[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bu gündən peyvəndlənməyə dair yeni tələblər olacaq - Diqqət!
Bu gündən etibarən dövlət orqanlarının bütün əməkdaşları ən azı 2 doza peyvənd olunmalıdır. Zamantv.az Trend-ə istinadla xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun 2021-ci il dekabrın 11-də imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) bütün əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq), habelə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrinin bütün işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
NATO rus sülhməramlıları Qarabağdan çıxara bilərmi? - Stoltenberqin çağırışının detalları...
NATO baş katibi Yens Stoltenberq Rusiya qoşunlarının postsovet ölkələrində dislokasiyası ilə bağlı tələb irəli sürüb. NATO baş katibi vurğulayıb ki, Rusiya ölkələrin icazəsi olmadan yerləşdirdiyi hərbi qüvvələrini Ukrayna, Gürcüstan və Moldovadan çıxarmalıdır. “Yeni Müsavat”ın xəbərinə görə, NATO baş katibinin bu tələbi Rusiyanın MDB məkanında separatizmi dəstəklədiyinin açıq ifadə olunması anlamı daşıyır. Çünki Rusiya qoşunları Ukrayna, Gürcüstan və Moldovada birmənalı şəkildə separatçıları müdafiə etmək vəzifəsini yerinə yetirir.

Bəs Stoltenberqin bu açıqlamasının Xankəndində məskunlaşmış erməni separatçılarına ağır zərbə olacağına, Rusiya sülhməramlılarının ərazimizdən çıxacağına ümidləri artırdığını ifadə edirmi? Rusiya sülhməramlıları 2021-ci il noyabrın 10-da Qarabağa gətirilib. Və bu, məlum bəyanatdan sonra baş verib. Amma digər ölkələrdən fərqli olaraq, Rusiya bura zorla deyil, Azərbaycanın razılığı ilə gəlib. Belə olan təqdirdə NATO baş katibinin məlum açıqlamasını öz xeyrimizə yozmağımız doğrudurmu? Ümumiyyətlə, NATO rus sülhməramlıları Qarabağdan çıxarmaq gücündədirmi? Hətta nəzəri olaraq, rus sülhməramlıları bölgədən çıxsa, onları kim əvəzləyəcək?

Həmin açıqlama Rusiyaya qarşı yönəlmiş olsa da, əslində MDB məkanında mövcud olan separatizm fəaliyyətini də birbaşa hədəfə alır. Ona görə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsindəki erməni separatçıların narahatlıq keçirmələri üçün ciddi səbəblər mövcuddur. Amma fərq ondadır ki, rus qüvvələri Qarabağa müqavilə əsasında yerləşiblər və fəaliyyət müddəti başa çatmayıb. Əgər 2025-ci ildə 6 ay qalmış tərəflərdən birinin razılığı olmasa, onlar getməlidirlər, getməsələr, NATO və Qərbdən bu çağırışlar səslənməlidir.

Zamantv.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat” bildirdi ki, NATO baş katibi belə açıqlama versəydi, bizim faydamıza olardı: “O ölkələrin adlarını çəkib ki, NATO üzvlüyünü hədəf qoyublar. Bizim belə hədəfimiz yoxdur. Amma gərək ayrı-seçkilik etməzdi. Sadəcə, biz rus hərbi qüvvələrinin Qarabağdan çıxmasını istəyirikmi? Çünki hələ 4 il var. Biz rəsmi şəkildə bu tələbi dilə gətirmirik”.

E.Şahinoğlu hesab edir ki, Ukrayna, Gürcüstan və Moldova rəsmi şəkildə rus qoşunlarının çıxmasını tələb edir: “Biz ictimaiyyət olaraq rus sülhməramlılarının çıxmasını istəyirik. Ancaq rəsmi deyilmir ki, rus qüvvələri getsinlər. Azərbaycan hökuməti düşünür ki, müqavilədə göstərilib, 4 il sonra 6 ay qalmış getməlidirlər. Ona görə NATO baş katibi özünə yaxın ölkələrin adlarını çəkib. Bundan başqa, Stoltenberq Kremlə demək istəyir ki, sən bizə qarşı çox tələb irəli sürürsən, elə bizim də tələblərimiz var. Bu, Rusiyaya xatırlatmadır ki, tək Ukraynadan deyil, Gürcüstan və Moldovadan da çıxmasını tələb edirik”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?“ - Deputatdan tərs suallar
“Bu məsələyə yanaşmada hər kəsin özünəməxsus mövqeyi var və bu mövqeyə görə, təbii ki, mən heç kimi nə qınayır, nə də irad tuturam. Bu məsələni hərə bir cür fikirləşir və hərənin öz mövqeyi var, hərə də öz mövqeyində özünü haqlı hesab edir”. Zamantv.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın “Ermənilərlə görüşlər keçirilə bilər” fikrin i şərh edib.

Deputat qeyd edib ki, onu bu məsələdə öz mövqeyi var:

“Son 25 ildən çox bir müddətdə bu mövqeyi dəyişməmişəm. Bu illər ərzində hamımız şahidi olduq ki, 1990-cı illərdə “xalq diplomatiyası” adı altında bir neçə nəfər ortaya düşüb. Sonra 2000-ci illərdə də “ziyalıların görüşü” adı altında bir neçə görüş, İrəvan və Bakıya get-gəllər olub. Guya bundan bir nəticə hasil olacaq. Ancaq reallıq nəyi göstərdi? Reallıq göstərdi ki,belə yanaşmalarla məsələ həll olunmur. Məsələ hüquqi müstəvidə, eləcə də siyasi və hərbi arenada həll olunur. Kim getdi, kimlə görüşdü, nə söhbət etdi-etmədi, bununla heç bir məsələ həll olmur və heç kimin nə fikri, nə də əqidəsi dəyişir.

O ki qaldı Qarabağ və yaxud Ermənistan ermənilərinə, burada mən yenə də öz mövqeyimi dilə gətirmək istəyirəm. Bizə qarşı həmişə ən qəddar və barışmaz mövqedə olanlar Qarabağda yaşayan ermənilər olub. Bu, dünən də belə idi, bu gün də belədir və gələcəkdə də belə olacaq. Yəni bunlar nankor, xəyanətkar, çörəkitirən və bizə qarşı qəddar düşmənçilik mövqeyində olan kəslərdir”.

Həmsöhbətimiz gələcəkdə keçirilə bilən görüşlərin heç bir əhəmiyyət kəsb etməyəcəyini vurğulayıb:

“Mənə maraqlıdır ki, onların nəyi ilə görüşəcək və görüşüb hansı məsələni həll etmək fikrindədirlər? Onlar 30 ildən çoxdur bizi ev-eşiyimizdən didərgin salıb, soyqırımı və kütləvi qırğınlar törədiblər. Bu gün də ev-eşiyimizdə, bizim doğma yurdumuzda separatçı qurumlarıyla yaşayırlar. Sizcə, bunlarla görüşməyə dəyər? Yox! Bunlarla ancaq 44 günlük müharibədə danışdığımız dillə danışmaq lazımdır. Bunlar əvvəlkilər kimi ağ bayraq qaldırıb, qarşımızda diz çöküb təslim, qanunlarımıza tabe olub, bayrağımızın altından keçib, Konstitusiyamızı və vətəndaşlığımızı qəbul edəndən sonra baxarıq, cinayət törətməyiblərsə, orada qalıb yaşaya bilərlər, ya yox...

O vaxtı da demişdim ki, mənə qarşı soyqırımı törədib, torpağımı işğal edənin görüşünə gedirsən? Niyə gedirsən ki? Bu, cinayətkardır! İndi də gedib ona deyəcəksən ki, yaxşı etmisən?! Şəxsi mövqeyim belədir və işğaldan azad etdiyimiz ərazilər kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalımızı da, Xankəndimizi də, bütün Qarabağı separatçı cinayətkarlardan təmizləyəcəyik. Ondan sonra qanunlarımıza tabe olanlar, cinayətkar olmayanlar, əvvəldən orada yaşayanlar, qanun çərçivəsində qalıb yaşayacaq, qalanları əcnəbi vətəndaş kimi ölkəmi tərk edəcək”, - deyə millət vəkili yekunlaşdırıb.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza - SWIFT nədir?
Kremlin başı üzərindəki “Damokl qılıncı” – Ukraynaya müdaxiləyə görə Rusiyanı gözləyən ən təhlükəli cəza hansıdır?

Qərb ölkələri Ukraynaya hərbi müdaxiləyə görə Rusiyanı “misli görünməmiş” sanksiyaların gözlədiyini açıqlayıb. Kremlin xüsusən beynəlxalq bank köçürmələri sistemi - SWIFT-dən çıxarılmaqdan qorxduğu bildirilir.

CNN telekanalının saytında “SWIFT nədir və nə üçün o, Rusiyaya qarşı nə böyük silah ola bilər” başlıqlaı məqalə dərc olunub.
“Qərb ölkələri Prezident Vladimir Putini Ukraynaya hücumdan saxlamaq üçün Rusiyanı miqyası görünməmiş sanksiyalarla hədələyir. Amma sanksiya siyahısında Kremli xüsusi ilə qorxuya salan bir hissə var. Bu ölkənin beynəlxalq bank sistemi olan SWIFT-dən çıxarılmasını nəzərdə tutan tədbirlər planıdır.

Amerikalı qanunvericilər son həftələrdə Rusiyanı dünyanın minlərlə maliyyə institutlarını birləşdirən SWIFT sistemindən ayırmağı təklif edir. Yüksək çinli rusiyalı məmurlar isə bu planın reallaşacağı təqdirdə Rusiyadan Avropaya neft, qaz, metal və s. məhsulların ixrac olunmayacağını qeyd edib. “Əgər Rusiya SWIFT sistemindən çıxarılsa, biz xarici valyutanı almayacayıq. Amma alıcılar, ilk növbədə isə Avropa ölkələri bizim neft, qaz, metallar və digər vacib komponentlərimizi almayacaq”, - deyə Rusiya Federasiya Şurasının vitse-spikeri Nikolay Juravlev söyləyib.

Bəs SWIFT nədir?

Ümumdünya banklararası maliyyə kanalları xətti (SWIFT) 1973-cü ildə yaradılıb. Hazırda bu sistemin xidmətlərindən 11 mindən çox maliyyə institutu faydalanır. Onlar SWIFT vasitəsilə kodlaşmış məlumatlar və ödəniş göstərişləri göndərə bilir. SWIFT-in tamhüquqlu alternativinin olmaması onu dünya maliyyə sistemi üçün əvəzsiz edir.

Əgər Rusiya bu banklararası sistemdən çıxarılarsa, maliyyə institutları Rusiyaa pul göndərmək və geri pul almaq imkanlarını tam itirəcək. Bu Rusiya şirkətləri ilə yanaşı, bu ölkədən dollarla neft və qaz alan xarici müştərilər üçün də ağır sarsıntı olacaq.

“Rusiyanın SWIFT-dən çıxarılması bütün beynəlxalq tranzaksiyaları dayandıracaq, valyuta kurslarının qeyri-stabilliyinə və kütləvi valyuta axınına səbəb olacaq”, - deyə Moskvadakı Karneqi Mərkəzinin elmi işçisi Mariya Şagina ötən il yazırdı. Rusiyanın eks-maliyyə naziri Aleskey Kurdin isə 2014-cü ildə çıxışı zamanı sistemdən çıxarılarsa, Rusiya iqtisadiyyatının 5% azala biləcəyini söyləyib.

SWIFT-in mənzil-qərargahı Brüsseldə yerləşir. Onu 25 nəfər üzvü olan Direktorlar Şurası idarə edir. SWIFT özünü xidmətlər təklif edən neytral vasitəçi kimi təqdim edir, Brüsseldə qeydiyyatdan keçdiyi üçün bu ölkənin qanunvericiliyinə və Avropa Birliyinin norma və qaydalarına riayət etməyə məcburdur.

Rusiya SWIFT-dən çıxarılsa, nə baş verə bilər?

Bu günə qədər hər hansı ölkənin SWIFT sistemidən çıxarılması halına rast gəlinməyib. Yalnız 2012-ci ildə Avropa Birliyi sanksiya tətbiq etdiyi üçün İran banklarını öz sistemindən çıxarmış, buna görə, İran neft ixracından əldə etdiyi gəlirlərin 50%, xarici ticarət dövriyyəsinin isə 30%-ni itirmişdi.

“SWIFT öz kollektiv maraqları üçün yaradılmış və xidmət edən neytral kooperativdir. Hər hansı ölkə yaxud fiziki şəxs barədə sanksiya ancaq müvafiq dövlət orqanlarının istəyi və mövcud qanunvericilik əsasında həll olunur”, - deyə SWIFT mətbuata açıqlama verib.

Amma ABŞ-ın müttəfiqlərinin bu qərarı hansı qətiyyətlə dəstəkləyəcəyi məlum deyil. Belə ki, Rusiya SWIFT-dən çıxarılsa, bundan ən çox ABŞ və Almaniya zərər görəcək. Belə ki, həmin ölkələrin bankları Rusiya bankları ilə əlaqə üçün bu sistemdən daha çox yararlanır.

“Şübhəsiz ki, SWIFT-dən çıxarılma əlimizdə Rusiyaya qarşı güclü silah olacaq. Amma qorxuram ki, bu silahdan istifadə etmək üçün ABŞ-ın köməyi bizə lazım olsun. Bu mövzuda diskussiya aparırıq”, - deyə Böyük Britaniya Baş naziri Boris Conson İcmalar Palatasında çıxışı zamanı söyləmişdi.

Qərbin iqtisadi sanksiya hədələri fonunda Rusiya Çinin yaratdığı CIPS banklararası mübadilə sisteminə baş vura bilər. Digər alternativ olaraq, Moskvanın kriptovalyutadan istifadə etməyə başlayacağı iddia olunur”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Direktor kolleci şəxsi təsərrüfatına ÇEVİRİB... - İLGİNC İDDİALAR...
Ağdaş rayonu dövlət humanitar kollecinin direktoru barəsində saytımıza maraqlı məlumat daxil olub. Zamantv.az bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə bir müddət əvvəl qeyd olunan ünvanda təmir-tikinti bərpa işləri aparılmışdır.Hər şey də elə buradan başlayıb.
Təzə materiallar satılıb pulu direktor və sair şəxslər tərəfindən mənimsənilib.Əvəzində köhnə materiallardan istifadə olunub.
Tələbələrdən imtahanlarla bağlı pul yığılır.İmtahanlardan kəsilən, balı aşağı olan tələbələr pul müqabilində ballarını artırır və sair.
Həmin tədris mərkəzində olduqca böyük maxinasiyalar həyata keçirilir.Bütün bu qanunazidd əməllər bir neçə dəfə mətbuat orqanlarında da işıqlandırılmışdır.
Görünür ki, direktor Namiq Mehdiyevin fəaliyyəti yarıtmazdır və heç bir qanun tanımır.Direktor bir neçə dəfə ağzından qaçırdıb ki, mənim arxamda güclü adam dayanıb.Həmin adamın kimliyi bir az sonra mövzuda məlum olacaq.Görəsən ölkədə qanun şahdır yoxsa hansısa məmur?
Məhz Namiq Mehdiyevin bu kimi fəaliyyəti ölkə qanunlarına hörmətsizlik kimi qiymətləndirilməli və dərhal tədbir görülməlidir.
Qeyd olunan kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
. Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)
. Texnologiya müəllimliyi.
. Təsviri incəsənət müəllimliyi.
. İbtidai sinif müəllimliyi.
. Ailə və ev təhsili.
. Məktəbəqədər təlim və tərbiyə.
. Maliyyə işi.
.Yol hərəkətinin təşkili.

Hazırda texnikomlar universitetlərə tabe edilib.Məsələn, pedaqoji kollec pedaqoji universitetə, mədəniyyət kolleci, mədəniyyət universitetinə və sair.
Ağdaşda əsas olan yol hərəkətinin təşkili yəni sonda QAİ-dir.Bu fakültəni bitirən şəxs YPX də post patrul xidmətinə işə düzələ bilər.
Elə buna görə də bu fakültənin qiyməti ən baha olandır.Bu kollecdə rüşvət pik həddə çatıb.
Həmin tədris mərkəzində təhsil alan tələbələr qeyd edir ki, ümumi imtahanlardan keçmək üçün 100-150 bəzən 200 AZN rüşvət tələb olunur.Pulu verə bilməyən tələbələr mütləq şəkildə direktorla görüşüb ortaq məxrəcə gəlməyə məhkumdur.
Müəyyən tələblər var ki,dərsə gəlmirlər.Onların adları jurnalda olsa belə yalnız təhsil nazirliyindən yoxlama gəldikdə məktəbdə peyda olurlar.
Dərslərdə iştirak etməməyin aylıq qiyməti 100-150 AZN dir.
Kollecdə adı jurnalda olub, ancaq Bakıda və sair yerlərdə işləyən onlarla oğlan tələbələrə rast gəlmək mümkündür.Burada hətta saxta diplom və arayışlar da verilir.
Övladını bu kollecə yol hərəkətinin təşkili fakültəsinə qoyan valideynlər onu gələcəkdə YPX əməkdaşı görmək arzusuyla kollecə yüzminlərlə vəsait xərcləyir.
Bütün bunları gördükdən sonra ölkədə təhsilin bərbad vəziyyətdə olması qənaətinə gəlməyə bilmirsən.
Ağdaş Dövlət humanitar kolleci ölkədə ən korrupsiyalaşmış və qanunsuzluqların olduğu yerdir.Çünki direktor Namiq Mehdiyev buranı öz şəxsi təsərrüfatı hesab edir və özü demişkən.Aylıq təhsil nazirinin haqqını verirəm.Mənimlə kimin işi olasıdır ki.

Redaksiyadan: Araşdırmalar davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Gənc icra başçısı Gədəbəy dağlarındakı bulağı zəbt etdi - Su satır
Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Zamantv.az bizimxeber.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı xaricdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli yayıb.

O iddia edib ki, keçmiş deputat və sabiq rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyatdan keçirib və Gədəbəyin dağlarında özünə böyük bir bulaq zəbt edib.

Jurnalist qeyd edir ki, həmin bulağın suyu 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla gətirilir. Bundan sonra, icra başçısınını rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırılır.
Gənc icra başçısı Gədəbəy dağlarındakı bulağı zəbt etdi - Su satır
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Keçmiş deputat günahı görün kimin ÜSTÜNƏ YIXDI? - TƏFƏRRÜAT
"ŞTUTQART” MMC-nin sahibi, sabiq deputat Nəriman Əliyev son günlər barəsində səsləndirilən iddialara cavab verib. İş adamı ağac kəsdirməsi və bir neçə əməkdaşı işdən çıxararaq maaşlarını verməməsi haqda fikirləri qərəzli və əsassız adlandırıb. Zamantv.az -ın məlumatına görə, Nəriman Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, 2021-ci il sentyabrın 7-dək olan dövr üçün "ŞTUTQART” MMC-nin maliyyə təsərrüfat fəaliyyəti barədə auditor yoxlaması aparılıb: "Yoxlama zamanı mənimsəmə, israfetmə ilə bağlı faktlar aşkar edilərək şirkətə məxsus xüsusilə külli miqdarda pul vəsaitinin mənimsənilməsi müəyyən edilib.

Sentyabrın 7-də "ŞTUTQART” MMC-nin direktoru işləmiş Əfqan Arif oğlu Abdullayev tutduğu vəzifədən azad edilib.

Həmin tarixdə Əfqan Abdullayevin birbaşa göstərişi ilə bütün mağazalar bağlanılıb və işçilər hamısı işdən kənarlaşdırılıb. Həmin gün Əfqan Abdullayev özünə məxsus telefon nömrəsi ilə işçilərin vatsap qrupuna səsli mesajla "Hamı dükanı bağlasın! İkinci söhbət də təkrarlanmasın burada. Deyirəm bağlasın! Elə eləməsinlər ki, gedim orada həmin satış müdiri ilə bir yerdə oradakı uşaqları da vura-vura çıxardım obyektdən! Obyekti bağlayın! Heç kim hörmətsizlik eləməsin, hamı da telefonlarını söndürsün, cavab verməsinlər heç kimin telefonuna, mən deyənə qədər gözləsinlər”.

Bundan sonra "ŞTUTQART” MMC-nin işçilərinin böyük bir hissəsi onun qanunsuz fəaliyyətini dəstəkləməklə işə çıxmayıb, digərləri isə özlərinin əmək fəaliyyətlərini davam etdiriblər. Əfqan Abdullayevin himayə etdiyi və onun fəaliyyətinə kömək edən bir qrup işçi əmək vəzifələrindən imtina edərək onların məsuliyyətində olan mal-materialları təhvil vermədən iş yerlərini tərk edərək gediblər. Həmin gün məlum olub ki, Əfqan Abdullayev və onunla birlikdə gedən şəxslər "AVTODETAL” adı ilə yaradılan mağazalar şəbəkəsində fəaliyyətə başlayıblar".

Sabiq deputat iddia edib ki, şirkətində vəzifə tutan həmin şəxslər MMC-yə məxsus pulu mənimsəyiblər: ""ŞTUTQART” MMC-də işləyən Abutalıb Ağayev, Seymur Sərxanov və digərləri birləşərək 1 035 751,21 manat məbləğində ehtiyat hissələrini qanunsuz yolla çıxararaq "AVTODETAL” adı ilə fəaliyyət göstərən mağazalara daşıyıblar. Bununla əlaqədər auditor rəyi tərtib olunub və hal-hazırda hüquq-mühafizə orqanlarında təhqiqat aparılır".

Nəriman Əliyevin sözlərinə görə, şirkətin yaxınlığındakı ağacların kəsilməsinə həmin zaman MMC-nin direktoru olan Əfqan Abdullayev göstəriş verib: "Ağac kəsilməsi ilə bağlı məsələ şirkətdə autidor yoxlaması aparılarkən aşkar edilib. Həmin ərazi yəni, Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən anbar mənim mülkiyyətimdə olsa da, 25 oktyabr 2016-cı il tarixdə "ŞTUTQART” MMC-yə icarəyə verilib. Ağacların kəsilməsi Əfqan Abdullayevin göstərişi ilə Abutalıb Ağayev tərəfindən icra olunub. Həmin vəzifəli şəxslər tərəfindən ağacların kəsilməsi faktı üzrə Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb".

"ŞTUTQART" MMC-nin sahibi olan N. Əliyev bir qrup işçinin qanunsuz olaraq işdən azad olunması haqda məlumata belə reaksiya verib: "Onların bir hissəsi 2021-ci il sentyabrın 7-dək öz ərizələri ilə işdən azad olunublar. Sentyabr ayınadək əmək fəaliyyətlərini dayandırıb və işdən xaric olunublar. Digər şəxslər isə Əfqan Abdullayevin göstərişi əsasında iş yerlərini tərk edərək onunla birlikdə ona məxsus mağazalarda işləyirlər. Bu şəxslər "ŞTUTQART” MMC-nin mağazalarında maddi məsul şəxs olmaqla öz əmək vəzifələrinin icrasını pozan və şirkətə maddi ziyan vuran işçilərdir. Aparılmış auditor yoxlama zamanı həmin maddi məsul şəxslərin öhdəsində olan xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənildiyinə dair faktlar aşkar edilib".

Nəriman Əliyev mediada ona məxsus olduğu deyilən əmlak siyahısı haqda da danışıb: "Mətbuatda mənə məxsus əmlaklar barəsində verilən məlumatların çoxu qeyri-dəqiqdir. Mən 1992-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 2010-cu ilə qədər Azərbaycanda özəl sektor tərəfindən açılan ilk istehsal müəssisələrinin təsisçisi və baş direktoru olmuşam. 2010-cu ildə Milli Məclisə seçilərkən müəssisələrdə direktor fəaliyyətimi dayandırmışam. 2020-ci ilin mart ayınadək hər hansı bir biznes qurumunda qanuni təmsilçi olmamışam. Eyni zamanda keçirdiyim ağır cərrahi əməliyyatlar nəticəsində 2021-ci ilin may ayına qədər səhhətimin bərpası ilə məşğul olmuşam.

Təsisçisi olduğum müəssisələr üzrə 1992-ci ildən başlayaraq sahibkarlıq fəaliyyətini həyata keçirmişəm. Özəl sektorda Azərbaycanın ən yüksək vergi ödəyicilərindən olmuşam. Bunun müqabilində əldə etdiyim mənfəət hesabına istehsal müəssisələri və digər ticarət obyektlərini qanuni şəkildə əldə etmişəm.

Mətbuatda adı çəkilən Bakı şəhəri T.Əliyev küçəsindəki ev mənə məxsusdur və hazırda orada yaşayıram. Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qayıbov küçəsi, 10c ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti mənə məxsusdur. Hazırda evim, qeyri-yaşayış sahəsi və Masallıda olan ticarət obyekti biznes fəaliyyəti ilə əlaqədar götürdüyüm kreditlə bağlı banklarda girovdadır.

Mətbuatda dərc edilən yazılarla bağlı bildirirəm ki, orada göstərilən məlumatların hamısı şirkətdə aparılan auditor yoxlaması zamanı, xüsusilə külli miqdarda mənimsəməyə yol vermiş şəxslər tərəfindən uydurulub. Çox təəssüf ki, bu məlumatlar dərc olunarkən hər hansı bir rəsmi mənbəyə istinad olunmayıb. Belə ki, ağacların kəsilməsi ilə bağlı mətbuatda verilən məlumatlar prokurorluq tərəfindən verilmiş rəsmi açıqlama ilə üst-üstə düşmür.

Digər bir məlumatda Talıbov Şahsuvar Nazim oğluna istinad edilməklə mülklər haqda verilən xəbərlər mənim şikayətim əsasında Nizami Rayon 23-cü polis bölməsində araşdırılıb. Araşdırma nəticəsində Talıbov Şahsuvar Nazim oğlunun izahatı alınıb və o, izahatında həmin məlumatların onun tərəfindən verilmədiyi, həmçinin yalan olduğunu təsdiq edib".
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Kasıba qalan elə “İran peçi”, “Ceyran peçi”dir.., onsuz belə də ölürük" - AKTUAL
Qışın gəlməsi ilə artan dərdlər sırasında qaz azlığı problemi olsa da, qazın gəlməsi də çox zaman elə ciddi və eyni zamanda həyati təhlükə yaradan nəticələrə yol verir. Məsələn, hər qış canlar alan dəm qazı zəhərlənmələri, qışla birlikdə gələn ən ciddi və ölümcül təhlükələrdən biridir.
Bir zamanlar Bakı sakinlərinin bir çoxu İran sobalarından istifadə edirdi. Həmin vaxtlar bir aidiyyatı qurumlar bu sobaların insan həyatı üçün riskli olduğunu qeyd etsə də, ucuz mal olduğundan, çox vətəndaşın gücü onu almağa çatırdı. Elə İran sobaları ilə birlikdə el arasında “ceyran peçi” adlanan sobalar da ciddi təhlükə qaynaqlarından biri hesab olunurdu. Hal-hazırda paytaxtın və bir çox rayonların kənar ərazilərində bu sobalardan geniş istifadə edilir. Kombi və bunun kimi təhlükəsiz, səmərəli və sərfəli istilik vasitələri isə vətəndaşların cibinə ağır gəlir. Odur ki, “dədə-baba qaydası” hesab etdikləri “ceyran peç”lərinə daha çox üstünlük verirlər:

“Elə ən yaxşısı “ceyran peçi”dir. Təkcə səsi bəs edir ki, xumarlanıb yanında yatasan. Arada üstünə şabalıddan, qoz ləpəsindən də düzürük, sonra bişirib lavaşın ya da çörəyin arasına qoyuruq. Ləzzətini də heçnə vermir. Adam var, evində kombi quraşdırıb, gecələr rahat yatır, “qaz açıq qaldı” dərdi çəkmir, əslində çox da yaxşı şeydir. Amma hər kəsin buna gücü çatmır axı. İndi tikinti materiallarının qiyməti qalxıb ərşə. Hələ istilik vasitələrini demirəm, təkcə kombilərin qiyməti hardasa iki min manatdan başlayır. Bizim ailədə iki nəfər maaş alan var, biri mənəm, bir də qardaşım. Ümumi bizim evə daxil olan gəlir səkkiz yüz manatdır. Hər manatın da öz dərdi-odu var, kredit borcu da ki, boynumuzdan aşır, necə gedib alaq? Kasıba qalan elə “İran peçi”, “Ceyran peçi”dir. Belə də ki, öləndə öləcəyik də, nə edək? Onsuz belə də ölürük”. Zamantv.az bildirir ki, bunu Mürsəl adı sakin Bizimyol.info saytına müsahibəsində bildirib.

İran sobası və bənzəri istilik vasitələrindən istifadə edən vətəndaşların əksəriyyəti təhlükənin miqyasını bildiklərindən, gecələri sobanı keçirib, elə yatırlar. Bu isə bir neçə saat sonra evi bum-buz edir: “Biz bir neçə il arxa-arxaya qaz sobası partlamalarında həlak olan insanların sayəsində anladıq ki, gecələri bu sobanı yanılı qoyub yatmaq olmaz. Neçə ailələr bir gecənin içində yandı külə çevrildi, oyuncaq deyil ki. Yatmamışdan öncə, hər kəs ayıq olan zaman yandırırıq, yatan zaman da söndürüb, elə yatırıq”,– deyə, xanım sakin bildirib.

Bakının bəzi rayon və qəsəbələrində, o cümlədən, Binəqədi və Sabunçu rayonlarının qəsəbələrində yerləşən həyət evləri bu növ sobalarla qızdırılır. Sabunçu rayonunun Zabrat qəsəbəsi hər yağış, qardan sonra Venesiya şəhərini xatırladır. Burada vəziyyət on illərdir ki, belədir. Zabrat qəsəbəsinin kanalizasiya problemi heç zaman öz həllini tapmayan “üzsüz qonağa” çevrildiyindən, yerli sakinlər də bu qonağı öz evlərinin sakini kimi qəbullanmağa məcbur olublar. Bu qəsəbədə yeganə dəyişən bir şey varsa, o da 148 nömrəli nəqliyyat xəttinin avtobuslarıdır. Bütün bu problemlərlə yanaşı, evinin içində dəm qazı təhlükəsi ilə yaşayan sakinlər “artıq qazın dilindən anladıq”larını qeyd edirlər. Nəinki evlərdə, hətta hamam otaqlarında su qızdırmaq üçün istifadə olunan suqızdırıcı kalonkalar da səssiz ölümün başqa bir versiyası hesab edilir. Hamamda duş qəbul edən insanlar qazın sönərək, içəri dolduğunun fərqinə varmadığından, hamam otağında halları pisləşir və nəticə faciə ilə bitir.

Bu və oxşar problemlərlə yanaşı, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti hər il vətəndaşlara müraciət ünvanlayır. Həmin müraciətlərin birində qeyd olunan tövsiyələri oxucularımızla bölüşürük:

Heç bir halda qeyri-standart işlədicilərdən istifadə olunmamalıdır;
Standart işlədicilərin iş prinsiplərinə əməl olunmalı, onların funksional quruluşuna müdaxilə edilməməlidir;
Hər hansı nasazlıq aşkarlanarsa, ixtisaslaşdırılmış müəssisəyə, professional ustaya müraciət olunmalıdır;
Su qızdırıcıları - binaların qızdırılması üçün istifadə olunan Rusiya, İran, Avropa istehsalı olan, xalq arasında “pyatiminutka”, “kolonka”, “kombi”, “ariston” və sairə kimi adlandırılan hər bir qızdırıcı aparatın qazla təminatı sertifikata uyğun boru ilə təmin olunmalı, yanmış qazların çıxışı sərbəst, standart, tələb olunan ölçülərə müvafiq qaydada qurulmalı - montaj olunmalıdır;
İşlənmiş qazların kənarlaşdırılması üçün nəzərdə tutulan şaxta - baca sistemləri mütəmadi qaydada qurum, kənar predmet və sairdən təmizlənməlidir, axarlılığı tutacaq kənar əşya, hər hansı səbəb yolverilməzdir;
Heç bir halda qaz işlədicisi bilavasitə duşun qəbul edildiyi otağa qoyulmamalıdır, qaz işlədicisi açıq məkanda qoyulmalıdır, duş və işlədicinin bir məkanda olması yolverilməzdir! Əgər bu vacib tələbi pozmusunuzsa, əməl edə bilməmisinizsə, duş olan otaqda hökmən nəfəslik - kiçik ölçülü pəncərə, otağın qapısında isə kiçik diametrli dəliklər olmalıdır. Nəfəslik vardır və qapalıdırsa, bunun Sizin təhlükəsiz duş qəbulunuza faydası olmayacaq, nəfəslik açıq olmalıdır ki, dəm qazı ayrılması varsa, o qazlar hermetik qapalı mühitdə çox toplanıb ölüm gətirəcək həddə çata bilməsin, nəfəslik açıq olmalıdır;
Heç bir halda mətbəx qaz plitə - sobalarından mənzilin qızdırılması üçün istifadə etməyin;
Qaz plitələrini nəzarətsiz qoymayın, üstündəki qaynayana kimi, çimim çıxım, yaxud çörək alım gəlim deyə işlək halda qaz plitəsini buraxıb mətbəxi tərk etməyin.
Tövsiyələrimiz qəribə səslənsə də, çoxillik fəaliyyətimizdə və təcrübəmizdə təəssüf ki, çox sayda belə bədbəxt hadisələrin şahidi olmuşuq və bu tövsiyələrə əməl etməmənin həyatlar bahasına başa gəlməsi halları yetərincə baş vermişdir”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olundu - TAM SİYAHI -YENİLƏNİB
Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının yeni sədrləri məlum olub.
Zamantv.az APA-ya istinadla məlumatına görə, YAP İdarə Heyətinin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının 64 rayon və şəhər təşkiltına yeni sədrlər təyin olunub.
Həmin siyahını təqdim edirik:

Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı
Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı
Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı
Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı
Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı
Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı
Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı
Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı
Heydərov Rövlan Nəsib oğlu - YAP Naftalan şəhər təşkilatı
Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı
İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı
İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı
Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı
Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı
Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı
Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı
Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı
Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı
Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı
Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı
Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı
Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı
Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı
Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı
Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı
Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı
Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı
Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı
İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı
Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı
Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı
Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı
Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı
Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı
Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı
Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı
Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı
Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı
Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı
Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı
Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı
Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı
Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı
Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı
Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı
Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı
Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı
Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı
Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı
Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı
Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı
Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı
Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı
Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı
Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı
Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı
Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı
İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı
Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı
Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı
Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı
Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı
Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı
Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı
***

İran Qərbə şərt qoydu: "Öz üzərilərinə götürməlidirlər"
Bu uşaqlar nəzarətə götürüldü - FOTO
Rəsmi Bakı Qazaxıstana başsağlığı verdi
Saat 16:41

Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatlarına yeni sədrlər təyin olunub.

Zamantv.az APA-ya istinadla məlumatına görə, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Deputatlar rayon təşkilatlarının yenidən sədri təyin olunmayıb. Beləliklə, Gəncə rayon təşkilatında deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Deputat nəzir qutularına ÜSYAN ELƏDİ: - “Allahla müqavilə bağlayırlar ki...”
“Ümumiyyətlə, İslam dinində nəzir qutusu, nəzirvermə anlayışları yoxdur. Ola bilsin ki, insanlar dini başa düşmürlər. Nəzirvermə anlayışını hansı dindən götürüblər?! Əgər dinləri İslamdırsa, İslamda nəzir, nəzirvermə anlayışı mövcud deyil. Dinləri xristiandırsa, gedib kilsədə şam yandırmalıdırlar. Dualarını etdikdən sonra qayıdıb evlərinə gəlməlidirlər. Hətta duanın özündə də hər hansı bir maddi tələb yoxdur.

Əlini göyə qaldırmadan da ürəyində Allaha dua edə bilərsən. Deməli, nəzir məsələsi İslamda, xristianlıqda, qriqoryanlıqda yoxdur. Bəs, bu nə dinidir?!”

Zamantv.az Bizim.Media-ya istinaadən xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabından yazdığı statusda qeyd edib.

Belə ki, İslam dinində nəzirvermə anlayışının olmadığını qeyd edən millət vəkili insanların dini ehkamları yalnış formada dərk etmələrinə diqqət çəkib:

“Cahil insanların 100, 200, 500 ildir başlarını yeyib aldadıblar ki, sən nəzir verməlisən. Niyə verməlidirlər?! Müasir dövrdə ianə forması var. İanəni də ona görə verirlər ki, məscidlərin, insanların ibadət yerlərinin işıqpulu, qazpulu problemləri olur, onları həll etmək üçün. Yəni, məscidi qorumaq üçün bu addımı atırlar. Biri “mənim şəxsi problemlərim həll olunacaq” – deyib Mirmövsüm ağanın qəbrinin üstünə qaçır. Digəri dağın başında üzərinə yaylıq örtülmüş bir pirin üzərinə yüyürür.

Bir başqası əlinə əski parçası götürüb ağaca bağlayır ki, niyyətim yerinə yetəcək. Bunların hamısı cəhalət elementləridir. 21-ci əsrdə Azərbaycan insanının bunu etməsi cəhalətdən xəbər verir”.

Deputat xarici ölkələrdə də bəzi din kimi təqdim olunan ritualların ağır nəticələrini nümunə kimi qeyd edib:

“Ola bilsin ki, hansısa yüz nəfərlik bir sekta bunu etsin. Bu, Avropada da, Amerikada da var. Psixoloji durumu pozulmuş xeyli insanlar olur ki, bunlar birləşirlər. Məsələn, tutaq ki, Corctaunda bir təriqət var idi, sonra hamısı özlərinə qəsd edərək öldürdülər. Bu cür rituallar həmin təriqətləri ayaqda saxlamaq üçün bir vasitədir”.

“Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır

“Azərbaycan xalqında isə bu, bütünlüklə belədir; sanki nəzir verməsələr, olmaz. Allahla müqavilə bağlayırlar ki, bu işim həll olunsun, qurban kəsəcəyəm. Bu cür absurd məsələnin qanunvericiliyə gətirilməsini də məqbul saymıram. Ümumiyyətlə, bu cür terminlərin qanunvericiliyə gətirilməsinin tərəfdarı deyiləm. “Nəzir qutusu” ifadəsinin özü tamamilə yanlışdır”.

XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO