[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İlham Kərimovun oğlu özünü öldürdü

Göygöldə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlunatına görə, 1999-cu il təvəllüdlü F.Kərimli yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Qeyd edək ki, F.Kərimlinin atası - İlham Kərimov Ucar və Ağstafa Rayon Polis Şöbələrində rəis müavini olub.

Hazırda Gədəbəy Rayon Polis Şöbəsində təhqiqatçıdır.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ödənişli yoldan necə istifadə edəcəyik? - Qaydalar+Video


Xəbər verdiyimiz kimi, bu gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışı olub.

Ödənişli yoldan istifadə xüsusi çip yerləşdirilən kart vasitəsi ilə həyata keçiriləcək.

Bu kartı yolun giriş və çıxışlarından, yaxın gələcəkdə isə şəhər və rayonlarda müxtəlif satış nöqtələrindən əldə etmək mümkün olacaq.

Kartın 2 formada olması nəzərdə tutulub. Belə ki, yoldan daimi istifadə edən sürücülər daimi kart, vaxt aşırı istifadə edənlər isə müvəqqəti və ya birdəfəlik kart əldə edəcəklər.

Ödənişli yol sistemi sürücülərə adi və dayanmadan keçid zolaqlarından istifadə etmək imkanı verəcək. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid üçün kartı əldə edərək avtomobilin ön şüşəsinə yerləşdirir və daha sonra ödənişli yoldan istifadə etmək hüququna sahib olur.

Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkan verir. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilmiş xüsusi çip kart və yetərli ödəniş balansının olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma kameralar, təhlükəsizlik kameraları, avtomobilləri klassifikasiya etməyə imkan verən avadanlıqlar və digər innovativ texnoloji həllər tətbiq olunub, bütün məntəqələrdə çəkiyə nəzarət və yolun dayanıqlığını təmin etmək məqsədilə elektron tərəzi sistemi də quraşdırılıb.

Gələcəkdə avtomatik ödənişlər və ya QR kodları ilə mobil ödənişlər də mümkün olacaq.

Ödənişli yoldan keçid kartının ilk nümunəsi Prezident İlham Əliyevə təqdim olunub.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.

Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək.

Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sırada BANK AVRASİYA-dır? - 14 milyon manatdan çox depozit geri çəkilib


"Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 3 milyon 953 min manat mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.

Bankın gəlirləri 14,27 milyon manat təşkil edib, bu isə illik müqayisədə 26,4 % çoxdur, xərcləri 8,345 milyon manat (33,6 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 1,972 milyon manat (50,1 % az) təşkil edib.

"Bank Avrasiya” nın aktivləri ilin əvvəli ilə müqayisədə 9,8 %, yaxud da 22 milyon 025 min manat azalaraq 202 milyon 243 min manata enib.

"Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 13,5% və ya 16,8 milyon manat artaraq 142 milyon 242 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 14,9 milyon manat ,biznes kreditləri 71,1 milyon manat, daşınmaz əmlak kreditləri isə 56,1 milyon manat təşkil edib.

"Bank Avrasiya”nın öhədlikləri ilin əvvəli ilə müqayisədə 25 milyon 980 min manat yaxud da 17,3 % azalaraq 124 milyon 481 min manat təşkil edib.

Hesabat dövründə bankın depozit portfeli 14 milyon 391 min manat yaxud da 18 % azalaraq 65 milyon 308 min manata enib.

Valyuta.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Veysəloğlu` ölkədə necə SABOTAJ EDİR... - İLGİNC İDDİA

Ölkə bahalaşma dalğasının cəngindədir. Az qala hər gün qiymətlər artır. Əhali bunu demək olar ki, dərisində hiss etməyə başlayıb. Lakin bahalaşmaya səbəb təkcə inflyasiya, kölgə iqtisadiyyatının olması deyil, o cümlədən bazarda inhisarçılıq, idxal məhsulları ilə bağlı monopoliya yaradan nəhəng holdinqlər burada “əvəzsiz” rol oynamaqdadır.
Onların mürtəce siyasəti, “akula” ağzı ilə xortumlaması aman vermir ki, bazarda qiymətlər stabilləşsin. Çünki məhsulda bir qəpik artım belə kəmiyyətə hesabladıqda yüzminlərlə gəlir qazandırır.
Ona görə hökumətin sosial siyasətinə daban-dabana zidd olan bu inhisarçı fəaliyyətin başında duran qida firmalarının, holdinqlərin işinə nəzarət güclənməlidir. Xüsusən də bazarda çox böyük pay sahibi olan “Veysəloğlu” MMC-nin adını çəkmək olar. “Veysəloğlu”nun inhisarçı siyasəti, idxal monopoliyası süni qiymət artımına səbəb olur. Nəzərə alaq ki, bu holdinq marketlərdə hər gün rastlaşdığımız müxtəlif çeşiddə ərzaq, gigiyena və digər məhsulların idxalını təşkil edir.

DİA.AZ bildirir ki, qiymət artımı ilə bağlı mövzuda Tribunainfo.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, süni qiymət artımına şərait yaradan, bunu bilavasitə həyata keçirən holdinqlərlə bağlı iş aparılmalı, onlara qarşı sərt tədbirlər görülməlidir: “Süni qiymət artımının qarşısını almaq üçün Milli Məclisdə Rəqabət Məcəlləsinə baxılması gözlənilir. Gözlənilir ki, bu payız sessiyasında qəbul olunacaq. Bu qəbul olunandan sonra onun tətbiqi vacibdir. Ona görə vacibdir ki, inhisarçılıq, haqsız rəqabət, sövdələşmə kimi halların qarşısı alınsın”.
İqtisadçı hesab edir ki, gərək süni qiymət artımına rəvac verən, aralarında sövdələşmə olan iri holdinqlərin əməli sübut olunsun: “Bu hal baş verərsə, süni qiymət artımına yol vermiş, bunu bilavasitə həyata keçirmiş şirkətlərə, iri holdinqlərə maliyyə sanksiyası tətbiq edilməli, onlar cərimələnməlidir. Hətta onları bölə, ləğv etdirə bilərlər…”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentlyinin keçirdiyi tender müsabiqəsinin qalibləri məlum olub.

DİA.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, Agentlik qalib olan 3 şirkətin hər birindən eyni adda, eyni miqdarda dərman vasitəsi satın alacaq.

İTS tibb müəssisələri üçün dərman vasitələrinin satın alınmasına görə tenderin qalibi olan şirkətlərə ümumilikdə 11 milyon 293 min 946 manat 38 qəpik ödəyəcək.

Belə ki, Agentlik “Referans Pharmaceuticals” MMC-yə 6 milyon 947 min 527 manat 30 qəpik,

“Azəri Med” QSC-yə 704 min 460 manat,

“Avromed Company” QSC-yə isə 3 milyon 641 min 959 manat 8 qəpik ödəyəcək.

Dövlət Satınalmalar Portalında məbləğləri fərqli olan hər 3 tenderin qalibinin eyni miqdarda, eyni adda dərman vasitəsi satmasını əks etdirən cədvəl yerləşdirilib.

Həmin dərman vasitələrinin cədvəlini təqdim edirik:
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
İTS eyni miqdarda dərmanı birindən 3,6 milyona, digərindən 6,9 milyona alır? - İcazə verin, şübhələnək...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nəcməddin Sadıqovun qaynı ilə tikinti maqnatı arasında qalmaqal (TƏFƏRRÜAT)

Tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus "Şərur" Mənzil-Tikinti Kooperativi (MTK) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Cərəyxanov Cərəyxan Abdullayeviçdir. Onun iddiası Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevin icraatındadır. Noybarın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

Mediada Cərəyxan Cərəyxanov Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qaynı kimi təqdim edilir. Onunla "Şərur" MTK arasındakı mübahisə isə mənzillə bağlıdır. Məsələ burasındadır ki, MTK-nın sahibi İsfəndiyar Axundovun Elmir Məhərrəmov adlı şəxsə borcu olub. Həmin şəxs İsfəndiyar Axundovun şirkətinə 26 520 manat dəyərində şifer verib, lakin pulunu ala bilməyib. İsfəndiyar Axundov borc müqabilində Cərəyxan Cərəyxanova məxsus mənzilin sənədlərini girov kimi Elmir Məhərrəmova təqdim edib.

Ötən il mediada Elmir Məhərrəmovun bu məsələ barədə açıqlaması dərc olunub. Açıqlamadan məlum olur ki, İsfəndiyar Axundov borcunu ödəmək istəmir. Cərəyxan Cəryxanova məxsus mənzilin sənədləri isə hələ də ondadır. (Qaynarinfo )
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Kayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”

“Yeni Kaledoniya sakinləri fransız xalqına qarşı deyil, bu ölkənin müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparırlar”.

Bunu Yeni Kaledoniyanın Lifu kommunasının bələdiyyə müşaviri Pyer Kayzi Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Biz fransızlarla mübarizə aparmırıq. Onlara böyük hörmətimiz var. Bu ölkənin müstəmləkəçilik siyasəti bizi qane etmir. Fransanın Prezidenti Emmanuel Makron sələflərindən daha çox müstəmləkəçilik xəttinə sadiqdir”, - o vurğulayıb.

Müşavir qeyd edib ki, Fransa Yeni Kaledoniya xalqının nailiyyətlərini azaltmağa çalışır, bununla da öz müstəmləkəçilik siyasətini həyata keçirir.

O, mübarizənin Makron hökumətinə qarşı olduğunu, hətta Fransanın Yeni Kaledoniyanı müstəqillik iddiasında olan ölkələr siyahısından çıxarmaq istəyinə baxmayaraq, mübarizənin davam edəcəyini vurğulayıb.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu müxtəlif xalqların Fransa metropoliyasında məruz qaldıqları haqsızlıq və təzyiqlərlə bağlı öz təcrübəsini bölüşmək imkanı verir: "Biz müstəmləkəçilik məsələlərini müzakirə etməliyik, çünki Fransanın müdaxiləsi ilə azadlıq üçün müraciət edənlər siyahısından çıxarıldıq".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Muğan Bank”dan sonra bu universitet də bağlanacaq? - GƏLİŞMƏ


Azərbaycan Mərkəzi Bankının (AMB) dünən qəbul etdiyi qərara əsasən “Muğan Bank” ASC müflis elan olunub. AMB-nin açıqladığı məlumatda qeyd edilir ki, “Muğan Bank” məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilən minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə bağlanıb.

AMB-nin qərarını daha anlaşılan şəkildə ifadə etsək, “Muğan Bank” artıq iflas ərəfəsində olub, bankda idarəetmə düzgün təşkil edilməyib, gəlirlilik aşağı düşüb, bankın özünə aid olan vəsaiti isə yetərli olmayıb. Əgər bank bu vəziyyətdə bir qədər də fəaliyyət göstərsəydi o, tam iflas olacaqdı və “Muğan Bank” bank sektoru üçün “zərərli maddə”yə çevriləcəkdi. Bu baxımdan bankın vaxtında bağlanması, kənar inzibatçının təyin edilməsi əhəmiyyətlidir.

“Muğan Bank”ın düşdüyü vəziyyət əslində onun sahibinin hansı durumda olduğunu da göstərir. Adıçəkilən bank Odlar Yurdu Universitetinin sahibi, keçmiş millət vəkili Əhməd Vəliyevə məxsus olub. Ə.Vəliyev bankı 1992-ci ildə, Odlar Yurdu Universitetini isə 1996-cı ildə yaradıb.

2023-cü ilin iyun ayına qədər bankın səhmdarları Ə.Vəliyevin kürəkəni Elmir Mehdiyev (67,75 faiz), qudası Fəridə Mehdiyeva (21,6 faiz) və qızı Vəfa Vəliyeva (10,65 faiz) olub. Qeyd edilən tarixdə bankın səhmdarları dəyişib və Ə.Vəliyevin iki oğlu əsas səhmdarlara çevrilib. Belə ki, Samir Vəliyev və Munir Vəliyevin hər biri bankda 40 faizlik paya yiyələnib. Kürəkən E.Mehdiyevin payı 0,78 faizə, V.Vəliyevamın payı 8,3 faizə, F. Mehdiyevanın payı isə 10,9 faizə düşüb.

Bu dəyişiklikdən sonra bankın yeni sahibləri Ə.Vəliyevin oğlanları olub. Ə.Vəliyevin oğlanları S.Vəliyev (böyük oğlu) Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədri, M.Vəliyev isə həmin universitetinin prorektorudur.

2023-cü ildə bankın formal sahiblərinin dəyişdirilməsi ondan xəbər verir ki, bankda maliyyə vəziyyəti yaxşı olmayıb, maliyyə vəsaitlərinin idarə edilməsi zamanı ciddi səhvlərə yol verilib. Belə olmasaydı, bütün bank sektoru 2023-cü ildə yüksək gəlir əldə etdiyi halda “Muğan Bank” zərərə uğramazdı.

“Muğan Bank”da yaranmış maliyyə vəziyyətindən isə belə anlaşılır ki, Vəliyevlərin maddi vəziyyəti yaxşı deyil və bu hal onların sahib olduğu bütün qurumlara sirayət edəcək.

Ə.Vəliyevin kassasının bağlanması, müflis olması Azərbaycanın ən böyük özəl ali təhsil müəssisələrindən biri olan Odlar Yurdu Universitetindəki maliyyə vəziyyətini də əks etdirir. Bu iniversitet yaradıldığı ilk illərlə müqayisədə son illərdə qəbul olan tələbələrin sayının azlığından əziyyət çəkir. 2000-ci illərin əvvəllərində universitetə həm çox tələbə qəbulu olurdu, həm də təhsil haqları yüksək idi. Son illərdə isə mənzərə dəyişib, həm tələbə azdır, həm də təhsil haqqı aşağıdır. İndi tələbə adını qazanmaq istəyənlərdə Odlar Yurdu Universitetinə əvvəlki maraq yoxdur.

“Muğan Bank” və Odlar Yurdu Universiteti uzun müddət bir-birinə iqtisadi dəstək verən iki qurum olub. Odur ki, onlardan birinin bağlanması digərinin çətin günlərinin sayını artıracaq. Bundan sonra Ə.Vəliyevin Odlar Yurdu Universitetini ayaqda saxlaması da çətin olacaq. //Sfera.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib - TƏFƏRRÜAT


Azərbaycan Vəkillər Kollegiyası hüquqşünas Xalid Bağırovu məhkəməyə verib.

Səbəb hüquqşünasın Meydan TV-də dərc olunmuş “Hakim oğlunun idman-fitnes biznesi” araşdırmasında Vəkillər Kollegiyasının ünvanına səsləndirdiyi fikirlərdir.

Araşdırmada söhbət Pirallahı Rayon Məhkəməsinin hakimi və sədri olan Faiq Qasımovun oğluna məxsus, Azərbaycanın idman və fitnes sektorunda böyük paya sahib “Push30” şirkətindən gedir.

Yazıda həmçinin Adil Faiq oğlu Qasımovun xarici işlər nazirinin oğlu ilə bağlılığı da diqqətə çatdırılıb.

Qeyd olunub ki, ölkədəki böyük şirkətlərlə yanaşı, Vəkillər Kollegiyası da “Push30”la müqavilə bağlayıb və bu səbəbdən kollegiyanın üzvləri endirimlərdən istifadə edir.

Xalid Bağırov isə Vəkillər Kollegiyasının müqavilə bağlamasını sorğulayır:

“Vəkillər Kollegiyası bu müqaviləni necə bağlayıb? Vəkillər Kollegiyasının büdcəsi necə formalaşır? Əlbəttə ki, vəkillərin verdiyi ödənişlər hesabına formalaşan büdcəsi var. O zaman bu büdcə necə xərclənir? Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu pulları necə xərcləyir? Necə olur ki, vəsaitin harasa xərclənməsi ilə əlaqədar müqavilə bağlayır?”.

“Bazarda bu sahədə fəaliyyət göstərən digər şirkətlər var idimi? O şirkətlər arasında müsabiqə keçirildimi? Niyə müsabiqə keçirilmədən müqavilə bağlanılır? Bax bu sualların açıq qalması, bu məqam özü göstərir ki, Vəkillər Kollegiyasının büdcəsinin xərclənməsində şəffaflıq yoxdur”, – hüquqşünas fikrini tamamlayıb.

Xalid Bağırovun dediklərindən narazı qalan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşı ilə əlaqə saxlayıb narazılığını bildirsə də, fikirlərinin dərc olunmasını istəməyib.

O, bunu Xalid Bağırovla münasibətlərinin gərginləşməməsi səbəbindən istəmədiyini deyib. Lakin kollegiyanın iki üzvü – Anar Qasımlı ilə Ruslan Mustafazadənin imzasıyla redaksiyaya göndərilmiş etiraz məktubu dərc olunub.

Həmin müraciətdə vəkillər Xalid Bağırovun ünvanına daha sərt təndiqlər səsləndiriblər.

Bundan sonra Vəkillər Kollegiyası Xalid Bağırovu məhkəməyə verib.

Kollegiya Meydan TV-nin yazısına görə Xalid Bağırovu məhkəməyə verərək iddia edir ki, hüquqşünas üzr istəsin, mətn də saytda “Təkzib” başlığı ilə yayılsın və Vəkillər Kollegiyasının hesabına 1000 (min) manat cərimə ödənilsin.

“Mən üzr istəyəcək heç bir fikir bildirməmişəm”, – Xalid Bağırov Meydan TV-yə deyib.

Hüquqşünas şikayətlə hələ tanış olmadığını, oxuduqdan sonra geniş cavab verəcəyini bildirib.

Xalid Bağırov 2014-cü ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.

Onun sözlərinə görə, Vəkillər Kollegiyası səbəb kimi onun Şəki Apelyasiya Məhkəməsində çıxışını əsas gətirib və bildirib ki, o, dövlətçiliyə qarşı çıxış edib, vəkilliyi nüfuzdan salıb:

“Mən demişdim ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, olsaydı belə qərar verilməzdi. Ona görə də vəkillikdən uzaqlaşdırılmağım sırf fəaliyyətimlə bağlıdır”.

2020-ci ildə Avropa Məhkəməsi hüquqşünasın hüquqlarının pozulmasını tanıyıb və Azərbaycan hökumətinin təzminat ödəməsinə dair qərarını açıqlayıb.

Bundan sonra da Xalid Bağırov Vəkillər Kollegiyasına bərpa edilməyib.

Adının açıqlanmasını istəməyən kollegiya üzvləri iddia edirlər ki, bu, sırf Anar Bağırovun istəyidir. Bu yolla vaxtilə tələbə yoldaşı olmuş Xalid Bağırovdan qisas alır.

Qisasa səbəb kimi tələbə olarkən hüquqşünasın ona yumruq vurması göstərilir. Lakin Xalid Bağırov bu barədə danışmaq istəmir.

Anar Bağırov isə Xalid Bağırovun kollegiyaya bərpası ilə bağlı sualları ətraflı cavablandırmır. //meydanTV//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Şans` Tibb Mərkəzində YAŞAM ŞANSI... SIFIRA BƏRABƏRDİR! - NARAZILIQ VAR...

Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzində hal-hazırda nevropatploq ixtisası üzrə həkim kimi fəaliyyət göstərən Eldəniz “həkim”in qoyduğu səhv diaqnoz və təyin etdiyi səhv müalicə nəticəsində 04 sentyabr 2023-cü il tarixdə koma vəziyyətində Şəmkir rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişəm, 3- gün reanimasiyada xüsusui nəzarət altında stasionar müayinə və müalicədən sonra 7-8 günə qədər yenidən Şəmkir rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinə yerləşdirilərək stasionar müainə və müalicə olunduqdan sonra müalicəmi evdə ambulator şəraitdə davam etdirirəm.
Gələk mətləbə; Eldəniz həkimin savadsız və səriştəsizliyi nəticəsində səhətimdə yaranan probilemlərlə bağlı aidiyyatı üzrə şikayət edəcəyimi həm özünə (050 646 66 37) həm də Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzinin rəhbəri Malik həkimə (050 311 31 53) məlumat verdikdən sonra, Eldəniz həkim yaxın münasibətim olan bəzi yoldaşlarla mənə şifahi şəkildə xəbər göndərib ki, Məhəmməd müəllimə deyin gəlsin mənim yaşadığım ünvara, müainə və müalicə üçün xərclədiyi pulun bir hissəsini 1000 (bir min) manat köməklik edim, heç bir yerə şikayət etməsin. Onsuz da harasa şikayət etsə belə Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarova mənim yaxın qohumumdur, onun şikayəti ilə mənə heç kim heç nə edə bilməyəcəkdir.
Əziz oxucular, əziz dostlar, təsəffür edə bilirsinizmi hansısa bir savadsız həkim, öz savadsızlığı ilə insanları ölümə məhkum edir və deyir ki, mənim adamım var, mənim arxam-dayağım var Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarova mənim yaxın qohumumdur, onun (yəni mənim) şikayəti ilə mənə heç kim heç nə edə bilməyəcəkdir.
Onu deyim ki, mən Eldəniz “həkimin” Sahibə Xanım Qafarovanın adını çəkdiyi üçün mən də burada Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə Xanım Qafarovanın adını hallandırdım ki, insanlara hər şey aydın olsun.
Qaldı ki, Şəmkir rayonununda fəaliyyət göstərən “ŞANS” tibb mərkəzinin rəhbəri Malik həkimə (050 311 31 53), Malik həkim bəyəm bilmirdimi ki, Eldəniz “həkim”i iş fəaliyyətinin son yaş həddinə görə dövlət xəstəxanasından təqaüdə göndəriblər, Malik həkim gətirib Eldəniz “həkim”i rəhbəri olduğu “ŞANS” tibb mərkəzində nevropatploq ixtisası üzrə həkim kimi fəaliyyət göstərməsinə şərait yaradıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112. Maddəsinin (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).
Eldəniz “həkim”ə kim hamilik edirsə etsin mən Eldəniz “həkim”in Azərbaycan Respublikasının qanunlarının tam ciddiyyəti üzrə cəzalandırılması üçün nə gərəkirsə edəcəm!

Onu da əlavə edim ki, sənədləşmə işlərini qaydasına qoyan kimi məhkəməyə də bu barədə rəsmi şəkildə şikayət edəcəm..
Hörmətlə, Məhəmməd İsmayıloğlu //dunyaninsesi.az//

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO