[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Bizə Vahid Dövlət İmtahanı lazımdırmı? - HƏQİQƏTƏN DƏ...
Vahid Dövlət İmtahanı (VDİ) həm məktəblilər üçün buraxılış imtahanı, həm də ali məktəbə qəbul imtahanıdır. Azərbaycanda onun tətbiqinin mümkünlüyü ən çox və uzunmüddətli müzakirə olunan təhsil məsələlərindən biridir.

Rusiyada uzun illərdir ki, VDİ-dən istifadə olunur və bu ölkənin təhsil sistemi bunun üzərində köklənib. Amma heç də bütün ruslar ona müsbət münasibət bəsləmirlər. “RİA Novosti” xəbər verir ki, “Otkritie Bank”ın araşdırmasına görə, rusiyalıların 60%-i onun ləğvinin tərəfdarıdır, 7%-i isə mütləq dəstəkləyir. Hər dördüncü respondent VDİ-yə normal yanaşır, çünki “hamı artıq buna öyrəşib”.

Zamantv.az xəbər verir ki, Azərbaycan Təhsil Nazirliyi yanında İctima Şura sədrinin müavini Nadir İsrafilovun AYNA-ya dediyinə görə, cəmiyyətimizdə imtahanların forması ilə bağlı yekdil fikir yoxdur: “Bir vaxtlar məktəbdə 5-6-cı siniflərdə cəmi 2 imtahan, 7-8-ci siniflərdə 3 imtahan, 9-10-cu siniflər 4 imtahan keçirilirdi. Bu, uşaqların yaşı, fizioloji imkanları nəzərə alınmaqla təşkil olunurdu. Və belə addım-addım yanaşma sayəsində məktəblilər imtahan verməkdə heç bir çətinlik çəkmirdilər. Hər kəs imtahanlarda hansı biliklərə ehtiyac duyacağını bilirdi. Universitetlərə gəlincə, ali məktəblərdə 4 imtahan olub. O zaman bir imtahan qeyri-profil fənni üzrə idi”.

İmtahan islahatları o zaman başladı ki, məktəblərdə keçid imtahanları ləğv edildi, yalnız buraxılış imtahanları qaldı. 90-cı illərdə universitetlərdə test imtahanları tətbiq edilib və onun hansı fənn üzrə keçirilməsi ilə bağlı mübahisələr hələ də var. Məsələn, bəziləri kimyanı informatikadan daha vacib hesab edir, bəziləri isə əksinə.

“Bəzi ölkələrdə ali məktəblərə qəbul imtahanlarının ləğv edilməsindən sonra bizdə deyildi ki, Azərbaycanda belə bir addım atmağa qərar verməliyik. Lakin bu fikir dəstəklənməyib. Başqa ölkələrdə təhsil prosesi fərqli ola bilər, amma bu, o demək deyil ki, biz hər şeyi qəbul etməliyik. Təbii ki, beynəlxalq təcrübəni öyrənmək lazımdır, həm də reallıqlarımızı nəzərə almaq şərtilə”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, imtahanlar lazımdır, lakin onların keçirilməsinin forma və üsulları müzakirə olunmalı və təkmilləşdirilməlidir: “Vahid Dövlət İmtahanına tərəfdar çıxanlar daha çox idi, çünki bir imtahan hər cəhətdən buraxılış və qəbul imtahanlarını ayrıca verməkdən asandır. Ancaq sonda Vahid Dövlət İmtahanına da gedilmədi, çünki biz hələ buna hazır deyilik. Belə imtahan sistemi tətbiq edilməzdən əvvəl ictimai rəy öyrənilməli və nəzərə alınmalıdır”.

“Ümumiyyətlə, bəzi dövlətlər sınaq imtahanlarına münasibətini yenidən nəzərdən keçirir. Test sisteminin üstünlükləri onun sayəsində daha çox abituriyentin ali məktəblərə daxil olmağa başlaması və imtahanlardan keçərkən insan amilinin təsirinin aradan qalxmasıdır. Ancaq testlərin çatışmazlıqları da var, çünki onları keçmək üçün materialı əzbərləmək kifayətdir. Şifahi imtahan isə tamam başqa məsələdir. O ki qaldı müəllimlərin belə imtahanda mümkün subyektivliyinə, komissiya var, abituriyent nə iləsə razılaşmasa, apellyasiya şikayəti verilə bilər”, - deyə İsrafilov vurğulayıb.

Sədr müavini hesab edir ki, fənnin xüsusiyyətlərini nəzərə almaq lazımdır: “Bəzi imtahanlar yazılı, bəziləri şifahi, bəziləri isə test üsulu ilə keçirilə bilər. Amma ölkədə imtahan sisteminin mərhələli təkmilləşdirilməsi davam edir və bundan sonra da davam edəcək. Beləliklə, test sistemimiz tədricən modernləşdirilir, artıq bir neçə ildir ki, biz yalnız qapalı yox, həm də açıq testlər keçiririk”.

Təhsil eksperti Səbinə Əliyeva da AYNA-ya şərhində deyib ki, hər sistemin özünəməxsus müsbət və mənfi cəhətləri var, lakin insan amilini də unutmaq olmaz: “Vahid Dövlət İmtahanına gəlincə, ona keçsək, indiki sistemlə heç bir ciddi fərq olmayacaq, amma bu, abituriyentlərin həyatını asanlaşdıracaq. Repetitorlara ehtiyac azalacaq və abituriyentlər stressdən uzaq olacaqlar”.

“Fikrimcə, test sistemini tam uğurlu adlandırmaq olmaz, çünki elə olur ki, abituriyent yalnız əzbərçiliklə məşğul olur və bu, obyektiv biliyi üzə çıxarmağa imkan vermir. Amma müqayisəli təhlil aparsaq, deyək ki, 80-ci illərdən fərqli olaraq, indi ali məktəbə daxil olmaq asanlaşıb. Şifahi imtahanda bir neçə cüt professor gözü gənc abituriyentə baxanda, o, asanlıqla çaşıb, hər şeyi unuda bilər”, - deyə müsahibimiz söyləyib.

Əliyevanın sözlərinə görə, VDİ çərçivəsində testlərlə yanaşı, bəzi ixtisaslar üzrə müsahibə də keçirmək olar: “Məsələn, deyək ki, rəssamlığa, rejissorluğa, bədən tərbiyəsi müəllimliyinə daxil olanlar xüsusi fəndən imatahan verdikləri halda, tibb fakültələrinə necə sırf test imtahanı ilə daxil olmaq olar - aydın deyil”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb?
Azərbaycanda COVID-19 infeksiyasına yoluxmanın cari vəziyyəti açıqlanıb.
Zamantv.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “koronavirus.info” saytında məlumat yerləşdirilib.
Məlumatda Azərbaycanda iqtisadi rayonların bölgüsünə görə yoluxmanın statistikası açıqlanıb. İqtisadi rayonlar isə 7 iyul 2021-ci ilə qədərki bölgüyə əsasən qruplaşdırılıb.
Belə ki, 7 iyul 2020-ci ildə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmanda Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib.
Yeni bölgüyə əsasən Azərbaycanda Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları var.
“Koronavirus.info” saytında dərc olunan məlumatda isə ləğv edilmiş Abşeron, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarına görə statistika təqdim edilib.

Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb?

Xatırladaq ki, “koronavirus.info” saytı 19 mart 2020-ci ildə Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən istifadəyə verilib.
Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb?
Xatırladaq ki, “koronavirus.info” saytı 19 mart 2020-ci ildə Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən istifadəyə verilib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
İki deputat YAP-dakı vəzifələrini itirdilər
Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilir.

Zamantv. az modern.az-a istinadən xəbər verir ki, iclasa Partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrlik edir.

İclasda YAP rayon təşkilatlarına sədr təyinatı məsələsi müzakirə olunub.

Qərara əsasən, Gəncə rayon təşkilatında deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
YAP rayon təşkilatlarına yeni sədrlər təyin olunub
Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatlarına yeni sədrlər təyin olunub.

Zamantv.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib.

Deputatlar rayon təşkilatlarının yenidən sədr təyin olunmayıb. Beləliklə, Gəncə rayon təşkilatında deputat Naqif Həmzəyevi Ramil Orucov, Ağdaş rayon təşkilatında Cavid Osmanovu Əlişah Rəcəbov əvəzləyib.

***

saat 16.21

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

Videokonfrans formatında keçirilən iclasa YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sədrlik edir.

İclasda YAP rayon təşkilatlarına sədr təyinatı məsələsi müzakirə olunur.

Qeyd edək ki, YAP İdarə Heyətinin 10 sentyabr 2021 tarixdə keçirilən iclasında partiyanın Bakı rayon təşkilatlarına yeni sədrlər təyin olunub. YAP İdarə Heyətinin bu gün keçirilən iclasında isə digər rayon təşkilatlarına sədr təyinatı məsələsi həllini tapacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Füzuli rayonunda traktor minaya düşüb
Füzuli rayonunda traktor minaya düşüb. Zamantv.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”
“Bu və ya digər təşkilata qoşulmaq qərarı, xüsusilə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı dövlətin suveren haqqıdır”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz görürük ki, ölkələrin Aİİ-yə inteqrasiyası iqtisadi baxımdan faydalı olub. Aİİ ölkələrinin toplam ümumi daxili məhsulu dörd faizdən çox, qarşılıqlı ticarət 30 faiz, xarici bazarlara ixrac 41 faiz artıb. Hazırda Aİİ ölkələri rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlıqda, kiçik və orta biznesə dəstək göstərilməsində təcrübəyə malikdir. Bundan başqa, bir sıra ölkələr bu təşkilata üzv olmağa maraq göstərir”, - deyə səfir bildirib.

Qeyd edək ki, ötən il dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

“Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib: “Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”.

Azərbaycanın, qeyri-rəsmi olaraq “Putin ittifaqı” adlandırılan bu quruma, üzvlüyü və ya hansısa statusla təmsilçiliyi haqda çağırışlar niyə artıb? Azərbaycanın Aİİ-yə üzvlüyü yalnız Ermənistana görəmi baş tutmayıb? Bakının hər hansı statusla bu qurumda təmsilçiliyi lazımdırmı?

Zamantv.az "Yeni Müsavat"a istinadla xəbər verir ki, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə geniş rakurslardan yanaşır: “Ölkələr arasında yumşaldımış iqtisadi əlaqələr bütün dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Hamı bu əlaqələrdən öz xeyrinə nələrisə əldə etməyə çalışır. Böyük dövlətlər bundan, eyni zamanda həm də bəzi siyasi maraqlarını təmin etmək üçün istifadə etməyə çalışsalar da, ciddi iqtisadi ittifaq olarsa nəticə etibarı ilə hamı bu əlaqələrdən qazanar. Təbii ki, Azərbaycan da belə bir ittifaqlarda təmsil olunmaq və bununla iqtisadi gücünü və gəlirlərini artırmaq istəyir. O səbəbdən uzun illərdir ki, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı müzakirələr aparır. Saziş layihəsində tərəflərin razılaşmadığı bir neçə bənd olmasaydı, bu sənəd çoxdan imzalanmışdı və bu gün artıq həmin sazişin iqtisadi dividentlərini götürürdük. Ümid edək ki, Avropa İttifaqı ilə sazişin imzalanması reallaşsın. Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqı isə əslində siyasi birlik mahiyyətini daşıyır. Bunun da təhlükəli tərəfi odur ki, ora üzv olan ölkələr siyasi müstəqilliklərinin əhəmiyyətli hissəsindən qeyri-rəsmi olaraq məhrum olurlar. Bu qurum yaranan gündən bəlli idi ki, ortada iqtisadi inkişafdan heç bir söhbət getmir. Birlikdə olan dövlətlər arasında iqtisadi göstəricilərin müsbətə doğru inkişaf etməsi ilə bağlı göstərilən rəqəmlər də real iqtisadi vəziyyəti əks etdirmir. Orta səviyyəli bir iqtisadçı rahat şəkildə birliyin mövcud olmaması səbəbindən ölkələrin güclənməsinə xidmət edəcək hər hansı iqtisadi inkişafın olmadığını isbatlaya bilər. Əvəzində bu dövlətlərin içində baş verən iqtisadi gərginlikləri, milli valyutalarının dəyər itirməsini və s. görürük. Enerjidaşıyıcıları, pambıq, taxıl və bir sıra təbii sərvətlər istisna olmaqla, gəlirlə işləyən, dünya bazarına çıxa biləcək məhsulları görə bilmirik. Yüksək texnologiyanın inkişafından, İKT sistemindən isə ümumiyyətlə danışmağa dəyməz”.

Ekspert fikirlərinə ünvanladığı bu sualla davam etdi: “8 ildir yaranmış iqtisadi birlik nədən uğurlar əldə edə bilmir? Çünki əsas hədəf iqtisadi birlik adı altında ilk növbədə dövlətlərin siyasi müstəqilliklərini zəiflətmək, gələcəkdə isə daha da irəli gedərək formal dövlətlər halına salmaq və ən nəhayət, siyasi bir ittifaq yaradaraq vahid idarəetmə sisteminə nail olmaqdır. Çoxları yanlış olaraq, yaxud bilərəkdən bu ssenarini SSRİ-nin bərpası kimi təqdim etməyə çalışırlar. Əslində isə burada yaxından-uzaqdan heç bir əlaqə görmürəm. Çünki təkpartiyalı, şəxsi mülkiyyət, fərdi biznesi inkar edən SSRİ tamam başqa bir quruluş idi və onun yenidən bərpası ehtimalları belə mümkün deyil. Postsovet ölkələrinin əksəriyyətində korrupsiya, rüşvət, haqsızlıq və xalqların maddi vəziyyətinin acınacaqlı olması orta nəsildən yuxarı insanlarda həmin dövr üçün bir nostalji hisslər yaradır. Bundan istifadə edərək məkrli planları işə salanlar isə həmişə olub. Ona görə də hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqında istənilən statusda təmsil olunması bütün istiqamətlər üzrə ziyanımıza işləyər. Bu bir imperiya planıdır. Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik. Baxın son illər nə baş verir? Rusiyanın müxtəlif səviyyəli siyasətçiləri, məmurları açıq şəkildə bəyan edirlər ki, postsovet məkanında olan dövlətlər yüz illərlə Rusiya imperiyasının torpaqları olduğundan bu gün həmin dövlətlər birmənalı Rusiyanın təsir və maraqları altındadırlar. Adamlar gizlətmədən deyirlər ki , dövlətlərin müstəqilliklərini həzm edə bilmirlər və bütün imkanlarla bu müstəqillikləri zəiflədəcəklər. Əgər ortada Qərb və ABŞ faktorları olmasaydı, çoxdan istədiklərini həyata keçirərdilər. Bunun üçün bütün imkanları belə hazırlayıblar. Dediyim kimi, iqtisadi birlik çətiri altında dövlətlərin iqtisadi siyasətinə nəzarət edən mexanizm qurulub, səbəb yaratmaqla KTMT adı altında istədiyi vaxt ”müttəfiq" dövlətlərin ərazisinə hərbi müdaxilə etmək üçün leqal hərbi güc də ortada var. Avrasiya İttifaqının şəriksiz lideri Rusiyadır. Bir müddət öncəyə qədər bu qurumun yaradıcılarından sayılan və fəxri lideri olan Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin birlik içində müstəqil fikir bildirmək, qərarlara təsir etmək imkanları var idisə, Qazaxıstandakı son hadisələrdən sonra o məsələ də artıq qapanıb. Yəni Rusiya artıq heç bir maneə olmadan kollektiv qərar adı altında özünün istədiyi qərarı verə bilir. Tutaq ki, bu gün Azərbaycan nəinki müşahidəçi, hətta tam hüquqlu üzv kimi oraya daxil olmaq istəsə, heç kim, hətta Paşinyan belə səsini çıxara bilməyəcək. Ona görə də Azərbaycanın Rusiya ilə ikitərəfli iqtisadi əlaqələr saxlaması daha doğru və təhlükəsiz olar. Bütün imkanlarımızla yalnız bu istiqamətdə fəaliyyət göstərməliyik. İqtisadi müstəqilliyimizi təhdid edən istənilən ittifaqdan kənarda durmağa çalışmalıyıq".
0
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Azərbaycanda “Omicron” ştamı sürətlə yayılmağa başlayıb - RƏSMİ
Azərbaycanda koronavirusun “Omicron” ştamı sürətlə yayılmağa başlayıb.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətindən "Zamantv.az"a verilən məlumata görə, bu həftə ərzində 8 114 nəfər koronavirusa yoluxub, onlardan 53-ü dünyasını dəyişib.

Mərkəzin baş infeksionisti Fərrux Sədirov mövcud durumla bağlı ictimaiyyətə müraciət edərək bildirir ki, bəzi insanlarda arxayınlıq yaranıb və bu çox təhlükəlidir:

“İki doza peyvənd olunanlar arxayınlaşmasınlar, çünki peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır. “Buster” (üçüncü) dozaya isə həm gücləndirici, həm də xatırlatma dozası deyə bilərik. Çünki “buster” doza qəbul olunanda bədən virusu xatırlayır və ona qarşı dayanıqlı hala gəlir”.

Baş infeksionist əlavə edib ki, aparılan tədqiqatların nəticələrinə görə, “Omicron”a qarşı iki doza vaksin 25 faiz qoruma yarada bilirsə, üçüncü dozadan sonra bu rəqəm 70 %-in üzərinə çıxır:

“Omikron”dan qorunmanın əsas çıxış yolu peyvəndlənmə olaraq qalır. “Buster” dozanı qəbul etmək və əsas qaydalara əməl etməklə həm özünüzü, həm də ailənizi qoruya bilərsiniz”.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Aparıcının həyat yoldaşını qətlə yetirən şəxslər SAXLANILDI - YENİLƏNİB
Aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu ötən gecə Bakırköydəki balıqçı restoranında naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

"Zamantv.az" xəbər verir ki, xəstəxanada dünyasını dəyişən Şafak Mahmutyazıcıoğlunun qətli ilə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər isə axtarılır.

Bildirək ki, vəkilin ölümü ilə bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

***09:31

Türkiyəli aktrisa, aparıcı Ece Erkenin həyat yoldaşı vəkil Şafak Mahmutyazıcıoğlu öldürülüb.

Zamantv.az xəbər verir ki, hadisə İstanbulun Bakırköy rayonunda qeydə alınıb.

Belə ki, Şafak Mahmutyazıcıoğlu restoranların birində silahlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Zamantv.az günlər Ukrayna ilə Rusiya arasındakı gərginlik pik həddə çatıb. Kiyev və Moskva bir-birini təhdid etməklə məşğuldur. ABŞ Kiyevdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb. NATO “açıq şəkildə kömək etməyəcəyik” deyə bəyanat verib. Britaniya isə durmadan Ukraynaya silah daşıyır.

Bəs, müharibə ehtimalı nə qədərdir? Azərbaycan və Türkiyə tandemi bu savaşda kimin yanında olacaq?

Suallarımıza politoloq Cümşüd Nuriyevlə cavab tapmağa çalışdıq.

C.Nuriyev Publika.az-a müsahibəsində bildirdi ki, Ukrayna və Rusiya arasındakı müharibə ehtimalı hazırda 60-70 faizdir.

– Cümşüd müəllim, Ukrayna ilə Rusiya arasında müharibə ehtimalı hazırkı durumda nə qədərdir?
– Hər iki tərəfin münasibətlərindən görünən odur ki, tərəflər bir-birini hədələyir. Amma Qərb-İngiltərə və ABŞ mətbuatı üçün artıq müharibə “başlayıb”. Yəni, iki qütb arasındakı məsələləri təqdim etməklə məşğuldurlar. Hətta Qərb mediası desant qüvvələrinin də şəkillərini paylaşıb ki, guya ruslar desant itlər alır. Amma fikrimcə, müharibə olması ehtimalı yüksəkdir. Çünki burada iki məsələ var. Birincisi, Ukraynanın başqa çıxış yolu qalmayıb. İkincisi, Rusiyada sosial gərginlik var və həmin gərginliyi hərbi müstəviyə keçirmək Prezident Vladimir Putinə sərf edir. Çünki Kremlin strategiyasında sosial qarşıdurmanın yeni inqilaba gətirib çıxarması kimi xarakterizə olunur. Ona görə də Ukrayna ilə Rusiya arasındakı müharibə ehtimalı hələ ki, çox yüksək qalır. Hazırkı duruma görə, müharibənin olma ehtimalı 60 faizdir. Hətta deyərdim ki, 60-70% arasındadır.
Müharibə ehtimalı 70 FAİZDİR: Ukrayna tək qalacaq və Rusiya… – SENSASİON DETALLAR
Ukrayna müharibə istəyirmi?

– İş orasındadır ki, Ukraynanın Müdafiə naziri Aleksey Reznikov, həm də Xarici İşlər naziri Dmitri Kulebanın bəyanatları, məsələlərə münasibətləri daha çox qorxaq uşaq statusundadır. Yəni, Ukrayna Rusiyanı hədələsə də, geri çəkilmək qorxusu ilə bəyanatlar verir. Bəlkə də onların bəyanatlarını ruslar bizə o cür təqdim edirlər. Amma bütün hallarda bəyanatlar ukrayn dilindədir, ona görə də onların nə dərəcədə dəqiq ifadə olunduğunu deyə bilmərəm. Ukraynanın bəyanatlarının rus dilindəki tərcüməsinə baxdım, görünən odur ki, Vladimir Zelenskinin hakimiyyətində çalışanlar bir növ siyasi cəhətdən təcrübəsizdir. Qarşı tərəfdə xisləti hiyləgər və xarakteri həddindən artıq mürəkkəb Sergey Lavrov var.

– Danışıqlar müstəvisində Sergey Lavrov amili nə dərəcədə təhlükəlidir?

– Sergey Lavrov dünən Dövlət Dumasında Ukrayna ilə münasibətləri gündəmə gətirdi. Həm kommunistlər, həm də Rusiya Liberal Demokrat Partiyasının (RLDP) təmsilçiləri xarici işlər nazirinin mövqeyini dəstəklədilər. Görünən odur ki, Rusiya qanunvericilik səviyyəsində də müharibə istəyir.

– NATO Ukraynanı Rusiya ilə savaş meydanında təkbaşına buraxdı, yoxsa başqa səbəblər var?

– Hətta Azərbaycanda bir çox siyasətçilər bəyan etmişdi ki, NATO Ukraynanı öz ordusu ilə dəstəkləməyəcək. Bu, birmənalıdır. Çünki bu, NATO nizamnaməsinin beşinci bəndində də öz əksini tapıb. Orada qeyd olunur ki, ancaq bu təşkilata üzv olan dövlətlərdən birinə kənar müdaxilə baş verərsə, canlı qüvvədən istifadə həmin vaxt mümkün ola bilər. Bu da mümkünsüzdür. Ona görə ki, Ukrayna NATO üzvü deyil. İndiki halda ən çox İngiltərə canfəşanlıq edir. Bir də Birləşmiş Ştatların canfəşanlığını görmək mümkündür. Çünki onların hərbi elitasının Rusiyada maraqları var. Nəzərə alaq ki, Rusiyada neftçıxarma sahəsi üzrə ingilis şirkətləri də var. Bunlar transmilli şirkətlərdir. Görünən odur ki, son hadisələrdə İngiltərə daha çox maraqlıdır. Təbii ki, NATO hazırda dişsiz siyasət yürüdür. Guya, bu vaxta qədər NATO Rusiyaya qarşı dayanmışdı. Amma görünən mənzərə fərqlidir. Bizdə belə bir misal var, sən vur, arxanda durmuşam və ya dayanmışam dağ kimi, əsirəm yarpaq kimi… Əslində, NATO heç nə etməyəcək. Hazırda Şimali Atlantika Müqaviləsi Təşkilatı Ukraynaya maliyyə yardımı göndərməklə məşğuldur. Bu yardımların həcmi o qədər də böyük deyil. Almaniya cəmi 5 milyon avro və səhra hospitalı verir. Fransa ümumiyyətlə, oyundan kənarda qalıb. Xorvatiya isə öz ordusunu geri çəkir. Əsas yaxacıran tərəflər Polşa və İngiltərədir. Amma Polşanın da maliyyə imkanları məhduddur. Ordu ilə savaşa girməsi isə hərbi müdaxilə deməkdir.

– O zaman Qərbin və NATO-nun Ukrayna məsələsində əsas maraqları nələrdir?

– NATO istəyir ki, Ukraynanın özü Rusiya ilə vuruşsun. Onların marağı qırılası da deyil. Onların Ukraynanın ərazi bütövlüyünü bərpa etməsi, demokratikləşməsi kimi maraqları yoxdur. NATO-nun əsas marağı Rusiyanı zəiflətməkdir. Qərb Rusiyanı çökdürməyə çalışır. Beləliklə, Rusiyanın resurslarına sahiblənmək istəyirlər. Eyni zamanda, Rusiya və Çin duetini təkləməyə çalışırlar. Bu iki duet Qərb və NATO üçün çox təhlükəlidir. Qərbin və NATO-nun hərəkətləri Moskva-Pekin tandemini təkləməyə xidmət edir. NATO bundan başqa heç nə etməyəcək.

– Xarici ölkələr səfirlik əməkdaşlarını, ümumiyyətlə, vətəndaşlarını Ukraynadan təxliyə etməyə başlayıb. Bu, nədən xəbər verir?

– Bu, Birləşmiş Ştatların çoxdan istifadə olunmuş taktikasıdır. Kissincerin əsərlərində də var; hər hansı bir ölkədə qorxu yaratmaq, başqa ölkələrlə həmin dövlətin münasibətlərini korlamaqdan ötrü belə bir diplomatik gedişdən istifadə edirlər. Zbiqnev Bzejinskinin “Böyük şahmat taxtası” əsərində də Amerikanın bu taktikası bəyənilir. ABŞ hazırda Ukraynada müharibə ehtimalını artırmaqla məşğuldur. Müharibənin baş verəcəyi yox, olma istəyi bunu gündəmə gətirir. 5-6 diplomatik heyəti geri çəkmək heç nəyi dəyişmir. Amma Kiyevdə 5-6 dövlətin konsulluğu, səfirliyi yoxdur. Bildiyimə görə, orada 70-dən çox ölkənin səfirliyi var. Bizdən fərqli olaraq Ukraynada başqa ölkələrin səfirlikləri çoxdur. Sual olunur, bəs niyə Asiya, Afrika, Cənubi Amerika ölkələri öz səfirliklərini geri çəkmir?! Bir neçə Qərb ölkəsi və ABŞ səfirliklərini Kiyevdən geri çəkir. Görünən odur ki, bu ssenarinin başında anqlo-sakslar dayanır. Rusiyaya qarşı gələnlər də onlardır. Əgər tarixə nəzər salsaq, görərik ki, nə vaxt anqlo-sakslar hansı dövlətin üzərinə gəliblərsə, mütləq oranı qarışdırıblar. Ən azından maraqlarını 70-80% təmin ediblər. Hazırda anqlo-saksların regionda əsas maraqları iqtisadi xarakterlidir. Çünki pandemiyadan sonra Çin çox sürətlə önə keçib. Obrazlı desək, ABŞ-ın tavanı ilə dabanı pandemiyadan sonra bərabər olub. Nə istehsal edə bilirsə, o qədər ümumi daxili məhsulu var. Üstəlik, bir o qədər də borcu mövcuddur. Söhbət 21 trilyonluq borcdan gedir. Ümumi daxili məhsulu da elə bu qədərdir.

– Almaniyanın Ukraynaya qarşı soyuq davranışı nədən xəbər verir?

– Bəli, burada Almaniya oyundankənar qalır. Berlin Moskva ilə münasibətlərini korlamaq istəmir. Almaniya başa düşür ki, bütün müharibələrin arxasında zaman-zaman İngiltərə olub. Birinci və İkinci Dünya müharibələrinə baxmaq kifayətdir. İngilis-bur müharibələrindən tutmuş, ingilis-fransız müharibələrinə qədər. Son 500 ildəki bütün müharibələrin hamısını ingilislər həyata keçirib. Bu müharibələrin hesabına heç bir resursu olmayan dövlət hazırda dünyada ən varlı ölkədir. Britaniya hazırda dünyada milli valyutası ən dəyərli olan dövlətdir. İngiltərəyə indi yeni ərazilər lazımdır ki, işğal olunmuş yerlərdən yeni təbii sərvətlər gətirilsin. Ötən əsrin əvvəllərində Azərbaycandan aparılan təbii sərvətlər indi-indi üzə çıxır. İndi dünyanın müxtəlif muzeylərində sərgilənir. Elə İraqdan, Suriyadan, Əfqanıstandan da o cür apardılar. İndi İngiltərəyə yeni bazar lazımdır. Bu, istila bazarıdır. Bu da ən yaxşı halda Rusiyadır. Çünki dünya resurslarının 21 faizi Rusiyada cəmlənib. Yəni, bütün müharibələr iqtisadi maraqlardan doğub. Hazırda yeni dünya düzənini formalaşdırmaq istəyən anqlo-sakslar həmin düzəndə Rusiyanı görmək istəmirlər. Ona görə də çalışacaqlar ki, müharibə olsun.

– Əgər müharibə başlayarsa, Azərbaycanın və Türkiyənin mövqeyi necə olacaq?

– Azərbaycan Prezidenti yanvarın 14-də Kiyevə səfər etdi. Bundan da əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri baş tutmuşdu. Hətta Ərdoğanın fevral ayında da Ukraynaya səfəri gözlənilir. Bakı və Ankara açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krımın Ukraynanın halal ərazisi olduğunu həm Bakı, həm də Ankara qəbul edib. Ona görə də müharibə olarsa, Azərbaycan və Türkiyə Ukraynaya diplomatik dəstək verəcək. Bundan artıq addım atılacağına inanmıram.



[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
SON DƏQİQƏ! Rusiya bu ölkəyə qarşı döyüş gəmiləri ilə HƏRƏKƏTƏ KEÇDİ – Hökümətdən ETİRAZ
Rəsmi Dublin Rusiyanın İrlandiya sahillərində təlim keçirməsinin nadir mavi balinalar da daxil olmaqla dəniz canlılarına zərər verə biləcəyindən narahatdır.

Zamantv.az xəbər verir ki, İrlandiyanın dövlət naziri Malkolm Nunan Rusiyanın Dublindəki səfiri Yuri Filatova məktub yazaraq narahatlığını bildirib.

O, məktubunda Rusiyanın təliminin bəzi dəniz növləri üçün fəlakətli ola biləcəyini qeyd edib.

Nunan təlimin necə həyata keçiriləcəyini dəqiq bilmədiklərini, amma dəniz radarları kimi hərbi cihazların səslərinin nadir balina növlərinə böyük zərər verə biləcəyini deyib. Onun sözlərinə görə, belə radarlarının çıxardığı səslər balinalar kimi məməlilərin eşitmə sistemini zədələyərək qalıcı ziyana və hətta ölümə səbəb ola bilər.

Rusiyanın hərbi dəniz təlimi gələn ay İrlandiyanın cənub-qərb sahillərindən təxminən 240 kilometr aralıda keçiriləcək.

İrlandiya müdafiə naziri Saymon Koveni də real döyüş sursatından istifadə ediləcək təlimdən narazı olduqlarını, amma bunun qarşısını almağa güclərinin olmadığını bildirib.

Rusiyanın hərbi dəniz təlimi Ukraynaya görə Moskva ilə Qərb arasında münasibətlərin gərgin olduğu dövrə təsadüf edir.

Rusiyanın İrlandiyadakı səfiri Yuri Filatov isə narahatlıqları həddindən artıq şişirdilmiş hesab etdiyini bildirib və planlaşdırılan təlimin İrlandiya və ya digərləri üçün təhlükə olmadığını söyləyib. Filatov təlimdə 3-4 gəminin iştirak edəcəyini açıqlayıb./teleqraf/


XƏBƏR LENTİ

14:27

"ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

13:58

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

13:34

"43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

12:30

FƏRİD ƏHMƏDOV BU PROBLEMİ YOLUNA QOYA BİLƏCƏKMİ? - Yeni nazirin etməli olduğu yenilik

12:03

Nərimanovda “zibil dağları” yaradılıb... - İH və “JEK” hara baxır?

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

11:25

Süfrəmiz ətdən düyüyə qədər xaricdən asılıdırsa.. - HƏQİQƏTƏN DƏ...

10:51

Yeni Klinikada TƏFTİŞ: Saxlanılan var - DETALLAR

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

10:12

İmişlidə fermer başçıdan NARAZIDIR... - başçı isə...

09:41

İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?

09:15

Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...

19:06

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub

18:47

Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –VİDEO

16:32

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTOLAR

15:59

İlham Əliyev və onun şərikləri ölkə mədəniyyətini tarmar edirlər - FOTO/VİDEO

15:18

“Azərşin” ASC rəhbərliyinin qanunsuzluğundan şikayət var -“Bizə güllə atırlar, başımıza oyun açırlar”

14:45

"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - NƏ BAŞ VERİR?

14:17

Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

13:50

Rusiya XİN: Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik

12:22

Astara illərdir eyni problemləri yaşayır... - Başçı nə günə orda oturub ki?..

11:50

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

10:58

Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

10:21

Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

09:48

Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

09:25

Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

21:13

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

21:03

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

19:51

Azərbaycanda yeni kollec yaradıldı

19:00

Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

18:38

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

16:46

Məşhur pediatrın intihar səbəbi bu imiş

16:21

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

15:53

"Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO