Video


Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı olub.

Ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək.

Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur.

Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb.

Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək.

Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sırada BANK AVRASİYA-dır? - 14 milyon manatdan çox depozit geri çəkilib


"Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3 milyon 953 min manat mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.

Bankın gəlirləri 14,27 milyon manat təşkil edib, bu isə illik müqayisədə 26,4 % çoxdur, xərcləri 8,345 milyon manat (33,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,972 milyon manat (50,1 % az) təşkil edib.

"Bank Avrasiya” nın aktivləri ilin əvvəli ilə müqayisədə 9,8 %, yaxud da 22 milyon 025 min manat azalaraq 202 milyon 243 min manata enib.

"Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13,5% və ya 16,8 milyon manat artaraq 142 milyon 242 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 14,9 milyon manat ,biznes kreditləri 71,1 milyon manat, daşınmaz əmlak kreditləri isə 56,1 milyon manat təşkil edib.

"Bank Avrasiya”nın öhədlikləri ilin əvvəli ilə müqayisədə 25 milyon 980 min manat yaxud da 17,3 % azalaraq 124 milyon 481 min manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 14 milyon 391 min manat yaxud da 18 % azalaraq 65 milyon 308 min manata enib.

Valyuta.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Muğan Bank”dan sonra bu universitet də bağlanacaq? - GƏLİŞMƏ


Azərbaycan Mərkəzi Bankının (AMB) dünən qəbul etdiyi qərara əsasən “Muğan Bank” ASC müflis elan olunub. AMB-nin açıqladığı məlumatda qeyd edilir ki, “Muğan Bank” məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilən minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə bağlanıb.

AMB-nin qərarını daha anlaşılan şəkildə ifadə etsək, “Muğan Bank” artıq iflas ərəfəsində olub, bankda idarəetmə düzgün təşkil edilməyib, gəlirlilik aşağı düşüb, bankın özünə aid olan vəsaiti isə yetərli olmayıb. Əgər bank bu vəziyyətdə bir qədər də fəaliyyət göstərsəydi o, tam iflas olacaqdı və “Muğan Bank” bank sektoru üçün “zərərli maddə”yə çevriləcəkdi. Bu baxımdan bankın vaxtında bağlanması, kənar inzibatçının təyin edilməsi əhəmiyyətlidir.

“Muğan Bank”ın düşdüyü vəziyyət əslində onun sahibinin hansı durumda olduğunu da göstərir. Adıçəkilən bank Odlar Yurdu Universitetinin sahibi, keçmiş millət vəkili Əhməd Vəliyevə məxsus olub. Ə.Vəliyev bankı 1992-ci ildə, Odlar Yurdu Universitetini isə 1996-cı ildə yaradıb.

2023-cü ilin iyun ayına qədər bankın səhmdarları Ə.Vəliyevin kürəkəni Elmir Mehdiyev (67,75 faiz), qudası Fəridə Mehdiyeva (21,6 faiz) və qızı Vəfa Vəliyeva (10,65 faiz) olub. Qeyd edilən tarixdə bankın səhmdarları dəyişib və Ə.Vəliyevin iki oğlu əsas səhmdarlara çevrilib. Belə ki, Samir Vəliyev və Munir Vəliyevin hər biri bankda 40 faizlik paya yiyələnib. Kürəkən E.Mehdiyevin payı 0,78 faizə, V.Vəliyevamın payı 8,3 faizə, F. Mehdiyevanın payı isə 10,9 faizə düşüb.

Bu dəyişiklikdən sonra bankın yeni sahibləri Ə.Vəliyevin oğlanları olub. Ə.Vəliyevin oğlanları S.Vəliyev (böyük oğlu) Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, M.Vəliyev isə həmin universitetinin prorektorudur.

2023-cü ildə bankın formal sahiblərinin dəyişdirilməsi ondan xəbər verir ki, bankda maliyyə vəziyyəti yaxşı olmayıb, maliyyə vəsaitlərinin idarə edilməsi zamanı ciddi səhvlərə yol verilib. Belə olmasaydı, bütün bank sektoru 2023-cü ildə yüksək gəlir əldə etdiyi halda “Muğan Bank” zərərə uğramazdı.

“Muğan Bank”da yaranmış maliyyə vəziyyətindən isə belə anlaşılır ki, Vəliyevlərin maddi vəziyyəti yaxşı deyil və bu hal onların sahib olduğu bütün qurumlara sirayət edəcək.

Ə.Vəliyevin kassasının bağlanması, müflis olması Azərbaycanın ən böyük özəl ali təhsil müəssisələrindən biri olan Odlar Yurdu Universitetindəki maliyyə vəziyyətini də əks etdirir. Bu iniversitet yaradıldığı ilk illərlə müqayisədə son illərdə qəbul olan tələbələrin sayının azlığından əziyyət çəkir. 2000-ci illərin əvvəllərində universitetə həm çox tələbə qəbulu olurdu, həm də təhsil haqları yüksək idi. Son illərdə isə mənzərə dəyişib, həm tələbə azdır, həm də təhsil haqqı aşağıdır. İndi tələbə adını qazanmaq istəyənlərdə Odlar Yurdu Universitetinə əvvəlki maraq yoxdur.

“Muğan Bank” və Odlar Yurdu Universiteti uzun müddət bir-birinə iqtisadi dəstək verən iki qurum olub. Odur ki, onlardan birinin bağlanması digərinin çətin günlərinin sayını artıracaq. Bundan sonra Ə.Vəliyevin Odlar Yurdu Universitetini ayaqda saxlaması da çətin olacaq. //Sfera.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib - TƏFƏRRÜAT


Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.

Səbəb hüquqşünasın Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına səsləndirdiyi fikirlərdir.

Araşdırmada söhbət Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkətindən gedir.

Yazıda həmçinin Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da “Push30”la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.

Xalid Bağırov isə Vəkillər Kollegiyasının müqavilə bağlamasını sorğulayır:

“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”.

“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – hüquqşünas fikrini tamamlayıb.

Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.

O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.

Həmin müraciətdə vəkillər Xalid Bağırovun ünvanına daha sərt təndiqlər səsləndiriblər.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib.

Kollegiya Meydan TV-nin yazısına görə Xalid Bağırovu məhkəməyə verərək iddia edir ki, hüquqşünas üzr istəsin, mətn də saytda “Təkzib” başlığı ilə yayılsın və Vəkillər Kollegiyasının hesabına 1000 (min) manat cərimə ödənilsin.

“Mən üzr istəyəcək heç bir fikir bildirməmişəm”, – Xalid Bağırov Meydan TV-yə deyib.

Hüquqşünas şikayətlə hələ tanış olmadığını, oxuduqdan sonra geniş cavab verəcəyini bildirib.

Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o, dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:

“Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.

2020-ci ildə Avropa Məhkəməsi hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.

Bundan sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.

Adının açıqlanmasını istəməyən kollegiya üzvləri iddia edirlər ki, bu, sırf Anar Bağırovun istəyidir. Bu yolla vaxtilə tələbə yoldaşı olmuş Xalid Bağırovdan qisas alır.

Qisasa səbəb kimi tələbə olarkən hüquqşünasın ona yumruq vurması göstərilir. Lakin Xalid Bağırov bu barədə danışmaq istəmir.

Anar Bağırov isə Xalid Bağırovun kollegiyaya bərpası ilə bağlı sualları ətraflı cavablandırmır. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sosial yardım müşkülü: Günahkar məmurlar yox... QANUNLARDIR! - ARAŞDIRMA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı dövlət sosial yardımı ilə bağlı Milli Məclisdə səslənən ittihamlara cavab verib.
Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, son illər aparılan sosial islahatların hədəflərindən biri də ünvanlı dövlət sosial yardımına əlçatanlığın daha da artırılması olub. Bu məqsədlə müvafiq qanunvericilikdə bir sıra dəyişikliklər edilib, ünvanlı sosial yardımın təyinatı şərtləri xeyli yumşaldılıb:
"Məsələn, artıq ailənin götürdüyü kredit ünvanlı sosial yardım almaq hüququna baxılan zaman gəlir kimi nəzərə alınmır və yardım təyinatına maneə yaratmır. Yaxud sosial yardım üçün müraciət edən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə yaşayış minimumuna nisbəti əvvəllər 10 faizdən çox olmamalı idisə, son illər bu nisbət 15 faizə çatdırılıb. Həmçinin ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə bu barədə məlumat verməsi üçün müəyyən olunan müddət 5 iş günündən 15 iş gününə qədər uzadılıb. Eyni zamanda, ünvanlı sosial yardım üçün müraciət edən zaman ailədən tələb olunan məlumatların sayı əhəmiyyətli dərəcədə azaldılıb və artıq həmin məlumatlar müvafiq elektron informasiya bazalarından əldə olunur və s.".
Həmçinin qeyd edilib ki, hazırda ölkəmizdə 73 min aztəminatlı ailənin 320 minədək üzvü aylıq ünvanlı dövlət sosial yardımla təmin edilir:
"Ailənin adına pay torpağının olması heç də ona ünvanlı sosial yardım təyinatına maneə yaratmır. Lakin həmin pay torpağı ilə bağlı aylar üzrə ardıcıl məcburi dövlət sosial sığorta ödənişləri edilməlidir".
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) isə ailəyə ünvanlı sosial yardımın təyin olunmasından imtina edilir" - qurumdan bildirilib.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının (ÜDSY) verilməsi şərtləri Milli Məclisdə yenidən müzakirələrə səbəb olub. Milli Məclisin ötən iclaslarından birində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, ünvanlı sosial yardımın miqdarı və verilməsi şərtləri dəyişdirilməlidir:
"Biz neçə illərdir ünvanlı sosial yardım veririk. İndiyə qədər ortaya çıxaran yoxdur ki, ünvanlı sosial yardımın effekti necə olub. Bunu davam etmək lazımdırmı? Ya bunun miqdarı artırılmalıdırmı?".
Deputat bildirib ki, bununla bağlı parlamentdə dinləmə keçirilsə, yaxşı olar:
"15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "adına köhnə sovet maşının var, sənə yardım düşmür", yaxud "adına torpaq sahəsi var, sənə yardım düşmür".
ÜDSY şərtləri dəyişdirilməlidir!
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜDSY-nın verilməsi şəxsin sosial vəziyyəti araşdırılmaqla təyin olunmalıdır. Sənədlə bunun müəyyən olunması, müəyyən problemlərə səbəb olur:
"Həqiqətən də xeyli sayda insan adına gəlir gətirməyən mənbələrin əziyyətini çəkir, sosial yardım ala bilmir. Amma ÜDSY-nın hədəfi maddi sıxıntı içərisində yaşayan insanlara dövlətin dəstək göstərməsidir. Ona görə də, ÜDSY şərtləri dəyişməlidir".
Deputatın sözlərinə görə, indiyədək ÜDSY-ni mənimsəmə faktları olurdu. Son illər isə bu problemlər aradan qalxsa da, ÜDSY-nin verilmə şərtlərinin sərtləşdirilməsi ehtiyacı olan insanların dövlətin bu qayğısına əlçatanlığını azaldıb. Ona görə də ÜDSY-nin verilmə şərtlərinə yenidən baxılmalıdır.
İqtisadçı ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜDSY-nin verilməsi qaydaları insanları əksər hallarda bu qayğıdan məhrum edir.
"90-cı illərdə aldığı avtomobilə görə sosial yardımdan məhrum olur"
"Bu qaydalar yeni təsdiqlənməyib. 90-cı illərdə kiminsə aldığı avtomobil, kiçik torpaq sahəsi adında qalır. Amma bu əmlaklar ondan istifadə edilmədiyi halda belə ÜDSY-nin verilməsinə mane olur. Bu qaydalar üzündən insanlar ehtiyacları olsa belə ÜDSY ala bilmirlər. Sözügedən qaydaları dəyişmək üçün Milli Məclis təşəbbüslə çıxış etməlidir. Qaydalara dəyişiklikləri səsverməyə çıxarmaqla məsələni bir günə həll etmək olar" - ekspert deyib.
O əlavə edib ki, ölkədə minlərlə insan bu qaydalara görə haqları çatan ÜDSY almaqdan məhrum olublar. Bu məsələni hər dəfə Milli Məclisdə müzakirə etməklə bu problem həll olunmayacaq. Bu məsələni həll etmək Milli Məclisinin səlahiyyətindədir.
ÜDSY-dən hansı hallarda imtina edilir?
Qeyd edək ki, Ünvanlı dövlət sosial yardımının (ÜDSY) təyin edilməsindən aşağıdakı hallarda imtina edilir:
- "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;
- sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə;
- ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla);
- ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır);
- ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda;
- ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.
ÜDSY-nin məbləği nə qədərdir?
Məlumat üçün bildirək ki, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə aztəminatlı ailə sayılır. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilib.
Dövlət Sosial Müdafiə Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, 2023-cü ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 26,9 faiz artıb. Beləliklə, ötən ilin sentyabr ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 376,8 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 478,4 manat olub. Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir.
Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
DGK məmuru haqqında ŞOK İDDİA - Öz doğma anasını...

Bu gün Bakı şəhər sakini – Səbail rayonu, Bünyad Sərdarov küçəsi 17, mənzil 22 ünvanında yaşayan Təmrazova Aliyə Həsən qızının başına gələnlər barədə sosial şəbəkədəki səs yazısına qulaq asanda adamın yazmağa, deməyə sözü qalmır.
Min ildən çoxdur ki, deyirik ki, cənnət anaların ayağı altındadır.
Bəs doğma oğlu, özü də yüksəkçinli dövlət məmuru olan, hazırda Dövlət Gömrük Komitəsində ( DGK ) çalışan Həsən Soltanzadə niyə doğma anasına cəhənnəm əzabı yaşadır..?
Ananın dediklərindən bəlli olur ki, oğlu Həsən Soltanzadə ilə 2010-cu ildən problemləri var. Sonda Səbail Rayon Məhkəməsi qərar verib ki, oğlu ona əməliyyat üçün 7100 manat ödəsin. Amma oğlu məhkəmə qərarına əməl etmir.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, oğul ( əgər ona oğul demək olarsa ) Həsən Soltanzadə qanunsuz yolla doğma anasını dəlixanaya saldıraraq onun var-dövlətinə sahib çıxıb, evindən külli miqdarda pul və qızıl-ziynət əşyalarını oğurlayıb.
Aliyə Təmrazova dəfələrlə sabiq Baş prokuror Zakir Qaralovun, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəisi Mədət Quliyevin və digər məmurların qəbulunda olub. Amma anaya kömək edən olmayıb.
Əksinə, ana deyir ki, Zakir Qaralovun qəbulunda olarkən o məni təhqir elədi.
Aliyə Təmrazova başına gələn müsibətlərdən, o cümlədən yaşadığı evin qarşısından oğurlanıb, zorla psixiatriya xəstəxanasına aparılması, orada saxlanıldığı üç gün ərzində evinin sənədlərinin, qızıl-zinət əşyalarının oğurlanmasına görə 4 yaşından təkbaşına böyütdüyü yeganə oğlu, Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqi Həsən Sultanzadənin günahkar olduğunu deyir. Aliyə xanım deyir ki, Həsən Sultanzadəyə havadarlıq edənlər olmasaydı, indiyədək onun doğma anasına qarşı elədikləri cəzasız qalmazdı.
Yeri gəlmişkən, Həsən Sultanzadə hüquq-mühafizə orqanlarında çalışan dostları vasitəsilə qəbula gedən anasını təhqir etdirir, hətta orada ona zor tətbiq edərək 2-ci dəfə dəlixanaya aparırlar.
DGK məmuru haqqında ŞOK İDDİA - Öz doğma anasını...

Hətta Həsən Sultanzadənin 3-cü dəfə anasını zorla dəlixanaya aparması cəhdi alınmayıb.
68 yaşlı ana xüsusən Səbail rayonunun keçmiş prokuroru Şirxan Adıgözəlovu günahlandırır: “Ikinci dəfə mənim tam sağlam olduğum həkim rəyi ilə sübut edildiyi halda, yenə də küçədən oğurlanıb dəlixanaya aparılmağımda bu adamın rolu olub. Çoxsaylı müraciətlərimə baxmayaraq, onun əməlinə hüquqi qiymət verilmir.
Bu dəfə ”dəlixana əməliyyatı” da baş tutmayandan sonra Həsən Sultanzadə 18 sentyabr 2014-cü il tarixli məktubla Kəmaləddin Heydərova müraciət edib ki, üçüncü dəfə dəlixanaya yerləşdirilməyim üçün ona yardım etsin”.
68 yaşlı qadın onu qanunsuz olaraq dəlixanaya salanlar və bu müddətdə evindən oğurluq edənlərin cəzalandırılmasını tələb edir.
Bütün bu əzablardan sonra ana Aliyə Təmrazova Prezident İlham Əliyevə müraciət edərək pozulmuş hüquqlarının bərpası, cinayətkarların cəzalandırılması üçün dövlət başçısından kömək istəyir.
Burada deyirlər...sözün bitdiyi yer...
P.S. Bir ananın can deməsi üçün bütün varından, yoxundan çıxan övladlar var. Bir ananın yaşından asılı olmayaraq, bircə saat artıq yaşaması üçün canını belə qurban verən övladlar tanıyıram. Övladları üçün bütün məşəqqətlərə dözən analar əlbəttə ki var. Ən kobud misal isə, bir ana söyüşünə görə, ömürlük həbsxanada çürüyən övladlar tanıyıram. Onu da deyim ki, analar, atalar və övladlar heç vaxt kateqoriyalara bölünmürlər. Ögey və ya doğma olsalar belə. Amma bir məsələ var, bəzən belə deyirlər. Filankəs filankəsin ögey oğludur, filankəs filankəsin ögey anasıdır. Görəsən, Aliyə Təmrazova hansı analardandır? Və ya Həsən Soltanzadə hansı övladlardandır? İstər ana üçün, istər oğul üçün bir məsləhətimiz var. Nə qədər ki, günahlarınız sizinlə o dünyaya getməyib, tövbə edərək barışın. Dünya malı müqəddəs deyildir, müvəqqətidir. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir..." - AXI NİYƏ?
Azərbaycanda deyirlər ki, təhsil yox səviyyəsindədir və ya yox dərəcəsindədir. Əslində mən bu sözə o vaxtlar o qədər də əhəmiyyət vermirdim, düşünürdüm ki, sözdü də kimsə atıb ortalığa. İndi isə bu qənaətə gəldim ki, bu heç də elə-belə deyilmiş söz deyil. Bu, həqiqətən də belədir. İndi deyəcəksiniz ki, sənin fikrini dəyişdirən nə oldu? İndi mən danışım siz də qulaq asın.
Bəli, Bu gün Azərbaycanda təhsil yox səviyyəsindədir. Bunun də səbəbi təhsilin başında duranların təhsildən bixəbər olmasıdır. Doğurdan da təhsilin başında duran nadan, savadsız, təhsildən bixəbər olanda, təhsilimiz də bu gündə olacaq da. Nə isə, keçim əsas məsələyə.
Bir gün eşitdim ki, Sumqayıt şəhərində yerləşən Evdə Fərdi Təhsil Mərkəzinə Sevda Əliyevanı direktor əvəzi kimi yüksək bir vəzifəyə qoyublar. Şok keçirməyin nə demək olduğunu mən bu xəbəri eşidəndə öyrəndim. Quruyub qaldım, öz-özümə düşündüm ki, normal insanlarla ünsiyyətdə olmağı bacarmayan Sevda xanım, görəsən sağlamlığı məhdud olan şagirdlərlə necə ünsiyyət quracaq? İki ilə kimi bu vəzifə kürsüsündə oturan bu xanımın yadda qalan tək bir yaxşı işi olmadı. Əksinə müəllimlərdən hər ay müəyyən miqdarda pul tələb etdi, müəllimlərin maaş kartlarına qədər əl uzatdı. Hətta Regional Təhsil İdarəsi tərəfindən keçirilən yoxlama zamanı da bu məktəbdə onlarla möqsan aşkarlandı. Lakin yenə də xanım öz çirkin əməllərindən əl çəkmədi. Necə deyərlər, dəyirman bildiyini edir, çak-çuku baş ağrıdır. Beləcə Sevda xanım öz işinə davam etdi. Və bu işlədiyi müddətdə də direktor kimi təsdiq olunmaq üçün min yola əl atdı. Rüsvət təklif etdi, müəyyən şəxslərə vəzifə təklif etsə də müraciət etdiyi şəxlərin heç biri ona köməklik etmədi. Yanına gələn jurnalistlərə də müəyyən miqdarda pul verərək özü barədə məqalələr hazırlatdı, fəxri fərmanlar, diplomlar yazdırdı. Və bununla da özünü bəzi şəxlərin gözünə soxmağa çalışdı. Lakin onun bu niyyəti də baş tutmadı. Heç cür direktor kimi təsdiq oluna bilməyən Sevda xanım bir gün oturduğu kürsüdən qaldırıldı və bu da bir çoxlarının ürəyindən xəbər verdi. Müəllim kimi fəaliyyətini davam etdirməyə başlayan Sevda xanım mənə maraqlıdır ki, görəsən sağlamlığı məhdud olan bu şagirdlərə heç olmasa nəsə öyrədə bildimi? İnanmıram, axı bu xanımın özü nə bilir ki, şagirdinə də nə öyrətsin?!
İki il yuxarıda adını çəkdiyim məktəbə Sevda Əliyeva adlı bir xanım direktorluq edib. Məktəbə ayaq basdığı gündən ancaq pul yığıb. Sevda Əliyeva məktəbə gələnə kimi 500 manata 30 saat dərs alınıbsa, Sevda xanım isə gələndən sonra bu qiymət kəllə çarxa qalxıb. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edib, kimin pulu var verib dərsini alıb. Kimin pulu yoxdursa, deyib ki, sizə dərs düşmür. Xanım özü deyirmiş ki, «mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin o zamankı müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırığıyla edirəm».
Sevda Əliyeva dərsləri satıb pulunu zamankı Təhsil Şöbəsinin müdiri Arzu Alızadə ilə bölürmüş. Müəllimlərdən pul yığaraq saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırıb. Sonra da müəllimlərə deyirmiş ki, hər sayta ayda 200 manat pul verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, «filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək». Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidib, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyib. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürüb. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmış müəllimlər nə edəcəklərini bilməyiblər. İş o yerə çatıb ki, xanım direktorəvəzi məktəbin savadlı müəllimlərini heçə sayaraq başqa məktəblərin müəllimələrini çağırıb ki, gəlin pul verin, sizə dərs verim. Bazar günü məktəblər bağlı olsa da, Sevda Əliyeva dərs bölgüsü eliyib, müəllimlər haqsızlığa etiraz edəndə də, özünə nəsə edib qanını müəllimlərin üstünə tökəcəyini deyir. Bax bu dəhşətdir, bu şəkildə işləyən direktorəvəzini görəsən hansı yaxşı keyfiyyətinə görə gətirib 21 saylı tam orta məktəbə direktorun baş müavini vəzifəsinə qoyublar?
Maraqlıdır, təhsildən bixəbər bir xanımı bu gün də Sumqayıtda uğurları ilə ön sıralarda olan bir məktəbə baş direktor müavini vəzifəsinə irəli çəkiblər. Özü də direktor müavinlərinin baş direktor müavini. Adamın lap əti tökülür, hansı ağılla təhsildən bixəbər olan bu xanımı belə bir məktəbə direktor müavinlərinin baş direktor mavini qoyublar bilmədim. Bir də ki, onu qoyan və quyulan bilər.
Xanım yəqin ki, təhsil aləminə diplomunu alandan sonra gəlib. Hardan baxsaq 25 bəlkə də 30 ildir. Bu uzun müddət ərzində bu xanımın əslində təhsildən bixəbər olduğu göz qabağındadır. Çünki nə dərs cədvəli qura bilir, nə də başqa bir iş bacarır. Bu xanım ancaq pul qazanmağın, varlanmağın yollarını axtarmaqla məşğuldur. Gözü həmişə onun, bunun əlində olan Sevda xanım uğurlarıyla respublikada ön sıralarda olan 21 saylı orta məktəbi ində başı üstə çevirməyə gəlib və çevirəcək də. Maraqlıdır ki, Regional Təhsil İdarəsinin müdiriyyəti hara baxır, zərrə qədər savadı olmayan bu xanımı hansı haqla, hansı biliyinə görə gətirib belə bir məktəbə rəhbər vəzifəyə qoyub, anlamadım.
Bəli, təhsilimiz baş ayaqdı. Bu baş ayaqlığın da səbəbi çox yəqin ki, Sevda Əliyeva kimilərdir. Ona görə də təhsilimiz bu gün bərbad haldadır. Məktəblərdə bu gün dərs keçirilmir, xüsusən də 10 və 11-ci siniflərdə. Oxumaq istəyən, ali təhsil almaq istəyən bütün şagirdlər özəl dərs alırlar, məşğələlərə gedirlər. Səbəbi də məlumdur. Bunun da səbəbkarı Sevda Əliyeva kimi müəllimlərin təhsil sahəsinə rəhbərlik etməsidir. Mən inanıram ki, bu məqalə ictimailəşəndən sonra Regional Təhsil İdarəsi və əlaqədar təşkilatlar bu barədə bir ölçü götürəcəklər.

Yuxarıdakı yazını aymediacompany.az saytı paylaşıbdı. Sevda xanım da öz sosial media hesabından kimlərisə təhqir edib hədələyən tərzdə paylaşımlar edibdi. Oxucularımıza maraqlı olar deyə həmin paylaşımları da təqdim edirik.

Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam sakini Yevlaxdan torpaq aldı... PEŞMAN OLDU... - GİLEY

Ağdam rayonu Bəhmədli kənd sakini və hazırda Yevlax rayonunda məskunlaşmış Şölə Qarayeva bildirir ki, 2005-ci ildə bələdiyyə sədri Sǝrlan Musayevə ödəniş edərək, 24 sot torpaq alıb.

DİA.AZ xəbər verir ki, həmin dövrdə torpağın 12 sotunun sənədləri ona verilsə də, qalan 12 sot icarə müqaviləsi əsasında verilib.

Onun sözlərinə görə, sonradan həmin torpağın sahibi Anar adlı şəxs ortaya çıxaraq torpağın ona aid olduğunu və yerində tikilmiş evin sökülməsini tələb edib. Daha sonra isə vətəndaşı məhkəməyə verib.

Şikayətçi deyir ki, məhkəmələrdə süründürməçiliyə məruz qalıb üstəlik məhkəmə bildirişi ona proses olub bitdikdən sonra gəlib.

Vətəndaş dia.az vasitəsilə ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət edərək, ona köməklik göstərilməsini xahiş edir.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO