[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Naxçıvanda “Banu” restoranı yandı - Video + Yenilənib


Naxçıvanda toy keçirilən restoranda yanğın olub.

hadisə şəhərdə fəaliyyət göstərən "Banu" restoranında qeydə alınıb.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Toyda iştirak edənlər təxliyə olunub.

Yanğın söndürülüb.

***

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində fəaliyyət göstərən “Banu” restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 980m² olan üçmərtəbəli restoranın tüstü bacasında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın dam örtüyünə və restoran binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində binanın üzlüyü 3m² sahədə yanıb, restoran binası yanğından mühafizə olunub. Restoranda olan 260 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunub.(Nuhçıxan)

Xəsarət alan yoxdur.


[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruslar Azərbaycan bazarına NECƏ NÜFUZ EDİR... - ARAŞDIRMA

Sentyabr ayının əvvəlindən etibarən Azərbaycanda pomidor kəskin bahalaşıb. Bazarlarda 1-1,4 manata satılan bu tərəvəzin qiyməti birdən-birə 4-6 manata qədər yüksəlib, hələ də qiymətlər bu həddə qalmaqdadır. İndiyədək bir qayda olaraq, pomidorun bahalaşması payız aylarında - oktyabrdan etibarən müşahidə olunurdu: açıq sahədən yığım dayanır, örtülü sahədən - istilikxanalardan yığım isə təzə başlanırdı deyə qiymətlər bahalaşırdı. Lakin bu il bahalaşma sentyabrın əvvəllərindən start götürdü ki, bu da cəmiyyətdə çoxsaylı suallara səbəb oldu.

Pomidor istehsalçıları və ixracatçıları ilə apardığımız söhbətlərdən məlum oldu ki, Azərbaycanda pomidorun vaxtından əvvəl bahalaşmasının ən mühüm səbəbi əsas ixrac bazarı olan Rusiyadakı qiymət artımıdır. İstehsalçılar deyirlər ki, daxili bazarda qiymətlər bir qayda olaraq Rusiya bazarına uyğun tənzimlənir. Rusiya Dövlət Statistika Komitəsinin məlumatına əsasən, sentyabr ayında Rusiyada pomidorun qiyməti rekord səviyyədə bahalaşıb. Ötən ay “qırmızı qızıl” Rusiyada 21,7 faiz bahalaşıb və bu proses hələ də davam edir. Belə ki, oktyabrın 10-16-da pomidorun qiyməti daha 5,5 faiz artıb.

Bu fakt göstərir ki, Azərbaycanın pomidor ixracında Rusiyadan olan kəskin asılılığı ölkə əhalisinə, daxili bazara heç də müsbət təsir amili deyil: bu asılılıq yalnız istehsalçı və ixracatçılara deyil, bütün ölkə əhalisinə problem yaradır. Ölkənin rəsmi statistikasına əsasən 2023-cü ilin yanvar-sentyabrında Azərbaycan xaricə 124 milyon 294.80 min dollarlıq 112 071.52 ton pomidor ixrac edib. Ötən ilin eyni dövründə 134 milyon 279.33 min dollar dəyərlə 112 354.16 ton ixrac olmuşdu.

Yanvar-sentyabrda pomidor ixracının 120 milyon 380,97 min dollarlıq 109 min 685,83 tonu Rusiyaya, qalanı Belarus, Qazaxıstan, Moldova, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qətər, Səudiyyə Ərəbistanı, Polşa, cüzi həcmdə Sinqapura ixrac edilib. Baxmyaraq ki, ixrac coörafiyasında genişlənmə var, bu amil Azərbaycanın pomidor ixracında Rusiyadan asılılığının azalmasına gətirib çıxarmayıb.

Məlumdur ki, Azərbaycanda örtülü sahədə pomidor istehsalının artımında əsas rolu Türkiyədən Rusiyaya pomidor ixracının qadağan olunması oynayıb. 2015-ci ildə məlum təyyarə hadisəsi zamanı Rusiya Türkiyədən pomidor idxalını tamamən dayandırdı. Bu, Azərbaycandan idxal üçün münbit zəmin yaratdı, dövlətin geniş subsidiya dəstəyi ilə iki ildə istilikxanaların sahəsi 400 hektardan 1500 hektara qədər artırıldı. Rəsmi məlumata əsasən 2022-ci ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3154 vahid istixana fəaliyyət göstərib. Həmin istixanalarda 369 337,4 ton pomidor, 28873,8 ton xiyar istehsal edilib.

Ümumiyyətlə, son 8 ildə Rusiya siyasi hakimiyyəti dəfələrlə müxtəlif ölkələrə qarşı idxal qadağası tətbiq edib. Bunun hamısı məhz “Rosselxoznadzor”un əli ilə və demək olar ki, eyni iddialarla həyata keçirilib. Hər dəfə “Rosselxoznadzor” idxal olunan bu və ya digər məhsulda ya zərərverici, ya da orqanizm üçün təhlükəli olan maddələr “tapır”. 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsini zəfərlə başa çatdırdıqdan sonra Moskva öz tələblərini yürütmək üçün ölkəmizdən pomidor və alma idxalını qadağan etdi. Nəticədə Azərbaycan ixracatçıları böyük zərərlə üzləşdilər.

Türkiyə ilə münasibətlər normallaşmağa başlayandan dərhal sonra Rusiya oradan pomidor idxalına məhdudiyyətlərlə də olsa icazə verdi. Lakin Türkiyə sahibkarları bu icazəyə baxmayaraq, özlərini yenidən bu ölkəyə ixracdan asılı hala gətirmədilər. Onlar məhsullarını başqa istiqamətlərə yönəltmək istiqamətində böyük uğurlar əldə ediblər. Bu ilin birinci yarısında Türkiyə 325,2 min ton pomidor ixrac edib. Türkiyə pomidorlarını 48 ölkə alıb. 2015-ci ilədək Türkiyənin pomidor ixracında birinci yerdə olan Rusiya indi alıcılar arasında 5-cidir. Bu ölkəyə altı ayda cəmi 29,563 milyon dollarlıq məhsul satılıb.

Təəssüflər olsun ki, Azərbaycan istehsalçıları pomidor ixracını diversifikasiya etmək sahəsində nailiyyət əldə edə bilməyiblər. 2020-ci ildə üzləşdikləri on milyonlarla dollarlıq zərər bu məsələdə sahibkarlarımız üçün yetərli olmayıb. Bazarlar genişlənmədiyinə görə ixrac həcmlərində, istehsalda çox cüzi artım var. Halbuki Rusiyanın özündə gedən proseslər qadğalar olmasa belə, tezliklə Azərbaycandan pomidor idxalının azalmasını şərtləndirəcək. Çünki ölkədə istilikxanada pomidor istehsalı sürətlə artırılır. 2022-ci ildə Rusiyanın pomidor idxalı 13,1 faiz azalmaqla 371 min ton təşkil edib. Bunu yerli istehsalın artması ilə əsaslandırırlar: ötən il Rusiyada istilikxanalarda ümumi tələbatın 65 faizi qədər - 711 min ton pomidor istehsal olunub. Ümumilikdə örtülü torpaqda tərəvəz istehsalı 1,6 milyon ton təşkil edib. Beləliklə, Rusiya belə tərəvəzə olan illik 1,8 milyon tonluq tələbatını ödəmək üçün yalnız 13,1 faiz idxala ehtiyac duyub.

Bu il isə oktyabrın 12-dək Rusiyada istixanalardan 1,23 milyon ton, ötən ilin eyni dövründəkindən 1,6 faiz çox məhsul toplanıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, bunun 644 tonu xiyar, 512 tonu pomidor olub. İstehsalın artımı istilikxana təsərrüfatlarının genişləndirilməsi hesabınadır. 2022-ci ilin sonuna Rusiyada istilikxana salınan torpaqların sahəsi 4,1 min hektara çatıb. 2018-ci ildən bəri 1,5 min hektar sahədə 4 və 5-ci nəsil istilikxana təsərrüfatı qurulub. Belə istilikxana təsərrüfatlarında yetişdirilən pomidorun rentabelliyi 20 faizdən yuxarıdır.

Azərbaycan istehsalçılarının bazar axtarışlarına vaxt, əmək sərf etməkdənsə, bir bazardan asılı qalmağı üstün tutmaları təəssüf doğurur. Bu vəziyyət göstərir ki, dövlət subsidiyasının ayrılması barədə qərarları qəbul edərkən ən azı 10 illik planlaşma təqdim olunan sahələrə üstünlük verilməlidir. //musavat.com//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Milli Hematologiya və Transfuziologiya Mərkəzi elan etdiyi tenderə - YEKUN VURUB

Milli Hematologiya və Transfuziologiya Mərkəzi ““Kök hüceyrəsi donorları ilə işlərin təşkili istiqamətində uçot sisteminin qurulması işlərinin satın alınması”” tenderinin nəticələrini elan edib.

Yenisoz.az xəbər verir ki, tenderin qalibi “AISTGroup” MMC olub.

Qalib şirkətə 413 000 manat ödəniləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Astara illərdir ZİLLƏT İÇİNDƏ OLSA DA... - NARAZILIQ VAR, AMMA...

Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Astara rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Astara rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

Rayonun icra başçısı Qəzənfər Ağayev bir ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər".

DİA.AZ xatırladır ki, Qəzənfər Ağayev 11 ildən artıqdır Astaraya rəhbərlik edir. Məhz buna görə də Astara sakinləri bu 11 ili belə xarakterizə edir: "Astaranın üzü 11 ildir ki, gülmür..."

Hər halda, Qəzənfər Ağayevin adı buna qədər bir çox qalmaqallarda hallanıb. Amma ortada yenə də cəzasızlıq var... Bu isə özbaşınalığa rəvacc verən faktordur... Unutmalı deyilik...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İsveç HƏMAS tərəfdarlarını deportasiya edəcək

İsveç hakimiyyəti terror təşkilatlarını dəstəkləyənləri deportasiya edə bilər.
Bakupost.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsveçin miqrasiya naziri Mariya Malmer bildirib.
O, həmin terror təşkilatları sırasında HƏMAS-ın da olduğunu qeyd edib.
"Əgər insanlar terrorun gətirdiyi ölümü dəstəkləmək qərarına gəlsələr, onların İsveçdə qalıb-qalmaması haqqında düşünmək lazımdır", - deyə Malmer qeyd edib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Taninmiş jurnalistdən DYP-nə haqlı irad: " Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, ..."


Bura Şəfaət Mehdiyev küçəsidir. Axşam maşınımı (99-HL-821) burada saxlamışdım. Səhər görürəm cərimə gəlib. Dayanma-durma qaydalarını pozduğuma görə. Dayanma-durma qaydalarını pozmaqla bağlı yazılan protokolların şəkillərində müvafiq nişanın şəkli mütləq olur. Amma burada o şəkil yoxdur.
Bilənlər iddia edir ki, bu xətt həm də avtobuslar üçün ayrılmış xəttdir, yəni mən dayanma durmanı yox, "xüsusi zolağa girməni" pozmuşam, lakin o xətanın cəriməsi 40 manatdır, 20 manat deyil. Deyirlər, girib sürməmisən, saxlamısan o zolaqda ona görə 20 yazılıb, bu da absurddur. Belə çıxır ki, avtobuslar üçün ayrılmış xüsusi zolağa 10 saniyəlik girəndə 40 manat, 3 saatlıq girəndə isə 20 manat cərimə olunursan.
Bütün bu qəribəliklərə rəğmən, mən qaydanı pozduğumla razılaşa və mənə yazılan cərimənə ödəyə bilərəm. Təki ədalət bərqərar olsun. Ədalət isə, kar-kasıbın 20 manatı ilə çətin bərqərar ola. Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, mənə 20 manatlıq cərimə yazılırsa, ədalət çətin ki, bərqərar ola!
Gəlin açıqlayım. Mənim maşınımın tam arxasında "Maşa" restoranının girişini görürsünüz. Restoran, yəni restoranın sahibi olan sahibkar, hüquqi şəxs İXM-nin 354.0.5 bəndini kobud şəkildə pozub. O bənddə nə deyilir : "Avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların qurulmasına, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsinə, həmçinin “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam və digər məlumat qurğularının yerləşdirilməsinə görə..."
Bəli, şəkildən də çox aydın göründüyü kimi, MAŞA restoranı yolun hərəkət hissəsini tamamilə tutub. Mən o zolaqda maşın saxlamasam belə, orada hərəkət mümkün deyil. Bəs necə olur, DYP-nin milyonlarla pul xərclənib alınıb quraşdırılan kameraları o boyda restoranın girişini yox. mənim maşınımı görür? Hanı ədalət ???
Mən cəriməmi ödəyəcəm, amma əvvəlcə mənə qanunu daha pis formada pozanların ödədiyi cərimələr göstərilsin. Mən maşını sırf ona görə saxlamışam ki, oranın yol olması, o zolaqda hərəkət olması mümkün görünmür.
Hörmətli DYP-mizin necə ki, öz gözləri bahalı maşınların qayda pozuntularını, imkanlı şəxslərin, nə bilim müğənni tayfasının yüz minlik maşınlarının etdiyi qanunsuzluqları görmürdü, indi də kameraları özlərinə oxşadıblar. Onlar da ancaq kasıb -kusubu "görür" deyəsən.
O dəfə cəmi 3 dəqiqəlik dayanıb adam düşürdüyümə görə cərimə yazmışdılar, ASANPAY-dan şikayət elədim, bir ay keçdi, zəng edib bir maraqlanan da olmadı ki, dərdin nədi, niyə şikayət edirsən? Əvvəl heç olmasa zəng edib maraqlanırdılar, indi ona da ərinirlər.
Görəsən düzələcəkmi???
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, zəhmət olmasa diqqətə alın!
Çingiz Özgür
Teref.az
Taninmiş jurnalistdən DYP-nə haqlı irad: " Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, ..."
Taninmiş jurnalistdən DYP-nə haqlı irad: " Əgər düz mənim maşınımın böyründə, 3000-4000 manatlıq xəta törədəni görülüb, ona cərimə ödətdirilmirsə, ..."

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“156 Evakuasiya Xidməti” belə xanlıq iddiasındadır

Dünyanın ən böyük fatehləri arasına adını yazdıranlardan biri də Əmir Teymur idi. Bəs bilirsinizmi, o niyə “xan”, “xaqan” ismi ilə yox, əmir titulu ilə tanınıb?
Bunun çox sadə bir səbəbi var: qədim dövrün Türk gələnəklərinə görə, xan və ya xaqan titulları irsi yolla keçirdi. Hər yoldan keçən şəxs bütün dünyanı alsa belə, elit tayfadan gəlmirdisə, xan ola bilməzdi (Yeri gəlmişkən, eyni gələnək Qazaxıstanda indiyədək yaşamaqdadır). Teymur da Çingiz xanın nəvəsi olmadığı üçün bu titulu daşımaq hüququna malik deyildi. Ona görə də özünə “əmir”, yəni tayfa başçısı titulu götürmüşdü və özünü də əmir kimi aparırdı.
Bu günün Azərbaycanda isə hətta “156 Evakuasiya Xidməti” belə xanlıq iddiasındadır. Təsəvvür edin, iş adamı ondan 3 məhkəmə orqanına şikayət edib. Əvvəl Nizami rayon Məhkəməsinə, sonra Mediasiya Xidmətinə, ən nəhayət isə Kommersiya Məhkəməsinə. Amma “156 Evakuasiya Xidməti” bu məhkəmələrin heç birini saya salıb çağırışlarına belə məhəl qoymayıb. Yəni özünü nəinki qanunlardan, həm də hakimiyyətin ən mühüm qollarından sayılan məhkəmələrdən belə üstün tutub.
Bu özbaşınalığın arxasında kim dayanır?
İnşallah, bu sualın cavabını axtarmağa çalışacağam. Ümidvaram ki, Ali Məhkəmənin sədri hörmətli İnam Kərimov da, Ədliyyə naziri hörmətli Fikrət Məmmədov da bu məsələdə mənə ən böyük yardımçı olacaqlar. Ən azı ona görə ki, hansısa yoldan keçən burnu selikli “xan” özünü onlardan üstün tutur.
Heydər Oğuz
Teref.az



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Zoopark”ı məhkəməyə verdilər – Şirkətə maddi ziyan vurub?


Dövlət qurumlarının keçirdiyi çoxsaylı tender müsabiqələrində qalib olan “Master-Ofis” MMC Bakı Şəhər Heyvanat Parkına (“Zoopark”) qarşı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.

Qeyd edilir ki, məhkəmə iddiası maddi ziyanın ödənilməsi səbəbdən qaldırılıb.

Məlumat üçün bildirək ki, iddia qaldıran şirkətin – “Master-Ofis” MMC-nin adı daha əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevin məhkəmə prosesində keçib.

2015-ci ilin fevral ayında təsis olunan şirkətin hüquqi ünvanı da Neftçala şəhərində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Bağırov Mirzə Zakir oğludur.

Bu şirkət daha əvvəl Samur-Yalama Milli Parkında daşına bilən evlərin tikilməsi və quraşdırılması işlərini həyata keçirib.

Şirkətin Heyvanat Parkında hansı işləri gördüyü və hansı səbəbdən ziyana düşməsiylə bağlı məlumat verilməyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Bu xəbəri dəyərləndirmirəm" - REAKSİYA


Politoloq Əhəd Məmmədli bir müddət əvəvl efirdə qalmaqal yaşadığı, hətta sevgi münasibətinin olduğu iddia edilən politoloq Nəzakət Məmmədovanın Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasına reaksiya verib.

"Sherg.az"a danışan politoloq bildirib ki, aralarında yaşanan mübahisənin bu məsələyə aidiyyəti yoxdur:

"Bu xəbəri dəyərləndirmirəm. Qalmaqalın hadisəyə aidiyyəti yoxdur. Debatalrda bu kimi hallar yaşanır. İstintaq dəyərləndirəcək, ondan əlavə nə deyə bilərəm?".

Qeyd edək ki, bir neçə iol öncə Müsavat TV-də qonaq olan iki politoloq Rusiya-Ukrayna müharibəsi mövzusunda mübahisə etmiş, N. Məmmədovanın Vladimir Putini müdafiə etməsinə Ə. Məmmədli qarşı çıxmışdı. Sözləri çəp gələn iki siyasi şərhçinin mübahisəsi daha da alovlanmış, N. Məmmədova bir avxtlar Ə. Məmmədlinin ona sevgi etirafı etdiyini iddia etmişdi.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Burda bazar açıblar: Valideyn isə... - ETİRAZ VAR...

Təhsil sistemindəki neqativlər Əmrullayevin daha çox "gözdən pərdə asmağa" xidmət edən psevdoislahatları fonunda günü gündən pardaxlanmaqdadır. DİA.AZ bildirir ki, hər halda ortalıqdakı faktlar belə deməyə əsas yaradır.

Maləsəf, bu gün Azərbaycan məktəbləri təhsil ocaqlarını yox, bazarları xatırladır. Müəllim adı əksər hallarda satışa çıxarılır. Belə bir şəraittdə isə gələcəyimizin konkret təhlükə altında olduğunu iddia edə bilərik.

Bu gün rüşvət burulğanında boğulan məktəblərdən biri də paytaxtdakı 271 saylı məktəbdir.

Elə bir vəziyyət yaranıb ki, rüşvət tələbi valideynləri üsyana belə vadar edir.

Sakit şəkildə aşağıdakı videonu isləyin, əgər sakit şəkildə izləyə bilirsinizsə... Bu bir valideynin üsyanıdır. Əslində bu videoya əsas olaraq susmaması vacib olan şəxs cənab Əmrullayevdir...(DİA.AZ)

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO