[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Niyazi Bayramovun BÖYÜK YEYİNTİSİ - Və yaxud dövlət büdcəsinin AÇIQ QARƏTİ



Azərbaycanda dövlət vəsaitlərinin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq uzun illərdir cəmiyyəti narahat edən başlıca problemlərdən biri olaraq qalır. Aşağıdan yuxarıya doğru məmur iyerarxiyasında oturuşmuş korrupsiya şəraitində şəffaflıq və hesabatlılığa nail olmaq, təəssüf ki, mümkün olmur. Məhz korrupsiya ölkənin əldə etdiyi yüksək həcmli neft-qaz gəlirlərinin insan inkişafına sərf olunmasına böyük ölçüdə imkan vermir.

Qeyd edək ki, mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlayırlar, lakin yerli icra hakimiyyətləri ilə bağlı bu, demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin internet resurslarında, bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.

Bu yazımızda isə biz Gəncə şəhərinin timsalında yerli xərcləmələrdəki şəffaflıq, səmərəlilik, regionlarda aztəminatlı və həssas təbəqələrə yerli icra strukturlarının dəstəyi ilə bağlı vəziyyəti araşdırmağa çalışmışıq.

Gəncə Azərbaycanın ən qədim şəhərlərindən biri, Bakı, Sumqayıt və Abşeron rayonundan sonra ən çox əhalisi olan şəhəridir. 2019-cu il əhali siyahıyaalınmasına görə, Gəncə şəhərində 328,8 min nəfər əhali yaşayıb. 2023-cü ilin 1 yanvarına əhali sayı 330,3 min nəfərə yüksəlib.

Yerli icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən əsasnaməyə görə, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq, yerli gəlirlərin proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.

Məlumdur ki, rayonlarda əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, pensiyaçı və digər sosial təminata ehtiyacı olan şəxslərə ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə mərkəzi büdcədən həyata keçirilir. Lakin yuxarıda qeyd etdiyimiz qayda ilə yerli icra hakimiyyətlərinə aztəminatlı və şəhid ailələrinə xərclənməsi üçün müəyyən fond da təmin edilir. Bu isə o deməkdir ki, yerli İH-lər öz ərazilərində yaşayan bu cür ailələrə dəstək vermək imkanına malik olurlar.

2023-cü il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsində Gəncə şəhərinin yerli gəlirləri 85 milyon 414 000 min manat, yerli xərcləri isə 39 milyon 599 min manat həcmində proqnozlaşdırılıb. Büdcə sənədinə əsasən yerli gəlirlərdən mərkəzi büdcəyə çatacaq məbləğin aşağı həddi 44 milyon 7 min manat həcmində nəzərdə tutulub. Bu həddən yuxarı mərkəzi büdcəyə təmin ediləcək gəlirin 50 faizi Gəncənin büdcədənkənar fondu kimi icra hakimiyyətinə qaytarılmalıdır.

Gəncə büdcə gəlirlərinin həcminə görə Bakı və Sumqayıtdan sonra ikinci yerdədir. İqtisadiyyatın əsas sahələrində məhsul buraxılışının həcminə görə isə Gəncə 1 milyon 216 min 992,2 manatla Bakı, Sumqayıt, Abşeron, Naxçıvandan sonra 5-ci yerdədir. Əhalinin gəlirlərinin həcmi göstəricisi üzrə Gəncə Bakı, Abşeron və Sumqayıtdan sonra 1 milyon 934 min 169,2 manatla 4-cü yerdə gəlir.

Rəsmi məlumata görə, 2022-ci ildə Gəncə şəhərinin büdcə gəlirləri nəzərdə tutulan proqnozdan artıq icra edilməklə 102 milyon 635,3 min manat təşkil edib. Şəhərin büdcə gəlirlərində yerli gəlirlərin payı 49,1 faiz və ya 50 milyon 414,4 min manata bərabər olub. Yerli xərclərin məbləği isə 39 milyon 954,90 min manat təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin dəyişiklik olunmuş büdcəsində Gəncə şəhərinin gəlirləri 80 milyon 560 min manat, o cümlədən yerli gəlirləri 41 milyon 937 min manat, yerli xərcləri isə 37 milyon 165 min 300 manat həcmində proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, şəhərin gəlirlərində 22 milyon manatdan yuxarı artım olub. Bunun cəmi 8,4 milyon manatı yerli gəlirlərin payıdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”na uyğun olaraq, ötən il Gəncə şəhər icra hakimiyyətinin büdcədənkənar gəliri 5 milyon 577,7 min manat təşkil edib və onun 4 milyon 860,1 min manatı xərclənib.

Çox təəssüflər olsun ki, iki ay müddətində Gəncə Şəhər İcra Hakimiyyətinə 2 dəfə informasiya sorğusu ilə müraciət etsək ki, 2022-ci ildə aztəminatlı ailələrə və şəhid ailələrinə nə qədər yardım edildiyi, bu yardımın neçə ailəni əhatə etdiyinə dair hər hansı məlumat ala bilmədik. Hətta şəxsən sorğunun taleyi ilə də maraqlanmaq üçün icra hakimiyyətinə getdik. Lakin ümumi cavablarla kifayətlənərək, “sorğuya cavab veriləcəyini” bildirib, bizi yola saldılar…

Prezident tərəfindən təsdiqlənən qaydalara əsasən Gəncənin ötən ilki büdcədənkənar gəlirinin – 5 milyon 577,78 min manatın 25 faizi – yəni 1 milyon 394 min 425 manatı belə ailələrə dəstək üçün sərf olunmalıydı. Bu, kifayət qədər böyük məbləğdir. Gəncə İH-nin həmin məbləğin necə bölüşdürüldüyünü açıqlamaması gizlədilməli məqamların olduğundan xəbər verə bilər. Nəzərə alsaq ki, qurumun maliyyə fəaliyyətinin nə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidməti, nə də Hesablama Palatası tərəfindən yoxlanmasına dair hər hansı rəsmi məlumat açıqlanmayıb, onda İH-nin qapalılığa həvəsinin qeyri-adi olmadığını da deyə bilərik.

Halbuki 2018-ci ildə İH-nin başçısı vəzifəsinə təyin olunan Niyazi Bayramov Gəncə sakinləri ilə çoxlu görüşlər keçirərək, çoxsaylı vədlər vermişdi, İH-də böyük islahatların aparılacağını, vətəndaşlarla işin ən üst səviyyəyə çatdırılacağını bildirmişdi.

Bu gün Gəncə İH-nin İnternet saytında N.Bayramovun şəhid ailələri, digər sakinlərlə görüşlərinə dair çoxsaylı növbətçi məlumatlar diqqəti cəlb edir. Lakin bu saytda İH-nin fəaliyyətinin maliyyə tərəfinə dair bir məlumat belə tapmaq mümkün deyil. Saytın fəaliyyət bölümündə mərkəzi icra orqanlarına tabe olan su, qaz, enerji təminatı strukturlarının gördüyü işlərin sadalanmasından başqa, bilavasitə İH-nin funksiyalarına aid olan fəaliyyətlər barədə məlumat yerləşdirilməyib. Yalnız Mənzil-Kommunal Təsərrüfat Birliyinin gördüyü işlər qeyd edilir ki, onların da maliyyə tutarı barədə hər hansı məlumat açıqlanmır. Bu il İstehsalat Birliyi yolların əsaslı təmirinə 9,9 milyon manat xərcləyəcək.

Avqust ayında dövlət satınalmalarına dair müqavilələrin reyestrində qeydiyyata alınan müqavilələrdən aydın olur ki, Birlik “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” MMC ilə 9,916 milyon manat məbləğində müqavilə bağlayıb. Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 1 dekabr 2023-cü il tarixinə qədərdir(?!).

Dövlət satınalmalarına dair müqavilələrin reyestrindən o da aydın olur ki, 2020-2022-ci illərdə Gəncə İH tərəfindən keçirilən 10 tender müsabiqəsinin qalibi eyni şirkət olub: “Rövşən Oğuz Qrup” MMC. İH şirkətə bu dövrdə 66 milyon manatlıq tikinti işi sifarişi verib… Lakin bu müqavilələrlə bağlı da İH-nin saytında hər hansı bilgiyə rast gəlmədik…

Qeyd edək ki, Gəncə həm birinci, həm də ikinci Qarabağ müharibələrində çoxsaylı şəhidlər verib. İndiyədək şəhərdə mənzil ehtiyacı qarşılanmayan Birinci Müharibə şəhidlərinin ailələri var.

Bənövşə Teymur qızı Əmiraslanova onlardan biridir. Üç övlad böyüdüb. Həyat yoldaşı Rəşid Aslan oğlu 1992-ci il iyul ayının 25-də Ağdərə rayonunun ərazisində şəhid olub. Fotosu şəhərin girəcəyindəki “Polad ürəkli”lərin arasındadır. Qardaşı da onunla bir gündə elə həmin döyüş yerində şəhid olub.

Bənövşə xanımın sözlərinə görə, Gəncə İcra Hakimiyyətində ev üçün müraciət edəndə ona deyiblər ki, 44 günlük Vətən müharibəsi şəhidləri ailələrinin mənzilə ehtiyacları ödəndikdən sonra onun müraciətinə də baxılacaq:

“Nə yeni ev ala, nə də yaşadığım ucuq komanı təmir etdirə bilirəm. İki gündən bir İcra Hakimiyyətinə gedirəm, deyirlər gözlə. Oğlumun 34 yaşı var, evləndirə bilmirəm Yağış başımıza yağır, gəlini hara gətirim?”

B.Əmiraslanovanın Gəncədə əvvəllər “hərbi şəhərcik” adlanan ərazidə yerləşən evinin döşəməsi və tavanı izolyasiya olunmadığından yayda istinin, qışda soyuğun qarşısını almaq mümkün deyil. Bənövşə xanım daha çox soyuq aylarda əziyyət çəkir, çünki şiferlər köhnəldiyindən və xarab olduğundan yağış suları evin divarlarına axır. Evi qızdırmaq üçün İranda istehsal olunmuş soba alıblar, amma indi də dəm qazı təhlükəsi ilə üzləşiblər.

B.Əmiraslanovanı Gəncə İH-də 2022-ci ilin dekabrında mənzil növbəsinə götürüblər.

Gəncə şəhərində aztəminatlı kateqoriyadan olan insanların sayı çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya bazasından aydın olur ki, Gəncə şəhərində 33,4 min nəfər pensiyaçı var. Onların 9,46 min nəfəri əlilliyə görə pensiya alanlardır. Şəhərdə ümumilikdə əlilliyi olan şəxslərin sayı 16,7 min nəfər təşkil edir. Onların 7,24 min nəfəri müavinət alır.

Gəncə şəhərində, ən son məlumata əsasən, 1,5 min ailə ünvanlı sosial yardım alır. Hazırda ölkə üzrə ailələrə düşən ünvanlı yardımın orta məbləği 466 manat təşkil edir.

ƏƏSMN-in müvafiq strukturları tərəfindən bu ilin 8 ayında Gəncə şəhərində 182 nəfər tənha ahıl və əlilliyi olan şəxsə evində sosial-məişət xidməti göstərilib. Onlardan 173 nəfəri ahıl şəxslər, yəni yaşı 70 və yuxarı olanlardır.

Bunlar mərkəzi dövlət hakimiyyət orqanlarının gördüyü işlərdir. Gəncə İH-nin heç də az olmayan büdcədənkənar fondundan neçə aztəminatlı ailəyə, nə qədər, nə üçün vəsait ayırdığını açıqlamaması təəssüf doğurur. İH-nin saytında mənzil növbəsinə götürülən imtiyazlı şəxslərin siyahısı yerləşdirilib. Siyahı 2019-cu ilin sonunadək növbəyə götürülən şəxsləri əhatə edib. İH bu işə o qədər dırnaqarası baxır ki, nə indiyədək ötən 4 ildə mənzillə təmin olunanları siyahıdan çıxarır, nə də 2020-ci ildən bəri növbəyə götürülənlərin adlarını ora əlavə edir…

Gəncə İH-nin məlumat açıqlığını qiymətləndirmək üçün onun internet saytındakı “Açıq məlumatlar” bölməsinə baxmaq kifayətdir…
Pressklub.az


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astara təhsili ağlar günə qalıb... - İTTİHAM VAR...

Astara təhsilində qəribə hadisələr baş verir. Belə ki, son 1 ayda rayon təhsilinə cavabdeh olan ən səlahiyyətli 2 şəxs istefaya gedib. Öncə, sentyabr ayında Astara Təhsil sektoru müdiri Ülviyyə Əliyevə şok bir şəkildə vəzifədən getdi, onun yeri dolmamış, bu dəfə Lənkəran-Astara regional müdiri Elxan Nəcəfov ani bir şəkildə yoxa çıxdı.
Hər ikisi şəxsin, mövcud vəzifədə cəmi 1 il qaldıqlarını və getdikləri yeni vəzifələrin, daha az cəlbedici olduğunu nəzərə alanda, bu gedişlərin, qeyri-iradi və məcburi olduğu aydın olur. Hər halda, Elxan Nəcəfoun getdiyi Naxçıxan-kiçik və büdcəsi məhdud bir yerdir və orda, Təhsil Nazirinin müavini olmaq, demək olar ki, Azərbaycanda “regional müavini” olmaq kimi bir şeydir. Yaxud da Astara sektor müdiri Ülviyyə Əliyevanın getdiyi yeni vəzifə-icra hakimi müavini vəzifəsi, faktiki olaraq, ikinci dərəcəli və aşağı bir vəzifədir.
Bəs, yaxşı bu şok gedişlərin, qeybolmaların səbəbi nədir? Niyə Elxan Nəcəfov dərs ilinin ortasında, işçilərini və minlərcə təhsilverənləri tək buraxıb, hər şeyi “tərsə-mayallaq” qoydu? O, nədən qaçdı?
Xatırladaq ki, cəmi 3 ay öncə, “Astaranın Gənc Alimləri“nin nümayəndəsi Emin Mirzəli mediaya verdiyi müsahibədə Elxan Nəcəfovun işdən getməyə məcbur qalacağını demişdi. Daha öncə Astara təhsil müdiri Rəşad Həsənovun aqibətini də doğru proqnozlaşdıran ekspert, bu dəfə də yanılmadı.
Emin Mirzəlinin məsələyə reaksiyası maraqlı oldu:
“Elxan Nəcəfovun gedişi surpriz olmadı. Yadınızdadırsa, biz bu ilin iyul ayında verdiyimiz müsahibədə, Elxan Nəcəfovun tezliklə qaçmaq məcburiyyətində qalacağını demişdik. Bəli, elm, yenə də gücünü sübut etdi və alimlər qalib gəldi! Biz Elxan Nəcəfova son dəfə xəbərdarlıq edib, ona payıza qədər vaxt vermişdik. Konkret olaraq, onun qarşısında, rayonumuzdakı 3 böhranlı məsələni qaldırmışdıq: 1)Şəhər 6 saylı məktəbinin qalmaqallı direktoru Ülviyyə Bayramova barədə ciddi tədbir görmək. 2)Burzubənd məktəbinin mafioz direktorunu nəhayət işdən qovmaq. 3)Astara təhsil sektorunun məsləhətçisi, biabırçı videolarla təhsil mühitini korlayan Elçin Mirəzadəni qovmaq.
Əlbəttə, Elxan Nəcəfov görünür ki, onlardan çoxlu pul aldığı üçün ya da həm də kimlərsə tərəfindən tapşırıldıqları üçün, bu ləyaqətsiz şəxslərlə bağlı tədbir görmədi. Buna görə də biz avqust ayında LARTİ-ya və rəhbərinə ciddi mesaj göndərdik: payızda “savaşa” hazır olun! Əlbəttə, bu “savaş”da uzun müddət dirənə bilməyəcəklərini və əllərindəkini də itirib biabır olacaqlarını gördülər. Elxan Nəcəfov təslim olub, “aradan çıxdı”. Onlar, bizim gənc alim, şəhər 4 saylı məktəbin psixoloqu Daşqın Əliyevi məhkəmə vasitəsilə əngəlləyəcəklərini düşündülər, lakin orda da umduqlarını əldə edə bilmədilər. Daşqın bəy o məktəbə bərpa olundu və bu isə, faktiki olaraq, onlar üçün “troya atı” demək idi. Bir şeyi deyim ki, E. Nəcəfov təbii ki, dürüst birisi deyildi, amma öncəki müdir Rəşad Həsənovdan fərqli olaraq “helmli” olduğu üçün, vəziyyətin nə qədər çətin olduğunu anlayıb, “canını” vaxtında qurtardı.
Lakin, hər halda adı, saytlarda hallandığına görə, Təhsil Nazirliyində yenidən işə düzəlməsi çox çətin idi və məcbur qalıb uzaq Naxçıxana üz tutdu. Bu, onun üçün sürgün kimi bir şeydir.
Ülviyyə Əliyevaya gəlincə: onun da getməsi sözsüz ki, məcburiyyətdən oldu. Əgər bilsəydi ki, Astarada bu qədər ifşalarla qarşılacaq, heç əvvəldən Lənkərandan durub buraya gəlməzdi.
“Bəs bundan sonra Astara və region təhsilini nə gözləyir?” sualına isə gənc alim bunu dedi:
“Bundan sonra Astarada və regionda təhsilə rəhbər gələcək olan şəxslərin “qurd ürəyi” yemiş olması lazımdır. İnternetdə sadəcə yüngülvari bir axtarış edəndə, burda vəziyyətin nə qədər dramatik və təhlükəli olduğu aydın olur. Odur ki, buraya rəhbər gələcək olan şəxsin, o qədər də ağıllı, savadlı və uzaqgörən birisi olacağını düşünmürəm. Astara və region təhsilində isə yaxın zamanda, irəliyə doğru ciddi bir dəyişiklik gözləmirəm”. //realmedia.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KİTAB BAZARININ `KİTABI NİYƏ BAĞLANIB`? - Bir kasa bozbaşa pul var, amma...



Son illər Azərbaycan yazıçıları və şairləri öz kitablarını küçədə satırlar. Bu, cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, başqa çarə yoxdur. İnsanlar öz beyinlərinin məhsulundan başqa cür pul qazana bilmirlər.
Gənc şair Eminquey Akifin bu yaxınlarda "Susdum" adlı kitabı dərc olunub. Şair bildirir ki, Azərbaycanda kitab satışı ilə bağlı problem illərdir davam edir:
"Mən də daxil olmaqla bəzi yazarlarımız kitablarını özü satmaq məcburiyyətindədir. Mən rayonlardan və xarici ölkələrdən onlayn sifarişlər qəbul edirəm. Bəzən hörmət naminə artıq pul ödəyənlər də olur. Adətən kitabımı hansısa kitab dükanına verəndə və sonra görəndə ki, kitabım göz qabağında deyil, onda həmin dükanla əməkdaşlığı dayandırıram. Mən kitabımı öz büdcəm hesabıma nəşr etdirmişəm. Məsələn, 500 tirajlıq kitaba 1600-2000 arası pul xərcləyirəm. Belə olan təqdirdə, qazancımın 60 faizini dükana verə bilmərəm. Bizdəki kitab dükanları gəlirin 60 faizini istəyirlər, müəllifə qazanc qalmır. Axı mən kitabdan qazandığımla maşın, ev almıram. Sadəcə, oradan əldə etdiyim gəlirlə növbəti kitabımı nəşr etməyə çalışıram. Bizə heç kim qucaq açmır ki, gəlin sizin kitabınızı nəşr edək".
E.Akif bildirir ki, bizim xalq kitaba pul verməyə qıymır: "Bizim insanlar gedib restoranda yemək yeməyi kitab almaqdan daha üstün tuturlar. Mənim sosial mediada xeyli izləyicim var. Amma bu qədər izləyicinin içində 100 nəfər oxucunu güclə toplamışam. Ümumiyyətlə, ölkədə kitabın təbliğatı çox zəifdir. Bundan həm naşirlər, həm də yazarlar əziyyət çəkirlər. Biz şairlər, yazıçılar satış öhdəliyini öz üzərimizə götürmüşük. Sözsüz ki, bu situasiya heç kimə xoş deyil. Buna sərf etdiyimiz vaxtı yaradıcılığımıza sərf edə bilərik. Mən gün ərzində 8 saat kitab satışı ilə məşğul oluram. Ona sərf etdiyim vaxtı yaradıcılıqla məşğul olaram, nəinki yağışda, küləkdə, qarda kitab sataram".
Müəllif qeyd edir ki, ötən il kitab, dərslik və kağızın idxal və satışına vergi güzəştlərinin tətbiqinə başlanılıb. Buna baxmayayaraq, vəziyyət dəyişməyib. Əksinə, naşirlər deyirlər ki, kağızın qiyməti artıb.
"Qanun" Nəşrlər Evinin redaktoru, yazıçı Şərif Ağayara görə öz kitabını satan yazıçı və şair ən uca məqamdadır. Onun sözlərinə görə, o məqamdan üstün heç nə ola bilməz. Lakin könül istərdi ki, kitab industriyası elə qurulsun, yazıçının buna ehtiyacı qalmasın:
"İstərdik ki, nəşriyyatın sifarişindən, yayım şəbəkətlərindən tutmuş, kitabın Azərbaycanın hər bölgəsinə gedib oxucuya çatmasına qədər bütün işləri görən sistem qurulsun və mexanizm işləsin. Bundan sonra yazıçı yalnız öz işi ilə məşğul olsun. Kitab həm də əmtəədir. Demək, onun biznes tərəfi ilə də məşğul olan qurumlar və mütəxəssislər olmalıdır. Necə ki, digər sahələrdə var. Biz indi çalışırıq ki, buna doğru gedək".
Yazıçı Cəlil Cavanşir bildirir ki, yazarların öz kitablarını satması heç də xoş mənzərə deyil. Xarici ölkələrdə bu məsələlərlə müəllif agentlikləri, nəşriyyatlar məşğul olurlar. Onun sözlərinə görə, kitab çapı və satışı ilə məşğul olmaq yazıçının yaradıcı tərəfini əlindən alır:
"Məsələn, Kəramət ilin böyük hissəsini kitablarının satışına həsr edir. Amma onun kitablarının satışı ilə məşğul olan menecer olsa, Kəramət satışa ayırdığı vaxt ərzində gedib kitab yazar. Azərbaycanda Kitabxana Kollektoru var. Ötən il kitabxana kollektoru yerli müəlliflərin kitabını alıb, kitabxanalara bağışladı. Bu müsbət addım idi. İndi bunu davam etdirmək lazımdır. Özəl nəşriyyatların satış meneceri var. Arzu olunan odur ki, kitab satış işi ilə məşğul olanlar yerli yazarlara üstünlük versinlər. Azərbaycanda sırf yerli yazarların əsərlərinin çapı və piarı ilə məşğul olan bir nəşriyyat yoxdur".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Mədəniyyət Baş İdarəsinin rəisi niyə MƏHKƏMƏYƏ verildi? - İLGİNC


Xəbər verdiyimiz kimi Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevi məhkəməyə verib.

İbrahim Əliyevi məhkəməyə verən sabiq direktor işə bərpa olunması ilə bağlı iddia qaldırıb. İşə isə Səbail Rayon Məhkəməsində baxılır.

“Bizə məlumat daxil olmayıb”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, İlham Şahverdiyevin işə bərpa edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə məlumat daxil olmayıb:

“İlham Ağadadaş oğlu Şahverdiyev 01.04.2021-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Gürgən Mədəniyyət evinə müvəqqəti sosial məzuniyyət yerinə mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə müddətli əmək müqaviləsi əsasında təyin edilib və 01.03.2022-ci il tarixinədək həmin vəzifədə çalışıb. İşçi İ.Şahverdiyev və işəgötürən - Gürgən Mədəniyyət evinin rəhbərliyi arasında hər hansı bir mübahisə olmayıb”, - deyə Mədəniyyət Nazirliyinin cavabında qeyd edilib.

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev vaxtilə çalışdığı qurumda yaranmış əmək mübahisəsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiyini deyib:

“Mirzağa Əliyev adına Mədəniyyət Evində təsərrüfat müdiri kimi çalışırdım. İxtisara düşdüm. Halbuki 47 il əmək fəaliyyətim varsa, işlə təmin olunmalıydım. Bir müddət sonra Gürgən Mədəniyyət Evində çalışmağa başladım. 2021-ci il mart ayının 18-i məzuniyyətim tamam olurdu. Martın 1-də işdən çıxarıldığımı öyrəndim. Mühasibatlıqdan soruşuram, deyirlər müdirlə danış. Müdirdən soruşuram, “sən işdən azadsan” deyir. Deyirəm “mən martın 18-nə qədər məzuniyyətdəyəm”. Bir də baxıram ki, adımdan saxta arayış yazıb sənədin arasına atırlar. Məni Gürgən Mədəniyyət Evinə göndərdilər. Orada da baxdılar və bildirdilər ki, vaxt tamam olub və sizi işə 1 il müddətinə götürmüşük”.

“Qanun pozuntusu aşkarlanıb, lakin...”

İlham Şahverdiyev iddia edir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi qanun pozuntusu edərək adına saxta arayış çıxarıb:

“Müdir mənim adıma saxta ərizə yazıb sənədin içinə qoyub. Əmək müfəttişliyinə ötürəndə əlində tutmuşam. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Qurum qanun pozuntusunu aşkarlayıb, işə bərpa olunmağımla bağlı məsələ qaldırdı. Amma əməl edən yoxdur.

Çarəsiz qalıb Səbail Rayon Məhkəməsinə müraciət etdim. 1 il 7 aydır, iddia ərizəm qəbul olunmur. Yuxarı dövlət üurumlarının hamısına rəsmi ərizə ilə müraciət etmişəm. Ayrıca, məhkəmə qarşısında da iddia qaldırmışam. Nəqliyyat Nazirliyinin işçisini gətirib Mədəniyyət müdiri qoyublar, mən buna nə deyim?”, - deyə İlham Şahverdiyev əlavə edib.

Bitməyən qalmaqallar

Qeyd edək ki, son vaxtlar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul edir. Onun təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürdüyü, çəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirdiyi bildirilir.

Belə ki, İbrahim Əliyevin 14.12.20
Mədəniyyət Baş İdarəsinin rəisi niyə MƏHKƏMƏYƏ verildi? - İLGİNC


Xəbər verdiyimiz kimi Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevi məhkəməyə verib.

İbrahim Əliyevi məhkəməyə verən sabiq direktor işə bərpa olunması ilə bağlı iddia qaldırıb. İşə isə Səbail Rayon Məhkəməsində baxılır.

“Bizə məlumat daxil olmayıb”

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, İlham Şahverdiyevin işə bərpa edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə məlumat daxil olmayıb:

“İlham Ağadadaş oğlu Şahverdiyev 01.04.2021-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Gürgən Mədəniyyət evinə müvəqqəti sosial məzuniyyət yerinə mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı vəzifəsinə müddətli əmək müqaviləsi əsasında təyin edilib və 01.03.2022-ci il tarixinədək həmin vəzifədə çalışıb. İşçi İ.Şahverdiyev və işəgötürən - Gürgən Mədəniyyət evinin rəhbərliyi arasında hər hansı bir mübahisə olmayıb”, - deyə Mədəniyyət Nazirliyinin cavabında qeyd edilib.

DİA.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Gürgən Mədəniyyət Evinin sabiq direktoru İlham Şahverdiyev vaxtilə çalışdığı qurumda yaranmış əmək mübahisəsi ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət etdiyini deyib:

“Mirzağa Əliyev adına Mədəniyyət Evində təsərrüfat müdiri kimi çalışırdım. İxtisara düşdüm. Halbuki 47 il əmək fəaliyyətim varsa, işlə təmin olunmalıydım. Bir müddət sonra Gürgən Mədəniyyət Evində çalışmağa başladım. 2021-ci il mart ayının 18-i məzuniyyətim tamam olurdu. Martın 1-də işdən çıxarıldığımı öyrəndim. Mühasibatlıqdan soruşuram, deyirlər müdirlə danış. Müdirdən soruşuram, “sən işdən azadsan” deyir. Deyirəm “mən martın 18-nə qədər məzuniyyətdəyəm”. Bir də baxıram ki, adımdan saxta arayış yazıb sənədin arasına atırlar. Məni Gürgən Mədəniyyət Evinə göndərdilər. Orada da baxdılar və bildirdilər ki, vaxt tamam olub və sizi işə 1 il müddətinə götürmüşük”.

“Qanun pozuntusu aşkarlanıb, lakin...”

İlham Şahverdiyev iddia edir ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsi qanun pozuntusu edərək adına saxta arayış çıxarıb:

“Müdir mənim adıma saxta ərizə yazıb sənədin içinə qoyub. Əmək müfəttişliyinə ötürəndə əlində tutmuşam. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Qurum qanun pozuntusunu aşkarlayıb, işə bərpa olunmağımla bağlı məsələ qaldırdı. Amma əməl edən yoxdur.

Çarəsiz qalıb Səbail Rayon Məhkəməsinə müraciət etdim. 1 il 7 aydır, iddia ərizəm qəbul olunmur. Yuxarı dövlət üurumlarının hamısına rəsmi ərizə ilə müraciət etmişəm. Ayrıca, məhkəmə qarşısında da iddia qaldırmışam. Nəqliyyat Nazirliyinin işçisini gətirib Mədəniyyət müdiri qoyublar, mən buna nə deyim?”, - deyə İlham Şahverdiyev əlavə edib.

Bitməyən qalmaqallar

Qeyd edək ki, son vaxtlar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin adı bir çox qalmaqallarda çəkilir. İddialara görə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul edir. Onun təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürdüyü, çəxsi əmri və idarənin daxili qərarları ilə işçi qəbulu həyata keçirdiyi bildirilir.

Belə ki, İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Xatırladaq ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.22-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Xatırladaq ki, İbrahim Əliyev bundan əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində çalışıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
FİLİN DİŞİSİ GƏLİR: AZAL qiymətləri qaldırır... - BU NƏDİ BELƏ?!

Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "Aviasiya haqqında" Qanun layihəsinin müzakirəsi zamanı Naxçıvana uçuşlara görə dotasiyanın artırılmasını təklif edib.

O bildirib ki, “Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) dövlət büdcəsindən Naxçıvana uçuşlara görə dotasiya verilir, amma bu, ümumi xərclərin cəmi 20-25 %-ni əhatə edir.

"Qalan yük AZAL-ın üzərinə düşür. Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya 5 milyon manat təşkil edir, amma AZAL ümumilikdə 20 milyon manat xərc çəkir. Yəni yükün 15 milyon manatı AZAL-ın üzərində qalır. AZAL bu qədər pulu haradan almalıdır?

Naxçıvan blokadada olduğu üçün düşünürəm ki, çəkilən bütün xərcləri dövlət ödəməlidir", - deyə deputat bildirib.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, məsafəni nəzərə alsaq, biletin dəyəri olan 60 manat az qiymət deyil:

"AZAL rəhbərliyi və əlaqədar qurumlar açıqamalıdır ki, uçuşların maya dəyəri nə qədərdir. Bununla bağlı indiyədək bir hesabat olmayıb. Məsafəni və yanacağı nəzərə alsaq, az məbləğ deyil. Hətta xarici vətəndaşlara daha bahadır, Azərbaycan vətəndaşları üçün 60 manatdır. Dotasiya məsələsini həll etmək üçün hər sərnişinin daşınma xərcinin nə qədər olması ilə bağlı rəsmi açıqlama olmalıdır.

O zaman bilinər ki, dotasiyaya ehtiyac var, ya yox. AZAL açıqlama verməlidir ki, Naxçıvana uçuşlar onlara neçəyə başa gəlir, ay ərzində nə qədər sərnişin daşınır. Onsuz da başqa yol olmadığı üçün təyyarələr dolu olur. Məncə, buna görə də əlavə dotasiyaya əslində ehtiyac olmaya bilər".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bankı bağlanan Vəliyevlər TƏHLÜKƏDƏ... - İLGİNC İDDİALAR...


Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası ləğv olundu. “Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev – 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya – 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir.

Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda ata-bala “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların “Muğan Bank” vasitəsilə necə Azərbaycan – Avropa – Azərbaycan dövriyyəsini edir… Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik. Bizi izləyin. //cumhuriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ağdam RİH-də QƏFİL YOXLAMA: Həbslər gözlənilir... - İLGİNC İDDİA

Redaksiyamıza mötəbər mənbədən daxil olan məlumata görə, Hesablama Palatası Ağdam Rayon İcra hakimiyyətində ciddi yoxlamalara başlayıb. Və yoxlamanın nəticəsi olaraq RİH-də ciddi kadr dəyişiklikləri və həbslər gözlənilir.
İlk öncə onu qeyd edək ki, bir neçə ay əvvəl Maliyyə Nazirliyi tərəfindən rayonun Səhiyyə Şöbəsində aparılan yoxlama zamanı biabırçı korrupsiya faktları üzə çıxmışdı.
Yoxlama zamanı Türkiyədə yaşayan bir şəxsin Təcili Tibbi Yardım idarəsində həkim “işlədiyi” və buna görə dövlətdən hər ay əmək haqqı aldığı üzə çıxmışdı. O da məlum olub ki, həmin şəxsin adı koronavirus pandemiyası ilə mübarizə aparan tibb işçilərininin siyahısına daxil edilib və adına külli miqdarda pul yazılaraq mənimsənilib. Həmin şəxsin Ağdam rayonunun icra başçısı Vaqif Həsənovun ailəsinə yaxın şəxs olduğu da bəlli olub.
Yeri gəlmişkən, dünən Şirvan səhiyyəsi ilə bağlı apardığımız araşdırma zamanı bəlli oldu ki, rayonun mərkəzi xəstəxanasında ölülərə sağlamlıq arayışı verilir. İndi isə bəlli olur ki, Ağdam xəstəxanasında Türkiyədə yaşayan şəxs həkim maaşı alır. Bax, bizim səhiyyəmizdə real durum belədir.
Sözün qısası, Ağdam RİH-də kardinal dəyişikliklər gözlənilir. İndi isə Ağdam rayonuna rəhbərlik edən Vaqif Həsənovun fəaliyyətinə nəzər salaq.
Qısaca onu qeyd edək ki, Vaqif Həsənovun tay-tuşları aspiranturada oxuyanda Vaqif Həsənov universitetin tarix fakültəsinə hansı yollasa daxil olub. Necə və hansı yolla..? Bu da maraqlı mövzudur. Sonra bu adam 46 yaşında “AZİ”-nin Faydalı qazıntı yataqları fakültəsini bitirib, Neft daşlarında elektrik çilingəri işləyib.... Adama deyərlər tarix müəllimi hara, çilingər hara, AZİ hara ..? Sonra bu adam hansı yollasa Qaradağ RİH-də başçının müavini işləyib və daş karxanalarından milyonlar qazanıb. Daha sonra Xəzər RİH-də 1-ci müavin olaraq çalışıb və ən bahalı torpaqların satılmasında iştirak edib.
Bütün bunların hamısını haradasa, nəyinsə ayağına yazmaq olar. Amma... Vaqif Həsənovun şəhidlərin qanı qurumadan içkili və maskasız vəziyyətdə doğulduğu Əliağalı kəndinə getməsi ilə bağlı mediada paylaşılan videonu görəndən sonra onu bağışlamaq çətin olur.... Bu barədə Vaqif Həsənov nə təkzib verib, nə də bir söz deyib. Biz hələ Vaqif Həsənovun həyat yoldaşı Sədaqət Həsənovanı Rayon Təhsil Şöbəsində vəzifəyə təyin etməsindən danışmırıq.
Yeri gəlmişkən, Sədaqət Həsənovanın ayağı Ağdama dəyməyib və qeydiyyatda olduğu, Bakı şəhər Neftçilər prospekti ev 5 ünvanında yerləşən mülkdə yaşayır. Yeri gəlmişkən, bu mülk Vaqif Həsənovun çoxsaylı milyonluq sərvətinin kiçik bir hissəsidir. Yaxın zamanda icra başçısının sərvəti ilə bağlı başqa bir yazı yazacağıq. Təkcə onu qeyd edək ki, Vaqif Həsənov Ağdam rayonunun Xındırıstan və Ayaqqərvənd kəndlərində hektarlarla torpaq sahəsini ələ keçirib.
Yeri gəlmişkən, icra başçısının oğlu Vasif Həsənli Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyir və yaşı imkan versə də Qarabağ müharibəsindən yayınıb.
Yeri gəlmişən, onu da qeyd edək ki, vaxtilə Vaqif Həsənovun Xəzər rayonunda ev tikən şəxsdən 5000 manat pul istəməsi ilə bağlı səs yazısı yayılıb. Və o təkzib verməyib. Son olaraq onu qeyd edək ki, Vaqif Həsənovun əsgər ailəsinə “Səni içəri soxduracam” deməsi barədə də mediada xeyli xəbər yayılıb. //gundelik-baku.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ezamiyyə pulunda ŞƏNBƏ-BAZAR FIRILDAĞI... - BU NƏDİ BELƏ?!


"İşçilərin bildirdiyinə görə SOCAR Nəqliyyat idarəsinin 6 saylı TNİ rəhbərliyi bir aylıq ezamiyyətə göndərdiyi işçilərin ezamiyyə xərclərini hesablayarkən şənbə, bazar günləri üçün ödəniş etmir". DİA.AZ bildirir ki, bu barədə xüsusi açıqlama ilə çıxış edən Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı baş verən olayla bağlı əlaqədar qurum və şəxslərə qanunların buyurduğu tələbləri də çattdırıb.
M.Qəhrəmanlı "Marifləndirmə" başlığı ilə bunları açıqlayıb: "SOCAR Nəqliyyat idarəsi ,6 saylı Texniki Nəqliyyat Departamentinin rəisi cənab cənab Ağaxan Əsədov. qanun deyir ki:
-Ezamiyyə barədə əmri olan işçinin nəzərdə tutulan ezamiyyə yerinə gedib-qayıtması, bu barədə ezamiyyə vərəqində müvafiq qeydin edilməsi, möhürlə təsdiq edilməsi, xidməti tapşırığı yerinə yetirməsi, həmin İşçinin ezamiyyədə olmasını təsdiq edir, ona əmək haqqının və ezamiyyə xərclərinin AR Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan qaydada ezamiyyə pulu alma hüququ verir. Ezamiyyə xərci əmək haqqı deyil, elə ezamiyyə xərcidir. İşçilər Azərbaycan Respublikasının rayonlarına ezam olunublarsa, hər hansı bir şərt və ya səbəb göstərmədən hər gün üçün ezamiyyə pulu ödənilməlidir Neçə günlüyə göndərmisiniz,o qədər də günün pulunu ödəməlisiniz.
-Cəza tədbiqi
Əgər işçilərin dediyi həqiqətdirsə, bu halda siz :
-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən( İşçinin: ezamiyyə xərclərinin, məzuniyyət və əmək haqlarının-qanunvericiliklə nəzərdə qaydada ödənilməsində tutulmuş müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər 700 manatdan - 1500 manatadək məbləğdə cərimə edilir.)cərimə olunmalısınız.
Qeyd:
İl ərzində daxil olan çoxlu şikayətlər, apardığımız araşdırmalar və s. göstərir ki, SOCAR strukturuna daxil olan bəzi idarə və müəssisə rəhbərliyi(sahə üzrə məsul çəxs) Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" qərarı bilmir və nətiçədə işçi hüquqlarını kütləvi pozulması halları baş verir . . Düşünürəm ki, SOCAR məsul şəxslərinin şirkət tərəfindən təlimlərə cəlb olunmasına ciddi ehtiyac duyulur.
Təklif:
Həmin təlimlər NHMT İB , peşəkar hüquqşünası tərəfindən də təşkil oluna bilər".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahbuzda böyüklərin uşaqlara YARATDIĞI PROBLEM... - AXI NİYƏ?


Şahbuz şəhərində yerləşən yeganə uşaq bağçasında istilik sistemi işə salınmadığı üçün uşaqlar soyuqda qalıb. Bu səbəbdən uşaqlar tez-tez xəstələnir, bağça işçiləri və valideynlər əziyyət çəkir.

DİA.AZ bildrir ki, bu haqda “Gündəlik Naxçıvan”a bir qrup valideyin şikayət edib. Şahbuz rayonu dağlıq ərazidə yerləşir və burada havalar aran yerlərə nisbətən soyuyur olur.

Valideynlərdən B.B. deyir ki, həm həyat yoldaşı, həm də özü işlədiyindən uşağı baxçaya qoymağa məcburdurlar:

“İstilik olmadığına görə bağçada uşaqlar tez-tez xəstələnir. Hər ikimiz işlədiyimiz üçün vaxt tapıb uşağı həkimə də apara bilmirik. Bütün valideynlər eyni problemi yaşayır. İşçilər də narazıdır. Şahbuzda cəmi bir uşaq bağçası olduğundan, bizim də başqa seçim imkanımız yoxdur. Sovetlərdəç, Vasif Talıbovdan qalma ənənəyə görə, stiliyi noyabrın 15-də verirlər. Halbuki, indi bağçanın istiliyə ehtiyacı var. Aprel ayı isti keçir. O vaxtlar da bağçaya istilik lazım olmur. Əksinə o zaman bağçaya istilik verilir. Yaxşı olar ki, hava şəraitini nəzərə alsınlar”

Başqa bir şikayətçi deyir ki, nəvəsi bağçada xəstələndiyindən, bir həftə ciddi müalicə almalı olub:

“Təkcə biz valideznlär yox, işçilər də narazıdırlar, onlar da uşaqlarla bərabər soyuqda qalmalı olur. Nəvəm 3 gündür xəstədir, soyuqlayıb. Həkimə aparmışıq iynə-dərmana nə qədər pul vermişik. Bu cür olmaz, axı. Böyüklər birtəhər ötüşürlər. Körpə uşaqlar soyuğa dözə bilmirlər. Artıq valideynlər məcbur qalıb uşaqlarını bağçaya aparmırlar. Amma elə ailələr var ki, valideynlərin hər ikisi işləyir. Onların uşaqları evdə saxlamaq imkanı yoxdur. Bağça soyuq olmasına baxmayaraq onlar uşaqlarını bağçaya aparırlar. Körpələr tez-tez qripə yoluxurlar. Şikayətimizə də baxan yoxdur. Deyirlər ki, noyabrın 15-də qış rejimi başlayır və ancaq bağçaya o zaman istilik veriləcək”.

Məsələyə münasibət öyrənmək üçün aidiyyəti qurumlarla əlaqə yaratmaq mümkün olmadı. Onların da mövqeyini işıqlandırmağa hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qarabağa QAYIDIŞ ev bazarına TƏSİR EDƏCƏKMİ? - AKTUAL


İşğaldan azad olunan ərazilərə əhalinin köçürülməsinin Bakıda daşınmaz əmlaka təsiri ilk növbədə nə qədər şəxsin ora köçürülməsindən asılı olacaq.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.
"Təxmini hesablamama görə bu rəqəm 350 mindən az olmayacaq. Yaşlılar, işi olmayan gənclər, orta yaşlı təbəqə üçün ora köçüb yaşamaq maraqlı olacaq. Köç prosesi həm də həmin ərazilərdə yeni iş yerlərinin açılması, münbit şəraitin yaradılmasından asılı olacaq. Yəni işgüzar əhali üçün orada yaşamağa münbit şərait olacaqsa, onlar orda qalacaqlar" - ekspert deyib.
Köç prosesinin Bakıda mənzillərin qiymətlərinə təsirə gəlincə, ekspert bildirib ki, bu, daha çox ümumi vəziyyətdən asılı olacaq:
"Son 2-3 ildə tikinti şirkətləri qiymətləri qaldırdı ki, bu da ümumi olaraq daşınmaz əmlak bazarına təsir etdi. Hər hansı bir dəyişiklik olmazsa, qiymətlərdə ciddi şəkildə azalma gözlənilmir. Lakin kirayə qalanların sayında mühüm azalma olarsa, evsiz şəxslər Bakıdan köçüb işğaldan azad olunan ərazilərdə məskunlaşarsa, nəticə etibarı ilə təkliflər artarsa, kirayə mənzil bazarında qiymətlər azala bilər".
Daşınmaz əmlak üzrə digər ekspert Ceyhun Şıxəliyev Sputnik Azərbaycan-a bildirib ki, Bakıda yaşayan əhalinin bir qisminin işğaldan azad olunan ərazilərə köçməsi nəticəsində paytaxtda mənzillərə tələbat azalarsa, qiymətlərdə azalma gözləniləndir:
"Düşünürəm ki, bu da daha çox özünü ikinci əl evlərdə biruzə verəcək. Tikinti materiallarının qiymətini, Bakıda torpağın baha olmasını nəzərə alsaq, bazara yeni çıxarılan mənzillərin qiymətində azalmanı proqnozlaşdıra bilmərik".

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO