[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
19 mindən çox erməni Qarabağı tərk etdi - YENİLƏNİB


Qarabağı tərk edən ermənilərin sayı 19 min nəfəri keçib.

Bu barədə Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan məlumat verib.

Onlar əvvəlcə Gorusdakı qeydiyyat şöbəsinə göndərilir, sonra isə müxtəlif məkanlarda yerləşdirilirlər.

***

09:41

26 sentyabr, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 13 550 nəfər köçürülüb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlayıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“1 aydır ödəniş etmişik, məhsulu gətirib çıxarmırlar” - NARAZILIQ VAR!


Son vaxtlar karqo şirkətlərindən narazı qalanların sayı durmadan artır. Narazılıqların isə səbəbləri müxtəlifdir. Kimi sifarişin vaxtında çatdırılmadığından, kimi də ümumiyyətlə sifarişin icra olunmamasından şikayətlənir.

Oxşar problemlə qarşılaşan iki paytaxt sakini redaksiyamıza müraciət edib. Onlar eyni şirkətdən- “CAMEX”-dən şikayətçidirlər. Səbəbsə odur ki, bu vətəndaşlar xeyli müddət əvvəl Almaniyadan və Türkiyədən məhsul sifariş ediblər.

Sifarişin icrası üçün “CAMEX”-ə tələb olunan vəsait qabaqcadan ödənilib. Sifariş müqaviləyə əsasən 14 gün müddətində icra olunmalı olsa da aradan 1 aydan artıq vaxt keçib. Lakin, heç bir sifariş icra edilmir. Vətəndaşların bütün müraciətləri isə cavabsız qalıb.

Məsələyə aydınlıq gətirmək üçün “CAMEX” şirkəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin, şirkətin nə *2112 qaynar xətti, nə də ki, 070-267-03-05 əlaqə telefonuna cavab verən olmadı.

Şikayətlər artır...

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, son zamanlarda karqo şirkətləri ilə bağlı narazılıqlar xeyli artıb:

“Hazırda ölkəmizdə onlayn ticarət aparan 20-ə qədər şirkət var. Bu şirkətlər öz fəaliyyətlərini mövcud qanunvericiliyə uyğun qurmadıqları üçün daşıyıcı şirkətlərlə davamlı olaraq problem yaşayırlar. Nəticədə, istehlakçı ziyan görür. Gah istənilən məhsul yox, əvəzləyicisi gəlir, gah sifariş vaxtında icra olunmur.

Bəzi hallarda isə sifariş ümumiyyətlə icra edilmir. Bütün belə vəziyyətlərdə isə istehlakçının iradları qəbul olunmur. İndiki vəziyyətdə aldadılmış şəxs İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməlidir. İstehlakçının hüququ var ki, malı dəyişdirsin və sifarişi icra edilmədiyi təqdirdə pulunu geri alsın”.

“Şirkət müraciətlərə cavab vermirsə, bu, dələduzluqdur”

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevsə məsələnin hüquqi tərəfini izah edib:

“Burda iki məqam var. Bu ilk baxışdan mülki məsələdir. Əgər tərəflər arasında hansısa formada müqavilə bağlanıbsa və sifarişçi tərəf öz öhdəliyini yerinə yetirib tələb olunan pulu ödəyibsə, onda qarşı tərəf borcludur ki, öz öhdəliyini yerinə yetirsin. Qarşı tərəf bu və digər səbəbdən öhdəliyini yerinə yetirmirsə, onda sifarişçi məhkəməyə müraciət edə bilər.

İkinci məqam odur ki, saxta yolla hansısa şirkət yaradılır. Elan edilir ki, onlar onlayn ticarət həyata keçirirlər. Lakin, heç bir izah verilmədən sifarişçi incidilirsə, malı vaxtında çatdırmırsa, telefona cavab vermirsə, ünsiyyətdən qaçırsa, onda burda dələduzluq tərkibi var.

Bu artıq cinayət əməlidir. Belə vəziyyətdə aldadılmış şəxs ilkin olaraq həmin şirkətə rəsmi müraciət etməlidir. Bu müraciət onlayn da edilə bilər. Əgər şirkət cavabdan və ünsiyyətdən qaçacaqsa, bu vəziyyətdə vətəndaş polisə müraciət etməlidir. Bu müraciət əsasında da qarşı tərəfə cinayət işi başlanılır”.

Mövzunu diqqətdə saxlayacağıq. //Bizim.Media//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Məhkəmələr hələ də rüşvətlə “işləyir” - ARAŞDIRMA


Ölkəni cənginə almış narkomaniya bəlasının əsas qaynağı olan narkotik tacirlərinin həbs edilməsi elə təəssürat yaradır ki, bu problem tezliklə aradan qalxacaq. Yəni çoxları güman edir ki, davamlı mübarizə nəticəsində yaxın zamanda ölkəmizdə narkotik satışının kökü kəsiləcək, narkomaniya bataqlığına düşən valideynlərin ah-naləsi azalacaq.

Amma çox təəssüflə qeyd edirik ki, reallıq tamamilə fərqlidir. Məsələn, Azərbaycan reallığında hakimlər hətta Prezident fərmanının üstündən keçirsə, məhkəmə-hüquq sistemindəki islahatlar sadəcə kağız üzərində qalırsa, deməli, dövlətin narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı siyasəti uğurlu ola bilməz. Fikrimizi əsaslandırmaq üçün bir qədər keçmişə nəzər salaq.

Məlum olduğu kimi, 2019-cu ildə Prezident İlham Əliyev Azərbaycanda məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin fərman imzalananda çoxları ilə düşünürdü ki, tezliklə islahatlar öz bəhrəsini verəcək, hakimlər sifarişli və ədalətsiz qərarlar qəbul etməyi dayandıracaq, beləliklə ölkədə hüquq pozuntuları aradan qalxacaq və normal cəmiyyət formalaşacaq. Çünki cəmiyyətin inkişafı üçün ilk növbədə orada ədalət tərəzisinin “çaşmaması” lazımdır. Yəni cəmiyyətdə insan münasibətlərinin tənzimlənməsi üçün ədalətin cəmiyyətin kompası olması, yol göstərən arbitr kimi çıxış etməsi zəruridir. Əks təqdirdə, ədalətsizlik toplumun içində düşmənçiliyə, dövlətə qarşı inamın sarsılmasına gətirir, bu da öz növbəsində dövlətin çöküşünə zəmin yaradır.

Çox təəssüf ki, Prezidentin məlum fərmanının üstündən 4 ildən də çox vaxt keçməsinə baxmayaraq, ölkədə məhkəmə-hüquq sahəsində ciddi islahat nəzərə çarpmır. Doğrudur, formal olaraq müəyyən hakimlərin mantiyaları əyinlərindən çıxarıldı, onların yerinə gənc kadrlar gətirildi. Məsələn, son olaraq Ali Məhkəmə rəhbərliyində dəyişiklik olundu, sabiq kənd təsərrüfatı naziri İnam Kərimov bu qurumun sədri təyin olundu. Sözsüz, bunlar müsbət addımlardır, amma təəssüf ki, bu qərarlar nəticədə, yəni vətəndaşın hüquq və azadlığı sahəsində öz müsbət təsirini göstərmir. Hələ də ölkədə hüquq pozuntuları baş verir, cinayətkarlar azadlıqda gəzir, günahsız insanlar heç bir səbəb olmadan şərlənərək həbsə atılır və s. Bir sözlə, hələ də bizim məhkəmələr istədikləri şəxs haqda istədikləri qərarı çıxarmaqda “sərbəstdirlər”. Heç də təsadüf deyil ki, bu səbəbdən də həbsxanalarda yüzlərlə, minlərlə günahsız insan “yatır”. Bütün bunlar onu göstərir ki, Azərbaycanda Prezident fərmanının təsir mexanizmi hələ də işə düşməyib, sanki hansısa gizli əl islahatların önündə sipər yaradıb. Prezident fərmanının icrasına məsul olan şəxslər məhkəmə-hüquq sistemindənki islahatların dərinləşməsinə dəstək olmaqdansa, hər biri mövcud boşluqdan istifadə edib öz cibini doldurur, dövlətin mənafeyi şəxsi çıxarlara qurban verilir. Deyilənlərə misal olaraq son vaxtlar narkotik ticarəti ilə əlaqədar həbs olunmuş şəxslərin həbsxana rəhbərlərinin təqdimatı, məhkəmələrin qərarı ilə açılıb buraxılmasını göstərə bilərik. Çoxlarına sirr deyil ki, bu ittihamla həbsə atılan şəxslərin vaxtından əvvəl, yəni cəza müddətini bitirməmiş azadlığa buraxılması onların nümunəvi davranışından, yaxud islah olunmasından irəli gəlmir. Bu cür halların böyük əksəriyyəti məhz rüşvət hesabına başa gəlir. Bu baxımdan, güman etmık olar ki, vaxtından əvvəl azadlığa qovuşan narkotik alverçiləri məhz rüşvətlə həbsdən çıxırlar.

Yeri gəlmişkən, narkotik ticarəti ittihamı ilə həbsə girən şəxslərin bu cür yollarla azadlığa çıxması anlaşılandır. Çünki məhkəmələrə “azadlıq üçün verilən peşkəş” – pul elə narkotik alverçilərinin mənsub olduğu kriminal şəbəkədədir. Narkotik baronları isə öz adamlarını uzun müddət içəridə saxlamaqda maraqlı deyillər. Odur ki, həbs müddətindən 2-3 il keçdikdən, yəni cəza müddətinin 2/3-i başa çatdıqdan sonra narkobaronlar öz “əməkdaşlar”ını azadlığa çıxarırlar ki, öz ticarətləri “axsamasın”.

Gələk narkotik əməliyyatlarına. Bəllidir ki, ölkədə bir çox qurumlar, məsələn, DİN, DSX, DGK son illərdə narkotik ticarətinin çökdürülməsi ilə bağlı davamlı əməliyyatlar keçirirlər. Bu əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çxıarılmaqla yanaşı, demək olar ki, hər gün onlarla şəxs həbs edilir. Amma hamıya bəllidir ki, bu həbs olunanlar “kiçik balıqlar”, yəni kiçik həcmli narkotik satıcılarıdır. “Böyük balıqlar” isə heç vaxt tora düşmür, hətta onlar böyük pullar hesabına özlərinə bir növ “toxunulmazlıq” da əldə edə bilirlər...

Bəzi məqamlarda onun da şahidi oluruq ki, DİN, yaxud DSX tərəfindən həbs olunan şəxslər məhkəmələr tərəfindən sərbəst buraxılır. Baxmayaraq ki, həmin şəxslərin həbsi zamanı onların üzərində külli miqdarda narkotik, silah və s. daşınması qadağan olunan əşyalar aşkarlanır, lakin onlar məhkəmə ilə “anlaşaraq” həbsdən yayınmağı bacarırlar. Maraqlıdır, kifayət qədər dəlil-sübutla tutulan, törətdiyi əmələ görə layiqli cəza almalı olan narkodiler məhkəmədən əl-qolunu yelləyə-yelləyə, qanunu tapdayaraq çıxırsa, o halda narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı hansı uğurlu mübarizədən danışa bilərik?! Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, məhkəmələrin açıb-buraxdığı narkodilerlərin əksəriyyəti bu yolu dəfələrlə keçmiş, azadlıqdan həbsə-həbsdən azadlığa gedən yolda püxtələşmiş şəxslərdir.

Məsələn, gəlin məhkəmələrin azadlığa buraxdığı narkotik satıcılarının kontingentinə bir nəzər salaq. Mayın 16-da külli miqdarda narkotik dövriyyəsində ittiham olunan üç nəfər - Aslan Fərəcov, Mahmud Nəzərov və Asəf Səmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatdıqdan sonra Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qənaətinə gəlib və hökmə əsasən, təqsirləndirilən şəxslərin hər birinə bəraət verilib, məhkəmə zalından birbaşa azadlığa buraxılıblar. İttihamda isə deyilir ki, əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov xüsusi əməliyyat tədbirləri ilə tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda narkotik aşkar olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Hakim Samir Əliyevin sədrlik etdiyi hakimlər heyəti nədənsə belə qərara gəlib ki, əvvəllər dəfələrlə məhkum olunmuş bu üç şəxsi buraxmaq lazımdır, baxmayaraq ki, şəxsi axtarış zamanı onların üstündən külli miqdarda narkotik aşkarlanıb. Amma bu səbəbin nə olduğu bəlli deyil.

Eləcə də, külli miqdarda qanunsuz narkotik daşımaqda ittiham olunan Saleh Əliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Saleh Əliyevin cinayət əməli törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

Halbuki, Saleh Əliyev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı tutulduğu qeyd olunur. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Daha bir neçə faktı dəyərli oxucuların diqqətinə çatdıraq:

Sentyabrın 19-da Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb və araşdırma zamanı saxlanılanların əksəriyyətinin əvvəllər də analoji, eləcə də digər cinayət əməllərinə görə məhkum edildikləri məlum olub. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin ("patı"), 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Diqqət edin, bu şəxslər hamısı keçmiş məhkum olunanlardır.

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları növbəti əməliyyat həyata keçiriblər və əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ç.Ağayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılıb. Ondan 1 kiloqramdan çox narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə ittiham elan olunub. Maraqlısı budur ki, Ç.Ağayev dəfələrlə bu maddə ilə həbs edilib.

Belə anlaşır ki, Azərbaycanda məhkəmələrdə qanun yox, pul rol oynadığı üçün bu qəbildən neqativ hallar artıq “məhkəmə ənənənəsi” halına gəlib. Deməli, Azərbaycanda “qanunüstü fövqəladə” şəxslərin yazılmamış toxunulmazlıq qanunu dövlət qanunundan üstündür. Belə çıxır ki, məşhur el məsəlində deyildiyi kimi, biz “uzunqulağı qoyub, palanı döyəcləyirik”.

Çox təəssüf ki, məhkəmələrin bu cür qərarlar verməsi ölkədə narkotiklərlə qarşı mübarizənin uğursuz olmasına səbəb olur, qanunun hamı üçün eyni olması prinsipinə xələl gətirir. Bu baxımdan məhkəmə islahatları aparılırsa, ilk öncə məhkəmələrin həqiqətən də azad olub-olmamasına baxmalıyıq. Bəli, istisna olaraq bir neçə hakimin ədalətli qərar verməsi halları var, amma bu azlıq təşkil edir. Hakimlər kontingentinin əksəriyyəti qanunu, ədaləti yox, özlərinə məlum olan müəmmalı səbəblərdən rüşvət şakərindən əl çəkə bilməyərək, polis əməliyyatları ilə həbs edilmiş narkotik alverçilərini təmizə çıxararaq cəzadan xilas etməkdə, ölkədə gedən narkotik mübarizəsinə xələl gətirərək narkotik cinayətkarlarına azadlıq bəxş etməkdə püxtləşiblər. Bəs, bu onların yaşadıqları cəmiyyətə və dövlətə xəyanəti deyilmi? //hurriyyet.az//
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşı elə çilədən çıxarırlar ki... - NARAZILIQ VAR!

"Şikayətim "Uber" şirkətindəndir. Normalda həmişə problemi "Bolt"da yaşayıram və dəfələrlə də şikayət etmişəm. "Uber" mənə görə ən yaxşısı idi. Amma son zamanlar təəssüflər olsun ki, "Uber" dəhşət problemli olmağa başlayıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ülviyyə İsmayılova adlı istifadəçi giley edir.
Vətəndaşı elə çilədən çıxarırlar ki... - NARAZILIQ VAR!

Narazı vətəndaş daha sonra yazır: "Dünən təcili getməli olduğum yer olduğu üçün tələsik taksi çağırmışam. Boltda qiymət çox şişirdilmişdi deyə Uberdə sifariş etmək qərarına gəldim. Üstümdə də nəğd pul yox idi kartla vurdum sifarişi. Sürücü qəbul edib yaxınlaşmağa başladı amma çatana yaxın yolu dəyişib başqa istiqamətdə irəlilədi. Sonda tanımadığım, ünvana yaxın hardasa saxlayıb çatdını vurdu. Mən əlaqə saxladıqda isə proqramın onu binanın arxasına apardığını dedi. Təsvir edərək ünvana yaxınlaşmasını xahiş etdim sürücüdən. Amma gəl gör ki, sürücü nə telefona cavab verdi, nə də ünvana yaxınlaşdı. Çox gecikdiyimi görüb ləğv elədim sifarişi. Sağolsunlar boş yerə məndən 3 AZN minimal sifariş haqqı tutdular ki, elə mənim yolum 4 AZN idi. Xülasə, orda yetəri qədər əsəb keçirdikdən sonra nə qədər baha olsa da, boltda sifariş edim dedim artıq çünki başqa yolum qalmamışdı. Bolt da sağolsun 10-15 dəqiqə arası taksilər göstərdi mənə. Təxminimcə heç kim kart olduğuna görə qəbul eləmək istəmirdi. Yarım saat fırlandı, taksi tapmağa çalışdı, sonda biri qəbul etdi, o da 12 dəqiqəyə yaxınlaşacaq göstərdi. O qədər gözləyə bilmədiyim üçün ləğv elədim. Yol maşınlarından maraqlandım ki, heç olmasa görüm onlarla gedə bilirəm yoxsa yox. Onların da heç birində c2c üçün kart olmadığına görə uzun proseslərdən sonra elə metroyla getmək qərarına gəldim. Halbuki başdan metroya getsəydim çoxdan da çatmış olacaqdım. Metroda da bizim tələbə izdihamıyla qarşılaşıb, 2-3 vaqon qaçırıb, özümü güclə hansınasa atıb, min bir əziyyətlə axır ki, gedəcəyim yerə kifayət qədər gecikərək çata bilmişəm.
Buna görə də mənim Bolt, Uber Azərbaycan və tələbələrdən şikayətim var...
Artıq təməl ehtiyyaclarım məcbur etmədikdən sonra da evdən çıxmamağa qərar vermişəm..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Şahramanyanın Azərbaycandan Xankəndi xahişi - BƏZİ DETALLAR

Sentyabrın 21-də Yevlaxda keçirilən görüşdən sonra qondarma rejimin başçısı Samvel Şahramanyanın təmsilçiləri Azərbaycan tərəfi ilə fəal əlaqə saxlayırlar.

DİA.AZ Ölkə.Az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” erməni nəşri yazır.

Qeyd edilir ki, iclasda azərbaycanlılar bir daha özlərinin prioritet tələblərindən birini təkid ediblər. Qarabağın “hakimiyyəti” dövlət strukturlarının və təsisatlarının ləğvini elan etməli, Xankəndindəki bütün dövlət qurumlarının binalarına Azərbaycan bayrağı asılmalıdır, inteqrasiya başlamalıdır.

“Şahramanyan Azərbaycan tərəfindən Xankəndiyə girişi təxirə salmağı xahiş edib və bildirib ki, şəhərdə artıq təsvirolunmaz çaxnaşma hökm sürür.

Qarabağı tərk etmək istəyənlərə humanitar dəhliz veriləcəyi ilə bağlı razılıq əldə olunub”, - nəşr bildirib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KİV: Paşinyan Qarabağı könüllü tərk edən erməniləri ölkəsinə buraxmaq istəmir

“Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən ermənilər heç bir halda İrəvanda yerləşdirilməməlidir”.

“Hraparak”ın məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz komandasının üzvlərinə xəbərdarlıq edib.

Onun sözlərinə görə, əks halda onlar Ermənistan hakimiyyəti üçün “saatlı bomba”ya çevrilə bilər.

“Ermənistan hakimiyyəti hesab edir ki, Rusiya sülhməramlıları 20 minə yaxın erməninin Qarabağda qalmasını təmin etməyə çalışacaqlar”, - deyə Ermənistanda dərc edilən nəşrdə iddia edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Evi geri qaytarsam da, ödədiyim pulu ala bilmirəm” - “4 Qardaş” MTK-nın yoldaşlığı yox imiş...


Bakı şəhər sakini Faidə Əkbərova kreditlə aldığı mənzili notarial qaydada geri qaytarsa da, ödədiyi pulu geri ala bilmədiyini deyir.

Üzləşdiyi problemlə bağlı “Qafqazinfo”ya müraciət edən F.Əkbərova bildirib ki, 4 aydır mənzildən imtina edib.

Buna səbəb isə aldığı mənzilin eyvanının qarşısında başqa bir binanın tikintisi olub: “Bu ilin may ayında Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şosesində yerləşən “4 Qardaş” MTK-nın tikdiyi binadan ümumi sahəsi 48,61 kvadrat metr olan, göl mənzərəli mənzili müqavilə ilə 60 aylıq kredit əsasında aldıq. Mənzillərin satışı zamanı ilkin ödəniş nəzərdə tutulmasa da, 4800 manat ödədim. Lakin az sonra eyvanın düz qarşısında başqa bir binanın tikildiyi məlum oldu və biz müraciət edərək həmin mənzildən imtina etdik.

Notariusda mənzildən imtina ilə bağlı sənəd təqdim etdik və evi MTK-nın rəsmi şəxslərinə təhvil verdik. Bizə qısa müddətdə pulumuzun qaytarılacağı bildirilsə də, heç bir ödəniş edilmir. Deyilənə görə, mənzil üçün beh veriləndə və daha sonra imtina edəndə 800 manat geri qaytarılmır. Mən bununla razılaşdım və 4 min manatımın verilməsini tələb etdim. Lakin MTK rəhbərliyi, Anar adlı şəxs həmin pulumu da mənə qaytarmır”.

Onkoloji xəstəlikdən əziyyət çəkən və onurğasından cərrahi əməliyyat edilmiş şikayətçi bildirib ki, məsələ ilə bağlı polisə müraciət ediblər: “Biz pulumuzun ödənilmədiyini görüb 102-yə müraciət etdik. Ərazi üzrə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində olduq və şikayət ərizəsi yazdıq. Lakin hələ də ərizəmizə baxılmayıb və qarşı tərəfin vurduğu ziyanın ödənilməsi təmin edilməyib”.

DİN-in Mətbuat Xidmətindən bildirilir ki, qeyd edilən məsələ mülki xarakterlidir: “F.Əkbərova bununla bağlı məhkəməyə müraciət edə bilər”.

“4 Qardaş” MTK-nın direktoru Cavid Hüseynli məsələ ilə bağlı bildirir ki, F.Əkbərovanın geri qaytardığı ev satışa çıxarılıb: “Bizim onunla müqaviləmizdə də qeyd edilib ki, mənzil satışa çıxarılır və satılandan sonra daha əvvəl evi almış şəxsin ödədiyi pul geri qaytarılır. Hazırda həmin mənzil satışdadır. Satış həyata keçirilən kimi vəsait geri qaytarılacaq”.

“Qafqazinfo”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Quba meşələri: Elvin Baxışov ağacları niyə məhz gecələr doğratdırır? - ÖZBAŞINALIQ!


Bir müddət əvvəl “Dəryaz” qəzeti redaksiyasına daxil olan məlumat və ona əlavə olunan video-foto görüntülər əsasında “Deryaz.az” saytında “Quba meşələri belə məhv edilir” sərlövhəli məqalə dərc olundu. Təqdim edilən materialda Quba meşəsinin 11-ci və 5-ci dolayında 300-dən çox ağacın kəsilməsindən və başqa nahiyələrdə də minlərlə ağacın məhv edilməsindən bəhs olunurdu.

Məqalədə ehtiva olunan məlumatları, video-foto faktları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinin, o cümlədən, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın vatsap nömrələrinə mesaj kimi göndərdik. Araşdırma aparılacağını vəd etsələr də, nəticə olmadı.

Məlum məqalə dərc olunmazdan əvvəl stasionar telefonla əlaqə yaratmaq cəhdimiz baş tutmayan Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Elvin Baxışovun mobil nömrəsini əldə edərək qeyd olunan faktlarla bağlı münasibət bildirməsini xahiş etmişdik. Elvin Baxışov məsələlərə münasibət bildirmək əvəzinə «Verə bilərsiniz, buraxın mətbuata, onu hüquqi cəhətdən araşdıracağam, özüm hüquqşünasam. Amma, bu şantajla bağlı arxasında dayanarsan» cavabını vermişdi.

Redaksiyamıza daxil olmuş məlumatların izi ilə Qubada ağacların məhv edildiyi ünvanlardan birinə — Amsar kəndinə getdik. Şikayətlənən sakinlər xahiş etdilər ki, gecəni kənddə keçirək, çünki “yaşıl soyqırım” daha çox məhz gecələr baş verir. Həqiqətən də gecə yarısı, saat 12-01radələrində ağac doğrayan motorlu mişarların səsi qulaq batırırdı. Düzü, gecə ikən meşəyə yollanıb cinayətkarları fakt üstündə yaxalamağa ürək eləmədik. Çünki əllərindən nə desən, gələ bilərdi. Səhər açılandan sonra getdik, torpaq üzərində qalmış “Qaz-66” yük maşınının təkərlərinin izinə düşüb irəlilədik və ağacların qırıldığı sahəyə çatdıq.

Sağlam ağacların doğranılmasının məhz gecə həyata keçirilməsi onun göstəricisi idi ki, kəsinti qanunsuzdur, necə deyərlər, “gecəni xəlvət görən tülkülərin işidir”. “Sanitar qırma” adı ilə doğranıb əldə olunan material son iki ildə Amsar kəndində fəaliyyət göstərən Abduləzizin və digər şəxslərin işlətdiyi taxta və parket sexlərinə təhvil verilir ki, onların da birbaşa ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə məxsus olduğu deyilir. Beləliklə, Elvin Baxışov Muxtar Babayevdən “meşələri qorumaq” tapşırığı deyil, onun regiondakı qanunsuz ağac biznesini idarə etmək tapşırığı alıb. Odur ki, Mərkəz rəisini nazirə şikayət etmək sadəlövhlükdür.

Mövzunu davam etdirəcəyik...

Deryaz.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Fevral ayından bəri maaşlarını ALA BİLMİRLƏR... - GİLEY


Naxçıvpoçt”un əməkaşları beş aydır ki, maaş almadıqlarını bildirirlər. Buna səbəb kimi isə dövlət büdcəsində maliyyənin olmaması göstərilir.

DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a bir qrup poçt işçisi məlumat verib.

Əvvəllər publik hüquqi şəxs olan „Naxçıvpoçt” avqustun əvvəlindən Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazrliyinin tabeliyinə verilib. Poçt işçilərindən B. Nağıyev deyir ki, əvvəl maaşın verilməməsinə səbəb təhvil-təslim işlərinin başa çatmaması göstərilibmiş:

“Naxçıvanda siyasi dəyişkilikdən sonra bütün idarələr kimi bizim idarədə də maaşlar gecikdirilir. İdarə hüquqi şəxs olanda maaş problemini mətbuatda işıqlandırdıq, 1-2 aylığını verdilər. Sonra yenə dayandırdılar. Avqust ayında dedilər ki, iflas olduğundan nazirliyini tabeliyinə verilir. Sevindik ki, nəhayət maaşlarımızı ala biləcəyik. Öncə dedilər ki, təhvil-təslim bitsin, bütün maaşlar veriləcək. İndi də deyirlər ki, büdcədə pul yoxdur. Bu necə nazirlikdir ki, işçilərinə verməyə pul tapa bilmir?”

Digər şikayətçi A. Qasımov deyir ki, maaş tələb edənləri isə, işdən çıxarmaqla hədələyirlər:

“Fevral ayından maaş almırıq. Başqa gəlir yerimiz də yoxdur. Məktəblər açıldığına görə, xərclərimiz də artıb. Övladlarımızın ehtiyaclarını ödəyə bilmirik. Hamımız borc içindəyik. Bəzilərimiz ehtiyaclarımızı ödəmək üçün banklardan kredit də götürmüşük. Vəziyyətimiz günü-gündən ağırlaşır. Maaşlarımızı isə vermirlər. Deyirlər ki, büdcədə pul yoxdur. Bəs bizim yığıb verdiyimiz pullar hara gedir ki, maaşa pul qalmır? Bizi onsuz da aşağı maaşa işlədirlər. Axşamlar növbətçi də qalırıq. Aldığımız isə minimum əmək haqqı miqdarında - 310 manatdır. Bu gün, sabah edə-edə aylar keçir. Tələb edəndə də deyirlər ki, ərizəni yaz işdən çıx. Mən 15 ildir poçta işləyirəm. Yaşım da keçib. Başqa iş əlimdən gəlmir. İşdən çıxsam belə iş tapa bilməyəcəyəm.”
Naxçıvanda 7 rayon filialı, 175 poçt bölməsi var və burada yüzlərlə işçi çalışır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“MKT İstehsalat Kommersiya” MMC-nin direktorunun özbaşınalığı... - işçilər narazıdır


"MKT İstehsalat Kommersiya” MMC-nin bir qrup əməkdaşı şirkətin baş direktoru Rövşən Həsənovun fəaliyyətindən narazıdır. DİA.AZ xəbər verir ki, bu barədə İnterpress.az-a MMC-nin bir qrup işçisi məlumat verib.

Onların sözlərinə görə, R.Həsənov əksər vaxtlarda heç işdə olmur və şirkəti guya kənardan idarə edir. Amma həmin müddətdə R.Həsənovun kef-damağda, eyş-işrət məclislərində vaxt keçirdiyi iddia olunur.

Buna görə də şirkətin fəaliyyətinin zəiflədiyi, əvvəlki templə işləmədiyi bildirilir.

Bununla yanaşı şirkət rəhbərinin işçiləri bəzi hallarda əsassız yerə işdən çıxardığı, onların əməkhaqqını kəsdiyi də qeyd edilir.

Hətta bir müddət əvvəl bu ilin əvvəlində "MKT İstehsalat Kommersiya”MMC və şirkətin Biləsuvar filalı məhkəməyə verilib.

Mətbuatda yayılan məlumata görə, iddiaçı Əliyev Nicat Elsevər oğlu işə bərpa və əmək haqqının ödənilməsi ilə şirkəti məhkəməyə verib. İş apellyasiya mərhələsinə qədər gedib çıxıb.

Bununla yanaşı ölkədə pambıqçılığın inkişafı ilə məşğul olmaq üçün fəaliyyət göstərən bu qurumun indi bütün günü dövlətdən ayrılan vəsaitləri mənimsəməsi üçün yollar axtardığı iddia edilir.

İddiaya görə, şirkət rəhbərinin rüşvət, korrupsiya və mənimsəmə yolları ilə sahib olduğu sərvətinin və mülklərinin yalnız cüzi hissəsi öz adınadır. Onun bir çox mülklərinin ən yaxın qohumlarının adına sənədləşdirdiyi iddia edilir.

“MKT İstehsalat Kommersiya” MMC-nin direktorunun özbaşınalığı...

Məlumat üçün bildirək ki, R.Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı 2019-cu ilin dekabr ayında keçirilən müşavirədə yol verdiyi səhlə tanınır.

O, ölkə rəhbərinin hüzurunda ictimaiyyətə səhv məlumat verərkən dövlət başçısı Prezident İlham Əliyev onun səhvini düzəldib. Belə ki, müşavirədə "MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Rövşən Həsənov çıxış edərkən yalnışlığa yol verib. Belə ki, o "Avstraliya” əvəzinə "Avstriya” deyib. Prezident isə onun sözünü kəsərək səhvini düzəldib.

"MKT İstehsalat Kommersiya” MMC-nin baş direktoru Avstriya ilə Avstraliyanı qarışdırıb.

Həmin mövzuda baş tutan dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Siz deyirsiniz ki, məhsuldarlığa görə MKT dünyada ilk onluqdadır. Ən çox məhsuldarlığı olan ölkələr hansılardır? Sizdə bu məlumat var?

Rövşən Həsənov: Bəli var, cənab Prezident. İlk onluqda olan ölkələr Çin, İsrail, Avstriya, Braziliya, Meksikadır.

Prezident İlham Əliyev: Avstriyada da pambıq yetişdirilir?

Rövşən Həsənov: Çox üzr istəyirəm, Avstraliya, Braziliya, Meksika, Yunanıstan.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...