[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Hara baxırsan və nə düşünürsən, Kəmaləddin Heydərov?!" - NARAZILIQ!
Lerik rayonunun Tikəband kəndində 9 nəfərlik bir ailə evsiz-eşiksiz, allahın ümidinə qalıb.
Zamantv.az: - Ailə başçısı, kənd sakini Cahangirov Rövşən Guloğlan oğlunun "Demokratik.Az" saytına verdiyi məlumata görə, yaşadıqları ev illərdir ki, yayarsız haldadır. Evin divarları və tavan tanmamilə qəzalı vəziyyətə gəlib, ev hər an uçmaq təhlükəsi ilə üz-üzədir.

Ailənin Demokratik.Az-a təkrar müraciətinə görə, sonuncu dəfə 2020-ci ilin yayında evdə olan ailə otaqlardan birinin divarının qəfil uçmasından sonra, azyaşlı uşaqlarının taleyindən qorxaraq evdə yaşamağın mümkünsüz olduğunu anlayıblar.

Ailə başçısı bildirir ki, bu barədə illərdir ki, rəsmi qaydada aidiyyatı qurumlara - Fövqaladə Hallar Nazirliyinə və Lerik İcra Hakimiyyətinə müraciətlər edib kömək istəsələr də hallarına acıyan yoxdur. İllərdir göndərilən qalaq-qalaq məktublara "Evdən çıxın!" cavabından savayı xoş bir cavab yazılmır. Dəhşətlisi odur ki, ailə bir neçə gün əvvəl yenidən evə yığılışmağa məcbur qalıb. Soyuq qış günlərində gedəcək, qalacaq başqa yerləri olmadığı üçün ailə özünü yenidən təhlükəyə atıb.

Mövcud durum barədə əvvəlki illərdə aktlar tərtib edilib. Şikayətçiyə bildiriblər ki, nə zamansa zavallılara Nazirlər Kabinetinin qərarından sonra ev tikiləcək. Lakin, nə zaman, ailə daha neçə il gözləməlidir ki, onlara ev tikiləcək? Bu müddətdə onlar harada və necə yaşamalıdır? - suallarının cavabı isə hələ ki, deyilmir.

Ailə demək olar ki, bir qarın ac, yarı qarına tox çöldə-bayırda, uçmaqda olan komalarının yanında qurduqları soyuq çadırda qalmalı olublar.
Prezidentdən və Mehriban xanım Əliyevadan yardım istəyən vətəndaşı köməklik edəcəyi adı ilə Lerikin deputatı İqbal Məmmədov da aldadıb. Seçici bildirir ki, deputata uzun müddətdir zəng belə çatmır.

Rövşən Cahangirov deyir ki, evin bu hala düşməsinə təbii fəlakət - zəlzələ və sel-daşqınlar səbəb olub. Bundan əlavə, evin müasir tələblərə cavab verməyən tikinti materialları ilə inşa edilməsi bu halda uçma riskini zəruri edir. Amma, artıq bunlar geridə qalıb, hökumətdən kömək uman çoxuşaqlı ailəyə əməli dəstək göstərilməlidir.
"Demokratik.Az" onu da bildirir ki, saytımız problemi ictimailəşdirib müraciətlər etdikdən sonra, 2020-ci ilin mayında Lerik rayon icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən ailənin müvəqqəti məskunlaşması üçün evə müasir tipli çadır göndərilib. Lakin, ailə çadırda uzun müddət qala bilməyib.

Bundan başqa, ötən il rayon icra hakimiyyəti ailəni kirayə evə köçürüb və aylıq kirayəhaqqının ödənilməsini 1 il müddətində ödənişini sabiq başçısı Rövşən Bağırov öz üzərinə götürüb. Lakin, son 5 ayda ödəniş həyata keçirilmədiyindən, Cahangirovlar kirayə evdən çıxarılıblar və məcbur qalıb yenidən qəzalı evə sığınıblar.

Rövşən Cahangirovdeyir ki, əgər ev uçsa, başlarına bir iş gəlsə bütün məsuliyyət Lerik icra hakimiyyətinin üzərinə düşür.

Baş verənlər hökumətin vətəndaşına qarşı laqeyidliyinin göstəricisidir. Konkret olaraq isə, baş verənlərə reaksiya əslində Fövqəladə Hallar nazirliyindən gəlməlidir. Fövqalədə Hallar və Ekologiya nazirliyi dəfələrlə evə baxış keçirsələr də evin sürüşmə zonası olduğunu yazmamaları da ayrıca dərddir.
Demokratik.Az Lerik İHB ilə də əlaqə yarada bilib. İcra hakimiyyətinin rəsmisindən aldığımız cavaba görə, problemin həlli onların da diqqət mərkəzindədir. Lakin, İHB öz funksiyasını yerinə yetirərək son 2 ildə dəfələrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə rəsmi məktublar göndərsə də nazirlik məsələnin həllini əsas səbəb bildirmədən gecikdirir.

Doğrudan da maraqlıdır. Lerikdə bir ailənin TƏHLÜKƏDƏ olduğunu, evinin fövqəladə şəraitdə uçduğunu görən FHN naziri Kəmaləddin Heydərov Hara baxır?
"Hara baxırsan və nə düşünürsən, Kəmaləddin Heydərov?!" - NARAZILIQ!
"Hara baxırsan və nə düşünürsən, Kəmaləddin Heydərov?!" - NARAZILIQ!

[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“PAŞA Həyat Sığorta" şirkətinin ödənişləri – AZALDI
“PAŞA Həyat Sığorta” şirkətinin ötən il ərzində müxtəlif sığorta hadisələri üzrə ödədiyi vəsaitlərinin həcmi azalıb.

Zamantv.az-nın məlumatına görə, FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ilin yanvar-dekabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən ötən il ərzində sığorta hadisələri üzrə 204,974 mln. manat həcmində vəsait ödənilib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 18,003 mln. manat və ya 8,1% azdır.
Qeyd edək ki, 2021-ci ilin hesabatına əsasən “PAŞA Həyat” ötən il ərzində ən çox sığorta ödənişi edən şirkət kimi ilk yeri tutub.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Olympus Park”a bu ərazidə tikinti aparmaq qadağan edildi - FOTO
“Olympus Park” şirkətinə bina inşası zamanı yol verdiyi pozuntulara görə həmin ərazidə tikinti aparmaq qadağan edilib. Zamantv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı yanvarın 7-də Nəsimi rayon məhkəməsi qərardad çıxarıb. İş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, ev 17, mənzil 6 ünvanında yerləşən iddiaçı Quliyeva Nərgiz Fərzəli qızının fərdi yaşayış evinə bitişik ərazidə tikinti-təmir və söküntü işlərinin aparılması cavabdeh “Olympus Park” MMC-yə və digər şəxslərə qadağan edilib.

Oxşar qərar daha öncə ötən ilin noyabr ayında da çıxarılıb.

Xatırladaq ki, vətəndaş İnci Əmirova sytımıza müraciət edərək bildirmişdi ki, anası Nərgiz Quliyevanın Nəsimi rayonu, Abay döngəsində yerləşən baba yurdu şirkət tərəfindən qanunsuz olaraq sökülüb: “Şirkət anamın yaşadığı mülkün bir divarını uçurdaraq yerinə şifer qoyublar, evin digər divarını da ovublar. Ev demək olar ki, havada qalıb. Bizim şikayətimizdən sonra Fövqəladə Hallar Nazirliyi rəy verdi ki, şirkətin o ərazidə apardığı tikinti işləri qanunsuzdur.

İnci Əmirova qeyd edib ki, şirkət heç bir məhkəmə qərarını icra etmir: “Neçə gündü evin aşağı hissəsini ekskovatorla qazırlar, su buraxırlar ki, ev özü uçsun. Bizdə məlumat var ki, bu axşam evi tamamilə uçuracaqlar. Hər hansı bir qurum da onların qarşısını ala bilmir. Daha öncə Xətai rayonunda və Nəsimi rayonunda başqa bir ünvanda da ekskovatir gecəykən evləri, obyektləri söküb, daha sonra deyiblər ki, ehtiyatsızlıqdan olub. Bizi evsiz qoymağa çalışırlar”.

Qeyd edək ki, “Olympus Park” şirkəti Xətai rayonunda da onunla qiymətdə razılaşmayan “Lider” idman klubunu söküb, daha sonra isə bunu ekskovatorçunun səhvən etdiyini açıqlayıb.
“Olympus Park”a bu ərazidə tikinti aparmaq qadağan edildi - FOTO
“Olympus Park”a bu ərazidə tikinti aparmaq qadağan edildi - FOTO
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Nazir generalı təqaüdə göndərdi - ƏMR
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini vəzifəsindən azad edilib.

Zamantv.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Töhmət almalı şəxs Emin Əmrullayevin özüdür” - Ekspertdən müəllimin cəzalandırılmasına SƏRT REAKSİYA
“Töhmət verilməli yeganə şəxs təhsil nazirinin özüdür”. Zamantv.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.

O, 165 nömrəli tam orta məktəbdə çəkilən videonun doğurduğu qalmaqaldan sonra görülən tədbirləri şərh edib.

Xatırladaq ki, Bakı şəhər Təhsil İdarəsi dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verib. Məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib. Həmçinin, hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlar alıb. Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Üstəlik şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb.

Elşən Qafarov bildirib:

“Direktor və onun müavinləri hadisə baş verən gün işdə olmayıb. İşçi işdə olmadığı müddətdə tənbeh edilə bilməz. Bu məsələnin bir tərəfidir. İkincisi, baş verənlər nəticədir.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri isə bəyanat verir ki, bu hadisənin Azərbaycan məktəbləri ilə ümumiyyətlə əlaqəsi yoxdur. Bundan bir neçə saat keçəndən sonra sosial şəbəkədən öyrənirik ki, hadisə həqiqətən də Azərbaycan məktəbində baş verib.

Reallıq budur ki, yeganə töhmət almalı şəxs Emin Əmrullayevin özüdür. Bu məsələdə nə müəllimi, nə də direktoru günahlandırmaq olar. Təhsil sistemində özbaşınalığın nəticəsidir ki, son 3 gündə 3 video yayılıb. Ümumiyyətlə, elə bir həftə yoxdur ki, ümumtəhsil məktəblərində bu kimi hallar baş verməsin”.

E.Qafarov qeyd edib ki, müəllim işini itirməmək üçün şagirdə söz demir:

“Hər dəfə ən xırda məsələlərə görə müəllimə töhmət verilir. Bu artıq müəllimləri o vəziyyətə gətirib ki, onlar işini itirməmək üçün uşağa söz demirlər. Müəllimi bu qədər aşağılamaq üzgün deyil. Müəllimi, məktəbi nüfuzdan salmaq doğru deyil.

Bildiyimə görə, həmin məktəbin direktoru kifayət qədər təcrübəlidir. Hadisədir olub, gəlin araşdıraq ki, məktəblərdə tərbiyə nə yerdədir. Nə vaxta qədər müəllim uşağın şıltaqlığına, qurban veriləcək?!”
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ət və çörəyə “qalib gələn” pambıq: “Əgər ondan əl çəksək...” - NƏ ETMƏLİ?
"Bu il də pambıq şirkətləri ilə aparılan müzakirələrə əsasən, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq".

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Salyanda pambıqçılıqla bağlı keçirilən müşavirədə deyib. Onun sözlərinə görə, bununla da 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar: "Bu son deyil, mövsümün gedişindən asılı olaraq pambıq şirkətlərinin alış qiymətini artırması məsələsinə bir daha baxılacaq".

Maraqlıdır, Azərbaycanda pambıq taxıl və maldarlıqdan daha çox gəlir gətirir? Zamantv.az-ın məlumatına görə, cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, pambıqçılğa yaradılan şərait maldarlığa və taxılçılığa yönəlsə, daha çox qazanc əldə edə bilərik:

“Maldarlıqla əsasən əhali və fermerlər məşğul olur. Buna görə də onun ölkəyə nə qədər xeyir gətirdiyini ölçmək bir qədər çətin məsələdir. Lakin pambıqçılıq il ərzində ölkəyə 200-300 milyon dollar gəlir gətirir. Azərbaycan hökuməti təkcə manatın sabit saxlanılmasına ayda ən yaxşı halda 100 milyon dollar xərcləyir. Pambığın gətirdiyi gəlir isə manatın 1-2 aylıq sabit saxlanılma xərcinə bərabərdir. Pambığın strateji məhsul elan edilməsinin səbəbi onun valyuta gətirməsidir. Lakin ölkə daxilində pambıqdan heç nədə istifadə olunmur, sadəcə ixrac edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yetişən pambığın keyfiyyəti çox aşağıdır. Hesab edirəm ki, pambıqçılığa yaradılan şərait maldarlığa və taxılçılığa yönəldilsəydi, Azərbaycan əhalisinin ətə, südə və ərzaq buğdasına olan təlabatının 90 faizinə qədəri qarşılanardı. Bu isə ölkədən valyuta axının qarşısını almağa daha səmərəli kömək edərdi”.

Ekspert bildirib ki, hazırda ətin 50, buğdanın isə 57 faizini xaricdən idxal edirik:

“Bunun üçün milyardarlarla dollar valyuta xərcləyirik. Lakin maldarlıq və taxılçılığa yönəlsək, ölkə iqtisadiyyatı daha çox gəlir götürər. Bunun nəticəsində Azərbaycanın idxaldan asılılığı azalar və milyardlarla dollar axının qarşısı alınar. Hətta idxal buğdasından əlavə dəyər vergisi də götürülə bilər. Ona görə də hazırkı yolun tamamilə yanlış yol olduğunu düşünürəm. Biz pambıqçılıqdan əl çəkərək, kənd təsərrüfatının digər sahələrinə, xüsusən də maldarlıq və taxılçılığa üstünlük verməliyik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər - AÇIQLAMA
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya sahəsində nəzərdə tutulan islahatlar və bu istiqamətdə aparılacaq dinləmə və müzakirələrə aydınlıq gətirib. Zamantv.az-ın məlumatına görə, parlamentin komitə sədri APA-ya açıqlamasında deyib ki, “Əmək pensiyaları haqqında” qanun 2006-cı ildə qəbul ediləndən sonra bu sahədə islahatlar davam edir.

M. Quliyev qeyd edib ki, islahatların müəyyən müsbət nəticələri olsa da, bu sahədə müəyyən problemlər, çətinliklər hələ də qalmaqdadır: “Ona görə də Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üçün iş planına bununla bağlı dinləmə daxil etdik. Geniş dinləməni aprel və ya may aylarında keçirməyi planlaşdırırıq. Bu dinləmədə bir çox suallara aydınlıq gətiriləcək”.

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, deputatlar tərəfindən vəfat edən şəxsin pensiya kapitalı ilə bağlı məsələ də qaldırılıb: “Bu məsələ komitənin təşkil edəcəyi dinləmədə müzakirə ediləcək. Müxtəlif ölkələrin təcrübələri var. Bəzi ölkələrdə pensiya kapitalı vətəndaşın öz arzusuyla onun özünə verilir, bəzi ölkələrdə icbari sosial sığorta ilə yanaşı könüllü sosial sığorta fondları ilə müqavilə əsasında kapitalın xərclənməsi şərtləri müəyyənləşir. Azərbaycanda isə pensiya hüququ olan şəxs vəfat edirsə, onun pensiya hüququ olan və ya əlilliyə görə pensiya almaq hüququ olan ailə üzvünə onun pensiyası verilə bilər. Ailədə əlilliyi olan övladı, ya əlilliyi olan həyat yoldaşı, ya da pensiya almaq hüququ olan həyat yoldaşı vəfat edən şəxsin pensiyasını ala bilər. Pensiya kapitalının hamısının şəxsin ailə üzvlərin tərəfindən götürülməsi isə bizim qanunvericiliyimizdə yoxdur”.

M. Quliyev vəfat edən şəxsin ailə üzvlərindən pensiya almaq hüququ olan şəxs olmadıqda həmin pensiya kapitalının taleyinin necə olmasına da aydınlıq gətirib:

“Pensiya kapitalı fondu formalaşır. İşləyən şəxslərin əməkhaqqından ayrılan sığorta haqları onların özlərinə çatmır. Başqa sözlə, hazırda bizim əməkhaqqımızdan çıxılan sığorta haqları indi pensiya alan şəxslərə çatır. Biz pensiyaya çıxanda isə o dövrdə işləyənlərin əməkhaqqından ayrılan sığorta haqları ilə pensiya alacağıq. Bu, çox mürəkkəb mexanizmdir”.

Komitə sədri bütün bunlara baxmayaraq, deputatların təklifinə baxılacağını da əlavə edib: “Öncədə də qeyd etdiyim kimi, hazırda bizim qanunvericiliyə görə vəfat edən şəxsin pensiya kapitalı onun ailə üzvlərindən pensiya hüququ olanlara ödənilir. Yəni bu pensiya kapitalından pensiya almaq hüququ olan şəxslər istifadə edə bilər. Bununla bağlı qanunvericiliyə dəyişiklik edilib-edilməyəcəyini isə indidən demək çox çətindir, hər bir məsələnin mənfi, müsbət, real olan və real olmayan tərəfi var. Ümumiyyətlə, çalışırıq ki, pensiyalarla bağlı vətəndaşları, deputatları narahat edən məsələlərin hamısını araşdıraq və bu islahatların daha da uğurla olması üçün “Əmək pensiyaları haqqında” qanuna lazımi dəyişiklikləri edək. Məsələn, vətəndaşlarımızın pensiyaya çıxma şərtlərinin yumşaldılması üçün qanunvericiliyə yeni dəyişikliklər edilməsi istiqamətində də çalışırıq”.

Qeyd edək ki, hazırda qüvvədə olan Əmək pensiyaları haqqında qanuna əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Qanunda kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İrəvandan İstanbula uçanlar “hava vergisi”ndən AZAD OLUNDU
İrəvan-İstanbul-İrəvan reysinin sərnişinləri 3 il müddətinə “hava vergisi”ndən azad ediləcək. Zamantv.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Aviasiya Baş İdarəsi yayıb.

Bu cür güzəştlər son 12 ay ərzində uçuş həyata keçirilməyən istiqamətlər üzrə reys təşkil etməyə başlayan aviaşirkətlərə təqdim edilir.

29 mart 2009-cu il tarixindən etibarən Ermənistandan gedən bütün şəxslər (12 yaşınadək uşaqlar, tranzit sərnişinlər, Böyük Vətən Müharibəsi əlilləri, iştirakçıları və veteranları, Böyük Vətən Müharibəsində həlak olanların həyat yoldaşları, Ermənistanın milli qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanları istisna olmaqla) bilet alarkən onlardan “hava vergisi” tutulur. Vergi biletin qiymətinə daxil olur.

Qeyd olunur ki, “hava vergisi” Ermənistanda 10 ildən artıqdır ki, qüvvədədir və aviabiletlərin qiymətinə daxil olan 10 000 dram (təxminən 20,9 dollar) sabit tarifdir.

Xatırladaq ki, “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan reysini yerinə yetirmək üçün Türkiyə hökumətindən icazə alıb. İlk uçuş fevralın 2-nə planlaşdırılır. İstanbuldan İrəvana reyslər isə Sabiha Gökçen hava limanından “Pegasus” aviaşirkəti tərəfindən həftədə üç dəfə həyata keçiriləcək.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ermənistanda istifadəyə yararsız raketlərin alınması ilə bağlı yeni həbslər ola bilər…
Bu barədə “Joqovurd” qəzeti yazıb. Zamantv.az moderator.az-a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana, silah tədarükü ilə məşğul olan keçmiş müdafiə naziri David Tonoyana, iş adamı David Qalstyana qarşı Milli Təhlükəsizlik Xidməti tərəfindən açılan cinayət işi artıq məhkəməyə göndərilib.

Milli Təhlükəsizlik Xidməti tərəfindən silahlı qüvvələrin ehtiyacları üçün sursatların alınmasında sui-istifadə və xüsusilə külli miqdarda oğurluq faktları ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı davam edir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Sədrlər müavinlərini niyə üzə çıxmağa qoymur? - ARAŞDIRMA
Son dövrlər Azərbaycanda siyasi partiyalar fəallaşıb. Belə ki, daha əvvəl tanınmayan, yaxud yeni yaranan partiyalar da gündəmə çevrilə bilib. Bunun isə bir neçə səbəbi var: Zamantv.az xəbər verir ki, Bizim.Media partiyaların işi barədə vaxtaşırı araşdırmalar, şərh və siyasətçilərdən eksklüziv müsahibələr hazırlayıb.

Bu dəfə partiya sədrlərinin müavinləri arasında ən tanınmış, fəal və aktiv olmayanları nəzərdən keçirəcəyik.

Xatırladaq ki, Ağ Partiya sədri Tural Abbaslının bölüşdüyü son (2021) müxalifət reytinqinə görə, onun partiyası ilk yerdədir. Lakin həmin partiyanın adı çəkiləndə ilk ağıla gələn elə Tural Abbaslının özüdür. Yəni sədr müavinləri elə də populyar deyil. Bircə son dövrlər “YouTube” kanallarına çıxmaqla Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli qismən tanınmaqdadır.

Müxalif reytinqində Abbaslıya uduzan AXCP sədrinin partiyasında özündən başqa xüsusi tanınan siyasətçilər yoxdur. AXCP müavinləri yalnız vaxtaşırı istefa ərizələri ilə gündəmə gəliblər.

Həbsdə olan VİP sədri Əli Əliyevin də müavinləri xalq arasında tanınmır. Halbuki, Əli Əliyev azadlıqda olmadığı bir vaxtda partiyanın işini və siyasi xəttini müavinlər davam etdirməlidir.

Ümid Partiyasının sədri İqbal Ağazadədir və tanınmaq barədə onun özünə bərabər olmasa da, qismən yaxın müavini ictimaiyyətə bəlli deyil.

Eyni sözləri REAL Partiyası haqqında söyləmək olmaz. Çünki partiyanın sədr müavinlərindən Erkin Qədirli millət vəkilidir. Natiq Cəfərli isə iqtisadi ekspert kimi bəzən İlqar Məmmədovun özündən daha aktual və populyardır.

Bəlkə də ən çox müavini olan partiya Müsavat olsa da, siyasi təşkilatda Arif Hacılı qədər tanınan üzv yoxdur. Onsuz da, Arif Hacılınını özü də 2021-in reytinqində sonuncu yerdədir.

Vətəndaş Həmrəyliyi Partiyasında da liderləri Sabir Rüstəmxanlı qədər sevilən və tanınan başqa bir siyasətçi yoxdur. Baxamayaraq ki, partiyanın birinci müavini Fəzail İbrahimlidir.

Fəzail İbrahimli 5 çağırış deputat, AŞPA-dakı nümayəndə heyətimizin üzvü olub. Hazırda Milli Məclisin sədr müavini və parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədridir. Amma o da Sabir Rüstəmxanlı qədər populyar deyil.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ən fəal millət vəkillərindəndir. Onun partiyada birinci müavini Rafiq Daşdəmirlidir və əsasən AXCP ilə söz atışmalarında fəal olub. Bəzi sosial tənqidləri də var. Amma sədrinin məşhurluğunun kölgəsində qalır. Digər müavin Ehtiram Mehtiyev də gündəm siyasətçisinə çevrilə bilməyib. Məhəmməd Əsədullazadə isə vaxtaşırı siyasi şərhçiliklə KİV-də yer alır. Sonuncu müavin Tural İrfan ilahiyyatçı olaraq tanınır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev tanınsa da, son dövrlər çox da tələb olunmur. Onun müavinləri də populyar deyil. Bununla yanaşı, ötən həftə səhhətində problemlərin olması xəbəri yayılıb.

Azərbaycan Yüksəliş Partiyası (AYP) 2020-də yaranıb və sədri Anar Əsədlinin tanındığı qədər müavinləri Bəhhrəm İsmayılov və Gülşən Hacıyeva da fəaldırlar. Amma partiyanın fanat ordusu hələ tam formalaşmayıb.

Qüdrət Həsənquliyevin sədrlik etdiyi BAXCP müavinləri ən fəallar sırasındadırlar. Belə ki, Elçin Mirzəbəyli müxtəlif analitik teleproqramlardakı aparıcılıq, siyasi açıqlamalar, publisistik yazılar və şeirləri ilə yetərincə məşhurdur. Partiyanın digər sədr müavini Niyaməddin Orduxanlının da kifayət qədər QHT, siyasi təcrübəsi var. Hətta sosial şəbəkələrdə ən çox izlənilən siyasətçilər sırasındadır.

Əsasən sədrləri tanınan partiyalar arasında Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu, Ana Vətən Partiyası – Fəzail Ağamalı, Kommunist Partiyası – Rauf Qurbanovun rəhbərlik etdiyi siyasi təşkilatları qeyd etmək olar.

Xanhüseyn Kazımlının yaratdığı Sosial Rifah Partiyasına isə hazırda onun qızı Əsli Kazımova rəhbərlik edir. Amma partiya sədrinin özü də çox tanınmadığı üçün müavinləri barədə danışmağa dəyməz.

Mövzunu bu yazıda qeyd olunmayan digər partiyalarla da davam etdirəcəyik.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO