[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Carçıoğlu` ilə bağlı hüquqi araşdırma başlasa... - İTTİHAM VAR!

Neçə müddətdir ki, ilk əvvəl "İdxal" MMC adı altında əsasən spirtli içkilərin satışı ilə məşğul olan "Carçıoğlu Qrup" MMC-nin dövlət büdcəsindən yayındırdığı çilyonlarla bağlı ilginc faktları təqdim etməkdədyik. DİA.AZ olaraq məlumat vermişik ki, "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev bu vaxta qədər çox böyük məbləğdə vəsaiti - ən azından 150 milyonluq pulun vergisini büdcədən yayındırıb.

Bizim bununla bağlı əlimizdə müəyyən qədər sübutlarımız var və bu barədə redaksiyamıza davamlı olaraq şikayətlər göndərilir.

Redaksiyamızın əldə etdiyi son məlumatlardan aydın olur ki, özünü hər yerdə "yuxarıların adamı" kimi göstərməyə çalışan "Carçıoğlu Qrup" MMC-nin rəhbəri Elçin Carçıyevdən artıq hüquq-mühafizə orqanlarına şikayət olunub.

Şikayətin araşdırılması üçün yaxın günlərdə müsbət qərarın veriləcəyi gözlənilir.

Onu da qeyd edək ki, E.Carçıyev bir çox ünvanlarda özünü ciddi məmurlardan birinin adamı olaraq təqdim edir. Bu barədə növbəti geniş yazımız olacaq. Hər halda, Carçıyev unudur ki, dövlətin üstündə hansısa məmurun marağı dayana bilməz...

Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ələzəpin yollarının `işi duaya qalıb` - AXI NİYƏ?!

Bəli, sentyabr ayı Azərbaycan tarixində böyük itkiləri və böyük Qələbə qazancı ilə yazıldı.

2020-ci ildən bəri bu ay xalqımız üçün ağır keçir. Hətta, keçmək bilmir.

Üç ildir biz bu fərəhli ağrı ilə yaşayırdıq, üç il sonra - bu ilin sentyabr ayı da antiterror əməliyyatı və yenə də qəhrəman oğullar itkisi, tam qələbə qazancı ilə tarixi təzələdi.

Amma, bu il torpaq uğrunda canını verən oğullar - üç ildir problemlər üzündən intihar edən qaziləri, qurumlar qarşısında günlərlə gözləyən, etiraz aksiyaları keçirən şəhid ailələrini, qaziləri, veteranları görən oğullar idi. Məhz bu səbəbdən onlardan bəziləri dərk edən bir çox qurum rəhbərləri, məmurlar üçün bir ömürlük xəcalət damğası vurmuş oldu.

Yardımlı rayonundan olan Nəcməddin Quliyev adlı qəhrəman şəhidimiz, şəhid olacağını hiss edirmiş kimi, cəbhədə olarkən dostuna onun qan pulu ilə yaşadığı kəndin yollarının çəkilməsini vəsiyyət edir. İllərdir bərbad vəziyyətdə olan o, yollar qəhrəmanın sayəsində tələm-tələsik, torpaq üstünə də olsa, çəkildi.

Bundan əlavə, Astara rayonunun Şəmətük kəndindən olan şəhid Eynəliyev Samrat İkram oğlunun cənazəsi yaşadığı mənzilə gətirilərkən, görüntülərdə də əks olunur ki, kəndin cavanları əllərində bel küçəyə yenicə tökülmüş xırda daşları yayırlar, rayon rəhbərliyinin, yerli bələdiyyənin "üzünü ağartmağa" çalışırlar.

İlla ki, nələrisə qazanmaq üçün daha böyük itkilərmi verməliyik?

Onsuzda 30 illik utancımızdan qurtulmaq, respublika ərazisinin 20 faizini geri almaq - bir sözlə zəfəri qazanmaq üçün minlərlə igid oğullar itirdik. hBir də yol çəkdirmək üçünmü itirməliyik?

Yeri gəlmişkən, "DogruXeber.az"ın məlumatına gğrə, şəhid Raqim Hadıyevin doğulduğu Lənkəran şəhər Ələzəpin kəndinin yolları üç il əvvəl İcra başçısı Taleh Qaraşovun çəkdirəcəyinə söz verməsinə baxmayaraq, üç ildir ki, sözünü tutmur.

Şəhidin anası Nəzakət xanım Hadıyeva oğlunun məzarını ziyarət etmək üçün hələ də 3 kilometrlik çala-çuxur yolları kolun-kosun içi ilə piyada getmək, balasının anım günlərini tək qeyd eləmək məcburiyyətində qalmaqdadır.

Yolsuzluq səbəbilə şəhid ailələri və şəhidimizi ziyarət etmək istəyən digər vətəndaşlar həmin kəndə gedə bilmirlər.

Nəzakət ananın sözlərinə görə üç il əvvəl, ananın bir neçə dəfə ölkə başçısına müraciətindən sonra cəmi bircə dəfə Raqim Hadıyevin ziyarətinə gedən Taleh Qaraşov yolda yaşadığı çətinliklərin təsiri ilə "odlu-alovlu çıxışı"nda tezliklə yolu çəkdirəcəyinə söz verib. Lakin, tez-tez rayon ərazisindəki tikintilərə "patron"luq edən oğlunun işi və bahalı avtomobilləri, özünün az qala ölkənin yarısını əhatə edən mülkləri ilə mətbuatın gündəmində yer alan T.Qaraşov təqribən iki aydan çoxdur ki, şəhid anasının onun vədinə sadiq olmadığı iddiası ilə "Kanal14"ün gündəmində yer alır. Görünən isə odur ki, mətbuatda yer alan məlumatlar da, şəhid anasının tələbi də Qaraşov üçün "mənasız, boş söhbətlər" sırasında yer alır. Elə onun bucür "soyuqqanlılığı"na görə yenə də əlac qalır onu tutduğu vəzifəyə təyin edən ölkə başçısına. Onsuz da ölkə başçısı, "siz xalqın xidmətçisisiniz" deyib vəzifəyə təyin etdiyi "ağalar"ın yerinə də özü işləmək məcburiyyətində qalır.

Artıq, illərdir ki, məmur tərəfindən hüquqları pozulmuş vətəndaşlar mətbuata axışır və mətbuat vasitəsilə ölkə başçısına üz tutub, ondan kömək istəyirlər.

Yalnız bundan sonra məsuliyyət hiss edən bəzi qurumlar bu müraciəti nəzərə alıb vətəndaşın problemini aradan qaldırmağa çalışır, Taleh Qaraşov kimi rəhbərlər isə ...

Eh... nəisə...

Yeri gəlmişkən, onu da qeyd edək ki, Nəzakət ananın bir tələbi kəndin yollarının düzəldilməsidir, digər istəyi isə şəhid ailələri üçün nəzərdə tutulmuş və onlara təqdim edilmiş bir otaqlı mənzilin iki otaqlı ilə əvəz edilməsidir.

Bildirir ki, heçolmasa iki otaq verilsin ki, birinə balamın əşyalarını yerləşdirim, onun otağı olsun.

Güman edirik ki, onun bu arzusunu aidiyyatı qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərə alacaq.

Ən azından buna ümid edirik.

Mövzuya yenidən qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
KTN sistemində nazirin sözü KEÇƏRLİ DEYİLMİ? - İLGİNC İDDİALAR...


Kənd Təsərrüfatı Nazirliyinə dair bəzi informasiyalar gəlməkdədir.Geniş tərkibdə kadr dəyişikləri olacaq və s. Bununla bərabər, nazir Məcnun Məmmədovun təyin etdiyi kadrların nədənsə qısqanclıqla qarşılanması xəbəri də var.

DİA.AZ-ın Faktinfo.az saytına istinadən məlumatına görə, sentyabr ayının əvvəli "Aqroservis" ASC-yə İlqar Məhərrəmovun sədr müavini təyin edilməsi, bir neçə gün sonra isə ASC-nin sədri Elmin Rəhmanova yaxın olduğu söylənilən Ramin Əliyevin sədr müavini vəzifəsindən çıxarılması "Aqroservis"ASC-də qısqanclıqla qarşılanıb. Eləcə də, bir neçə aydan sonra İlqar Məhərrəmovun Elmin Rəhmanovu əvəzləyəcəyinə dair fikir yaranıb.

Qeyd edək ki, son illər "Aqroservis" ASC-dən narazılıqlar artıb, Prezident Administrasiyasına, saytlara şikayət ərizələri göndərilib. Qurumun Şəmkir Regional İdarəsinin Qazax rayon bölməsinin işdən çıxarılan mühasibi, Ağstafa bölməsinin mühəndis-mexaniki tərəfindən şikayətlər edilib.Həmçinin, Tovuz, Göygöl, Zaqatala, Yevlax, Ucar və bir sıra rayon bölmələrindən şikayətlər olub.

Ümumiyyətlə, "Aqroservis" ASC-nin rayon bölmələrinə son 2 ildə təyin edilən müdir və anbardarların kimliyi, hansı səbəbdən təyin edilmələri mübahisələr doğururb.O cümlədən, arpa və buğda biçini ilə bağlı kombaynların icarəyə verilməsi prosesində narazılıqlar yaranıb,kombaynların bəzi şəxslərdən geri alınması şikayətlərə səbəb olub.Eləcə də,saytlarda Xaçmazda fəhlə işləyən Bayramov Rövşən Sabir oğlu adlı şəxsin "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə 17 milyon manat civarında pambıqyığan kombaynı necə alması mübahisələndirilib.Həmçinin,gübrə satışı və s. məsələlərlə bağlı qaynar xəttə şikayətlər edilib,saytlara elektron məktublar ünvanlanıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Vətəndaşın başına görün, nə oyun açıblar... - TƏFƏRRÜAT


Tərtər rayon sakini, hal-hazırda Xəzər rayonunun Qala qəsəbəsində yaşayan İsmayılzadə Elzamin Yaqub oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, maşınını satdığı adam onu aldadaraq, pulunu vermir:

"Mən, İsmayılzadə Elzamin Yaqub oğlu, yazaraq bildirirəm ki, taksi fəaliyyəti ilə məşğul olmaq üçün 2016-ci ildə "Bank of Baku"dan kredit götürüb maşın aldım. Həyat yoldaşımın səhhətində problem yarandı, həkimlər dedilər ki, əməliyyat olunmalıdır. 1000 manat pulum çatmadığından, maşınımı satdım.

Maşını satdığım adamla notarius vasitəsilə borc müqaviləsi bağladıq. Mənən 2000 dollar pul verib, qalanını 1 il içərisində ödəyəcəyi ilə razılaşdıq.

Həmin vaxt yoldaşımın əməliyyatına görə çox narahatlıq keçirirdim və bu çaşqınlıqla həmin şəxsə etibarnamə vermişəm. Həmin şəxs də maşını başqa bir adama satıb, özü isə Rusiyaya gedib.

Bunu biləndən sonra məhkəməyə müraciət etdim. Başıma olmazın oyunlar açdılar. Maşın əldən-ələ satıldığı üçün, mən artıq 6-cı adam olmuşam. Məhkəmənin əli ilə maşına həbs qoyuldu. Sən demə, maşını axırıncı alan QHT rəhbəri Rasim müəllim imiş. O, məni hədələyərək şikayətimi geri götürməyimi tələb etdi.

Hal-hazırda mənə borclu olan adam Azərbaycandadır. Lakin o, mənə borcunu ödəməkdən boyun qaçırır. Həmin şəxsin maşını da var, pensiya da alır, amma pulumu ödəmir.

Məhkəmənin qərarı ilə 1 dəfə həmin şəxsin pensiyasında kəsib, pulumun müəyyən hissəsini verdilər. Mən indi icra nümayəndəsinə zəng vurmalıyam, xahiş etməliyəm ki, "sən Allah, mənim pulumu al ver". İcraçıların işlərinin adı nədir ki? Bu adamlar həmin vəzifəyə niyə gətirilir? Sanki icra əməkdaşları o pulları ciblərindən verirlər. Məhkəmə qərarı, müqaviləm ola-ola 6-7 ildir pulumu ala bilmirəm. Ancaq “Bank of Baku” məndən faiziylə həmin pulu aldı.

Məni məcbur edirlər ki, Prezident Aparatının, yaxud da nazirliyin qabağında aclıq aksiyası keçirdim, həyatımı sonlandırım”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Optimal Elektronika” ilə əməkdaşı arasında qalmaqal - İŞ MƏHKƏMƏLİK OLDU...

"Optimal Elektronika" MMC məhkəməyə verilib.

DİA.AZ 32gun.az-a istinadla xəbər verir ki, işdən haqsız olaraq çıxarıldığını iddia edən Sifahanov Zamir Abbasəli oğlu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib.

Hakim Kərim Xudayev icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbindən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 11485360 AZN olan "Optimal Elektronika" MMC-nin qanuni təmsilçisi Əhəd Əsgərov Tofiq oğludur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ruslan Əliyevin bu işi araşdırılarsa... - İTTİHAM VAR!
"Xatırladım ki, SOCAR-ın Azəriqaz İB - nə 01 Noyabr 2019 cu ildən Ruslan Əliyev baş direktor kimi rəhbərlik edir. Həmin müddətdən milyonlarla istehlakçıların əsasız olaraq Azəriqaz İB tərəfindən Standart Laboratoriya keçməklə qoyulmuş sayğaclar kütləvi halda dəyişdirilir və birmənalı şəkildə bütün dəyişən sayğaclarda guya “labarator” qaydada itkinin olduğunu bildirərək yüksək məbləğdə əlavə ödəniş yazılır və dərhal da sistemə otuzdururlar". DİA.AZ bildirir ki, bu barədə tanınmış vəkil Ceyhun Yusifov Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətində qeyd edir.

Tanınmış vəkil daha sonra yazır: "Sən də qaz istifadəçisi kimi vəsait ödəyən kimi dərhal həmin pul Azəriqaz İB yükləməsinə yönəlir. Bir anlıq təsəvvür edin, milyonlarla abunəçi sayğacı məcburi- daha doğrusu bəhanə ilə dəyişən zaman( 868m, 1276m, 670 m məbləğlərdə və sarə) əksər abunəçi bu cür maddi yüklənsə nəticədə toplanan məbləği düşünmək belə insanın başını gicəlləndirir. Bir onu nəzərə alın kı, Azəriqaz İB abunetlərinin sayı bir neçə milyondu. Adi altı illik riyazi təhsili olan biri həmin məbləğlərin cəmini hesablamağı kifayət edir (Sayğacı Labaratoryadan keçirib quraşdıran özü, sonradan sayğacın labarator qaydada yoxlayıb itkinin olduğunuda bildiren özü yazıq camahat məttəl qalıb).
Əvəzində nə ilə raslaşırıq Əlahəzrət Ruslan Əliyev öz piyarına babat maya buraxır. Müxtəlif kənd-qəsəbələrdə güya vətəndaşları ayaqüstə dinləyir özünü qayğıkeş rəhbərə bənzədərək ictimayətin gözünə soxub, Öz Piar və Reklamını Sosial şəbəkədə, KİV də yüksək səviyyədə qurmağı bacararaq öz əməllərini tam şəkildə pərdələyir.
Hörmətli Rövşən Müəllim! Siz SOKAR-ın Prezdenti olmamışdan əvvəl İqtisadiyat Nazirinin birinci müavini olmusuz və əsas fəaliiyət istiqamətinizdə İstelahçıların hüquqlarının müdafiəsi olmuşdu. Təssüflər olsun ki, bu günə qədər Ruslan Əliyevin özfəalliyətinə biganə qalmısınız.
Minlərlə şəxsi narazı salmağa heç kəsin haqqı yoxdu. Hörmətli Ruslan müəllim öz reklamına ayırdığı vaxtın 1/10 sayğac oynuna ayırsa məncə daha səmərəli olar..."

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...Dia.az
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Həbsdə olan sabiq hakimin yenidən məhkəməsi başladı - TƏFƏRRÜAT


Ali Məhkəmədə Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakimi, dələduzluqda ittiham edilən Lətif Nəbiyev barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sabiq hakimin cəzasını 4 il 6 aya endirib.

Qeyd edək ki, keçmiş hakim külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunub. İttihama görə, o, zərərçəkmiş Azad İbrahimova 247 min 500 dollar, Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər vurub. L.Nəbiyev R.Abdullayevdən pulu iş qurmaq adı ilə alıb.

A.İbrahimovla qohum olan L.Nəbiyev həmin şəxsin pulunu Bakıda dəniz kənarında torpaq əldə etmək məqsədilə alaraq dələduzluq edib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib.

Daha sonra prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Gununsesi.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
`Bolmart` vətəndaşı parkinqlə `cəzalandırır` - Müştəriyə "qapı açıq", müştəri deyilsənsə "pul ödə"


Bəzi mağazalara vitrindəki məhsulların baha qiymətə vətəndaşlara satılması bəs etmirdi, indi də özlərindən yeni qanunlar icra ediblər. Səməd Vurğun 75 ünvanında "Bolmart" marketin önündə yerləşən parkinqdə avtomobil park edən vətəndaşların avtomobilləri, parkinq ərazisində 1 saata qədər ödənişsiz istifadə edə bilər. Ərazidə 1 saatdan çox qalan avtomobilin sahibindən mağazadan "edilmiş" alışveriş çekini göstərdiyi təqdirdə hansısa ödəniş gözlənilmədən ərazidən çıxmasına "icazə" verilir. Əks halda, avtomobil sahibindən 5 AZN ödəniş edilməsi tələb olunur. Vətəndaşlar ya nağd şəkildə 5 AZN ödəniş etməli, ya da 30 manat civarında alışveriş qəbzini göstərməlidir - mağazadakı gənc mühafizəçinin dediyinə əsasən.
Parkinqə daxil olarkən vətəndaşlar üzərində məlumat olmayan cihazdakı düyməyə toxunduqda üzərində heç bir məlumat qeyd olunmayan ağ rəngli kart cihazdan çıxır. Ərazidə 1 saatdan çox qaldığı müddətdə isə artıq pul tələb olunur. Pul ödəməyən və ya qəbzi göstərməyən vətəndaşların avtomobillərinin nömrələri götürülərək, parkdan çıxışına blok qoyulur.

Vətəndaşlardan pul tələb etmək və ya qəbz istəməklə bağlı parkinq ərazisində nə cihazın, nə kartın, nə də hansısa lövhənin üzərində hər hansı bir maarifləndirici lövhə yoxdur.

Bu haqda Bizimyol.info-ya müraciət edən vətəndaş qeyd edir ki, hətta bu qanunsuz pul tələbi ilə bağlı onun avtomobilinin parkdan çıxışına blok qoyulub: "Deməli, dünən axşam parkinqə girdik. Cihazın düyməsinə basanda, hər iki üzü ağ rəngdə kart çıxdı. Nə parkinqin girişində, nə kartın, nə də cihazın üzərində qiymətlə bağlı heçnə qeyd olunmamışdı. Parkinqdə saxladıq. Çıxanda "Bolmart"ın içərisindəki gənc mühafizəçidən soruşdum ki, kart verib, amma heçbir məlumatverici yer, lövhə yoxdur. Ödəniş harda necə və neçəyə olur? Dedi ki, 1 saat pulsuzdur, 1 saatdan sonra 5 manat ödəməlisiniz. Əgər marketdən 30 manatlıq alışveriş etmisinizsə, çeki göstərib, ödəniş etmədən gedə bilərsiniz. Ödənişi də parkinqin çıxışında balaca kabinetdə oturmuş digər gənc "mühafizəçi" əməkdaşa ödəməli olduğumuz bildirildi. Deməli, biz çıxışa gedib, bunu sınamağa çalışdıq. Əyani olaraq yaşadıq - çıxışda kart işləmədi. Kupedəki oğlan qaçaraq gəldi, kartı götürüb, "maşını kənara çəkin, sistemə baxım" - dedi. Gedib öz kupesində yoxladı. Ora yaxınlaşdıq, dostum ona izah etməyə çalışdı ki, mən bilsəm ki burda bu qiymətdir mən heç parka girməzdim. Ödəniş edənədək avtomobilimizi oradan çıxarmağa icazə vermədilər. Maşının seriya nömrəsini götürüb, çıxışa blok qoymuşdular" - deyə, vətəndaş bildirir.

Məsələ ilə bağlı qeyd olunan ünvana yollandım və deyilən hər şeyin həqiqətə uyğun olduğunu gördüm. Çəkiliş zamanı yerli mağazanın müdiriyyəti gəlib, ödənişlə bağlı izahat verməyə çalışsa da, "Nə üçün məlumatlandırıcı lövhə yoxdur? Niyə giriş kartlarının üzəri ağdır, məlumat qeyd olunmayıb? Bir saatdan artıq parkda avtomobil saxlayandan beş manat alınması hansı əsasa dayanır? Bu, sizdə hansı qanunla tənzimlənir?" kimi sualları cavabsız qoydu.

Mağaza müdiri heç bir cavab vermədi və dedi ki, onlar sadəcə göstərişi icra edir, gərək bu haqda mağazanın baş ofisi ilə əlaqə saxlayaq. Ofislə əlaqə saxladıq, suallarımıza cavab vermədilər, daha sonra bizi "Bolmart"ın Nadir adlı hüquqşünasına yönləndirdilər. O da bizi Bəyəndik adlı başqa bir hüquqşünasa yönləndirdi. Həmin hüquqşünas deyilənlərin sadəcə bir iddia olduğunu, həmin mağazanın parkinqində elə bir problem olmadığında israr etdi. Biz videogörüntüləri və sorğumuzu ötən həftədən özlərinə göndərsək də, hələlik qarşı tərəfdən heç bir reaksiya, açıqlama gəlməyib. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Vətəndaşlarımızı belə qanunsuz və heç bir əsasa dayanmayan "pulqoparma" taktikalarına qarşı tədbirli olmağa, belə halla üzləşdikləri zaman aidiyyəti orqanlara müraciət etməyə çağırırıq.

Bizimyol.info
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qənirə Paşayevanın son durumu açıqlanıb - YENİLƏNİB


Hazırda Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın müalicəsi Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq klinikadan bildirilib.

Qeyd olunub ki, sentyabrın 23-də deputat Q.Paşayeva septiki şok vəziyyətində Mərkəzi Klinikaya təxliyə edilib:

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Qənirə Paşayevanın müalicəsi Fond tərəfindən nəzarətə götürülüb. Fondun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətindən yüksək ixtisaslı reanimatoloq həkim dəvət olunub. Həmin mütəxəssis həkim tərəfindən xəstə dəyərləndirilib və lazımi məsləhətlər verilib.

Hazırda xəstənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs aparatında davam etdirilir və lazımi kompleks reanimasiyon tədbirlər həyata keçirilir. Müalicə zamanı tibbin bütün imkanlarından istifadə olunur. Xəstənin müalicəsi üçün Türkiyənin ən aparıcı xəstəxanalarından olan həmkarlarımızla daimi əlaqə saxlanılır və konsultasiyalar aparılır”.

10:38

Ötən gün komaya düşən Milli Məclisin deputatı Qənirə Paşayevanın vəziyyəti stabil ağırdır.

“Report”un məlumatına görə, bunu onun yaxınları bildiriblər.

Qeyd olunub ki, deputatın səhhətində heç bir dəyişiklik yoxdur və stabil ağır olaraq qalır.

Xatırladaq ki, deputat sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə gətirilib.

XƏBƏR LENTİ

10:11

Prokurorluq orqanlarının yaranmasından 105 il ötür

10:03

Hərbi xidmətə növbəti çağırış BAŞLADI

09:54

Erməni radikallar səfirliyimizə HÜCUM EDƏCƏKLƏR

09:46

Bu şəxslər imtahan verəcək

09:32

Xankəndidə tibbi xidmətlərin təşkilinə başlanıldı - Fotolar + Yenilənib

17:00

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

16:30

Azərbaycana qarşı sanksiyalar... YENİDƏN GÜNDƏMDƏ! - NƏ ETMƏLİ?

16:00

Gələn həftə tıxacda qalmamaq üçün alternativ yollar tapın - DYP-dən müraciət

15:19

Naxçıvan üçün İrana minnətçi düşməyə son - GƏLİŞMƏ

15:00

Taksidən istifadə edənlər üçün vacib məlumat - Sabahdan...

14:22

“Turan Tovuz” “Neftçi”yə, “Səbail” “Sabah”a qarşı

13:16

Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavtobus aşıb, xəsarət alanlar var - YENİLƏNİB

12:30

Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilir

12:00

Xocavənd rayonu ərazisində müsadirə edilən artilleriya quruğularının VİDEOGÖRÜNTÜLƏRİ

11:30

Türkiyədə avtobus aşıb, 5 nəfər ölüb, 30 nəfər yaralanıb

11:00

Lənkəranda meşədən mal-qara oğurlayanlar həbs edilib

10:25

BƏƏ və Azərbaycan arasında iqlim dəyişiklikləri məsələləri üzrə əməkdaşlıq müzakirə olunub - FOTO

10:19

Gəncədə ikimərtəbəli obyekt və avtomobillər YANDI

10:15

Bakı sərt mesajla Fransanı hədəfə aldı: İrəvan isə Rusiyanı “hibrid savaş”da suçladı

10:06

Neftimiz UCUZLAŞDI

10:00

Erməni yalanları da tükənir: İrəvan gerçəyi hələ də anlamır - NƏ BAŞ VERİR?

09:48

"TikTok"a qoyulan qadağa niyə ARADAN QALDIRILMIR? - RƏSMİ

09:44

Sərhədi keçən ermənilərin Ermənistanda dedikləri - SENZURASIZ VİDEO

09:13

Separatçıların döyüş mövqeləri və dayaq məntəqələri ləğv edilir

09:08

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

08:57

Azercell şəbəkəsi Ağdərə və Xocalının əhatə dairəsində...

17:30

İranda polis polkoviniki ÖLDÜRÜLDÜ

17:00

„Gəmiqaya Taxıl Məhsulları“ MMC fermerlərin PULUNU VERMİR - NARAZILIQ VAR!

16:00

Yasamalda KÖRPƏLƏR EVİNDƏ BÖYÜKLƏRİN TAMAHI... - İTTİHAM VAR!

15:40

113 gənc bir ildir Şahin Bağırovu gözləyir... - İmtahandan keçiblər, amma...

15:20

İcra başçısından iş istədi, 1500 manat zərərə düşdü – ŞAHBUZ SAKİNİ RAFAEL BABAYEVDƏN ŞİKAYƏTÇİDİR

14:00

“Qarabağdan çıxan ermənilərin bəzisi qorxusundan deyir ki, biz özümüz gedirik” – Rasim Balayev

13:40

Əmrahovların ipoteka maxinasiyası

13:20

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ÜRƏKAĞRIDAN MƏNZƏRƏ... - İLGİNC İDDİALAR...